Read the book: «Son yeniçəri»

Font::

REHA ÇAMUROĞLU

SON YENİÇƏRİ1*

tarixi roman

Gülən və Yaşar İhsan Çamuroğluna

“Ağanın taleyi köləsinin alnında yazılır.”      

Türk atalar sözü

Bu adamda məni özünə bağlayan nəsə var. Düz dörd saatdır ki, qarşısında oturmuşam. Hələ də otururam. Əs-lində, durub getmək istəyirəm. Yox, bəlkə də, getmək istəmirəm. Qaçmaq istəyirəm. Qəflətən durmaq, dizimin üstündəki süfrə dəsmalını yığışdırmadan, dağılıb-dağıl-mayacağına fikir vermədən sürətlə durmaq, qaçaraq bur-dan uzaqlaşmaq istəyirəm.

Elə bil ki, o da bunu hiss edir. Ov üçün pusquda da-yanan pişik kimi davranır. Məni qorxutmamaq üçün əlin-dən gələni eləyir. Hərəkətləri olduqca yavaş, olduqca sa-kitdir. Bu ucu-bucağı olmayan səbir əsəblərimlə oynayır. Sanki yaradılmışlara görə deyil bu səbir. Yaradılmış məx-luq kimi dayanmır qabağımda. Məni lap özümdən çıxa-ran isə onun Yaradıcıya da oxşamamasıdır.

Həzrəti İsa əleyhissalamın şəkillərinə baxanda rahat-lıq tapıram. Qəribə bir əhvali-ruhiyyə yaranır məndə. Ya-radılanlardan olmadığı dərhal görünür. Amma gözləri heç “mən Yaradanam” da demir. Elə bir baxışla baxır ki, qullarını hayıl-mayıl edir. Biz aciz qullar isə ona təşəkkür etsək belə, bunun yenə də az olduğu hissinə qapılırıq.

Bu adam elə də baxmır. Ey uca Allahım, əsl tamaşaçı kimi baxır. Sanki hər şeyə tamaşa edir. Tamaşa edir, eyni zamanda da çox, həddindən çox əylənir. Əyləncəsi üzün-də bərq vurmur. Qətiyyən. Bu zövqü ancaq və ancaq onun gözlərində görə bilərsiniz. Mən də hiss etdiyim hə-min o əyləncəni sizinlə bölüşmək istəyirəm.

Hər dəfə məni bu dərgaha və o insanın hüzuruna gə-tirən qəribə duyğu da, deyəsən, elə budur.

Səhər yuxudan oyananda içimdə rahatlıq hiss etsəm, dərhal bura gəlirəm. Təpədən dırnağa təmizlənib, balaca şüşələrdə satılan gülabdan üstümə tökür, hazırlaşıram. Bu adama vermək üçün heybəmə tütün, şərab, çörək və duz qoyuram. Hər dəfə içimdə qəribə bir hiss yaranır: axı-rıncı gedişimdi, sanki gedib bir də qayıtmayacağam…

Əslində isə yolum çox qısadır. Əli Fakehdən keçib addımlayıram, İmraxor məscidinə çatandaYeddiqüllə ha-sarı qapısına doğru getməyə başlayıram. On ildir bu gö-zəl İslambuldayam. Mənə elə gəlir bütün ömrümü bu şə-hərdə keçirmişəm. Küçələrin hamısı tanış, insanların ha-mısı doğmadır. Yeddiqülləyə tərəf gedəndə dayanmadan insanlara salam verirəm. Onların salamımı almaları xo-şuma gəlir. Dəmirçilərə, meyxanaçılara, balıqçılara, simit satanlara, müsəlmanlara, müsəlman olmayanlara salam verirəm və salamlarını alıram. İçimdən bir səs “bura mə-nimdir” – deyə qışqırmaq istəyir. Bəli, bura mənimdir. Bu küçələr, bu mağazalar hamısı mənimdir, mənim.

Yeddiqüllə qapısına çatanda mühafizəçi yeniçərilərə əl eləyirəm. Eyni səmimiyyət və dərinliklə salamı alırlar. Yenə də içimdə qəribə hisslər oyanır. Nə vaxt gəlib bu qa-la divarının yanından keçsəm, bu əsgərləri və onların ba-şında duran qulluqçubaşını yaxından tanısam da, içimdə oyanan qəribə hisslərin qarşısında aciz qalıram.

Şəhərin qala divarlarından kənara çıxandan sonra da içimi qəribə hisslər bürüyür. Qaçmaq istəyirəm. Gözləri-min qabağında göz işlədikcə uzanan yamyaşıl düzənliklər peyda olur. Sağda və solda bostanlar var, mən bu bostan-ların arasından keçirəm. Çəmənliklər içində səhər tezdən dayanmadan işləyən dabbaqların səsini eşidir və Allah köməkləri olsun, gönün yaydığı ağır havanı duyuram. Bax elə həmin dəriçilərlə mənim aramda dərgahım, qa-pım, səadət mənbəyim dayanır.

Dərgahım taxtadan tikilmiş iki mərtəbəli böyük bir binadır. Qazlı bulağın bir az bu tərəfindədir. Ərikli baba təkkəsi mənim gəldiyim qapının adıdır. Firqeyi Naciyyə-nin, Təriqəti Bəktaşiyyənin Ərikli baba təkkəsi. Mənim sə-adət dərgahım…

Hal-hazırda oturduğum yer bu təkkənin ikinci mər-təbəsindəki meydan otağıdır. Bura “qonaq otağı” da deyə bilərsiniz. Qarşısında qəribə, izahı mümkün olmayan hisslərlə oturduğum şəxs təkkənin şeyxi, meydanı hər za-man açıq olan Əhməd babadır. Yaşadığım bu qədər hadi-sədən sonra yenə də həyata bir balaca marağım qalıbsa, o da onun sayəsində olub. Gözümün nurudur Əhməd baba.

Düz arxasında – divarda mənim elə-belə, yalandan tanıdığım bir işarə var, adına “cüt vav”2 deyirlər. Məna-sını hələ təzə-təzə öyrənməyə başlamışam.

Aramızda balaca, yumru bir süfrə var. Mən sahibi-min düz qabağında oturmuşam. Onun iki dərvişi də bi-zimlə eyni süfrədə oturub. Necə də gözəl söhbətdir, İla-hi?! Uzun müddətdir, bax, beləcə ancaq gözlərimiz danı-şır. Təkcə arada dəm dolu piyalələri3 qaldıranda “nur ol-sun!”, “eşq olsun” kimi sözlər işlədilir. Kənardan baxan olsa, elə bilər ki, mən olduqca vacib bir qonağam. Halbuki elə deyil. Bunu mən özüm bilirəm. Bilirəm, amma qəribə olan budur ki, özüm də özümü bu süfrədə olduqca vacib və qiymətli insan kimi hiss edirəm. Haqq Ərənlər özü mə-ni bu vəziyyətdən tezliklə xilas etsin!

Əlbəttə, xırda-para şeylərdən danışdıq. Elə bu cür oturmadıq. Bir-birimizin halını, əhvalını soruşduq.

– Nəzərimin kefi yaxşıdır, inşallah, – dedi Əhməd ba-ba.

– Allah razı olsun, Baba Ərənlər, – dedim.

– Otaqbaşı ağamızın da kefi yaxşı olar, inşallah, – de-yə soruşdu.

– Allah razı olsun, yaxşıdır, sizə salamlarını gətirmi-şəm, – deyə cavab verdim.

– Gözəl, gözəl, – deyərək astaca pıçıldadı. Sonra yenə ağzımız kilidləndi.

Bəlkə də, iki gündür dənizdən əsən külək bizi bu hala salıb. İki gündür dəniz özünü dəli kimi sahilə çırpır. Sa-hildə dərin, turş bir qoxu var. Küləklərin sahilə atdığı ba-lıq kimidir hamı. Yuxulu, sakit, kədərli. Bəli, neçə gündür dənizdən əsən külək bu gün Babadan feyz almağıma ma-ne olur. O da bir insandır nəticə etibarı ilə, onun da for-ması var, onun da qəlibi var. Bu qəlib də dənizdən əsən küləkdən təsirlənə, yorula və bezə bilər. Bəs səbəb dəniz-dən əsən külək deyilsə, bəlkə bayaqdan bəri anladır, mə-nim dolmuş ürəyim növbəti badəni qəbul edə bilmirsə? Deməli, bugünkü nəsibim bura qədərmiş. Bulağa getdim, suyu bu qədər oldu. Sol əlimi süfrəyə, sağ əlimi isə sol əli-min üstünə qoyub Babadan icazə istədim, ayağa durdum. O da, digər dərvişlər də qalxdılar. Sağ çiynini, sol çiynini, sonra təzədən sağ çiynini və köksünü üç dəfə öpdüm. Əlinin içinə üç kiçik niyyət elədim, dal-dala gedərək mey-dandan çıxdım.

Bu gün Həzrəti İsadan sonrakı 1780-ci ildir. Təqvim-lər 12 may 1780-ci ili göstərir. Ərikli Baba təkkəsinin bağ-çasına çıxan kimi içimdə duyduğum sevinc bu günün bir hissəsi olmalı idi.

Təkkədən hər çıxışımda olduğu kimi dəli küləklərin əsdiyi dəniz kənarına tərəf addımladım. Balaca uşaqlar tək sahildə qaçmağa başladım. Dənizdən əsən dəli külə-yin bütün vücuduma toxunmasına, ilıq nəfəsinin bütün bədənimə təmas etməyinə icazə verdim. Yeddiqüllə ha-sarının altından keçərək Samatya qapısına tərəf çınqıl və qayalıqlar arasından addımlamağa başladım.

Samatya qapısına kürəyinizi çevirib, hər iki tərəfdən uzanan kafir məhəllələrin arasından keçərək Qoca Mus-tafa paşa məhəlləsinə yox, azacıq Yeddiqülləyə tərəf get-səniz, bir anın içindəcə Əli Fakih məhəlləsinə düşəcəksi-niz. Bu məhəllədən sonra Hacı Həmzə məhəlləsi başlayır. Bu da müsəlman məhəlləsidir. Elə bu iki məhəllənin kə-sişdiyi yerdə böyük bağı olan ikimərtəbəli malikanəni görməmək mümkün deyil. Bu fağır da həmin malikanədə yaşayır. Malikanənin sahibi qibleyi-aləmin qapıqulların-dan, Yeniçəri ocağının camaat ortalarından birinin43– otuz səkkizinci camaat ortasının odabaşı, bütün camaat ortala-rının otaq kəndxudası, bığları yağa batmasın deyə şahla plov yeməyən ağaların ən qiymətlisi kəndxuda Arif ağa-dır.

İndi yəqin ki, ürəyinizdə “Sən kimsən axı?” – deyir-siniz. Bu fağırın əslini, nəslini araşdırırsınız. Tələsməyin, hər şeyin öz vaxtı var. Zamanı gələndə öyrənəcəksiniz. Bu Osmanlı məmləkətində heç bir iş tələsik görülməz. “Tələ-sən təndirə düşər”, – deyib atalarımız. Tələskənlik uğur-suzluq gətirir. Allah eləməsin, bu Osmanlı məmləkətində isə uğursuzluq çox dəhşətli nəticələrə aparıb çıxara bilər.

MİXAİLİN OĞLU PYOTRUN HEKAYƏSİ

Bəlkə də, İslambulda deyəcəyim yerin adını çox az adam eşidib. Yeniçərilərdən başqa heç kim gedib görmə-yib, amma şimalda – Moskva kafirlərinin torpaqları ilə həmsərhəd olan Bessarabiya adlı bir məmləkət var.

Həmin məmləkətdə çox böyük Dnestr adında çay, onun yaxınlığında Reut adlı başqa bir çay, o çayın üstün-də isə Beltsi adında bir şəhər yerləşir.

Həmin o Beltsi şəhərinin yaxınlığında Vişlov adında balaca bir kənd var ki, bu kənd bəndeyi-həqirinizin, yəni əvvəlki adı Mixailin oğlu Pyotr olan mənim anadan ol-duğum kənddir.

Bəndeyi-həqiriniz Mixailin oğlu Pyotr on doqquz ya-şına kimi bu kənddə yaşayıb və balıq tutmaqla, donuz saxlamaqla dolanıb. O zamana qədər bu gün həyatını mə-nalandıran şeylərdən xəbərsiz yaşayıb. Ta ki, günəşli may günlərinin birində voyvodamızdan gələn əmrlə türkə qar-şı müharibədə əsgər kimi iştirak edənə kimi. Beltsidə bizə – beş nəfər idik – üç gün təlim keçdilər. Həyatımda ilk də-fə tüfəngi orda gördüm. Üç gün boyunca bizə tüfəngdən istifadə etməyin qaydalarını, necə nişan almalı olduğu-muzu, necə doldurub atəş açacağımızı göstərdilər. Dedi-lər ki, “dinsiz türklərə qarşı müharibə zamanı bu silahlar sizin köməyinizə çatacaq”. Beləliklə, çariçamız II Yekate-rina ordusunun şanlı bir əsgəri oldum.

Vişlovdan çıxandan bir həftə keçmişdi. Zabitimiz bi-zə – cəmi on iki nəfər idik – Hotin qalasındakı türklərin giriş-çıxışlarına nəzarət etməyi tapşırmışdı. Qalaya qərb tərəfdən baxan balaca bir təpənin yamacındakı yaşıllıqda gizləndik. Gözləməyə başladıq. Yorğun və ac idik. Yuxu-ya getdik.

Nə qədər vaxt keçdi, bilmirəm, amma qəfil boğazıma soyuq bir dəmir parçasının təmasını hiss etdim. Dalınca göy gurultusuna oxşar səs gəldi: “Səsini çıxarma, kafir to-xumu!” Başımın üstündə bərq vuran ay işığında daha qorxunc görünən ağ keçə papaqlı, uzun bığlı, bədəni, san-ki tuncdan tökülmüş, otuz-otuz beş yaşında bir türk da-yanmışdı. Həmin türkün qılıncı boğazımda idi.

Cəsur bir xristian gənci idim. Əslində etiraf etməli-yəm ki, bu qədər cəsur olmağımın səbəbi nəyin nə oldu-ğunu bilməməyimmiş. İndi olsaydı, yəqin ki, ürəyim partlardı. Amma onda cənnətdəki müqəddəslərə qovuş-maq üçün əldən-ayaqdan gedirdim. Tələsirdim. Qılınc-dan xilas olub tüfəngimə əl atmaq istəyirdim ki, qəfildən boynumun ardında dəhşətli bir ağrı hiss etdim. Sanki gözlərimin qabağında şimşək çaxdı. Az qala ruhum bə-dənimdən çıxacaqdı.

Gözlərimi açanda bir tövlədə əli-qolu bağlı vəziyyət-də idim. Əlimi-qolumu zəncirlə bağlamışdılar. Bu zəncir-dən iki ayrı zəncir ayrılır, daha sonra hər biri ayaq bilə-yimdəki qandallarla birləşirdi. Əsir düşmüşdüm. Min yeddi yüz altmış doqquzuncu ilin may ayında, on doqquz yaşında ikən, əlli nəfərə yaxın mənim kimi gənc xristianla birlikdə əsir düşdüm.

Hotin qalasının tövlələrinin birində donuz kimi sax-lanılırdıq. Boynumun dalı hələ də ağrıyırdı, üst-başımdan qan iyi gəlirdi. Sonra Vişlovdan mənimlə birlikdə çıxan Nikolaya rast gəldim. Süründük, uzun müddət cəhd gös-tərəndən sonra axır ki, görüşə bildik. Təpədəki on iki nə-fərdən ancaq ikimiz sağ qalmışdıq. Bütün baş verənləri də elə ondan öyrəndim.

– Bəxtimiz gətirib, – Nikolay dedi.

– Doğrudan bəxtimiz gətirib? – soruşdum.

Əlahəzrət II Yekaterinanın orduları hələ də qalanı mühasirə altında saxlayırdı. Yəni bizim hələ də az-çox ümidimiz var idi. Belə olan halda istər-istəməz türklərin əsəbləri tarıma çəkilirdi. Onlar verdikləri hər yeməkdən əvvəl bizi əməlli-başlı əzişdirirdilər. Həyatımdakı türkcə ilk sözləri də elə burda öyrəndim. “Kafir, donuz, geri çə-kil, dəyyus…” Bu sözləri başa düşməkdə çətinlik çəkmir-dim, çünki hər söz deyiləndə onun hərəkətlə açıqlaması da verilirdi. Artıq hər şeyə öyrəşmişdik. Get-gedə azalan yeməklərə, hər gün təkrarlanan və bizim söz ehtiyatımızı zənginləşdirən söyüşlərə, təhqirlərə… Hər şeyə…

Günlər, həftələr bir-birini əvəzlədi, aylar keçdi. Artıq həyatımın geri qalan hissəsini burada keçirəcəyimi düşü-nürdüm ki, çöldən gələn “Allah, Allah” səslərinin, sevinc nərələrinin bundan sonra həyatıma dəyişiklik edəcəyini hiss etdim.

Rus ordularının bizi xilas edəcəyini düşündüyümüz üçün hər günü diqqətlə sayırdıq. Təqvim 12 avqust 1769-cu ili göstərirdi. Sən demə, həmin gün türklər böyük rus ordusunun üzərində qələbə çalmış və rusları geri çəkil-məyə məcbur etmişdilər.

Artıq xilas ümidimiz qalmamışdı.

Səhəri özümə gələndə əsir düşməmişdən öncə gör-düyüm son türkün üzünü bir də gördüm. Əlbəttə, gecə gördüyüm kabusları çıxmaq şərti ilə…

Sübh azanı veriləndən bir müddət sonra qəfil qapı açıldı və içəri altı silahlı yeniçəri girdi. Üç nəfərlik qrup halında iki sıra ilə düzüldülər. Çox ciddi görünürdülər. Bu ciddilikdə bir saxtalıq var idi və bu saxtalıq dərhal hiss olunurdu. Qorxurdum. Əgər ürəyimdə bir balaca qorxu hissi olmasaydı, onda onların bu yalançı ciddiyyətinə qəhqəhə çəkərək gülərdim. Sonra qəfildən o gəldi, neçə vaxt kabuslarımın, qarabasmalarımın qonağı olan həmin şəxs. Yüksək rütbəli zabit olduğu dərhal hiss olunan bu adam bəzəkli və bahalı paltar geyinmişdi. Başındakı ağ çalmanın üstünə quş lələyi taxmış, belinə silah qabının üs-tündən geniş ipək qurşaq bağlamış, ayağına par-par ya-nan sarı çəkmə geyinmişdi. Əynində olduqca bahalı əba var idi. Sol tərəfindən uzun qılınc asılmışdı, qurşağına soxduğu iki piştov və bir xəncər o dəqiqə diqqət çəkirdi.

Yazıq əsirləri bir-bir süzərək onların arasında gəziş-məyə başladı. Baxışlarını üzərimizdə dolandırdığı o qısa müddət ərzində artıq bizə qarşı törədilə biləcək bütün pislikləri düşünmüşdüm. Birdən baxışları mənim üstüm-də dayandı, gözucu yeniçərilərə baxıb, sakit, lakin amira-nə səslə: “Sarı”, – dedi. İki yeniçəri qaçaraq gəldi, məni qollarımın altından tutub düz onun qabağına gətirdi.O, mənə diqqətlə baxandan sonra qollarımı, ayaqlarımı tu-tub sıxdı, yüngül bir hərəkətlə saçlarımı dartdı, dodaqla-rımı aralayıb dişlərimə baxdı. Sonra yeniçərilərə tərəf çev-rildi: “Aparın,” – dedi. Hara olduğunu ancaq yeniçərilə-rin bildiyi o yerə aparıldığım zaman ayaqlarımın arasın-dan axan suyun yavaş-yavaş boşaldığını hiss etdim.

Hər şey haqqında düşünmüşdüm, hər şey haqqında. Bircə, məni hara apara biləcəklərini bilmirdim. O haqda düşünməmişdim. Amma ən çox buna ehtiyacım var idi.

Məni hamama apardılar. Yekəpər hamamçı o ki var yuyundurdu. Yuyundurduqdan sonra təmiz paltar geyin-dirdilər. İçimi qəribə bir hiss bürüdü. Sanki bir daha əv-vəlki Pyotr geri qayıtmayacaqdı.

Hamamdan çıxandan sonra bu dəfə yeniçərilər mə-nimlə dost kimi davrandılar. Qabağıma düşüb yol gös-tərdilər. Artıq arxalarınca sürümürdülər. Bu dəfə türklər-dən biri qəfildən, mənə heç də yad olmayan bir dildə mü-raciət etdi. O, rus dilində danışırdı. Uzun yola çıxacağı-mızdan, mənim kəndxuda Arif ağanın – yəqin ki, həmin zabitdən bəhs edirdi – qulu olduğumdan, sığınacaqda əsir götürüldüyüm gün İslambulda onun oğlunun dün-yaya gəlməsi xəbəri aldığından, bunun nəyəsə işarə ol-duğundan, indiyə kimi Tanrının Arif ağaya oğul payı bəxş etməməsindən, əsir götürüldüyüm gün bunun baş verdiyinə görə mənimlə yaxşı davranacağından, axmaqlıq edib qaçmamalı olduğumdan, bunun da cəzasının ağır olacağından danışırdı rus dilində həmin şəxs.

Rus dilində gedən bu qısa danışıqlar məni çox şey-dən agah elədi. Bir neçə cümlə ilə nələr öyrənmişdim, İla-hi?! Ən birincisi və ən vacibi yaşayacaqdım. Əslində, dus-taqlıq müddətim uzanmağa və bizə hər gün yemək veril-məyə başlayanda bunu anladım. Amma ola bilərdi ki, in-sanlar çox qısa müddət ərzində fikirlərini dəyişsinlər. Ruslar qalib gəlsələr, ümumiyyətlə vəziyyət pis olacaq, bizi qala divarlarından asacaqdılar. Belə hadisələr haqda çox eşitmişdik. İkinci öyrəndiyim şey bu günə kimi adını çox eşitdiyim, bəylərimizin, şahzadələrimizin bir gün mütləq bizim olacağına inandıqları İslambula getməyim idi. İslambulu görəcəkdim. İslambul bir nağıl şəhəri idi. Dumanlı zirvələrdəki müqəddəs şəhər idi. Amma mən o şəhərə fateh kimi, qələbə qazanmış əsgər kimi yox, türk zabitinin köləsi kimi gedəcəkdim. Rus dilində danışılan-lardan öyrəndiyim üçüncü şey isə o idi ki, sən demə, bu qorxunc insan da oğlu dünyaya gələndə, eynilə bizim ki-mi sevinə bilərmiş. O da atalarımız kimi ata, insanımız ki-mi insan idi. Bunu anlamışdım. Etiraf etməliyəm ki, öy-rəndiklərimin arasında mənə ən çox təsir edən məhz bu məqam oldu. Heç vaxt bunun belə olacağını düşünmə-mişdim.

İlk dəfə idi bir türk mənimlə danışırdı. Mənə heç nə əmr etmədi, sadəcə danışdı və məsləhət verdi.

− Mən, – dedi, – padişahımızın qapı qullarındanam. Qibleyi-aləmimizin adı Mustafadır, üçüncü Mustafa, bu-nu yaddan çıxarma. Adım Yusifdir, Yusif ibn Mürsəl. Ye-niçəri ocağının otuz səkkizinci camaat ortasının təcrübəli əsgəriyəm.

Bütün bunların nə demək oldğunu onda başa düş-mürdüm. Sonra qollarını çırmaladı və çiyninin altından döymə kimi çəkilən bir işarəni göstərib:

− Bax, – dedi, – bu bizim ortamızın işarəsidir. Yol-daşlarımız bu işarədən istifadə edirlər. Ölənə kimi nə bu işarə bizdən ayrılar, nə də biz ortamızdan.

Yusif məndən bir neçə yaş böyük olardı. Bunu təkcə gözlərindən başa düşürdüm. Hər vəziyyətdə yaşlı, dün-yagörmüş kişilər kimi davranırdı. Amma gözləri… Göz-lərində, gördüyü hər şeyə maraq göstərən balaca uşağın gözlərindəki kimi qəribə ifadə var idi. Bəlkə də, onu mə-nimlə danışmağa vadar edən də elə bu hədsiz maraq idi. Mənimlə, mənim kimi bir kölə ilə. Çünki görüb-götürmüş kişilərin gözlərində maraqdan əsər-əlamət olmaz.

− Kəndxuda Arif ağa, – dedi Yusif, – bizim ortamızda ən çox sevilən zabitdir. Hətta biz onu ortamızın koman-diri olan çorbacıdan da çox sevib, hörmət edirik.

Bir anlıq susdu və bir az kədərli səslə sözlərinə da-vam etdi:

− Onun qulu olmaq sənin kimi kafir üçün böyük şə-rəfdir. Bunu dərk et və buna uyğun davran. Heç vaxt ağa-mızı pis vəziyyətdə qoyma.

Bu nə demək idi axı? Mənim kimi zavallı bir əsir necə öz ağasını pis vəziyyətdə qoya bilərdi ki? Yusifin səsin-dəki ciddiyyətdən başa düşdüm ki, “pis vəziyyətdə qoy-maq” nədirsə, çox ciddi məsələdir. Mən Arif ağanı pis və-ziyyətdə qoymamaq üçün neyləməli idim? Yerə baxmaq, düz gözünün içinə baxmamaq, qabağında əl-əl üstdə da-yanmaq, yüksək səslə danışmamaq, arxasınca getmək, bo-yun əymək – bütün bunlar bizdə də olan bildiyim adət-lərdən idi. Biz bəylərimizə, voyvodalarımıza qarşı belə davranırdıq. Başqa nə ola bilərdi axı? Yaşamaq, ya da ən azından pis münasibət görmədən yaşamaq üçün qısa müddət ərzində digər şərtləri də öyrənməli idim.

Birdən başa düşdüm ki, niyə qaçmaq haqqında heç düşünmürəm? Halbuki qaça bilərdim. Amma sonuncu qəhrəmanlığım cəsarətimi öldürmüşdü. Qılınc boğazıma dirənmişdi. Mən qanrılıb tüfəngimi götürə biləcək qədər cəsur olduğumu düşünürdüm, amma təəssüf ki, o cür hə-rəkət edə bilmədim. Arif ağa boğazımı üzə bilərdi. Amma üzmədi. Kölənin qiymətli olduğunu bilirdim. Bizdə də elə idi. Arif ağanın boğazımı üzə biləcəyini dəqiqləşdirmiş-dim. Amma buna baxmayaraq təkcə başıma gürzlə vur-muş, bununla kifayətlənmişdi. Qılıncının qəbzəsi ilə vur-muşdu məni. Orta yaşlı bu insan mənim kimi gəncdən daha çevik idi. Cəsarətim qalmamışdı.

Lap tutaq ki, qaçdım. Hara gedəcəkdim? Burda artıq bilirdim ki, mənə heç kim toxunmayacaq. Tək hara ge-dim? Kimin yanına? Kimin əlinə düşəcəkdim, Allah bilir. Ən çox da tatarların əlinə düşməkdən qorxurdum. Onlar haqqında danışılan rəvayətlər canımı qorxuya salırdı. Dü-şünürdüm ki, türklərin əlinə düşməklə yenə az-çox bəx-tim gətirib.

Digər tərəfdən, hər şey maraqlı gəlirdi mənə. İstan-bul, türklər maraqlı gəlirdi. Bilmədiyim hər şeyi öyrən-mək istəyirdim. Bəs, atam Mixail, anam Anya? Onlar mənsiz neyləyəcəkdilər? Atam elə də qoca deyildi, güclü idi. Çox da vecinə olmazdı yəqin ki… Uzaqbaşı daha çox araq içər, masaya daha bərk yumruq vurar və bununla sa-kitləşərdi. Ancaq anam haqqında eyni şeyi düşünə bil-mirdim. Bəlkə öldüyümü eşitsəydi, daha yaxşı olardı. Bəl-kə də elə belə fikirləşəcəkdi. Amma yaşadığımı da hiss edə bilərdi. Dəqiq bilirəm: bundan sonra hər bazar kilsəyə gedəcək, şam yandırıb məni geri qaytarsınlar deyə keşiş-lərə pul paylayacaq. Hər gün şərab, çörək, balıq aparacaq keşişlərə. Mənim yazıq anam.

Ayrılanda, boynuma bu bürünc zəncirli xaçı taxanda necə ağlamışdı, İlahi?! Bu xaç üçün xüsusi ayin təşkil et-miş, dinsizlərin mənə toxunmaması üçün onu tilsimlədi-yini düşünmüşdü. Amma bizim əyyaş keşişlər də yaman iş görmüşdülər. Atam elə düz eləyib onlara inanmırdı.

Əvvəlki həyatımdan mənə yadigar qalan yeganə şey boynumdakı bu xaç idi. Hamamda toxunmamışdılar. De-məmişdilər ki, çıxart! Anama toxunmaq, onu qucaqlamaq istəyəndə xaçı köksümə sıxa bilərdim. Elə indi də yola düşməmişdən qabaq anamla, onun əllərinin dəydiyi mü-qəddəs xaçla danışmağa başladım:

Mənə kömək ol, Həzrəti İsa! Mənə kömək ol!

Avqustun sonlarına yaxın üç orta camaatı və iyirmi beş-otuz nəfər əsirlə bir yerdə iki yüz əlli adamlıq karvan-la yola düşdük. Qabaqda iki yeniçəri əsgəri və Arif ağanın da olduğu atlı zabit dəstəsi gedirdi. Əsirlərin bir hissəsi-nin əlləri bağlı idi. Yolda anladım ki, bunun da özünə gö-rə mənası var. Yəni əli açıq olan əsirlərin sahibləri daha yüksək çinli zabitlərdir.

Yusiflə əməlli-başlı dost olmuşduq. Müxtəlif bəhanə-lərlə tez-tez yanıma gəlir, suallar verir, mənə lazım olan məlumatlar söyləyirdi. Artıq sürətlə türk dilində danış-mağı öyrənirdim.

Dəstə öz yoluna davam edirdi. Yeniçərilər tez-tez ye-riyir, biz əsirlər onlara yetişməkdə çətinlik çəkirdik. Gecə yol kənarında qurulan karvansaraylarda qalır, demək olar ki, dayanmadan məsafə qət etməyə çalışırdıq. Elə ilk gün-dən yeniçəri olmadıqlarını anladığım üç qəribə geyimli adamın nə işlə məşğul olduğunu gecə karvansarayda qa-larkən anladım. Bu qəribə geyimli şəxslərin əlində balaca baltalar vardı. Onlara “təbər” deyirdilər. Başlarına kar-tonla dilimlərə ayrılan əmmamə qoymuşdular. Bellərin-dəki geniş qurşaqdan böyük on iki guşəli daş asmışdılar. Yeniçərilər bunlara xüsusi hörmət göstərir, gecə başlarına yığışır, bir yerdə içki içir və bizim dualarımıza oxşayan ilahilər oxuyurdular. Onların din xadimləri olduqları dər-hal hiss olunurdu. Dözməyib kim olduqlarını Yusifdən soruşdum:

− Bunlar kimdir, Yusif?

Yusifin üzünə təbəssüm çökdü:

− Bunlar Bəktaşi dərvişlərdir, Sarı, – deyə cavab ver-di, – sizin keşişlərə oxşayırlar, amma kəramətləri və hik-mətləri həddindən artıq çoxdur. Onlar olmadan müharibə meydanına girmirik.

Yol boyu maraqla ətrafıma baxırdım. Ömrümdə bir dəfə də olsun kəndimdən qırağa çıxmamışdım. Başqa yer-ləri görməmişdim. Ələxsus da böyük şəhərləri. İslambulu düşünür, onun böyüklüyünü bizim Beltsi ilə müqayisə et-məyə çalışırdım. Buxarestə gəlib çatanda artıq Beltsi gö-zümdə xeyli kiçilmişdi. İndi gör İslambul – Konstantin həzrətlərinin şəhəri nə boyda idi? Onu artıq Buxarestlə müqayisə etmək istəmirdim.

Ədirnəyə çatanda böyük bir yeniçəri qrupunun kar-vanı qarşılamağa çıxdığını gördük. Onlar bir-birini qu-caqlayır, gülüşür, şən zarafatlar edir və əylənirdilər. Ədir-nə şəhərindən yadımda qalan yeniçərilərin zarafatları, bir də möhtəşəm Səlimiyyə məscidi oldu. Elə bil Tanrı bu məscidin qübbəsində oturub bizi müşahidə edirdi. Həya-tımda heç bu boyda kilsə görməmişdim. Yaxşı, bəs biz bu türklərə niyə dinsiz deyirdik? Bax, onların da dinləri var. İnsan həm dinsiz olacaq, həm də sonra ibadət üçün bu qə-dər daşı, bu qədər gözəl şəkildə üst-üstə qoyacaq? Demə-li, dinləri var idi, ancaq biz onların dinini din saymırdıq. “Cavab hər halda bu olmalıdır”, – deyə düşündüm.

Türklərin Silivri adlandırdıqları, çox möhkəm görü-nən qalası olan qəsəbəyə gələndə, bir gün sonra İslambula çatacağımızı öyrəndim. Karvanda indidən gözlə görülə-cək dərəcədə həyəcan var idi. Demək olar ki, hamının ailələri, dostları, sevdikləri İslambulda idi və hamı həs-rətdən cana doymuşdu. Bəs mən? Bəs mənim yaxınlarım? Bəs mənim sevdiklərim? Onlar harda idilər?

Və mən bir də onları görə biləcəyəmmi?

İSLAMBUL, DƏHŞƏTİM

Bir ay olardı ki, yollarda idik. Yorulmamışdıq. Yorul-duğumuz anlarda mütləq qarşımıza ya bir karvansara, ya bir qəsəbə, ya da kənd çıxırdı. Osmanlı ordusunun bizim torpaqlara necə gəlib çıxdığını indi daha yaxşı başa dü-şürdüm. Əvvəllər isə bu orduların başqa dünyadan, baş-qa aləmdən gəldiklərini düşünürdüm. Güman edirdim ki, onlar hardasa qaranlıq bir yerdə gözləyir, sonra qəfildən hücuma keçirlər. Məhəllələrinin, ailələrinin, evlərinin, qə-səbələrinin, mağazalarının, hətta şəhərlərinin olacağını belə heç düşünməmişdim. Onlar eləcə gözləyirdilər. Qa-ranlıq bir guşədə. Lazım olanda silahlarını götürüb, atla-rına minir, yandırmaq və məhv etmək üçün hazır vəziy-yətdə gözləyirdilər. Qaranlıqdan bir səs qəfildən, “hü-cum”, – deyə qışqırır, onlar da hücuma keçirdilər.

Elə buna görə də bizim nəcib bəylərimizə heyran olurdum. Belə bir ordu ilə necə mübarizə aparmaq olardı axı? Amma mübarizə aparırdılar. Bəzən qalib gəlir, onları geri çəkilməyə məcbur edirdilər. Balaca olanda bunu gör-düyüm qarabasmaları anamın qovmasına bənzədirdim. Mən qova bilmirdim onları, ancaq yerimin içində çırpınır, səsimi çıxarmağa çalışırdım. Alınmırdı, əlacsızca yerimdə qıvrılırdım. Ancaq anam qovurdu. Gəlib məni öpür, ba-şımı sığallayır, adımı çağırır, “keçdi, Pyotr, keçdi, mənim balam”, – deyirdi. Beləcə, qarabasmadan xilas olardım. Bəylərimizin türklərə qarşı apardığı mübarizəni digər müharibələrdən fərqləndirirdim. Bizim müharibələrdə tə-rəflər bilinirdi. Gəldikləri şəhərlər, qalaları, geyimləri… Onlar hər şeyləri ilə tanış idilər bizə. Amma türklər fərqli idilər, onlarla müharibəni ancaq müqəddəslər apara bi-lərdi, ancaq müqəddəslər! Onlara qalib gələ biləcək yega-nə qüvvə müqəddəslər idi. Çünki qaranlığın sahiblərinə ancaq aydınlığın mələkləri qalib gələ bilərdi. Türklərə qa-lib gəlmək eyni zamanda aydınlıqda olmağımızın sübutu idi.

Ancaq indi bu qaranlığın paytaxtının qarşısında idim. Ucsuz-bucaqsız qala divarları, dumana bürünən qüllələri, hər biri mizraq kimi göyə yüksələn minarələri ilə bu möh-təşəm şəhər indidən qarşımızda dayanmışdı. Yaxınlaş-dıqca daha da böyüyür, yediyi sonuncu yeməyi həzm et-məyə çalışan divi xatırladırdı. Bu şəhərdən çıxan hər uğultu, hər səs, görünən hər mənzərə elə bil başqa bir aləmdən gəlir, məni mühasirəyə alır, işğal edirdi.

Karvandan qabaqda gedən süvarilər gedəcəyimiz ye-ri tanıyırdılar. Mən öz-özümə düşünürdüm ki, görəsən, qarşıdakı qala qapılarının hansından içəri girəcəyik? On-lar isə bunu düşünmürdülər. Yusif yenə təbəssümlə üzü-mə baxıb:

− Ədirnə qapısından keçib bir az vaxt öldürəcəyik, – dedi, – sonra da Arif ağa ilə bir yerdə evinə gedəcəksən.

− Evimə? – deyə soruşdum heyrətlə.

− Hə də, evinə, − dedi Yusif, – ora artıq sənin də evin-dir.

Susdum. Qəribə gəlmişdi mənə. Ağamın evindən bəhs edəndə, “evin,” – demişdilər. Mənim bu şəhərdə evimmi olacaq? Elə şey ola bilər yəni? Bir kölə kimi sahi-bimin evində necə yaşaya bilərdim? Və o ev necə mənim də evim sayıla bilərdi? Bəlkə ələ salırdı məni? Heç nə bil-mədiyim üçün lağ edirdi mənə? Amma yox! Bir ay bo-yunca heç bu cür hərəkət eləməmişdi. Mən nəyisə düz et-məyəndə bunu açıq şəkildə demişdi. Əgər gülməli hərə-kət eləmişdimsə, bir yerdə gülmüşdük. Amma heç vaxt mənə lağ etməmişdi.

Ədirnə qapısı yüksək qüllələrin arasında yerləşən bö-yük qapı idi. Onu keçən kimi hər yerdə olduğu təkburda da yeniçərilər bir-biriləri ilə qucaqlaşdılar. Gələnlərdən hardan gəldiyini soruşdular. Bir-birilərini tanıyanlar dərdləşdilər. Çoxu da bir-birini tanıyırdı və mənə qəribə gəlirdi ki, bir-birilərini hardan tanıyırlar? Bu qədər çox-dular və buna baxmayaraq, tanıyırlar.

Qısa fasilədən sonra şəhərə doğru addımlamağa baş-ladıq. Artıq bir az əvvəl eşitdiyim uğultunun mənbəyində idim. Yolun hər iki tərəfində dükanlar var idi. İnsanlar heç nə olmayıbmış kimi öz işləri ilə məşğul olur, yanla-rından keçəndə dayanıb bizi salamlayırdılar. Bəzən ya-xınlıqlarından ötəndə sürətlə dükandan bayıra çıxır, iki-qat olur, öndə gedən üç zabiti salamlayırdılar. Öndə ge-dən üç zabit isə başlarını dik tutur, salamı alırdılar.

Birdən yerimdə donub qaldım. Yerə qədər əyilib za-bitləri salamlayan iki keşiş gördüm. Yox, səhv görmür-düm. Eyni ilə bizim keşişlərimiz kimi geyinmişdilər. Qa-ranlığın mərkəzində iki keşiş?! İrəli getdikcə daha çox ke-şişə rast gəlirdim. Deməli, bu şəhərdə təkcə iki keşiş yox idi. Marağım get-gedə artır, beynim sualların məngənə-sində əzilirdi.

Karvan gəlib yüksək hasarları olan, böyük taxta və daş tikilinin damlarının az olsa da göründüyü yerə çatdı və dayandı. Onun yanında isə Ədirnədə gördüyüm məs-cidə oxşayan və elə onun kimi böyük, möhtəşəm bir məs-cid var idi. Yusif!.... Hə, Yusif! Nə yaxşı ki, o, yanımda idi. Bilmədiklərimi dərhal ondan soruşurdum.

− Bura haradır?

− Ağa qapısı, – deyə cavab verdi.

Heç nə anlamadım.

− Yəni?

− Yəni ki, bizim başçımızın yaşadığı yer…

Böyük qapının ağzına, yalan olmasın, bir ordunun əs-gəri yığışmışdı. Bunlar növbətçilər və gözətçilər idi. Qa-pının iki tərəfində toplanıb öz aralarında danışırdılar. Karvanımız qapının sağ tərəfindəki geniş ərazidə dayan-dı, zabitlərimiz atdan endilər. Bir az öz aralarında məş-vərət etdilər. Sonra qaş-göz işarələri başladı. Əsgərlər ara-balara tərəf qaçdılar. Hər zabitin arxasında iki əsgər gö-ründü. Bu əsgərlərə qulplu böyük sandıqlar verildi. Belə-liklə, üç zabit, altı əsgər və üç sandıq qapıya doğru yönəl-di. Qapının ağzında olan mühafizəçilərlə qısa söhbətdən sonra içəri girib gözdən itdilər.

Ağalarımızın qənimət hədiyyələrini apardılar, – dedi Yusif.

Bir xeyli “Ağa qapısı”nın divarlarının dibində gözlə-dik. Yeniçərilər artıq səbirsizliklə gəzişməyə başlamışdı-lar. Yavaş-yavaş addımlayır, qəfil geri qayıdır, sonra yenə gəldikləri yola təkrar dönürdülər. Həsrətində olduqları hər şey bu şəhərdə idi və zabitləri çölə çıxan kimi həsrə-tində olduqları hər şeyə qovuşacaqdılar. Yusif sıxıntılı bir səslə:

− Hələ burdan çıxıb Ərmeydanına, Yeni Odalara get-məliyik, – dedi.

Gördü ki, heç nə başa düşmədim:

− Çorbacılara salam verməliyik. Burda üç ortadan ca-maat var, bu üç ortadan neçə nəfərin qayıtdığı, neçə nəfə-rin isə şəhid olduğu rəsmən orda bildiriləcək. Ondan son-ra hər kəs istədiyi yerə gedə bilər, – deyə açıqladı.

Nəhayət, üç zabit altı nəfərlə birlikdə çölə çıxdı. Üz-lərində məmnunluq ifadəsi var idi və içəri girəndə hiss olunan narahatlıqdan əsər-əlamət qalmamışdı. Mən diq-qətlə karvana baxıb Yusifin dediyi üç ortanı müəyyən et-məyə çalışdım. Artıq öyrənməyə başlamışdım. Birinci, qollarına baxdım, bir əsgərin qolunda minarə, o birində isə şir işarəsi gördüm. Qollarında Yusifin qolundakı işa-rədən olanlar “bizimkilər” idi. Qəribədir, artıq “bizimki-lər” deyirdim. Bunlar mənim düşmənlərim deyildilər mə-gər? Məni əsir götürüb bura gətirən bunlar deyildilərmi?

Amma “bizimkilər” də mənə digər əsgərlərdən fərqli davranırdılar. Düzdür, digərləri də pis davranmırdılar, lakin daha diqqətsiz və daha məsafəli idilər. Bizimkilərdə isə məni adam yerinə qoyduqlarına dair işarələr vardı. Məni görürdülər, baxışları məni keçib arxamdakı boşluğa dikilmir, varlığımı qəbul edirdi. Düz gözlərimin içinə ba-xırdılar. Deməli, bunlar bizimkilər idi. Neyləmək olardı? Yusifin dediyi kimi, otuzsəkkizinci camaat ortası.

Geniş bir yoldan aşağı düşdük, içində yenə divarlar, divarların içində isə möhkəm qapılarla mühafizə olunan taxta binaların ucaldığı ucsuz-bucaqsız meydana gəlib çatdıq. Bura çatanda, əgər başqa yerdə türk görməmiş ol-saydım, elə düşünərdim ki, bütün türklər yeniçəridir. Çünki hər yer yeniçərilərlə dolu idi.

Qəssab dükanlarının arası ilə keçib böyük qapıya tə-rəf addımladıq. Buranın gözətçiləri bizə Ağa qapısındakı gözətçilərdən daha səmimi davrandılar. Zarafatlaşaraq, qucaqlaşaraq, deyə-gülə, biz əsirlər də daxil olmaqla ha-mıya içəri girmək üçün icazə verdilər.

Yəqin ki, cəhənnəmə düşmüşdüm. Bunlar da yəqin ki, cəhənnəmin zəbaniləri idi.

Düz qarşımızda daha alçaq bir divar var idi, divar-dan o yana yenə qapılardan keçməklə getmək mümkün idi. Divardan o tərəfdə bir məscid və yüzlərlə irili-xırdalı bina görünürdü. Küncdə-bucaqda yeniçərilər oturmuşdu-lar. Qızğın söhbət edirdilər. Yeyib-içir, çubuq çəkir, danı-şırdılar. Binalardakı sıxlıq isə qətiyyən azalmırdı. İnsanlar içəri girib-çıxırdı. Hər yerdə Yusifin və digərlərinin qolla-rındakı işarələrdən daşıyan yeniçərilər gəzişirdi. Əksə-riyyəti silahsız idi, yalnız qurşaqlarına sancdıqları xən-cərlərinin dəstəyi görünürdü. Silahlı olanlar isə əksinə, tə-pədən-dırnağa kimi silahlı idilər və bir arabanın yükü qə-dər silah daşıyırdılar üstlərində.

Səhər-səhər içdiyim şorbadan sonra burda ilk dəfə nəsə yeyə bildim. Böyük sininin içində yemək gəldi. Biz əsirləri də unutmamışdılar. Ətli, düyülü bir yemək idi bu. Plova sevgim bax, beləcə başladı. Yusif onun üçün önəmli olduğu hiss olunan bir ritualı yerinə yetirdi: başındakı pa-pağının qabağına taxdığı iki taxta qaşıqdan birini çıxarıb mənə verdi, digərini isə özünə götürdü. Kürəyimə möh-kəm bir şapalaq ilişdirib:

− Bununla ye, – dedi.

Məni bir növ şərəfləndirdiyini anladım. Plovun ya-nında taxta qablarda açıq qırmızı rəngli içki gətirmişdilər. Adına şirə deyirdilər. Asan içilməsinə və xoş dadına al-danıb bir neçə qədəh içdim. Qısa müddət ərzində başım fırlanmağa başladı, kefləndim və bunun dərhal sərxoşluq verən içki olduğunu anlayıb dilimə də vurmadım. Çünki bunların yanında keflənməyim ziyanıma ola bilərdi. Ata-mın tez-tez mənə verdiyi nəsihətlərdən biri də bu idi.

Oğlum, Pyotr, inanmadığın insanların yanında nə sevincini, nə də kədərini bəlli et. Bundan ziyan çəkə bi-lərsən, – deyərdi həmişə atam.

Günortadan sonra idi və biz hələ də zabitləri gözlə-yirdik. Onlar görünən kimi əsgərlər arasında hərəkət baş-ladı. Artıq hamı öz normal həyatına geri qayıdacaqdı, özünü bu böyük şəhərin bir küncündə itirəcəkdi. Bəs mən neyləyəcəkdim? Nələrlə qarşılacaqdım bu böyük şəhər-də? Bu, Yusifin haqqında danışdığı “evim” necə bir yer idi? Orda mənimlə necə davranacaqdılar? Yusif də, görə-sən, mənimlə gələcəkdi? Gəlməyəcəkdisə, Arif ağanın nə istədiyini necə başa düşəcəkdim? Elə bunları düşünür-düm ki, karvandakı yeniçərilər bir-biriləri ilə qucaqlaş-mağa başladılar. Vidalaşırdılar. Bəziləri yanlarında bir-iki əsir götürür, bəziləri də əsirlərini içəri, o həngamənin içi-nə aparırdılar. Düzü, heç onların yerində olmaq istəməz-dim.

Qəfil, Arif ağa Yusifə işarə verdi. Adının Mehmet ol-duğunu yolda öyrəndiyim “bizimkilər”dən biri və Yusif böyük sandığın qulpundan tutdular. Yusif mənə gözü ilə işarə edərək iki gözlü heybəni göstərdi. Mən də onun de-diyi heybəni çiynimə götürdüm. Artıq “evimizə” gedirdik.

Ətmeydanından bir az uzaqlaşandan sonra yoxuşla yuxarı qalxmağa başladıq. Arif ağa bizə nəfəs almağa im-kan vermək istəyirmiş kimi atını yavaş-yavaş sürürdü. Yoxuşu keçəndən sonra künc-bucağına yer-yer daşlar dö-şənən yola çıxdıq. Yolun iki tərəfində müxtəlif mağazalar ard-arda düzülmüşdü. Biz keçəndə sahibləri bir-bir dü-kanlarından çıxır və “xoş gəlmisiniz, Arif ağa!” – deyərək salam verirdilər. Arif ağa da sakitcə başını əyib sağ əlini ürəyinin üstünə qoyur və bu salamları alırdı.

Bir az getmişdik ki, üzümə vuran mehdən dənizə çox yaxın olduğumuzu anladım. Bir az aşağıda getdiyimiz yola paralel başqa yol da var idi və onun qurtaracağında-kı tikilinin kilsə olduğunu başa düşdüm.

− Aman, Həzrəti İsa! – dedim birdən, üstəlik, yüksək səslə, amma dərhal özümü yığışdırdım. Əvvəlcə keşişlər, indi isə kilsə… İnanım yəni? Bu, təxminən Beltsidə məsci-də rast gəlmək kimi bir şey idi. Budur, orda, kirəmit rəng-li divarları ilə tam qarşımda idi.

− Gör e, – dedim öz-özümə, – gör e!!!!

Ətrafında çoxlu binaların olduğu məscidi keçmişdik ki, bir dəstə uşaq başımıza yığışdı. Heç bilmədik hardan peyda oldular. Onlar da eynilə dükan sahibləri kimi qış-qırışırdılar.

Xoş gəldin, Arif ağa! – deyirdilər.

Arif ağa da dükan sahiblərini salamladığı şəkildə on-ları salamlayırdı. Uşaqlar arxamızca gəlir, yaratdığımız bu qəribə karvan dar dalanlardan keçirdi.

Sentyabrın ortasında olsaq da, hava olduqca isti idi. Və mən istidən tər-su içində qalmışdım. Uşaqlar diqqətlə məni süzür, haqqımda danışır, gülüşür və sonra təzədən başdan-ayağa məni süzürdülər. Bir müddət beləcə irəli-lədik, kiçik və köhnə bir məscidin yanından keçdik. Elə məscidi təzə keçmişdik ki, əlli-altmış nəfərlik qrupun bizə tərəf gəldiyini gördük. Bunlar yeniçəri deyildilər. Tacirlə-rə oxşayırdılar. Düz ortalarında eyni ilə bizim karvandakı dərvişlərə bənzəyən Bəktaşi dərvişi var idi. Aramızda on addımlıq məsafə qalanda Arif ağa da, izdiham da dayan-dı. Dərviş irəli addımladı və Arif ağanın atının yəhərin-dən tutdu. Eyni anda Arif ağa da atından ağır-ağır düşdü, əyilib dərvişin ovcundan öpdü, dərviş də onun əlindən öpdü. Arxasınca qucaqlaşmağa başladılar. Birdən bu izdi-hamın ortasında tək qaldım. Tanrı heç bir qulunu tək qoy-masın, nə olardı ki, biri də məni qucaqlayaydı?!

Qucaqlaşma səhnəsi bir müddət davam etdi, sonra nəhayət, başa çatdı. Çox da hündür olmayan bir divarla əhatələnmiş geniş bir bağın içində, ikimərtəbəli evin qar-şısında olduğumuzu indicə gördüm. Çöl qapısının ağzın-da başına ağ şal bağlamış yaşlı qadın dayanmışdı. İlk dəfə idi türk qadını görürdüm. Yəni üzünü. Qəfil, içəridə − qa-pının ağzında başqa bir qadının da dayandığını başa düş-düm. Qadının qucağında yorğana bükülmüş uşaq var idi. Arif ağa yaşlı qadına yaxınlaşdı, əlini öpdü və alnına qoy-du. Yaşlı qadın Arif ağanı qucaqlamışdı, ondan ayrılmaq istəmirdi, elə bil. Nəhayət, yaşlı qadın ağlaya-ağlaya qol-larını Arif ağanın boynundan açdı və evin qapısına tərəf getdilər. Yusiflə Mehmet hərəkətə gələn kimi mən də cəld tərpənib qapıdan bağçaya keçdim. Qapıdakı qadın Arif ağanın əlini öpdü, alnına apardı, üçü də evə keçdi. Mən çaşqın halda Yusiflə Mehmetə baxırdım. Onlar evə tərəf getdilər, mən də qorxa-qorxa arxalarınca addımladım. Bə-li, içəri girdik. Aman, Tanrım, inana bilmirdim. Tanrım, mən sənə neyləmişəm ki?

Sandığı qapıdan girən kimi içəri qoydular. Mən də heybəni yerə qoydum. Əllərini sinələrində saxlayıb, eləcə dayandılar. Mən də.

Dayanmışdıq. İçəridən sevinc dolu uşaq səsləri gəlir-di. Ağlamaq, gülmək səsləri bir-birinə qarışmışdı. Dayan-mışdıq, hələ nə qədər belə dayanacağımızı da bilmirdik. Yusif və Mehmet kimi davrandığıma, onların elədiklərini təkrarladığıma görə gözlərimi qaldırıb ətrafıma baxa bil-mir, ancaq gözucu nəzər salırdım. Geniş otaqda idik. Üçü də bağlı olan qapılar var idi. Yuxarı mərtəbəyə də bir pil-ləkən çıxırdı. Bir də aşağı düşən pilləkən var idi.

Eləcə dayanmışdıq.

Sonra yuxarı çıxan pilləkənin yanındakı qapı açıldı, Arif ağa otaqdan çıxıb Yusifə nəsə dedi və təzədən içəri girdi. Yusif dərhal solumuzdakı qapını açdı, Mehmetlə birlikdə sandığı ora apardılar. Mən də heybəni apardım. Pəncərənin yanında bir qarış taxtadan düzəldilmiş uzun döşəyin üstündə oturdular. Mən oturmaqdan qorxdum, elə-beləcə kənarda büzülüb qaldım.

İçəridən gələn səslər azala-azala bir müddət də da-vam elədi. Ailə artıq bir-birindən az da olsa doymuşdu. Qapı təzədən açılanda Arif ağa qucağında oğlan uşağı ilə oturduğumuz otağa gəldi. Üçümüz də dərhal ayağa dur-duq və yenə o əvvəlki vəziyyətdə dayandıq. Bizim necə dayanmağımız Arif ağanın heç vecinə də deyildi. Xoşbəxt idi. O qədər xoşbəxt idi ki, üç qızdan sonra doğulan oğ-lunu, hətta mənə də sevinə-sevinə göstərdi.

Hələ də silahlarını və əbasını çıxarmamışdı. Mənə gülməli gəlirdi bu vəziyyət. Canavar kimi görünən bu adam və balaca yorğana bükülmüş oğlan uşağı… Lakin o, bütün bunları görmürdü. Heç vaxt tərk etmədiyi vüqarlı halını belə tərk etməyə hazır idi. Xoşbəxt idi. Bəlkə də, ye-ganə həyat mənbəyi olan bu uşağı mənə, Yusifə və Meh-metə göstərirdi.

Sonra dayandı, həmin o ciddi və vüqarlı halı təzədən qayıtdı. Belə dedi:

− Oğlum etiqadında, dinə və dövlətə xidmətdə həmi-şə sabitqədəm olacaq. Atasının üzünü ağ edəcək. Anadan yeniçəri kimi doğulub, yeniçəri kimi də yaşayacaq. Ona görə də adını Sabit qoyuram. Allah utandırmasın.

EVİM

İki il necə də tez keçib getmişdi. İndi öz-özümə fikir-ləşirəm ki, gör cavanlıq necə böyük nemət imiş. Cavanlı-ğın çətini-asanı olmur ki. Çətin dediyin işlər asan, asan dediyin işlər bir anda çətin olur.

Tanrı mənə əsarəti layiq bilmişdi, amma dərmanını da gəncliyimlə vermişdi. Güclü idim, tez öyrənirdim. On-lara sarı saçlarım və gömgöy gözlərimlə qəribə görünür-düm.

Bütün bağ-bağat mənə baxırdı. Hökmranlıq edirdim həyətə. Evin zirzəmisində qapısı bağçaya açılan balaca bir otaqda qalırdım. Səhər tezdən bağa çıxır, quyudan su çə-kir, evin giriş qapısının yanında olan böyük qablara tö-kürdüm. Qış olanda odun doğrayır, aşağı mərtəbədəki böyük sobanı qalayırdım. Ağacları budamaq, tut varsa tut, əncir varsa əncir yığmaq mənim işim idi.

İşlərim bununla da yekunlaşmırdı. Sabiti və qızları əyləndirmək, bağçada yelləncək düzəldib onları yellət-mək, cümə günü evdəki böyük xanımın – adı Zəhra idi – arxasınca bazara gedib aldıqlarını evə daşımaq… Bütün bunların hamısı mənim vəzifələrimidi. Qapıdan içəri gi-rən satıcılara fikir vermək, mis qabları qalaylatdırmaq, ev-dəki taxta əşyaların təmir edilməsi – hələ mən bunları saymıram. Həyətdə balaca yer düzəltmiş, tapdığım dül-gər alətlərini ora yığmışdım. Qısa müddət ərzində bu mə-sələni də həll eləmişdim. Sən demə, bu məsələdə də ba-carığım var imiş. Evdəkilər ən çox Beltsi formalı dolabları bəyənirdilər.

Ən mühim və bəlkə də, ən vacib vəzifəm Arif ağanın qonaqlarına xidmət etmək idi. Ən çox həyəcənlandığım vaxtlar da məhz bu anlar idi. İlk vaxtlar türkcə yaxşı bil-mədiyimə görə gələnlərin nə istədiklərini başa düşmür-düm. Amma sonra türkcə öyrəndikcə, gəlib-gedənləri ta-nımağa başladıqca, rahatlaşmış, xidmət barəsində də us-talaşmışdım. Qəhvələri köpüklü hazırlamaq, çubuqları tez-tez dəyişdirmək, yandırmaq mənim üçün elə də çətin deyildi. Türk dilində danışılanları yaxşı başa düşürdüm və söhbətin nədən getdiyini anlayırdım.

Arif ağa, əsasən, qonaqları ilə din və dövlət məsələ-ləri haqda danışırdı. Mən onun daha çox dini mövzularda danışmağını istəyirdim. Çünki bu cür söhbətlər edərkən Arif ağanın üzü, hərəkətləri çox mülayim olurdu. Üzündə təbəssüm yaranır, dərin düşüncələrə dalırdı. Dövlət işlə-rindən danışmağa başlayanda isə olduqca ciddi görkəm alırdı. Elə bil xəncərinin qəbzəsi ilə boynumun dalından vuran insan geri qayıdırdı.

Bu iki il ərzində elə bu söhbətlərə görəArif ağa məni şillələmişdi. Bir dəfə söhbət əsnasında ayaq üstə dayan-mışdım və özümdən asılı olmadan öskürdüm. Arif ağa qəzəblə mənə baxdı və:

− Sarı, – dedi, – tez bura gəl.

Yanına getdim, əyildim:

− Buyur, ağam, – dedim. Və deməyimə də peşman ol-dum. Sifətimə dəyən şillədən az qala yerə yıxılacaqdım. Məni ən çox sarsıdan isə beş nəfərin yanında vurulmağım idi. Sanki daha çox vurmaq istəyirdi, amma nəyə görəsə bir şillədən sonra insafa gəldi və eyni səs tonu ilə:

− İndi isə keç yerinə! – deyə əmr etdi.

İkinci dəfə vuranda isə haqlı idi, amma mən qayda-ların məhz belə olduğunu bilmirdim axı. Arif ağa qonaq-ları yola salanda onların ayaqqabılarını hazırlamış, qapı-nın ağzına düzmüşdüm. Ayaqqabıların burnu qapıya tə-rəf baxırdı. Qəfil sifətimə dəyən şillə ilə yerimdə tullan-dım. Mat-mat baxdım və nə baş verdiyini anlamağa ça-lışdım.

− Ayaqqabıları çevir, – dedi.

Mən də ayaqqabıların yönünü yan tərəfə çevirdim. O isə qışqırmaqda davam edirdi:

− Elə yox, axmaq, ayaqqabının burunları mənə bax-malıdır.

Axı mən hardan biləydim ki, ayaqqabıların burnu-nun qapıya tərəf qoyulması qonağın istənilməməsinə işa-rə edir.

Ən çox diqqətimi çəkən, ən çox gəlməyini istədiyim və həsrətlə gözlədiyim qonaq az-az gələnlərdən idi: Əh-məd baba.

Əhməd babanı iki şeyə görə sevirdim. Birincisi, o gə-ləndə Arif ağa çox sevinirdi. Həddindən artıq mülayim olurdu. İkincisi, Əhməd baba və yanındakı dərvişlər bu evə gəlib mənim kimi kölə ilə danışan nadir insanlardan idilər. Halımı-əhvalımı soruşur, əvvəlki həyatımla ma-raqlanır, hətta bəzi məsələlərdə fikrimi öyrənirdilər. Mən onların gələcəyi günü gözləyir və ən çox da onların söh-bətlərinə maraqla qulaq asırdım. Bəlkə bunun bir səbəbi də söhbətlərinin həmişə ahəngli olması və əvvəl-axır gəlib musiqidə dayanması idi. Mehmet dərviş zənburla çalıb oxumağa başlayanda mən artıq göz yaşlarımı tuta bilmir-dim. Bəzən ağlayırdım, bu zaman onlar da mənə qoşulub ağlamağa başlayırdılar. Yaxşı, mənim ağlamaq üçün xeyli səbəbim var idi, bəs Arif ağa niyə ağlayırdı?

Evimizi və yaşadığım məhəlləni artıq tanıyırdım. İs-tanbulu isə demək olar ki, tanımırdım. Bir-iki dəfə Unqa-panına, bir-iki dəfə isə Ətmeydanındakı o qorxunc hərbi düşərgəyə getmişdim. Hamısında da Arif ağa ilə birlikdə.

Arif ağa küçəyə heç vaxt tək çıxmırdı. Ən az iki əs-gərlə gəzir, bəzən mənimlə bir yerdə dörd nəfər olurdu yanında. Bu çoxluqdan istifadə edib əksər hallarda göz-dən itir, ətrafıma göz gəzdirirdim. Amma çölə çox tək çıx-mırdım. Qorxurdum. Kölə və kafir olduğumu hamı bilir-di. Arif ağanın köləsi olmağım məni qoruyur, mənə az da olsa toxunulmazlıq duyğusu bəxş edirdi. Amma eyni za-manda da mən onlardan aşağı idim. Bunu isə heç vaxt unutmurdum.

Rastlaşdığım bir təfərrüat mənim bu kompleksimi aş-mağıma az da olsa, kömək etdi. Əli Fakih və Hacı Həmzə məhəllələrinin arasında bir neçə xristian məhəlləsi yerlə-şirdi. Onlar arasında ermənilər məzhəb baxımından fərqli olsalar da, yunanlarla eyni idik. Bunu keşişlərin geyimin-dən, xaçların formasından və ibadət günlərindən bilirdim. Düzdür, dinlə bağlı elə də çox şey bilmirdim, amma ol-sun, bildiklərim nəyisə başa düşməyimə kömək edirdi. Artıq müqəddəslərimizin adının belə ortaq olduğunu bi-lirdim. Buna görə də nəsə məni tez-tez zəng səslərini eşit-diyim yunan kilsəsinə tərəf çəkib aparırdı.

Vişlovda kilsəyə atam kimi mən də, ancaq anam məc-bur etdiyi üçün gedirdim. Anam hər bazar mən kilsədən qayıdana kimi xüsusi yeməklər hazırlayırdı. Burda isə məni heç kim məcbur etmirdi, əksinə, özüm istəyirdim. Hətta Arif ağanın qorxusu belə bu istəyin qarşısında da-yana bilmirdi.

Nəhayət, bir şənbə günü axşam tərəfi bütün cəsarəti-mi toplayıb Arif ağaya yaxınlaşdım. Nə ola bilərdi? Ən yaxşı halda, məni üçüncü dəfə şillələyəcəkdi. Olsun. Üçüncü şilləni də düşünmüş və öz-özümə təlqin etməyə başlamışdım. Üstəlik, otaqda ikimiz idik. Yəni məni, ən azından, başqalarının yanında vurmayacaqdı. Nəsə de-mək istədiyimi anlayan Arif ağa məni çox gözlətmədi:

− Nə olub, Sarı? – deyə soruşdu. – Danış görüm.

− İcazə istəyirəm, ağam.

− Nə icazəsi? – deyə maraqla soruşdu.

− Sabah kilsəyə gedəcəyəm.

Vəssalam… Üçüncü dəfə şilləni hardan tutuzduraca-ğını düşünürdüm artıq. Və boynumu ona görə əymək is-təyirdim. Amma Arif ağa məni vurmadı. Bir müddət dü-şündü, sonra da çoxbilmiş adamların insanı şübhələndi-rən ədası ilə gülümsədi:

− Əlbəttə, Sarı, – dedi, – Allah hərəyə bir din verib. Sənin də dinin budur.

Sonra pul kisəsindən iyirmi qəpik çıxartdı:

Bunu da nəzir verərsən, – dedi, – səhər tezdən get, yaxşı?

Görəsən, məni vursaydı, dahamı yaxşı olardı? Allah şahiddir ki, bunun cavabını hələ də bilmirəm.

Səhər tezdən ən təmiz paltarlarımı geyinib kilsəyə tə-rəf getməyə başladım. İlk dəfə orda yanımda atamı, ana-mı axtardım. Kilsəyə gedirdim, onlar isə yanımda yox idi-lər. Ətrafda bir nəfər də olsun ora – kilsəyə gedən görün-mürdü. Qapısı ağzında gözləyən qızlar, oğlanlar yox idi. Ətir eyni idi, onsuz da əgər ətir eyni olmasaydı, çoxdan fikrimdən daşınmışdım. Məhz bu ətir sayəsində mən öl-kələr aşır, son iki ili yaşamamış kimi qəbul edir, Vişlovu, uşaqlığımı xatırlayırdım. Gözlərimi bağlasaydım, ya da kilsədəki dindarlar gözlərini bağlasaydılar, elə bilərdim ki, uşaqlığıma geri qayıtmışam. Amma yox. Gözlərim açıq idi. Kilsədəkilər də gözlərini yummamışdılar. Hamı mənə qəribə-qəribə baxır, “bu türk köləsinin burda nə işi var?” – deyə düşünürdü.

İlahi, mən burdayam. Sənin hüzurundayam. Və ya-dam bu yerlərdə. Qəribəm. Əllərimdən tutub məni ayağa qaldıracaq heç kim yoxdur yanımda… Yaxşı, deyək ki, mən bunlar üçün yadam. Səndəmi Mixailin oğlu Pyotru unutmusan, Tanrım?

Qaça-qaça evə qayıtdım. Gözlərimdən axan yaşlar yanaqlarıma süzülürdü. Saxlaya bilmirdim göz yaşlarımı. Yatağımda oturdum, gözlərim şişənə kimi ağladım.

Arif ağa heç nə demədi. Şişmiş gözlərimi o da gördü. Ümidsizliyimi də gördü. Sadəcə bircə cümlə dedi:

− Səninlə bu yaxınlarda həll edəcəyimiz bir məsələ olacaq, Sarı.

SARI ABDULLANIN HEKAYƏSİ

Səninlə bu yaxınlarda həll edəcəyimiz bir məsələ ola-caq, Sarı.

Elə beləcə də demişdi Arif ağa.

Bu osmanlılar bir cür adamdılar. “Osmanlılar”, − de-yirəm, çünki onlara türk deyəndə acıqlarına gəlir. Biz on-ları türk kimi tanıyırıq, özləri isə nə üçünsə bu addan is-tifadə etmirlər. Qəribəlik burda da deyil, qəribəlik Arif ağanın mənə dediyi sözdə idi.

Əgər tanımasam, bu söz mənə deyilən kimi oturub gözləyərdim. Çünki “yaxında”, demişdi. Amma osmanlı-lar üçün yaxın anlayışı fərqli ola bilərdi. Yəni “yaxında” bu gün də ola bilər, sabah da ola bilər, lap belə desən, üç gün də, üç həftə də, üç ay da, üç il də ola bilərdi. Burda bu iki il ərzində öyrəndiyim şey osmanlıların vaxtla bağlı dediklərinə elə də fikir verməmək olmuşdu.

İndi də elə edirəm. Arif ağanın mənimlə danışmaq is-tədiyi məsələ haqqında heç düşünmürəm. Düşünməyə heç ehtiyac da duymuram. Çünki, düşünməyə başlasam, ağlım başımdan çıxa bilər.

Amma Arif ağanın “yaxında” dediyi məsələni mə-nimlə danışması elə sürətlə baş verdi ki, özüm də heç nə başa düşmədim.

Evdə qonaq olmayanda Arif ağa yeməyini ikinci mər-təbədə − hərəmində yeyərdi. Bir gün axşamüstü − işdən gələndən sonra evin girişindən sol tərəfdə olan otağı gös-tərib:

− Sarı, – dedi, – oğlum, bu axşam burda ikimiz üçün bir süfrə qur, səninlə oturub yemək yeyib danışacağıq.

Belə bir şey ilk dəfə idi ki, baş verirdi. Arif ağa ilə ey-ni süfrədə yemək yemək?! Danışacağı şeylər, hər halda, çox vacib idi. Həm də ilk dəfə mənə, “oğlum”, – deyə mü-raciət edirdi. Görəsən, bu, elə-belə müraciət forması idi, yoxsa altında nəsə gizlənmişdi? İnanmıram, çünki Arif ağa sözlərini elə-belə seçmirdi, düşünüb-daşınır, sonra danışırdı. Bu söz artıq çox ciddi dəyişikliyin əlamətlərin-dən sayıla bilərdi.

Evdə yeməkləri çox vaxt böyük xanım, yəni Arif ağa-nın anası hazırlayır, aşağı mərtəbədəki mətbəxdə mənim üçün nəzərdə tutulmuş yerə qoyur, öz yeməklərini isə ikinci mərtəbəyə aparırdı. Mən də öz payımı otağımda yeyirdim. Çox ləzzətli bişirirdi yeməyi böyük xanım, ələx-sus da öyrəşmədiyim dad olan zeytun yağlı yeməklər çox xoşuma gəlirdi. Mətbəxə gələndə növbəti bir dəyişikliklə qarşılaşdım. Zəhra xanım bu dəfə axşam yeməyini çox ayırmışdı mənə. Bundan başqa, yeməklərin yanında pey-manə dedikləri qədəhlər də qoyulmuşdu. Deməli, bu gecə Arif ağanın aşağıda mənimlə birgə yemək yeyəcəyini ha-mı bilirdi. Yəni bu yeməklə bağlı əvvəlcədən qərar veril-miş və hazırlıqlar buna uyğun olaraq görülmüşdü. Elə-dirsə, yəqin ki, Arif ağanın mənimlə danışacağı mövzu həddindən artıq önəmli idi.

Mən süfrəni hazırlayıb gözləməyə başlamışdım ki, Arif ağa ev paltarında aşağı endi. Əlində, içində artıq nə olduğunu çoxdan bildiyim şüşə dolça var idi. Aman Al-lahım! Yəni mən indi Arif ağa ilə rakı içəcəyəm?

Süfrəyə oturduq. Peymanələrə rakı süzmək üçün əli-mi dolçaya uzatmaq istəyirdim ki, Arif ağa yüngülcə əli-min üstünə vurdu və:

− Yox, hələ ki, yox. Hələ ki, sən saqilik edə bilməzsən, – dedi.

Əlimi çəkdim və onun rakı süzməyinə diqqətlə fikir verməyə başladım. Bu qəribə vəziyyəti qəbul etmək üçün bir sıra qəribə hərəkətlər etdim. Əllərimin yerini dəyiş-dirdim, çörəyin içini barmaqlarımla əzişdirdim.

Mən bu qəribə hərəkətləri edəndə Arif ağa peyma-nəni əlinə alıb, “Eşq olsun!” – deyərək rakıdan üç qur-tum içdi. Belə olanda veriləcək cavabı artıq bilirdim. Əh-məd baba iləgörüş zamanı qurulan süfrələrdə bu sözü də-fələrlə eşitmişdim. Cavabı bilirdim, amma o sözü deyə bilmirdim. Yox, unutmamışdım. Sadəcə dilimə yaraşdır-mırdım. Sevirdim, çox gözəl bir cavab idi. Amma mənim dilimdə gülünc alınardı. Görəsən, bu sözü deməliyəmmi? Yenə də peymanəni dodaqlarıma aparanda özümdən asılı olmadan o iki sözü pıçıldadım:

− Nur olsun!

Arif ağa gülümsədi, güldü, hətta belə demək müm-kündürsə, qəhqəhə çəkdi. Kürəyimə sərt bir şəkildə, an-caq dostcasına vuraraq:

− Afərin, Sarı, bax belə,… – dedi.

Mən başımı önə əydim. Arif ağanın isə dili açılmışdı:

–Bilirsən, Sarı, başımıza bəla olmusan. Sənin ucba-tından ailəmizdə səliqə-səhman qalmayıb. İndi bilmirik ki, neyləyək?!

İstər-istəməz başımı qaldırıb Arif ağanın üzünə bax-dım. Gözlərim heyrətdən böyümüşdü. O isə olduqca sakit idi və çöhrəsini təbəssüm bürümüşdü.

–Mən sizə neyləmişəm ki, Ağam? – deyə soruşdum.

–Dərd də elə burasındadır ki, bizə heç bir pislik et-məmisən. Uşaqları əyləndirmisən, hamı səni çox istəyir. Böyük xanım səndən razıdır. Çalışqansan, ağıllısan, qabi-liyyətlisən. Səni yoxlamaq üçün yerə qızıl atdım, götürüb təzədən mənə verdin. Məhəllədə də hamı səndən razıdır. İndiyə kimi heç kim mənə səndən şikayət etməyib.

–Bəs onda, – dedim, – ağam, mənim günahım nədir?

–Dayan da, ağılsız insan, – deyə gülümsədi Arif ağa, – mən sənə günahlarından danışmıram axı. Sənə niyə ba-şımıza bəla olduğundan danışıram.

Sonra susdu, çörəyin qırağını qoparıb, zeytun yağı ilə hazırlanmış noxud yeməyinə batırdı və ağzına apardı.

–Bəs bilirsən ki, sən gələnə kimi yeməkləri həmişə burda yeyirdik? İndi isə yeyə bilmirik.

Deməli, bu gecə mənim gözlərim eləcəheyrətdən bö-yüyəcəkdi. Özümdən asılı olmadan soruşdum:

–Nə üçün, ağam?

–Dayan da, deyirəm. Bundan başqa, sən bilirsən ki, Əhməd baba və dərvişləri gələndə hamımız bir yerdə burda süfrəyə oturardıq? Bilirsən ki, xanımım Xədicə xa-nım evin hər yerinə rahatlıqla girib çıxırdı? İndi isə yazıq arvad iki ildir evdə rahat gəzə bilmir. Bilirsən, niyə? Çün-ki sən gəldin! İndi neyləməliyəm mən? Səni satmaq istə-səm, heç biri buna razılıq verməz. Arvad-uşaq sənə öyrə-şib. Hər işlərini görürsən. Qonşular da mənə gülər. Mənə yaraşmaz axı. Deyərlər ki, Arif ağa gör necə pis adamdır ki, yazıq qəribi iki-üç il özünə öyrəşdirdi, sonra təzədən əsirliyini ona xatırlatdı.

Susurdum. Bilirdim ki, Arif ağa əsas demək istədiyini hələ deməyib. Mənə maraqlı gəlirdi ki, görəsən, bu sözlə-rin axırı hara gedib çıxacaq?! Amma eyni zamanda da baş verə biləcəklərdən çox qorxurdum.

–Yaxşı, – deyə Arif ağa sözünə davam etdi, – Həm bu qədər başımıza bəla açmısan, həm də xoşbəxt deyilsən. Küçədən ağlaya-ağlaya gəlirsən evə, bütün günü sürüsü-nü itirən quzu kimi gəzirsən. Yaxşı, necə olacaq bu işin axırı?

Sual dolu gözlərlə onun üzünə baxdım. Təkcə gözlə-rim yox, eyni zamanda bütün varlığım “yaxşı, bəs necə olacaq bu işlərin axırı?” – deyə soruşurdu. O isə olduqca rahat idi, yenə yeməyindən bir neçə tikə yedi, rakısından bir neçə qurtum içdi. Bığlarını sığalladıqdan sonra diq-qətlə mənə baxdı. O, mənə elə baxanda istər-istəməz:

–Danış görək, Arif ağa, – deyə qışqırmaq istədim, – danış görək, nə olacaq bu işlərin axırı?

Amma mən qışqıra bilməzdim, bu, mənim həddimi aşmağım demək idi.

–Əslində, mən çıxış yolunu bilirəm, amma bu, çox həssas məsələdir. Onun babalı da ağırdır. Səhv etsəm, sa-bah ruzi-məhşərdə iki əlin yaxamda olacaq. Məndən haqq-hesab soruşacaqsan. Bu iş könül işidir, könüllə olur və məcburiyyət əsla yoxdur. Dində məcburiyyət olmaz və kimisə nəyəsə məcbur edən yoldan çıxmış sayılır. Mən bi-lə-bilə bunun babalını öz boynuma götürə bilmərəm. Bu-nun hesabını verə bilmərəm.

Təzədən və uzun müddət susdu. Din, bəli, məsələ din idi. Mənim dinim idi əsas məsələ.

–Yaxşı, bəs bunun həlli nədir? – deyə soruşdum.

–Həlli nədir, hələ də başa düşməmisən? – Arif ağa üzündə bezgin ifadə məndən soruşdu, – sən özün anla-malısan hər şeyi. Mən sənə nə deyim axı? Daha çox danı-şıb günaha batmaqdan qorxuram.

Sonra susdu. Bu, bir də heç vaxt danışmayacaqmış ki-mi susmaq idi. Elə bil məndən nəsə gözləyirdi. Mən də ona qoşuldum. Onun kimi susdum. Bir müddət diqqəti-mizi, ancaq Zəhra xanımın hazırladığı yeməklərə verdik.

Sonra…Əgər elədiyim böyük bir günah idisə, əgər bu-nu eləyib böyük günah qazanmışamsa, Həzrəti İsa pey-ğəmbərimiz məni bağışlasın… Birdən başımı qaldırdım. Sözlər, elə bil dodaqlarımdan öz-özünə tökülməyə başla-dı:

Ağam, – dedim, – mən müsəlman olmaq istəyirəm.

Arif ağa gözləri parlaya-parlaya sevinc içində üzümə baxdı:

–Doğrudan? – deyə soruşdu.

–Hə, – deyə cavab verdim, – Söz ağızdan çıxır, ağam!

Bu, onun ən çox sevdiyi və ən çox işlətdiyi cümlələr-dən biri idi.

–Yox, yox, bu elə adi sözlərdən deyil, oğlum. Bizim yolumuz çətin yoldur. İslam dediyin başqa yollara oxşa-mır. Biz, bizə tərəf gələnlərə belə deyirik: “Gəlmə! Gəlmə! Dönmə! Dönmə! Gələnin malı, gedənin canı!” Ona görə də bir də soruşuram oğlum: dəqiq düşünmüsən?

Dəqiq düşündüyümə dair yəqinliyim hardan hasil ol-du, bilmədim, amma qərarlı olduğum gözlərimdən oxu-nurdu yəqin ki:

–Dəqiq düşünmüşəm, ağam, – deyə təkrarladım.

Elə bil mənə qulaq asıb eləmirdi:

–Dəqiq düşünmüsən?

–Hə, ağam! Dəqiq düşünmüşəm.

–Hə, üç dəfə soruşdum, – deyə öz-özünə pıçıldadı, – düz üç dəfə.

Sonra qədəhini götürüb:

–Eşq olsun! – dedi.

Mən də ona:

–Nur olsun! – deyə cavab verdim.

Qədəhini süfrəyə qoyan kimi diqqətlə üzümə bax-mağa başladı. Əlini uzadıb əvvəlcə saçlarımı, sonra yana-ğımı sığalladı:

–Müsəlman olmağa qərar verən insan, yolumuza gir-məyin astanasında olan insan kölə ola bilməz, – dedi, – Sənin qarşında artıq yeni, yepyeni bir aləm açılır, sən bu yeni aləmə girəcəksən. Bundan sonra Arif ağanın qulu de-yilsən. Artıq Allahın qulu və köləsisən. Sən Abdullasan, Sarı Abdulla!

***

Zəhra xanımı heç belə görməmişdim. Neçə gün idi ki, təlaş içərisində idi. Sən demə, bütün bunların hamısı mə-nim üçün idi. Dəsmallar alır, corablar yığır, paltar tikirdi. Bir-iki dənə də yox, hərəsindən on-on beş ədəd. Mətbəxi də yaddan çıxarmır, turşular, halvalar hazırlayır, onları müxtəlif qablara doldururdu. Məhz bu cür ciddi-cəhdlə hazırlaşmağından öyrəndim ki, sən demə, Zəhra xanımgil beş nəsildən bəri Bəktaşi imişlər. Bəktaşilər çətinlik çək-dikləri məqamlarda Zəhra xanımdan məsləhət alırdılar. Arif ağaya da o, təlimat verirdi:

–Yox, o, elə deyil. Adətimiz var, on iki ədəd olmalı-dır. On iki ədəd al! Yox, yun olmalıdır! Fikir ver, yun ol-sun, ha! – kimi əmrlərlə onu idarə edirdi. O boyda Arif ağa bitib-tükənməyən əmrlər qarşısında “olar, ana, baş üstə, ana”, – kimi cavablarla kifayətlənir, anasının bitib-tükənməyən buyruqlarını səbirlə yerinə yetirirdi. Böyük bir bayram, ya da toy həyəcanı, təlaşı içində idilər, elə bil. Hamı mənim Pyotr kimi son günümə, Sarı Abdullanın isə anadan olacağı günə ciddi-cəhdlə hazırlaşır, bu doğu-şu həyata keçirəcək Əhməd baba və dərvişləri üçün xü-susi hədiyyələr hazırlayırdılar.

Nəhayət, bir gün axşamüstü Arif ağa bu ölümün və yenidən doğuluşun bütün əvəzini öz üstünə götürəcək bir heyvanla içəri girdi. Bu, qıvrım tükləri olan buynuzlu qoç idi. Buynuzlarının arasındakı ağappaq tüklərə xına qoy-muşdular. Sırsıra muncuqlar da düzülmüşdü buynuzla-rının arasına. Zəhra xanım diqqətlə qoça baxır, şikəstliyi-nin olub-olmadığını yoxlayırdı. Arif ağa da böyük təcrü-bəsinə arxalanaraq təbəssümlə anasının hərəkətlərinə ta-maşa edirdi.

–Qıvrımdır, – dedi Zəhra xanım böyük məmnunluq-la, – Arif ağa da elə bu cür heyvan seçməli idi.

Belə başa düşdüm ki, Arif ağa qurbanın ən gözəlini seçmiş və bunun üçün də bir xeyli pul xərcləməli olmuş-du.

Nəhayət, o böyük günün səhəri açıldı. Məni hamama apardılar və yenə “hər halda, bu mənə bir neçə il kifayət edər”, – deyə düşünəcəyim tərzdə təmizlədilər. Əynimə tər-təmiz paltarlar geyindim.

Bütün bu ritualları həyata keçirdiyim zaman yanım-dan heç ayrılmayan Yusif və Mehmet çox əylənir, mə-nimlə gərdəyə girəcək bir bəy, daha doğrusu gəlin kimi davranırdılar.

Evdən çıxanda arxamızca, demək olar ki, böyük bir karvan gəlirdi. Lap qabaqda qoçu iplə məğrurluqla apa-ran Arif ağa, onun arxasınca isə əlində böyük boğçası ilə Zəhra xanım gedirdi. Yanında əlində boğça tutmuş iki qa-dın var idi. Daha sonra bu hadisənin əsl qurbanı olan mən addımlayırdım. Arxamca da əllərində ərzaq dolu zənbil-lər olan yeniçərilər gəlirdi.

Əvvəllər − qaranlıq günlərimdə hər səhər tək çıxdı-ğım gəzintiyə ilk dəfə idi ki, bu qədər adamla gedirdim. Yol boyunca hamı hörmətlə bizə salam verir, belə bir iş tutduğuna görə Arif ağanı təqdir edirdilər. Hamı hara getdiyimizi, niyə getdiyimizi bilir və bu bilmələri belə ar-tıq mənə salam vermələri üçün kifayət edirdi.

Yeddiqüllə hasarı qapısından qulluqçuların “uğurlar olsun!” nidaları ilə yola çıxdıq. Ərikli babanın həyətində bizi iki dərviş qarşıladı və təkkəyə apardı. Dərvişlərdən biri:

–Rəhbəri kimdir? – deyə soruşdu.

–Yusif, – deyə cavab verdi Arif ağa.

Yusifin bayaqdan bəri hiss elədiyim qürurunun sə-bəbini indi daha çox anlayırdım. Yusif mənim bu xüsusi günümdən məsul idi. Bununla da o, mənimlə münasibət-lərini daha da sıxlaşdırmışdı. Yanıma gəldi və qulağıma:

–Mənimlə gəl, – dedi.

Sağ tərəfdəki otaqlardan birinə keçdik. Hava isti olsa da, otaq sərin və alaqaranlıq idi. Sol küncdə dəsmal, lə-yən, aftafa gözə dəyirdi.

–Dəstəmaz almısan, Sarı? – deyə soruşdu.

–Hə, Arif ağa ilə birlikdə, – deyə cavab verdim.

–Ondan sonra dəstəmazın heç pozulmayıb ki? Yatar-san, bayıra çıxarsan, dəstəmazın dərhal pozular, ha?!…

–Yox, elə bir saatdır, səninləyəm.

–Olsun, − dedi Yusif, – sənə deməliyəm.

Sağa-sola baxandan, ətrafını yoxlayandan sonra sə-bəbini bilmədiyim bir gərginlik var idi hərəkətlərində. Bəlkə də, məsuliyyət hissinin altında əzilirdi.

–İndi, Sarı, – dedi, – mən sənə nə desəm, sən də eyni-sini təkrar edəcəksən. Mənim kimi yüksək səslə de.

Bədənimi qəribə bir hiss bürüdü. Budur, artıq daşlar aşağıya doğru gedirdi və onları heç kim saxlaya bilməzdi. Artıq heç nə əvvəlki kimi olmayacaq, heç nə gözümə əv-vəlki kimi görünməyəcəkdi. Eşitdiyim heç bir səs əvvəlki kimi səslənməyəcəkdi. Yusif, sanki yüksək səslə mahnı oxuyurmuş kimi avazla:

–Əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhəm-mədən əbduhu və rəsuluh, – dedi.

Mən də eyni sözləri təkrarladım. İki dəfə də oxudu, mən də onun oxuduqlarını təkrar etdim. İkimiz də sus-duq qəfil. Dərin bir səssizlik bürüdü ətrafımızı. Mənə bax-dı və titrəyən səslə, vəcdə gətirən ahənglə:

–Artıq sən də müsəlman oldun, – dedi.

Özümdən asılı olmadan:

–Elə bu? – soruşdum.

Bu sözləri inan ki, mən deməmişdim. Qeyri-ixtiyari ağzımdan çıxmışdı. Bütün dünyam alt-üst oldu. Günlərlə ciddi-ciddi düşün, üz-üzə oturub səninlə heç kimin indi-yə kimi danışmadığı şeylərdən danışılsın, günlərlə hazır-lıq görülsün, yeməklər hazırlansın, paltarlar alınsın, sonra da bir cümlə deyəsən, vəssalam, hər şey bitsin. “Artıq sən də müsəlman oldun”. Bütün hazırlıqlar buna görə idi? Elə bu? Buna görə idi yuxusuz keçirdiyim gecələr, oturub ağ-lamağım, həyatımın bütün anlarını gözdən keçirməyim?! Həzrəti İsa əfəndimizdən bir səs, bir işarə gözləyərək sə-həri diri gözlü açım, axırı da belə!

Daldığım dərin düşüncədən Yusifin səsi ilə ayrıldım.

–Müsəlman oldun, amma yolumuza hələ ki, girmə-misən. İndi isə burda yolumuza girəcəksən. Rəhbərin mə-nəm, dediyimi eləyəcək, etdiklərimə tamaşa edəcəksən. Mən də səni mürşidinə və yola təslim edəcəyəm.

Birdən rahatladım. Hələ qurtarmamışdı. Hə də, bu cür vacib məsələ belə asan qurtara bilməzdi ki.

Sonra ləyən və aftafanın yanına getdi. Aftafanı götü-rən kimi yüksək səslə qışqırmağa başladı:

–Bismi şah! Allah Allah! Heydərin rahində bədənim oldu çax. Üz sürtüb dərgahına eylədim Haqq. Pirimiz, us-tadım Salmani-pak! Bər camalı Muhəmməd, Kamali İma-mi Həsən və Hüseyn ruhuna salavat!

Bundan sonra mənasını o qədər də yaxşı başa düş-mədiyim bir dua oxudu. Sonra:

–İndi gəl, – dedi, – gəl, əvvəlcə əllərini ləyənə uzat.

Əllərimi yumaq üçün su tökür, bir tərəfdən də bun-ları oxuyurdu:

–Ey talib! Lap əzəldən bəri hər nə qədər Allahın qa-dağan etdiklərinə toxunsan da, hamısından təmizlənmək üçün əllərini yumaq Cənabı-Rəsulun sünnətidir.

Əllərimi yumuşdum ki, iki dəfə də yumalı olduğumu bildirdi. Sonra mənə ağzımı, qollarımı, üzümü, başımı ne-cə yuyacağımı öyrətdi. Elə ağzımı yumaq istəyirdim ki, dualara yenidən başladı:

–Ey talib! Bu ana kimi ağzımdan çıxan küfr və xəta kimi hər nə olubsa, onların hamısından xilas olmaq istə-yirəm. Bu da Muhəmməd Mustafanın sünnəti-şərifəsidir! Ey talib! Bəzmi-ələstdən bu günə kimi iylədiyin pis iyləri yox etmək üçün burnuna su vermək Muhəmməd Musta-fanın sünnəti-şərifəsidir! Ey talib! Əzəldən bu ana kimi vaqe olan həyasızlığın hamısından xilas olmaq üçün üzü-nü yumaq Cənabı-Haqqın fərzidir! Ey talib! Kiçik yaşın-dan indiyə kimi qol-boyun olduğun haramların hamısın-dan xilas olmaq üçün qollarını yumaq Cənabı-Haqqın fər-zidir! Ey talib! Baş bədənin mərtəbəsi, ən yüksəkdə olanı-dır. Bədən insanı daşıyar, baş hər şeyi bilib anlayar. Ağıl və fikir başda lazımdır. Bu günə kimi şəriyi-qədim və əq-li-müstəqimin tərsinə hərəkət etmişiksə, bütün etdiyin gü-nahların hamısından arı və duru olmaq naminə başına məsh çəkirsən. Bu da Cənabı-Haqqın fərzidir! Ey talib! Əzəldən əbədə Allahın istəyinin əksinə səhv yol və üsya-na getmisənsə, səni günahlara aparan ayaqlarına da məsh çəkməlisən. Bu da Cənabı-Haqqın fərzidir!

Aman Allah, bütün bu sözləri belə ard-arda sıraya düzən bizim Yusif idimi? Bizim keşişlər belə kilsədə dua-ları kitabdan oxuyurdular. Yusif gör necə də aramla ard-arda düzmüşdü sözləri. Sonra mənə dəsmalı uzatdı və be-lə dedi:

–Ey talib! Bu dəstəmaz Həzrəti Cəfər Sadiq ədəbinə uyğundur. Cənabı-Haqq Ərənlər dərgahında və dəstə-mazında sabitqədəm elə! Allah, eyvallah! Hu, dost!

Daha sonra isə əlavə etdi:

–Elədiklərimə fikir ver! Eynisini təkrar elə! İndi iki rükət namaz qılacağıq. Bu sənin cənazə namazındır. Bun-dan əvvəlki varlığından xilas olmaq mənasındadır.

Otaqdan çıxdıq. “Meydana çıxacağıq”, – deyə mənə yuxarını göstərdi. Yuxarıya çıxanda dar qapıdan içəri keç-dik. Kətillərin qabağındakı dərilərin qarşısında əyilib səc-də etdikdən sonra mənə “gir və otur”, –deyə işarə etdi.

Bura olduqca geniş otaq idi. Ən diqqət çəkən yerin-də – dərinin üstündə Əhməd baba oturmuşdu. Hər iki tə-rəfində dərvişlər düzülmüşdülər. Bu dərvişlərdən birini tanıyırdım. Bu, dərviş paltarının içində olduqca təvazökar görkəm alan Arif ağa idi. Dərvişlərdən bu tərəfdə isə baş-larından çiyinlərinə kimi ağappaq şala bürünmüş beş qa-dın oturmuşdu. Bu qadınlardan da birini tanıyırdım. Bu da Zəhra xanım idi.

Bir hissəsini başa düşdüyüm, bir hissəsini isə başa düşmədiyim bir sıra dualar edildi, Babanın qarşısına gə-ləndə xüsusi hərəkətlər başladı. Bunların hamısını yadda saxlamaq istəyir, sonra unutduğumun fərqinə varır və ümidsizliyə düçar olurdum.

Nəhayət, Yusif ayağa durub Babanın qarşısına keç-mək üçün yol göstərdi mənə. Əhməd baba saf, dupduru ifadə ilə üzümə baxdı. Bu üz ifadəsində nə yaxşı, nə də pis heç nə görmürdüm.

–Ey can, – deyə sözə başladı, – bu yerə, bu məkana niyə və necə gəldin? Haqq eşidib, Haqq bilib, Haqq görüb gəldin. Can, sən Muhəmmədin, Əlinin və on iki İmamın qatarına qatılıb, pirimiz Həzrəti Hünkar Hacı Bəktaş Vəli sahibimizin ərkanı aliyyələrinə girmək istəyirsən. Bu yol çətindir, çətinlikləri çoxdur. Dəmir ləbləbidir, qılıncdan incə, qıldan kəskindir. Atəşdən köynəkdir. Ərənlər də be-lə buyurublar: “Biz, bizə tərəf gələnlərə belə deyirik: “Gəlmə! Gəlmə! Dönmə! Dönmə! Gələnin malı, gedənin canı!”

Lakin kimsə səni təşviq və ya məcbur etməmişdir. Əgər görüb eşitdiyini Haqq deyə qəbul etsən, Haqq yo-lunda qurban getməyə hazırsan deməkdir. Yox, əgər vic-danın razı olmasa, ərənlər yolunda məcburiyyət yoxdur, geri qayıdarsan. Sonrakı peşmançılıq fayda verməz. Haqq ərənlərdən verdiyi, verəcəyi öyüdlərlə, məsləhətlərlə hə-rəkət edəcəksən? Burda olanların hər biri iqrar sahibi haqq olanlardır. İqrarına indi şahid olduqları kimi, yolu-muzdan dönsən, məhşər günü də sənə şahidlik edəcəklər. Bu barədə əməlli-başlı düşünmüsənmi? Nə deyirsən?

Nə deyəcəyimi çoxdan bilirdim. Əhməd baba da nə cavab verəcəyimi bilirdi. Amma öz-özümə:

–Görəsən, – dedim, – bu meydana çıxıb, buraya kimi gəlib sonra vaz keçib gedən olub? Olubsa, axırı necə olub?

Bu ağıl nələrə qadirdir, Tanrım, dayanmadan düşü-nür…

–Allah, eyvallah, razıyam, – dedim və dər adlanan məqama niyaz etdim.

Əhməd baba bu dəfə meydandakılara xitab edib:

–Ərənlər, – dedi, – bu can üçün nəsə deyəcəksiniz? Onu qardaşlığınıza qəbul edirsiniz?

Meydanda olanların hamısı bir ağızdan:

–Allah, eyvallah, – deyərək başlarını önə doğru əyib qaldırdılar. Bu qəbul edilməyim mənasına gəlirdi.

Əhməd baba təzədən üzünü mənə çevirdi:

–Ey can! Rizayi-Haqqdan və ərkani-təriqdən və pən-di-mürşiddən və rəhbərdən bir addım da olsun ayrılma-yıb, On iki İmamımızın ictihadi-cəlilələri və pirimiz Hün-kar Hacı Bəktaş Vəli əfəndimizin seyri-süluki səniyyələ-rinə tabe olaraq təriqi-müstəqimi-şəriət və üsuli-qədimi-təriqətə, kamali-təməssük və təvəssül birlə sülukünüzdə aşiq və qərarınızda sadiq olacaqsınızmı? Təkliflərimizi, tənbehlərimizi qəbul edəcəksinizmi? Verdiyimiz təlqinləri və etdiyimiz nəsihətlərə haqqı ilə əda edəcəksinizmi? Bu yolda sizin zamininiz varmı?

Yusifin gur səsini eşitdim:

–Allah, eyvallah!

Əhməd baba mənə dönüb:

–Yaxşı, − dedi, – yerinizə oturun! Ərənlər sizə yaxşı düşünmək üçün vaxt verir.

Üsuluna uyğun olaraq salam verib keçib yerimə otur-dum.

Bəs indi nə olacaqdı? Hər şey yolunda gedirdi axı, mənə verilən vaxt nə idi belə? Bu müddət elə qəhvə falla-rındakı vaxt kimi idi. Bilmədən bəlkə nəsə hörmətsizlik eləmişdim? Amma yox, ayin necə varsa, eləcə də, olduğu kimi davam edirdi. Əgər hardasa səhv etsəydim, ayini də saxlayardılar. Halbuki ayin olduğu kimi davam edirdi. Xidmətçilər xidmət edir, dualar oxunur və çıraqçılar çı-raqları bir-bir yandırır, Əhməd baba ilə uzun-uzun qarşı-lıqlı salamlaşırdılar.

Birdən Əhməd baba yerindən durdu və digər dərinin üstündə dayanıb namaz qılmağa başladı. Uzun-uzadı du-alar etdi. Geri qayıdıb öz dərisinin üstündə oturandan sonra üzünü mənə çevirib:

– Ərənlər, – dedi, – bizim yolumuzda mürşidə var-maq üçün bir rəhbər lazımdır. Burdakı canların hər biri iqrar və iman sahibi, rəhbərlik etmək iqtidarında olan in-sanlardır. Rəhbərliyinə kimi istəyirsən? Tez get, seçdiyin rəhbərin qarşısında niyaz et!

Qalxdım, Yusifin qarşısına keçib niyaz etdim. O da mənə eyni şəkildə qarşılıq verdi. Əhməd baba üzünü Yu-sifə çevirib:

– Ərənlər, – dedi, – bu can sizin ona rəhbərlik etməyi-nizi istəyir. Qalx, ərkanı-Həzrəti Muhəmməd, Əli və təri-qəti Hünkar Hacı Bəktaş Vəli üstünə bu canın rəhbərliyini icra etməyə başla.

Yusif ayağa durdu, “Allah, eyvallah,” – dedi. İndi də Yusiflə Əhməd baba arasında qarşılıqlı dualar bir-birini izləyirdi.

Nəhayət, Yusif məni meydandan çıxartdı və boynu-ma yundan bir ip keçirtdi. Sonra təzədən içəri keçməyimə icazə verdi və boynumdakı ipi alıb Əhməd babaya uzatdı. Baba yenə dualar oxudu və boynumdakı ipi təzədən Yu-sifə verdi. Yusif məni demək olar ki, hər dəri parçasının qarşısında saxlayaraq nəsihətlər edir, dualar oxuyurdu. Sonra məni təzədən Əhməd babanın hüzuruna gətirib bunları dedi:

–Bismi şah! Allah Allah! Əli ərdə, özü dərdə, üzü yer-də, Haqq hüzurunda, Muhəmməd Əli divanında, pirimiz Həzrəti Hünkar Hacı Bəktaş Vəli sahibimizin meydanın-da, On iki İmam və on dörd məsumun dostlarını dost bi-lib düşmənlərindən uzaq durmaq şərti ilə və Haqq Ərən-lərin verdiyi nəsihətlərlə hərəkət etmək üçün yalınayaq, başıaçıq, boynubağlı ərənlər meydanında Piri təriqət Sey-yid Muhəmməd Hünkar Hacı Bəktaş Vəli sahibimizin tə-riqi-nazənininə Mixail oğlu Sarı Abdullahın verəcəyi bir qoç qurbanımız var. Bu yöndə hansısa bir fərmanınız var-mı? Gətirəkmi? Allah, eyvallah!…

Əhməd baba bu dəfə yenə hüzurundakılardan so-ruşdu:

–Bu munis aşiq boynubağlı ərənlər meydanına gəlib qul və qəbul olmağı diləyir. Bu yöndə ərənlərin mərifət rəyini tələb edir. Bu candan razısınız?

Hamı qəbul etdiyini bir daha bildirdi. Bundan sonra Yusif məni babanın qarşısında diz çökdürdü və uzun dua oxudu. Bu uzun duaları heç çaşmadan oxuyan insanın Yusif olduğuna hələ də inana bilmirdim.

Əhməd baba boynumdan ipi çıxardıb yanına qoydu. Əlini uzadıb sağ əlimi tutdu. Baş barmağımı bərk-bərk öz baş barmağı ilə birləşdirdi. Mənə necə öyrətmişdilərsə, mən də eləcə babanın ətəyindən tutdum. Lakin bu öyrə-diləndən daha dəhşətli duyğu idi. Elə bil bu ətəyi burax-sam, yıxılacaqdım. Hara? Yıxılmaqdan qorxduğum yer kifayət qədər yüksək idi.

–Dediklərimi təkrarla, – dedi Əhməd baba, – bütün günahlarıma görə böyük Allahın məni bağışlamasını is-təyirəm. Bilərəkdən, ya da bilməyərəkdən, səhvən, gizli, ya da açıq bütün günahlarıma görə Allah məni bağışlasın. Bilinən və bilinməyən bütün günahlarıma görə Allah mə-ni bağışlasın! Tövbə edirəm. Allahım, sən gizlinləri bilən, eyibləri örtən və günahları bağışlayansan.

Deyilənlərin hamısını yüksək səslə təkrar etməyə başladım.

–İndi isə təkrar etməyəcək, ancaq və ancaq mənə qu-laq asacaqsan, – dedi Əhməd baba.

–Ey talib! Allah, Muhəmməd və On iki İmama iman gətir. Məzhəbini bir bil. Həqiqi mürşidini Əli, rəhbərini Muhəmməd bil. Yalan demə, haram yemə. Dedi-qodu et-mə. Şəhvətə uyma. Əlinə, belinə və dilinə sahib ol. Qürur-lanma və kin saxlama. Heç kimə paxıllıq etmə. Gördüyü-nü ört, görmədiyini demə. Əlinlə qoymadığın bir şeydən yapışma. Əlinin getmədiyi bir yerə də əlini uzatma. Sözü-nün keçmədiyi yerdə söz demə.

İbrətlə bax. Yumşaq de. Özündən kiçikləri sev, özün-dən böyüklərə hörmət et. İqrarın saf olsun. Haqqı özündə bil. Ərənlərin sirrinə vaqif ol. Həqiqi mürşidin Əli, rəhbə-rin isə Muhəmməddir. Məzhəbin Cəfəri, güruhun nacı, pirin Hünkar Hacı Bəktaş Vəlidir. Özünü bu yolda daim sabitqədəm elə. Əvvəli Hu, axırı Hu.

Dualar və gəzişmələr bir müddət də davam etdi. La-kin artıq mən tamaşaçı idim. Baxırdım, amma durmadan Babanın dediklərini düşünürdüm. Bunlar çətin andlar idi. Burada hazır-nazir olanların hamısı, demək olar ki, bu andları qeydsiz-şərtsiz yerinə yetirirdilər. Əgər belə idisə, onda bu gördüyüm insanlar hamısı Müqəddəs idilər. Bəs, elə olmasalar? Bəs, birdən mən bu andlardan hansınasa uymadım, əməl etmədim, əməl edə bilmədim. Onda necə olacaq?

Öz-özümə: “Bunlar bir neçə gündə öyrəniləcək şeylər deyil, Pyotr, – dedim, – İnşaallah, yaşayarıq görərik”.

***

İndi düşünürəm ki, Arif ağa düz deyirmiş. Sən demə, doğrudan da onların başlarına bəla imişəm. Məndən son-ra evin bütün səliqə-səhmanı dəyişdi. Artıq yeməyi tək yemirəm. Xədicə xanım və on dörd yaşında olan Zeynəb xanım məndən qaçmır. Ailənin bir üzvü idim artıq. Bu, əl-bəttə olduqca xoş idi. Amma əvvəlcə ağlıma heç gəlmə-yən, heç hiss etmədiyim və rastlaşmadığım hadisələrlə rastlaşıram indi. Məsələn, Arif ağa kimi mühüm insan, hamıya hörmətlə yanaşan şəxs, sən demə, çətinlik çəkir-miş. Bunu bu yaxınlarda öyrənmişəm və ilk dəfə eşidəndə gözlərim heyrətdən böyümüşdü.

− Bir kilo odunun, ya da bir kilo düyünün qiyməti bi-lirsən neçəyədir, Sarı? – kimi şikayətlər tez-tez eşitdiyim sözlərdən idi. Əslində, Arif ağanı üzən hadisə ərzaq mal-larının bu qədər bahalı olması deyildi.

− Oğlum, Sarı, – deyirdi, – bir tüfəngi almaq üçün sərvət ödəməlisən hardasa, bir qılınc almaq istəsən, yenə eyni vəziyyət. Dövlət tüfəng verib ondan istifadə etməli-yik, belə deyirlər. Bilirsən, bunu belə deyənlər kimlərdir? Alimlər, bəylər, ağalar. Ömürlərində bir dəfə də olsun müharibə üzü görməmiş varlılar… Yeniçərilər tüfənginə, qılıncına görə canını verir. Yaxşı, deyək ki, dövlət bu tü-fənglərin üstündə dayanır. Partlayarsa, düzgün partlaya-caq, yoxsa partladanın beyninimi partladacaq? Bilinmir. Özü də heç bilinmir. Belə olanda tüfəngə can təslim et-mək olarmı? Gedərik, bazardan ən yaxşısını alarıq. Hələ nə qədər alarıq? Bunu heç bizdən soruşub-eləyən də yox-dur.

Arif ağanı ziyarətə gələn yeniçərilərdən Mahmud ağa yadıma düşdü birdən. Mahmud ağa parça alveri ilə məş-ğul olurdu. Özü də bildiyim qədər pis dolanmırdı. Bir də-fə mən də Arif ağaya belə bir təklif etdim:

Ağam, – dedim, – bəlkə siz də ticarətlə məşğul olası-nız.

Cavabında çətin vəziyyətdə qaldığı, əsəbiləşdiyi vaxtlarda elədiyi kimi bığlarını yolmağa başladı:

− Bu ocaq belə işlər üçün qurulmayıb, Sarı, – dedi, – Bu ocaq dini dövlət üçün qəza məqsədi ilə qurulub. Bu ocaq padşahımızı həm daxili, həm də xarici − hər hansı təhlükədən qorumaq məqsədi ilə qurulub. İndi isə vəziy-yəti özün görürsən də… Yoldaşlarımızın hərəsi bir yol tu-tub və o yolda irəliləyir. Ayaqqabıçı, qəhvəçi, şirniyyatçı, parça alverçisi… Bir sözlə, ağlına nə gəlirsə, bütün işləri görürlər. Onları qınamıram. Pis iş görmürlər. Hamısının oğul-uşağı var. Hamısı ailəsini dolandırmalıdır. Ailələrini dolandırmasalar, kim dolandıracaq? Ruzilərini kim verə-cək? Ruzini bir kənara qoyaq, tüfəngi, qılıncı kim alacaq? Səfərə yola düşəndə ailənin dolanışıq pulunu kim ödəyə-cək? Yeniçəri səfərə gedəndə nə vaxt qayıdacağını bilmir axı. Allaha çox şükür, yoldaşlarımız arxada qalanların əlindən tuturlar. Əllərindən gəldiyi qədər − üç-beş qəpik kömək edirlər. Onlar da olmasa, neyləyərik?

−Bəs sən, ağam, niyə pul qazanacağın işlərlə məşğul olmursan?

− Bax, Sarı, – dedi, – hər daş öz yerində dayanmalıdır. Vəziyyət olduqca ağırdır. Bir tərəfdə rus, bir tərəfdə al-man, sərhədlərimizə hücum çəkir. Əgər boş dayansaq, inan ki, nə dövlət qalar, nə paytaxt, nə də taxt-tac! İstan-bul da daxil olmaqla, hər şey əldən gedəcək. Kim döyü-şəcək? Bu gördüyün yeniçərilərin, elə bilirsən, hamısı sa-vaşacaqlar? Yox, müharibəyə getməyənləri qınamıram, qətiyyən. Onların da özlərinə görə xidmətləri var. Ən azı, gözümüz arxada qalmır.

Buralarda gördüyün yeniçərilərin isə ya biri, ya da ikisi müharibəyə gedər. Mənim atam Kazım ağa da, ba-bam Cəfər ağa da yeniçəri idi. Mən onların danışdıqlarını dinləyərək böyümüşəm. Deyirdilər ki, onların dövründə kafir orduları harda yeniçərilər yoxdursa, ordan hücum çəkirmişlər. Çoxlu yeniçəri görəndə özlərindən asılı ol-madan səfləri pozulurmuş. İndi elədir məgər? Padişahı-mız səfərə getmir. Lap tutaq ki, padişahımız səfərə çıxmır, əgər çıxsa, Allah göstərməsin, çıxsa və əsir düşsə, nə ola-caq? Kim bunun hesabını ödəyəcək? O səfərə getməyəndə isə alimlərin, əyan-əşrəfin hansı durub səfərə gedəcək ki? Zadəganlar gizlənmək üçün deşik axtarırlar. Ordunun mənəviyyatı da ancaq bizim kimi dərvişlərin öhdəsində qalıb. Ordu deyəndə ilk yada düşən onsuz da bizik. Krım əldə çıxıb, bilirsən. Rumelinin və Anadolunun əsgərləri əyan-əşrəfin ağzının içinə baxır. Əyan əgər müharibəyə getməsə, hamıonlar kimi edəcək. Belə vəziyyətdə ordunu bir yerə cəm edən yenə də yeniçərilərdir. Bizim əyanımız yoxdur, əşrəfimiz yoxdur. Əyanımız dövlətdir. Dövləti-miz əldən getsə, neyləyərik? Onun üçün də səngərlərdə, qalalarda ancaq biz dayanırıq. Amma belə necə dayanaq? Buna görə də, heç olmasa, bir hissəmiz başqa işlərə əl at-mamalıdır. Əslini unutmamalıdır. Təlimindən əl çəkmə-məlidir. Heç olmasa, bir hissəmiz qəzavatla məşğul ol-malıdır. Bax, mənim seçdiyim yol da elə budur. Başqa bir yol bilmirəm, bilsəm də, eləmərəm. Noxud satdığı gün Arif ağa öləcək. Amma vaxt keçdikcə vəziyyətimiz daha da çətinləşir. Kafirlər hər gün silahda, elmdə daha da irə-liləyirlər. Daha üzbəüz dayanmadan belə ordumuzun ya-rısı şəhid olur. Xəyanət artıb, mərdlik azalıb. Çörəkçi, ayaqqabıçı qəzavata gedə bilməz, inan mənə.

Mən yalnız indi Arif ağanın bəzən birdən-birə niyə kədərləndiyini, dövlət söhbətlərində niyə qəzəbləndiyini anlayırdım. Gülə-gülə danışdığı yerdə birdən ağlamağa başlamasının da altında elə bu səbəblər yatırdı bəlkə də. Gələcəkdən narahat olurdu. Bu gününə görə ehtiyatlanır-dı.

Pyotrdan dönüb Abdulla olandan sonra İslambul əhalisini tanımağa başlamışdım. İki ildir ancaq Bəktaşilər və yeniçəriləri görmüşdüm. Kafirləri də bunlara əlavə et-sək, düşünürdüm ki, şəhər ancaq bunlardan ibarətdir. Əs-lində elə deyildi. Bunu, şəhəri gəzə-gəzə daha yaxşı başa düşürdüm. Alimlər bu fərqliliyin ən əsas hissəsini təşkil edirdi. Onlar, əsasən, məscidlərin və mədrəsələrin ətra-fında yaşayırdılar. Artıq özləri üçün məhəllə də salmışdı-lar. Ətraflarında çox vaxt tələbələri olur, vaxtlarının bö-yük əksəriyyətini məhəllələrində keçirirdilər. Məcburiy-yət hiss etmədikcə kənara çıxmırdılar. Bizimkilər də on-ların məhəllələrinə getmirdi. Arada hər iki məhəlləyə ge-dib-gələnlər var idi. Amma çox az adam belə edirdi. Sanki bir-birilərinin yaşadıqları həyatı sevmir, təqdir etmirdilər. Bu da hər iki tərəf arasında müəyyən gərginliklər yaradır, aralarındakı münasibətə mənfi təsir göstərirdi.

İslambulda qış çox sərt keçirdi. Hər yeri örtsəniz də, soyuq və nəm girməyə bir yer tapır, yavaş-yavaş içinizə işləyirdi. Lakin artıq soyuqdan çox da şikayət etmirdim, odunumuz quru idi, sobamız yaxşı yanırdı. Qızandan sonra soyumaq bilmirdi. Bundan başqa manqallarımız da vardı. Amma o insanı zəhərləyə də bilər. Ona görə də diq-qətli olmaq lazım idi.

Həyatımda manqal kimi həm isidən, həm də ağlımı başımdan alan bir dəyişiklik də vardı. Artıq otağımda tək yatmırdım. Bəli, səhv eşitmədiniz, tək yatmırdım. İsinir-dim və ağlım başımdan çıxırdı.

1772-ci ilin yanvar ayında Arif ağa məni indi on beş yaşında olan qızı Zeynəb xanımla evləndirdi. Artıq onun kürəkəni idim. Zeynəb xanımı isə dəli kimi sevən bir aşiq.

QALATADA CƏNG VAR

İnsanı titrədən fevral gecəsi sobanın ətrafında otur-muşduq. Arif ağa çubuq çəkir, Zəhra xanım dizlərində yatan Sabitin başını sığallayır, Xədicə xanım qızlarla da-nışır, biz də Zeynəblə gizli-gizli bir-birimizə baxıb gülü-şür, bunu hamıdan gizli etməyin zövqünü paylaşırdıq.

Arif ağa birdən yerindən durdu. Onun ayağa dur-ması ilə eyni anda qapı döyüldü. Yusifin səsi eşidildi:

− Ağam, mənəm, Yusif!

Bayırdan gələn səslərdən hiss olunurdu ki, Yusif tək gəlməyib. Xanımlar da nəsə fövqəladə vəziyyətin oldu-ğunu dərhal hiss etmişdilər. Yuxarı mərtəbəyə çıxdılar. Mən də qapını açmağa getdim.

Çöldə qar yağırdı. Qapını açan kimi əvvəlcə soyuq, sonra isə Yusif və yanındakı yeddi-səkkiz nəfərlik yeni-çəri qrupu içəri girdi. Təlaş içində idilər. O biriləri qapının ağzında gözlədilər, Yusif isə ayaqqabılarını çıxarıb mə-nimlə bir yerdə Arif ağanın yanına getdi.

− Xeyir ola, Yusif?

− Xeyir deyil, ağam! – deyə cavab verdi Yusif.

Arif ağa artıq heç bir sual vermədi. Xeyir, ya da şər, əsas o idi ki, Yusif tək gəlməmişdi.

Əsgərlərə de, içəri gəlsinlər.

Əsgərlər başlarına örtdükləri papaqları çıxarıb içəri girdilər. Arif ağanın əlini öpüb onun ətrafında hilal for-masında diz üstə yerə çökdülər.

− İndi danışın görək, nə baş verib?

− Kəndirçilər… – deyə sözə başladı Yusif, – Qalatada Qoca Həmzənin çayxanasını dağıdıb yağmalayıblar.

Arif ağa onların sözünü kəsdi və təlaşla soruşdu:

− Bəs Qoca Həmzə?

Yusif başını önə əydi, kədərli olduğunu və qəzəbini gizlətməyə çalışan bir səslə:

− Şəhid olub, ağam! – dedi.

Bu dəfə Arif ağa:

− Bəs kim şəhid edib onu? – deyə soruşdu.

− Kəndirçilərdən sıravi bir əsgər, ağam, – deyə Yusif cavab verdi.

Arif ağanın səsi buz kimi olmuşdu. Gözlərində dərin qəzəbin izləri görünməyə başladı.

− Bəs indi vəziyyət necədir?

− Bir saat bundan əvvəl altmış beşin və iyirmi beşin əsgərləri toplanmağa başlayıblar. Biz bura gələndə müx-təlif ortalardan əsgərlər qarşıya – Qalataya tərəf keçirdi-lər, – deyə cavab verdi Yusif.

− Bəs kəndirçilər?

− Kəndirçilər Oxçu Musanın altında Əməkyeməz məscidinin yanında yığışmağa başlayıb, tərsanəyə düşən küçədə istehkam qurublar, Ağam, – dedi Yusif. – Gəmi-lərə də hücum çəkiblər, bəziləri gəmilərdən topu götürüb küçələrdə istehkam qurublar.

− Buna bax, sən Allahın, – dedi Arif ağa öz-özünə de-di, – bilmirəm, Moskvanın kafiri ilə məşğul olaq, yoxsa burdakı avara-uvara ilə? Bir az da bu cür davam etsə, bir-birimizi qıracağıq. Bunlar, görəsən, heç düşünmür ki, əha-li artıq belə ikitirəlikdən bezib?!. Yorulub artıq. “Bahalıq”, “qıtlıq”, − deyə-deyə birtəhər yaşayırlar, bu üsyanlar da bir tərəfdən… Niyə baş verib bütün bunlar axı?

− Heç bir səbəb yoxdur, Ağam, – deyə cavab verdi Yusif, – üç nəfər kəndirçilərə sataşıb. Kəndirçilər çox imiş-lər. Qoca Həmzə baxıb ki, iş böyüyür, sakitləşdirmək üçün araya girib. Amma bu avaralardaböyüyə belə hör-mət qalmayıb. Onun üstünə hücum çəkiblər. Qoca Həm-zəni tanıyırsan da, o da qılıncını sıyırıb, elə həmin anda Simon adlı kafir kəndirçi piştovunu çıxarıb, düz ürəyin-dən vurub.

− Bəs bu davaya başlayanlar?

− Dediyim kimi, ağam, kəndirçilər çox imiş, Qoca Həmzənin yıxıldığını görən bizimkilər hücum çəkiblər. Amma heç nə alınmayıb. Üçünü də öldürüblər.

Yusif susdu. Ağasının verəcəyi cavabı gözləməyə başladı. Narahatlıqla gözləyirdi. Nəhayət dözə bilmədi:

− Neyləyək, ağam?

Arif ağa bezgin ifadə ilə:

− Neyləməliyik sizcə, yoldaşlar? – dedi, – neyləyəcə-yimizi əla bilirəm. O qədər əla bilirəm ki, canım sıxılır. Bu danışdıqların olmasaydı, daha yaxşı olmazdımı?

− Əlbəttə, yaxşı olardı, Ağam, – deyə cavab verdi Yu-sif. – Üç avara birləşib dava salır, Qoca Həmzə dünyasını dəyişir. Üç avaranın elədikləri bütün ocağı ayağa qaldırır. O boyda Hacı Bəktaş Vəli ocağında üsyan çıxır. Neyləyə-cəyik? Etməli olduğumuz ortadadır. Sən də bilirsən bunu, mən də. Bilirsən, Yusif, bilirsən. Durub geyinəcəyik, Mos-kva kafirləri ilə müharibəyə getdiyimiz kimi, əjdaha sifə-tində döyüşə girəcək, qan tökəcək, can alacağıq. Bilirsən, niyə? Çünki bunu eləməsək, ocaqda bir-birimizə inamı-mız qalmayacaq, sabah haqlı olanda belə bir-birimizi dəs-təkləməyəcəyik. Hamı bizə, “Bunlarda iş yoxdur, öldürü-lən yoldaşlarının qanını yerdə qoydular”, – deyəcək. Sa-ray və alimlər bizim qorxduğumuzu düşünəcək. Bunların hansı birisini qəbul edə bilərik? Bu da üç avaranın gördü-yü işin nəticəsi. Amma bu işin əsl məsuliyyəti kimindir, bilirsən? Əsl məsuliyyət əsgərlərinə yiyə durmağı bacar-mayan piyadabaşıların, odabaşıların, ocaq ağalarınındır. Təəssüf, gör nə vəziyyətə düşmüşük. Niyə otuz səkkizinci ortanın əsgərləri belə hadisələrə qarışmırlar? Niyə? Çünki “balıq başdan iylənir”.

Daha sonra əsəbi-əsəbi ah çəkdi:

− Məni burda gözləyin, – deyərək ikinci mərtəbəyə çıxdı. Bir azdan aşağı düşən Arif ağa bir zamanlar qara-basmalarımdakı Arif ağa idi. Başında zərli papağı, belinə çarpaz bağladığı piştovları, belində mənim üçün xüsusi xatirəsi olan qılıncı ilə elə dediyi kimi − əjdəha sifətində idi. Əsgərlərə üzünü tutub:

− Siz niyə silahsızsınız? – soruşdu.

Yusif:

− Ağam, yoldaşlar Yeni Odalarda bizi gözləyir, silah-larımızı ordan götürəcəyik, – deyə cavab verdi.

Bəs mən neyləməli idim? Hələ ki, qərara gələ bilmə-mişdim. Evdə arvad-uşaqla bir kişi xeylağı qalmalı idi. Amma qayınatam səfərə çıxırdı, mən necə onu tək qoya bilərdim? Mən də “yoldaş” idim axı. Sonra məhəllədə mənə “qorxaq” deyərdilər. Qəribə olan bu idi ki, Qalataya heç vaxt getməmişdim və indi belə qorxunc mühitdə get-məli olacaqdım.

− Ağam, – dedim, – mən də gəlirəm.

− İcazə istəyirsən, yoxsa əmr verirsən?

− Əstağfirullah, Ağam, əmr vermək nə həddimə? İca-zə istəyirəm, ağam, yoldaşlarımla bir yerdə olmaq istəyi-rəm.

Artıq fikrimi sözlərlə tam ifadə edə bilirdim.

− Gözlə, – dedi və təzədən yuxarı çıxdı. Aşağı düşən-də əlində bir papaq, iki dənə də piştov var idi.

− İki şərtlə icazə verəcəyəm sənə, Sarı. Birincisi, ya-nımdan heç yerə ayrılmayacaqsan. İkincisi, mən vurma-dıqca sən də vurmayacaqan!

− Baş üstə, ağam, – deyə cavab verdim.

Piştovları və papağı mənə uzatdı. Yusif bu gecə ilk dəfə güldü.

Sən də artıq yeniçəri oldun, nəzərim!

Qaça-qaça evdən çıxdıq və Yeni Odalara tərəf get-məyə başladıq. Harda küçə qurtarıb başqa bir küçə başla-yırdısa, həmin küçədə Yeni odalara gedən yoldaşlarla rastlaşırdıq. Yeni Odalara çatanda artıq iki yüz nəfərlik qrup idik. Bu böyük meydan arı pətəyini xatırladırdı. Lampalar, məşəllər, qışqır-bağırlar, qılınc və tüfəng, yeri-göyü titrədən addım səsləri xəyallarımda canlandırdığım məhşər meydanını yada salırdı. Otuz səkkizinci camaat ortası artıq yığılmışdı, orta işarələrini göstərə-göstərə Arif ağanı gözləyirdi. Çorbacı Mustafa ağa cəbhədə olduğuna görə orta komandanı Arif ağa idi və belə başa düşdüm ki, biz evdə vəziyyəti müzakirə edəndə ortanın əsgərləri Arif ağanın nə deyəcəyini narahatlıqla gözləmişdilər. Ağanı görən kimi orta hərəkətə gəldi və özlərini düzəltdilər.

− Salam, yoldaşlar, – deyə Arif ağa onları salamladı. Hamısı bir ağızdan bu salamı aldı. İki yüz nəfərə yaxın idilər və hamısı təpədən-dırnağa silahlanmışdı. Arif ağa onların zabitləri ilə bir müddət danışdı. Sonra cərgə ilə düzülən əsgərlərin qarşısından keçib hər birinin üzünə diqqətlə baxdı. Bəziləri ilə elə-belə danışdı. Sonra yenə cərgənin qarşısına çıxıb:

−Yoldaşlar, – deyə əsgərlərə müraciət etdi, – hamınızı burda görmək istəyirdim. Elə də oldu. Ocaqdakı birliyiniz təqdirəlayiqdir. Gecə demədən, qar demədən durub Qoca Həmzənin ölümü ilə bağlı haqq-hesab çəkməyə və ocağın namusunu xilas etməyə gəlmisiniz. Çox sağ olun!

Əsgərlər hamısı bir ağızdan, “sağ ol”, – deyə qarşı-lıq verdilər. Arif ağa isə sözlərinə davam etdi:

− Bu qaranlıqda qarşıya keçməyə ehtiyac yoxdur. Yə-qin ki, qarşıda da indi hazırlıq görürlər. Ona görə də bu gecə odalarımızda qalırıq, sabah sübh azanından sonra qarşıya keçəcəyik. Sizlərə əmr edirəm, qarşıya keçəndən sonra sadə xalqa və tacirlərə zərər vurmayın. Qeyri-mü-səlmanlara da toxunmayın. Soyğunçuluq etməyin. Kim belə hərəkət etsə, özüm şəxsən cəzasını verəcəyəm. Oca-ğın sahmanını qorumaq bizim üçün namusdur, onun na-musunu qorumayan isə namussuzdur. Unutmayın, rus əsgərləri ilə müharibəyə getmirik. Məqsədimiz qətlə yeti-rilən Qoca Həmzənin qanını yerdə qoymamaqdır. Bu qanı yerdə qoymayacağımızı hamıya göstərməkdir. Sizə hü-cum etməyənlərin üstünə hücuma keçməyin. Kəndirçiləri qırmaqla əlimizə heç nə keçməyəcək. Bundan ancaq dini-miz və dövlətimiz zərər görəcək. Haqlı olduğumuz bir məsələdə haqsız vəziyyətinə düşməyək. Günahkarlar öz cəzalarına çatan kimi bizim də qəzamız bitəcək. İndi isə gecəniz xeyrə qalsın!

Meydana baxanda hər tərəfdə hərəkətlilik olduğunu gördüm. Amma ən çox izdiham yaşanan orta məhz bizim orta idi. Bunu görən kimi istər-istəməz sevindim və fərqi-nə vardım ki, bu sevincin içində Arif ağanın da payı var.

Arif ağa, “Gecəniz xeyrə qalsın!” – demişdi, amma əsgərlərin hamısı ayaq üstə idi. Geniş otaqlar qışsoyuğu-nun, izdihamın və yandırılan sobaların təsiri ilə yayın isti-sinin hiss edildiyi, sazların çalındığı bir yer halına gəl-mişdi. Hamı danışıb gülürdü. Onlardan biri kimi bu qə-dər içəri ilk dəfə gedirdim. Mənə çox isti münasibət gös-tərirdilər, Arif ağanın kürəkəni olduğuma görə hörmət edirdilər. Mənsə hər yerə baxır, hər şeyi müşahidə edir-dim. Aralarındakı əlaqənin bu müddət ərzində hiss etdi-yimdən daha güclü olduğunu ilk dəfə burda gördüm. Mənə bəzi şeylər maraqlı gəlirdi.

Düz yanımda köhnə əsgərlərdən biri gənc əsgərlər-dən birini qucaqlayıb dodaqlarından öpür, yançaqlarını sığallayırdı. Belə qəribəlikləri görmüş və hiss etmişdim, amma öz gözümlə birinci dəfə idi ki, yaxından görürdüm. Əhməd baba da mənə, “Qulamparalardan uzaq dayan, oğlansevənlərdən uzaq dayan”, – demişdi onsuz da. Gör-düyüm bu mənzərədən heyrətə gəlmişdim və elə diqqətlə baxırdım ki, birdən Yusif məni dürtmələdi. Başqa yönə baxmağımı istədi.

Birdən ayıldım ki, ancaq mən fikir verirəmmiş bu se-vişən oğlanlara. Üzüm qıpqırmızı oldu. Hamı kimi mən də söhbətlə başımı qarışdırmağa çalışdım, amma yenə də Allah şeytana lənət eləsin, iki dəqiqədən bir maraq məni ora çəkirdi. Zeynəbi xatırladım, bir balaca toxtadım, yuxu gözümə necə gedibsə, heç xəbərim olmayıb. Mehmetin məni dürtmələməsi ilə oynadım.

− Sarı, oyan, səhər açılıb!

Səhər şorbamızı içəndən sonra ortalar və bölmələr şəklində Yeni Odalardan çıxdıq. Təxminən iki min nəfərə yaxın təpədən-dırnağa silahlı əsgər Əminönünə tərəf ad-dımlamağa başladıq. Tacirlərdən çox az hissəsi dükanla-rını açmış və işlərinə başlamışdılar. Bizi görən kimi baş-larını qaldırır, dərin təəssüf hissi ilə başsağlığı verirdilər. Onlar da bizə Qoca Həmzənin qanını yerdə qoymamağı məsləhət görürdülər. Bəziləri isə qorxudan mağazalarını açmamış, evlərində oturub hadisələrin sonunu gözləyir-dilər.

Uzun-uzadı səfərdən sonra nəhayət ki, yüzlərlə qa-yığın bizi gözlədiyi dəniz qırağına gəldik. Qalatanı qarşı tərəfdən ilk dəfə idi ki, görürdüm. Məşhur qülləsi bütün əzəməti ilə qarşımızda ucalırdı. Məhəllələr uzaqdan bi-zim Beltsinin görünüşünü xatırladırdı.

Qayıqlara mindik və insanın qanını donduran so-yuqda Qalataya doğru üzməyə başladıq. Daş binaların əhatəsində olan dəniz kənarında qayıqlardan endik. “Bə-şər övladı həmişə quruda yaşayar”, – deyirdi yoldaşlar. Kəndirçilər isə bunun əksini düşünürdülər hər halda. Çox sərt yoxuşlardan, daş binaların və kilsələrin yanından keçməyə başladıq. Bura bizim Əli Fakih və Hacı Həmzə məhəllələrinə qətiyyən oxşamırdı. Hətta biz tərəfdəki er-məni və yunan məhəllələrindən də çox fərqlənirdi. Belt-siyə isə çox bənzəyirdi. Həddindən artıq rütubətli havası və dözülməz iyi var idi. Öz-özümə burada necə döyüşə-cəyimizi düşündüm. Belə bir yerdə vurulub ölmək istə-mirdim. Bu qaranlıq, rütubətli və havasız küçələrdə öl-mək insanda çirkab dolu gölməçələrdə can vermək duy-ğusu yaradırdı. Bunu düşününcə istər-istəməz dodaqla-rımdan bir cümlə çıxdı:

− Ya Haqq Ərənlər, bizi qoru, köməyimiz ol!

Nəhayət, qüllənin dibinə gəldik. Gözlərimi ən yüksək bürcündən ayıra bilmir, hər yerə diqqətlə baxırdım. Qül-ləni adlayıb bir az da gedəndən sonra aşağıda – xaraba qa-lan bir mağazanın qarşısında minə yaxın yeniçəri gördük. Bura yəqin ki, Qoca Həmzənin çayxanası idi. İki qrup bir-biri ilə qucaqlaşır, bu hadisənin necə baş verdiyi, Qoca Həmzənin necə gözəl yoldaş olduğu haqda danışırdılar. Zabitlərin toplaşdıqlarını, izdihamdan xeyli uzaqlaşıb öz aralarında nəsə danışdıqlarını gördüm.

Qəfildən yoldaşlarımız hərəkətə gəldi. Əllərində si-lahları olan əlli nəfərə yaxın əsgər divarın dibi ilə irəlilə-məyə başladı. Zabitlər də bunların arasında gedir, biz isə arxadan onları təqib edirdik.

Xeyli yol qət edəndən sonra kəndirçilərin izinə rast gəlməyə başladıq. Yoxuşun dibinə köhnə əşyalar yığılmış, bununla da sədd yaradılmışdı. İstehkamların arxasında təpədən-dırnağa silahlı kəndirçilər, müsəlman və qeyri-müsəlmanlar cəmləşmişdi. Gərgin olduqları dərhal hiss olunurdu. Qabaqdakı yeniçərilər bu məsafəyə gəlib da-yanmış, qalan yeniçərilər isə dayanmaq məcburiyyətində qalmışdılar. Bizim tərəfdən bir yeniçəri qışqırdı:

− Ağalarımız sizinlə görüşmək istəyir.

O biri tərəfdən bir səs cavab verdi:

− Yaxınlaşmayın! Gözləyin!

Araya sakitlik çökdü və bir müddət beləcə gözlədik. Sonra istehkamın arxasından beş kəndirçi zabiti çıxdı. Yanlarında iyirmi nəfərə yaxın əsgərlə birlikdə bizə tərəf, daha doğrusu, ağalara tərəf addımlamağa başladılar. Ha-mı gərginlik içində idi. Ətrafa böyük səssizlik hakim idi və hər an açıla biləcək atəş aləmi qarışdıra bilərdi.

Uzaqdan Arif ağaya baxdım. Altmış dördüncü və iyirmi beşinci orta komandirlərinin yanında dayanmışdı. Sağ əli ilə qılıncını, sol əli ilə piştovlardan birini tutmuş-du. Boynunu uzadıb diqqətlə sağa-sola baxır, gözləri ilə də ərtafdakı binaları müşahidə edirdi.

Hər iki tərəfin zabitləri danışıqlara başladılar. Da-yandığım yerdən nə danışdıqlarını eşitmirdim, amma çox gərgin olduqlarını görürdüm. Bizimkilər nəsə istəyir, qar-şı tərəf də israrla rədd edirdi. Görüş uzanır, gərginlik azalmaq yerinə daha da artırdı. İçimdə qəribə bir hiss ya-ranmışdı. Hər an hər şey ola bilərdi. Birdən-birə gedən danışıqlar kəsilə, hər yer müharibə meydanına çevrilə bi-lərdi. İki əlim də piştovlarımın üstündə idi. Gözlərimi sü-rətlə ətrafda gəzdirir və arada diqqətlə Arif ağaya baxır-dım. Onun da vəziyyəti məndən fərqli deyildi. Sadəcə arada bir çevrilib kəndirçi zabitləri ilə nəsə danışırdı. Rən-gi qıpqırmızı olmağa başlamışdı. Get-gedə qəzəblənirdi.

Birdən Mehmet qışqırmağa başladı:

− Arif ağam, diqqət!

Tez Mehmetin baxdığı yerə baxdım, ağaların görüş-düyü yerdən bir az kənardakı üç mərtəbəli evin damın-dan iki kəndirçi tüfənglə atəş açmaq istəyirdi. O yönə atəş açmağa başladıq. İstehkamlardan heç kim atəş aça bil-mirdi, çünki öz ağalarını və əsgərlərini də vura bilərdilər. Görüşün keçirildiyi yerdə birdən-birə aləm qarışdı, mən də piştovlarımı çıxarıb atəşə hazır vəziyyətə gətirdim. Or-talıq duman içində idi, qılınc səsləri gəlirdi. O anda Arif ağanı gördüm. Sol əlindəki piştovun güllələrini bayaq da-nışdığı kəndirçi zabitinin başına necə boşaltdığını, zabitin başından axan qanı gördüm. Eyni anda Arif ağanın ona atəş açmağa çalışan kəndirçinin qolunu da qılıncla necə qopartdığının şahidi oldum. Ona tərəf getməyə çalışdım. Hər yerdən güllə yağırdı üstümüzə. Artıq ətrafımı çətin-liklə görürdüm. Yanına çatanda üst-başı, əlləri qan içində idi. Elə bildim ki, yaralanıb. Üzündə heç bir ifadə yox idi. Qəzəblə üzümə baxaraq geri qayıtmağımı istədi:

− Geri qayıt, Sarı, geri!

Artıq istehkamlardan atəş açmağa başlamışdılar. Bir neçə yeniçərinin fəryadı eşidilirdi. Qan içində yerə yıxı-lırdılar. Qabağa çıxan bütün kəndirçilər qan içində yerə uzanmışdılar. Yerdə qalan kəndirçilər də ağrıdan qıvrı-lırdılar. Qolu kəsilən bir kəndirçi qışqıra-qışqıra qolunu axtarırdı sanki. Arif ağa xəncərini bu yazığın ürəyinə sancdı. Bunu bəlkə də, onu ağrıdan xilas etmək üçün et-mişdi, hələ də bilmirəm. Gözləri qançanağına dönmüşdü. Əvvəlki adam deyildi. Səsi də dəyişmişdi. Dəmirdən dü-zəldilmiş alət idi, elə bil. Hərəkətləri ani və düşünülmə-miş görünürdü. Sadəcə hərəkət edirdi. Vəssalam.

Qolumdan tutdu və sərt səslə:

− Dala qayıdırıq, geri çəkilirik, – deyə qışqırmağa başladı, – eşidirsən, dala qayıdırıq…

Sürətlə çayxananın yanına tərəf qaçmağa başladıq. Hər tərəfdən üstümüzə güllə yağırdı. Yan küçələrdən də silah səsləri eşidilirdi. Ard-arda iki dəfə top atıldı, elə bil böyük bir divar yerlə-yeksan oldu. Onun altında qalanlar ağrı içində qışqırdılar. İstehkamlaragedən binaların üs-tündə dayanan bir xeyli yeniçəri gördüm. Onlar isteh-kamlara tərəf atəş açırdılar. Birdən fikir verdim, bayaq-dan heç kəsə atəş açmamışdım. Piştovum əlimdə olsa da, eləcə dayanıb durmuşdum. Bunun istəyib-istəməməklə heç bir əlaqəsi yox idi. Sadəcə bu qarışıqlıqda özüm üçün hədəf müəyyənləşdirə bilməmişdim. Bunun öhdəsindən belə tez və bacarıqla gələnlərə, sadəcə heyranlıqla tamaşa edirdim.

Çayxananın yanına gələndə dayanıb bir anlığına ar-xaya baxdım. Damların üstü yeniçərilərlə dolu idi. Kər-tənkələ kimi yerə uzanır, çevrilib atəş açır, sonra təzədən silahlarını doldururdular. Onlar bunu eləyəndə digərləri atəş növbəsini ələ keçirirdi. Yoxuş və istehkamlar cəsəd-lərlə dolu idi. Qarşımızdakı istehkamın dağıldığını, kən-dirçilərin və digər sadə camaatın aşağıya tərəf qaçdığını gördüm. Nəfəs ala bilmirdim. Sonra silah səsləri azalma-ğa başladı və kəsildi.

Döyüş nə qədər davam etmişdi? Səhər-səhər sübh azanı, Ətmeydanından dəniz qırağına gəlməyimiz, Qala-taya gəlməyimiz, danışıqlar, filan… İndi də günorta azanı oxunurdu. Atəş də ona görə dayandırılmışdı. İnana bil-mirdim. Mənə elə gəlirdi ki, bütün günü döyüşmüşük, halbuki döyüş cəmi yarım saat davam etmişdi.

Hər iki tərəf bir-birinin atəş məsafəsindən kənara çıx-mışdı. Kəndirçilər ilk barrikadalarının və ətraf binaların yeniçərilər tərəfindən ələ keçirildiyini görəndən sonra ge-ri çəkilmişdilər. Digər küçələrdə də vəziyyət eyni idi. İn-diki barrikada digərindən bir xüsusiyyəti ilə fərqlənirdi. Ortasında qoyulmuş böyük bir topun lüləsi düz bizə tərəf tuşlanmışdı.

Bir az bundan əvvəl müharibə meydanına çevrilən küçələrdə indi sakitlik hökm sürürdü. Eşidilən təkcə bir səs var idi: o da azan səsi. Bir küncdə meyidlərin birindən axan qan səki daşlarını islatmışdı. Başqa tərəfdə bir meyid köksündəki güllə yarası ilə divara söykənib, elə bil din-cini alırdı. Bir tərəfdə yerə düşən kəsilmiş əl, bir tərəfdə qollar, ayaqlar… Qısası, insanlar, insanlar və insanlar…

Azan səsi bitəndən sonra küçədəki insanların heç də hamısının ölmədiyini anladım. Böyük bir yas yerindən gələn inilti səslərinə bənzər səslər gəlirdi hər yandan. Ya kömək, ya su, ya da son anda analarının səsini arzulayırdı bu səslər.

Bizimkilərdən bəzilərinin silahlarını çıxarıb yoldaş-larına əmanət etdiklərini və bu insanlara doğru addımla-dıqlarını gördüm. Eyni anda qarşı tərəfdə − kəndirçilər arasında da hərəkətbaşladı. Silahsız yeniçərilər və kəndir-çilər əl arabaları ilə yaralılara və ölülərə doğru hərəkət edirdilər.

Sanki bu qaydalar əvvəlcədən müəyyən olunmuşdu. Və heç kim bu qaydaları əsla və əsla poza bilməzdi. İki tə-rəf də müzakirəsiz-filansız eyni işi görür və bilirdi ki, qar-şı tərəf ona məhz bu anda hücum etməyəcək. Öz cəsədlə-rini yığır, yaralıları da təcili şəkildə öz tərəflərinə aparır-dılar. Bütün bu səssiz və qarışıq vəziyyətdə ən qəribə işi görən Bəktaşi dərvişi idi. Bu dərviş heç kimə fikir vermir-di. Elə bil ki, dünya-aləm vecinə deyildi. Yanındakı iki nə-fərlə birlikdə binalardan su gətirir, küçəyə, axan qanın üs-tünə tökürdü. İki-üç dəfə bu işi təkrarladıqdan sonra su gətirməyi yoldaşlarına tapşırdı. Özü isə yekə bir süpürgə götürüb tökülən suların köməkliyi ilə küçədəki qanı tə-mizləməyə başladı. Heç nəyə fikir vermir, elə bil öz evini təmizləyirmiş kimi diqqətlə və ehtiyatla yerdəki qanı tə-mizləyirdi.

Bir saat içində bu üzücü və səssiz fəaliyyət bitdi. Hər iki tərəf sakitcə öz ərazisinə çəkildi. Küçə əvvəlkindən də sakit və təmiz idi.

Danışıqların faydasız, hətta deyərdim ki, zərərli ol-duğu meydana çıxmışdı. Elə bil heç kim yeni bir döyüşə hazırlaşmırdı. Elə bir ab-hava yox idi heç kimdə. İnsanlar uzanıb, ya da oturub söhbət edir, tütün çəkir və qəhvə içirdilər. Yeni bir döyüş olmadı və axşam düşdü.

Gecə olan kimi küçələrin kəsişməsində böyük bir ton-qal qalandı. Əhali çıxıb getdiyi üçün onsuz da binalar boş idi. Ona görə də bir hissəmiz binalarda, bir hissəmiz qa-lanan tonqalın ətrafında uzandıq və uzun-uzadı söhbət etməyə başladıq. Bu söhbətlərdə rəvayətlər müxtəlif idi. Dəniz yolu bağlanmış, burdan şəhərə, şəhərdən də bura heç bir keçid qalmamışdı. Hökümət təlaşlanmış, olacaq-ları maraqla müşahidə edir, öz mülahizəsinə uyğun ola-raq tədbirlər görürdü. Bəziləri deyirdi ki, saray artıq belə şeylərdən bezib. Hamını yığacaq, qarışıqlıq salanlar kim-lərdisə, cəzalandıracaq. Vəzirin nümayəndəsi gəlib danı-şıqlar aparır, tərəfləri sakitləşdirməyə çalışırdı. Söz-söhbət beləcə davam edirdi.

Sübh azanı oxunan kimi oyandıq. Bu qədər hərbə-zorba ilə keçən gündən sonra gecə gördüyüm yuxu ol-duqca gözəl idi. Səhərə kimi yuxumda Zeynəbi görmüş-düm. Bədənim burda, ruhum və fikrim isə evimdə idi.

Azandan dərhal sonra silah səsləri eşidilməyə başla-dı. Əvvəlcə narahat oldum, sonra baxdım ki, yox, heç kim yerindən tərpənmir, bir balaca rahatlaşdım. Sanki kim-lərsə ancaq “biz də burdayıq” demək üçün qarşı tərəfə atəş açırdı.

Hər şeydən bezmişdilər. Bezginliklərini yox etmək məqsədi ilə tez-tez atəş açır, sonra yenə öz qəhvələrini iç-məyə başlayırdılar. Kəndirçilər də eyni vəziyyətdə idilər. Elə bil hamı birinci gün verdiyi itkiləri bu oyun üçün ki-fayət hesab edir, yeni və daha qanlı bir günə başlamaq is-təmirdi. Əlbəttə, can qiymətlidir.

Sonra iyirmi beşinci ortanın çorbacısı Musa ağa əs-gərlərə xitab etmək üçün hamının ortasına kimi gəldi:

− Yoldaşlar, – deyə Musa ağa öz çıxışına başladı, − hal-hazırda vəzirin şəxsi nümayəndəsi ilə danışıqlar apa-rırıq. Qoca Həmzə yoldaşımızın qatilinin cəzasını vermək üçün onu bizə verməlidirlər. Danışıqlar bitənə kimi daha çox itki verməyi, daha çox qan axıdılmasını istəmirik. Bi-lirəm ki, axırıncı kəndirçini də məhv edə biləcək qədər gücünüz var. Lakin bunun nə sizə, nə mənə, nə də dövlə-timizə xeyri var. Buna görə də bu danışıqların nə ilə bitə-cəyini gözləməliyik.

Arada açılan atəşləri və edilən qarşılıqlı təhdidləri saymasaq, demək-gülməklə ikinci günün də axırına gəlib çatmışdıq. Qoca Həmzə kimi igid yoldaş, elə bil bu laü-balı vəziyyətə səbəb olmuşdu. Uzun müddətdir bir-birini görməyən yeniçərilər dərdləşir, söhbətləşir, xatirələrini danışır, aralarındakı inamı və sarsılmaz dostluğu daha da möhkəmləndirir, bir yerdə əylənirdilər. Bir neçə saat son-ra zabitlərin çoxdan qadağan etdiyi şərab və “köçək” de-dikləri oğlan rəqqasların meydana çıxması ilə əyləncə başladı. Mən çaşıb qalmışdım. Bu qədər qanlı hadisənin axırında bu cür əyləncənin olacağını heç vaxt düşünməz-dim. Bütün əyləncəyə məna qatan, hamıya həyatın əslin-də nə qədər mənalı olduğunu göstərən, ölümün bol oldu-ğu səhnə artıq başa çatmış, əyləncənin dərinliyinin və tə-sirliliyinin qiyməti ödənmişdi. Ölümə bu qədər yaxın olanların, kəlləsi qoltuğunda yaşayanların, üstəlik bunu evlərinin bir addımlığında – Qalatada eləyənlərin bu qə-dər əyləncəyə haqqı çatırdı. Onlar belə düşünürdülər. Bu düşüncə zabitlər içkini qadağan etdikdən sonra yaranan narazılıqda özünü göstərdi. Zabitlər bu vəziyyəti – yara-nacaq narazılığı yaxşı bildiklərinə görə köçək oynatmağı qadağan etməmişdilər.

Zeynəbdən ayrılmağımdan üç gün keçirdi. Yenə sübh azanı idi. Yenə qarşılıqlı əyləncələr və sıxıntı yaşanırdı. Artıq hamı illərin həsrətini üstündən atmışdı. Cəngin ki-şilərin qanını coşduran havası xeyli sakitləşmişdi. Dostlar öz aralarında:

− Bu gün burda olmalı olduğum üçün burdayam. Məhz bir yerdə olmalı olduğumuz üçün, – deyirdilər bir-birilərinə. Bu mənəvi ab-havanı hamı paylaşmışdı. Bəs, elə idisə niyə burdayıq bu saat? Niyə evimiz bu qədər ya-xında ikən çıxıb evimizə getmirik? Niyə sevgililərimizin isti, yumşaq qoynunda deyilik? Niyə gedib uşaqlarımızın və nəvələrimizin tərbiyəsi ilə məşğul olmuruq? Bu sual-ların cavabı onsuz da var idi. Bizim mübarizəmiz hələ də nəticələnməyib axı. Bunu niyə unutmuşuq ki?

Yavaş-yavaş narahatlıqlar artır, əsgərlər, “ya bu dö-yüş bitsin, ya da imkan versinlər bu kəndirçilərin hamısı-nı bir-bir qıraq”, – deyə deyinirdilər. Söyüşlərin biri bir qəpik idi. Artıq söyüşlərdən vəzirlər də öz nəsiblərini gö-türürdülər. Hamı sevinirdi. Bir anda oturduğumuz yerdə müharibənin bitməyini bayram edirdik. “Çox yaşa, Musa ağa!”, “Çox yaşasın ağalarımız!” səslərindən sonra hava-ya atılan piştovların səsi eşidildi. Halbuki Musa ağanın nitqi hələ bitməmişdi. O, səbirlə bu qarışıqlığın bitməyini gözlədi. Müzəffər və şirin təbəssüm dolu çöhrə ilə yetə-rincə izlədi, sonra öz zəfərinin şərbətini son damcısına ki-mi sevinclə başına çəkdi. O anda yanında dayanan Arif ağanın əsəbi tərzdə deyindiyinin fərqinə vardım:

− Buna bax da, elə bil Moskvaya qalib gəlib dəyyus, – deyirdi.

− Nə olub, Ağam? – soruşdum.

− Nə olmalıdır ki, Sarı, – dedi. – İndi qarşında daya-nıb özündən razı tərzdə gəzişən adam var ha… Bu dəy-yus, əslində, bu qədər səs-küyün və tökülən qanın səbəb-karlarından biridir. Ortasına sahib çıxsaydı, bu qədər qar-maqarışıqlığa da ehtiyac qalmazdı.

O əsnada Musa Ağa yenidən danışmağa başlamışdı.

−Yoldaşlar, min yaşayın! Hacı Bəktaş ocağının gücü-nü göstərdiniz. İşinizi, gücünüzü, evinizi, eşiyinizi qoyub döyüşə gəldiniz. Amma indi hər biriniz evinə, evi olma-yanlar da öz kazarmalarına geri qayıda bilər. Əhali bu qa-rışıqlıqdan qorxub, tədirgin olub. Qayıdanda qətiyyən heç kimə ziyan vurmayın. Hamının: müsəlman, qeyri-müsəlman, bizdən qorxmamasına şərait yaradın. Əhalini düşünün. Əhali ilə üz-göz olmayın. Unutmayın, Hacı Bəktaş ocağının gücü cəmiyyətlə, insanlarla birgə hərəkət etməyindədir.

Arif ağa da bu əsnada ətrafdakı əsgərlərə əmrlər ve-rirdi. Otuz səkkizinci ortanın əsgərləri sürətlə yığışmağa başladılar. Bir neçə təcrübəli əsgər Ağanın yanına gəlib yüksək səslə:

Hər şey hazırdır, ağam, – dedilər, – elə bir əksiyimiz yoxdur.

Ağa qətiyyən təmkinini pozmadan:

− Bəs yaralılarımız necə? – deyə soruşdu.

− Xeyr, ağam, yoxdur, – cavabını alandan sonra Arif ağa bir balaca rahatlandı. Dərin bir nəfəs aldı:

− Yoldaşlar, – deyə danışmağa başladı yüksək səslə, -vahid komanda halında istiqamətimiz Yeni Odalaradır. Yeni Odalara çatana kimi heç kim burdan ayrılmasın. Ha-ra gedəcəyiksə, bir yerdə gedəcəyik. Heç bir hörmətsizlik, uyğunsuzluq istəmirəm. Ortamıza yaraşacaq şəkildə hə-rəkət edək. Kiminsə başqa cür davrandığını görsəm, aya-ğını qıraram!

Hamı bir yerdə:

− Baş üstə, ağa! – deyə qışqırdı.

Gəldiyimiz yollarla təzədən qayıtmağa, dəniz qırağı-na enməyə başladıq. Arif ağanın qayğılı olduğunu dərhal hiss eləmək olurdu. Üst-başı qurumuş qan ləkələri ilə do-lu idi. Bunlar o qədər böyük idi ki, uzaqdan görünürdü. Birdən danışmağa başladı:

− Oğlum, Sarı, – dedi, − güc elə bir şeydir ki, öz hök-münü zamanla göstərir. Hacı Bəktaş Vəli ocağının əvvəlki gücü qalmayıb. Bunu səbəbini də Musa ağa kimilər var ikən, kənarda axtarmaq düzgün deyil. Nə atamın, nə də babamın dövründə belə hadisələr baş verməyib. Baş verə də bilməzdi. O dövrdə bir kəndirçinin təqaüddə olan ye-niçəri əsgərini vurmağı mümkün deyildi. Tutaq ki, işdir, elə bir şey oldu, tutaq ki, kəndirçilərdən biri dəli oldu, be-lə bir iş tutdu, kəndirçilər onu tutub öz əlləri ilə gətirib ocağa təslim verirdilər. Hələ bir üzrxahlıq da edirdilər. Güc elə bir şeydir ki, ağırlığı gərək uzaqdan hiss edilsin. Dayandığın yerdən gücü görəsən, hiss edəsən, fərqinə va-rasan. Gücünü göstərmək üçün ondan iki dəqiqədən bir istifadə etsən, bu təkcə bir şeyin göstəricisidir: artıq əv-vəlki gücdə deyilsən. Uşağına qarşı da, xanımına qarşı da belə olmalıdır. Bir baxışın kifayət etməlidir. Təkcə bir ba-xışla hər şeyi yerinə qoymağı bacarmalısan. Yox, qoya bil-mirsənsə, deməli, qocalmağa başlamısan, itlərin məsxərə-si olan qoca qurda çevrilmisən.

Ürəyini açmaq, ətrafında olan fikir dumanını yox et-mək üçün:

− Yox, – dedim, – maşallah, qocalmağınız heç görün-mür…

Əsəbi tərzdə mənə baxdı. Artıq kölə Pyotr deyildim. Kafir deyildim və üstəgəl Arif ağanın kürəkəni idim. O an anladım ki, o vaxt yediyim iki şillənin bənzərini hər an si-fətimdə hiss etməməyim üçün heç bir səbəb yox idi. Bun-ların heç biri səbəb deyildi. Yaxşı ki, sifətimə şillə dəymə-di.

− Dediklərimdən heç nə anlamamısan, axmaq! – dedi, – Mən qocalmasam, nə dəyişəcək? İki nəfər heç bir günahı olmayan kəndirçini öldürmüşəmsə, burda nə var ki? Bu-nun igidliklə heç bir əlaqəsi yoxdur. Həyat oyundur! Oyunu qaydalarına uyğun oynasan, udarsan. Arif ağa iki kəndirçini öldürməklə qürurlanırsa, onda nə oldu ki?! Mən sənə deyirəm, oyun dəyişib. Əvvəlkiqaydalara uy-ğun oynanılmır. Bu oyunda heç bir qayda qalmayıb. Mən bundan qorxuram.

Bir az susdu, sonra təzədən danışmağa başladı:

− Amma, qılıncı əlinə almısansa, haqqını verməlisən. Qılıncı əlinə alıb haqq meydanına girmisənsə, tərəddüd etməməlisən. Cəng meydanında tərəddüd ölümün qan qardaşıdır. Öldürməsən, öləcəksən. Cəngin qaydası bu-dur. Haqlı, haqsız, igid, qorxaq – heç nə düşünməməlisən. Bunları sonra düşünərsən. Əslində, heç düşünməsən daha yaxşı olar, amma… Amma qılınc bir dəfə qınından çıxıbsa, onu bir dəfə sıyırmısansa, al qana bulamadan yerinə qoy-mamalısan. Kəsilməli olan kəsiləcək, vurulmalı olan vu-rulacaq. Eyni ilə səni o mağaranın ağzında görəndə vur-duğum kimi…

Arif ağa birinci dəfə idi ki, məni yaxaladığı gün haq-qında danışırdı. Artıq qayıqlara minib qarşı tərəfə − şəhə-rə keçirdik. Qayığın arxa tərəfində oturub saçlarımıza sı-ğal çəkən mehə fikir vermədən odlu-alovlu danışırdıq.

− Onda məni niyə öldürmədin, Ağam? – deyə soruş-dum.

− Yaxşı pula gedərdin.

− Amma sata bilmədin.

− Hə, sata bilmədim. Çünki Hotinə çatanda Sabitin doğulduğu xəbərini aldım. Bunun, Haqq Ərənlərin bir işarəsi olduğunu anladım. Madam, Allah bu bəxtsizi sənə ürcah etdi, deməli, bir hikməti var, deməli, bunu əldən çı-xarmamalısan, – deyə düşündüm.

− Bəs, birdən tüfəngimə əlim çatsaydı, onda neyləyə-cəkdiniz?

Güldü, özü də uzun-uzadı güldü.

− Başını belə şeylərə yorma, Sarı, – dedi. – Bu qılıncı mən altı yaşımdan bəri qurşanıram. Atam rəhmətlik bü-tün gününü mənimlə keçirirdi. Tüfəngini heç vaxt əlinə ala bilməzdin. Ən xırda ehtimal belə yox idi. O, sənin təc-rübəsizliyinin sübutu idi.

Ətmeydanında bir az da vaxt öldürəndən, hamı bir-birini Allaha tapşırandan sonra Yusif və Mehmetlə birgə evə yola düşdük. Arif ağa yolda elədiyimiz söhbətdən bir balaca açılışmış, özünə gəlmişdi. Amma əhvalı bir çörək bişirənin sözlərindən sonra təzədən pozuldu. O, çörək mağazasının qapısının ağzında dayanıb Arif ağanı təbrik edəndə ağa dözmədi:

− Nəyi təbrik edirsən, ay yaltaq? Nəyi təbrik edirsən? Paltarımdakı qan toyuq qanıdır ki, təbrik edirsən?

BÖYÜMƏK

Bu keçmiş xasiyyətimdən qətiyyən əl çəkə bilməmiş-dim. Mənə anamdan keçən bir xasiyyət idi. Anam… Anam, görəsən, sağdır? Sağdırsa, nə işlə məşğuldur? Xa-siyyətimə gəldikdə, bu, təqvimlə bağlı idi. Anam da mə-nim kimi din dəyişdirmişdi. Atamla evlənənə kimi katolik olan anam evlənəndən sonra pravoslav olmuşdu. Amma təqvimini heç unutmurdı. Həmişə ona uyğun davranırdı. Mən də anamdan götürmüşəm bu təqvimi. İndi bir bu təqvim, bir də boynumda olan, arada ovuclarımın içinə götürdüyüm xaç keçmişimdən nişanə idi. İkisini də qo-ruyurdum.

Sabit də, maşallah, aləm uşaqdır. Düşünün, bu ölkə-də mənə, “ağam”, deyən ilk kişidir. Kişi deyirəm, çünki böyüklərin yanında özünü elə aparır. Həzrəti İsa əfəndi-mizin miladının 1870-ci ilində olduğumuza görə artıq on bir yaşındadır. Arif ağa demək olar ki, hər gün ona qılınc və piştovla davranmağın qaydalarını öyrədir. Ya özü edir bunu, özü də olmayanda başqası məşğul olur onunla. Bu düz beş ildir ki, beləcə davam edir. İndi artıq özü də ata olan, amma atasının yanından ayrılmayan və Əhməd Ba-baya hələ də xidmət edən Dərviş Mehmet həftənin üç gü-nü gəlib Sabitə dərs keçir.

Sabit düz dörd ildir ki, oxuyub yaza bilir. İndi daha çox nəfəsləri öyrənir. Onlar haqqında düşünür və suallar verir. Bəzən verdiyi suallarla məni və Arif ağanı əməlli-başlı tərlədir. Belə hallarda onu Mehmet babaya, daha doğrusu Seyyid Mehmet babaya həvalə edirik. Çünki, doğrudan da, olduqca çətin suallar verir adama. “Yolun dəstəmazı nədir?”, “Yolun orucu nədir?”, “Yolun həcci nədir?”, “Yolun zəkatı nədir?”

Əvvəl bu suallardan başlamışdı. Arif ağa da, mən də rahatlamışdıq. Burda nə var idi ki, uşaq maraqlanırdı və biz də sualların cavablarını bilirdik. Növbə ilə və xüsusi bir əda ilə, amma eyni zamanda ciddi vurğuyla dayanma-dan sayırdıq: “Yolun dəstəmazı: bütün pis xüsusiyyətləri bir kənara qoyub, xoşa gələn xasiyyətlərə uyğun davran-maqdır, hər zaman sidq ürəklə mürşidin ətəyindən yapış-maqdır”, “Yolun orucu yalan və zərərli şeylərdən uzaq durmaqdır”, “yolun həcci mürşidin ürəyinə girməkdir”, “Yolun zəkatı dünya nemətlərindən əl çəkmək və bu yox-sulluqla öyünməkdir”.

Əslində, uşaq ilk çətin suallarının bünövrəsini qoy-muşdu. “Təriflənəcək xüsusiyyətlər deyirsən, Sarı ağa, be-lə çıxır, kim tərifləyirsə, yaxşıdır, kim tərifləmirsə, pisdir? Ziyanlı şeylərdən qaçmaq deyirsən, bəzilərinə görə zərərli olan başqaları üçün zərərli olmaya da bilər…”

Keçən ildən etibarən suallar əməlli-başlı çətinləşmiş-di: “Hardan gəldik, hara gedirik? Əvvəl, axır Əlidir deyi-rik, bu nə deməkdir?”

Arif ağa bəzən bu suallardan əsəbiləşir, Sabitin üstü-nə qışqırır, “Mehmet babandan soruş, o, belə şeyləri sə-nə öyrətmir?” – deyirdi. Haqq Ərənlərin haqqı üçün de-yirəm, Mehmet baba bütün bunları uşağa gözəl, yumşaq dillə öyrədirdi. Ta ki, şahidi olduğum bir söhbətlərinə ki-mi…

− Babacan, – deyə Sabit sözə başladı, – Allah bizi necə yaradıb?

− Allah hər şeyə qadirdir, nəzərim, – deyə cavab ver-di Mehmet baba. Allah, “ol”, – desə, o şey dərhal olur. Bir zamanlar “kün” dedi, “kün” ərəb dilində “ol” deməkdir və bu “ol” əmri ilə bütün bu gördüyün aləmi və içindəki hər şeyi yaratdı.

Sabit dayandı, mavi gözlərini bərəldərək, diqqətlə üzümə baxdı. Elə bil məndən kömək istəyirdi. Hiss olu-nurdu ki, Mehmet dərvişin dedikləri onu qane etməyib. Yerdə diz çöküb oturmuşdu, dayanmadan qurdalanırdı. Mehmet babanın hücrəsinin torpağını eşirdi.

Bəs, babacan, Allah kimə “ol!” deyə əmr edib?

Mehmet baba heyrətləndi birdən-birə. Amma bilmək olmurdu ki, bu heyrətinin səbəbi nə idi? Cavabı bilmə-məyi, yoxsa bir uşağın belə bir sual verməsi?

−Nə istəyirsən, nəzərim? Bu sualı verməkdə məqsə-din nədir?

−Yəni, – deyə cavab verdi Sabit, – heç kim və heç nə yox ikən Allah “ol” deyə əmr edib? Sən mənə əvvəllər de-yirdin axı, yoxdan ancaq yox var olar. Elə isə yoxluğa “ol” deyə səslənməsi mümkün deyil. Bəs kimə səsləndi Allah?

−Bax, nəzərim, – deyə sakit-sakit danışmağa başladı Mehmet baba, pilləkən bir-bir çıxmaq üçün düzəldilir. Pil-ləkənləri iki-iki çıxmaq istəsən ya aralarda boşluq qalar, ya da yıxılarsan, şikəst qalarsan. Yolumuz da belədir. Sən indi bu fağıra hələ gəlib çatmadığın pillələri soruşursan. Hələ bir sırayla pillələri qalx, vaxtı gələndə o sualların ca-vablarını da öyrənəcəksən, inşallah.

−Yaxşı, ağlıma gələn sualın vaxtı gəlməyib ki?

Sabit artıq israr edirdi.

Mehmet babanın əsəbiləşdiyini birinci dəfə onda gör-düm. Əsəbi tərzdə:

− Yox, övladım, – dedi, – mürşid mütləqdir. Sıranın gəlib-gəlmədiyini o, müəyyən edir. Sonrası da sualı ver-dirənin kim olduğu da mühümdir. Bəli, sual gəlir ağlına, amma onu sənin ağlına kimin gətirdiyi də vacibdir. Vaxt-sız suallar, Allah göstərməsin, şeytani də ola bilər. Sualın imani, ya da şeytani olduğunu ayırd etmək, artıq mürşi-din vəzifəsidir.

Sabit Mehmet babanın əsəbiləşdiyini ya görmür, ya da heç buna fikir vermirdi.

− Amma baba, – dedi, – sən bu fağıra Hünkar Hacı Bəktaş Vəlinin adının çəkildiyi yerə şeytan girə bilməz de-mirdinmi? Mənim də yadıma gündə ən azı yüz dəfə hün-karımızın adı düşür. Onun adını zikr edirəm. Belə olan halda ağlıma şeytan necə girə bilər?

Baba yenə də əsəbiləşdi:

− Bax, övladım, – sakitliyini qorumağa çalışaraq dedi, – bir aşiqə bu qədər özündən əminlik yaraşmaz. İçindən Allah adını zikr edib şeytana əsir olan neçə-neçə adəm su-rətində iblislər tanıyıram mən. Adın zikr olunması yox, onun nə qədər ixlasla zikr olunması vacibdir. Bu ixlasın dərəcəsinə də yenə mürşid qərar verir.

Sabitin cavab verəcək halı qalmamışdı. Bağlanmışdı əməlli-başlı. Dayandı, məcburiyyət qarşısında susduğu dərhal hiss olunurdu. Qarışısındakı usta şir təlimçisi qə-tiyyən özündən çıxmır, özünü itirmir, normal dillə bu cür sualların cavabının dərhal verilməyəcəyini, bunun üçün səbrin vacib olduğunu sakit tərzdə başa salmağa çalışırdı. Seyid Mehmet baba uşağın könlünü almaq məqsədi ilə söhbəti təzədən eyni məcraya köklədi:

− Yaxşı, nəzərimin başqa sualı var? Yoxsa bu günlük bu qədər kifayət edər?

Birdən Sabitin gözlərinin balaca, şıltaq uşaqlara xas ifadə ilə işıldadığını gördüm. Babaya hörmətsizlik sayıl-masa, tez ayağa durub:

− Bəli, bu günlük bu qədər kifayət edər, – deyəcək-dim. Deyə bilmədim. Çünki Sabit:

− Var, babacan, – dedi sakit bir səslə, – bir sualım da var.

− Ver, görək, – dedi Mehmet baba.

− Babacan, sən mənə öyrətmişdin ki, əvvəlcə Allah var idi və başqa heç nə yox idi. Sonra Allah, “Mən bir giz-li xəzinə idim və bilinmək istədim,” − hədisinə görə bi-linmək istədi və aləmi, əşyaları yaratdı. Elə deyil?

− Bəli, elədir, – cavab verdi Mehmet baba, – eynən elədir.

− Yaxşı, babacan, – deyə davam etdi Sabit, – bilinmə-yi istəmək, məşhur olmağı istəmək zəiflik deyilmi?

Bu sual qala divarlarının altından qoyulan dinamit təsiri göstərdi otaqda. Mehmet baba qızardı. Bir müddət bığlarının ucunu gəmirdi, daha sonra:

− Haşa, haşa, – dedi, – bu gün sənin ağlına nə girib belə?

Biz ayağa durmuşduq. Geri-geri gedərək hücrə qapı-sından çıxmağa hazırlaşırdıq. Babaya niyaz etmək istə-yəndə onun əlinin tərsini görüb, etiraz etmədən qaçaraq çölə, isti iyun günəşinin altına çıxdıq.

Bayırdakı iyun istisi Mehmet babanın isitdiyi otağın yanında payız küləyi kimi idi. O an bağçadakı çardağın altında geniş divanda oturan Əhməd babanı gördüm. Su-yun insanı qeyb aləminə daldıran səsindənmi, yoxsa də-rin düşüncədənmi qaynaqlandığını bilmədiyim dalğınlıq-la oturub çubuq çəkirdi.

Sakitcə bağçadan çıxıb gözdən itmək istəyirdim. Niy-yətim bu idi. Sabitin Əhməd babanı qəzəbləndirəcəyin-dən qorxurdum. Elə çıxmaq istəyirdik ki, Əhməd babanın səsini eşitdik:

− Abdullah, nəzərim, mürşidindən qaçırsan?

Əhməd babanın bu sözlərindən sonra geri qayıtmaq məcburiyyətində qaldım. Sabitlə birlikdə Babaya niyaz et-dik. Diz çöküb qarşısında oturduq.

− Mehmet baba hələ gəncdir. Gənclik və mücərrədlik5 bəzən çox çətin olur. Dözmək olduqca müşküldür. Uşaq-lara isə, “səbirli ol”, demək, ümumiyyətlə, mümkün mə-sələ deyil.

Deməli, dalğınlığı, aramızdakı otağın divarları Əh-məd babaya içəridəki hadisələri eşitməyə mane olmamış-dı. Bir az qabağa gəlib, əlini uzadıb Sabitin saçlarını sı-ğalladı:

− Nəzərim, səbirli ol, bir gün hər şey gözünə açıq-aş-kar görünəcək, maraqlandığın şeylər azalacaq, o zaman Allaha ürəyində: “Kaş, daha az şey biləydim”, – deyə dua edəcəksən. Ona görə də tələsmə.

Sabit, gördüyü diqqətdən bir balaca qürurlanmış, qı-zaran üzünü aşağı salmışdı.

“Budur, – dedim içimdə. – Boş yerə bu ataların birinə “camallı”, digərinə “cəlallı” demirlər”.

Əhməd babaya təkrar niyaz etdik və evimizə doğru yola düzəldik.

Yanımda tez-tez yeriyən bu uşaq ağa oğlu idi və bu-nu əsnafa rəftarı ilə açıqca göstərirdi. Bağçada oynayan, evdə Zəhra xanımın dizinə sərilib yatan, tək oğlan uşağı olduğuna görə Xədicə xanıma ərköyünlük göstərən, sanki o deyildi. Əsnafla yaşına uymayan ciddi ədayla salamla-şır, atasından aldığı dərsləri, hafizəsinə həkk etdiyi hərə-kətləri təkrarlayırdı.

Yenə də Arif ağanın Sabitə görə qayğılandığını öyrə-nəndə, düzünü desəm, çaşbaş qaldım. Çaşqınlığımı bö-yüdən səbəb o idi ki, Arif ağa oğlunun Bəktaşi təriqətinə və oxumağa-yazmağa maraq göstərməsindən narahatlıq keçirirdi. Arif ağa da Bəktaşi idi, tam yaxşı olmasa da, oxumaq-yazmaq məsələsində babat idi. Bəs onda bu qay-ğılar, narahatlıq nəyə görə idi?

− Yeniçəriyə Bəktaşiliyin azı qərar, çoxu zərərdir, Sa-rı, – deyərdi, – Mənim cəddim əzəldən yeniçəridir. Bilir-sənmi, bizim nəsildən sıravi əsgər çıxıb, zabit çıxıb, amma bir dənə də olsun çorbaçı62, ya da daha böyük rütbəli zabit çıxmayıb. Mən istəyirəm ki, Sabit şeytanın qıçını qırsın. Silah təlimində çətinlik yoxdur. Həvəslə öyrənir, amma bilmir ki, Bəktaşilikdə dərinə getməsi onun qəlbinin yum-şalmasına səbəb olar. Vurması lazım olan yerdə lazımı qaydada vura bilməz, can almaq lazım gələndə bağışla-yar, öz başına iş açar, fəlakət gətirər. Bizim peşəmizdə mərhəmət ancaq düşünülərək edilən, yüz dəfə ölçüb bir dəfə biçilən şeydir, Sarı. Mərhəmətin nə vaxt zəiflik və acizliyə çevriləcəyini qabaqcadan bilməzsən. Həyat de-dikləri bu oyunda bizim payımıza az düşüncə, çox qərar düşüb. Bunu inkar eləmək olmaz. Qorxuram ki, bu uşaq iki yolun ayrıcında qalsın. Bir tərəfdən cəlladlıq, bir tərəf-dən eşq yolu – çətin işdir. Adəm oğlunun içinə qurd salar, nəfsində daralma yaradar. İkisini də birdən yaşamağa cəhd etsən, heç birindən ola bilməzsən. Necə ki, təriqəti-mizin böyükləri deyiblər: “Hər yerdə olan heç bir yerdə-dir, bir yerdə olan hər yerdədir”. Bu uşaq dərvişlik, atalıq yoluna qoşulsa, təriqətin uşağı olar, ocağın yox!

The free sample has ended.

$2.12
$4.24
−50%
Age restriction:
0+
Release date on Litres:
16 November 2022
Volume:
331 p. 2 illustrations
Copyright Holder::
Hədəf nəşrləri
Download format:

Similar books