Acı həyat. Roman

Text
Read preview
Mark as finished
How to read the book after purchase
Font:Smaller АаLarger Aa

Uğur otağa limonlu çay gətirdi. Mələk pəncərənin önündə dayanıb, dışarı baxırdı yağışa. Gəlib çayı uzatdı, – Mələyə: bəzən yağış adama keçmişdə olub keçənləri xatırladır. Yağan damçıları ilə torpağa və hər şeyə məlhəm olur. Mələk çayı götürüb – Uğura: yağışı sevərəm mən, ancaq şimşəkdən qorxub gizlənməyə yer axtarardım hər çaxdığında. İndi yağışa özümü bənzədirəm, buludlara qənim kəsilən ildırımı isə xalan oğluna. Düzü əsil şimşəkdən fərqli olaraq mən ondan qorxmuram. İndi yəqin məni axtarır heyifini almağa. Uğur çayından iiçib – Mələyə: narahat olma, mən varkən o sənə heçnə edə bilməz. Mələk – Uğura: qarışma sən, xalan oğluyla mənə görə düşmən olma, ondan qorxmuram. Ürəyi harda istəyir çıxsın qarşıma, mən ondan qaçmıram. Uğur dərindən nəfəs alıb – Mələyə: sən mənim qədər onu tanımırsan. Demirəm qorx, ancaq ehtiyat et mütləq. Mələk – Uğura: anam hələ burda çalışdığımı düşünür. Xəbəri yoxdur qızının ən yaxın bacısı sayılanın səhvi ucbatından, işinin polisə qədər çatdığını. Allahım sən mənə səbir ver. İnan ən başından ürəyimdə narahatlıq vardı, bu iş təklifini duyduğumda. Dəfələrlə soruşdum demədilər gərçəyi mənə, nə pis bir yermiş burası. Uğur sakit dayandı, qız haqlıydı durduq yerdə xalası oğlu başına bəla olmuşdu. Bunuda yaxşı bilirdi ki, Səlim elə – belə qızın yaxasını buraxmayacaqdı.

Beləçə o bir günü Uğur mağazada çalışırdı. Səlim gəldi, salam verib əyləşdi. Uğur çalışdı Səlim bilməsin Mələyin özüylə olduğunu. Uğur sakit sifarişi hazırlayırdı. Səlim – Uğura: neçəsən? baxmadan – Səlimə: gördüyün kimi. Səlim nəsə şüphəli baxaraq – Uğura: iş yoldaşın zəng etmədimi sənə? çalışmayacaqmı artıq. Uğura dönmədən – Səlimə: etmədi, bilmirəm hardadır. Səlim şüphələndi, – Uğura: mən demədim ki, sən bilirsən o hardadır. Uğur bir anlıq səhv dediyi sözünə düzəliş verməyə çalışdı. Dönüb – Səlimə: bax Səlim mənim sifarişlərim var, çalışmağım lazımdır. Çalışdığım bu sürəcədə, bir dəfə yaxşı çalışan və gözəl əl qabilyəti olan bir işçi tapdığıma sevinmişdim. Gəldin onuda davalaşıb kənarlaşdırdın, artıq nə lazımdır? qoy işimi görüm. Səlim kinlə gülümsəyərək, – Uğura: hə çox gözəl əl qabilyəti vardı iş yoldaşının, başını işarə etdi. Uğur dərindən nəfəs alıb, – Səlimə: nə istəyirsən qızdan? bax şikayət etdin cəzasını kəsəcəklər. Günah deyilmi bu etdiyin? İnan qız bilsə burası sizin mağazanızdır, heç çalışmazdı. Sud nə cəza verəcəksə razıdır, sən əl çək yazıqdır qız. Səlim qarşısına gəlib dayndı. Biraz baxıb – Uğura: o tanımadığın pislik məndən dəyərlimi oldu sənə? sözlərinlə şaşırırsan məni xala oğlu. Uğur bir anlıq baxdı, – Səlimə: unutdunsa xatırladım sənə xala oğlu. Sən məni qəfil vurub yıxdığında, Mələk mənə yardım etdi qaldırdı. Birdə Mələk səni mənə görə vurdu, bunu ikimizdə yaxşı bilirik. Mən haq olanın tərəfində olmağı sevirəm. Səlim kinlə gülümsəyərək, – Uğura: o məni sənə görə vurmadı səhvin var, biz öncədə rastlaşmışdıq o pisliklə. Qarşıma çıxdığına onu min peşman etməssəm adım Səlim olmasın, getdi əsəblə çıxıb. Uğur əsəbləşib əlindəki gül buketini masaya atıb, əyləşdi. Əsəblə öz – özünə: sən adam olmadın ki olmadın.

Axşam olurdu. Uğur evə gəldi qapını açarla açdı. Mələk mən gəldim səslədi. Mələk mətbəxtdən səsləndi, – Uğura: gəl dostum xoş gəldin deyərdim, sözünün ardını demədi. Mələk yaxşı bilirdi ki, Səlim çoxdan mağazaya gəlib Uğurdan soruşmuşdu özünü. Uğur gəlib mətbəxtdə əyləşib baxdı, – Mələyə: hə gəldi soruşdu səni. Uğurada xəcalət olmuşdu Səlimin dəliləşməsi. Mələk heç kefini pozmadan yeməyin altını söndürüb, – Uğura: dərd etmə məni özünə. İşdə az yorulmursan, birdə başdan xarab xalan oğlunu düşünəcək deyilsən. Boş qabları götürüb, yeməkdən çəkib gətirib qoydu masaya. Mələk – Uğura: qalx əlini yu, hadi ye yat dinlən. Uğur Mələyin ürəyinin necə gözəl olduğunu artıq anlamışdı, qalxıb əllərini ordaca yuyub əyləşdi. Mələk çörəkdə, salatda, başqa hazırladıqlarınıda masaya qoyub, əyləşdi. Uğur zarafatla, – Mələyə: mm gözəl qoxur yeməklər. Mələkdə zarafatla – Uğura: içinə biraz ədviyyat qatdım, ötən axşamdakı kimi uğurlu alınmaya bilər deyə. Zarafatla Uğurun dadsız yemək hazırlamasna işarə etdi. Uğurun xoşuna gədi yemək, – Mələyə: gərçəkdən ağzım dada gədi, əllərinə sağlıq. Mələyin iştahı olmasada, artıq söz soruşub Uğurunda iştahını qaçırmaq istəmədi. Nuş olsun Uğur bəy. Uğur gülümsəyərək, – Mələyə: dostum de yetər Mələk xanım. Mələk yeməkdən bir qaşıq yedi, yenə fikirə daldı. Uğur baxdı ancaq bir söz demədi, yeməyini yedi.

Səlim otağında oyana – buyana gəzib düşünürdü, arada əsəbləşirdi düşündükcə. İçəri Dəniz girdi qapını döyüb, – qardaşına: Uğuru aradım, dedi Mələyin harda olduğunu bilmir. Səlim biraz düşünüb, – Dənizə: o bilir hardadır, ancaq demir gizlədir məndən. Dəniz dərindən nəfəs alıb —qardaşına: Səlim, Səlim baxdı bacısına. Babam gəlmiş, atamla söhbət edirlər aşağıda. Səlim biraz şaşqın, – Dənizə: babammı gəlmiş? tez çıxdı getdi otaqdan. Dəniz keçib qardaşının yerində əyləşib, öz – özünə: bəlkə əlindən yazıq qızı qurtara bilər babam. Artıq çarəm qalmadı bura onu çağırmaqdan başqa. Telefonunu çıxarıb zəng etdi. Alo Uğur babam gəldi bizə, sən hələ bacardıqca Mələyi gözdən qoyma. Səlim onu axtarır hər yerdə, biraz qulaq asıb, tamam. Kefsiz telefonu söndürüb, qalxıb çıxdı otaqdan.

Sələm babasıyla qucaqlaşıb görüşdülər, babasını görüb uşaq kimi sevinmişdi. Zarafatla – babasına: Murad bəydə bizləri yad edərmiş. Babası gülərək – Səlimə: itimin sənə salamı vardı, güldü qəh – qəhə cəkib. Dənizdə gəldi əyləşdilər. Dəniz babasına qısılıb oturdu. Səlim – babasına: amandı qalsın istəmirəm itinin salamını. Dəniz uşaq kimi babasının qardaşını incitməsinə baxıb gülümsədi. Atası – oğluna: atamın itləri mənidə sevmirlər. Babası – atasına: nədəndir səbəbi Paşa? çünki gəlib – getmirsiz. Məncədə o üzdəndir, elə deyilmi? bura gələni unutdun kəndin yolunuda. Mənim itlərim bir tək Mələk qızımı sevirlər, elə deyilmi Səlim? baxdı. Babasının bu sözündən Səlim anladı, babası nə ücün gəlmişdi. Atasının yanında açıb ağartmaq istəmədi. Səlim – babasına: itinin salamını o zaman Mələk qızına çatdırarsan babacan. Atası qəhvəsini götürüb, – olara: Mələk kimdir? babası —oğluna: kəndimizin qızıdır Mələk. Bura qonaq gəlmişdi rəfiqəsinə, Səlimə baxdı ki, hər şeydən xəbərdaram anlamında. Səlim – atasına: heç tanımasan yaxşıdır ata, vəhşi mərəfətsizin birisidir. Babası əsəbləşdi – Səlimə: məncə bəziləri olmayan mərəfətlərini Mələkdən öyrənsələr daha yaxşı olar. Atası şüphəli baxışlarla baxdı. Sən o qızı tanıyırsanmı oğlum? Səlim nə isə demək istəyirdi, babası – oğluna: tanımazmı? həmdə necə. Dəniz xayiş edici baxışlarla baxdı babasına ki, atasının yanında deməsin olanları. Babası Səlimə əsəbi olsada bildirmədi, nəvəsinin saçlarından öpüb gülümsədi. Babası – Dənizə: gözəl nəvəm mənim. Dənizdə qardaşına baxdı ki, atasının yanında bildirməsin. Səlim əsəblə kənara baxdı.

Uğur duş qəbul edib gəlib əyləşdi. Mələk çayları gətirdi əyləşdi, – Uğura: həmişə təmizlikdə dostum. Uğur gülümsəyib, – Mələyə: təşəkkürlər dostum, Dəniz aradı. Mələk baxmadan – Uğura: başdan xarab qardaşı onada rahatlıq vermir yəqin evdə. Çoxdan sual atəşinə tutmuşdur qızıda. Uğur – Mələyə: sanki Səlimi bizdən yaxşı tanıyırsan, tam onun pis xasyətlərini hiss edirsən. Babası gəlmiş biraz öncə, onu deməyə aradı. Mələk birdən elə baxdı ki, – Uğura: Murad dayımı gəlmiş? Uğur çayını götürüb, hə o gəlmiş. Mələyə xəcalət oldu, of Dəniz nə edirsən sən? yaşlı – başlı adama niyə deyirsən axı. Mən özüm həll edəcəkdim. Uğur başını narazılıqla sirkələyib – Mələyə: səhvin var dostum. Sən və mən həl edərdik, ancaq Səlim qan çıxmasa rahatlaşan deyil. Mələk əsəblə, – Uğura: problem deyil qan çıxarmaq. İnan birdə gələrəm boş başına, yaramaz eşşək rahat olar. Uğur birdən xatırladı güldü Mələyin sözünə. Dostum sənin qan çıxarmana heç şüphəm yoxdur. Ancaq söhbət Səlimdən gedir unutmayaq. Mələk çayını götürüb – Uğura: çox qorxurdum sizin Səliminizdən. Uğur Mələyin uşaq kimi deyinməsinə baxıb gülümsədi. Mələk artıq söz demədi.

Səlimlə babası təklikdə otaqda söhbət edirdilər. Babası – Səlimə: bax oğlum babanam dinlə məni. Səninlə sabah gedirik şikayətini geri alırsan, və mən qızı burdan aparıram. Sən məni anladınmı, danışdıqmı? Səlim əsəblə başını göstərib – babasına: bunu cavabını mənə verəcək o pislik. Çəkəcək verilən cəzasını vəssəlam. Babası dərindən nəfəs alıb – Səlimə: qızdan bir dəfəlik qıraq qalmaq istəyirsənsə, sözümü dinlə. Yox tərsliyinə salaraq dirəşəcəksənsə deyim bil, sonra istəsəndə qıraq qala bilməssən. Səlim babasına elə baxdı ki, necə yəni? -Səlimə: deyirəm böyük sözü dinlə peşman olmassan. Sonra gec olar səninçün yanarsan, Səlim şüphəli baxışlarla baxdı babasına. Ancaq tərsliyindən əl çəkəcəyinə oxşamrdı, babasıda bunu anlamışdı.

Səhər açılmışdı. Mələk yata bilməmişdi normal, gəldi mətbəxtdə. Yazığın üzündən yorğunluq axırdı, telefonuna zəng gəldi tanımadığı nömrədən. Açdı alo, biraz qulaq asıb, tamam saat 11 də şövbədə olacam. Telefonu masaya qoyub öz – özünə: şövbənizədə, hər şeyinizidə. Uğur gəldi, – Mələyə: sabahın xeyir dostum. Mələk – Uğura: xalan oğlu olan yerdə adamın sabahı xeyirmi olar. Uğur təcüblə – Mələyə: noldu omu aradı? Mələk Uğura çay südü gətirdi masaya qoydu. Sən işə gec qalma, yox o arammadı. Şövbəyə çağırdılar, saat 11 də orda olmalıyam. Uğur əyləşib – Mələyə: bax babası razı salmışdır, yaxşı oldu gəlməsi. İnşallah şikayətini geri alacaq, və bitəcək səlim kabusumuz. Mələk bir anlıq dayandı gözünü bir nöqtəyə zilləyib, – Uğura: səhvin var dostum. Xalan oğlu geri almayacaq şikayətini. Məni üzən bu deyil, ordan bura zəhmət çəkmiş gəlmiş Murad dayı, üzüləcək eşşəyə görə. Uğurun kefi qaçsada – Mələyə: şər danışmasaq xeyir gəlməz. Gəl səndə çayını iç birlikdə gedəcəyik, – Uğura: mən gedəcəm sən işə get. Uğur razı olmadı, dedim birlikdə gedəcəyik. Mələk – Uğura: vallahi tərsliyindən xala oğluna bənzərin yoxdur demirəm. Uğur çayını götürüb, Mələyin sözünə baxıb gülümsədi. Mələk əyləşdi, əllərini üzünə çəkib baxdı kənara.

Babasıda gəlmişdi Səlimlə şövbəyə. Mələyin gəlməsini gözləyirdilər həyətdə. Babası Səlimin çiyninə əlini vurub, sağol oğlum mənim sözümü yerə salmadın. Səlim babasına görə çox çətində olsa, razılaşmasına peşman idi əlbəttdə. Bu an babası gülümsəyib, baxdı başqa tərəfə. Səlimdə babasının baxdığı tərərfə baxdı. Uğurun maşınından enib gələn Mələyi gördüyündə, gözlərini qıyıb baxdı. Uğurun Mələyi özündən gizlətməsinə çox əsəb oldu. Mələklə Uğur gəlib babasıyla qucaqlaşıb görüşdülər. Səlimi kəssələr qan çıxmazdı, Uğura elə əsəblə baxırdı ki, heyif alacaq baxışlarla. Babası gülümsəyərək, – Mələyə: qızım gəldim səni aparım. Bilirsən dostun çox darıxdı sənsiz, itini qəst etdi. Mələyə xəcalət olmuşdu, – kişiyə: Murad dayı utandırdınız məni, inanın belə olmasını istəməzdim. Kişi gülümsəyib baxdı, – Səlimə: nəvəm xaricən kobut olsada, sözümü yerə salmadı sağolsun. Səlim – Uğura: demək syurprizləri sevirsən xala oğlu, eləmi? Uğur cavab qaytarmadı. Səlim heyif çıxacaq baxışlarla baxıb, gözləmədən getdi içəri. Babası – olara: gəlin gedəyin, bitsin bu iş. Az vaxtdan səninlə gedərik qızım burdan. Mən nədənsə şəhəri, birdə şövbəni heç sevmirəm. Mələkdə ən azı Murad kişi qədər istəyirdi burdan tez getmək. Üçüdə getdilər içəri. Səlim öndən gedib, qapını döyüb rəyisin otağına girdi, salamlaşıb əyləşdi. Rəyis – Səlimə: qız gəlmədi hələ Səlim bəy. Səlim dərindən əsəblə nəfəs alıb, – rəyisə: gəldi burdadılar. Sizdən xayişim olacaq, rəyis baxdı – Səlimə: buyur Səlim bəy, sizi dinləyirəm.

 

Qapının önünə çatdılar, qapıda dayanan polis kimliklərini soruşdu. Mələk – polisə: adım Mələkdir, rəyis saat 11 – də burda olmamı bildirmiş. Polis qapını döyüb soruşdu, yoldaş rəyis Mələk adlı xanım gəlmiş, rəyis gəlsin dedi. Polis – Mələyə: buyurun, öndən babası girdi otağa, ardınca Uğurla Mələk keçdilər. Rəyis Səlimin babasından xəbərdar idi. Gördüyündə ayağa qalxdı görüşdü, babasıda əlini sıxıb salamlaşıb, əyləşdi nəvəsinin yanında. Uğurla Mələk əyləşmədilər. Rəyisdə yerinə əyləşib baxdı Mələyə, baxın Murad bəy qanunlarımızı bilirsiniz. Babası – rəyisə: yoldaş rəyis bağışlayın sözünü kəsirəm, mən çox gözəl bilirəm qanunlarımızı. Xayiş edirəm qısaca həll edəyin bitsin bu iş. Baxın nəvəm şikayətini geri çəkir, oldu bir iş çavandılar, böyüklük bizlərdə qalsın. Rəyis biraz baxıb, – babasına: Mələk xanımın işi təkcə Səlim bəyin başını yarmaqla bağlana bilməz. Uğur şaşqın baxdı, – rəyisə: yolsdaş rəyis buda nə deməkdir? qarşı tərəf bağışladıqda iş bağlanmırmı? yoxsa mən səhvmi bilirəm. Rəyis biraz baxıb, – Uğura: bizimkilər Səlim bəyin şikayəti üzrə vurulduğu yerə baxış keçirmişlər. İşimiz belədir, hər şeyi dəqiqləşdirməyimiz gərəkirdi. Mən dəqiq araşdırmalarını tapşırdım. Nə üçün bunuda deyim, cünki durduq yerdə admın başına vaza vurmaq hər qadının işi deyil. Bəzi şüphələrimiz oldu, – Mələyə: Mələk xanım əvəllər narkotik tərkibli və, yaxud başqa ilaçlar qəbul etdinizmi? Mələk pərt oldu. Uğurda şok halda rəyisə əsəblə baxan babasına baxdı. Uğur – rəyisə: Mələk bir ay mənimlə çalışdı. Siz nə danışırsınız, nə narkotiki, nə ilacları? durun bir dəqiqə burda yanlışlıq var. Birdən Səlimin rahat oturması gözündən qaçmadı, və anladı onun qurduğu oyuna düşmüşdü yazıq qız. Babası gözlərini qıyıb, bir kəlmə demədən rəyisin gözlrinin içinə baxırdı. Kişiyə çox pis təsir etmişdi, günahsız qızın nəvəsi tərəfindən bu həddə şərlənməsi. Babasıda ən azından Uğur qədər anlamışdı, nəvəsinin qurduğu oyun idi bu. Rəyis davam etdi sözünə. Ora baxış keçirilən zaman, xanımın iş paltarının cibindən qadağan olunmuş ilaclar tapılıb təhvil verilmiş bizlərə. Mələk bir anlıq özünü deyil, ailəsini düşünüb pis oldu. Əli ilə boynunu – üzünü ovub baxdı Səlimə. Səlimdə kinlə cavab baxışları olaraq baxdı, o mənada ki, məndən qurtuluş yoxdu deməkdir. Babası – rəyisə: siz nə danışdığınızı bilmirsiniz, rəyis – babasına: Murad bəy, baxın belə danışmayın qanunla. Biz nə tapmışıq onuda anlatırıq burda sizə. Uğur birdən əsəbləşib Səlimin yaxasından tutub, – Səlimə: alcaqsan sən, duyursanmı? gördüyüm ən şərəfsiz birisən. Sən etdin bu işi bilirəm, rəyis sakit olun desədə, Uğur buraxmadı yaxasını. Qapıda dayananlar qaçıb gəlib, Uğuru ayırdılar Səlimdən. Səlim Uğurun özündən Mələyi gizlətməsinə görə onada əsəbi idi. Yazıq babası sanki kar olmuşdu bir anlıq. Baxa qalmışdı olanlara və, duyduqlarına. Mələkdə ondan fərqli deyildi, yazıq şok olmuşdu. Uğuru zorla kənara çəkdilər. Uğur – Səlimə: bu qızın günahından necə qutaracaqsan sən? sən nə şərəfsizsənmiş, tfu sənə. Rəyis acıqlandı, bəsdir indi atdıraram səni içəri. Uğur əsəbləşdi, – rəyisə: qanun dedin bayaq, hansı qanunda yazılıb qonaq gələn qızıa şər atılıb, bu duruma düşürülməsi. Harda yazılıb deyin, bağırdı. Səlim Uğura baxırdı tərs —tərs. Mələk birdən – rəyisə: hə mənimdir cibimdən tapdığınız dərmanlar. Babasıda, Uğurda, Mələyə baxdılar təcüblə. Səlim baxdı anladı, Mələk acığa dedi belə. Mələk – rəyisə: məni indi tutuqlamanız lazımdır elə deyilmi? mən öz razılığımla indi sizə izahatımı yazacam. Sizin işiniz məni tutuqlayıb, lazımı orqanlara təhvil verməkdir. Qalanı orda qanunlarınız həll edərlər, mən razıyam cəzamı çəkməyə. Əlbətdə bu bir oyundu, Mələyə Səlim qurmuşdu. Ancaq indi Mələyin belə deməsi, gərcəkdən hər kəsi çətin vəziyyətdə qoymuşdu. Mələk əsəblə – rəyisə: icazənizlə kağız – qələm verin, kecib əyləşdi. Rəyis kağız – qələm verdi. Mələk götürüb yazdı, az vaxtda qaytardı. Rəyis kağızı oxuyub təcüblə – Mələyə: bura qonaq adıyla narkotik alveriçünmü gəldiniz? Mələk – rəyisə: bəli. Mən o dediyiniz xırda – para ilaclarla məşğul olan deyiləm. İnanın cox təhlükəli narkotik alverçisiyəm. Rəyis şaşqın baxışlarla baxdı Səlimə, babasına, – Mələyə: anlamadım mən sizi. Siz indi öz razılığınızla girişmədiyiniz işdənmi bəhs edirsiniz? yoxsa gərçəkdirmi yazdığınız. Mələk əsəblə – rəyisə: bilirsinizmi yoldaş rəyis, görürəm Səlim bəydən yaxşı aktiyor alınmaz. Bu həyatda senorya yazan elə yazmalıdır ki, hər şey gərçək kimi görsənsin. Mən istəmirəm Səlim bəy, pis aktiyor rolunda oynatsın sizi qarşımda. Mən yazdım orda həyat senariyamın başlığını, hadi çağırın məni aparsınlar. Qalanınıda qanunlarınız yazıb tamamlayarlar, nöqtəsi harda qoyular – qoyular. İnanın artıq mənə fərqi yoxdur, qarşında əyləşən bu yaşlı insandan tərbiyə aldım mən. Babası ayağa qalxdı, gözləri yaşardı yazığın. Əsən əliylə Mələyin üzünə sığal çəkib, gülümsədi. Dönüb Səlimə baxdı, göz yaşları axdı üzünə. Səlim babasının ağlamasına pis oldu. Ançaq necə demişlər? sonrakı peşmanlıqlar fayda vermir. Babası ürəyini tutub yıxılacaqdı, Səlim cəld qalxıb tutdu. Baba səslədi, həkim çağırın bağırdı. Babası qollarında yerə cökərək, gözlərini yumdu. Səlim qorxub babasını səslədi. Baba duyursanmı məni? baba qurban olum aç ğözlərini, ağladı qucaqlayıb. Rəyis tez telefonla yardım çağırırdı. Uğurla, Mələk, bir anlıq keyləşib baxa qalmışdılar. Uğur tez yanında əyilib, babasının nəbzini yoxladı. Qulağını sinəsinə qoyub, ürək döyüntüsünü dinləməyə çalışırdı. Səlim qorxmuşdu, baba deyib ağlayırdı. Mələk Səlimin qollarında huşsuz qalmış kişiyə baxdı. Kişinin bu hala düşməsinə elə üzüldü ki, gözlərindən yaş süzüldü üzünə.

Babasını xəstəxanaya çatdırmışdılar, Mələyi rəyis qoymamışdı xəstəxanaya getsin. Səlimlə Uğur qapının önündə gözləyirdilər, qacaraq Dəniz gəldi. Çatıb soruşdu həyəcanla – Uğurdan: nə oldu babama? yaxşıdımı nə dedilər? Səlim üzgün dayanmışdı. Uğur əsəblə – Dənizə: bunu şərçi qardaşından soruş, o deyər sənə nə olduğunu. Səlim – Uğura: əlimdə qalacaqsan haa, sözünə diqət et. Uğur əsəblə – Səlimə: şərəfsizsən, duydunmu? tanıdığım ən şərəfsiz birisən. Səlim Uğuru vurmağa hücum etdi, Dəniz imkan vermədi. Dəniz – qardaşına: Səlim yetər, bax indi atamı arayacam. Qardaşının sinəsindən tutub geri çəkdi, – Uğura: heç olmasa burda bir – birinizə girmədən durun. Səlim nə oldu babama? Səlim biraz arxaya çəkilib divara söykənib, – Dənizə: şövbədə özündən keçindi. Uğur yenə susmadı, – Səlimə: kimdir görəsən günahkar? Səlim əsəblə – Uğura: sənin gizlin saxladığın pislikş. Uğur Səlimi vurmamaqçün özünü zor tutdu. Uğur – Dənizə: qardaşın Mələyin üstə başqa şər atdı. Mələyin iş paltarının cibinə bu şərəfsiz nələrsə qoymuş ki, qızı tutuqlasınlar. Dəniz dönüb qardaşına şaşqın baxıb, nəə? Səlim sən axlınımı iitirdin? bu nə deməkdir? yalandır de. Uğur – Dənizə: babanda bunun etdiyinə dözə bilmədi, yıxıldı yazıq. Dəniz əliylə ağzını tutub baxdı, – qardaşına: səni mütləq həkimə göstərmək lazımdır. Sən dəlimi olmusan? buda nə deməkdir, axşam babamla razılığa gəlmədinmi. Demədinmi şikayətini geri çəkirsən? Səlim – Dənizə: çəkəcəkdim. Ancaq polislər o dəlinin cibindən nələrsə tapdıqlarını dediklərində, mən nə edə bilərdim? bağırdı. Dəniz başını tutub, aman Allahım qardaşım nə edirsən sən? yazıq demi qıza? bu vaxdı həkim çıxdı. Tez irəli gəlib Səlim – həkimə: necədir babam? Həkim dərindən nəfəs alıb – Səlimə: ən azı 10 gün burda qalmalıdır. Sonrasına baxarıq, baban infarkt olmuş, səsissizliyə və dinləməyə ehtiyacı var. Duyduqlarında çox üzüldülər, Səlim əlini saçına çəkib əsəblə baxdı. Dəniz – həkimə: görə bilərikmi? – Dənizə: hələ olmaz. Sizdə burda yavaş olun, Səlimlə Uğura işarə etdi, duymuşdu davalaşan səslərini. İcazənizlə deyib getdi, Dəniz qardaşını qucaqlayıb ağladı, səsini içinə salıb. Uğurda biraz kənara gedib öz – özünə: of Allahım sən səbir ver, dönüb Səlimə baxdı tərs – tərs.

Mələyi dəmir barmaqlıqlara salmışdılar, narahat idi Murad dayısına görə. Arada oyana – buyana gəzirdi, səbri çatmırdı. Keçib əyləşdi, düşündükcə inana bilmirdi başına gələn bu haqsızlıqlara.Qalxıb qapıya yaxınlaşıb, yaıxındakı polisi səslədi, mənim zəng etməyim lazımdır. Polis sanki duymurdu, cavabda qaytarmadı. Mələk əsəbləşib, – polisə: duymursanmı? deyirəm zəng etməyim lazımdır. Polis – Mələyə: səsiz qalın orda, icazə yoxdur sizə telefon. Mələk biraz baxıb – polisə: zibilə qalsın sizin telefonunuzda, ardını demədi sözünün. Keçib əyləşdi, bu az vaxda əsəbləri elə xarab olmuşdu ki, Səlim səbəb oldub. Əlini üzünə çəkib dərindən nəfəs alıb baxdı.

Axşam olurdu, xəstəxanaya Səlimin atasıda gəlmişdi. Həkimlə danışıb atasının durumunu öyrənmişdi. Atası – Səlimə: siz şəhərə gəzməyə demi çıxmışdınız? həkim dedi şövbədən bu durumda gətirilib atam bura. Sizin şövbədə nə işiniz vardı? Dənizlə Səlim qalmışdılar atasının qarşısında nə deyəcəklərini bilmirdilər. Araxadan Uğurun səsi duyuldu, Paşa dayı mən sizə anlataram indi gərçək olanları. Atası dönüb Uğura baxdı şüphəli baxışlarla. Paşa – Uğura: nə oldu ki? mənim bilmədiyim bir şemi var? Uğur qarşısında dayanıb, əsəblə baxdı Səlimə. Hə var Paşa dayı, sizin bilmədiyiniz çox ciddi şeylər var, oğlunuzla əlaqədar. Dəniz atasının üzünə baxa bilmədi. Atası şüphə və həyəcan dolu baxışlarla baxdı, gözlədi Uğur danışsın bilmədiklərini.

Gecə saat 10 idi qapı açıldı, polis – Mələyə: qalx gəl. Mələk oturduğu yerdən qalxıb qapıya yaxınlaşdı. Polis çıx deyə işarə etdi. Mələk qapıdan çıxıb dayandı, polis qolundan tutub apardı.

Rəyisin otağına çatıb qapını döyüb, Mələyi içəri keçirdi. Mələk işıqsız yerdə qaldığından gözləri qamaşdı. Otaqda rəyisdən başqa tanımadığı bir kişidə var idi. Dönüb Mələyə baxdı, gələn Səlimin atası idi. Rəyis – Mələyə: əyləş, Mələk keçib əyləşdi kişinin yanında. Rəyis biraz baxıb – Mələy: biz sənin bütün dannılarını yoxladıq. Siz heç bir zaman pis işlərə bulaşmamısınız. Qarşısındakı Mələyin yazdığı kağızı götürüb, cırıb masaya qoydu. Sizin bir günahınız var, oda Səlim bəyin başını yaralayaraq xəstəxanalıq etməniz. Səlim bəy şikayətini geri çəkdi, sərbəstsiniz gedə bilərsiniz. Ancaq bir şərtlə, Səlim bəylə bir daha qarşılaşmamaq şərti ilə. Mələk biraz baxıb – rəyisə: onunla hec şeytanda qarşılaşmasın. Gedincə öncə məndə sizə bildirmək istəyirəm, o dediyiniz Səlim bəy, bəy ifadəsinə layiq biri deyil. Mən onun başına xalası oğlunu yersiz vurduğuna görə vurmuşdum. Bəlkə boş başı axıla gələrdimi, bir daha əllə – qolla danışmaz günahsız insanlarla. O səbəb olub babasıda xəstəxanalıq oldu, elə evlad olunca hec olmasa yaxşıdır, tərbiyəsiz eşşək. Rəyis başını qaşıyıb Səlimin atasına baxdı. Mələk ayağa qalxdı, – rəyisə: məni sərbəst buraxdığınıza görə sizə təşəkkür etməyəcəm. Səbəbinidə deyim, ona görə təşəkkür etməyəcəm ki, qanunlarınız hər kəsə bərabər deyil. Rəyis əsəblə baxıb nə isə demək istəyirdi, Paşa bəy işarə etdi ki deməsin. Rəyis başqa kağızı masaya qoyub, – Mələyə: az qala unutmuşdum, bura imzanı at elə get. Mələk kağızı oxumadan imzasını atdı, qələmi qoydu kağızın üstə. Əsəblə baxıb, – rəyisə: bilirəm bitmədi, müvəqqətidir atdığım imzamda. Ancaq hələlik gedə bilərəm, rəyis Mələyin sözünə təcüblə baxdı, bəli gedə bilərsiniz Mələk xanım. Mələk otaqdan çıxdı. Səlimin atasıda ayağa qalxdı, – rəyisə: qızın adından mən sizə təşəkkür edirəm yoldaş rəyis. Salamatlaşıb tələsik çıxdı.

Mələk şövbədən çıxdığında, Uğur maşınının yanında dayanıb gözləyirdi. Mələyi görüb sevndi gəldi qarşısına, şükür çıxdın dostum Mələyi qucaqladı. Mələk zarafatla, -Uğura: oğlum elə bil illərlə yatıb çıxmış kimi qarşılama məni. Uğur baxdı üzünə gülümsəyib, – Mələyə: gedək burdan dostum. Bu vaxdı arxadan kimsə səslədi, Uğur. Uğur dönüb baxdı, gələn Səlimin atası idi. Kişi gəlib çatıb dayanıb baxdı Mələyə. Uğur – kişiyə: çox sağol Paşa dayı Mələyə yardım etdiyinçün. Mələk təcüblə kişiyə baxıb, —Uğura: məniz qutardığıçünmü? kimdir ki mən tanımadım. Uğur nə isə demək istəyirdi, Paşa bəy – Mələyə: qızım sizdən oğlumun adından üzür istəyirəm. Bəli bayaq dediyin kimi, vardır onun eşşək xasiyyətləri. Mələk bir anlıq kənara baxıb, özünü toparlamağa çalışdı. Siz demək Murad dayının oğlusunuz. Kişiyə xəcalət olmuşdu olanlardan və duyduqlarından. Bəli qızım Murad dayının oğluyam, oğlumun səhvinə görə sizdən bir daha üzür istəyirəm. Mələk – Paşaya bəyə: məndən üzür diləməyin onun əvəzindən. Əsil üzürü Murad dayıdan istəməliyik, yazıq nə hala düşdü. Mələk – Uğura: dostum məni Murad dayıya apar. Uğur braz şaşqın halda, – Mələyə: apara bilmərəm dostum. Mələk təcüblə – Uğuara: niyə ki? xəstəxana deyilmi. Uğur başıyla yox deyə işarə etdiyində, Mələk çox qorxdu. Yazıq elə bildi kişi ölmüşdür, əlin atıb Uğurdan tutub dayandı. Uğur cəld qolundan tutub, -Mələyə: qorxma sağdır. Paşa bəy – Mələyə: qızım atam xəstəxanada dayanan deyil, o üzdən çox çətinliklə həkimlə danışıb evə gətirdim, bizdə yatır. Mələk keçirdiyi həyəçandan bir anlıq özünü toparladı. Dərindən nəfəs alıb öz -özünə: canım Murad dayım, bağışla səni bu duruma saldığıma görə. Gözləri yaşardı, – Uğura: mən canlı yığıb telefonda görərəm o zaman, gedək burdan. Paşa bəy – Mələyə: qızım atam sənin gəlməni tapşırdı yanına. Mələk dönüb baxdı, – kişiyə: sizəmi? yox – yox olmaz. Mən sizə gələrsəm, inanın ki bu dostumun məni ən azı 20 ildən sonra, dustaq qapısında qarşılama şansı olacaq. Uğur bəzən Mələyin ciddidə olsa dediyi sözlərinə gülümsəyirdi. Çox xayiş edirəm sözümü yerə salma qızım, atam tapşırdı ki səni gətirim. Sizdə anlayın məni, həkim ona həyəcanlanmaq olmaz dedi. Sənsizdə evə qayıtmayım tapşırdı mənə. Mələk – Uğura: Murad dayıçün canımıda qurban verərəm mən. Dostum hazır ol 20 ildən məni qarşılamağa. Mələyin əsəbləşib dediyi sözünə, Səlimin atasıda çarəsiz gülümsədi. Dostum gedək mən üstümü dəyişdirim, sonra gedərik Murad dayıma. Keçib maşına əyləşdiyində, arxa qapıdan Səlimin atasıda əyləşdi. Mələk dönüb baxdı kişiyə, Uğurda sükan arxasına əyləşdi. Mələyin tərcüblə Uğura baxdığıını gördüyündə, – Mələyə: qızım atam sənsiz qayıtma dedi. Sən üstünü dəyişdirincə gözləyəcəm, sonra birlikdə gedəcəyik. Mələk – Uğura: bas qaza dostum hadi oyalanma. Uğur Mələyin əsəbləşdiyini anlayıb gülümsədi, maşını işə salıb qaza basdı. Mələk yan şüşədən dışarı baxdı əsəblə.

 

Gec olsada, Mələk gəldi Səlimin atasıyla Murad dayısının yanına. Dəniz gəlib qucaqlayıb görüşdü, xoş gəldin Mələk. Mələk hələ nçikdi Dənizədə. Qardaşının burnunun ucuna gəlişim bir o qədərdə xoş sayılmır Dəniz xanım. Bu olanlara görə atası Dənizidə danlamışdı. Arxadan Uğurda gəldi Dənizlə görüşdü. Atası – Dənizə: baban yatırmı? Dəniz başıyla yox deyə işarə etdi. Gəl qızım səni gözləyir atam, Mələk çalışırdı Səlim haqda düşünməsin. Çarəsiz Uğura baxıb, kişinin ardınca getdi. Uğur – Dənizə: gəl biz səninlə qəhvə içək. Bilirdi Dənizi atası acıladığını, Uğur cox istəyirdi Dənizin xətrini. Dəniz gülümsəyib, – Uğura: gəl mənim yaraşıqlı xalam oğlu, qolundan tutub mehribanlıqla apardı.

Səlimin atası gəlib qapının yanında dayandı, Mələyə baxdı. Mələk anladı özünün içəri kecməsinə işarə idi bu. Əlini atıb qapını açıb ehtiyatla girdi otağa, içəri biraz qaranlıq idi. Baxdı yataqda yatırdı Murad dayısı, qolunada sistem qoşulu idi. Yavaş səslə – Mələyə: gəl mənim gözəl qızım. Mələk kişinin baxmadan özünün gəldiyini anladığına, çox pis oldu. Yaxınlaşıb yanında dayandı, əyilib əliylə kişinin saçlarına, alnına, sığal çəkdi. Səni yenidən görməyimə necə şadam bir bilsən canım Murad dayım, kişi gözlərini açıb baxdı. Mələyin gözlərindən axan yaş damcıları, kişinin üzünə düşdü. Kişidə kövrəldi, Mələyin əlindən tutub öpdü. Canım qızım keçdi ağlama, hər şey yaxşı olacaq. Mələk kişinin üzündən öpüb, başını sinəsinə qoyub, səsini içinə salıb ağladı. Kişi – Mələyə: biz burdan az vaxtda gedəşəyik qızım, ağlama. Bir daha dönməyəcəyik dostuna gedəcəyik, özləmişdir səni çoxdan. Mələk kişini qucaqlayıb elə ağladı ki, qapıdan baxan atasıda pis oldu. Qapını örtüb getdi. Mələk göz yaşlarını silib, kişinin üzünə damlamış göz yaşlarınıda əli ilə sildi. Gərçəkdən bura bizim yerimiz deyil Murad dayı. Sən tez sağal gedək burdan, burda insanlar kəndimizdəki kimi deyillər. Bizim öz kəndimiz və insanlarımız yaxşıdılar. Kişi gülümsəməyə çalışdı, – Mələyə: mən o üzdən buraları sevmirəm qızım. Burda nə qonşu – qonşunu tanıyır, nə də yıxılan olsa, qolundan tutub qaldıranın olar. Mələk kişinin yanında oturub, nə qədər palçıqlı – tozlu olsada, mən kəndimizi belə 100 şəhərə dəyişmərəm. Kişi gülümsəyərək, – Mələyə: palçıq işində dostun profisyanaldır. Ayaqlarının palçığıyla az üstünü bulamadı. Mələk gülümsəyərək, – kişiyə: bulasın dostumdur o mənim. Biz nə palçıqdan, nədə yağışda islanmaqdan qorxmuruq, elə deyilmi Murad dayı? bu ikisinində sözü idi. Kişi xatırlayıb gülümsədi, elədir mənim gözəl qızım. Düzü heç axlımıza gəlmədi, ikimizində bir gün şəhər tufanında islanacağımız. Mələk Səlimi qəst etdi, kişi anladı. Biz güclüyük qızım, kənt yağışlarının, şəhər tufanlarına immuniteti güclü olur. Elə deyilmi oğlum? Mələk baxdı kişi oğlum dediyində. Birdən kənarda əyləşib özlərinə sakit baxan Səlimi gördü. Səlimə əsəbi olsada, kişinin həyəcanlanmağını istəmirdi. Mələk zarafatla -kişiyə: qısa vaxtlıq əsdi – gurladı, artıq keçdi Murad dayı. Səlim sakit görsənirdi, Mələk çalışdı Səlimə baxıb olanları xatırlamasın. Kişinin əlini öpüb baxdı gülümsədi. Ancaq içində Səlimə qarşı nifrəti yox sayılmazdı. Səlim – babasına: nəvəndən çox istəyirsənmiş bunu, gözlərimin şahidi oldum. Mən şəhərdə böyüsəmdə, məndədə babamın qanından var. Hec az deyil belələrinə qarşı immunitetim, narahat olma babacan. Babası nəvəsinin qısqanaraq qıc olmasına gülümsədi, gözlərini yumub sakit dayandı. O arada Səlimlə Mələyin üzlərini ciddi ifadə aldı. İkisidə bir – birinə baxdılar nifrət və əsəbi baxışlarla.

Beləcə bir neçə gün keçdi. Babası özünü biraz yaxşı hiss edirdi. Ancaq ayağa qalxıb gəzməyə qoymurdular. Mələk gəldi otağa əlində gül dəstəsi ilə, yanında Səlim oturmuşduşdu. Dənizdə əlində böyük vaza ilə gəldi. Mələk gətirib gül dəstəsini masaya qoydu, kişinin baş tərəfinə yaxın yerdən. Sən gülləri sevərsən Murad dayı, kişi gülümsəyib, – Mələyə: oxx çox gözəl qoxurlar qızım. Sanki həyətimizdəki qızıl güllər kimi, Dəniz babasının alnından öpdü. Canım babam mənim burdada var güllər, kəndə getməyinə gərək yoxdur. Kişi gülümsəyərək, – Dənizə: ürəyimsən mənim gözəl nəvəm. Mələk çalışırdı Səlimə fikir vermsin. Mələk – Dənizə: dalğa xanım, kəntdəki güllərimizi biz qoparmırıq. O üzdən güllərimiz uzun zaman qalırlar solmadan. Səlim – Mələyə: sən bacıma dalğamı dedin? Mələk – kişiyə: Murad dayı nəvənizə Dəniz adı vermisiniz. Dəniz xanımın dalğasında batan birinci mən oldum, o üzdən dalğa dedim. Mələyin zarafatla dediyi sözünə, babası qəh – qəhə cəkib elə güldü ki, hamısı baxdılar kişiyə. Mələk bu gülüşü özləmişdi çoxdan. Mələk – kişiyə: nəvənizədə Səlim adını verməyinizdə səhviniz olub. Tufan adı daha çox yaraşardı onada. Səlim əsəblə – Mələyə: gözlə batmayasan o tufanda. Mələk acıq verən hərəkətlə gəlib, Səlimin yanında əyləşib özünə yer etdi. Kişinin əlini tutub, deyəsən yağış yağacaq Murad dayı. Bax yenə birisi başladl əsib – gurlamağa. Dəniz Mələyin qardaşına ilişməsinə, eyni babası kimi ürəkdən güldü. Səlim əsəblə ayağa qalxıb çıxdı otaqdan. Kişi gülərək, – Mələyə: qızım gurlatma onu, tufan qopacaq yenə. Həkim mənə sakitlik lazımdır deyib, yenə ürəkdən güldü. İçəri atası girdiyində, öz atasının necə ürəkdən güldüyünü görüb, dayanıb baxıb gülümsədi. Səlimin gedişindəndə anladı ki, Mələk basmışdı quyruğunu. Atasının qızlarla necə mehriban və zarafatcıl olmasına baxıb gülümsədi.