Read only on Litres

This book cannot be downloaded as a file but can be read in our app or online on the website.

Основной контент книги Günəş kimi
−50%
Text

Volume 70 pages

16+

Günəş kimi

Read only on Litres

This book cannot be downloaded as a file but can be read in our app or online on the website.

$1.34
$2.68
−50%

About the book

Oktyabrın 23-də günəşli bir payız günü, Vətən savaşının odlu-alovlu günlərinin birində Rəncbər kəndində bir başqa həyəcan vardı. Bütün Azərbaycanı bürümüş müharibə abı-havasının ən ağrılı və həm də ən şərəfli məqamı – şəhid xəbəri indi də Rəncbəri haqlamışdı. Kənd sakinlərinin yaratdığı izdiham, uşaqdan-böyüyə hamı əllərində bayraqlar, ürəklərində Vətən sevgisi ilə küçələrə axışmış, Onu qarşılayırdı. İnsanların üzündə kədər, fəxr, qurur, təlaş, ağrı, göz yaşı və qəzəb bir-birinə qarışmışdı. Bu qarışıq duyğular insanları bir-birinə daha da yaxın­dan birləşdirir, əsir torpaqlarımızı azad etmək uğrun­da gedən müqəddəs savaşın gücünə güc qatırdı.

Vətən savaşına qatılan igidlərdən biri, qəhrə­man­lıqları ilə dillərdə dastan olan Xüsusi Təyinatlı hərbçi Fikrət gəlirdi.

Üçrəngli bayrağın sevgisiylə hərbçi olmaq yolunu seçmiş, bu yolda fərqlənmiş, seçilmiş Vətən oğlu üçrəngli bayrağa bürünüb öz evinə qayıtmış, ən uca mərtəbəyə çatmış ruhu isə doğma kəndin səmalarında dolaşırdı.

Birdən-birə elə sarsıldıq ki, günlərlə təkcə Fikrətin şəkillərinə baxdıq, ondan danışdıq, sözümüz-söhbə­timiz yalnız Fikrət oldu.

Fikrətin bildiyimiz, eşitdiyimiz igidliklərindən, şücaətindən, cəsarətindən danışdıq. Həm heyran ol­duq, həm də məxfi vəzifəsinin ən maraqlı məqam­larını heç kimə danışmadığı üçün hərbçi kimi seçdiyi yoldakı çətin sınaqlardan, o cəsur ürəkdə olan Vətən eşqindən, xəyallarından, arzularından xəbərsiz qal­dığı­mız üçün təəssüfləndik.

Fikrəti daha yaxından tanımaq üçün şəkillərdən bizə baxan gülər gözlərdəki o dərin mənanın sorağı ilə çıxdığımız yol bizi sirli bir xəzinəyə gətirib çıxartdı.

Müdriklər deyib ki, hər bir insan açılmamış xəzinə­dir, kəşf etməyə çalışdıqca bu xəzinədən elə incilər, mücəvvərlər çıxır ki, heyrətlənirsən. Fikrət haq­qında yazmağa başladıqca isə daha çox heyrətlənd­iyim, onun 25 illik qısa həyatında kəşf etdiyim hər mə­qa­m­ın qəhrəmanın öz həyat yolunu, həyatında rastlaş­dığı insanların həyatını, onu tanımaq istəyən hər kəsin həyatını işıqlandırmağı idi.

Log in, to rate the book and leave a review
Günəş kimi book by – read online on the website. Leave comments and reviews, vote for your favorites.
Age restriction:
16+
Release date on Litres:
30 December 2022
Volume:
70 p.
ISBN:
9789952380378
Copyright Holder::
Qanun