This book cannot be downloaded as a file but can be read in our app or online on the website.
Volume 80 pages
0+
This book cannot be downloaded as a file but can be read in our app or online on the website.
About the book
Müharibədən sonrakı dövr alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Ziqfrid Lents (1926) yalnız dünya şöhrətli “Alman dili dərsi”, “Diyarşünaslıq muzeyi” və s. romanların müəllifi deyil, həm də “kiçik janr”ın böyük ustası kimi tanınır.
Tədqiqatçılardan birinin “Yolu tez qət etməyi xoşlayan sprinter” adlandırdığı Lents öz hekayələrində müasir insanı düşündürən problemlərə toxunur, onların ictimai-siyasi, mənəvi-psixoloji problemlərinin köklərini araşdırır. Yazıçının qəhrəmanları əsasən “kiçik adam”lardır, ancaq onlarla yaşadıqları cəmiyyət, bu cəmiyyətdəki həyat tərzi, əxlaq normaları, sosial mühit arasında həmişə böyük təzadlar olur və Lentsin əksər hallarda istehza, bəzən də kövrək duyğularla qələmə aldığı hekayələrin süjetləri də məhz bu cür təzadlar üzərində qurulub
