Read the book: «Yuxu maşını»

Font::

ŞƏMİL SADİQ

YUXU MAŞINI

Roman kimi hekayə

B u n d a n s o n r a n ə v a x t k ö m ə k l a z ı m o l s a,

b ü t ü n c i n l ə r ö l k ə s i s ə n i n

a r x a n d a d ı r .

H a d i s ə l ə r

2050– c i i l d ə

c ə r ə y a n e d i r . . .

“Mən arvadımı çox sevirdim. Həm də çox istəyirdim. Sevməyim istəməyimi, istə-məyim də sevməyimi elə qucaqlayırdı ki, bəzən ona qarşı olan münasibətimin adını tapa bilmirdim. Onu özüm bilirdim. İndi fi-kirləşirəm ki, bir zamanlar heç bir halda onun mənə xəyanət edəcəyini, edə biləcə-yini ürəyimə gətirməmişdim. Heç bu fikir ağlımın ucundan belə keçməmişdi. Kasıbçı-lıqla keçirdiyimiz günlərdə elə xoşbəxt idik ki… Sanki heç bir dərdimiz yox idi. Özüm-dən boylu-buxunlu, yaraşıqlı, cüssəli, mən-dən daha imkanlı, daha qabiliyyətli kişilər görəndə ağlıma gəlməzdi ki, görəsən, arva-dım buna baxdımı, buna qarşı hansısa bir hissi ürəyindən keçirdimi? Bu fikirlər qəlbi-min dərinliklərində, heç kimin eşitməməsi üçün gizlətdiyim qaranlıq otağımda belə cücərməzdi. Heç bir zaman onun gözlərinə uzun-uzadı baxıb, “mənə xəyanət edərmi?” sualına cavab da axtarmamışdım. İndi fikir-ləşirəm ki, görəsən, onda ağılsız idim, yoxsa ürəyimi şübhələrin yeyib dağıtdığı indiki halımda?

Bu sualın cavabını hərdən tapıram. Hərdən də düzgün cavabı tapdığıma inan-mayıb yenidən axtarır və sadəcə ölümümü gözləyirəm. Tapdığım cavab, adətən, bu olur ki, insan o zaman ətrafındakıları xəya-nətkar görür ki, özü xəyanətə bulaşır, insan o zaman ətrafındakılarda saxtakarlıq axtarır ki, özü saxtakarlıq edir, insan yanındakılar-dan o zaman utanır ki, özü utancverici olur. Elə mən də bu gün eləyəm.

Dərindən düşünəndə yoldaşıma qarşı inamımın başqa qadınla görüşdüyüm za-man bitdiyini indi anlayıram. O qadın evli idi. Hətta onunla görüşənə qədər namuslu bir qadın olduğunu düşünürdüm. Təsəvvü-rümdə siması o qədər saf və aydın idi ki, onunla yatağa girəndən sonra bütün qadın-lara qarşı inamım qırıldı. Elə həyatımın ən böyük faciəsi də bundan sonra başladı.

Hər axşam evə gələndə vicdan əzabın-dan qurtulmaq və azad olmaq üçün düşdü-yüm çirkabın içində arvadımı da axtarmağa başlayırdım. Ona qarşı inamım azalmış, etibarım itmişdi. Çünki artıq insana – qadı-na qarşı inamım yox idi. Mənə görə, evli qadın xəyanət edə bilməzdi. Düzdür, görüş-düyüm Yeganə bunu xəyanət adlandırmır-dı. Deyirdi ki, bu, xəyanət deyil.

– Sadəcə, ürəyim istəyəni edirəm. Çün-ki ərimi sevmirəm. İki uşağımız var, amma bu gün də onunla günlərlə yaxınlığımız ol-mur. Ərim də bunu bilir. Yaxşı bilir ki, on-dan xoşum gəlmir. Buna o zaman xəyanət demək olardı ki, onu sevim. Sevmirəmsə, deməli, xəyanət də etmirəm. Ərim heç bir zaman ürəyimdə olmayıb.

Bütün bunları eşidəndə öz-özümə sual verirdim: “Axı mən sevirəm… Deməli, xəya-nəti mən edirəm?”

Bir dəfə Yeganənin də yanında bunu di-lə gətirdim və münasibətimizə son qoymaq istədiyimi bildirdim. Bu şən və şıltaq qadın mənə maraqlı bir məntiqi izahat verdi: ”Sən kişisən, sev. Burda nə var ki? Hərdən fərqli bir münasibət də yaşa. Sənə kim deyir ki, arvadını mənə dəyiş?! Onun yeri başqa, mə-nim yerim başqa. Qorxma, sənə yük olma-ram. İstədiyin zaman görüşərik, dərdləşə-rik. Nə zaman ki, istəməsən, “yox” deyər-sən, bitirərik. Biz sadəcə müəyyən bir müd-dətdə zamanımızı fərqli və maraqlı yaşa-yırıq, vəssalam”.

O qədər maraqlı biri idi ki, dedikləri xo-şuma gəlirdi.

Heç vaxt arvadım haqqında soruşmur-du. Heç əri barədə də danışmırdı. Bilirdi ki, nəsə soruşsa, hirslənəcəyəm. Ona görə də bu barədə söhbət açmırdı. Hər görüşdən sonra özümü o qədər alçaq və miskin hiss edirdim ki, izahı belə mümkün deyil. Am-ma onun fikirlərinə inanmaq istədiyim üçün inanırdım. Təsəllini onda tapırdım ki, hər dəfə görüşə gələndə ürəyim narahat olur, bunu özümə yaraşdırmıram. Heç vaxt onu arvadımdan artıq hesab etmir, ona həqiqi mənada aludə olmurdum. Bu da o deməkdi ki, arvadımı, doğrudan da, sevirəm. Bir də, Yeganə demiş, kişiyəm də, nə olacaq ki? Hərdənbir macəra yaşasam, yəqin ki, heç nə olmaz. Burda nə var axı?

O, ərini necə aldadıb evdən çıxırdı, tele-fonda necə inandırıcı cavablar verirdisə, heyran qalırdım. Düzdür, bu barədə mən də fərasətsiz deyildim.

Faciə onda idi ki, onun ərini necə aldat-dığını gördükcə, ürəyimdən keçirmək belə istəmədiyim fikirlər ağlıma gəlirdi. Birdən mənim də arvadım bu cür aldadarsa… Am-ma tez də rədd edirdim bu fikri. Di gəl ki, fikirlərdən qaçmaq olmur… Gərək onları tanımayasan, tanıdınsa, elə lazımsız, elə mənasız yerdə yaxalayır ki səni, gəl görə-sən… Bu ya yeni bir elmi kəşfi bitirənə yaxın olacaq, ya arvadımın qolları arasında olan-da, ya da hansısa dəxlisiz iclasların birin-də…

Hərdən düşünürdüm, nə vaxtsa elə bir aparat icad etməliyəm ki, virus kimi görün-məz olan, amma insan şüurunu pozan bu fikri tutub biti əzən kimi əzsin. Axı əzanın hansı hissəsini kəsib atasan ki, bu axmaq və iyrənc fikirlər ağlına gəlməsin?!

Özümdən asılı olmayaraq, mənsiz hara və niyə getdiyini arvadımdan tez-tez soru-şur, hərdən evə qəfil gəlirdim ki, birdən… Düzdür, günümüz, demək olar ki, arvadım-la bir keçirdi. Amma işə görə hərdən ayrılır-dıq… Bir müddətlik. Buna görə də vicdan əzabında qovrulurdum. Zaman keçdikcə hiss edirdim ki, artıq bu fikirlərin əsirinə çevrilirəm. Dəfələrlə beynimdəkiləri açıb arvadıma demək və onun fikrini bilmək is-təsəm də, özümə də, ona da bunu yaraşdıra bilmirdim. Axı belə bir şey necə mümkün ola bilərdi ki?!.

Bir dəfə romantik anlarımızın birində:

– Mənə heç zaman yalan danışma” – dedim. Əslindəsə, – “Mənə heç vaxt xəyanət etmə”, – demək istəyirdim.

Sonra da özümü danladım: “Axı mən kişiyəm, bu nə fikirdir ağlıma gəlir, adamın qeyrəti olar”, − onları özümdən bir müddət-lik də olsa, uzaqlaşdırdım.

Dünya şöhrətli biri olmağıma baxma-yaraq, bu cür cılız düşüncələrlə döyüşür, şə-nimə yaraşmayan lüzumsuz fikirlərə qarşı çıxa bilmirdim. Daha doğrusu, şübhələr məni didirdi. Onlar həqiqəti tapmaq üçün açar yox, rahatlığıma sarılmış bir partlayıcı idilər. Artıq arvadımın telefonlarına gələn mesajlara baxmağa çalışır, zəng gəldikdə kimdən olduğunu açıq-aşkar soruşurdum. Bəzən yataqda yaxınlıq etmək istəmədikdə səbəb axtarır, müxtəlif yerə yozur, gecəni səhərə qədər yata bilmirdim. Mənim bu hə-rəkətlərimə arvadımın laqeyd yanaşması isə məni daha da dəliyə çevirirdi. Onun hesabat verməməsindən daxilən gərilir, məni sa-kitləşdirmək üçün nəsə etməsini gözləyir-dim. Lakin bu baş vermirdi. Sanki heç nə vecinə deyildi. Əvvəlki kimi yaşayır, öz gü-zəranını keçirirdi. İşdən soyumamışdı. “Ər-gənəkon prodakşn”ın işlərini daha yaxşı həyata keçirmək üçün gecə-gündüz çalışır-dı. Bütün layihələrimizi vaxtlı-vaxtında şir-kətlərə göndərir, yeni razılaşmalar əldə edirdi.

Mənsə cismani tələbatımı ödəmək üçün ayda bir neçə dəfə Yeganə ilə görüşürdüm. Onunla yataqda hər şey fərqli olurdu. Çox xoşuma gəlirdi. O, cazibədar olmasa da, hə-rəkətli və bacarıqlı qadın idi. Sanki eşq-bazlığa mən yox, o gəlirdi. Elə sevgi oyun-ları edirdi ki, istər-istəməz hər ay onu gör-mək istəyirdim. Hətta iş o yerə çatmışdı ki, arvadımla münasibətdə olanda belə gözlə-rimin qarşısına o gəlirdi. Bu zaman az qala özümdən iyrənir, hər şeyi yarımçıq qoymaq istəyirdim. Bu çox çətin idi… Sevdiyin qa-dınla sevişəsən, ağlından da başqası keçə…

Hər dəfə belə olanda özümə sual verir-dim: Deməli, arvadımı sevmirəm. Bu ki əsl faciə olardı… Yox, mümkün deyildi. Mən arvadımı sevirdim. Bir anlıq şəhvani hiss üçün sevgi qurban gedə bilməzdi…

O vaxtdan etibarən sevgini “ruhi” və “cismani” olaraq iki yerə böldüm. Və başla-dım özümə haqq qazandırmağa. Mənim ru-hum həmişə arvadımın – sevgilimin yanın-dadır, cismim isə gəldi-gedər olduğu üçün istənilən yerdə ola bilər. Hətta bir fəlsəfi nəticəyə gəlmişdim: “Ruh göylərə uçduğu halda, cisim qurdun-quşun yemi olub çürü-yür. Deməli, Tanrı da cismə ya etibar etmir, ya da özü istəyir ki, cisim istədiyini etsin”.

Sonra da bu fikrin üstündə duraraq, başlayırdım daha dərin fəlsəfə yürütməyə. Əgər kişidə belədirsə, deməli, qadında da bu cür ola bilər. O zaman qadının da ərin-dən başqası ilə görüşüb, macəra yaşaması mümkündür. Bu zaman o, əri ilə yaşaya bil-mədiyini başqaları ilə yaşayar.

Bu fikirlər ağlıma gələndə isə istər-istə-məz özümdən çıxırdım. Hətta bir neçə dəfə əsəbiləşib, qeyri-ixtiyari ucadan “yox” dedi-yim də olmuşdu.

Həmin anlarda gözümü yumub hər şeyi unutmaq, beynimdə bu fikri yaradan mexanizmi kökündən dağıdıb atmaq istə-yirdim. Hətta bir neçə dəfə laboratoriyama girib, bu fikri yaradan hüceyrələrin məhvi üçün işləmişdim də. Amma bacarmamış-dım.

Elə güman edirdim ki, yuxu elmi üçün gətirdiyim yeniliyi fikir üçün də tətbiq edə bilərəm. Amma şübhə mexanizmi buna im-kan vermədi. Məni məhv etdi. Uzun illərin zəhməti olan “Ərgənəkon prodakşn” başsız qaldı və mən vətənimdən − Azərbaycanım-dan, bir zamanlar sevgi ifadəsinin belə, ona olan sevgimi ifadə edə bilmədiyini düşün-düyüm Aycanımdan − arvadımdan, bir ne-çə ildə Hollivud kinolarının ümumi gəlirin-dən çox gəlir gətirən kinostudiyamdan, “Yaşa, istədiyin kimi” oyunlar istehsal edən laboratoriyamdan vaz keçib, dünyanın axı-rına gəlib çıxdım. Gözdən və könüldən iraq yerə. Bütün sahib olduğum dəyərləri və ger-çəklikləri rədd etdim. Hər şeyin səbəbi isə o video oldu…”

Bilgənin yazmaq istədiyi, amma sonra yarımçıq qoyduğu bu sətirləri oxuduqca, dəhşətə gəlirdim. Bu, dünyaya, bəşərə isma-rıc verən bir insanın düşüncələri deyildi, sanki. Onun elminin zənginliyi, məntiqinin və intellektinin yaratdıqları ilə tanış olan hər kəs mənim kimi düşünərdi. Nəinki öl-kəndə, hətta dünyada belə, əlçatmaz bir şəxs olasan, özün də bu qədər sadə bir şey yazasan. Heç inanılası deyildi.

Düzdür, o, yazıçı deyildi, heç əməlli-başlı nitqi də yox idi. Amma ideya adamı idi axı. Demək ki, insan yaradılışından bu günə qədər heç dəyişməyib. Olduğu kimi qalıb. Onun haqqında sizə danışacaqlarımı oxu-duqdan sonra mənə haqq verəcəyinizə əmi-nəm.

Hələ ki, onun ölkəsindən ayrılandan sonra yazmaq istədiyi, amma yarımçıq qoy-duğu sətirləri oxuyun.

Onun həyatını zirvələrə qaldıran yuxu idi. Ona görə də yuxu haqqında da yazmış-dı. Bəlkə də, memuar yazmaq istəyirmiş.

Əvvəlcə bir neçə vərəqlik gündəliyi oxuyaq, sonra hadisəni sizə danışaram. Onu da deyim ki, mənim də kimliyimi öyrənə-cəksiniz, əvvəlcədən söyləyim ki, daha çox düşünməyəsiniz.

***

Mən uşaqlıqdan, elə bil, heç yuxu gör-mürdüm. Hər gecə yatanda ağlıma istədi-yim bir şeyi gətirib, haqqında uzun-uzadı düşünürdüm ki, bəlkə, yuxumda onu gö-rüm. Amma alınmırdı. Halbuki, nənəm hə-mişə qarışıq yuxular görüb, gecənin bir yarısı ağlaya-ağlaya duran qardaşıma de-yərdi ki, gecə yatanda gic-gic şeyləri az dü-şünsün.

Qardaşım macərapərəst olduğu üçün nənəm belə deyirdi. Çünki o, oyaq da olan-da özündən qorxulu nağıllar uydurur, Mol-la İmamqulunun Məhərrəmlik ayında da-nışdığı cin-şeytan rəvayətlərinə özündən nələrsə artıra-artıra, bir az da təkmilləşdirir-di.

Bir gün Molla İmamqulu məhərrəm-liyin 9-cu günü maraqlı bir əhvalat danış-mışdı. Əhvalat belə idi: bir gün İmam Əli yerin altına gedib cinlər padşahını haqqa dəvət etmək istəyir. Onu padşaha yaxın bu-raxmaq istəməyən qoşun üstünə hücum çə-kir. İmam Əli qılıncını sıyırıb onlarla döyü-şür. Döyüş bir neçə gün davam edir, nə cin-lər ölüb qurtarır, nə də İmam Əli silahı yerə qoyur. Onun başını kəsdiyi cinlər yenidən dirilir, İmam Əlidə isə Allah gücü olduğu üçün o, yorulmaq bilmir. Bunu görən Cinlər padşahı qoşuna döyüşü saxlamaq əmrini verir. Sonra da İmam Əlini qəbul edərək ona beyət edir. Deyir ki, bundan sonra nə vaxt kömək lazım olsa, bütün cinlər ölkəsi sənin arxandadır. İmam Əli isə ona bir ovuc tor-paq verib:

– Bu torpaqdan nə zaman qan damarsa, deməli, mənim oğlanlarım və nəvələrim dardadır. O zaman onlara kömək edərsən, – deyir.

Bu razılaşmadan xeyli müddət keçir və Yezid, İmam Əlinin oğlu İmam Hüseynə qarşı müharibə elan edir. İmam Hüseyn Aşura günü yorğun halda Yezidin qoşunu ilə döyüşəndə görür ki, düşmən əsgərlə-rinin başları gözəgörünməz qüvvələr tərə-findən kəsilir. Yezid soruşur:

– Ey İmam Hüseyn, sən imamətlik davası aparırsan?

Bu söz İmam Hüseynə pis təsir edir və əl saxlayır. Bu zaman Cinlər padşahı onun gözünə görünür. İmam Hüseyn soruşur:

– Siz kimsiniz və bunu niyə edirsiniz?

Cinlər padşahı isə cavab verir:

– Biz atan İmam Əlinin dostlarıyıq, onunla əhd-peymanımız var. Sənə yardıma gəlmişik. Biz də sizin ümmətinizdənik.

Bu zaman İmam Hüseyn gülümsünüb əlini onun boynuna salır və deyir:

– İki barmağımın arasından bax, nə gö-rürsən?

Cinlər padşahı:

– Hər əsgərin başının üstündə bir qı-lınclı əsgər, – deyə cavab verir.

İmam Hüseyn:

– Bu o deməkdir ki, əgər mən Allahın mənə verdiyi imamətlikdən istifadə etsəm, bir anda onların hamısını məhv edərəm, – söyləyir.

Heyrət içində qalan Cinlər padşahı so-ruşur:

– Bəs onda sən niyə razı oldun ki, bütün əhli-əyalın ölsün, elin biyaban qalsın? Əgər səndə bu güc varsa, niyə yararlanmırsan?

İmam Hüseyn deyir:

– Bu taleyi Allah özü yazıb, mən haqq uğrunda döyüşməliyəm ki, gələn nəsillərin də haqq üçün döyüşməsinə, mübarizə apar-masına örnək olum. Babam Məhəmməd peyğəmbər belə mənim sonumun bu cür olacağını bilirdi.

Cinlər padşahı bu sözləri eşitdikdən sonra qoşununu da çəkib gedir.

Qardaşım bu əhvalatı bir az da fan-tastik don geyindirib danışmışdı. Məsələn, guya İmam Hüseyn Cinlər padşahına, “Mən otururam bu daşın üstündə, siz baş-layın onlarla məzələnməyə. Axı onlar sizi görməyəcək” – deyib. Sonra da aradabir əmr verib ki, “Gedin Yezidin dəbilqəsini çıxarıb gətirin mənə”.

Qardaşımın bu söhbətini eşidən nənəm həmin gün onu yaxşıca döymüş, “Kafir olacaqsan böyüyəndə” – deyib ağlamışdı. Qardaşımsa bundan bərk qorxmuşdu.

Mən o zaman balaca idim. Elə buna gö-rə də nənəmin sözlərinə daha çox inanmış, qardaşımın kafir olmaması üçün Allaha yal-varmışdım. Kafirin nə olduğunu bilməsəm də, təhlükəli şey olduğunu təxmin edirdim. Amma sonralar bir az dərk edəndə gördüm ki, əslində, kafirlik o qədər də pis şey deyil-miş. Çünki kəndimizdə heç bir dini məclisə getməyən, baş yarmayan, sinə vurmayan Azad əmi vardı. Hamı ona “Kafir Azad” de-yərdi. Camaat məsciddə ağlaşanda o ya bos-tanında işləyər, ya da çayçıda oturub qəzet oxuyardı. Onun uşaqları da hamıdan yaxşı yaşayırdı. Oğlanlarının üçünü də oxutdur-muş, sənət sahibi etmişdi.

Sonralar onu da dərk etdim ki, müsəl-manlar gecə-gündüz Allah, peyğəmbər, imamı yada salmayanları, qırx gün məhər-rəmlikdə qara geyib yas saxlamayanları, bil-mədiyi ərəbcə moizələrə qulaq asıb kövrəl-məyənləri “kafir” adlandırırlar. Təəssüflər olsun ki, Allah mənim dualarımı eşitdi, qar-daşım kafir olmadı. İranlılar gəlib onu məd-rəsədə oxumağa apardı. Və o, o gedən də getdi.

Hə… onu deyirdim axı. Nənəm qarda-şıma, “Yaxşı şeylər düşün ki, yuxunda yax-şı şeylər görəsən” − dediyi üçün hər gecə yaxşı şeylər haqda düşünməyə çalışırdım. Amma heç nə görmürdüm ki, görmürdüm. Hər səhər duranda atam, qardaşım nənəmə yuxusunu danışıb, yozmasını istəyəndə özümü bədbəxt hiss edir, məndə nəsə bir çatışmazlıq olduğunu düşünürdüm. Hər-dən də qardaşım kimi başlayırdım yalandan nəsə uydurmağa.

Bir dəfə yuxudan duran kimi ürəyim-dən üzüm keçdi. Bunu yuxu formasında ev-dəkilərə danışdım. Dedim:

– Nənə, bu gecə yuxuda gördüm ki, atamla birgə o qədər üzüm yemişik, gəl görəsən.

Atamı işə ona görə qoşmuşdum ki, axı üzümü o almalı idi.

Hə, elə yuxumu yenicə danışıb bitir-mişdim ki, nənəm üstümə qışqırdı:

− Kəs, o nə yuxudur, görmüsən! Allah eləməsin, atan ölsün. Ya da birimizə bir şey olsun.

Mən nənəmin niyə hirsləndiyini anla-madım və yuxuma görə pərt oldum. Sonra anam başa saldı ki, yuxuda üzüm görmək gerçəkdə ağlamaq deməkdi. Yəni sənə ağır itki baş verəcək və sən ağlayacaqsan. Onda yaman qorxmuşdum. Elə buna görə də tə-ləm-tələsik yalanımın üstünü özüm açmış-dım. Yuxunu uydurduğumu deyib, üzüm yemək üçün belə etdiyimi söyləmişdim. Bəlkə də, elə o gündən yuxu görmək istə-yinin daşını atmışdım. Ya da nənəm demiş, “yuxularım qız işləri ilə məşğul olan oğlan-ların duduşu kimi qarnıma qaçmışdı”.

The free sample has ended.

$0.76
$1.51
−50%