Free

Mənim həyat hekayələrim

Text
Mark as finished
Font:Smaller АаLarger Aa

Bu görüş mənim üçün çox əhəmiyyətli idi. O görüşdən sonra mən dərslərimə daha çox diqqət yetirməyə başladım. Məqsədim yaxşı bir meşə mühəndisi kimi yetişib ölkəmə dönmək idi......

Əhliyyət müəllim xeyli vaxtdır rəhmətə gedib.

Əli müəllim də bir-iki il olar dünyasını dəyişib.

Bu gün Musa müəllimin də vəfat etdiyini öyrəndim.

Xatirimdə iz buraxan bu üç qiymətli insanı yad etməyi və ruhlarına fatiha oxumağı özümə borc bilirəm.

Allah hər üç ziyalımıza rəhmət eləsin !

Hekayə 8

1997-ci ilin sentyabrından 1999-cu ilin avqust ayına qədər İstanbulda Akmaya A.S.-də keçmiş SSRİ ölkələrindəki maya zavodlarının satın alınması vəya onlarla birgə müəssisələr yaratmaq üzrə Sərmayə Koordinatoru vəzifəsini icra edirdim.

Tez-tez bu ölkələrdəki maya zavodlarına gedir, onların rəhbərləri və hissədarları ilə görüşürdüm.

Keçmiş SSRİ ölkələrindəki maya zavodlarından, ən aktiv şəkildə görüşdüyüm zavodlardan biri Rusiyanın Voronej şəhərindəki Voronej Maya Zavodu, o birisi isə Qazaxstanın Almatı şəhərindəki Almatı Maya Zavodu idi. ilə

Qazaxstanın Almatı şəhərindəki Almatı Maya Zavodu ilə qurulması planlaşdırılan şərik müəssisədən də cavabdeh mən idim. İşlədiyim müddət ərzində Almatı Maya Zavoduna bir neçə dəfə getdim və bəzən günlərlə, aylarla orda qalıb müzakirələr apardım.

Zavodun alınması üzrə aparılan danışıqlar çox çətin gedirdi. Çünki, Qazaxstan tərəfi şərtləri tez-tez dəyişirdi. Beləliklə hər dəfə danışıqlar prosesinə yenidən başlamalı olurduq.

Zavodun direktoru və faktiki sahibi Qazaxstan yəhudisi Vladimir Yequtkin idi. Bu adam zavoda sərmayə cəlb etmək istəsə də, zavoddakı hakimiyyətini itirmək istəmirdi.

1998-ci ilin yayında növbəti müzakirələri aparmaq üçün, Almatı Maya Zavodunun direktoru Yequtkin və yanındakı heyəti İstanbulda qonağımız idi.

Akmaya A.Ş. -nin baş ofisində görüşə başlayan kimi, üzünü mənə döndərib, gülə-gülə Rza bu dediklərimi tərcümə edəcəksənmi, deyə soruşdu. Mən də, əlbətdə ki, bundan heç şübhəniz olmasın, dedim.

O, üzünü bizim şirkətin sahibi Nida Garipoğluna çevirib "sizin şirkətdə başqa mütəxəssis yoxdur ki, bizimlə müzakirələri Rza Hüseynova tapşırmısınız ?

Nida Garipoğlu "nə olub, yoxsa Rza Hüseynovdan narazısınız?”– deyə soruşdu.

Yegutkin, "yox narazı deyiləm, ancaq Rza hər xırda məsələyə fikir verir. Müqavilədə nöqtə-vergülün yerinə qədər hər şeyə fikir verir. Müqavilənin bütün maddələrini artıq bir neçə dəfə dəyişdirməyə məcbur olmuşuq. Ona görə də müqavilənin imzalanması gecikir”– dedi.

Nida Garipoğlu gülümsəyərək "mən Rzanın necə hərəkət etməli olduğunu bildiyinə inanıram. Ona inamım sonsuzdur" cavabını verdi.

Bu cavab, mənim işlədiyim şirkətə bağlılığımın artmasına və daha həvəslə çalışmağıma bəs edəcək bir cavab idi.

Hekayə 9

1998-ci ilin yayı idi. İstanbulda Akmaya A.Ş.-də işləyirdim.

Rusiyanın paytaxtı Moskva şəhərində böyük bir maya topdan satış şirkətinin sahibi İrina Minina bizim dəvətimizlə İstanbula gəlmişdi.

İrina Minina çox savadlı və alicənab bir qadın idi. Bizneslə məşqul olmağa başlamamışdan qabaq, Moskvada elmi institutların birində alim işləmişdi. Səhv xatırlamıramsa fizika elmləri namizədi idi.

İrina xanım İstanbulda üç gün qaldı. Bu üç gün boyunca qonağımızı mən müşaiyət edirdim.

Axırıncı gün axşam yeməyində qəribə bir müzakirəmiz oldu.

İstanbulda, Bakırköy sahildəki “Gelik” restoranında axşam yeməyi yeyərkən söhbət bizim xalqımızdan və xalqımızın düşmənlərindən düşdü.

İrina Minina Moskvada indi çox məhşur, yoldaşı yəhudi olan bir Azərbaycanlı işadamı ilə bir neçə il şərik olmuşdu. Ona görə də, əslində bizim xalqı tanıyırdı. Söhbət əsnasında ermənilərin çox ağıllı xalq olduğunu vs fikirlər işlətdi.

Bu zaman yəqin ki mən gəncliyimin də təsiri ilə çox əsəbiləşmişəm ki, mübahisənin gızğın yerində dönüb ətrafa baxdım ki, Gelik restoranındakı türklərin hamısı bizə tərəf baxır.

Təbii biz rusca danışdığımız üçün türklər bizi başa düşmürdülər. Amma, çox önəmli bir məsələ haqqında mübahisə etdiyimiz anlaşılırdı.

O gün, İrinaya düşmənlərimizin bizim xalqımızdan ağıllı olmadiğını, sadəcə onların hiyləgər (bic) olduqlarını faktlarla başa salmağa çalışdım.

Azərbaycanlıların əslində onun bildiyindən daha ağıllı və yüksək mədəniyyətə sahib bir xalq olduğunu isbat etməyə çalışdım.

Yəqin ki, başa salma metodum bir az sərt olmuşdu. Ancaq, mübahisənin sonunda İrina xanım hardasa yetmiş səksən faiz mənimlə razı olduğunu bildirmişdi.

Həmin axşam çox əsəbiləşsəm də bir rus iş xanımında Azərbaycan və Azərbaycanlılar haqqında müsbət fikir oyada bildiyimə görə rahat idim.

Sonralar o xanımla Moskvada bir neçə dəfə görüşdüm. Hər dəfə də gülümsəyərək o axşamı mənə xatırladır və həmin axşam bizim xalqımız haqqındaki fikirlərinin dəyişdiyini bildirirdi.

Hekayə 10

Moskvada işlədiyim vaxtlar idi.

Bir dəfə Türkiyədən gələn şirniyyat yüklü TIR-mızı OBEP (iqtisadi cinayətkarlığa qarşı mübarizə polisi) saxlamışdı.

Bir podpolkovnik ve bir mayor idilər. Əlbətdə ki, niyyətləri məni qorxudub pul əldə etmək idi. Ancaq, Rusiyada bizdəki kimi deyil, orda aşıq şəkildə rüşvət istəyə bilməzlər.

Amma, Putinin hakimiyyətə təzə gəldiyi illər idi və KGB və polisə çox böyük səlahiyyətlər verilmişdi. Ona görə də, Rusiyada KGB, polis hökmranlığı başlamışdı. İstədiklərini eliyirdilər.

Bizim malın bütün sənədləri qaydasında olduğu üçün mən çox arxayın şəkildə, bunlarla gızgın mübahisə eləyirdim.

Mübahisə mənim otağımda gedirdi.

Nə üçünsə, bir neçə dəqiqəlik mən o biri otağa keçdim. Mən otaqda olmadığım vaxt, polislərdən biri mənim otağımda olan işçimdən soruşub ki, sənin müdürünün arxasında kim dayanıb. O da deyib ki, onun arxasında heç kim dayanmayıb.

Polis inanmayıb, deyib ki arxasında heç kim daynmayıbsa o nə cəsarətlə bizimlə belə mübahisə edir.

Bizim işçi isə, təkrar ona bildirib ki, o düzgün işlədiyi üçün belə inamlıdır və sizdən qorxmur.

O vaxt üç-dörd min dollarlıq malımız zay oldusa da, on gün sonra heç bir rüşvət ödəmədən malı almışdıq.

Hekayə 11

Universiteti təzəcə bitirib, İstanbul dördüncü Ləvəntdəki TEMA (Türkiyə erroziya ilə mübarizə və ağaclandırma vəqfi) vəqfinin meşəçilik bölümündə meşə mühəndisi vəzifəsində işə başlamışdım. Xatırladım ki, bu vəqf Xeyrəddin Qaraca adlı bir iş adamı tərəfindən qurulmuşdur. Türkiyənin ən böyük holdinqlərinin (Koç Holding və Tekfen Holdinq) sahibləri bu vəqfin əsas sponsorlarıdır.

Təhsil aldığım illərdə təhsilimə, xüsusi ilə də peşəmlə əlaqədar olan dərslərə çox fikir verirdim.

Fakültəmizin müəllimlərinin çoxunun sevimli tələbəsiydim.

Elə məzun olduğum həftə TEMA vəqfində işə götürülməyim də müvəffəqiyyətli təhsilimin nəticəsiydi.

İşimə də, təhsilimə olduğu kimi çox ciddi yanaşırdım. İmkan olduqca öyrənməyə çalışırdım.

Təəsüf ki, öyrəniləcək elə ciddi bir fəaliyyət yox idi. Düzdür, bir neçə meşəsalma layihəsi var idi, amma məni hələ ki o layihələrə yaxın buraxmırdılar.

TEMA-nın ofisində köhnə layihələri oxuyur, TEMA-nın ümumi fəaliyyətini öyrənirdim.

Ofisimizdə, mənimlə yanaşı bir təqaüddə olan meşə mühəndisi, bir gənc kənd təsərrüfatı mühəndisi, bir katibə və bir də TEMA vəqfinin iqtisadçısı otururdu.

İqtisadçı Ümit Şüvağ bəy hamıdan az danışar və çox vaxt söhbətlərimizi sadəcə dinləyərdi. Komyuterinin qabağında oturub öz hesablamaları ilə məşqul olardı.

Biz isə işimizin az olmasından istifadə edib bəzən söhbət edər, çay içərdik.

Günümün bir hissəsini TEMA-nın gələcəkdə həyata keçirəcəyi quraq bölgələrdə meşəsalma layihələrində istifadə edə biləcəyimiz ağaçları təyin etmək və bunlar haqqında məlumat hazırlamağa həsr edirdim. Bu məlumatları kompyuterdə yazmalıydım.

Universitetdə kompyuter dərsləri keçsək də, kompyuter biliyim çox az idi. Tərslikdən ofisdəki (ofisdə cəmi iki kompyuter var idi. Onlardan biri Ümit abinin idi. O birisi isə ümumi istifadə üçün idi) kompyuterin program dili də ingilis dilindəydi. Tez-tez səhv edir və səhifələri qarışdırırdım.

Mənim işlədiyim kompyuter Ümit abinin oturduğu yerin əks tərəfindəydi. Buna baxmayaraq, mən səhv etdikdə azca geri çevrilirdim ki, Ümit abi o dəqiqə yerindən qalxar, narahat olma indi düzəldərik deyərək yanıma gəlib kompyuteri nizamlayardı. Beləcə gün ərzində bir neçə dəfə bu hadisə təkrarlanardı.

Ümit abi isə heç bir şey olmamış kimi, sən narahat olma, yetər ki öyrən deyərdi. Düzü mən utanırdım, çünki atam yaşında adamı tez-tez narahat edirdim.

Ofisdə işləyən iş yoldaşlarımın hamısı mənə hörmət bəsləyirdilər. Hətda, gün ərzində iki-üç dəfə görüşdüyümüz, eyni mərtəbədəki digər şöbənin işçiləri də mənə hörmətlə yanaşırdılar.

Günlər keçdikcə, Ümit abi bizim çay söhbətlərimizdə daha çox iştirak edirdi.

Onu da qeyd edim ki, o vaxtlar mənim maddi olaraq çox çətin günlərim idi. O dərəcədə ki, günorta yeməyinə, iş yoldaşlarımla yaxınlıqdakı Şirvan restoranına gedə bilmirdim. Çünki pulum ancaq bir dönər yeməyə bəs edirdi. Günorta vaxtı hər dəfə bir bəhanə uydurub onlardan ayrılar, yolun əks tərəfindəki Gültəpəyə (Gültəpə kasıbların yaşadığı bir səmt idi deyə, orda qiymətlər ucuz idi) gedər, orada bir dönər yeyər vaxtımın keçməsini gözləyər və ofisə qayıdardım.