Read the book: «Azərbaycan romantizmini araşdırarkən… Romantizm və romantika»

Font::

© Vurğun Əyyub

Müəllifdən

Sayğıdəyər oxucu!

Bu mənim ilk kitabımdır. 40 ilə yaxındır elmi-ədəbi, siyasi-publisistik yaradıcılıqla məşğul olmağıma, onlarla elmi, yüzlərlə publisistik məqalə yazmağıma baxmayaraq indiyə qədər onları, hətta 30 il bundan öncə yazdığım və uğurla müdafiə etdiyim "Azərbaycan romantizmində vətəndaşlıq lirikası (1905–1920-ci il lər)" adlı namizədlik dissertasiyamı belə bu günə qədər kitab şək lində çap etdirməmişəm. Azərbaycan romantizminin müxtəlif problemləri ətrafında sonralar yazdığım məqalələr də diqqətdən kənarda qalmışdır. Öz zamanında müzakirə edildiyi elmi dairə lərdə nəticələrinə görə yüksək qiymətləndirilən dissertasiya işi min ayrı-ayrı tezisləri, ilk dəfə mənim tərəfimdən ortaya çıxarıl mış faktlar istinad edilmədən başqa müəlliflər tərəfindən elmi dövriyyəyə çıxarılmış, ortada geniş yayılmış çap materialı olma dığından, bir növ plagiatlıq baş alıb getmişdir. Bunu görən elm aləmdə olan dostlarım bir neçə dəfə dissertasiyamın kitab şəklin də çapının vacib olduğunu təkidlə söyləsələr də, kitab nəşr etdir məyə nə həvəsim, nə də vaxtım və marağım olmuşdur. Son za manlar romantizm problemi ətrafında yazdığım tədqiqat işini və ayrı-ayrı məqalələri yenidən nəzərdən keçirərkən oradakı bir çox fikirlərin, çıxarılan elmi nəticələrin bu gün də aktuallığını saxla dığının şahidi oldum. Ona görə də onları kitab şəklində diqqəti nizə çatdırmağı özümə borc bildim.

Bu kitab üç bölmədən ibarətdir. Birinci bölməyə daxil etdi yim "Azərbaycan romantizmində vətəndaşlıq lirikası (1905–1920-ci illər)" adlı namizədlik dissertasiyam sovet senzurasının və so vet hakimiyyətinin hələ mövcud olduğu bir dövrdə yazılmışdır. Buna baxmayaraq, hesab edirəm ki, o zamanın elmi mühitinə yad, qəlibləşmiş ideoloji-elmi qənaətlərinə zidd olan xeyli fərqli yanaşmalar, cəsarətli mövqelər nümayiş etdirmişəm. Kimlərlə, hansı elmi avtoritetlərlə, daşlaşmış hakim elmi şablonlarla müba hisəyə girişmişəm… indi baxanda özümə də qəribə gəlir. O cür elmi avtoritetlərin bircə kəlmə mənfi rəyi bəs edərdi ki, disserta siya işinin müdafiəsi baş tutmasın. (Amma uzun əziyyətdən son ra uğurla müdafiə etdim. Necə, hansı şəraitdə? Bu maraqlı tarixçə ayrıca söhbətin mövzusudur.)

Sözsüz ki, bu tədqiqat işində o dövrün məlum şablonlarından, hakim və yayğın elmi qəliblərindən tam qaça bilməmişəm, bu heç mümkün də deyildi. Dissertasiya işimi çapa hazırlarkən o zaman yazdığım heç bir fikrə toxunmamaq qərarına gəldim: qoy oxucu yanlışımı da, doğrumu da özü oxuyub qiymətləndirsin, indi mət nə nələrsə əlavə edib hələ o zamanlar özümün nə qədər ağıllı və cəsarətli olmağımı iddia etməyə nə gərək var… Ona görə də dis sertasiya işində bəzi texniki məsələlər nəzərə alınmasa, heç nəyə əl vurmadım, heç bir fikrimə redaktə, düzəliş etmədən çap olun masını istədim.

Kitabın ikinci bölümünə müxtəlif illərdə romantizm və romantika problemi ilə bağlı yazdığım məqalələri də daxil etdim. Hesab etdim ki, o məqalələrdə qaldırılan məsələlər, gəlinmiş elmi qənaətlər indi də aktuallığını itirməyib.

Üçüncü bölümdə isə Azərbaycan romantizminin problemləri və ədəbi şəxsiyyətləri ilə bağlı nəşr olunmuş kitablara yazdığım və çap olunmuş rəylər verilib. Bu məqalələr müdafiədən əvvəl-aspirant olduğum illərdə yazılmışdır.

Hesab edirəm ki, diqqətinizə təqdim olunan bu kitabdakı ma teriallar ali məktəb tələbələri, magistr və doktorantlar, elmi tədqi qat aparmaq istəyən insanlar üçün gəraəkli ola bilər. Təqdim et mək məndən, dəyərləndirmək sizdən.

I bölüm (Monoqrafiya)
Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905–1920-ci illər)

Giriş

Hər bir insanın cəmiyyətdə yeri və mövqeyi həm də onun və təndaşlıq dəyərlərinə bağlılğı ilə ölçülür. Bir çoxları əsl vətənpər vərliklə fəal vətəndaşdıq mövqeyini eyniləşdirmişdir. Bu tədqiqa tın aparıldığı sovet dövründə kommunist partiyası rəsmi sənəd lərində vətəndaşlarda fəal mövqe formalaşdırmağı ("fəal mövqe" anlayışı altında kommunistlərin nə nəzərdə tutduqları başqa söh bətin mövzusudur) bir vəzifə olaraq qarşıya qoyur, fəal həyat mövqeyinin formalaşdırılmasında ictimai elmlərlə bərabər, ədə biyyat və incəsənətin, estetik tərbiyənin də roluna böyük əhəmiy yət verirdi. Təsadüfi deyil ki, hələ 1986-ci ilin dekabr ayında ali məktəblərin ictimai elmlər müəllimlərinin Bakı şəhərində təşkil edilmiş respublika müşavirəsi də "Fəal vətəndaşlıq mövqeyi for malaşdırmalı" devizi altında keçirilmişdi. Azərbaycan insanında fəal vətəndaşlıq mövqeyinin tərbiyəsi bu gün də aktual bir məsə lə olaraq qarşımızda dayanmaqdadır. Bunun üçün ədəbiyyat və incəsənətin əvəzedilməz təsiredici gücü öz əhəmiyyətini qoruyub saxlamaqdadır.

Klassika xəzinəsinə daxil olmuş Azərbaycan romantik lirikası da Azərbaycan insanının fəal vətəndaş mövqeyinin formalaşdırıl-masında zəngin bir irs olaraq öz töhfəsini verə bilər. Çünki bu li rikanın meydana gəldiyi dövr ədəbiyyatın vətəndaşlıq mövqeyi ni şərtləndirən, ön plana çıxaran ictimai-siyasi hadisələrlə zəngin bir dövrdür. Bu dövrə qısaca bir nəzər salaq. O zamankı rus im periyası daxilində baş verən birinci rus inqilabı (1905) bu imperi yanın ən ucqar hüdudlarında belə cəmiyyəti aşaqıdan yuxarıya qədər hərəkətə gətirib müxtəlif təbəqələri fəal mübarizəyə qoşdu. Sosial-ictimai həyatın bütün istiqamətlərində qüvvətli intibah dalğası yaratdı. XX əsrin inqilablar dövrünün (1905–1920) "oyan mış Asiyanın" ədəbiyyat tarixinə bəxş etdiyi ədəbi-bədii sərvətlər içərisində tənqidi realizmlə yanaşı Azərbaycan romantizminin də özünəməxsus çəkisi vardır. Bu sərvətin qiymətləndirilməsində Azərbaycan sovet ədəbiyyatşünaslığı ideloji diktələrdən irəli gə lən sapmalara yol versə, estetik meyarlara ikinci dərəcəli məsələ kimi baxsa da, ümumən, romantik lirikanın vətəndaşlıq mövqeyi ni düzgün müəyyənləşdirə bilmişdir.

Axtarışlar göstərir ki, dünya və milli romantizm haqqında Azərbaycan sovet dövrü ədəbiyyatşünaslığında ilk tədqiqat mər hum Mir Cəlalın adı ilə bağlıdır. O, "Ədəbiyyatda romantizm" adlı məqaləsində Azərbayçan romantizmi ilə bərabər alman, fransız, türk romantizmlərinin də spesifik xüsusiyyətlərindən söz açmışdır. Proletkultçuluqun, realizmi yeganə yaradıcılıq metodu kimi qəbul və təsdiq edən zərərli bir nəzəriyyələrin hökm sürdü yü dövrdə yazılmış həmin məqalə müəllifin elmi cəsarətini, mə dəni irsə obyektiv münasibətini əyani şəkildə göstərirdi. Mir Cə lalın sonrakı dövrlərdə romantik sənətkarlar haqqında yazılmış bir neçə məqaləsi də onun "XX əsr Azərbaycan ədəbiyyatında ədəbi məktəblər" (1945) adlı doktorluq dissertasiyyasının roman tizm bölməsi üçün bünövrə rolunu oynamışdır. Bu dissertasiyada Azərbaycan romantizmi ədəbi məktəb səviyyəsində araşdırılmış dır.

Azərbaycan romantizminin öyrənilməsi 50-ci illərin ortaların dan başlayaraq ayrı-ayrı romantik şairlər haqqında yazılan mo noqrafik tədqiqatlar istiqamətində davam etmişdir. Eyni dövrdə bir-birinin ardınca K.Talıbzadənin "Abbas Səhhət" (1955), A.Zamanovun "Abdulla Şaiq" (1956), Ə.Mirəhmədovun "Abdulla Şa iq" (1956) və "Məhəmməd Hadi" (1962), M.Cəfərin "Hüseyn Cavid" (1960), Y.İsmayılovun "Abdulla Şaiqin həyatı və yaradı cılığı" (1962) kitabları çap olunur. Bu kitablarda Azərbaycan ro mantizmi XX əsr ədəbiyyatımızın tərkib hissəsi olaraq, milli ədəbi-bədii irs baxımından araşdırılmışdır. Müəlliflər Azərbay can romantizminin və eləcə də romantik lirikanın, onun ayrı-ayrı nümayəndələrinin ədəbiyyatımızda tutduqları mövqeyi, bədii ideyaların inkişafında rollarını aydınlaşdırmağa çalışmışlar. On lar belə bir qənaətə gəlmişlər ki, A.Səhhətin, M.Hadinin, H.Cavidin, A.Şaiqin lirikası ziddiyyətli, nahamar inkişafına baxmaya raq, əsasən, xalq həyatı ilə nəfəs almış, zamanın irəli sürdüyü problemlərin bədii əksinə çevrilə bilmişdir. Muəlliflər romantik lərimizin lirikasında geniş əksini tapan "vətəndaşlıq kədəri" nin, nikbinliklə bədbinliyin əvəzlənməsini gələcəyə münasibətlərinin mahiyyəti, meydana çıxma səbəbləri ətrafında maraqlı fikirlər söyləmişlər. Ədəbiyyatşünaslar romantik sənətkarlarımızın (A. Səhhət, M.Hadi, A.Şaiq, H.Cavid) metod və üslubunu "fəal", "mütərəqqi", "mücadiləçi", «aktiv» romantizm kimi səciyyələn dirmişlər. Məhz bu əsərlər Azərbaycan romantizmi haqqında sonrakı tədqiqat əsərlərinin meydana çıxması üçün möhkəm zə min rolunu oynamışdır. Bütün müsbət cəhətlərilə yanaşı həmin əsərlərdə ciddi bir nöqsan da nəzərə çarpır. Tədqiqatçılar roman tik şairlərin bədii yaradıcılıqlarının təhlilində daha çox çılpaq dünyagörüşündən çıxış edərək sosioloji təhlilə üstünlük vermiş lər. Bu da onunla nəticələnmişdir ki, romantik bədii irsdə tez-tez ziddiyyət və məhdudluq axtarılmışdır. Romantizmi büllur bir dünyagörüşü mövqeyindən, tənqidi realizmin ölçüləri ilə qiymət ləndirmək olmaz. Romantik əsərlərin bədii spesifikasına, estetik struktur və sisteminə əsaslanmayan hər cür təhlil subyektiv və birtərəfli görünür. Azərbaycan romantizminin estetikasınnın, fəl səfi-nəzəri əsaslarının, ideya-məzmun qaynaqlarının işlənib ha-zırlanmaması yuxarıdakı tədqiqat əsərlərində bəzi yanlış nəticə lərin ortaya çıxmasına səbəb olmuşdur.1

Həmin nəzəri vəzifəni M.Cəfərin 1963-cü ildə çap olunmuş "Azərbaycan ədəbiyyatında romantizm" adlı monoqrafiyası yeri nə yetirir. Əsər romantizmin tədqiqi sahəsində o zamankı ədəbiy yatşünaslığımızın nailiyyəti idi. Monoqrafiyada Azərbaycan ro mantizmi xüsusi ideya məzmununa malik yaradıcılıq metodu, özünəməxsus mövzu aləmi, problemləri, bədii ifadə vasitələri olan bir ədəbi cərəyan kimi alınır, əsaslandırılır və xarakterizə edilir. Tədqiqatçı qarşısına qoyduğu problemlərin elmi şərhində romantiklərimizin lirikasına da sıx-sıx müraciət etmiş, vətən mə həbbəti, humanizm, gələcəkçilik, inqilablara münasibət məsələlə rinin romantizmdə bədii əksinə xüsusi diqqət vermiş, həmin mövzu və ideyaların qabarıq olmasına təkan verən ictimai-siyasi amillərin izahına çalışmışdır. Müəllif Azərbaycan romantizminin nəzəri-estetik prinsiplərini də xüsusi bölmədə araşdırmış, roman tiklərimizin epiqonçuluğa qarşı mübarizəsini, onların ictimai hə yatda və tərbiyədə ədəbiyyatın roluna verdikləri əhəmiyyəti diq qət mərkəzində saxlamışdır.

Növbəti onillikdə, yəni 70-ci illərdə Azərbaycan romantizmi nin tədqiqi vulqar-sosioloji tənqidin qalıqlarından xilas olmaq cəhdləri baxımından maraqlıdır. 1974-cü ildə Zaqafqaziya alimlə rinin romantizm problemlərinə həsr olunmuş Tbilisi müavirəsin-dən sonra ədəbiyyatşünas Y.Qarayevin "Romantizmin hüdud ları" məqaləsi çap olunur. Ədəbiyyatşünas Azərbaycan romantiz minin mürtəce və mütərəqqi qollara ayrılmaması fikrini irəli sü rür. Elə həmin ildə Ə.Mirəhmədovun polemik ruhlu "Romantiz min hüdudlarını realistcəsinə müəyyənləşdirməli" və Y.Qarayevin öz opponentinin iradlarına cavab olaraq yazdığı "Mübahisə nin davamı" məqalələrindən sonra Azərbaycan romantizminin tədqiqində yeni bir canlanma əmələ gəlir. Y.Qarayevin roman tizmə qiymət verərkən onun öz poetika sistemindən, daxili qanu nauyğunluqlarından çıxış etmək haqqında çağırışları, "Hadidə irtica əleyhinə yox", "Hadi uğrunda və Hadi ilə birlikdə irticaya qarşı!" devizi romantik sənətkarlar haqqında yazılmış sonrakı əsərlərdə öz əks-sədasını tapır. M.Əlioğlunun "Hüseyn Cavidin romantizmi" (1975), M.Məmmədovun "Acı fəryadlar, şirin arzu lar" (1983), Ə.İsmayılovun "Dünya romantizm ənənələri və Hü seyn Cavid" (1983) kitablarında, M.Cəfərin, Y.Qarayevin, R.Zəka nın, Ə.İbadoğlunun və başqalarının məqalələrində şairin roman tizminin bədii xüsusiyyətləri, romantik qəhrəman axtarışları, ro mantik sənətin təbiətindən doğan ideya və mövzular aləmi mü asir elmi-metodoloji səviyyədə öyrənilməyə təşəbbüs göstəril mişdir.

M.Əlioğlu H.Cavidin lirikasına ayrıca bölmə həsr etmiş, təh lillərini "xəyal və həqiqət", "lirik qəhrəman və həyat", "ideal və varlıq" problemləri ətrafında cəmləmişdir. Tədqiqatçı Cavidin li rikasını ideya-bədii xüsusiyyətlərinə görə qruplaşdırmağa təşəb büs göstərmiş, lakin elmi cəhətdən tam formula etməmişdir. Belə ki, birinci qismi fəlsəfi, ikinci qismi məhəbbət lirikası adlandır mış, üçüncü qismi isə qeyri-müəyyən ad altında birləşdirmişdir. O, şairin lirikasını daha çox fəlsəfi istiqamətdə təhlil etmiş, kon kret nümunələrə bəzən sxemlərlə yanaşmışdır. Ədəbiyyatşünasın "Öksüz Ənvər", "Qız məktəbində", "Vərəmli qız" şeirlərindən məhəbbət lirikasının nümunələri kimi danışması özünü doğrulda bilmir. Çünki həmin şeirlərində də H.Cavid poeziyasının vətən daşlıq səciyyəsinə sadiq qalaraq özünün humanizm, mənəvi-əx laqi gözəlliyə çağırış ideyalarını təbliğ etmişdir.

Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşlərinin tədqiqi də romantizmin öyrənilməsi miqyasını genişləndirmişdir. K.Ta-lıbzadənin "XX əsr Azərbaycan ədəbn tənqidi (1905–1917-ci illər)" (1966) tədqiqatının müəyyən hissəsi, K.Əliyevin "XX əsr Azər baycan romantiklərinin ədəbi-nəzəri görüşləri" (1985) monoqrafi yası romantik şairlərimiznn estetik-ədəbi prinsiplərinin öyrənil məsi cəhətdən diqqətə layiqdir.

K.Talıbzadə göstərdiyimiz tədqaqatının "Demokratik tənqid" bölməsində romantiklərimizin də ədəbi mülahizələrindən danış mışdır. O, ədəbiyyatın həyatla əlaqəsi, ictimai vəzifəsi, "köhnə" və "təzə" şeir problemi ilə bağlı məsələlərin izahında romantik tənqidin realist tənqidlə oxşar və fərqli cəhətləri üzərində da yanmış, bəzi istisnalar nəzərə alınmazsa, hər ikisinin eyni ədəbi mövqedən çıxış etdiklərini söyləmişdir. Lakin tədqiqatçı nə ro mantiklərin ədəbi-nəzəri görüşlərini xüsusi fəsildə tədqiq etmiş, nə də onların yazıçının vətəndaşlıq mövqeyi barədə fikirlərini ay rıca problem kimi öyrənmişdir.

K.Əliyev ilk dəfə olaraq romantiklərimizin ədəbi-nəzəri gö rüşlərinə tədqiqat həsr etmişdir. Romantik şairlərin ədəbi-estetik görüşlərinin formalaşmasında rol oynayan amilləri, gerçəkliyin bədii ədəbiyyatda inikası probleminə münasibətlərini, sənətkar taleyi və yaradıcılıq azadlığı barədə düşüncələrini zəngin faktik material əsasında izah edən müəllif sələflərinin ayrı-ayrı roman tik sənətkarların nəzəri görüşləri barədə söylədikləri fikirləri elmi şəkildə ümumiləşdirmişdir. Ancaq müəllif "sənətkarın vətəndaş lıq borcu" məsələsini "ilk dəfə olaraq problem səviyyəsində həll etməyə çalışdığını" (43,8) iddia etsə də, müəyyən fikir və abzas lardan başqa, məsələnin problem səviyyəsində öyrənilməsi ilə rastlaşmadıq.

Ə.İbadoğlunun romantik şairlərin ədəbi-estetik görüşlərində yazıçının vətəndaşlıq mövqeyi məsələsi ilə səsləşən "A. Səhhət vətəndaş şair haqqında" məqaləsi də məlumdur. Lakin müəllif qarşısına qoyduğu vəzifənin öhdəsindən tam gələ bilməmiş, de-yilmişlərə yeni bir fikir əlavə etməmişdir.

Yuxarıda adını çəkdiyimiz tədqiqatlarda Azərbaycan roman tizmi əsasən iki istiqamətdə – ədəbi-tarixi və nəzəri planda öyrə nilmişdir. Həmin sahələrdə qazanılan uğurlar Azərbaycan ro mantizminin poetikasının işlənməsi zəruriyyətini yaratmışdır. V.Osmanlmm "Azərbaycan romantikləri" (1985) kitabında və

K.Əliyevin bəzi məqalələrində romantizm ədəbi təcrübədə, bədii duyğu və düşüncələrdə, ifadə vasitələrində araşdırılmışdır.

Ədəbiyyatşünaslığımızda İsa Həbibov ilk dəfə olaraq "Ro mantik lirikanın imkanları" (1984) monoqrafiyasında romantiz min estetik prinsipləri mövqeyindən romantik lirikanın mövzu əlvanlığını və ideya istiqamətini, sənətkarlıq xüsusiyyətlərini, ro mantik şairlərin fərdi poetik üslublarını bütöv şəkildə tədqiqat obyekti kimi seçmişdir. O, romantik lirikanın mövzu və ideya zənginliyini ayrıca fəsildə aşkara çıxarmış, bir sıra maraqlı müla hizələr söyləmişdir. Sözsüz ki, fəslin verdiyi imkanları nəzərə alan tədqiqatçı romantik lirikada ən qabarıq işlənən mövzu və ideya motivlərini nəzərə çarpdırmaqla kifayətlənmiş, onların ge niş elmi təhlilinə nail ola bilməsə də, gələcəkdə tədqiqi üçün bü növrə yaratmışdır. Müəllif romantik lirikanı mövzu dairəsinə və ideyalar aləminə görə üç qismə (sosial-fəlsəfi; əxlaqi-tərbiyəvi, yaxud maarifçi; aşiqanə-məhəbbət lirikası) bölərək təhlil etmşdir. Müəllifin təqdim etdiyi bölgü tamamilə şərti xarakter daşıyır. Çünki romantik lirikanın bəlli mövzuları arasında qəti sərhəd qoymaq mümkün deyildir. Məsələn, tədqiqatçının sosial-fəlsəfi lirika bölməsinə daxil etdiyi şeirlərin bir çoxunda əxlaqi-tərbiyəvi məqsədlər izlənilmiş, maarifçi ideyalar bədii əksini tapmışdır. La kin aydın şəkildə görünür ki, tədqiqatçının istər sosial-fəlsəfi, is tərsə də əxlaqi-tərbiyəvi, yaxud maarifçi lirika adı altında qrup laşdırdığı nümunələrdə vətəndaşlıq idealları qabarıq surətdə əks olunmuşdur. Ona görə də, Azərbaycan romantik lirikasını möv zu və ideyalar aləminə, poetika xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnif etməyi məqsədəuyğun hesab edirik:

a) vətəndaşlıq lirikası;

b) fəlsəfi lirika;

c) məhəbbət lirikası.

Romantik lirikanın görkəmli nümayəndələri A.Səhhətin (1974), M.Hadinin (1979), A.Şaiqin (1981), H.Cavidin (1982) ana dan olmalarının 100 illiyi münasibətilə M.İbrahimovun, M.Cəfərin, M.Məmmədovun, A.Zamanovun, İ.Bəktaşinin, Z.Əkbərovun, R.Zəkanın, Ə.İbadoğlunun və başqalarının çap etdirdikləri məqa lələrdə romantik şairlərimizin vətəndaşlığı ön plana çəkilmiş, on ların ictimai həyatdakı vətəndaşlıq fəaliyyətləri bədii yaradıcılıq-larındakı vətəndaşlıq idealları ilə üzvi surətdə əlaqələndirilmiş dir.

Azərbaycan romantizmini vətəndaşlıq xarakterinə və miqya sına görə rus ədəbiyyatının dekabrist romantizmi ilə müqayisə etmək olar. Maraqlıdır ki, rus ədəbiyyatında da "vətəndaşlıq", "vətəndaş" sözləri ilk dekabrist sayılan romantik şair V. F.Rayevskinin leksikonunda işlənmişdir. Rus sovet ədəbiyyatşünaslığın da dekabrist poeziyası Q. A.Qukovski tərəfindən "vətəndaşlıq ro mantizmi" (95,176) kimi səciyyələndirilmişdir. Bizim milli ədə biyyatşünaslıqda isə professor Y.Qarayev həmin termini Azər baycan romantizminə aid etmişdir. (55) Azərbaycan romantik li rikasının tədqiq tarixinə etdiyimiz müxtəsər ekskursdan aydın olur ki, müxtəlif münasibətlərlə təhlil olunsa da, müəyyən fikir və mülahizələr söylənsə də, indiyə qədər heç bir tədqiqatçı ro mantiklərimizin vətəndaşlıq lirikasının xüsusiyyətlərini ayrıca el mi problem kimi öyrənməyi qarşısına məqsəd olaraq qoymamış dır. İndi vəzifə bu vətəndaşlığın hansı konkret mövzu və prob lemlərdə, üslub xüsusiyyətlərində, bədii ifadə vasitələrində, qəh rəmanlar qalereyasında, qoyulmuş problemin bədii-estetik həlli nə yanaşmada və sairədə necə əksini tapmasını meydana çıxar maqdır.

Bu tədqiqatın aktuallığını şərtləndirən aşağıdakılar olmuşdur. Azərbaycan romaltiklərinin lirikasında geniş əksini tapan vətən pərvərlik və humanizm, azadlıq, bərabərlik və qardaşlıq ideyala rı, mövcud quruluşa amansız nifrət, utopik gələcəyin qızğın tə rənnümü, qadın azadlığı, maariflənmək çağırışları bu lirikanı və təndaşlıq lirikası kimi səciyyələndirməyə əsas verir. Biz tədqiqata cəlb etdiyimiz elimi əsərlərdən gördük ki, ədəbiyyatşünaslığımız da Azərbaycan romantizmi və onun tərkib hissəsi olan romantik lirikanın tədqiqinin müəyyən tarixi vardır. Onilliklər ərzində müxtəlif fikir mübadilələrinin yekunlarından biri kimi ədəbiyyat şünaslarımız belə bir yekdil qənaətə gəlmişlər ki, Azərbaycan ro mantik lirikasını xarakterizə edən ən əsas cəhət onda vətəndaşlıq ideallarının güclü olmasıdır. Məhz həmin cəhət ədəbiyyatımızın klassika xəzinəsinə daxil olmuş romantik lirikanın müasirliyə xidmətini şərtləndirir. Azərbaycan gəncliyinin fəal vətəndaş ola raq tərbiyə edilməsində Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasının bədii-estetik gücü, bağlı olduğu ideallar, əsaslandığı dəyərlər vətəndaşlıq mövqeyinin fomalaşdırılmasına səfərbər olunmalıdır.

Tədqiqatımızın əsas məqsədi, 20-ci əsr Azərbaycan romantik lirikasının vətəndaşlıq məzmununu konkret problemlərdə, qəh rəman axtarışlarında bədii inikas xüsusiyyətlərini elmi təhlilə cəlb etməkdir.

Tədqiqat ədəbiyyatşünaslığımıza aşağıdakı elmi yenilikləri təqdim etməkdədir. Tədqiqat işi bütövlükdə elmi-nəzəri xarakter daşıyır. İndiyə qədər Azərbaycan romantiklərinin lirikası haqqın da söylənilmiş ayrı-ayrı fikir və mülahizələr, yazılmış tədqiqatlar bu araşdaırma üçün zəmin rolunu oynamışdır. Lakin indiyə qədər Azərbaycan romantizmində vətəndaşlıq lirikası ayrıca problem kimi işlənilməmişdir. Problemin qoyuluşu və işlənmə tərzi bu araşdırmanın yenilikləri sırasındadır. Biz burada romantik liraka-nın vətəndaşlıq xarakterini təyin edən ən əsas motivləri və on ların ətrafında deyilmiş fikirləri elmi-nəzəri səviyyədə ümumiləş dirməyə təşəbbüs göstərmişik. 20-ci əsrin əvvəllərinin mətbuatın dan toplanmış bəzi faktlar müxtəlif problemlərin elmi şərhində köməkçi vasitə rolunu oynamışdır. Bu tədqiqat əsəri yazılarkən M.Hadinin elmi-publisistik məqalələri toplu şəkildə əlimizdə yox idi. Ayrı-ayrı məsələlərin izahı ilə əlaqədar həmin məqalələr üçün 20-ci əsrin ilk iki onilliyinə məxsus mətbuata müraciət edi lərək, yeni faktlar üzə çıxarılmışdır.

Romantiklərimizin təsiri ilə yazıb-yaradan Ə. Q.Bakuyi, A.Qa-ibzadə, Ə.Səbur, A.Mərəndi, Ə. M.Sərabi kimi şairlərin əsərləri həmin dövrə məxsus mətbuat orqanları və kitablardan üzə çıxa rılaraq tədqiqata cəlb edilmişdir. İndiyədək məlum olmayıb ilk dəfə bizim tərəfimizdən haqqında danışılan faktlar sırasında M. Cəlalın "Ədəbiyyatda romantizm" adlı məqaləsini də qeyd etmək istərdik.

Tədqiqat işinin üçüncü fəslində problemin qoyuluşu bizim ədəbiyyatşünaslıq üçün yeni hesab olunmalıdır. Ədəbiyyat şünaslığımızda, ümumiyyətlə, romantik qəhrəman haqqında söh bət getsə də, romantik lirikada müsbət qəhrəman axtarışlarından danışılmamış və ya çox az bəhs edilmişdir. Azərbaycan roman tizminin müxtəlif məsələləri, bəzi şeirlərin janrı və metodu və s. ilə bağlı aparılan elmi mübahisələr, ədəbiyyatşünaslığımızın uğurları əsasında çıxarılan nəticələr də tədqiqatımızın elmi yenilikləri sırasına daxil edilməlidir.

Azərbaycan romantiklərinin vətəndaşlıq lirikası haqqında el mi təsəvvürləri genişləndirən bu əsər ayrılıqda götürülmüş bir romantikin vətəndaşlıq lirikası haqqında tədqiqat işi yazılmasına imkan açır, fakt, problem zənginliyinin mövcudluğunu sübut edir. Bundan başqa tədqiqatımızın nəticələrindən orta məktəblər də, texnikum və universitetlərdə romantik şairlərin yaradıcılığı nın öyrənilməsinə xidmət edib, şagird və tələbələrin vətəndaşlıq tərbiyəsində müəyyən rol oynaya bilər.

I fəsil
Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərində yaziçinin vətəndaşliq mövqeyi məsələsi

Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasının elmi təd qiqinə onların ədəbi-estetik görüşlərində yazıçının vətəndaşlıq mövqeyi məsələsinin hansı şəkildə qoyulduğunu öyrənilməsin dən başlamaq vacib və zəruridir. Çünki romantik lirikanın vətən daşlıq məzmunu və keyfiyyətini meydana çıxarmaq üçün yazıçı nın vətəndaşlıq mövqeyi və bu barədə nəzəri mülahizələri bir fon təşkil edir. 20-ci əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri gö rüşlərinə həsr olunmuş tədqiqlərin (75,127–261; 43) elmi dəyərini azaltmadan, deməliyik ki, həmin araşdırmalarda romantiklərimi zin yazıçının vətəndaşlıq mövqeyi barədə fikirləri xüsusi prob lem kimi öyrənilməmişdir. Əslində bu bəzi çətinliklərlə də bağlı olmuşdur. Azərbaycan romantikləri Avropa və rus romantikləri kimi bədii yaradıcılıq aləminə mükəmməl, ardıcıl ədəbi manifest-lə gəlməmişdilər. Onların ədəbi-nəzəri görüşləri bədii yaradıcılıq prosesində, ədəbi mübarizələrdə yaranır, formalaşır, elan olunur du. Onların bədii yaradıcılıqları bu ədəbi döyüşlərdə möhkəm lənir, yeni keyfiyyətlər qazanırdı. Elə buradan irəli gələrək ro mantiklərimizin ədəbi-nəzəri görüşləri onların bədii əsərlərində, yoldaşlıq məktublarında, xüsusi ədəbi gecələrdə, müsamirələrdə, müxtəlif mövzulara həsr edilmiş məqalələrində, kitablarına yaz dıqları müqəddimələrdə şərh edilmişdir. Göründüyü kimi ro mantiklərimizin nəzəri görüşlərinin təbliği yolları və vasitələri məhdud və azdır. Lakin bunların da hamısı bizə gəlib çatmamış dır. Təkcə bunu demək kifayətdir ki, K.Talıbzadənin göstərdiyinə görə, XX əsrin əvvəllərində ədəbiyyatşünas F. Köçərli A. Səh hətdən 27, A.Şaiqdən 24, H.Caviddən 4 məktub almışdır. (75,142) Hal-hazırda bu məktubların müəyyən qisminin əldə olmaması onların haqqında ətrafli və dəqiq fikir söyləməyə imkan vermir. Lakin aydın həqiqətdir ki, adlarını qeyd etdiyimiz romantikləri miz F.Köçərli ilə yazışmalarında daha çox ədəbi məsələlərdən da nışmış, fikir mübadiləsi etmişlər. Həmin məktublar bu gün əldə olsa idi, şübhəsiz, romantiklərimizin ədəbi görüşlərinin bir sıra prinsipləri haqqında daha inamla danışmaq olardı. Buna baxma yaraq əldə olan materiallar əsasında romantik şairlərimizin ədə bi-nəzəri görüşləri haqqında qənaət yaratmaq olur. Fəal həyat mövqeyi, sosial məsələlərə müdaxilə meyli, ümumiyyətlə, dərin vətəndaşlıq duyğusu romantik sənətkarlarda qabarıq surətdə nə zərə çarpır. Bu onların dünyagörüşündən, sənətkar idealından doğan bir keyfiyyət idi.

20-ci əsr Azərbaycan romantiklərinin istər bədii yaradıcılığın da, istərsə də ədəbi-nəzəri görüşlərində vətəndaşlıq vəzifəsi ən mühüm keyfiyyət kimi fəaliyyətlərində təzahür edirdi. K.Əliyev çox doğru olaraq yazır ki: "…XX əsr Azərbaycan romantik tənqi dinin vətəndaşlıq xarakteri güclü idi. Romantiklərin əksər müla hizələrinin bir tərəfi məhz vətəndaşlığa gəlib çıxır və milli özünə məxsusluqla tamamlanırdı. Onlar ədəbi hərəkatın inkişafına da bu meyarla yanaşır, sənətkar qayğılarını da eyni tələblə şərh edir dilər.” (43,10)

Romantik şairlərin ədəbi-nəzəri görüşlərində vətəndaşlıq key fiyyətinin formalaşması və inkişafına 20-ci əsr Azərbaycan ədəbi-elmi fikrinin görkəmli simaları F.Köçərli, N.Nərimanov, S.Hüseyn, M. Ə.Sabir və başqaları ilə onların yaxın dostluq və yara dıcılıq əlaqələri, rus və Avropa ədəbi fikri, türk ədəbiyyatı tarixi ilə tanışlıqları böyük rol oynasa da, onun əsl mənbəyi birinci xalq inqilabından (1905) sonra yeni inkişaf mərhələsinə qədəm qoyan real Azərbaycan varlığı olmuşdur. Bu vətəndaşlıq keyfiyyətləri özünü birinci növbədə epiqon poeziyaya qarşı mübarizədə göstə rirdi. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində poeziyamızın vəziyyətini göz önünə gətirək. Azərbaycan poeziyası, o cümlədən romantik lirika yeni əsrin ərəfəsində gərgin və təzadlı bir axtarış dövrü keçirirdi. O, artıq ictimai və bədii funksiyasını itirib texniki bir vəzifəni yerinə yetirirdi. Epiqon poeziya məzmun və forması na görə xalqın vəziyyətindən doqan ürək ağrılarını şeirin atəşin və həyəcanlı dili ilə deyə bilmədiyinə görə, yeni dövrün qabaqcıl sənətkarlarını, eyni zamanda romantik şairləri təmin etmirdi. On lar birinci rus inqilabının əmələ gətirdiyi "nəfəs genliyindən” (C.Məmmədquluzadə) vətənin dərdlərini müzakirəyə qoymaq, "biçarə vətəndaşlarına” tərəqqi və həqiqi yaşayış yollarını nişan vermək üçün əlverişli fürsət kimi istifadə etmək istəyirdilər. Ro mantiklər epiqon şeirdəki kif basmış fikirlərə, mədhiyyəçiliyə, qəzəlxanlığa, millətin taleyi əvəzinə nimdaş bir eşqin uğursuzlu ğu üçün tökülən göz yaşlarına qarşı vətəndaşlıq ehtirasları ilə zəngin ədəbi-nəzəri ideyalarla çıxış edirdilər. Buna görə də epi-qonçuluğa qarşı aparılan ədəbi mübarizə böyük ədəbi və məfku rəvi əhəmiyyət kəsb edirdi. M. F.Axundov və "Əkinçi" nin zərbə sindən sonra epiqon poeziya nüfuzunu müəyyən qədər itirsə də, hələ 20-ci əsrin əvvəlində kif iyi verərək yaşayırdı. Əsrimizin baş lanğıcında H.Zərdabi "Bizim nəğmələrimiz" adlı məqaləsində "Əkinçi" müəlliflərinin epiqon şeirə qarşı mübarizələrinin etina sızlıqla qarşılanmasından bəhs edərək yazırdı: "Keçmişdə "Əkin çi" qəzeti çıxanda, o vaxtın şairlərindən yazıb təvəqqe etmişdim ki, bülbülü və gülü tərif və bir-birilərini həcv etməkdən əl çəkib, elm, təhsil etməyin nəflərindən (faydalarından-V.Ə) və biz mü səlmanlara olan zülmlərin barəsində şeirlər yazıb, onları bizim aşıqlara sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm təhsil etmək nəflərindən bir neçə şeir yazmışdı ki, "Əkinçi" də çap olunmuşdur." (80) "Əkinçi" nin çapa başlama sından otuz illik bir müddətin ötüb keçməsinə baxmayaraq və ziyyət əsaslı surətdə dəyişilməmişdi. Yeni əsrdə də epiqonçuluğa qarşı mübarizə zəruri bir ehtiyac olaraq qalmışdı. Artıq bu vətən daşlıq vəzifəsinin komponentlərindən birinə çevrilmişdi. Çünki epiqonçuluq ədəbiyyatımıza yeni ideyaların, formaların və bədii obrazların gəlməsi yolunda bir səddə çevrilmişdi. Ədəbiyyatşü naslığımızda bu mübarizə mütərəqqi və mürtəce romantizm ara sında gedən mübarizə kimi qiymətləndirilsə də, əslində yenilik və köhnəliklə, fəal mövqe və passivlik arasında gedən mübarizə idi. Epiqonçuluqla mürtəce romantizm arasında ideya baqlılığı müşahidə edən ədəbiyyatşünas K.Talıbzadə yazırdı: "Epiqonçu-lar mürtəce romantiklərin sələfləri idi. Epiqonçulara məxsus fər diyyətçilik, həyatdan, siyasətdən uzaqlıq, sənətin formal cəhətlə rinə uymaq və s. mürtəce romantiklərə qida verən amillər idi. Odur ki, 1905-ci ildən sonra ayrı-ayrı məqamlarda mürtəce ro mantizm ilə epiqonçuluğu birləşmiş şəkildə görürük." (76,95) Ədəbiyyatşünasın epiqonçuluğun mahiyyəti barədə dedikləri ilə qismən razılaşmaq mümkün olsa da, onun mürtəce romantiklər barədə söylədikləri ədəbi faktlarla özünün təsdiqini tapmır. Azərbaycan romantizminin mürtəce qolu haqqında söhbət açmaq üçün əlimizdə yetərli bədii material, ədəbi mülahizələr yoxdur.

Azərbaycan romantizmi və onun nümayəndələri haqqında ilk fikir söyləyən S.Hüseyn, A.Şaiq, C.Cabbarlıdan başlamış müasir tədqiqatçılara qədər hamının şərik olduğu bir fikir var: əski ədə biyyatla yeni ədəbiyyat arasında uçurum yaradan, epiqon poezi yanı kökündən yıxan, şeiri "Füzuli tilsimi" ndən ilk silkinib çıxa ran Sabirlə birlikdə Hadi və Səhhət oldu. Bu o deməkdir ki, epi-qonçuluğa qarşı mübarizədə, təzə şeirin ideya-estetik prinsipləri nin müəyyənləşməsində Azərbaycan romantizmi bir çox məsələ lərdə olduğu kimi tənqidi realistlərlə eyni mövqedən çıxış etmiş dir. 19-cu əsrin sonunda "təzə şeir" problemi ətrafında mübarizə lər məktəb və tərbiyəyə aid ədəbi nümunələrin meydana çıxmağı ilə nəticələndikdə "Həyat" qəzetində Abbas Səhhətin "Təzə şeir necə olmalıdır?" (1905) məqaləsi göründü. A.Səhhətin məqaləsi nin belə bir şəraitdə meydana çıxması yaranmış poetik nümunə lərə etiraz əlaməti, onlarla qənaətlənməməyin ifadəsi idi. Görü nür, şeirin inkişaf istiqaməti gənc şairi razı salmamışdı. O, deyi lənlərdən və yazılanlardan fərqli olaraq, şeirə yeni bir istiqamət vermək istəyirdi. Lakin məqalədə müəllifin nəzəri konsepsiyası aydın və konkret şəkildə ifadəsini tapmamışdır. Yəqin ki, şairin o zamankı dünyagörüşü, hələ yeni-yeni formalaşan ədəbi zövqü buna imkan verməmişdir. Lakin bütünlükdə məqalənin ruhun dan, məqsədindən ("ədəbiyyatımızın islahatı") aydın hiss olunur ki, şair epiqon poeziyaya düşmən münasibət bəsləyir. Bu da ora dan irəli gəlir ki, bədii sənətin həmin istiqaməti özünün real hə yati məzmununu itirmiş, saxta bir şeyə çevrilmişdi. Təsadüfi de yildir ki, şair məqalədə fikirlərinin ağırlıq nöqtəsini bu məsələ üzərinə salırdı. Müəllif yazırdı: "Şüəarayi-sabiqəmizin əşar və ədəbiyyatının təbii əhvala müğayir olduğundan oxuyan kəslərə kəsalət və nifrət gətirməyi və heç bir surətdə insan üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədiyi məlumdur. Məsələn: qəd din sərv ağacına oxşadılması, ya məhbubun üzünü bədr aya bən zətdikləri kimi və yainki qaşları yaya və kirpikləri oxa təşbih tutduqları qəbil." (28, II, 7)

Göründüyü kimi A.Səhhət "köhnə şeirin" əsas qüsurunu "in san üçün mərifət və ibrət dərsi ondan hüsula gəlmədi" yində gör müşdür. Aydın görünən budur ki, şair şeirdən mərifət və ibrət dərsi verə bilməsini tələb edir. Şairi bağlı olduğu ənənədən qopa ran nə idi? Nə baş vermişdi ki, şair birdən-birə üzərində pərvəriş tapdığı köhnə şeirdən üz çevirmiş, ona qarşı hücuma keçmişdi? Axı, dünənə kimi o özü də zamanın ab-havasından uzaq şeirlər yazırdı. Səhhət 1905-ci ilə qədərki vəziyyətini 1911-ci ildə F.Köçərliyə yazdığı mənzum məktubunda belə təsvir etmişdi:

 
Bir zaman Nasehü Tərrah ilə Sabir bəndə,
Yaşayırdıq hamımız qəflət ilə fəxrəndə.
Birimiz mərsiyəguluqda böyük şair idi,
Birimiz sağərə mail, birimiz cananə.
Birimiz həcvdə Yəğma kimi çox mahir idi,
Laübali keçinirdi günümüz rindanə. (28, I, 161)
 

Səhhətin qarşı çıxdığı məsələlər aydın və konkretdir: mərsiyə-çiliyə, həcvə, həyati problemlərdən üz çevirib canana, meyə dair nəzm parçaları yazmağa etiraz! Bir zamanlar həvəslə qoşulduğu ənənəyə bu ədəbi "dönüklüyün", özünü inkarın (yaxşı mənada) başlıca səbəbkarı, əlbəttə, zaman özü, orta əsrlərin hələ də hökm sürən mənəvi-ideoloji, ictimai-siyasi mənzərəsini çilik-çilik edən qüdrətli 1905-ci il inqilabının gətirdiyi yeniliklər idi. Birinci rus inqilabının astanasında Abbas Səhhətin müzakirəyə qoyduğu bu məsələ tədriclə inkişaf edib xüsusi bir ədəbi konsepsiyaya çevri lir. Sənətkarın vətəndaşlıq mövqeyi məsələsi onun ədəbi görüşlə rinin təməlində dayanır. Şairin bütün yaradıcılığı bu ideyanı aşı lamağa çalışır. A.Səhhətin nəzəri mülahizələri bir çox qabaqcıl ro mantik şairlərin ədəbi manafestinə çevrilir. O, müxtəlif şairlər tə rəfindən daha da inkişaf etdirilir. Məhəmməd Hadi də A.Səhhə tin mövqeyində dayanaraq yazırdı: "İndi əsri cədiddir. Fikirlər, xəyallar da əski fikirlər, köhnə, qədim hisslər deyildir, tazə və ye ni fikirlərdir." (13) Eynilə Abdulla Şaiq də şairlərdən yazdıqları əsərlərlə "camaatımızın əhvali-ruhiyyəsində başqalıqlar törətmə yə müvəffəq" olmadıqları üçün şikayətlənirdi. (30, I, 123)

A.Səhhətin ədəbi görüşlərində diqqət yetirilməli bir incə cəhət də vardır. O da şairimizin "şüərayi-sabiqəmizin əşar və əbyatına" hörmətlə yanaşmasıdır. Diqqət etdikdə məlum olur ki, o heç də bütövlükdə klassik ədəbi irsimizə arxa çevirmir, onu inkar etmək mövqeyində dayanmırdı. A.Səhhətin, eləcə də bütün romantiklə rimizin klassik irsə bağlılığı, klassik şairlərimizə olan məhəbbət ləri onlar haqqında yazılmış az qala hər bir əsərdə göstərildiyin dən burada onları təkrar etməyə lüzum yoxdur. Bu, 20-ci əsrin qarşıya qoyduqu vəzifələr ilə şair arasında uçurum yaradan, sə nətkarları bir-birinin kölgəsinə döndərən qanun-qaydalara, bas-maqəlib ifadələrə, şablon bənzətmələrə etirazdır. 1905-ci il inqila bının oyatdığı yeni hisslər, yeni dünyagörüşü müqabilində "əski ədəbiyyatın" poetikasına, insanı darıxdıran, bezdirən, nəm qoxu yan hiss və fikirlərinə qarşı üsyandır. Hələ 19-cu əsrdə Avropa və rus romantikləri də ədəbiyyatda köhnə məzmun, darıxdırıcı hiss lər, poetik ştamplar əleyhinə çıxırdılar. Ədəbiyyatşünas N.Tomaşevski yazırdı: "Teatrın təsirli, fail olması üçün, madam dö Stal deyirdi ki, ağlağan sentimental pyesləri səhnəyə yaxın qoyma maq və ona yeni, mövzusuna görə vətəndaş qayəli repertuar ver mək gərəkdir." (133, 3)

1820-ci illərdə rus şairi Kyuxelbeker ironiya ilə poeziyada duy-ğusuzluqdan, eyni həyat lövhələrinin əsərlərdən əsərlərə keçmə sindən yazırdı. (125, 14)

1859-cu ildə Fet də Tutçevin fikrinə şərik çıxaraq poetik dur-ğunluqdan şikayətlənirdi: "Ay, arzu, qız! Cır-cındır! Hə, doğru dan da, onlar təkcə tənbəllərin ora-bura dürtüşdürmədiyi cır-cın dıra çevrilirdilər." (135, 148)

Yuxarıda gətirdiyimiz misallardan göründüyü kimi sənətdə köhnəliyə qarşı mübarizə bütün milli ədəbiyyatlarda olmuşdur. Bizim ədəbiyyatda M. F.Axundov tərəfindən epiqonçuluğa qarşı elan edilmiş "müharibə" 20-ci əsrin əvvəllərində tənqidi realistlər və romantiklər tərəfindən qalibiyyətlə başa çatdırıldı.

A.Səhhətin ədəbi-nəzəri görüşlərinin bədii ifadəsi olan əsərlər içərisində öz yaxın dostu, sabiq qələm yoldaşı Ağaəli bəy Nasehə yazdığı mənzum məktub mühüm yer tutur. Həmin məktubda "köhnə" və "tazə şeirə" münasibət, şairin vətən və xalq qarşısın da borcu, vətəndaşlıq mövqeyi kimi məsələlər aydınlaşdırılmış dır. Ədəbiyyatşünaslığımızda indiyə qədər bu şeirə nisbətən az fikir verilmiş, şairin nəzəri görüşlərinin tədqiqi baxımından geniş təhlildən kənarda qalmışdır. Halbuki "Tazə şeir necə olmalıdır?" məqaləsində hələ qısa tezis şəklində deyilən fikirlər bu mənzum məktubda bir az da əhatəli və sistemli şərhini tapa bilmişdir. Məktub göstərir ki, Səhhətin nəzəri görüşləri bir yerdə donub qalmamış, illər keçdikcə inkişaf edərək mükəmməlləşmiş, büllur laşmışdır.

"Naseh" mənzum məktubunun ümumiləşdirilmiş iki qəhrə manı var: "köhnə" şeirin nümayəndəsi Naseh və "tazə" şeirin ilk carçılarından sayılan Abbas Səhhət. Sənətə, onun idrakı və tərbi yəvi əhəmiyyətinə münasibətdə bir-birinə zidd mövqe tutan bu iki şairin mubahisəsi əslində köhnə şeirlə yeni şeir, epiqonçu şa irlə novator şair arasında gedən mübarizənin əksidir. Ədəbiyyat şünas K.Talıbzadə də bu fikirdədir ki: "Bu iki müxtəlif ədəbi cəb həyə məxsus şairin mübahisəsidir. Elə bil Şamaxı ədəbi məclisi dir, Nasehlə Səhhət – "köhnə şeirlə" "yeni şeir" in nümayəndəsi üz-üzə dayanıb mübahisə edirlər, hərə öz möqeyini elan edir, təs diqləyir, ancaq mübahisə çox qəti və prinsipialdır, Səhhət heç nə yə güzəşt etmədən, ustadına hörmət dairəsində "köhnə şeir" in məhdudluqlarını bir-bir sayır, "yeni şeir" in məqsəd və vəzifələ rini aydınlaşdırır." (74, 249–250)

A.Səhhət yeni şeirlə bərabər yeni şair problemini ortaya atır. O, yeni şairin səciyyəvi xüsusiyyətlərini əks qütb kimi "köhnə şe ir" yaradıcısının mənəvi süstlüyünə, əhlikefliliyinə, fəaliyyətsiz lik və qeyri-mübarizliyinə qarşı qoyur. "Yeni şair kim olmalıdır?" – sualına Səhhət qətiyyətlə cavab verir: xalqın həyatı ilə nəfəs alan vətəndaş – şair! Bu vətəndaş – şairin xüsusiyyətləri epiqonçu şairlə müqayisədə daha aydın və əhəmiyyətli görünür. Epiqonçu şeirin xüsusiyyətləri mənzum məktubda həm Nasehin, həm də Səhhətin dilindən deyilmiş fikirlərdə öz əksini tapmışdır. Naseh deyir:

 
Şair azadə gərək, azadə,
Laübali dolana dünyadə.
Yaza vəsfi – ruxi – yarü xətü xal,
Oxuyanlar ola ta ki, xoşhal.
Sizlər azadə ikən olduz əsir,
Şüəra rəsmini etdiz təğyir.
Əhli-hal ikən olub maili – qal,
Olmusuz həmdəmi – cəmi – əffal. (28, I, 164)
 

Oxucuları "xoşhal" etmək üçün yarın vəsfini yazmağa, "xətü xalını" tərif etməyə çağıran yuxarıdakı fikirlərdə poeziyanı icti mai həyatdan uzaq salmaq, sənətkarı vətəndaşlıq qayğılarından azad etmək kimi "sənət sənət üçündür" nəzəriyyəsinə dayanılı bir ruh hakimdir. Yeri gəlmişkən deyək ki, ədəbiyyatşünas K.Əli-yev adı keçən tədqiqatında Nasehin yuxarıda misal gətirdiyimiz fikirlərini səhvən A.Səhhətin adından vermiş, beləliklə, yazıçı azadlığı haqqındakı tezisini həmin misralara yanlış və uğursuz bir surətdə tətbiq etmişdir. (43, 102) Sözsüz ki, A.Səhhətin yazı çının ictimai mühitdə dustaq olmasından şikayətlənməsini, həqi qəti yazmaq üçün "qələm azadə"liyi tələb etməsini, Nasehin "la-übali dolanmağı" şair azadlığı kimi qələmə verməsi ilə eyniləş dirmək olmaz. Səhhət gördüyünü, düşündüyünü yaza bilmək üçün sənətkar azadlığını irəli çəkir, Naseh isə şairin ictimai dərd lərdən uzaq gəzib öz zövqü üçün yaşamağını arzulayırdı.

A.Səhhətin Nasehə verdiyi cəsarətli cavabda epiqonçu şairlə rin mənəvi puçluğu, köhnə üsulun heç bir vəchlə "təqazayi-za-mana" uyğun gəlmədiyi göstərilir:

 
Bu zaman siz buyuran köhnə üsul
Eybdir, eyb: deyildir məqbul.
Çünki indi dəyişib vəzi cahan,
Başqadır, başqa təqazayi-zaman.
Varsa təlimə bizim rəğbətimiz,
Biləsiz kəsb deyil niyyətimiz.
Biz pula, dövlətə mail deyiliz,
Rəsmi-dirinə də qail deyiliz. (28, I, 164–165)
 

Misal gətirdiyimiz parçada dəyişən cahan və zamanla, dəyiş məyən inikas üsulu arasındakı uçurum çox incə və yığcam şəkil də deyilib. Yeni zaman yeni vətəndaş tərbiyəsini tələb edir. Buna görə də romantiklər öz yaradıcılıqlarında və fəaliyyətlərində məktəbə, maarifə böyük yer verirdilər. Epiqonçuların nəzərində isə romantik şairlərin bu vətəndaşlıq fəaliyyəti "kəsb üçün" imiş. Səhhət öz qələm yoldaşlarını müdafiə edərək, pula, dövlətə görə təlimə rəğbət göstərmədiklərini söyləyir. Bəs onların qəsdi, fikri nədir? Şair çox aydın cavab verir:

 
Fikrimiz tərbiyeyi-millətdir,
Qəsdimiz millətə bir xidmətdir. (28, I, 165)
 

M.Hadi də "Tərbiyeyi-ümumiyyə calibi-səadətdir" məqaləsin də yazmışdı: "İnsanlar yalnız yaşamaq üçün deyil, mənsub oldu ğu cəmiyyətə xidmət etmək üçün yaranmışdır…"(31)

Vətən dərdindən yazmaq, millət qayğısı çəkmək – göründüyü kimi romantik şairlərin vətəndaşlıq mövqeyi əsasən bu şəkildə ifadə olunurdu. A.Səhhət öz fikrində davam edərək daha sonra yazır ki, hər bir şair dövranın ayinəsidir. Xalqın vəziyyəti, onu cə halət və gerilik girdabında saxlayan bəlalar isə köhnə şeirin ayinəsində görünə bilmir. Güldən, bülbüldən, yarın xətü-xalından yazmaqla "nehrə kimi çalxalanan" (M.Ə.Sabir) yeni zamanı qav ramaq və izah etmək mümkün deyil. Elm və əxlaq "haiz olma yan" şeir nə qədər "şirin məzmun", ifadəcə ecazkar olsalar belə, xalqı qəflət yuxusundan oyatmağa qadir deyillər. Müstəbidlər əlində alətə çevrilən, işrətə uyan, bəxşiş naminə əqidəsini satan şairlər xalqa ictimai gerilikdən, milli zülmdən qurtuluş yolunu nişan verə bilməzlər:

 
Çün budur lazımeyi-istibdad,
İşrətə, qəflətə uysun əfrad.
Müstəbidlər yaşamaqçın rahət
Şairi əldə ediblər alət.
Bəxş edib şairə ənamü səlat,
Rahət etmiş bu da imrari-həyat.
Gecələr məst, günüz dərdi-xumar,
Yatmışı yatmış edərmi bidar?! (28, I, 166)
 

Məlumdur ki, romantizmdə şairin ictimai həyatda roluna bö yük qiymət verilirdi. Öz idealları ilə cəmiyyət arasında kəskin tə zadı görən romantiklər ideallarına çatmaq üçün sənətkarlardan yaşadıqları mühitdən ucada dayanmağı, əsərləri ilə bəşəri dəyər ləri təbliğ etməyi, insanların qəlbində təmizliyə, munisliyə, qəh rəmanlığa tələbat doğurmağı, beləliklə də, xalqın ictimai-sosial düşüncəsini genişləndirməyi tələb edirdilər. Əlbəttə, bu onların idealist dünyagörüşə malik olmalarından irəli gəlirdi.

İctimai bə-lalardan çıxış yolunu xalqın qabaqcıl ziyalılarının, sənətkarlarının yüksək vətəndaşlıq səviyyəsi ilə izah edən romantiklərimiz bir tərəfdən onları xalqın taleyi uğrunda mübarizələrə çağırırdılarsa, digər tərəfdən həmin səviyyədən aşağı dayananları tənqid atəşinə tutmaqdan da çəkinmirdilər. Məzmun və ideya cəhətdən xalq taleyinə biganə olan şeirləri A. Səhhət istehza ilə «meir» adlandırır, "sözün təhərindən tərifnamə yazıb bir böyük şəxsi mədh edən, tainki puldan-maldan alıb cibişdanına qoymaq" (28, I, 139) arzusu ilə qələmə sarılanları kinayə obyektinə çevirirdi.

Digər romantik şairimiz Hüseyn Cavid "Müharibə və ədəbiy yat" məqaləsində yazıçıların, filosofların xalqın tərbiyəsində təsi rini nəzərdə tutaraq deyirdi: "İngilislər məğrur və soyuqqanlıdır, düşüncəli və durbindir. Əlbəttə, bunlar, bu sifətlər mühitə, milli ruha, milli tərbiyəyə race sifətlərdir. Lakin Şekspir kimi dahilərin əməlpərvər, aləmşümül əsərləri, Herbert Spenser kimi böyük filosofların nüfuzlu, mətin, sarsılmaz və kəskin fəlsəfələri, şübhə siz ki, hər ingilisdə, bütün xalq ruhunda böyük və səmimi bir tə sirə malikdi." (3, IV, 235)

Məhəmməd Hadi də "ictimai yazıçılar" ifadəsi işlədir, onların qələmlərini "inqilab bıçağı"na bənzədərək yazırdı: "Qalın qafala rı incəldən, maziyə aşiq əfkari-natəraşidələri rəndələyən, kif at mış damaqları silən həp ictimai yazıçılar olmuşdur." (14)

A.Səhhət bu fikirdədir ki, keçmişdə müstəbidlər, dövlət başçı ları xalqı üsyana çağıra biləcək, onlara əsil həyatın, mübarizənin yolunu başa salmaqa qadir olacaq şairləri daim bəxşişlər vasitəsi ilə əldə saxlamış, öz xeyirləri və rahat yaşamaqları üçün "gecələr məst, günüz dürdi-xumar" etməklə xalqdan uzaq salmışlar. Belə olan halda məst şair yatmış xalq qarşısında öz vətəndaşlıq borcu nu yerinə yetirmək əvəzinə qəzəl, qəsidə, həcv yazmaqla xalqın əxlaqını pozmuş, əfsanələrlə onu yuxuya vermişdir. Nəzərə al maq lazımdır ki, A.Səhhət qəzəl, qəsidə yazanları tənqid etməklə, heç də klassik ədəbiyyatda bu şeir formalarının rolunu danmırdı. O, 20-ci əsrin irəli sürdüyü məsələləri müasir dövrdə işıqlandıra bilməyən qəzəlin məzmunundan şikayətlənirdi. Səhhət kimi qə ləm dostları A.Şaiq və H.Cavid də qəzəl və qəsidənin həmin cə hətini nəzərdə tutaraq, forma daxilində azadlıq tələblərini irəli sürərək yazırdılar: "Mövzusu iki şəklə münhəsir qalan bir ədə biyyat heç bir zaman yaşamış və hiss etmiş bir millətin ədəbiyyatı olmazdı, bunun üçün mənzum faciələr, mənzum teatrolar, məz həkələr, hətta kiçik hekayələr yazmaq icab edər. Bunları bir qəsi dəyə, bir məsnəviyə sığdırmaq qabil olurmu?" (4)

Məhz bu prinsipdən çıxış edərək, M.Hadi də mərhum şairin özü çap olunmasını məsləhət bilmədiyi halda Seyyid Əzimin həcvlərini nəşr etdirməyi "günahi-ədəbi və günahi-ictimai" (17) adlandırmışdı.

A.Səhhət sənətdə epiqonçuluq, sxolastika, eşqbazlıq, həcvgu-luq, mədhiyyəçiliyin əleyhinə şairin "vətəndaşlıq kodeksi" ni (K.Marks) qoyurdu. Bu kodeksə uyğun olaraq şairdən vətəndaş lıq təəssübkeşliyi tələb edirdi. Elə bir təəssübkeşlik ki, şairin fikri milləti tərbiyə, məqsədi xalqa xidmət olsun. Şair qələm sahiblə rini xalqı gözəl həyat və səadət uğrunda mübarizəyə səsləyən şeirlər yazmağa, fəaliyyət göstərməyə çağırırdı:

 
Yox, gərək biz gecə-gündüz çalışaq,
Dürlü-dürlü zəhəmata alışaq.
Qorxmayaq rəncü üqubətlərdən,
Qurtaraq bəlkə bu zillətlərdən. (28, I, 167)
 

Maraqlıdır ki, A.Səhhətin ədəbi-estetik görüşlərinin vətəndaş lıq məzmunu genişləndikcə o, forma məsələlərinə ikinci dərəcəli məsələ kimi yanaşır. Şairin fikrincə, xalqa fayda verməyən şeir heç kəsə gərək deyil. "Özlərini sevənlərə" şeirindən misal gətirə cəyimiz parça fikrimizi sübut edir:

 
Gər adın bir ədibi-danadır,
Qələmin möcüzi-Məsihadır.
Nəzmü təlifdə hünərvərsən,
Ya ki, bir şairi-süxənvərsən.
Sənə mafövqdən gəlir ilham,
Tüf, sənə, həm sənin kitabətinə,
Həm də təqririnə, fəsahətinə! (28, I, 63)
 

Bir az aşağıda görəcəyimiz kimi, Səhhət bu fikrini "Şair, şeir pərisi və şəhərli" əsərində bir az da açıq və aydın şəkildə demiş dir. Şairin ədəbi görüşləri bu əsərində daha mükəmməl əksini tapmış, öz demokratizminə, vətəndaşlıq məzmununa görə şöhrət qazanmışdır. K.Talıbzadə yazır: "Sənətkarın ictimai vəzifələri haqqında görüşlər Abbas Səhhətin ədəbi manifesti hesab olunan "Şair, şeir pərisi və şəhərli" poemasında hərtərəfli şəkildə ifadə olunmuşdur. Şair göstərir ki, müasir tələblərə cavab verən, icti mai inkişafa kömək edən ideyalı ədəbiyyatı ancaq ürəyi vətən pərvərlik və vətəndaşlıq ideyaları ilə döyünən sənətkarlar yarada bilərlər." (75.201)

Səhhətin vətəndaşlıq mövqeyi barədə düşüncələri əsərdə Şə hərli obrazı ilə təcəssüm etdirilmişdir. Əsərdə Şəhərli obrazı Şairi onda məhz vətəndaşlıq keyfiyyətləri çatmadığına – millətin halı na yanmadığına, "rəd kimi fəryad" etmədiyinə, biçarə vətəndaş larına, sevgili dindaşlarına kömək göstərmədiyinə görə tənqid atəşinə tutur. Poemada həm Şeir pərisi, həm də Şəhərli Şairi çağı rışları, öyüd-nəsihətləri ilə öz tərəfinə çəkmək istəyir. Şairin hansı cəbhəyə keçməsi öz dövrünə görə onlardan hansının mütərəqqi mahiyyətdə olduğunu aydınlaşdırır. Şeir pərisinin çağırışı, ifadə etdiyi məzmun zamanın çağırışlarına, ruhuna ziddir. Şeir pərisi nin dedikləri 20-ci əsrin əvvəllərində geniş surətdə əksini tapan "sənət sənət üçündür" nəzəriyyəsini ifadə edir. O, Şairi "ev dərdi, qadın dərdi, uşaqlar dərdi" çəkməməyə, ictimai həyatın real löv-hələrindən, əzablarından uzaqlaşmağa, "cavidani-yaşayış"dan ruhani ləzzət almaq üçün göylər aləminə səsləyir:

 
Gəl mənimlə aparım övci-səmavata səni,
Orada nail edim dürlü füyuzata səni.
Orada könlün əlaiqdən olur varəstə,
Sənə təqdim edər əfvaci-mələk güldəstə.
Orada hürü pərilərlə edərsən xəndə,
Bəxtiyarlıqla yaşarsan əbədi fərxəndə. (28, I, 91)
 

Şeir pərisindən sonra şair Şəhərli ilə üz-üzə gəlir. Kəskin tən qid, ittiham nidaları ilə başlanan Şəhərlinin nitqi Şairi fəaliyyətə sövq edən atəşin çağırışla, güclü patetika ilə bitir:

 
Sən də duzsuz, yaramaz, nasəlis əşarın ilə,
Lakin atəşli, ürəkdən çıxan əfkarın ilə.
İldırımlar saçaraq fırtınalar icad et!
Nəzmə çək, qəmli təəssürlərini inşad et! (28, I, 95)
 

Misaldan aydındır ki, Şəhərlini şeirin bər-bəzəyi, forma kamil liyi, səlisliyi deyil, məzmunu, "zülm zəncirinin altında işgəncə" çəkən xalqın həyatını nə dərəcədə əks etdirə bilməsi maraqlan dırır.

Eynilə M.Hadi də "Şair, hücreyi-iştiğalı və düşüncələri" (1910) şeirində şairi göylərdən, xəyal aləmindən ayrılıb ictimai həyatla qaynayıb qovuşmağa çağırır. O, şairin simasında sanki öz taleyi nə, aldanışlarına ağlayır, "fərağət olmağa" bir otaq tapmadığı halda, xülyalara qapılmasına acıyır. Bununla bərabər, şeirdə tən qid notları da güclüdür. Hadi şair-qəhrəmanını sənət aləmində, real gerçəkliyə, xalqının həyatına və gələcəyinə münasibətdə ay dın vətəndaşlıq mövqeyi olmadığına görə tənqid edir:

 
Bu kargaha müdir olmaqın deyil caiz —
Ki, kəndini oluyorkən idarədən aciz!
Özün gəzib duruyorkən bir özgəyə möhtac,
İdareyi-bəşəriyyət sənə deyil möhtac.
Dolaşmağın nə gərək şeirgahi-lahuti,
Dolaş iş istər isən kargahi-nasuti.
O boşluğu dolaşınca, dolu cəhanı dolaş,
Həyat bunda, əməl bunda, bunda kəsbi-məaş! (7, I, 214)
 

M.Hadinin görkəmli tədqiqatçısı Əziz Mirəhmədov bu şeirin metodu haqqında ziddiyyətli fikirlər söyləmişdir. (67, 80–85) O, şeiri Hadinin "realizmə doğru atdığı yeganə ciddi addım" hesab edir. Belə isə bütünlüklə həmin şeirə həsr olunmuş bölmənin sər-lövhəsindəki (Realizmə doğru?..) sual işarəsini necə başa düşək? Əgər şeir "Hadi romantizminin özgün xüsusiyyətləri" ni əks etdi rirsə, onda hansı realist meyllərdən söhbət açmaq olar? Bir halda ki, hörmətli Ə.Mirəhmədovun dediyi kimi "yalnız xülyapərəstli-yə istehza etməklə, yaradıcılığında xəyalın "xüsusi çəkisi" ni azaltmaq meyli ilə, canlı, real həqiqətə can atmaqla iş qurtarmır", onda "realizm yoluna keçmək" üçün hansı meyllərdən söhbət ge dir? Daha çox etiraz doğuran isə, əvvəla, Hadinin öz qəhrəmanını real gerçəkliyə dəvət etməsini, xəyal aləmindən yerə enmək çağı rışını tədqiqatçının realizm kimi qələmə verməsidir. Real həyatı əks etdirmək hələ realizm olmadığı kimi, romantizm olmamaq da demək deyildir. Tədqiqatçılar təsdiq edir ki, romantizm özü də real gerçəkliyə yad deyil. O da həyat həqiqətlərindən çıxış edir. (98, 5; 129, 7; 127, 242; 101, 41) Real gerçəkliyə münasibət və on dan çıxış yolu məsələsi bədii metodun xarakterini təyin edir. Ə.Mirəhmədovun fikrinə şərik çıxsa da, tədqiqatçı Kamran Əli yev "Şair, hücreyi-iştiğalı və düşüncələri" şeirinin metodu haq qında qəti bir söz demir. (43, 48–49) Bizcə, şeir romantizm meto dunun tələblərinə cavab verir. Hadi öz qəhrəmanını zavallı və ziyyətə salan ictimai səbəblər, mühit haqqında heç nə söyləmir, ancaq gerçəklik faktını təsvir edir. Bu da məhz romantizmə xas olan cəhətdir. Hadinin tənqidi şairi açizə çevirən mühitə, zəma nəyə deyil, onun özünə, xəyalpərəstliyinə qarşıdır, ona göstərdiyi nicat yolu da (yaşadığı cəmiyyətə qarşı mübarizə yox, xəyaldan əl çəkmək) romantikcəsinədir. Nəhayət, şeir ifadə tərzinə, bədii təsvir vasitələrinə görə də romantik əsərdir.

Hörmətli alimimiz Ə.Mirəhmədov əslində Hadinin "bir dənə də olsun tutarlı, sanballı realist əsər" yaratmadığına təəssüflən məklə, onun yaradıcılığında zorla realizm metodunun (!) işar tılarını axtarmaqla ədəbi metod kimi romantizmin tarixi rolunu, əhəmiyyətini istər-istəməz kölgədə qoymuş olur. Əgər yaratsaydı belə "bir dənə də sanballı realist əsər" Hadinin sənətkar qiyməti nə çətin ki, bir şey əlavə edə biləydi. Hadinin sənətkar gücü məhz onun romantizmində idi. Ədəbiyyatımız, mənəvi ehtiyacımız ba xımından yarımçıq realist Hadi yox, bütöv, dolu romantik Hadi qiymətlidir.

M.Hadi "Qələmə", "Qələm", "Qələm nə söyləyir?" kimi şeirlə rində qələmin qarşısında ciddi vəzifələr qoyurdu. Bu şeirlərdə qələm obrazının arxasında qələm sahibləri dururdu, şair də sözü nü onlara deyirdi. Hadi göstərirdi ki, qələm sahibləri vətənin, xalqın gələcəyini azad və xoşbəxt görmək istəyirlərsə, boş sözlər dən əl çəkib konkret məsələlərin həllinə girişməlidirlər. O, zalimə tərəf durub məzlumları ağladan sənətkarları vətəndaş olmaqa ça ğırırdı:

 
Əgər amalın iqbali-vətəndir, urma boş lafi,
Həzizi məskənətdən milləti balayə isad et.
Muavin olmaq ilə zalimə ağlatma məzlumu,
Səzayi-rəhmət olmaq istər isən, tərki-bidad et. (7, I, 13)
 

Azərbyacan romantizminin vətəndaşlıq ruhunu doğru müşa hidə və təsbit edən tədqiqatçı K.Əliyevin aşağıdakı fikirlərinə biz də şərikik: "Romantiklər xalqın taleyi üçün narahat olan, bir növ əzabları törədənləri ittiham edə bilən ədəbiyyatın tərəfdarları idi lər. Onların azadlıq meyllərinin gücü sənətin istiqamətini məhz azadlıq çarpışmalarına doğru yönəltməyə qadir idi." (43.64)

M.Hadi "Qələm" şeirində bütün cahanı darulfünunə, qələmi müəllimə, bəşəriyyəti isə təlimə möhtac uşaqlara bənzədərək ya zıçılardan tərbiyəvi əsərlər, millətə yeni ruh aşılayan "nəğmeyi-milliyə"lər tələb edirdi. Şair ictimai həyatdan, mübarizələr mey danından kənara çəkilib sükut içərisində dayanmaq vaxtı olmadı ğını qələm sahiblərinin nəzərinə xüsusi tərzdə çatdırırdı:

 
Deyil vəqti-sükunət, nəğməsaz ol,
Təninən dazi-guşi-əhli-raz ol.
Sükutu tərk edib, eylə təranə,
Ola nəğmən maarifpərvəranə.
Dayanma, çal o canbəxşeyi-suru,
 

Həyatə dəvət et əhli-qüburu. (7, I, 140)

Hadi 1910-cu ildə yazdığı bir məqaləsində fikrini daha açıq şə kildə ifadə edib yazırdı ki, mühərrirlər "Ruhları oxşayan, ürəkləri yumşaldan, qardaşlığı öyrədən fikirləri ortaya qoymalıdırlar. İd rakımız səmasına ahənpüşzülam olan təbəqati-xurafatı söküb at malıdırlar." (10)

Romantiklərin yeni ədəbiyyat istiqamətində düşüncələri və mübarizələri, əslində yeni insan, yeni vətəndaş uğrunda mübari zə idi. Buna görə də onlar vətənin azadlığı, gələcəyi, gənc nəslin xoşbəxtliyi üçün aparılan mübarizələrdə poeziyaya, sənətə böyük qiymət verir, sənətkarın, yaxud hər hansı bədii əsərin vətəndaşlıq çəkisini həm də onların vətəndaş tərbiyəsində tutduqları vəzifə, oynadıqları rol ilə ölçürdülər. Hadi inqilabı vücuda gətirən sə bəblərdən danışarkən Volterlərin, Russoların, Miraboların, Ro-bespyerlərin "fəyyaz fikirləri, atəşin nitqləri, cəsur və kəskin qə ləmləri" ilə bərabər "vətəni şairlərin (seçdirmə mənimdir-V.Ə) atə şin nəğmələrini də" unutmurdu. (14) Burada diqqəti cəlb edən "vətəni şairlər" ifadəsidir. Həmin ifadəni vətənpərvər, yaxud və təndaş-şairlər kimi başa düşmək olar. Qeyd edək ki, bu ifadə ədə biyyatımızda yeni bir termin, yeni bir tanıtım idi.

Şair başqa bir məqaləsində hansı kitablara üstünlük verdiyini belə bildirirdi: "Ciddən şayani mütaliə ol kitabdır ki, yatmış his sləri, sönmüş vicdanları, qararmış qəlbləri tənvir və təhrik etsin, ziyalandırsın." (11) Burada Hadinin mütaliə olunacaq kitabların ideya-məzmun cəhətinə necə böyük əhəmiyyət verməsinin xüsu si izahata ehtiyacı yoxdur. O "mürdələrə həyat", azmışlara "ir şad" bəxş edən kitablara nə qədər rəğbət bəsləmişsə, "sırf xəyal dan ibarət olan divlərə, çinlərə, kabuslara, quli-biyabanlara nəşi-məngah edən, öz sayəmizdən özümüzü vəhşətləndirən, dəhşət ləndirən kitabi-müzürrlərə" qarşı bir o qədər amansız olmuşdur. Elə həmin məqaləsində şair fikrinə davam edərək qətiyyətlə ya zırdı ki, hər kəs "övladi-millətə pis və çirkin əxlaq ögrədən, nifaq və ixtilafa dəvət edən kitabları araya qoymamalı, böylə övraqın məhv və izalə olmasına çalışmalıdır." Yuxarıdakı fikirlərin maya sını vətənin gələcəyi olan vətəndaşların təlim-tərbiyəsinin vətən daş-şairdə doğurduğu həyəcanlar, təşvişlər təşkil edir.

Gələcək nəslin tərbiyəsində ədəbiyyatın rolu barədə fəal və təndaşlıq nigarançılığı Hüseyn Cavidin də ədəbi-estetik görüşlə rində qabarıqdır. O da Hadi kimi bədii əsərlərin ideya-mövzusu na diqqətlə yanaşır, vətəndaş tərbiyəsində onların rolunu bir az da mübaliğəli şəkildə ifadə edərək göstərirdi: "Əgər bir millətin fəlsəfə və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələm lərlə yazılmışsa, şübhə yox ki, o millət, o nəsil cərəyanla qapılıb da həp o yolda hərəkət edər və mümkün deyil, axıntıya qarşı bir dürlü kürək çəkəməz." (3, IV, 233)

Romantik şair fikrini sübut üçün misal gətirib deyir ki, bir gənc oxuduğu əsərlərdən bir qəhrəman seçər, həyatda onun kimi, o məsləkdə yaşamağa çalışar və "bu yazılan əsərlər isə, adətən, aləmşümul bir müəllim yerinə keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar…", "İştə məzkur əsərlər zəhərli, əxlaqsız, kövşək bir mövzu təqib edərsə, er-gec bütün oxucularını da zəhərləmiş olar. Kəskin, ciddi və mətin bir yolda yazılmışsa, şübhəsiz qaredə də eyni fikri, eyni duyğunu oyandırmış olar." (3, IV, 234)

Romantiklərimizin bu istiqamətdə söylədikləri fikirlərdən məqsəd yazıçıları vətəndaşlıq ruhlu və məzmunlu əsərlər yazma ğa sövq etmək idi. Azərbaycan romantikləri həm bədii yaradıcı lıqlarında, həm də ədəbi-nəzəri görüşlərində vətəndaş yazıçılara böyük qiymət verir, onlara olan rəğbətlərini gizlətmirdilər. A.Səhhətin, A.Şaiqin, M.Hadinin Sabirə, Seyyid Əzim Şirvaniyə və başqalarına həsr etdikləri şeir və məqalələrdə birinci növbədə həmin yazıçıların vətəndaşlığını ön plana çəkilir, onların millət, vətən qarşısında xidmətləri geniş şərh edilirdi. Bu şərhlərlə ro mantiklərimiz bir tərəfdən haqqında danışdıqları sənətkarlara hörmət və məhəbbətlərini ifadə edirdilərsə, digər tərəfdən həmin sənətkarların vətənə, millətə xidmətlərini qabartmaqla yazıçılar da vətəndaşlıq mövqeyini fəallaşdırmağa çalışırdılar. Nümunə üçün Səhhətin və Şaiqin Sabir haqqında yazdıqları məqalələrə diqqət edək. A.Səhhət yazırdı: "Sabir əfəndi millətdən ötrü çalı şırdı. O, aşiq idi. Ondan gördüyü tən və ləndən, təfkir və təhqir lərdən, yağış kimi üstünə yağan töhmət və nifrətlərdən əsla geri getməyib öz məsləkində kəmali-səbati-əzmlə davam etdi və sev gili millətinə xidmətdən bir an qafil olmadı." (28, II, 20)

A.Şaiq də böyük satirikimizin əsərlərini çəvahirat ilə dolu na dir xəzinəyə bənzədərək deyirdi: "Sabir əfəndi millətinə soltanla ra müyəssər ola bilməyən girənbəha cəvahirat ilə məmlüvv xəzi-neyi-nayab buraxdı da getdi." (30, IV, 116) Göründüyü kimi hər iki şair Sabirin millət qarşısında xidmətlərini, millət üçün çalışdı ğını xüsusi olaraq vurğulamışlar.

Sənətkarın vətəndaşlıq mövqeyini önə çəkib təqdir edən fikir lərə təkcə Sabir deyil, başqa yazıçılar, mədəniyyət xadimləri haq qında yazılmış məqalələrdə də sıx-sıx rast gəlirik. H.Cavid "Na kamlıq" məqaləsində həyatdan gənc ikən getmiş Abdulla Surun "təşəbbüsatda bulunub vətən yavruları üçün, onların tərəqqiyatı üçün çalışıb-çapalamaqda" (3, IV, 216) olmasını nəzərə çatdırırdı. Yaxud Qurbanəli Şərifzadə haqqında yazdığı nekroloqda onu "səmimi millət xadimlərindən biri" kimi qiymətləndirərək xid mətlərini belə qeyd edirdi: "Mərhum vaxtında bir çox qəzetlərdə iştirak edir, bəzi səmimi cəmiyyətlərdə çalışır, həqiqi bir millətse-vər (seçdirmə mənimdir-V.Ə) ruhu ilə öz arkadaşlarını düşünür dü." (3, I, 238)

Azərbaycan romantikləri haqqında söhbət açdıqları sənətkar ların vətən, millət yolunda xidmətlərinin əvəzində mürtəce qrup lar, cahil insanlar tərəfindən həmişə məhrumiyyət, təhqir və lə nətlərə məruz qaldıqlarını göstərir, lakin bütün bunlara baxma yaraq onların öz vətəndaşlıq fəaliyyətlərindən əl çəkmədiklərini də xüsusi qeyd edirdilər. A.Səhhət yazır ki, Sabir "kəmali-məta-nətlə öz əzmində səbat edib sevgili millətindən gördüyü əza və cəfadan, yağış kimi üstünə yağan təfkir və təhqirlərdən əsla geri getməyib öz məsləkində davam edir." (28, 11, 29) M.Hadi Seyid Əzimdən danışanda bu məsələyə daha çox yer ayıraraq, mərhum şairin qaraguruhlarla mübarizəsini qəhrəmanlıq səviyyəsinə qal dıraraq göstərirdi ki, "S.Əzim çox-çox acı və yaxıcı təhqirlərə, zəhmət və əziyyətlərə sinə gərmiş, bununla bərabər yenə də tə rəqqi və təalidə-millət xüsusundəki əfkarını söyləmədən bir dür lü mən nəfs edəməmiş, söyləmiş, söyləmiş, söyləmişdir. Zülmət əsakirilə daima çarpışmışdır. İştə şücaəti-mədəniyyə, cəsarəti ədəbiyyə və ictimaiyyə buna deyirlər. Bu yoldakı mücahidə və mübarizələrində hər nə qədər təhəmmülsüz və taqətgüdaz mane lərə təsadüf etmiş isə də inkisari-əmələ düçar olmamış, iləriyə doğru yürümüşdür. Sögmüşlər, dögmüşlər, lakin Fikrət bəgin de-digi kibi: "ona hər zərbə şəfa, hər açı söz bir müjdə, bir nəvid, bir bəşarət istiqbal olmuşdur." (17) Səhhət və Hadi bununla müasir ləri olan yazıçılara üz tutaraq sanki demək istəyirdilər ki, heç bir cəfa, zülm, maneə, hədə-qorxu sənətkara vətəndaşlıq borcunu və fəaliyyətini yerinə yetirməkdə mane ola bilməz, mane olmamalı dır. Sənətkar hansı şəraitdə olursa-olsun fəal vətəndaşlıq mövqe yini qoruyub saxlamalıdır.

Azərbaycan romantiklərinin bu fikirləri Avropa və rus roman tizminin nümayəndələrinin fikirləri ilə yaxından səsləşirdi. Təsa düfi deyil ki, 19-cu əsrdə italyan romantikləri də tələb edirdilər: "Şair sadəcə olaraq təlim görmüş natiq deyil, insan, vətəndaş və insansevər olmağa borcludur." (128, 68) Şair-vətəndaş ideyası de-kabrist romantizmi üçün də çox səciyyəvi olmuşdur. (99) Azər baycan romantiklərinin şair-vətəndaş haqqında fikirlərinin ital yan və rus romantiklərinin ideyaları ilə üst-üstə düşməsi təsadüfi sayılmamalıdır. Çünki vətəndaşlıq həqiqi sənətin əsas və həlledi ci şərti, vətəndaş olmaq hər bir əsl sənətkarın borcudur.

Deyilənlərdən belə bir nəticə çıxartmaq olar ki, sənətkarın və təndaşlıq mövqeyi barədə fikir və mülahizələr Azərbaycan ro mantiklərinin ədəbi-estetik görüşlərində mühüm yer tutmuş, on ların hər hansı sənətkara qiymət verməsində vətəndaşlıq əsas meyar olmuşdur.

II Fəsil
Azərbaycan romantik lirikasinda vətəndaşliq problemi

Artıq təsdiqlənmiş faktdır ki, sənətdə romantizm cərəyanını inqilablar və milli azadlıq hərəkatları doğurur. Hələ 1868-ci ildə Karl Marks Fridrix Engelsə məktubunda yazmışdı ki, romantizm "fransız inqilabına və onunla bağlı maariflənməyə bir reaksiya idi." (116,44) Romantizmin muasir tədqiqatçısı da Marksın bu fik rini davam etdirərək yazırdı: "Romantizm dövrü-böyük və kiçik Avropa inqilabları, milli-azadlıq hərəkatı dövrü idi." (105,19)

20-ci əsr Azərbaycan romantizmi də, V. İ.Leninin "mübarizə ili", "dəli il" – deyə xarakterizə etdiyi 1905-ci il inqilabının nəti cələrinin təsiri ilə yaranır və bütöv cərəyan kimi formalaşır. 1905-ci il inqilabının dünya əhəmiyyətindən danışan V. İ.Lenin yazırdı: "Rus inqilabı bütün Asiyanı hərəkətə gətirmişdir. Türkiyədə, İranda, Çində olan inqilablar sübut edir ki, qüdrətli 1905-ci il üs yanı dərin iz buraxmışdır və onun təsiri, yüz milyonlarla adam ların irəliyə hərəkətində özünü göstərən bu təsir aradan qaldırıla bilməz." (60, 367)

Azərbaycan romantizminin ən qabaqcıl nümayəndələrinin (M.Hadi, A.Səhhət, A.Şaiq, H.Cavid) yaradıcılığı da 1905-ci il in qilabının təsirini, "oyanmış Asiya" nın tarixi-ictimai mənzərəsini, inqilabi əhval-ruhiyyəsini romantizmin poetikası daxilində əks etdirirdi. Zülm və milli təzyiq altında inləyən Azərbaycan xalqı nın ictimai azadlıq və nicat, qardaşlıq, bərabərlik, xoşbəxt həyat haqqında arzuları inqilab illərində daha cəsarətlə, kəskin şəkildə irəli sürülürdü. Həmin dövrə, ictimai-sosial çağırışlara cavab ki mi yaranmış Azərbaycan romantik lirikası birinci növbədə vətən daşlıq idealları ilə silahlanır. Azərbaycan romantizminin vətən daşlıq xarakteri özünün bədii ifadəsini məhz lirikada qabarıq su rətdə tapa bilir. Çünki tədqiqatçıların da təsdiq etdiyinə görə, liri ka romantizmdə özünün çiçəklənmə dövrünü keçirir. Məsələn, görkəmli ədəbiyyat nəzəriyyəçisi və romantizmin tədqiqatçıların dan olan N.Qulyayev yazır ki: "İnsanın daxili dünyasını açıb gös tərən lirik poeziya öz misilsiz yüksəlişinə romantizmin bərqərar olması dövründə gəlib çatır." (100,144)

İnqilabi demokratizmin və vətəndaşlıq ideallarının qüvvətli olması 20-ci əsr Azərbaycan romantik lirikasının vətəndaşlıq sə viyyəsini şərtləndirirdi. Dövrün ən irəlidə gedən cərəyanı olan tənqidi realizmlə eyni zamanda mövcudluğu, onunla qarşılıqlı əlaqə, həmrəylik şəraitində mövcud olması, həyatın cari və sosi al-siyasi məsələlərini işıqlandırmaq baxımından tənqidi realizmin ona təsiri də romantak lirikamızın vətəndaşlıq məzmununu artı rırdı. Digər tərəfdən, Avropa romantizmindən fərqli olaraq Azər baycan romantizmi maarifçilik ideologiyasına qarşı olmamış, ək sinə ondan bəhrələnərək inkişaf etmişdir. Maarifçilik isə vətən daşlıq hisslərinin güclü olması, milli özünüdərkə çağırışla xarak terizə olunur. Bu da fikrimizi sübut edir ki, "vətən", "millət", "vətəndaşlıq" sözləri bizim ədəbi-ictimai fikir tarixində ilk sosial izahını böyük Azərbaycan maarifçisi M. F.Axundovun yaradıcılı ğından alır. (83,15–16) Rus çarizminin milli zülmünün güclənmə si, imperializmin süquta uğraması dövrünün maarifçiliyi sözsüz ki, 19-cu əsr maarifçiliyi ilə eyni ola bilməzdi. Azərbaycan roman tikləri maarifçiliyin məhz imperializmin süqutu dövrünə məxsus idealları zəminində özlərinin ideya-fəlsəfi baxışlarını yaradırdı lar. Maarifçiliyin romantik sənətkarların qəlbinə doğma olan, əqi dəsinə uyğun gələn idealları romantik bədii inikasda xüsusi bir forma alırdı. Bu baxımdan Y.Qarayevin aşağıdakı fikri maraq do ğurur: "Romantikləri, ümumiyyətlə, maarifçilik yox, onun icti mai-milli qeyrətlə və vətəndaşlıq idealları ilə bağlı motivləri cəzb edirdi. Burada tənqid edilən qafilliyin və avamlığın məzmunu da dəyişirdi: o, ictimai avamlıq, vətəndaşlıq qafilliyi, bilavasitə milli inqilabi şüur nadanlığı şəklində irəli sürülürdü." (55)

Türkiyə romantizminin görkəmli nümayəndələrinin, xüsusilə T.Fikrətin yaradıcılığı ilə Azərbaycan romantiklərinin yaxından tanışlıqları da onların vətəndaş-şair kimi formalaşmalarında az rol oynamamışdır. Ümumiyyətlə, azadlıq, inqilab, maarif mə sələlərinin – bir sözlə, Azərbaycan romantiklərinin bədii tədqiqata cəlb etdikləri vətəndaşlıq problemlərinin işlənilməsində T.Fikrətin onlara güclü təsiri duyulmaqdadır.

XX əsr Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaş lıq lirikası yuxarıda yığcam şəkildə göstərdiyimiz bir tarixi-icti mai, ideya-fəlsəfi zəmində formalaşmışdır. Biz bu fəsildə yazıçı nın vətəndaşlıq mövqeyi barədə Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərində irəli sürdükləri prinsiplərə bədii yara dıcılıqlarında nə dərəcədə əməl etdiklərini izləyəcəyik. Bəri baş dan deyək ki, romantiklərimizin ədəbi yaradıçılıqlarında bədii təhlil obyektinə çevirdikləri problemlər onların ədəbi-estetik gö rüşlərində qoyulmuş məsələlərdən qat-qat geniş və əhatəlidir.

Həm də poeziyada vətəndaşlıq hədsiz dərəçədə geniş anlayışdır. Biz bu vətəndaşlığın Azərbaycan romantiklərinin vətəndaşlıq liri kasında daha qabarıq və köklü işlənmiş motivlərini təhlil obyek tinə çevirmək fikrindəyik.

a) Vətənpərvərlik və humanizm

XX əsr Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasında əsas, aparıcı motivlərdən biri vətənpərvərlikdir. Vətən məhəbbə ti ideyasını öz yaradıcılıqlarında yüksək bir səviyyəyə qaldıran Azərbaycan romantikləri "Hübbül-vətən-minəl-iman" (Vətəni sevmək iman sahibi olmaq deməkdir) – deyən «Quran» ayəsinə əsaslanırdılar. Vətənpərvərlik klassik poeziyamızın da sevimli motivlərindən olmuşdur. Əsrimizin başlanğıçında isə bu elə bir güclü ideya motivinə çevrildi ki, romantik lirikanın əksər mövzu istiqamətlərinə də təsir etdi. Tədqiqatçı İ.Həbibov bu cəhəti "inqi lablar dövrünün murəkkəb hadisələri, xalqın, ölkənin taleyi, yerli istismarın və xarici müdaxilənin güclənməsi" (46,13) ilə izah edir. Romantiklər dövrün real həyat hadisələrinə – inqilablara, impe rialist müharibələrinə də vətən məhəbbəti ideyası prizmasından münasibət bəsləmişlər.

Romantik şairlərimizin yaradıcılığında vətənpərvərlik əsasən iki tip şeirlərdə daha qabarıq əksini tapmışdır:

1. Mövzusu təbiətdən götürülmüş, Vətənin təbii gözəlliklərini təsvir edən şeirlərdə.

2. Vətənin taleyindən bəhs olunan şeirlərdə.

Birinci qism şeirlərdə təsvir və tərənnüm xarakteri güclüdür. Şairlər bir tərəfdən Vətənin təbii gözəlliklərini rəsm edir, digər tə rəfdən həmin gözəlliyin doğurduğu hiss-həyəcanı tərənnümlə məşğul olurdular. Bəzən isə bu iki cəhət şeirdə qaynayıb-qovu şurdu. Ona görə də İ.Həbibovun yuxarıdakı fikrinin davamı kimi deyilmiş "klassik poeziyadakı vətənin tərənnümü motivlərini bu mərhələdə vətənin taleyi problemi əvəz etmişdi" (seçdirmə mənim-dir-V.Ə) (46,13) mülahizəsi ilə razılaşmaq mümkün deyil. Ro mantik lirikanın inkişaf mənzərəsinə diqqətlə nəzər saldıqda, hər iki motivin yanaşı bədii təcəssümünü görürük. Əvvəla ona görə ki, romantik şairlərdə vətənin tərənnümü, yoxsa vətənin taleyi? – dilemması olmamışdır. Onlar vətəni tərənnüm edərkən elə vətə nin taleyini düşünmüşlər. Təkcə A.Səhhətin vətən təbiətinin gö zəlliklərinə həsr edilmiş şeirlərinə diqqət yetirmək kifayətdir. İkincisi də, vətəni tərənnüm etmək – vətən məhəbbətinin poeziya da tərənnüm xarakterli təzahürüdür. Təsadüfi deyil ki, tədqiqatçı özü də vətən məhəbbətinin, onun taleyi və nicatı barədə düşün cələrin davamı kimi qiymətləndirdiyi vətən təbiətinin müxtəlif mənzərələrini əks etdirən peyzaj lirikasından da geniş danışmış dır.

Azərbaycan romantik lirikasında, xüsüsilə A.Şaiq və C.Cab-barlı yaradıcılığında təbiət lövhələri bəzən insanın ictimai vəziy yətini, daxili aləmini açmaq üçün rəmzə çevrilir, lirik qəhrəmanın əhval-ruhiyyəsinin qabarıqlaşdırılması üçün vasitə rolunu oyna yır. A.Şaiqin "Qış gecəsi" şeirində (30, II, 28) xəstə uşaqla qəmli ananın acınacaqlı taleyindən söhbət açılır. Şair ana və balanın tənhalığını, çıxılmaz vəziyyətini daha təsirli vermək üçün təbiətin də sərt məqamını seçir. Ana-balanın köməksizliyi, məzlumluğu ilə kəskin təzad təşkil edən qış gecəsinin müdhişliyinin təsviri in sana qarşı mərhəmət hissi oyatmaq üçündür.

C.Cabbarlının "Boranlı qış gecəsi" ndə də təxminən eyni vəziy yətlə rastlaşırıq. O da Şaiq kimi təbiətin amansız anını təsvir etdi yi hadisəyə,vermək istədiyi məna və ideyaya uyğun seçmişdir. Xəstə ana ilə xəstə övladın köməksizliyi müqabilində təbiət yum şalmaq əvəzinə öz amansızlığını sanki birə-beş artırır.

Əsir külək yenə vəhşi kimi guruldayaraq, Vıyıldayır, bağırır, artırır da dəhşətini.

Vurur, yıxır, dağıdır, sındırır,uçaldır səs, Bəşər vücuduna san göstərir ədavətini. (2,167)

Göründüyü kimi hər iki şeirdə hadisə də, təbiətin məqamı da, ideya da eynidir. Bu isə gənc Cabbarlıya A. Şaiq yaradıcılığının tə siri ilə bağlıdır. (Bu barədə bax: 71, 10–11)

Təbiətə üz tutmaq, orada rahatlıq axtarmaq – bütövlükdə ro mantizmə xas olan tipoloji bir xüsusiyyətdir. Lakin Azərbaycan romantizmində təbiəti kulta çevirmək meyli zəifdir. Təbiət hadi sələri, ona məxsus detallar heç də həmişə simvolikaya, rəmzləş-dirməyə xidmət etməmişdir. Bu cəhət nəzərə alınmadığındən bə zi tədqiqatçılar istisnasız olaraq peyzaj lirikasının bütün nümunə lərində ictimai simvolika axtarmaq istəmişlər. Məsələn, İ. Həbibov tədqiqatında "şəhər peyzajı" (46, 20) ifadəsi işlədir. O, A.Səh hətin "Şamaxı zəlzələsi" və H.Cavidin "Bakıda" şeirlərini doğu ran ictimai-iqtisadi amillərin rolunu göstərməklə rus ədəbiyyat şünaslığından götürdüyü həmin ifadəyə milli ədəbiyyatünaslığı-mızda da vətəndaşlıq vəsiqəsi verə bilir. Etiraz doğuran cəhət isə odur ki, tədqiqatçı "Şamaxı zəlzələsi" şeirinə ictimai don geydir məyə çalışmış, konkret fakta istinad edə bilməsə də, orada "inqi labi çaxnaşmaya simvolik işarələr" (46, 21) axtarmağa can atmış dır. Halbuki şeir sözün müstəqim mənasında zəlzələdən sonra Şamaxının düşdüyü vəziyyəti göz önündə canlandırır. A.Səhhət "Şamaxı zəlzələsi" ində doğma şəhərinin təbii gözəlliklərinin yer lə yeksan olmasından və biçarə xalqa kömək göstərilməməsindən doğan kədər, pərişanlıq hisslərini ifadə etmişdir.

Təbiət lövhələrindən bəhs edən şeirlərin çoxunda insan ilə təbiət arasındakı təmasdan, ünsiyyət və əlaqədən doğan hiss-hə yəcanlar əksini tapır. Şeirlərdə hökm sürən əhval-ruhiyyə isə gah şadlıq, gah da kədər motivi ilə müşayiət olunur. Azərbaycan ro mantikləri təbiət lövhələrini rəssam istedadı ilə müşahadə edir, rəssam ustalığı ilə onları söz vasitəsilə rəsm edirdilər. Belə şeir lərdə təbiət canlı bir varlıq kimi onları ovsunlayırdı. Şairlər təbi ətdə öz daxili aləmlərinin əks-sədasını axtarmır, əksinə təbiətin onların daxili aləmində doğurduğu əks-sədanın, heyranlığın təs virinə üstünlük verirdilər. A.Səhhətin "Yay səhəri" şeiri dediklə rimizə sübut ola bilər:

 
Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.
Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.
Ağ dumanlar ucalır göy üzünə dağlardan,
Çox sərindir havası, keçmə bu yaylaqlardan. (28,1,76)
 

"Yay səhəri" şeirində bu cəhəti dəqiq müşahidə edən K.Talıb-zadə yazır: "Peyzaj lirikasının gözəl nümunələrindən olan bu parçada heç bir süni, xeyali, qondarma fikir və duyğu yoxdur. Şa ir yay səhərini gördüyü və duyduğu kimi, bütün təbii xüsusiy yətləri və əlamətləri ilə təsvir edir." (74, 172) Doğrudan da, Səh hət həmin şeirində səhərin bir anını zəngin boyalarla canlandır mağa, təbiətlə insanın vəhdətini əks etməyə ustalıqla müvəffəq olmuşdur. Şair burada fərdi müşahidələrinə, canlı naturadan alı nan ilk təəssürata əsaslandığından uqurlu şeir yarada bilmişdir.

H.Cavidin "Dəniz tamaşası" şeirində də təbiət şairin diqqətini filosof, moralist kimi, dünyanın əzablarından qaçmaq üçün siğı-nacaq məskəni kimi deyil, şair-rəssam kimi cəlb etmişdir. Y.Qarayenin belə bir fikri ilə razılaşmaq lazımdır ki, "Dəniz tamaşası" şeirində "dəniz ilk dəfə idi ki, doğrudan da "tamaşa" hədəfinə çevrilirdi. O, bizim romantik şeirdə ruhun rəmzi, fikrin simvolu olmayan ilk təbii saf təbiət mənzərələrindən biridir." (55,121)

Bu baxımdan həmin şeirlə A.Səhhətnn "Dərya kənarı" şe rinin müqayisəsi maraqlıdır. Səhhət dənizi gecə yarısı təsvir edir. Onun lirik qəhrəmanı həyatdan, "qəmli dövrandan" bezdiyinə görə dərya kənarına gəlmiş, öz daxili aləmi ilə dəniz arasında uy ğunluq axtarır, qəmini onunla bölüşmək istəyir. Cavid isə dənizi oxucuya romantiklərimizin tez-tez müraciət etdikləri bir vaxtda-günəşin qürub etdiyi zamanda təqdim edir. Bu təqdimatda dəni zin sakit və tufanlı dəmlərinin romantik təsviri ilə üzləşirik. Bu dur, dəniz sakitdir:

 
Günəş qürub eləyir, göy…mühitimiz gömgöy…
Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,
Günəş qürub eləyir; göy…fəza, dəniz gömgöy…
Uzaqda, yalnız üfüqlərdə var bir aləmi-nur. (3,1,74)
 

Lirik qəhrəmanın uşaqkən cənnət haqqında eşitdiyi əfsanələr, indi qüruba qarşı dənizi seyr edərkən ona həqiqət kimi görünür. Çünki dəniz öz rəngləri, əlvanlığı, gözəlliyi ilə cənnəti xatırladır. Çünki:

 
Qürubə qarşı dəniz səhneyi-lətafət olur,
Qüruba qarşı dəniz başqa bir qiyamət olur. (3,1,74)
 

Lakin dənizin sakitliyi uzun çəkmir. Azacıq keçməmiş "çıldı-rıb qudurur dəniz":

 
Uca dağlar qədər, əvət qocaman,
Dalğalar gurlayıb gəlir hər an.
Gəmi sərsəmləyib bu fırtınadan,
Bağırır sanki istəyirdi aman.
Yüksəlir, yüksəlirdi ərşə qədər,
Alçalır, alçalırdı fərşə qədər. (3, 1, 76)
 

Əgər şeirdə dənizin müxtəlif anlarının təsvirindən sonra mü əyyən düşünncələr gəlirsə, bu da dənizin gözəlliyinin şairdə do ğurduğu fikir və arzulardır. Göründüyü kimi, dəniz bədii obraz kimi Səhhətə və Cavidə başqa-başqa məqsədlər üçün lazım ol muşdur. Ümumiyyətlə, onu da deyək ki, dəniz və okean roman tizm ədəbiyyatında tez-tez müraciət olunan obrazlardandır. Bu mövzunun köklü işlənməsi romantizmlə bağlıdır. (136, 224) Hə min cəhət Azərbaycan romantizmində də qabarıqdır.

Təbiət mövzusunda yazılmış şeirlərdə real müşahidə və detal lar bəzi tədqiqatçılara həmin əsərlərin realist üslubda yazıldığı fikrini söyləmək üçün əsas olmuşdur. Şeirdəki təbiət lövhələrinin reallığı hələ onun təsvir üsulunun realist olması demək deyildir. Təsvir və ifadə vasitələrinin parlaqlığı, bütün şeir boyu davam edən romantik pafos, dərin lirizm həmin şeirlərin romantik üs lubda yazılmasını söyləməyə haqq verir.

Romantik poeziyada təbiət şairin vətənpərvərlik duyğularının mənbəyi, vətən gözəlliklərinin bir parçasıdır. Yuxarıda misal gə tirdiyimiz şeirlərdə şairlərin vətən məhəbbəti təbiət lövhələrinin gözəlliyini şeirin obyektinə çevirmələri ilə izah olunur. Sözsüz ki, bu təkcə romantik şairlərin məhəbbəti olmaqla məhdudlaşıb qal mır, oxucunun qəlbində də vətənpərvərlik duyğuları oyadır.

Azərbaycan romantikləri peyzaj lirikasının nümunələrini yara darkən, birinci növbədə, vətəni sevən, onun təbii gözəlliklərinin qədrini bilən vətəndaşlar tərbiyə etməyi nəzərdə tuturdular. Bu, əlbəttə, Azərbaycan romantizminin maarifçilik xüsusiyyətindən irəli gəlirdi. A.Səhhət "Vətən" (1914) şeirində Qafqazın təbii gö zəlliklərindən romantik bir dillə söhbət açandan, öz ölkəsini "dünya üzrə bimisli bibədəl yer" adlandırdıqdan sonra oxucula rının qəlbində məhəbbət duyğularını coşdurmaq üçün onlara be lə sualla müraciət edir:

 
Bu cür gözəl məmləkəti kim sevməz?
Bunca firavan neməti kim sevməz?
Mən vətəni canım kimi sevərəm,
Ruhum, ətim, qanım kimi sevərəm. (30,1,81)
 

A. Şaiqin "Dağlar sultanı" şeirində də demək olar ki, eyni məq səd izlənir:

 
Gözəl olur bizim elin yaylağı,
Gül-çiçəkdir bu yerlərin otlağı.
Bir cənnətə bənzəyir hər bucağı,
Durna gözü kimi vardır bulağı. (30, II, 42)
 

H.Cavid də məktəblilərə həsr etdiyi "İlk bahar" şeirində ilk baharın gəlişilə doğma torpağında yaranmış gözəllikləri təsvir edərkən, yəqin ki, kiçik yaşlı uşaqlarda vətən məhəbbətini tərbiyə etmək məqsədini izləmişdir:

Bahar, bahar gəlmiş, yenə ilk bahar;

 
Güllər, çiçəklər gülər,quşlar oynar.
Göyün altun saçlı qızı nur saçar.
İnsanların tutqun könlünü açar. (3,1,44)
 

Yuxarıdakı nümunələrdə romantik şairlərin vətən məhəbbəti təsvir üsulu ilə ortaya çıxmışdır. Onlar vətənin maddi nemətləri-dağ, meşə və bulaqları haqqında iftixarla danışmış, həmin tor pağa məxsus vətəndaş olmaları ilə fəxr etmişlər.

Romantik poeziyada təsvir üsulundan başqa, vətən məhəbbə tini birbaşa tərənnüm üsulu da geniş yer tutur. İkinci tip şeirlərdə romantik şair konkret obyektin, səhnənin təsviri ilə məşğul ol mur. O, açıq şəkildə, monoloqvari özünün vətənə olan sonsuz məhəbbətini ifadə edir. A.Səhhətin "Ey vətən, getmə ki, əldən ge-dəriz", "Vətən" (1909), A.Şaiqin "Vətənə qayıdarkən", H.Cavidin “Olubdu qəlbimə hakim mənim məlali-vətən" misrası ilə başla yan qəzəli, M.Hadinin "Ah, kimsəsiz vətən", "Ümid səhneyi-ta-maşeyi-həyatın ruhudur", "Yadi-Vətən", "Qürbət ellərdə yadi-Vətən" şeirləri həmin üsulla yaradılmışdır. Adını çəkdiyimiz şeir lərdə müşahidə olunan yeni keyfiyyətlərdən biri odur ki, vətənlə vətənpərvər lirik qəhrəman arasındakı münasibət məşuqla aşiq arasındakı məhəbbəti xatırladır. Vətən Leyli misallı bir ünvana-lirik qəhrəman isə vüsal, gözəllik, azadlıq eşqi ilə çağlayan Məc nuna çevrilir. Vətən taleyinin doğurduğu narahatlıq, ayrılıq əzabı və qorxusu lirik qəhrəmanı əsil Məcnun yanğısı ilə fəryad qopar mağa məcbur edir:

1.Qeyd: Ə.Mirəhmədovun, K.Talıbzadənin sonralar yazdıqları bir çox məqalə lərdə, davam edən tədqiqlərinin nəticəsi kimi meydana gəlmiş "Məhəmməd Hadi" (1985), "Abbas Səhhət" (1986) kitablarında həmin qüsurların bir çoxu aradan qaldırılmışdır.

The free sample has ended.

Age restriction:
16+
Release date on Litres:
29 October 2022
Writing date:
2017
Volume:
230 p. 1 illustration
Copyright Holder::
Köhlən Nəşriyyatı
Download format:

Similar books