Read the book: «Topun kölgəsi»
Azərbaycan yazıçılarının hekayələri
Topun kölgəsİ
Cib kitabları – 6
KİTABIN İÇİNDƏKİLƏR
Anar – “Mən, sən, o və telefon”...........................5
Elçin – “Qatar. Pikasso. Latur. 1968.”.................49
İsi Məlikzadə – “Oğul”.........................................73
Kamal Abdulla – “Kölgə”....................................81
Rafiq Tağı – “Qatilə didaktika dərsləri”...........91
Orxan Fikrətoğlu – “Axrestomatik əhvalat”....123
Şəmil Sadiq – "Mən ölmüşdüm".....................131
Xanəmir Telmanoğlu – “Topun kölgəsi”.........147
Pərviz Cəbrayıl – “Qətl sınan gecə”..................157
Kənan Hacı – “Sonuncu gediş”..........................175
Anar
Mən, sən, o və telefon
Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi…
…pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.
Vaqif Vəkilov
Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki… Telefon nömrələri də ölür. Ömrün boyu çox rəqəmləri unudacaqsan: pas-portunun nömrəsini, axırıncı işində aldığın maa-şını, dostunun avtomobilinin nömrəsini, aya qə-dər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan. Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiy-yə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyin-dən gələn bənövşə ətri. Bəzən mən qara telefo-nun dəstəyini elə qaldırırdım, elə bil royalın qa-pağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qo-yurdum, elə bil tabutun qapağını örtürəm. İndi bu nömrə yoxdur. Yəni ki, var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir. Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir mə-safədir – kilometrdir, millər, parseqlər.
Mən bu məsafənin beşdə dördünü keçə bi-lərəm – dörd rəqəmi yığa bilərəm, amma heç və-də son rəqəmi – beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır – açarını itirmişəm. Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur? Sə-ni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi. İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı. Min dəfə təkrar olu-nan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.
Firuz tostunu davam etdirirdi:
– Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi. Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı – bizim xanımlar. hələ evdə də bir çətən külfətimiz var – oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı – hamı gülüşdü. – Bu gün də biz Rasimi iti-ririk. Heyf ondan. Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səa-dət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, ye-nə içəcəyik. İndi bu badələri mən axırıncı igidin sağlığına – bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma. Hamı mə-nə baxırdı, gülüşlərin və badələrin cingiltisi ara-sından tanış üzləri görürdüm – dostlarımın üzlə-rini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifa-də vardı. Qonaqlar dağılışanda biz hamımız – Fi-ruz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhəri gecəli küçələ-riylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:
– Yaxşı, Seymur, sənin toyunu haçan eləyi-rik?
– Uzaq gələcəkdə.
– Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? – O, şıltaq bir nəvazişlə ərinin böyrü-nə qısıldı. – Elə bilirsən ki, ailə həyatı cəhənnəm-dir.
Firuz:
– Özünə layiq qız tapa bilmir, – dedi.
– Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gö-zəl qızını tapsaq, evlənərsən?
– Mütləq, – dedim, – ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikri-mi dəyişərəm.
– Kamal:
– Gözümün işığı, – dedi, – gecənin bu vax-tında sənə hardan qız tapacağıq? Küçədən tap-mayacağıq ki… həm də gecənin bu vaxtında kü-çələri gəzən qızı almazsan yəqin.
– Bəli, – dedim, – tamamilə doğru buyurur-sunuz. Odur ki, bu söhbəti xətm edək.
– Mənim bir təklifim var, gəlin Seymura te-lefonla qız tapaq. Budur, bax, avtomat da var.
– Gözəl fikirdir, – dedim, – amma iki qəpik-liyim yoxdur.
Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.
– Nömrəni deyin.
Firuz:
– Əşi, ağlına gələn nömrəni çək, – dedi. – Məsələn… – birdən o, sözünü yarımçıq qoydu. – Yox, qardaş, keçəl suya getməz. Birdən qayına-nanla yola getmədin, yapışacaqsan mənim xirt-dəyimdən.
– Qorxaq, – dedim, – məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boy-nuna götürmür. Kamal, bəlkə sən deyəsən.
– Mənim bir təklifim var, – deyə Firuzun ar-vadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, – heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.
Firuz:
– Əla, – dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. – İki.
Mən iki çəkdim. Firuzun arvadı:
– Doqquz, – dedi.
Kamal:
– Sıfır, – dedi və arvadına baxdı, – sən de.
– Mən? Nə deyim, bilmirəm… yaxşı, dörd.
Murad:
– Beş, – dedi.
Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.
– Nişanlım yatıb, – dedim. Hamı gülüşdü. Mən dəstəyi asdım.
Yolumuza davam etdik, yavaş-yavaş dağı-lışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özü-mü çox tənha hiss elədim.
Dəniz bağına qayıtdım, uzun müddət adam-sız bulvarı dolandım, birdən zəng elədiyim tele-fon nömrəsi yadıma düşdü. Gecə saat iki idi.
Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.
Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə – azacıq yorğun, aza-cıq da təəccüblü.
– Bəli.
– Salam.
– Salam. Kimdir?
– Mənəm. Gəlin tanış olaq.
Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.
– Axı tanışlıq üçün vaxt bir az gecdir.
– Gecdir? Xeyr, əsla! Əsl vaxtdır. Mən bu sa-at ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.
– Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?
– Yox. Bəs siz ərdəsiniz?
O güldü.
– Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?
– Bağışlayın, siz allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə, təklik-dən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.
– Bəs mənim nömrəmi hardan tapdınız?
– Təsadüfən. Ağlıma gələn rəqəmləri yığ-dım, vəssalam.
– Əcəbdir.
– Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.
– Olur, eybi yoxdur.
– Sizinlə görüşə bilərik?
– Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq. İndi gecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub ge-dəcək. Görərsiz.
– Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.
– Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəz ki, mənimlə danışmaq istə-yirsiz, zəng eləyin.
– Doğrudan?
– Doğrudan. Gecəniz xeyrə qalsın.
– Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.
Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gə-lirdi ki, daha mən də tək deyiləm. Mənim də ki-mimsə var.
Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimiz-lə möhkəm toqquşdum. O həm də mənim elmi rəhbərim idi.
Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif for-maları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın ol-sun, qılığın olsun.
Görürsən ki, biri düz danışmır. Denən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salma-mısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin ki-mi: siz heç bir şey qanmırsınız, nadansınız, cahil-siniz. Ona görə də…
– Ona görə də, – dedim, – sənin bu siyasət-çiliyin lap məni boğaza yığıb.
– Yaxşı, görürəm ki, səninlə adam kimi da-nışmaq olmaz. Gedək bizə çay içməyə…
Firuzun arvadı:
– Bilirsən, – deyirdi, – heç birimiz onu öyrət-məmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta.
O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.
– Doğrudan, – dedi, – qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz – böyüklər də onların düzəltdiyi söz-lərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..
Nə qədər eləyirdim telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlin-dəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sı-fır idi, bəs ikinci – yadıma sala bilmirdim ki, bil-mirdim.
– Bura bax, Səmayə, o axşam sən hansı rəqə-mi dedin?
– Hansı axşam? Nə rəqəm?
İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana – qapıdan çıxanda Səmayə dedi:
– Hə, yadıma düşdü: doqquz. Mənim troll-leybusumun nömrəsidir.
– Allo. Salam. Mənəm.
– Salam. Kimdir?
– Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim. Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.
– Onda səsiniz başqa idi, – dedi və istehzayla əlavə etdi, – ya bəlkə bu səfər danışan başqa adamdır. Keçən səfər evlənənin başqa dostu tək-likdən şikayət edir. Məşğulətçin telefon macəra-larına qurşanmısız.
O, sərt və kəskin danışmağı bacarırdı.
– And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?
– Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, – o, arxayınlıqla güldü. – Deməli, bu gün ayıqsınız.
– Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.
– Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxırdım. Radiom xarab olub.
– Siz həmişə belə gec yatırsınız?
– Hə, mən gecə yarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.
Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.
– Siz suallara cavab verməyi sevmirsiz, am-ma deyin, kimdir bu geçə vaxtı piano çalan?
– Aa, – o güldü. – Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan ça-lır. Divarlar nazikdir, bu qammalar məni lap cə-zana yetirib. Radiom işləyəndə heç olmasa eşit-mirəm onun çalmasını.
– Radioyla nəyə qulaq asırsınız ki?
– Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var – elə bil mən onun radiodalğa-ları üzərində gəzən barmaqlarını görürdüm – burda da kəsik-kəsik melodilərdir, uzaq okean-ların üstündən uçub gəlir.
Burda həmişə tufan uğuldayır, burda da an-lamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, am-ma hamı gülür, fit verir, əl çalır, mən də şənləni-rəm.
Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərin də eşidirəm.
Radio qəribə şeydir. Elə bil bütün dünya mə-nim otağımdadır. Dünyanın gecəsi. Göy, melo-diyalar, dramlar, təyyarələr…
– Təyyarələr niyə?
– Qulaq asın, – dedi. Başa düşdüm ki, susub dinləyir, Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən bu təyyarə bi-zim evin də üstündən keçəcəkmi? Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?
– Radioyla təyyarələr qohumdurlar, eləmi? – deyə qəfilcəyə soruşdu.
– Hardan qohumdurlar ki?
– Səmadan, – dedi və yenə susdu. İndi dəs-təkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.
– Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.
Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç niyə: mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım.
İşdəki çətinliklərimdən, köhnə dostum Fi-ruzla günü-gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən.
Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.
Birdən özümə gəldim. Tələsik onunla xuda-hafizləşib dəstəyi asdım.
Evimə tərəf addımlaya-addımlaya düşünür-düm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar. Mən onun haqqında nə bilirdim? Heç nə.
Bircə onu bilirdim ki, gecələr o, radio dinlə-məyi sevir, qonşusu isə pianoda qamma çalır.
Bu hekayənin iştirakçılarından biri – tele-fondur. Mən telefon haqqında bir neçə kəlmə de-mək istəyirəm. Son vaxtlar mən telefonlar barə-sində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər.
Bizim laboratoriya müdirimizin otağında – masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır.
Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O hər zəngdən, hər hərəkətdən diksi-nirdi.
Yəqin ona elə gəlirdi ki, bu mina – telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıb-lar, yaxud arvadın qaçıb…
Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir.
O, sanki mütiliyin, asılılığın, passivliyin, tə-şəbbüssüzlüyün rəmzi idi – sənə zəng vura bilir-lər, amma sən heç kəsə zəng vura bilmirsən.
Bu tipli telefonların müqabilində telefon av-tomatlar da mövcud idi. Telefon avtomatlar disk-siz telefonların tam əksi idi. Sən zəng edə bilir-sən, amma sənə cavab verə bilmirlər.
Zəng elə ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar – cəzasızlığın, mə-suliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gə-mi üzərindəki üstünlüyünə oxşayırdı.
Bilsəniz evimdə telefon olmamasına nə qə-dər hayıfsılanırdım. Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yığır, gizlədirdim. Ta-nış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.
Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı.
Bu söhbətlərə alışmışdım – onun bir az yor-ğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radio-nun güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.
Mən indi onun haqqında bəzi şeyləri öyrən-mişdim, amma çox az şey. Bilirdim ki, adı Mədi-nədir, tək yaşayır.
Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmir-dim.
Bir dəfə soruşdum:
– Neçə yaşındasınız?
– Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, – dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyə-tindən.
Mən də inad edib soruşmurdum. O özü də bu barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, el-mi idarədə işləyirəm.
Bircə adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmi-rəm. Bəlkə onun da əsil adı Mədinə deyildi, baş-qa idi.
– Axı biz haçan görüşəcəyik?
– Neylirsiz görüşməyi? – dedi. – Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm.
Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bi-lirəm, o da ürəyindəkiləri mənə deyə bilir.
Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub ge-dər.
Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, da-ha yaxşıdır. Ondansa işinizdən danışın.
O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?
– Yox. Ərizə vermişəm, gedirəm ordan.
– Hara?
– Hələ bilmirəm. Siz nə məsləhət görürsü-nüz?
O, cavab vermədi və mən təyyarə uğultusu-nu eşitdim.
Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin – Rasimlə Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın arxasına keçdik. Ma-sanı Firuzun arvadı, başqa arvadların iştirakıyla çox yaraşıqlı düzəltmişdilər.
Mən hamıdan gec gəlmişdim, soyuq idi, qar-lı-çovğunlu küçədən sonra evin istisi, işığı adama daha xoş gəlirdi.
Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, hamıya xoşbəxtlik, səadət arzu-ladıq və Firuz dedi ki, bu il tarixi il olacaq – Sey-mur evlənəcək. Biz bir qədəh də içdik və Firuz məni kənara çəkdi.
O, axşamdan içmişdi, lap dəm idi və qədə-hin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. Özü də ancaq mənə deyirdi.
– İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq gözlə baxasan. Bilirəm ürə-yində mənə gülürsən, bəlkə də nifrət edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan – o par-par parıldayan təzə mebelini göstərdi, – ya da Sə-mayənin şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt vicdanımın əleyhinə get-mərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. Am-ma… – o, pauza verdi, – amma gərək adamın ağ-lı başında olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa.
Elə yer var gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək qabarasan, sözünün üs-tündə möhkəm dayanasan. Bəzi xırda işlərdə gü-zəştə getmək lazımdır ki, böyük işlərdə getmə-yəsən.
– Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çə-kil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm.
O, əlini yellədi:
– Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?
– Qəzetdə, – dedim. – Dünəndən əmrim ve-rilib.
– Özün bilən yaxşıdır, amma məndən soruş-san nahaq getdin.
O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim radionun son mahnıla-rından. biri idi. Birdən mənim yadıma qammalar, sonra nsə radio düşdü.
– Tost demək istəyirəm, – dedim.
Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-zad deyən deyiləm.
– Bax, biz hamımız burdayıq, bir yerdə, ke-fimiz də sazdır. Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? Məsələn, növbətçi-lər, yol baxıcıları.
– Kim, kim? – deyə ordan-burdan səsləndi-lər.
– Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı, qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.
Rasim:
– Dinməyin, deyəsən aşnamız dəmdir, – ha-mı bərkdən gülüşdü. Firuz tez mənə baxdı və ayağa durdu:
– Dayanın, dayanın, – dedi. – Deyəsən xətri-nə dəydi. Xahiş edirəm gülməyəsiz, məsələ cid-didir. Deməli, yol baxıcılarının sağlığına, eləmi Seymur?
Hamı qədəhləri qaldırdı.
– Yox, – dedim, – mən yol baxıcılarının sağ-lığına demək istəmirdim. Sözümü ağzımda qoy-duz. Mən başqa bir adamın sağlığına içmək istə-yirdim və bax, əgər dolayıb eləsəz, məndən inci-məyin.
– Pah atonnan. Yaxşı, de gəlsin…
– Mən bir adamın, bir tək-tənha, yalqız ada-mın sağlığına içmək istəyirəm. İndi o, oturub ra-dionun qabağında. O, bütün radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu dünyayla birlikdə o necə təkdir…
Mən bir qurtuma qədəhi başıma çəkdim.
Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey demədi. Bir azdan sonra isə başqa şeylərdən danışmağa başladılar.
Mən dəhlizə çıxdım, nömrəni yığdım və din-ləməyə başladım. Dəstək susurdu. "Bu da sənin yol gözətçin, – deyə düşündüm. – Nahaq sən onun dərdini çəkirsən. O da yəqin hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?"
Sonra mən yenə zəng elədim. İstədim ki, ye-ni ilini Moskva vaxtıyla təbrik eləyəm. Cavab çıx-madı, bir saatdan sonra yenə zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı vaxtla yeni il idi bilmirəm, bəlkə Qrinviç vaxtıyla.
Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng eləyəndə cavab çıxdı.
– Sizi Atlantik yeni iliylə təbrik edirəm, – de-dim. Yəqin ki, nə demək istədiyimi başa düşmə-di, mən də izah eləmədim.
– Sizsiz? İndicə girmişəm qapıdan.
– Bilirəm. Bütün gecəni sizə zəng vurmu-şam.
– Rəfiqəmgildəydim.
– Dəxli yoxdur, – dedim, – yeni ildə mən sizə vacib bir şey demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəlicəsinə sevirəm.
– Belə de. – O güldü. – Əcəb şad xəbərdir. Yeni il pis başlamır.
– Siz mənim əzizim, gözümün işığısınız, bil-mirəm hansı sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir-birimizi görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz yaşaya bilmərəm.
– Daha doğrusu, mənim telefonumsuz, – de-di. – Bilirəm, bu sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.
İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət etmirdi. Səhər açılırdı. Mən vaxtilə mu-siqi məktəbində oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi – həyatın xromotik qamması – ağ və qara pərdələrin – gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin ar-dıcıllığı…
– Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, görüşməyək. Bu məhəbbətin ən gözəl formasıdır, bir-birimizə telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir.
– Birtərəfli əlaqədir, – dedi, – o, mənada ki, mənə zəng edə bilirsiz, amma mən sizə yox.
– Bəli, ona görə də mən sizi görməliyəm. Ün-vanınızı deyin bu saatca gəlim ora.
– Xahiş edirəm sizdən, – dedi və səsində ağrı duydum. – Xahiş edirəm bu sevinci məndən al-mayın. Belə təklifi mənə çoxları edir. Siz də etsəz, sizinlə də salam-kalamım kəsiləcək, – susdu, son-ra əlavə etdi, – amma sizə mən çox isnişmişəm. Siz ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm.
Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, işin axı-rına yaxın makinaçıya verdim. Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı – işçilərin familiyaları və telefon nömrələri.
Mən gözucu bu siyahıya nəzər saldım və bir-dən diksindim – elə bil tanımadığım adamlar içində tanış bir sifət görmüşdüm.
– Vəlizadə kimdir? – deyə xəbər aldım.
– Bizim makinaçıdır. İndicə material verdiz e, ona… Nədir ki?
Mən pəncərədən baxdım. Qonur gözlü ma-kinaçı pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri – tuk-tuk-tuk, – pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin nömrəsi otuz beşdir.
Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, makinasında mənim verdiyim böyük materialı yazarkən heç ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha doğrusu, necə deyim, mən – mənəm.
Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən zəng vururdum və te-lefon susurdu. "Zərər yoxdur, həmişəki vaxt zəng edərəm, qoy sürpriz olsun".
Gecə ona zəng vurdum.
– Salam. İki saat bundan qabaq sizə zəng elə-mişdim.
– Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işim vardı, onlarda işləyirdim.
Gülüşümü güclə boğaraq:
– Nə işdi ki? – deyə soruşdum.
– Evə iş götürmüşəm. Təzə müdirimizin tap-şırığıdır.
– Təzə müdir?
– Hə, bu gün idarəmizə təzə şöbə müdiri gə-lib.
– Yox əşi, – mən yenə də gülməkdən özümü güclə saxlayırdım, Hə, necədir təzə şöbə müdiri-niz?
– Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda…
Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma gəlmirdi.
– Niyə xoşunuza gəlməyib ki?
– Əşi, heç, birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də yaxşı adamdır. hər halda özünü belə tox tutur.
Hündür, göyçək oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən… Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə danışır: sabaha çap eləyin.
İlk dəfə olaraq o öz peşəsi haqqında ağzın-dan söz qaçırtdı. Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı onsuz da bilir-dim.
– Bəs sizin işiniz nə oldu? – deyə soruşdu. – Təzə işə düzəldiniz?
Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun başlayıram, amma ani olaraq hansı da-xili qüvvəsə məni saxladı və belə cavab verdim:
– Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə ye-rimdə qaldım.
Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa sifətlərdən biri idi, xoş, ya-pışıqlı bir sifət idi, amma xüsusi bir şeylə ayrıla-rından fərqlənmirdi.
Adi bir sifət… Bəlkə hətta ona gözəl də de-mək olardı, amma nə isə solğun, tutqun bir gö-zəllik idi bu. Bütün bunlar dünən idi.
Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun məna yad olan zahiri gö-rünüşüylə bu qədər yaxın, doğma məhrəm səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq axtarırdım.
Mən onunla çox mehriban, həssaslıqla dav-ranırdım və çox maraqlanırdım görüm o bu də-yişikliyi duyurmu?
Bunu bilmək üçün axşamı gözləyirdim. Te-lefon saatını.
– Deyirdim də sizə, ilk təəssürat çox vaxt al-dadıcı olur. Sən demə belə mehriban, belə həssas adammış ki…
– İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.
– Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. Bu gün baxdım – "görəsən haçan baxıb ki, mən sezməmişəm", – deyə düşündüm. – Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.
– Qısqanıram sizi ha, – dedim.
Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da bilirdim. O isə hər şeydən bixəbər idi.
Artıq mən heç bir şey edə bilməzdim. Hadi-sələr mənim nəzarətimdən, ixtiyarımdan çıxmış-dı. Poçt qutusuna atdığın məktub kimi.
Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, ifadə, düşüncə tərzini dəyişdirəydin. Telefonda bir adam olaydın, işdə başqa. Hərəsi-nin də öz aləmi, öz davranışı, öz psixologiyası.
İşdə mən tamam başqa adam idim. Xeyir-xah, amma arada pərdə saxlayan, bir qədər özü-nü çəkən. Telefonla o mənə mənim barəmdə da-nışırdı, hər hərəkətimi, hər addımımı, üzümün hər ifadəsini təhlil edirdi.
Çox vaxt söhbəti mən özüm salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz açmağı-ma heç ehtiyac qalmır. O özü həvəslə Seymur müəllimdən danışır. Rüstəmlə uzun-uzadı tele-fon söhbətləri zamanı danışır.
Amma Seymurla heç vaxt Rüstəm barəsində danışmırdı. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç kəsin təsəvvürü yox idi.
Mən bilmirdim sevinim buna, ya kədərlə-nim. Bəzən mənə elə kəlirdi ki, onun bu barədə heç kəslə danışmamağına səbəb tam bir laqeyd-liyi, biganəliyidir. Bəzən də əksinə düşünürdüm.
Düşünürdüm ki, o bunu ən titrək, ən əziz, ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq istə-mir. Qəribə şey idi – elə bil duyğularım qatma-qarışıq düşmüşdü.
Təsəvvür edin, Seymur kimi mən onu tele-fon həyatına qısqanırdım. Gecə telefon söhbətlə-rində isə məni – Rüstəmi onun Seymur haqqında uzun-uzadı söhbətləri əsəbiləşdirirdi.
Bir dəfə ona:
– Gəlin, – dedim, – bir-birimizə "sən" deyək. Axı çoxdan tanışıq.
– Yaxşı, gəl, – deyə telefondan cavab eşitdim.
– Sağ ol, gecən xeyrə qalsın, – dedim və uşaq kimi sevindim ki, indi Mədinə mənimlə "sən" deyə, onunla isə "Siz deyə danışır.
Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haq-qında, özümün ikinci "Məni" haqqında özgə bir şəxs kimi düşünürəm.
– Mənə elə gəlir ki, sən bir balaca ondan kə-sirsən?
– Nə bilirsən? – deyə işvəylə cavab verdi, – bəlkə o məndən bir balaca kəsir.
Mən hirslə dəstəyi asdım. Üç gün ona zəng eləmədim.
İşdə isə o gün həvəslə mırt vururduq. İdarə-nin köhnə işçilərindən biri mənə yanaşdı:
– Əbəs yerə özünü yorma, – dedi və gülüm-sündü, hələ heç kəs bizim bu balaca xanımın qəl-bini fəth eləyə bilməyib.
Hər üçümüz güldük, Mədinə gedəndən son-ra müsahibim dedi:
– Rahibə kimi bir şeydir. Heç kəs onun ürə-yinə yol tapa bilmir. Vəfalı arvad imiş. Əri neçə il bundan qabaq həlak olub.
Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub.
O gün işdən gec çıxmışdım. Qapıdan çıxan-da eşitdim ki, Mədinə makinada nə isə yazır. Onun uzun nazik barmaqları vardı və o, maki-nada yazanda adama elə gəlirdi ki, pianoda çalır.
Gecə ona zəng elədim.
– Salam.
– Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün niyə dəstəyi çırpdın? Sənin açığı-na bu gün Seymur məni evə ötürdü.
– Necə? – deyə mən təəccüblə soruşdum və təəccübümün səmimiyyətinə inana bilərsiniz.
– Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünki mərifətli adamdır.
"Daha doğrusu, mərifətsiz, gicin biridir" – deyə düşündüm. Kül ağlıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə gəlmədi ki, ötürüm".
Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki, onu ötürmək istəsəm, yox de-məz, hətta bəlkə ona xoş gələr. Bəlkə də acıqla deyirdi, telefonu çırpdığım üçün məni – Rüstəmi hirsləndirmək üçün deyirdi. – Deməli, o mənə – telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə biləsən? Bunu bir vaxt bilə biləcə-yəmmi?
Gümanlar, fərziyyələr çində çaşıb qalmış-dım. Amma bircə şeyi dəqiq dərk etmişdim və odur ki, gələn səfər o işdən gec çıxanda nə etmək lazım olduğunu bilirdim.
Biz gediş-gəlişi azalmış adamları seyrəlmiş küçələrlə keçirdik və mən ondan soruşdum:
– Bəs işiniz olmayanda axşamlar neyləyirsiz?
– Evdə otururam, – dedi.
– Elə tək-tənha oturursunuz evdə?
– Bəli, nədir ki?.. Oxuyuram, radioya qulaq asıram.
Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı? Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona minnətdar idim.
– Bu da mənim pəncərəm, – deyə üçüncü mərtəbəni göstərdi.
– Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yu-xarıyacan ötürüm.
– Yox, – dedi.
Amma mən geri çəkilmək istəmirdim,
– Bəlkə məni evinizə dəvət edəsiz?
– Məmnuniyyətlə. Amma indi gecdir, – o, saatına baxdı və mən hiss elədim ki, əsəbiləşir.
– Gecdir? Siz belə tezdən yatırsınız?
– Yox, amma… – o, narahat idi, söz tapa bil-mirdi.
– Yaxşı, indi ki, mənə bir stəkan çay vermək istəmirsiniz, gəlin bir az da gəzişək, hava alaq.
O, dinmədi. Biz bir neçə dəfə onların evləri-nin başına hərləndik. Mən yaman getmək istə-yirdim onun evinə. Telefon söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işıq mənzili, radionu, yumşaq kürsünü görmək istəyirdim.
Bəlkə də o gün məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdim.
Ancaq dəhliz qapısının qarşısında ayrılarkən o, əlini tələsik mənə uzatdı.
– Yaxşı, hələlik Seymur müəllim. Çox sağ olun. Gecəniz xeyrə qalsın.
Gülümsündü, cəld çevrilib qaçdı.
Mən onun addım səslərini dinləyirdim və birdən hər şeyi başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez saata baxırdı. O, te-lefon zənginə gecikməkdən qorxurdu. Mənim zəngimə.
Bir neçə gündən sonra bizim məsul katib is-tehsalat müşavirəsində axmaq bir çıxış elədi.
Mən söz aldım və onu birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim yazığım gəldi bu kişiyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində.
Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla ona görə ki, tamamilə haqlı de-yildim, ikincisi ona görə ki, Firuzun məsləhətlə-rini xatırladım, üçüncüsü də ona görə ki, bu iş-dən də getmək istəmirdim.
Axı Mədinə burda işləyirdi. Nə isə məsul ka-tibin otağına getdim, üzrxahlıq elədim.
Gecə Mədinəyə zəng eləyəndə bilirdim nə-dən danışacaq.
– Bilirsən, Rüstəm, – onun səsində bir can-lanma, həvəs vardı, – bizim Seymur bilirsən neçə mərd adamdır. Bu gün mən olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından çıxanı deyib. Bilirsən, hamı bundan danışır. Axı hələ indiyə kimi onun bir sözünü iki eləyən ol-mayıb. Özü də bu qədər adamın içində kişini bia-bır eləyəsən.
– Bilirəm, – dedim, – bu tipdə adamları mən yaxşı tanıyıram. İclaslarda alovlu nitqlər deyirlər, adamların içində basıb – kəsirlər, amma sonra təklikdə gedib üzr istəyirlər. Yəqin sənin Seymu-run da iclasdan çıxıb gedib o kişinin yanına, şa-hidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarma-ğa.
O, kədərli səslə:
– Axı belə niyə danışırsan? – dedi. – Niyə sən onu sevmirsən?
– Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.
– Çox gözəl. Hamımız bir-birimizi sevək də.
– Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən görüşürsən, üzbəüz danışırsan, kino-ya gedirsən.
– Kinoya? Nə bilirsən ki, onunla kinoya ge-dirəm.
– Niyə də getməyəsən?
O güldü. Görünür bu fikir ona xoş idi.
– Mənimlə isə ancaq telefonla əlaqə saxla-yırsan.
– Axı biz səninlə danışmışdıq.
– Sən mənim haqqımda ona bir şey demi-sən?
– Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir kəlmə də deməyəcəyəm. Mənimçün bu, necə deyim, – o bir an susdu, söz axtardı, – müqəddəs bir şeydir.
Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı pilotlar haqqında idi və Mədinə qə-hərlənmişdi. Bəlkə buna görə onda qəlbini bo-şaltmaq ehtiyacı vardı və biz bulvarla evə qayı-darkən o mənə həlak olmuş ərindən danışırdı.
Deyirdi ki, bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış olduq. O pilot idi, mən adicə sərnişin.
Sonra mən stüardessa işləməyə başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan – Mos-kvaya, Moskvadan – Bakıya uçurduq və təyya-rədə xəlvət guşə tapıb öpüşürdük.
Sonra boynuma uşaq düşdü, məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm.
Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındakı məsafədir. Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə yer ara-sında, Mədinənin onu daim gözləyəcəyi yer ara-sındakı məsafə.
Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su atdı. Yəqin aviasiya tarixində ilk də-fə idi ki, müasir hava laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar. Sonra o, göyə qalxdı. Sonra yağış yağdı.
Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki, o bu səsi hamıdan qabaq eşidir. Biz göydə hərəkət edən rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi:
– Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə qəbiristanlığa gedir, mən də göyə baxıram.
Sonra Mədinə mənə danışdı ki, bəzən ax-şamlar aerodroma gedir, elə belə bir kənarda da-yanır, düşən, qalxan təyyarələrə tamaşa edir. Sonra dedi ki, uşaq da ölü doğuldu, ərinin bu ya-digarı da qalmadı.
Mən əlimi onun üzünə çəkib yanaqlarındakı göz yaşlarını sildim, sonra dəli kimi onu öpməyə başladım.
O:
– Yox, yox, yox, lazım deyil, – deyirdi və mən hiss edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir.
Mən onu ötürdüm və dərhal zəng elədim.
Səsi həyəcanlı və hətta bir qədər şən idi və mənim bütün romantiklərə – havada, yerdə, də-nizdə həlak olmuş bütün biçarələrə yazığım gəl-di.
– Bilirsən, – dedim. – İndi işdə də onunla "sən" deyə danışırdıq, – dünən biz ayrılan kimi sənə zəng elədim, telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın belə?
Mən heç gözləməzdim. Onun rəngi qaçdı, si-fəti gərginləşdi. Amma tez özünü ələ aldı və de-di:
– Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım…
– Dünən səni yuxumda görmüşəm.
– Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda neçə görmək olar?
– Səsini görmüşdüm yuxuda. Bir də "Nerin-qa" radionu.
– "Nerinqa"nı yenə təsəvvür edə bilərəm, amma səsimi necə görmüsən, heç ağlıma sığışdı-ra bilmirəm. Səncə, mən necəyəm? Heç məni tə-səvvür edə bilirsənmi?
– Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı – mən onun əsil görkəminə uyğun olmayan şeyləri deyirdim.
– Afərin sənə, – dedi. – Lap düz təsəvvür edirsən. İndi mən hər gecə sənin yuxuna girəcə-yəm.
– Yəqin sən tək mənim yuxuma girmirsən…
– Yenə başladın?
– Yox, bilirsən, deyirlər Məhin Banu hər gecə yüz kişinin yuxusuna girirmiş. Sənin tiracın ne-çədir?
– Mən bircə nüsxəyəm və ancaq sənin yuxu-na girirəm. Sən mənim gözümün işığısan.
– Hədsiz dərəcədə minnətdaram.
– Bura bax, gözümün işığı, bir məsələni sə-ninlə məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən çıxma, hay-küy salma, telefonu da atma.
Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü təəccüblənirdim ki, niyə bu barədə danış-mır.
– Qulaq as. Amma əvvəl yanına gətir validol qoy.
– Yaxşı, ürəyimi çəkmə.
– Yaxşı. Üç gün bundan qabaq Seymur mənə təklif elədi ki, ona ərə gedim. Ürəyin getmədi ki?
– Yox, – dedim. – Nə cavab verdin ona?
The free sample has ended.