Read the book: «Bir illüziyanın gələcəyi»

Font::

ZİQMUND FREYD

BİR İLLÜZİYANIN

GƏLƏCƏYİ

Hansısa bəlli mədəniyyətin içində ona qovuşaraq ya-şayırsansa, habelə, bu mədəniyyətin köklərini və bugü-nədək olan inkişaf yolunu dönə-dönə araşdırmağa çalışır-sansa, onda gec-tez bu baxışların səni başqa bir yönə də çəkib aparır və düşünməli olursan: görəsən, bu mədəniy-yəti gələcəkdə nələr gözləyir və o bu, gələcəyə doğru gə-lişmələrində hansı dəyişikliklərə uğraya bilər? Ancaq çox keçmədən, belə bir araşdırmaya yönəlməkdə, həmişə, lap başlanğıcından, çoxlu çatışmazlıqların olduğunu duyma-ğa başlayırsan. Bunun ən başlıca səbəbi isə, olduqca az kimsələrin insanın fəaliyyətini, onun bütün yönləri və ge-nişliyi ilə birgə, qavraya bilməsindədir. Belə bir araşdırma aparmaq istəyənlərin çoxu, istər-istəməz, insanın fəaliy-yətindəki ayrıca götürülmüş bir, ya da bir neçə sahəni araşdırmaqla yetinməli olur; habelə, kiminsə keçmişlə və bugünlə bağlı bilikləri nə qədər azdırsa, onun gələcəklə bağlı mühakimələri də o qədər güvənsiz olur. İkincisi isə, belə mühakimələrdə hər bir şəxsin subyektiv istəkləri də böyük rol oynayır və onları yetərincə ayırd eləyib dəyər-ləndirmək çox çətindir; bu istəklər isə, qaçılmaz olaraq, araşdırıcının temperamenti və öz ömründə qazandığı uğur və uğursuzluqları ilə bağlı olur, bütün bunlar da onun mühakimələrində yaşama nə dərəcədə optimist ya-naşmasını və keçdiyi yaşam sınaqlarını necə dəyərləndir-məsini müəyyən eləyir. Buradakı vəziyyətə təsir edən ən güclü və gözəçarpan faktorlardan sonuncusu isə, insanla-rın olduqca böyük çoxluğunun, içində yaşadıqları çağa üzdən yanaşması, onun dərinliklərinə varmağa çalışma-masıdır: onlar yaşadıqları çağdaş dönəmi dəyərləndirmək üçün ona bir az qıraqdan baxmağa gərək duyurlar; daha doğrusu, çox vaxt, yaşadığımız bu gün keçmişə çevrilmə-yincə, biz gələcəklə bağlı mühakimələrimizdə ondan ya-rarlanmağı bacarmırıq.

Bu yöndə hansısa diləklərə qapılmış insan, öz adın-dan, ehtimal olunan gələcəklə bağlı uzaqgörənlik eləmək istəyirsə, onda gərək mühakimələrinin ağlabatan olması üçün, bu durumda özünü göstərən yuxarıda sadaladığı-mız çatışmazlıqlardan da özünü qorumağa çalışsın. Mənə gəlincə, bütün bu çatışmazlıqlardan qurtula bilmək üçün, özümü söz saldığım mövzu ilə bağlı çox geniş problem-ləri araşdırmaqdan çəkindirib, daha yaxşı bildiyim və ön-cələr də diqqətimi çəkən çox da böyük olmayan bir sahə-də araşdırmalar aparmağa çalışacağam. Sözsüz, araşdır-ma apardığım bu sahənin hansı bütünlüyün bir bölməsi olduğunu və bu bütünlükdə hansı yeri tutduğunu aydın-laşdırmağı da unutmuram.

Mədəniyyət deyəndə mən insanı öz bioloji varlığın-dan yüksəyə qaldıran, onu heyvanilikdən ayıran nə varsa, onların hamısını göz önündə tuturam və mədəniyyət ilə sivilizasiya anlayışlarını bir-birindən seçib ayırmağa gə-rək duymuram; habelə, bu insan mədəniyyəti deyilən də-yərin, onu izləyənlərin qarşısında daha çox iki yönü ilə seçildiyini düşünürəm. Bunlardan birincisi, mədəniyyətin insanı təbiət güclərinə yiyələnmək üçün bilik və bacarıq-lar qazanmağa yönəltməsi və ona, qazandığı bütün bu uğurlardan insanlığın gərəkləri üçün yetərincə yararlan-mağı aşılamağa çalışmasıdır, ikincisi isə, insanların qar-şılıqlı ilişkilərini və əldə olunan nemətlərin onlar arasında bölüşdürülməsini düzənləyən ictimai qurumlar yaratma-sıdır. Mədəniyyətdə özünü göstərən bu iki yönümün bir-biri ilə sıx qarşılıqlı bağlılıqları vardır və bu asılılığın do-ğurduğu aşağıdakı nəticələr da göz önündədir: birincisi, insanlar arasındakı bu qarşılıqlı ilişkilər onların öz istəklə-rini doğrulda bilməsində çox böyük bir rol oynayır, ikin-cisi, hər bir insan ortalıqda olan hansısa nemətdən yarar-lanmaq üçün, bəlli şərtlər üzrə, bir başqası ilə belə qarşı-lıqlı ilişkilərə girə bilir və qarşılıqlı ilişkiyə girdiyi bu adam onun işçi qüvvəsindən yararlanır, yaxud da onu özünün seksual istəklərini gerçəkləşdirən obyektə çevirir, üçüncüsü isə, yaranıb ortaya çıxan bu mədəniyyətin in-sanların hamılıqla işinə yarayan və onların birlikdə yarat-malı olduqları bir dəyər olmasına baxmayaraq, hər bir ayrılıqda götürülmüş fərddə bu mədəniyyətə qarşı ya-ğılıq duyğusu özünü göstərməkdədir. Beləliklə də, çox maraqlı bir vəziyyət yaranır: insanlar bir-birindən ayrılıq-da yaşaya bilmədiklərindən özlərinin birgəyaşayışları üçün mədəniyyət yaradırlar və sonradan onu çiyinlərinə düşmüş ağır bir yük saymağa, özlərini onun qurbanları kimi qavramağa başlayırlar. Ona görə də, mədəniyyət özünü təklənib yenilməkdən qorumalı olur, bunun üçün də, özünün qulluğunda dayanmalı olan qurumlar, düzən-lər və yasaqlar yaratmağa əl atır; bu qurumlar təkcə elə insanların əldə elədiyi nemətlərin onlar arasındakı bölgü-sünü həyata keçirməklə yetinmir, bundan başqa da, yara-dılmış bu prinsipləri qorumalı da olur, başqa sözlə desək, təbiətin yenilməsi və bunun üzərində qurulmuş nemətlər əldə olunması durumuna qarşı insanlar arasında özünü göstərən yağılıq duyğularına qarşı da dirəniş göstərməli olur. Doğrudan da, tarixi təcrübənin göstərdiyi kimi, in-sanlıq deyilən dəyər çox asanlıqla dağıdılıb yox edilə bi-lər, habelə, insanın öz əlləri ilə yaratdığı elm və texnika deyilən nəsnələr də onun bütünlüklə yox edilməsi işinə çox yaxşı yaraya bilər.

Bu deyilənlərdən isə belə bir təəssürat yaranır: mədə-niyyət, sanki, ona qarşı dirəniş göstərən çoxluğa, haki-miyyət və zorakılıq vasitələrinə yiyələnə bilmiş hansısa bir azlığın sırımağa çalışdığı bir nəsnədir. Ancaq sözsüz, o andaca belə bir düşüncə də ortaya çıxır: bunun belə ol-masının günahı heç də birbaşa mədəniyyətin özü ilə bağlı deyil, bütün bunların səbəbi mədəniyyətin bugünümüzə gəlib çıxan formalarının yarıtmazlığı ilə bağlıdır. Bu yarıt-mazlıqları tapıb üzə çıxarmaq çətin deyildir. Doğrudan da, insanın təbiət güclərini öz buyuruğuna boyun əydir-mək üzrə çalışmalarındakı uğurlar göz önündədirsə, və bu işin gələcəkdə daha da böyük uğurlara aparıb çıxara-cağı da danılmazdırsa, ancaq insanlar arasındakı qarşılıqlı ilişkilərin yoluna qoyulması ilə bağlı durumda belə bir tərəqqi olduğunu demək olmaz, görünür elə buna görə də, istər keçmişlərdə, istərsə də indi çoxlu insanlar soruş-malı oluralar: mədəniyyətin insanların birgəyaşayışını düzənləməklə bağlı yaratdığı dəyərləri qoruyub saxlama-ğa dəyərmi? İstər-istəməz düşünməli olursan: gərək top-lumda insanlar arasındakı qarşılıqlı ilişkiləri düzənləyən hansısa yeni dəyərlər yaransın və onlar insanların mədə-niyyətə qarşı dirənişlərini aradan qaldıra bilsin, beləliklə də, mədəniyyət insan istəklərini sıxışdırmaq kimi məcbu-riyyətdən əl çəksin və insanlar da bundan sonra dünyanın nemətlərindən ürəkləri istədikləri kimi yararlana bilsin-lər, habelə, sıxıntı çəkmədən əylənə bilsinlər. Belə bir du-rumun yaranması insanlığın qızıl çağı adlana bilərdi, an-caq bu andaca belə bir sorğu da yaranır: belə bir duruma gəlib çatmaq olarmı? Halhazırda isə, istənilən mədəniyyət öz dəyərlərini məcburilik və ehtirasların cilovlanması üzərində qurmaqdadır; ancaq burası da vardır, birdən, mədəniyyətin insanlar üzərində qoyduğu bu məcburilik aradan qalxarsa, insanların bundan sonra da yaşayış üçün gərəkli olan nemətlərin artırılması üçün çəkdikləri əmək-lərin öz intensivliyini saxlaya biləcəyi bəlli deyildir. Mənə elə gəlir, biz burada insanların çoxunun, quruculuqdan çox dağıdıcılığa yönəlik olması ilə də hesablaşmalıyıq, doğrudan da, bu özəllik, yəni oturuşmuş topluma və mə-dəniyyətə qarşı çıxmaq insanların böyük çoxluğunda var və yetərincə güclü olan bu özəlliklər onların toplumdakı davranışlarında da özünü göstərməkdədir.

Dediyimiz bu psixoloji fakt insan mədəniyyətinin də-yərləndirilməsində həlledici rol oynayır. Başlanğıcda mə-dəniyyətin ən önəmli işinin yaşam üçün gərəkən nemətlə-ri əldə edə bilməkdən ötəri təbiət güclərinin yenilməsi ol-duğunu düşünürdüksə və ona qarşı yönələn qorxuları aradan qaldırmaq üçün əldə olunan nemətlərin insanlar arasında düzgün bölüşdürülməsini çıxış yolu sanırdıqsa, indi mədəniyyətlə bağlı problemlərdə ağırlıq mərkəzinin maddi gerçəklikdən ruhani gerçəkliyə keçdiyini görürük. Bu problemin həlli isə, mədəniyyətin öz varlığını yaşada bilməsi üçün insanların çiyninə qoyduğu ağır yükün: on-ların öz ehtiraslarını qurban vermələrindən yaranan in-cikliyin nə qədər azaldıla bilməsindən, onları heç olmasa az da olsa nəyisə qurban verməklə barışdırmaqdan və bü-tün bunların qarşılığında onların könlünü hansısa ödəniş-lə ovuda bilməkdən asılıdır. Mədəniyyətin yürüdülməsi məcburilik olmadan mümkün olmadığı kimi, burada azlı-ğın çoxluq üzərində ağalığı olmadan da keçinmək olmur, bəlli olduğu kimi, kütə həmişə qabalığı və uzağı görə bil-məməsi ilə “seçilir”, habelə, öz ehtiraslarını cilovlamaq-dan və ağlabatan arqumentləri dinləməkdən boyun qaçır-mağa yönəlik olur və kütlənin içində olan ayrı-ayrı fərd-lər bir-birini özbaşınalığın, başıpozuqluğun və əxlaqsızlı-ğın yayılmasına şirnikdirirlər. Onlar yalnız çəkindikləri və başçılığını qəbul elədikləri bir sıra seçkin adamların tə-siri ilə mədəniyyətin yaşaması üçün zəruri olan ağır əmə-yə qatlaşmağa və öz ehtiraslarını cilovlamağa razılaşırlar. Bu başçılar doğrudan da yaşam gerçəklərini anlamaqda üstün biliklər yiyəsi olan, öz ehtirasları üzərində ağalıq eləməyi bacaran insanlardırsa, onda işlərin yaxşı yönə ge-dəcəyini düşünmək olar. Ancaq onlar daima, özlərinin tə-siredici nüfuzlarını itirmək qorxusu altında yaşayırlar və öz başçılıqlarını qoruyub saxlaya bilmək üçün onların kütləyə elədikləri güzəştlər kütlənin elədiyi güzəştlərdən artıq da ola bilər, bununla da onların missiyası uğursuz-luqla sonuclana bilər, elə buna görə də, əllərində hakimiy-yət toplanmış bu insanların yalnız kütlədən asılı olmadıq-da nəsə böyük işlər görə biləcəyi bəllidir. Sözün qısası, adamların arasında çox geniş yayılmış iki özəllik: könüllü olaraq əməyə qatlaşmaq istəyinin olmaması və ağıla arxa-lanan arqumentlərlə onları öz ehtiraslarından çəkindirmə-yin mümkünsüzlüyü, mədəniyyətin yaşaya bilməsi üçün məsuliyyət daşıyan insanların bəlli ölçülərdə zorakılığa əl atmasına gətirib çıxarır.

Mənim bu dediklərimə qarşı çıxan, onları dananların da ola biləcəyini anlayıram. Mənə deyə bilərlər: “Mədə-niyyətin gerçəkləşməsindən ötəri zorakılığın tətbiqini doğrultmaq üçün burada adamlarda olduğu deyilən yara-maz özəllikləri doğuran elə bu mədəniyyətin yaratdığı qurumlardır, elə buna görə də, bu adamlar belə acıqlı, qi-sasçı və özünəqapanmış olublar. Sevgiyə arxalanmaqla tərbiyə olunan, dərin düşünməyi bacaran, erkən yaşların-dan mədəni dəyərlərə alışdırılan yeni nəsil yetişdirilsə, onlar mədəniyyətə başqa cür yanaşacaqlar, onda doğma-lıq tapacaqlar, öz ehtiraslarını könüllü olaraq ona qurban verəcəklər, ürəklə əməyə qatlaşacaq və bu mədəniyyəti qoruyub saxlamaq üçün öz yaramaz ehtiraslarını da ci-lovlaya biləcəklər. Onlar bunu məcburiyyət olmadan elə-yəcəklər və onlara başçılıq eləyən insanlardan çox az fərq-lənəcəklər. İndiyədək heç bir mədəniyyət insan kütləsinə belə özəlliklər aşılaya bilməyibsə bunun səbəbi bu mədə-niyyətlərdən heç birinin insanları uşaqlıq çağlarından başlayaraq gərəkli yöndə formalaşdıracaq qaydaları yara-da bilməməsi ilə bağlıdır”.

Təbiət güclərinə yiyələnməyin indiki səviyyəsində mədəniyyətin bu sayaq qurula bilməsi, ən azından hal-hazırda, ağlasığmaz görünür; soruşmaq olar, gələcək nə-silləri, deyilən kimi, sevgi ilə tərbiyə edəcək yararlı, gü-vənli, umacaqsız və sayı yetərincə olacaq bu başçıları ha-radan tapaq? Bu deyilən məqsədi gerçəkləşdirmək üçün yenidən, özü də qorxunc görünən bir ölçüdə, məcburilik tələb olunur. Belə bir planın insan mədəniyyətinə çox böyük töhfələr verə biləcək böyüklüyünü danmaq olmaz. Bu planın qurulmasında insan psixologiyasına bələdlik də özünü göstərir və onun çox güclü ehtiraslarla doğulduğu, uşaqlıqda aldığı tərbiyənin bu ehtirasları biryolluq yön-ləndirib qurtardığı da göz önündə tutulur. Ancaq insanın tərbiyəsinin bəlli sərhədlər tanıması belə bir mədəni inki-şafı da məhdudlaşdırmış olur. Burada yalnız yozumlara arxalanıb mülahizə yürütmək olar və belə bir mədəni or-tamın yaradılması ilə insan kütləsinin yuxarıda göstərdi-yimiz iki özəlliyinin aradan qalxacağını və bununla da onu yönətməyin çətinliklərinin bütünlüklə ortadan çıxa-cağını yəqinliklə demək mümkün deyildir. İndiyədək be-lə bir sınaq keçirilmədiyindən onun nə ilə qurtaracağını da demək çətindir. İnsanların bəlli bir kəsiminin, anadan-gəlmə qazandığı, xəstəlik həddində olan özəlliklərinin və ölçüyəgəlməz ehtiraslarının olması, nə olursa olsun, onla-rın toplumdakı qayda-qanunlara yağılıqla yanaşmasını aradan qaldıra bilməyəcəkdir, ancaq bugünkü mədəni də-yərlərə qarşı çoxluqda olan kütləni azlığa çevirmək olsay-dı, onda olduqca böyük bir irəliləyiş əldə eləmək olardı və burada qazanılması mümkün olan çox böyük uğurlara çata bilərdik.

Oxucunun, mənim öz araşdırma yolumdan yayınıb, çox uzaqlara gedib çıxdığımı düşünməsini istəməzdim. Ona görə də, oxucuya bütün aydınlığı ilə çatdırmaq istə-yirəm: mənim, bu gün Avropa ilə Asiya arasında yerləşən çox böyük bir bölgədə özünə yer eləmiş mədəniyyət üzə-rində hansısa bir nəhəng sınağın aparılması kimi istəyim və bu sınağın dəyərləndirilməsi kimi bir məqsədim yox-dur. Mənim peşə və başqa bacarıqlarım belə bir sınağın necə keçirilməsini irəli sürmək, burada işləyə biləcək me-todları incələmək və bu yöndəki istəklərlə, əldə olunan gerçəklər arasında yaranması qaçılmaz olan uçurumun ölçülərini ayırd eləmək üçün yetərli deyildir. Haradasa belə, yaxud da buna oxşar hansısa sınaqlar keçirilirsə də, bu sınaqlar hələ başa çatmadığından, onların necə sonuc-lanacağını bizim çoxdan oturuşmuş bu mədəniyyətimizin verdiyi materiallar əsasında müəyyən eləmək də müm-kün deyildir.

Biz gözəçarpmadan sivişərək, iqtisadi sferadan psixo-loji sferaya gəlib çıxdıq. Öncə, biz mədəni dəyərlərə, əldə olunan nemətlər və onları bölüşdürmək üçün yaradılmış sosial qurumların qaynağı kimi baxmağa çalışdıq. İstəni-lən mədəniyyətin özülündə əməyə qatlaşmağa və öz ehti-raslarından əl çəkməyə məcburetmənin dayandığını, və ona görə də, mədəni dəyərlərin daşıyıcılarının bu mədə-niyyətə qarşı dirənişlərinin yaranmasının da qaçılmaz ol-duğunu özümüz üçün aydınlaşdırandan sonra, belə bir sonuca gəlib çıxmış oluruq: yaşam üçün zəruri olan ne-mətlər, onların əldə olunması yolları və bu nemətlərin in-sanlar arasında bölüşdürülməsi üçün yaradılmış qaydalar mədəniyyətin məzmununda tək bir və başlıca özəllik sa-yıla bilməz. Yoxsa, bu mədəniyyətləri onun yaradıcıları-nın dağıdıcı ehtiraslarından doğan qiyamlar gözləyir. İn-sanları yaşadıqları mədəniyyətlə barışmağa gətirib çıxa-ran nemətlərlə yanaşı başqa bir məcburilik vasitəsi də or-taya çıxır və onları mədəniyyət üçün qurbanlar verməyə məcbur eləyir, habelə, bunun qarşılığında onları mükafat-landırır. Bu ikinci dərəcəli vasitələrə mədəniyyətin psixo-loji sursatı da demək olar.

Açıqlamalarımızın anlaşılan olması üçün iki termini özümüz üçün aydınlaşdıraq, bundan sonra, yerinə yeti-rilməsi yolverilməz olan bəlli ehtirasların qarşısının alın-ması faktını yasaq adlandıracağıq, bu yasağın yaratdığı duruma isə yoxsunluq (məhrumiyyət) deyəcəyik. Sonrakı addımda isə, hamıya toxunan yoxsunluqla, bəlli insan qruplarına, siniflərinə və ayrıca insanlara toxunan yox-sunluqların bir-birindən ayırd edilməsinə baxacağıq. Çox-çox əski çağlarda ilkin yasaqları ortaya çıxarmaqla, mə-dəniyyətin ilkin yoxsunluqları yaratmağa başlaması ilə, minillər bundan öncə, insanlar özlərinin ilkin heyvani varlıqlarından ayrılmağa başladılar. Ancaq biz indi apar-dığımız araşdırmalarımızda bu heyvaniliyin insanda hələ də yaşadığını və mədəniyyətə qarşı yağılıq duyğusu do-ğurduğunu görüb bundan təəccüblənmişdik. İnsanların varlığında yaşamaqda davam eləyən bu impulsiv istəklər doğulan hər bir körpə ilə birlikdə yenidən dünyaya gəlir; habelə, nevrotiklər adlanan çoxsaylı insanlar da vardır və onlar üzərlərinə qoyulan yasaqlardan yaranan yoxsunluq-ları mədəniyyətin yaratdığı dəyərlərə qarşı birbaşa və kəskin şəkildə çıxmaqla cavablandırırlar. Burada biz in-senst (ata-ana ilə övladlar və ya bir ata-ananın övladları arasında baş verən cinsi ilişkilər deməkdir), kannibalizm və qaniçənlik kimi impulsiv istəkləri nəzərdə tuturuq. Ne-cə qəribə görünsə də, hamılıqla pislənilən və yolverilməz sayılan bu impulsiv istəklərin, çox vaxt, mədəniyyətin ödənilməsini məqbul saymadığı bir çox başqa istəklərlə yanaşı, bir sırada qoyulduğunu da görürük, onların yana-şı qoyulduğu bu, başqa impulsiv istəklərlə bağlı mədəniy-yət hələ də sonacan aydın bir mövqeyə gəlib çatmasa da, bu impulsiv istəklərin hamısının bir yerdə araşdırılması psixoloji baxımdan özünü doğrulda bilər. Ancaq mədə-niyyətin bu çox əski çağlardan qalma impulsiv istəklərin hər birinə yanaşması da başqa-başqadır; bunlardan yalnız kannibalizm hamılıqla pislənilib danılan və az-maz istis-naları çıxmaqla, bütünlüklə aradan qalxmış bir instinktiv istək sayıla bilər; insestlə bağlı istəklərin hələ də öz gücü-nü saxlaya bildiyini biz ortalıqda bununla bağlı olan ya-saqların indiyədək də qalmasından bilirik; qaniçənlik, və ya insanı öldürmək deyilən istəklərə gəlincə, onlar heç də həmişə pislənmir, bəlli durumlarda yolverilən sayılmaqla təqdir də olunur. Ola bilsin, mədəniyyətin gələcəkdə çata-cağı hansısa dönəmində bu gün yolverilən sayılan hansısa istəklər də, indi kannibalizmə yanaşılan kimi olacaq və onlar da yasaqlanacaqdır.

Çox-çox əskilərdə yasaqlanmış hansısa yaramaz bir istəyin üzə çıxması bir psixoloji faktor kimi ortalıqda var-sa, onda bu gerçəyin yasaqlanmış başqa istəklər üzrə də üzə çıxması gözləniləndir. İnsan psixologiyasının əski çağlarda olduğu kimi qalıb dəyişikliyə uğramaması və elmlə texnikanın inkişafına baxmayaraq yenə də keçmiş-lərdə olduğu kimi qalması ilə bağlı deyilənlər doğru de-yildir. Burada, insan psixologiyasında yaxşılığa doğru baş verən dəyişikliklərlə bağlı bir örnəyə baxa bilərik. Bizim insan kimi inkişafımızın gedişində mədəniyyətin qoydu-ğu yasaqlar tədricən üzdə olmaqdan çıxıb insanın daxili-nə köçür və insanın nümunəvi psixi bir durumunda orta-ya çıxan, Üstün Mənlik adlanan dəyərin daşıyıcısı olan in-sanlar bu yasaqları özlərinin daimi işləyən davranış nor-malarına çevirirlər. İstənilən normal tərbiyə görən körpə yaşa dolduqca bunun necə baş verdiyini bizə əyani olaraq göstərir və bu yasaqların qoyduğu tələbləri özünün yaşa-yış normalarına çevirməklə mənəvi dəyərlər qazanır, ha-belə, sosial varlıq kimi öz yerini tapmış olur. İnsanda belə bir psixoloji faktorun yaranması, daha doğrusunu desək, onun Üstün Mənlik adlanan özəlliyinin yaranıb güclən-məsi mədəniyyətin yarada bildiyi çox yüksək dəyərlərdən biri sayılmalıdır. Belə bir özəlliyi ilə seçilən insanlar isə, mədəniyyətin yağıları olmaqdan çıxıb onun daşıyıcılarına çevrilirlər. Mədəniyyətin yayıldığı hansı bölgədə bu in-sanların sayı artıb çoxalırsa, burada onun yaşarılığı da tə-min olunur və bununla yanaşı olaraq, belə bir gücə arxa-lanan mədəniyyətlər üzdə olan məcburilik vasitələrinə əl amadan da keçinə bilirlər. Ancaq bu yasaqların göz önün-dən yığışılıb daxilə köçməsi də, onların hər biri üçün fərq-lidir. Mədəniyyətin yasaqladığı impulsiv istəklərdən əl çəkilməsi, bir sıra nevroz xəstələrində özünü göstərən du-rumları çıxsaq, əsasən insanın məcburi yerinə yetirilən davranışı olmaqdan çıxıb onun daxili istəkləri ilə yerinə yetirdiyi davranış normalarına çevrilə bilmişdir. Ancaq başqa impulsiv istəklərə baxanda buradakı durumun büs-bütün başqa cür olduğu aydınlaşır. Biz burada təəccüb və həyəcan doğuran belə bir durumla üzləşirik: sən demə, olduqca çoxlu sayda insanlar xaricdən göstərilən məc-buriyyət olmadan mədəniyyətin qoyduğu bəlli yasaqları gözləmirlər, daha doğrusu, ancaq, bu yasaqlara görə cəza-landırıla biləcəklərini və bu cəzanın real olduğunu anla-yanda bu yasaqları pozmağa ürək eləmirlər. Bu deyilənlər mədəniyyətin hamı üçün qoyduğu yasaqlarla bağlı olaraq da baş verir. İnsanların böyük çoxluğunun mənəvi baxım-dan etibarsızlığını göstərən faktları da biz ən çox bu or-tamda görə bilirik. Doğrudan da, olduqça çoxlu sayda, özünü mədəni sayan, insan öldürməkdən və insestdən sarsılan insanlar, özlərinin acgözlüyünə, aqressivliyinə, azğın seksual istəklərinə qarşı dayana bilmirlər, başqaları-nın ömrünü yalanla, fırıldaqla korlamaqla əylənməkdən çəkinmir və bütün bunları cəzalanmadan eləmək müm-kün olan durumların hamısında eləyir, ən acınacaqlısı isə, belə davranışlar bir-birinin yerini tutan çoxlu mədəni dö-nəmlərin hamısında qalmaqda davam eləməkdədir.

Toplumun yalnız ayrı-ayrı siniflərinə qarşı tətbiq olu-nan məcburi yoxsunluqlara gəlincə biz burada olduqca bayağı və yaramazlığı açıq-aydın görünən bir durumla üzləşirik. Bu durumlarda, təbii olaraq, toplumun aşağı qatındakı yoxsunluqda yaşamalı olan siniflər onlardan qat-qat artıq üstünlüklərə yiyələnərək yaşayan seçkin in-sanlara paxıllıqla yanaşırlar və özlərinin yaşadıqları bu yoxsunluğun azacıq da olsa belə azaldıla bilməsi üçün nə-yə desən hazır olurlar. Bu mümkün olmayanda isə, baxı-lan mədəniyyətin daxilində çox dərin qatlara kök atan və qorxunc qiyamlara gətirib çıxara bilən bir narazılıq yara-nır. Mədəniyyət onun daşıyıcıları olan bəlli bir qrupun bu mədəniyyətin daşıyıcıları olan başqa bir qrupa qarşı olan basqı və zülmünün qarşısını ala bilmək gücündə deyildir-sə, özü də, burada basqını yaradanlar özlərini gördükləri bu işdə haqlı sayırlarsa və çox vaxt da bu prinsiplə yerdə qalan böyük çoxluğa yanaşırlarsa (çağdaş mədəniyyətlə-rin demək olar hamısında bu durum özünü göstərmək-dədir), onda əzilən insanlar arasında öz əməkləri ilə ya-şatdıqları bu mədəniyyətin onlara əldə olunan nemətlər-dən çox az pay verməsinə görə, bu mədəniyyətə qarşı ya-ğılıq duyğusu yaranır və bu yağılıq getdikcə daha da güc-lənməyə başlayır. Bu durumda mədəniyyətin qoyduğu yasaqların bu insanların daxili təlabatlarına və gündəlik davranış normalarına çevriləcəyini gözləməyə də dəy-məz, əksinə, bu insanlar deyilən yasaqları pozmağa yönə-lik olurlar və oturuşmuş mədəniyyətin özünü dağıtmağa çalışır, onun bütün yasaqlarını ilk imkanda aradan qal-dırmaq istəyinə qapılırlar. Belə bir mədəniyyətin içində özünü göstərən siniflərarası yağılıq olduqca gözəçarpan olduğundan, bu mədəniyyətin daşıyıcılarından olan yaxşı təmin olunmuş qatdakı insanların bu mədəniyyətlərə qar-şı bəslədikləri yağılıq belə onun kölgəsində qalaraq göz-dən yayınır. Yaratdığı ortamda bunca çoxsaylı əzilənlər və narazıların olmasına və onların özünə qarşı qiyam qal-dırmasına yol verən mədəniyyətin perspektivindən da-nışmağa belə dəyməz, belə bir mədəniyyət uzunömürlü ola bilməz və olmamalıdır.

Mədəniyyətin tələblərinin insanların daxili təlabatla-rına çevrilməsi – elmi olmayan loru dillə desək, mədəniy-yət daşıyıcılarının mənəvi səviyyəsi, –mədəniyyəti dəyər-ləndirməyə çalışanda nəzərə alınmalı olan tək bir ruhani dəyər deyildir. Mədəniyyətin bundan başqa da, ideallar və incəsənət yaradıcılığı kimi dəyərləri də vardır və bu dəyərlər onun daşıyıcılarının təlabatlarını ödəməyə, onla-rı razı salmağa qulluq eləyir.

Biz çox vaxt hansısa bir mədəniyyətin yaratdığı ideal-ları – daha doğrusu bu mədəniyyətlərin yaratmış olduq-ları uğura çatdıran ən yüksək dəyərləri – onun insan psixologiyasına verdiyi töhfələr kimi qiymətləndirməyə çalışırıq. İlkin yanaşmada adama elə gəlir, sanki, mədə-niyyətin uğurları birbaşa bu ideallardan asılıdır; ancaq gerçəklikdə bu, büsbütün başqa cür də ola bilər: buradakı ideallar mədəniyyətin ilkin uğurlarından sonra formalaşır və onun ortaya çıxmasında daxili meyillərlə xarici duru-mun qarşılıqlı ilişkiləri başlıca rol oynayır, beləliklə də, bu ilkin uğurların təkrarlanması istəyi onların ideal kimi qeydə alınmasına gətirib çıxarır. Bu idealların mədəniyyət daşıyıcılarında yaratdığı məmnunluğun kökündə nar-sisizm (özünəvurğunluq) duyğusu dayanır, bu artıq əldə olunmuş uğurlara görə öyünməklə bağlı yaranan bir du-rumdur. Bu idealların özünü doğrultması isə, onların baş-qa mədəniyyətlərin öz uğurları əsasında yaratdığı ideal-ları ilə tutuşdurulmaqla qavranılmağa başlayır. Belə fərq-lərin olmasına görə, hər bir mədəniyyət başqa mədəniy-yətlərə yuxarıdan aşağı baxmaqda özünü haqlı saymağa başlayır. Beləliklə də, mədəniyyətlərin yaratdığı ideallar ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan bölgələrin yad-laşmasına və sonucda yağılaşmasına gətirib çıxarır, bu-nun qabarıq örnəyini millətlərarası ilişkilərdə görmək olar.

Bu sayağı idealların yaratdığı özünəvurğunluqdan doğan özündənrazılıq isə, baxılan bölgədəki mədəniyyətə qarşı yönələn dağıdıcı güclərə qarşı dayanan ən güclü tə-sir vasitələrindən biridir. Burada yalnız elə bu mədəniy-yətin içində yaşayıb ondan daha çox bəhrələnən siniflər deyil, habelə, əzilən siniflər də bu idealların doğurduğu özünəvurğunluq duyğularına qapıla bilirlər, burada mə-dəniyyətin verdiyi: yadellilərə yuxarıdan aşağı baxa bil-mək “üstünlüyü” onlara öz toplumlarında necə alçaldıl-dıqlarını da unutdurur. Roma imperiyasının örnəyində baxsaq belə bir durum yarandığını görürük: “Mən yazıq, borc içində boğulan və hərbi qulluğa çağırılmaqla əldən düşən bir plebey olsam da, ancaq mən axı romalıyam, başqa xalqların boyun əydirilməsi və onların Romanın qoyduğu qanunlarla yaşamasının gerçəkləşdirilməsində mənim də öz payım vardır!” Əzilən siniflərin öz ağaları və istismarçıları ilə belə “doğmalaşması” daha böyük bir olayın yalnız kiçik bir görüntüsüdür. Başqa bir yandan, əzilən siniflər aşırı duyğulanmaqdan doğan bir yanlışlığa qapılaraq onları əzən siniflərlə “doğmalaşa” bilərlər, on-lar bu durumda içində yaşadıqları mədəniyyətin doğur-duğu duruma yağılıq bəsləsələr də, ancaq onları istismar eləyən ağalarının şəxsində öz ideallarının gerçəkləşdiyini sanırlar. Əzilən və əzən siniflər arasında onları qarşılıqlı şəkildə məmnun eləyən belə qarşılıqlı ilişkilər olmasaydı onda bu çağadək olmuş mədəniyyətlərin, onlara qarşı kütlənin kin bəsləməsinə baxmayaraq, çox uzun bir müd-dətdə necə yaşaya bilməsi də aydın olmazdı.

Mədəniyyətin oturuşduğu ayrı-ayrı bölgələrdə insan-lara belə bir məmnunluğu incəsənət də gətirə bilir, düz-dür, bu incəsənət, ağır əməklərə qatlaşan və təhsil görmə-yən qara kütlə üçün əlçatmaz olaraq qalır. Bizim artıq çoxdan bildiyimiz kimi, mədəniyyətin yasaqladığı nəs-nələrdən həzz almağa əli çatmayan insan, bu həzzlərin yerini incəsənətin verdiyi “yalançı” həzzlərlə doldurmağa çalışır və bu onlara mədəniyyət uğrunda verdikləri qur-banlardan doğan ağrılarını unutdurmaqda çox böyük kö-məklik eləyə bilir. Bundan başqa da, bədii yaradıcılıq top-lumdakı insanların hamılıqla yüksək dəyərləndirdiyi duyğular yaratmaqla onları “birləşdirir” və onların birgə-yaşayışına yardımçı olmaqla, istənilən mədəni çevrənin ehtiyac duyduğu, mədəniyyət daşıyıcıları olan insanların bir-biri ilə doğmalaşmasına gətirib çıxarır; incəsənət əsər-ləri, habelə, bəlli mədəniyyətin uğuru kimi çıxış eləyərək insanlara onun ideallarını xatırladır və beləliklə də, bu mədəniyyətin daşıyıcıları arasında özünəvurğunluq həzzi yaradır.

Biz indiyədək, mədəniyyətin psixi sursatları sırasında ən önəmli bir yeri tutan bir nəsnəni xatırlamağa gəlib çat-mamışıq. Bu, mədəniyyətlərin hamısının içində çox geniş yer tutan dini baxışlardır, biz bu baxışları bir az aşağıda illüziya kimi dəyərləndirməyə çalışacağıq.

Dini baxışların belə önəmli bir dəyər daşımasının sə-bəbi nədir? Biz mədəniyyətin insanları öz ehtiraslarından əl çəkməyə məcbur elədiyini və buna görə də, onun ya-ratdığı bu basqının özünə qarşı yağılıq yaratdığını demiş-dik. Bir anlığına onun yasaqlarının aradan qaldırıldığını düşünsək, yəni istənilən kimsə istənilən bəyəndiyi qadını öz cinsi ehtiraslarını soyuda bilmək üçün seçə bilərdisə, onunla seçdiyi qadınla, ya da başqa bir işlə bağlı öcəşən istənilən kimsəni öldürmək haqqı alardısa, başqasının yiyəliyində olan istənilən nəsnəni ondan soruşub eləmə-dən götürə bilərdisə, – onda kütlənin içindəki adamlar üçün yaşam necə də gözəlləşər, əyləncə və həzzlərin tü-kənməz qaynağına çevrilərdi! Düzdür, biz bu durumda o andaca aşağıdakı problemlərlə də üzləşməli olardıq. Belə bir durumda istənilən adam da eyni istəklərə qapılacaqdır və mənimlə, mənim onunla davrandığımdan heç də yaxşı davranmayacaqdır. Beləliklə də, mədəniyyətin qoyduğu yasaqların aradan qaldırılması ilə yalnız bir adam hüdud-suz səadət qazanacaqdır, bu isə, öz əlində bütün hakimiy-yət araclarını toplamış tiran olacaqdır; ancaq onun özü də ən azından mədəniyyətin qoyduğu: “başqasını öldürmə” deyilən təkcə bir yasağınsada yerinə yetirilməsini uma-caqdır.

Ancaq, belə bir durum yaranarsa, insanlar, çox keç-mədən, mədəniyyətin aradan qaldırılmasına çalışmağın necə bir nankorluq və qanmazlıq olduğunu da anlayardı-lar! Belə bir durumda bizim taleyimiz yenə də bütünlüklə təbiətdən asılı olardı və belə bir ömrü yaşamağın necə acı-nacaqlı olduğunu bütün çılpaqlığı ilə anlayardıq. Düzdür, bu durumda, təbiət bizdən heç bir ehtirasımızın məhdud-laşdırılmasını istəməyəcəkdir, bizə öz davranışlarımızda bütünlüklə azadlıq verəcəkdir, ancaq onun da bizim hərə-kətlərmizi məhdudlaşdırmaq üçün əl atdığı üsulları ola-caqdır, o bizi soyuqqanlılıqla, amansızcasına yoxluğa sü-rükləyəcəkdir və bunu ən çox biz öz ehtiraslarımızı yerinə yetirən anlarda ona verdiyimiz fürsətlərdən yararlanaraq eləyəcəkdir. Axı təbiətin bizim varlığımıza qarşı yaratdığı qorxular biz insanları birləşməyə və birgə yaşamaq üçün mədəniyyət yaratmağa gətirib çıxarmışdır, insanın ictimai varlığa çevrilməsi məhz elə buna görə baş vermişdir. Mə-dəniyyətin ən başlıca məqsədi, onun özülündə dayanan ilkin vəzifə, insanları təbiətdən qorumaq olmuşdur.

Bəlli olduğu kimi, mədəniyyət bir sıra yönümlərdə görməli olduğu işləri yetərincə bacarır və onun zaman öt-dükcə bunları daha yaxşı bacaracağını da düşünmək olar. Məncə, heç bir insan təbiətin bütünlüklə insana boyun əy-məyə gəlib çıxacağına inanacaq qədər dardüşüncəli deyil-dir; onun hansısa bir gözəl gündə bütünlüklə insana bo-yun əyəcəyinə inanan insanlar da, elə bilirəm, çox az tapı-lar. Bizim qarşımızda heç bir gücə boyun əyməyən və sanki, insanın çalışıb-vurnuxmalarını ələ salıb gülən bir qarşısıalınmaz axın vardır, bir də görürsən, torpaq ayaq-larımızın altından qaçır, titrəyir, insanın yaratdıqlarını onun özüqarışıq, bir anın içində öz altına alıb yox eləyir, sular coşub-daşır, qarşısına çıxan nə varsa silib-süpürüb aparır, hər şeyi öz amansız dalğalarında qərq eləyir, tu-fanlar qarşısına çıxan nə varsa uçurub dağıdır, bizi ad-dımbaşı yaxalayan xəstəliklər – biz yalnız yaxın keçmiş-lərdə onların da üstümüzə basqı ilə gələn canlı – heyvani varlıqlar olduğunu öyrənə bilmişik – bizi ağrı-acılar için-də üzüb əldən salır və ən sonunda isə indiyədək heç bir əlac tapıla bilməyən (və tapıla bilməyəcək də!) qorxunc ölüm tapmacası ilə qarşılaşacağımız da qaçılmaz olur. Tə-biət bizim qarşımızda özünün bütün gücü, azmanlığı, amansızlığı, ipə-sapa yatmayan qabalığı ilə dayanır, biz gücümüzü toplayıb yaratdığımız mədəniyyətə sərf elədi-yimiz əməklə onu boyun əyməyə məcbur elədiyimiz yer-də o, addımbaşı, bizim gözlərimizi gücsüzlüyümüz və kö-məksizliyimizlə qorxudur. Elə insanlığın da az-çox də-yərli və ürəkaçan işləri ən çox bu təbii fəlakətlərlə üzlə-şəndə olur: o bu anlarda bütün başıpozuqluğunu, mədə-niyyətin doğurduğu çətinliklərlə bağlı olaraq ona qarşı duyduğu yağılığını bir qırağa tullayıb qarşısında dayanan ən böyük problemi: təbiət gücləri ilə savaşın içində özünü qoruyub saxlaya bilməyi xatırlayır və birbaşa bununla bağlı çalışmalara başlayır.

İstər bütün insanlıq üçün, istərsə də, ayrıca fərdlər üçün, yaşam çox ağır bir işdir. Mədəniyyət də bu yaşamı ağırlaşdıran bir sıra yoxsunluqlar (məhrumiyyətlər) ya-radır, habelə, hansısa mədəniyyətin içində yaşayan insa-nın yaşamında, bu mədəniyyəti tanımayan insanların, ya-xud da bu mədəniyyətin çatışmazlıqlarından doğan duru-mun yaratdığı çətinliklər də olur. Buraya, ağına-bozuna baxmadan öz işini görən təbiətin yaratdığı uğursuzlaqları da artıra bilərik – insanlar təbiətin gətirdiyi bu uğursuz-luqları tale adlandırırlar. İnsanın işlərinin belə pis getməsi onun öz yaşamını, daimi bir həyəcan və taledən küs-künlük içində yaşamasına, bu isə öz sırasında onun özü-nəvurğunluq duyğularının aşağılanmasına gətirib çıxar-maya bilməz. Ayrıca bir fərdin mədəniyyətin və başqa in-sanların ona verdiyi korluqlara qarşı necə qıcıqlandığını biz artıq bilirik: bütün bunlarla qarşılaşdıqca bu fərdin daxilində onu bu çətin durumlara salan mədəniyyətin qu-rumlarına qarşı dirəniş yaranır və onun içində yaşadığı mədəniyyətə bəslədiyi yağılıq duyğusunun səviyyəsin-dən asılı olaraq, bu dirəniş də artıb-azala bilir. İndi də gə-lin, bu fərdin onu daimi bir qorxu altında saxlayan özü-nün “tale” adlandırdığı təbiətin ölçüyəgəlməz güclərinə qarşı necə dirəniş göstərdiyinə bir az da yaxından baxma-ğa çalışaq.

Bu baxımdan yanaşanda, mədəniyyət təbiətlə qarşı-durmada dara düşən bu fərdin işlərini yüngülləşdirməyə qulluq eləyir və mədəniyyət bu yönümdəki fəaliyyətində ayrı-seçkilik salmadan hamı üçün çalışır; özü də, təbiət qarşısındakı çətinliklərində insanlara ayrı-seçkilik qoyma-dan arxa durmaq bütün mədəniyyətlərdə özünü göstərir. Mədəniyyətlər harada yaranmasından asılı olmayaraq, nəfəs dərmədən, insanı təbiətdən qorumaq vəzifələrini yerinə yetirməkdən bir an da olsa belə əl götürmürlər, an-caq onlar bu işi, həm də, özlərinəməxsus olan vasitələrlə görürlər. Burada eyni zamanda üç məsələ həll olunur: bi-rincisi, insanın təbiətin qabalığı nəticəsində zədələnmiş özünəvurğunluğu ovundurulmalıdır, ikincisi, insana ya-şamın heç də qorxunc olmadığı aşılanmalıdır, üçüncüsü isə, insanın praktiki maraqlarından yaranan dünyanı qav-ramaq istəklərinə cavablar tapılmalıdır.

The free sample has ended.

$1.01
$2.02
−50%
Age restriction:
0+
Release date on Litres:
16 November 2022
Volume:
90 p. 1 illustration
Translator:
Copyright Holder::
Hədəf nəşrləri
Download format:

Similar books