Read the book: «Ölüm cəzası»

Collective work
Font::

DETEKTİV

HEKAYƏLƏR

ÖLÜM

CƏZASI

cib kitabları sisiləsi – 7

1

İÇİNDƏKİLƏR

Edqar Allan Po

Morq küçəsində qətl ........................................... 3

Artur Konan Doyl

Brilyant tac ......................................................... 67

Göy yaqut .......................................................... 87

Aqata Kristi

Baş nazirin oğurlanması ................................ 108

Corc Simenon

Ölüm cəzası ..................................................... 148

2

Edqar Allan Po

MORQ KÜÇƏSİNDƏ

QƏTL

Tərcümə: Səfər İsgəndərov

3

Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar arasında gizlənəndə

özünə hansı adı uydurdu – bunlar dolaşıq su-allardır və burada nə isə bir müəmma var.

Ser Tomas

Braun

İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə görə

qiymət veririk. Məlumdur ki, qeyri-adi iste-dadlı bir adam üçün təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüvvəsilə qür-rələnib əzələlərini işlətməyə vadar edən məşq-lərdən ləzzət aldığı kimi, analiz edən şəxs də

mənəvi fəaliyyətində dolaşıqları açması ilə

öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhəmiyyətsiz məşğuliyyətindən həzz alır. O, tapmacalar, müəmmalar və başsındırmaların vurğunudur. Çətin məsələlərin həllində müəyyən bacarıq nümayiş etdirir. Bu da adi zəka sahibi üçün az qala qeyri-təbii görünür. Məhz 4

müəyyən metod sayəsində bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyə-tinin möcüzəsi təsirini bağışlayır.

Mühakimə etmə qabiliyyəti riyazi sava-dın, xüsusilə də onun ali bölməsi sayəsində

xeyli möhkəmlənir. Bu bölmə yanlış olaraq əməliyyatın əks təsiri üzündən, necə deyərlər,

“parexcellence” analiz adlanır. Bununla belə, hesablamaq öz-özlüyündə analiz etmək deyildir. Məsələn, şahmatçı analizə cəhd göstər-məyərək hesablama aparır. Buradan belə bir nəticə çıxır ki, zehin üçün son dərəcə xeyirli olan şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində dayanır. Mən heç də

elmi əsər yazmıram, sadəcə olaraq, təsadüfi müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir qədər qeyri-adi görünən hekayəmə

müqəddimə verirəm. Buna görə də, fürsətdən istifadə edərək bildirirəm ki, çox da çətin olmayan dama oyunu daha dərindən düşün-məyi tələb edir, zehni inkişaf etdirmək üçün xəyali incəlikləri olan şahmat oyununa nisbətən daha mürəkkəb və faydalı məsləhətlər verir. Şahmatda fiqurların müxtəlif və qəribə gedişləri var. Bu mürəkkəblik (bildiyimiz kimi 5

tez-tez olur) səhvən dərinlik kimi qəbul edilir.

Burada bütün diqqət oyuna yönəldilir. Diqqətin bir anlığa zəifləməsi səhvə gətirib çıxarır və ya məğlubiyyətlə nəticələnir. Şahmatda mümkün olan müxtəlif gedişlər eyni dərəcədə

qiymətlidir. Buna görə də səhvlər getdikcə ar-tır və on oyundan doqquzunda diqqətini daha yaxşı cəmləşdirən şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur.

Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək ehtimalı azalır, diqqət bir o qədər rol oynamır. Fərasətli oyunçu müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin bir dama oyununu təsəvvürümüzə gətirək. Burada da-maların sayı dörddür və heç bir diqqətsizliyə

yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular bərabər səviyyəli olduğundan), beynini var qüvvəsi ilə işə salan oyunçu incə

bir gedişlə əldə edə bilər. Adi imkanlardan məhrum olan şəxs çalışır ki, rəqibinin fikirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv he-sablamaya sövq edir. Vist kart oyunudur, insanın hesablama qabiliyyətinə onun təsiri çox-6

dan məlumdur; bu da məlumdur ki, böyük zəka sahibləri vistə qarşı izaholunmaz dərəcədə meyil göstəriblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl qoymayıblar.

Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün bu qədər qabiliyyət tələb etmir.

Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır, halbuki vistdə məharətli oyun insan fəaliyyətinin daha vacib sahələ-rində qələbə çalmaq bacarığı ilə birləşir, burada zəka ilə yarışır. “Məharətli oyun” dedikdə

kamilliyin ali dərəcəsini nəzərdə tuturam; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyələnmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda rəngarəng-dir, insan fikirlərinin elə dərinliklərində özünə

məskən salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur. Kim diqqətlə müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də diqqətini bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox ümid bəsləyə bilər, çünki Hoylun* təlimatı (sadə oyun mexanizminə

əsaslanır) hamı tərəfindən kifayət dərəcədə

başa düşülür. Möhkəm yaddaşı olmaq, təlimatda göstərilən qaydalara əməl etmək visti 7

yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələlərdir. Ancaq analiz edən şəxsin bacarığı məhz təlimatda nəzərdə tutulmayan hüdudlarda özünü büruzə verir. O öz-özlüyündə saysız-hesabsız nəticələr çıxarır və müşahidələr aparır. Onun oyundaşı da, bəlkə be-lə hərəkət edir. Rəqiblərin bir-birini öyrən-dikləri müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik, çıxarılmış nəticələrin doğruluğun-dan çox, aparılmış müşahidələrin keyfiyyətin-də özünü göstərir. Əsas məsələ nəyi müşahidə

etməkdir. Oyun əsas məqsədi olmasına baxmayaraq özünü heç nə ilə məhdudlaşdırmır, uzaq göstərişlərdən belə çəkinmir. O, rəqibinin üzünün ifadəsinə fikir verir, kartları əlində necə tutmasına diqqət yetirir, kozırın kozır və valetin valetdən sonra çıxmasını çox vaxt oyundaşının baxışlarından başa düşür. Oyun davam etdikcə onun hərəkətlərini izləyir, üzünün cizgilərində bir-birini əvəz edən peşman-çılıq, ya sevinc, əminlik, ya təəccüb ifadə edən dəyişiklik görür və saysız-hesabsız nəticələr çıxarır. Rəqibin kartları stolun üstündən özünə tərəf çəkdiyini görəndə onun sonrakı kartları da götürəcəyini anlayır, kartın necə atıl-8

dığından başa düşür ki, rəqibi hiylə işlədir və

gedişi gözdən pərdə asmaq üçün edib. Təsadüfi və ya diqqətsizlik üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya açılmış kart (bir qayda olaraq ehtiyatla və sakitcə gizlədilir), vurulmuş kartların hesablanması və onların düzülüşü, çaşqınlıq, tərəddüd, səbirsizlik və

ya qorxu, bir sözlə analiz edənin duyma qabi-liyyətindən heç nə yayınmır: iki-üç gedişdən sonra kimin əlində hansı kartların olduğunu təsəvvür edir. Elə inamla oynayır ki, yerdə qalan oyunçular uduzurlar. Analitik bacarıq adi bacarıqla qarışdırılmamalıdır; çünki analiz edən hökmən məharətli olduğu halda, məharətli adamın çox vaxt analiz etmə bacarığı olmur. Məharət, adətən, özünü yaradıcılıqda və

hadisələr arasında əlaqə yaratmaqda büruzə

verir, frenoloqlar* (məncə, yanlış olaraq) bunu bəsit hesab edirlər, çox vaxt o, elə adamlarda müşahidə edilir ki, onların əqli səviyyəsi yerdə qalan bütün hallarda, məişət və adətlərdən yazan yazıçıların qeyd etdiyi kimi, kəmağıllı-lıq səviyyəsində olur. Bacarıqla təhlil etmə qabiliyyəti arasında mövcud olan fərq təxəyyül-lə təsəvvür arasındakı fərqdən daha böyük-9

dür. Həqiqətən də bacarıqlı adamların çox xə-yalpərəst, zəngin təxəyyüllü adamlarınsa analizə daha meyilli olduğunu görmək mümkündür.

Aşağıdakı hekayə yuxarıda söylənilən mülahizələri bir növ əyani olaraq əks edəcəkdir. 18-ci ilin yazını və yayının da bir hissəsini Parisdə yaşadığım zaman Oqyust Düpen adlı bir cənabla tanış oldum. O, əsilli-nəcabətli, tanınmış bir nəsildən idi. Gənc ikən taleyin dö-nüklüyü üzündən elə ağır vəziyyətə düşmüşdü ki, təbiətinə xas olmuş enerjisi tükənmiş, həyatda heç nəyə nail olmamış, əldən çıxmış

var-dövləti qaytarmağı xəyalına belə gətirmə-mişdi. Borc verənlərin iltifatı sayəsində atadan qalma mirasın bir hissəsi Düpen üçün saxlan-mış, ondan gələn gəliri ilə dolanmış, ciddi qə-naətcillik göstərmiş, ən zəruri olan şeylərlə kifayətlənmiş, həyatın nəşələrinə etinadsızlıq edərək güc-bəla ilə dolanmışdı. Yeganə israf-çılıq etdiyi şey kitablardı, onları da Parisdə

asanlıqla əldə etmək olardı.

İlk görüşümüz Monmartr küçəsində az tanınmış bir kitabxanada oldu. Təsadüfən yaxından tanış olduq. İkimiz də çox nadir və

10

maraqlı bir kitabı axtarırdıq. Bir neçə dəfə gö-rüşdük. Onun ailə tarixi ilə dərindən maraq-landım. O, hər bir fransıza xas səmimiyyətlə

təfsilatı ilə özü haqqında mənə danışdı. Onun geniş mütaliəsi məni heyran etmişdi. Ən başlıcası isə, həyat hadisələri haqqında aydın təsəvvürü qarşısıalınmaz bir çılğınlıqla qəlbimi riqqətə gətirirdi. O zaman Parisdə yaşayırdım, müəyyən bir məqsədim vardı. Hiss edirdim ki, bu adamla bir yerdə olmaq mənim üçün əvəzsiz xəzinə tapmaq kimidir. Səmimiyyətlə

bu barədə ürəyimdən keçənləri danışdım. Nəhayət, şəhərdə qaldığım müddətdə bir yerdə

yaşamağı qərara aldıq.

Mənim maddi vəziyyətim Düpenə nisbətən bir qədər yaxşı olduğundan razılığını aldım ki, kirayə haqqını mən verim. Ev kirayə

etdim. Onu ikimizin romantik təbiətinə uyğun səliqəyə saldım. Qəribə mülk idi. Sen-Jermen yaxınlığında sakit bir yerdəydi. İllər keçdikcə

ev çökmüş, mövhumatçı sahibləri tərəfindən ona əl gəzdirilməmişdi, artıq dağılmağa doğru gedirdi. Bu mülkdə keçirdiyimiz həyat tərzi kənar adamlara məlum olsaydı, bəlkə də, 11

bizi dəli hesab edərdilər. Tamamilə tənha ya-şayırdıq, heç kəsi görmək belə istəmirdik.

Yaşadığımız yeri keçmiş dostlarımdan gizli saxlayırdım. Düpensə Parislə əlaqəsini kəsdi, onu yada salan da yox idi. Dostumdakı qəribəliklərdən biri (bunu başqa cür necə ad-landırım?) gecə füsunkarlığına vurğunluğuy-du. Başqa cəhətləri ilə yanaşı buna da alışaraq özümü unutdum və tamamilə dostumun qəri-bəliklərinə öyrəşdim. Qarabuğdayı ilahə tez-tez bizi tərk edirdi, bundan ötrü ondan uzaq düşməmək üçün tədbir tökmüşdük; səhər dan yeri ağaranda qədim evin ağır pəncərə qapaqlarını bağlayar, bir-iki şam yandırardıq.

Şamlar yandıqca ətirli iy verər və ətrafa tut-qun, zəif işıq saçardı. Şamların işığında şirin xəyallara dalar, divar saatı həqiqi qaranlığın düşdüyünü xəbər verənəcən oxuyar, yazar və

söhbət edərdik. Söhbətləri davam etdirər və

yaxud izdihamlı şəhərin yanıb-sönən işıqları və qaranlığı içində veyillənərdik. Gecənin sakitcə seyrinə dalmaq bizə tükənməz mövzu verərdi. Belə anlarda Düpenin əqlinə, qabiliyyətinə bələd olsam da, onun zəkasına qeyri-ixtiyari olaraq heyran qalırdım. Bunu büruzə

12

vermirdim, görünür, Düpenlə əylənməyim ona xoş gəlirdi. Onun qəlbinə nə qədər sevinc bəxş etdiyimi mənə deyərdi.

Düpen mənə bir neçə dəfə özünü təriflə-yərək xatırlatmışdı ki, adamların ürəyindən keçənləri ovcunun içi kimi görür. Mənim də

ürəyimdən keçənləri necə aydınca oxuduğunu demişdi, bunun üçün son dərəcə heyrətamiz dəlillər gətirmişdi. Belə hallarda onun davranışında bir soyuqluq və yadlıq görərdim; gözləri harasa uzaqlara baxar, adətən, məlahətli səsi zilə qalxar, sakit və aydınlığına baxmayaraq, danışığı əsəbi olardı. Bu cür əhvali-ruhiyyədə ona baxarkən ruhun ikiliyi haqqında qədim fəlsəfi təlimi xatırlayar, iki Düpen barəsində fikirlərə dalardım. Dediklərimdən heç də güman etməyin ki, sizə hansısa bir sirri açmaq və ya Düpeni fantastik əsərin qəhrəmanı etmək niyyətindəyəm. Xeyr, mən onun olan xasiyyətini, sadəcə olaraq, təsvir edirəm. On-da bu xasiyyət coşğun zəkanın, bəlkə də xəstə

zəkanın nəticəsində əmələ gəlmişdi. Onun iradlarına gəldikdə isə adi bir nümunə fikri-mizə ən yaxşı sübut ola bilər.

13

Bir axşam Pale Royal yaxınlığında uzun, palçıqlı bir küçədə gəzirdik. Hər ikimiz fikrə

dalmışdıq, on beş dəqiqə ərzində heç birimiz bir kəlmə söz demədik. Düpen birdən dilləndi:

– O, çox cılız bir gəncdir. Yaxşısı budur ki, bəxtini “Varyete” teatrında sınasın.

– Buna şübhə ola bilməz, – qeyri-ixtiyari olaraq cavab verdim.

Fikrə elə getmişdim ki, əvvəlcə Düpenin sözləri ilə mənim sözlərimin necə uyğun gəldiyini dərk etmədim. Bircə an sonra özümə

gəldim, heyrətimin həddi-hüdudu yox idi.

– Düpen, – ciddi tərzdə dedim, – bunu dərk etməkdə acizəm. Düzünü deyim ki, heyrət məni götürüb, heç cürə eşitdiklərimə inana bilmirəm. Axı onun barəsində düşündüyümü necə duydunuz? – Bu yerdə dayandım ki, görüm, o, həqiqətən, kimin haqqında fikirləşdiyimi bilir, ya yox?

– Şantilyi haqqında, – Düpen dilləndi. –

Nə üçün dayandınız? Öz-özünüzə deyirdiniz ki, onun balaca boyu tragik aktyor üçün yara-mır.

14

– Bəli, mənim fikirlərim məhz bu idi. Şan-tiyli əvvəllər Sen-Deni küçəsində pinəçilik etmiş, sonralar səhnə ilə maraqlanmış, Krebilyo-nun eyni adlı faciəsində Kserks rolunda çıxış

etmişdi. Bütün cidd-cəhdlərinə baxmayaraq, fitə basmışdılar.

– Allah xatirinə, – deyə israr etdim, – me-todunuzu mənə başa salın; sizin elə bir meto-dunuz var ki, onun köməyi ilə ürəyimdən keçənləri oxuya bildiniz. Düzünü deyim ki, heyrətimi müəyyən dərəcədə büruzə verməməyə

çalışdım.

– Bunu sizin ağlınıza göyərti satan saldı.

Pinəçi Kserks və onun kimilərinin ayağının to-zu da ola bilməz, – dostum cavab verdi.

– Göyərti satan? Siz nə danışırsınız. Mən heç bir göyərti satan-zad tanımıram.

– On beş dəqiqə bundan əvvəl bu küçəyə

dönəndə sizinlə toqquşan o göyərti satanı deyirəm.

Birdən, həqiqətən də başında böyük bir alma səbəti aparan göyərti satanın təsadüfən S. küçəsindən keçərkən bizim indi dayandığı-mız yerdə məni az qala yerə yıxacağı yadıma düşdü, amma bunun Şantilyi ilə nə əlaqəsi ol-15

duğunu heç cürə anlamadım. Düpendə zərrə

qədər də fırıldaqçılıq nişanələri yox idi.

– Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. Əvvəlcə gəlin sizinlə

danışdığım andan, haqqında danışdığımız o qəribə göyərti satanla toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq.

Hadisələr aşağıdakı ardıcıllıqla cərəyan edir: Şantilyi, Orion, Həkim Nikols, Epikür, Stereo-tamiya, küçə daşları və göyərti satan. Həyatda çox az adam tapılar ki, heç olmasa bir dəfə əyləncə naminə başına gələnləri fikrində götür-qoy etməsin, məlum nəticə çıxarmasın. Bu çox maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu gördükdə heyrətlənəcəkdir.

Təəccüblə Düpenə qulaq asırdım, özü də

eşitdiklərimin tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:

– O biri küçəyə burulmamışdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax, bu küçəni keçərkən başında iri bir səbət olan göyərti satan cəld yanımızdan ötdü 16

və sizi küçəni təmir etmək üçün bir yerə topa-lanmış daşların üstünə itələdi. Daşların birinə

ilişib yıxıldınız. Çevrilib daş topasına baxdı-nız, sonra yolunuzu davam etdiniz. Hərəkət-lərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşa-hidəçilik son zamanlar mənim üçün bir növ tələbata çevrilib. Onu deyim ki, sıx-sıx piltələr döşənmiş Lamartin döngəsinə çatanadək ba-xışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazıl-mış yerlərə baxırdınız. Bundan bu nəticəyə

gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz.

Burada eyniniz açıldı, dodağınızın qaç-mağını gördüm. Siz “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Bu termin süni surətdə bu cür səki döşəmələri barədə deyilir.

Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epi-kürün nəzəriyyəsi barəsindəki fikrə gətirib çı-xaracaq. Bu bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə

nəcib yunan aliminin son dərəcə heyrət do-ğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində əldə

17

edilən nəticələriylə təsdiq edilməsindən və

Epikürə lazımi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya, Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdı-nız və mən əmin oldum ki, sizin hərəkətləri-nizi düz izləmişəm. “Müsenin” dünənki nöm-rəsində Şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yara-mazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını də-yişdirsin. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata söhbətlərimizdə bir neçə

dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: Perdid antiquum litera prima sonum. Si-zə danışmışdım ki, burada Orion nəzərdə tutulur, bu söz keçmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də

bildim ki, Orion sizi Şantilyi haqqında dü-şünməyə sövq edəcək. Belə də oldu. Bunu sizin dodaqlarınızın qaçmasından bildim. Siz zavallı pinəçinin fədakarlığı barədə düşünür-dünüz. Bura qədər yeriyərkən belinizi əymiş-diniz, indisə gördüm ki, qəddinizi düzəltdi-18

niz. Əmin oldum ki, siz Şantilyinin balaca bo-yu haqqında düşünürsünüz. Elə bu yerdə dü-şüncələrinizə mane oldum. Dedim ki, bu Şantilyi çox balaca olduğundan, “Varteye” teatrında oynasa daha yaxşı olardı. Bu söhbətdən azacıq sonra ikimiz də “Gazette des Tribuna-ux”-nun axşam nömrəsini nəzərdən keçirər-kən, aşağıdakı başlıq diqqətimizi cəlb etdi.

“Qeyri-adi qətl: “Bu gecə saat üç radələrində

Sen Rok məhəlləsinin sakinlərini aramsız dəhşətli qışqırtılar yuxudan oyatdı. Qışqırtılar Morq küçəsindəki madam L’Espanye və onun qızı madmazel Kamillanın yaşadığı binanın dördüncü mərtəbəsindən gəlirdi. İçəri girmək üçün bağlı darvazanı sındırmaq lazım gəldi.

On nəfərə qədər qonşu iki jandarmın müşayi-əti ilə içəri doluşdu. Artıq qışqırtılar kəsilmişdi. Amma dəstə pilləkənin birinci pilləsinə təzəcə qədəm qoymuşdu ki, yuxarıda iki-üç acıqlı kişi səsi eşidildi. Adamlar dördüncü mərtəbəyə çatanda bu səslər də kəsildi. Tam sakitlik çökdü. Dəstə bir neçə yerə bölündü.

Onlar bir otaqdan o birinə qaçırdılar. Dördüncü mərtəbədəki böyük arxa yataq otağına çatanda (otağın qapısı içəridən açarla bağlan-19

dığından, onu da sındırmalı oldular), gördük-ləri mənzərə onları dəhşətə gətirdi. Otaqda hər şey alt-üst edilmişdi. Avadanlıq sındırılmış və hara gəldi tullanmışdı. Orada bir çarpayı qalmışdı. Onun da üstündən yorğan-döşək götürülmüş və otağın ortasına atılmışdı.

Stulun üstündə qanlı ülgüc vardı. Buxarının məhəccərinə iki-üç qom uzun, sıx, ağarmış

qanlı insan saçı yapışıb qalmışdı. Görünür tükləri dəri ilə birlikdə qoparmışdılar. Döşə-mədə dörd dənə napoleondor, bir dənə topaz qaşlı sırğa, üç böyük gümüş qaşıq, üç balaca melxior qaşıq və içində dörd min franka yaxın qızıl pul olan iki kisəcik vardı. Küncdəki ka-modun siyirmələri açılmışdı. Görünür, kimsə

qurdalamışdı, bununla belə, siyirmələrdə hələ

də çox şey qalmışdı. Balaca dəmir seyf yorğan-döşəyin altından tapıldı. Seyf açıq idi, açar da qapısının üstündəcə qalmışdı. Onun içərisində bir neçə köhnə məktub və lazımsız kağız-kuğuzdan savayı heç nə yox idi. Madam L’Espanyedən əsər-əlamət yox idi, ancaq buxarının ocaq yerinə xeyli qum tökülmüşdü.

Bacanı yoxladılar (Söyləyəndə adam dəhşətə

gəlir). Qızın başıaşağı vəziyyətdə olan meyi-20

dini dartıb oradan çıxardılar. Meyit başıaşağı dar bacanın içinə – yuxarıya pərçim edilmişdi.

Hələ istiydi. Müayinə edərkən məlum oldu ki, bir neçə yerdən dəri sıyrılıb. Bu da, şübhəsiz, zorakılığın izləriydi. Sifətində çoxlu dərin cırmaq izləri, boğazında isə tünd qançırlar, dəri-nə işləmiş dırnaq izləri qalmışdı. Sanki məh-rumu boğub öldürmüşdülər. Evin hər yeri ətraflı yoxlanıldı, dəstə heç nə aşkar edə bilməyib, binanın dal tərəfindəki daş döşənmiş kiçik həyətə sarı getdi. Orada isə yaşlı xanımın meyidinə rast gəldilər. Boğazı elə kəsilmişdi ki, meyidi qaldırmağa cəhd etdikdə, baş qopub yerə düşdü. Bədən də baş kimi dəhşətli dərəcədə elə eybəcər kökə salınmışdı ki, onda insana oxşayan heç nə qalmamışdı. Bu dəhşətli müəmmanı açmaq üçün, əlimizdə, hələlik, azacıq da olsa imkanımız yoxdur”.

Ertəsi gün qəzetdə aşağıdakı əlavə məlumat dərc edildi:

“Morq küçəsində faciə baş verib. Bu fövqəladə və dəhşətli hadisə ilə əlaqədar olaraq çox adam dindirilmiş, amma sirri açmaq üçün təzə heç nə aşkar edilməmişdir. Əldə olan ifadələr aşağıda təqdim edilir. Paltaryuyan Poli-21

na Dübur ifadə verir ki, o mərhumların ikisini də üç ildir tanıyır. Bu müddət ərzində onlar üçün paltar yuyub. Yaşlı xanımla qızı yaxşı yola gedirdilər. Bir-birinə çox mehriban idilər.

Onun zəhmət haqqını xəsislik etmədən verir-dilər. Onların həyat tərzi və yaşayış vasitələri barəsində heç nə demir. Güman edir ki, xanım fala baxır, bununla da dolanırdılar. Xanımın çoxlu pulu olduğunu güman edir. Paltar yu-mağa çağırılarkən və paltarı yuyub geri qay-tararkən evdə heç vaxt kənar adama rast gəl-məyib. Onların qulluqçusu olmadığına əmin idi. Evin dördüncü mərtəbəsindən başqa, görünür, heç yerdə avadanlıq olmamışdır. Tütün köşkünün sahibi Pyer Moro ifadə verir ki, dörd il müddətində xanım L’Espanyeyə az miqdarda tütün və burunotu satıb. Mərhum xanımın və qızının cəsədləri tapılan otaqda yaşadıqları altı ildən çox olardı. Orada əvvəlcə

bir zərgər yaşayar və üst otaqları müxtəlif adamlara kirayə verərdi. Ev xanım L’Espanyenin şəxsi mülkiyyətiydi, kirayəçilər evə pis baxdıqlarından, onları evdən çıxarıb yuxarı mərtəbəyə özü keçib. Kirayənişin saxlamaq-dan imtina edib. Yaşlı xanım uşaq kimi idi. Şa-22

hid bu altı il müddətində xanımın qızını ən çoxu beş-altı dəfə görmüşdü. Ana-bala həddindən artıq qapalı həyat tərzi keçirirmiş. Deyilənə görə, onların pulu varmış. Qonşular arasında xanım L’Espanyenin fala baxdığını deyənlər də vardı, amma şahid ona inanmırdı.

O, evə heç vaxt ana-baladan, arabir dalandar-dan və bəzən həkimdən savayı bir kəsin gəldiyini görməmişdi.

Başqa qonşular da eyni sözləri dedilər.

Kiminsə evə tez-tez baş çəkdiyini deyən olmadı. Xanım L’Espanye və qızının haradasa dostlarının olub-olmadığını da bilən yox idi.

Küçəyə baxan pəncərələrin qapıları nadir hallarda açılardı. Dördüncü mərtəbədəki böyük arxa otağın pəncərələrindən başqa, həyətə açılan pəncərələr daim bağlı olardı. Ev bir o qədər də köhnə deyildi və yaxşı vəziyyətdəydi.

Jandarm İsidor Müze göstərir ki, onun arxasınca səhər saat üç radələrində gəlmişdilər. O

gələndə darvazanın yanında iyirmi-otuza qədər adam vardı. Onlar içəri keçməyə cəhd göstərirdilər. Nəhayət, onlar qapını süngü ilə

açdılar. Qapı ikitaylı olduğundan, yuxarı və

aşağıdan siyirmə ilə bağlanmadığından onun 23

açılması bir o qədər də çətinlik törətmədi. Qışqırtılar darvaza açılana qədər davam etdi və

sonra qəflətən kəsildi. Yəqin ki, bunlar ağrı-dan qovrulan bir adamın (və ya adamların) qırıq-qırıq, həyəcanlı qışqırtısı idi. Şahid qabağa düşüb yuxarı mərtəbəyə qalxdı. Birinci pilləkənin başına çatanda acıqlı və ucadan eşidilən iki səs eşitdi. Səslərdən biri xırıltılı, o biri isə

ciyiltili idi. Çox qəribə səs idi. Birincinin bəzi sözlərini ayırd edə bilib. Bu, fransız sözləri idi.

Əmin idi ki, o səs qadın səsi deyildi: “sacre”

və “diable” sözlərini ayırd edə bilib. Ciyiltili səs yadelli adamın səsi idi, amma şahid onun qadın və ya kişiyə məxsus olduğuna əmin deyildi. O nə deyildiyini başa düşə bilməyib, ancaq yad adamın ispanca danışdığını güman edir. Otaq və meyidlərin vəziyyəti şahid tərəfindən biz dünən təsvir etdiyimiz kimi verilib.

Qonşu, zərgər Henri Duval göstərir ki, o, evə birinci girən adamlardan olub, bütövlükdə Müzenin dediklərini təsdiq edir. Giriş qapısından içəri daxil olan kimi onu yenidən bağlayıblar ki, gecə yarısı olmasına baxmayaraq, tezliklə oraya toplaşan camaat içəri do-luşmasın. Şahidin zənnincə, ciyiltili səs italyan 24

səsinə, xırıltılı səs isə fransız səsinə oxşayırmış. Ciyiltili səsin kişi səsi olduğuna əmin deyildi.

Qadın səsi də ola bilərdi. Onun italyan di-li ilə tanışlığı yoxdur. Sözləri ayırd edə bilməyib, lakin intonasiyasından danışanın italyan olduğunu güman edir. Şahid madam L’Espanye və onun qızını tanıyırmış. Onlarla tez-tez söhbət edərmiş. Ciyiltili səsin məhrumla-rın heç birinə aid olmadığından əmindir. Restoran sahibi Oden Heymer, şahid kimi özü kö-nüllü surətdə ifadə verməyə gəlmişdi, fran-sızca danışa bilmədiyindən, tərcüməçi vasitəsilə dindirilirdi. O, Amsterdam vətəndaşıdır.

Qışqırtılar gələn zaman evin yanından keçir-miş. Qışqırtılar bir neçə dəqiqə, bəlkə də on dəqiqə davam edib. Çox dəhşətli və ürək par-çalayan imiş. Şahid evə daxil olan adamlardan biri olub. Özündən əvvəlki ifadəni bir şeydən başqa hərtərəfli təsdiq edir. O, ciyiltili səsin ki-şi səsi olub, fransıza məxsus olduğuna əmindir. O da deyilən sözləri ayırd edə bilməyib.

Sözlər ucadan və tez-tez deyilirmiş, başa düş-mək olmurmuş. Qorxudanmı və ya qəzəb-dənmi səs ciyiltidən çox xırıltıya oxşayırmış.

25

Ciyilti deyə bilməzdim, xırıltılı səsli adam elə

hey “sacre” və “diable” və bir dəfə isə “Mon Dieu” sözlərini deyib. Dileron küçəsindəki

“Mino və Oğulları” firmasının bankiri, Mino qardaşlarının yaşca böyüyü şül Mino ifadə verir ki, xanım L’Espanyenin bir qədər pulu vardı. Onun kontorunda hansı ilinsə (səkkiz il əvvəl) yazında hesab açdırmışdılar. Xırda məb-ləğlərdə tez-tez pul qoyardılar. Çek yazmazdı, ölümündən üç gün əvvəl şəxsən özü dörd min frank məbləğində pul götürdü. Pullar qızılla ödənildi və bankın işçisi xanımı evinə qədər ötürdü. “Mino və Oğulları” firmasının qulluqçusu Adolf Le Von şahidlik edir ki, təyin edilmiş vaxtda, təxminən günorta zamanı, xanım L’Espanyenin iki kisəyə qoyulmuş dörd min frank pulunu onun evinə aparmışdır. Qapını madmazel L’Espanye açmış, əlindəki kisələrdən birini götürmüş, digərini isə xanım özü ondan almışdır. Sonra baş əyərək çıxıb getmişdir. O zaman küçədə heç kəsi görməmişdi.

Dərzi Uilyam Berd ifadə verir ki, ingilis-dir, iki il Parisdə yaşayıb. Evə daxil olan adamlardan biri idi. Pilləkənləri birinci qal-26

xanlardan olub. Mübahisəli səslər eşidib. Deyir ki, xırıltılı səs fransıza məxsus idi. Bir neçə

sözü ayırd edə bilib, amma hamısını xatırlaya bilmir. “Sacre” və “Mon Dieu” sözlərini aydınca eşidib. Bu sözlərdən sonra bir-biri ilə

dalaşan, cırmaqlaşan bir neçə adamın səsini də eşidib. Ciyiltili səs xırıltılı səsdən daha uca gəlirmiş. Səsin ingilis səsi olmadığına əmindir. Daha çox alman səsinə oxşayırdı. Güman ki, qadın səsi idi. O, almanca başa düşmürdü.

Yuxarıda adları çəkilən şahidlərdən dördü ikinci dəfə sorğu-sual edilərkən göstərmişdi ki, madmazel L’Espanyenin meyidi tapılan yataq otağının qapısı adamlar gələndə içəridən bağlı idi. Hər tərəfdə sakitlik hökm sü-rürdü. Nə inilti, nə də səs-küy eşidilirdi. Qapı sındırılarkən heç kəs görünmədi. Ön və arxa otaqların pəncərələri aşağı salınmış və içəridən möhkəm bərkidilmişdi. İki otağın arasındakı qapı örtülü idi, amma bağlı deyildi. Qabaq otaqdan dəhlizə açılan qapı bağlı idi. Açar da qıfılın üstündə idi. Dördüncü mərtəbədə

dəhlizin sonunda yerləşən kiçik anbarın qapısı azacıq aralı idi. Otaqda köhnə çarpayılar, yeşiklər və s. əşyalar vardı. Bu şeylər də otaq-27

dan ehtiyatla çıxarılaraq nəzərdən keçirildi.

Otaqda diqqətlə nəzərdən keçirilməmiş bir yer belə qalmadı. Damdakı otaq nəzərə alın-masa, ev dördmərtəbəli idi. Evin damına açılan qapı mismarlanmışdı, görünür, çoxdan açılmamışdı. Söyüş səslərinin eşidildiyi vaxtla qapının sındırılaraq açılması arasındakı vaxtı şahidlər müxtəlif cür şərh etdilər. Bəziləri üç, bəziləri beş dəqiqə dedilər. Qapı güclə açıldı.

Tabutqayıran Alfonso Qarsio şəhadət verir ki, Morq küçəsində yaşayır və mənşəcə ispani-yalıdır. Evə girən adamlardan biri olub. Yuxarı qalxmayıb, əsəbi olduğundan həyəcan-lanmaq istəməyib. Söyüş eşidib. Təsdiq edir ki, xırıltılı səs fransıza məxsus idi. Nə dediyini tuta bilməyib. Ciyiltili səs isə ingilisə məxsus imiş. O buna əmindir. İngilis dilini başa düşmür, intonasiyasına görə belə mühakimə yü-rüdür. Kolleksioner Alberto Mentani şəhadət verir ki, pilləkənləri birinci qalxanlar arasında olub, haqqında danışılan səsləri eşidib. Xırıltılı səslə fransız danışırmış. Bir neçə sözü tuta bilib. Danışan, görünür, kimisə söyürmüş. Zənn edir ki, səs rus səsinə oxşayırdı. Ümumiyyətlə, 28

ifadəni təsdiq edir. Kolleksioner özü italyan-dır. Heç vaxt rusla əlaqəsi olmayıb.

Bir neçə şahid ikinci dəfə çağırılanda ifadə verdi ki, dördüncü mərtəbədəki bütün otaqların buxarıları dardır, oradan adam çıxıb-düşə bilməz. Oranı buxarıtəmizləyənlə tə-mizləyirlər. Buxarıtəmizləyən dedikdə, silindr şəkilli şotka nəzərdə tutulur. Bu şotkalar evdəki bütün buxarılara aşağı və yuxarıdan sa-lınıb çıxarıldı. Adamlar üst mərtəbəyə qalxarkən, caninin ehtiyat nərdivanı olmadığından, necə düşüb getməsi barədə fərziyyələr söylə-yirdilər. Madmazel L’Espanyenin meyidi buxarıya elə pərçim edilmişdi ki, yalnız dörd-beş

adam köməkləşib onu aşağı düşürə bildi. Həkim Pol Düma ifadə verir ki, sübh tezdən onu meyidləri müayinə etmək üçün çağırdılar.

Meyidlərin ikisi də madmazel L’Espanyenin tapıldığı otaqda çarpayılardan götürülmüş

döşəklərin üstündə idi. Madmazelin meyidi daha çox qançırlı və gömgöy idi. Bu o demək idi ki, onu buxarıya güclə pərçim etmişdilər.

Boğazı bərk sıyrılmışdı. Çənəsindən aşağıda dərin cırmaq yerləri görünürdü. Bir neçə göy-qırmızımtıl ləkələr vardı. Bu, dırnaq izləri idi.

29

Sifəti dəhşətli dərəcədə göyərmiş, gözləri hə-dəqəsindən çıxmışdı. Dili az qala kəsilmişdi.

Qarnının aşağı hissəsində iri bir qançır vardı, görünür, dizlə bərk basılmışdı. Həkim M. Dümanın fikrincə, madmazel L’Espanye bir və ya iki şəxs tərəfindən boğulub öldürülmüşdü.

Anasının meyidi isə dəhşətli dərəcədə eybəcər hala salınmışdı. Sağ qıçının və qolunun sümükləri sındırılmış, sol böyründəki bütün qa-bırğaları və eləcə də sol baldır sümüyü qırıl-mışdı. Bütün bədəni dəhşətli dərəcədə qançır və cırmaq yarası ilə doluydu. Bədəninə xəsa-rətin nə ilə vurulduğunu demək çətindir. Ağır ağac dəyənək, yaxud enli dəmir çubuq, stul qıçı, ağır küt silah yalnız çox güclü adam əlində olarkən bu zədələri bədənə vura bilərdi.

Heç bir qadın bu xəsarətləri heç bir alətlə yerinə yetirə bilməzdi. Şahid görəndə mərhum qadının başı tamamilə bədənindən ayrılmış, olduqca eybəcər hala salınmışdı. Boğazı, görünür, çox iti bir alətlə, güman ki, ülgüclə kəsilmişdi. Cərrah Aleksandr Etyen M. Düma ilə

bir yerdə meyidləri müayinə üçün çağırılmış

və verilən ifadələrə, M. Dümanın fikrinə şərik-di. Bir neçə başqa şəxsin də dindirilməsinə

30

baxmayaraq, vacib bir şey hasil olmadı. İndiyə

qədər Parisdə bu qədər sirli, belə dolaşıq bir qətl baş verməmişdi. Polis tamamilə naçar qalıb. İşin açılmasına kömək edəcək işıq ucu belə

görünmür”. Qəzetdə xəbər verilirdi ki, hələ də

Sen-Rok məhəlləsində böyük bir çaxnaşma var. Binanın yenidən axtarılması və şahidlərin təkrarən dindirilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Bununla belə, əlavə

olaraq Adolf Le Bonun həbs edilməsi barədə

məlumat verilmişdi, ancaq onu cinayətdə təq-sirləndirmək üçün məlum dəlillərdən başqa yeni heç nə müəyyən edilməmişdi. Mənə heç nə deməməsinə baxmayaraq, onun özünü aparmasından hiss edirdim ki, Düpen işin gedişi ilə çox maraqlanır. Bu da yalnız Adolf Le Bonun həbsi haqda elandan sonra oldu və

dostum məndən qətl barəsində fikrimi soruşdu. Mən də sadəcə olaraq, bütün Paris əhli ki-mi bu işin açılmaz bir sirr olması fikri ilə razı-laşmalı oldum. Qatilin izinə düşə bilən bir işıq üzü görmürdüm.

Biz işi belə təqdim etməklə onun nəticəsi barəsində mühakimə yürütməliyik, – Düpen dedi. – Gözüaçıqlığına görə bu qədər təriflə-31

nən Paris polisi hiyləgərlikdən başqa heç nəyə

qadir deyildir. Zamanın irəli sürdüyü qayda-lardan başqa onun əməliyyatında heç bir sistem yoxdur. Polis geniş tədbirlər kompleksi hazırlamağı ilə lovğalanır, amma bu tədbirlər heç bir fayda vermir. Əgər polis haçansa nə-yəsə nail olursa, o da son dərəcə ağır zəhmət sayəsində olur. Bu da kifayət etmir, onun planları puça çıxır. Məsələn, Vidokda sistemli fikir yürütmək qabiliyyəti olmadığı halda, on-da axtarıb tapmaq və inadkarlıq vardı. Axtarışlar zamanı əsəbilik onu pis vəziyyətə qoyurdu. O, əşyanı gözlərinə o qədər yaxın tu-tardı ki, onun bir sıra əlamətləri nəzərindən qaçardı. Ola bilsin, onları son dərəcə aydın-lıqla görə bilirdi, amma məsələ bütövlükdə

onun nəzərindən yayınırdı. Dərinlikdə əlla-məlik etmək çox da çətin deyil. Həqiqət heç də

həmişə quyunun dibində olmur. Ən zəruri məsələlər də, mənim zənnimcə, daha çox üzdə

olur. Həqiqəti dərənin dibində axtarırıq, o isə

dağ zirvələrində tapılır. Qətl məsələsinə gəldikdə isə gəlin müstəqil axtarış aparaq, sonra mühakimə yürüdərik. Belə axtarış bizi əyləndirər (mən “əyləndirər” sözünün yersiz deyil-32

diyini duydum, lakin heç nə demədim). Həm də Le Bon bir vaxt mənə yaxşılıq edib. Ona minnətdaram. Gedək binaya öz gözümüzlə

baxaq. Polis mənim tanışımdır, icazə almaqda çətinliyimiz olmayacaq.

İcazə verildi və biz dərhal Morq küçəsinə

yollandıq. Morq küçəsi Rişelye və Sen-Rok küçələrini birləşdirən sakit, yaraşıqsız küçə-lərdən biridir. Bura bizim yaşadığımız məhəl-lədən xeyli uzaq olduğundan, biz ora çatanda günortadan keçmişdi. Evi asanlıqla tapdıq, çünki xeyli adam evlə üzbəüz səkidə durub bağlı pəncərə qapaqlarına böyük bir maraqla baxırdı. Bu, Parisin adi evlərindən biriydi. Bir tərəfində şüşəli keşikçi budkası vardı. Onun pəncərəsi yuxarı açılırdı, dalandarın eviydi.

İçəri girməzdən əvvəl küçə yuxarı gedib dalana döndük, sonra geri qayıdaraq evin arxa tərəfinə çıxdıq. Bu vaxt ərzində Düpen mali-kanəyə və eləcə də bütün qonşu evlərə diqqətlə göz qoyurdu. Yenidən binanın qabaq tərəfinə gəldik, zəngi basdıq və etimadnamələ-rimizi göstərdik. Növbədə olan polis işçisi bizi içəri buraxdı. Madmazel L’Espanyenin meyidi olan otağa qalxdıq, indi meyidlərin hər ikisi 33

orada idi. Otaqdakı qarmaqarışıqlıq elə əvvəlki vəziyyətdəydi. “Məhkəmə xəbərləri qəzeti”ndə yazılanlardan başqa heç bir şey görmədim. Düpen isə hər şeyi diqqətlə nəzərdən keçirirdi, meyidləri də müayinə etdi. Sonra digər otaqlara baxdıq və həyətə düşdük; hər yerdə jandarm bizi müşayiət edirdi. Qaranlıq düşənə qədər yoxlama ilə məşğul olduq, sonra çıxıb getdik. Evə gedəndə dostum yolüstü gündəlik qəzetlərdən xəbər tutmaq üçün re-daksiyaya girdi. Dostumun müxtəlif qəribə-likləri barədə danışmışam. Onun “mən onlara göz yumuram” ifadəsinə gəldikdə isə deməli-yəm ki, bu sözün ingilis dilində qarşılığı yoxdur. İndi dostum elə bir əhvali-ruhiyyədə idi ki, qətl barəsində söhbət açmaq istəmirdi.

Növbəti gün günorta vaxtı bu haqda danışdı.

Sonra məndən qəflətən, bu işdə vəhşiliyə xas olan bir şey müşahidə edib-etmədiyimi soruşdu. Onun “xas olan” sözünü xüsusi nəzərə

çarpdırmasında elə bir şey vardı ki, məni dəhşət bürüdü, özüm də bilmədim nə üçün.

– Qəzetdəki məlumatdan əlavə siz deyən bir şey görmədim, – dedim.

34

– Qorxuram ki, qəzet məsələnin qeyri-adi dərəcədə dəhşətli tərəfini yaddan çıxarsın.

Redaksiya işçilərinin axmaq fikirlərini bir kənara qoyaq. Mənə elə gəlir ki, bu işi açılmaz hesab edirlər, məhz həmin səbəbə əsaslanaraq işi asanlıqla həll etmək olar. Mən qətldə müşahidə edilən, bütün sərhədləri aşan dəhşətli cəhətləri nəzərdə tuturam. Polis işçilərini də

çaşdıran qətlin özü deyil, bu vəhşiliyin törədilməsinə məhz səbəbin olmamasıdır. Onları çətinliyə salan dava-dalaş zamanı eşidilən səs-lərdəki barışmaz ziddiyyətlər idi. Şahidlik edənlər yuxarı mərtəbədə öldürülmüş madam L’Espanyedən başqa heç kəsi görmədiklərini söyləyirlər. Aydındır ki, adamlar yuxarı qalxarkən qatil onların nəzərindən qaça bilməzdi, çünki başqa yolu yoxdur. Yataq otağındakı ağlagəlməyən qarmaqarışıqlıq, buxarıya başıaşağı pərçimlənmiş meyit, qarının dəhşətli dərəcədə eybəcər şəklə salınması – bütün bu səbəblər kifayət edir ki, polis işçilərini çıxılmaz vəziyyətdə qoysun və uzaqgörənliyi ilə lov-ğalanan polis agentlərini tamamilə yanlış izə

salsın. Onlar qeyri-adiliyi izahedilməzliklə qa-rışdırmaqla kobud və ümumi səhvə yol ver-35

mişlər. Məhz adilik ölçüsündən kənara çıxarkən həqiqət axtarışlarında ona doğru gedən yolu görmək olur. Bizim hazırda apardığımız təhqiqat işində “nə baş vermişdir?” yox, “indiyə qədər nə baş vermişdir?” sualını vermək daha yaxşı olardı. Həqiqətən də bu işin həllinə

gəlib asanlıqla çıxacağım, bəlkə də artıq gəlmiş olduğum qərar, polisin nöqteyi-nəzərincə

açıq-aşkar həllolunmaz hesab edilməsi ilə tərs mütənasibdir.

Dostuma heyrətlə baxırdım.

– Mən indi, – Düpen qapıya tərəf baxaraq sözünə davam etdi, – bu dəhşətli cinayətdə

birbaşa iştirak etməsə də, müəyyən dərəcədə

onun törədilməsinə kömək edən şəxsi gözləyirəm. Ola bilsin ki, bu qətllərin baş verməsində onun günahı yoxdur. Bu ancaq ehtimal-dır. Mən öz fikrimdə haqlıyam, çünki müəm-manın açılışı bütünlükdə bunun üzərində qu-rulur. Həmin adamı burada – bu otaqda – istənilən anda gözləyirəm. Düzdür o gəlməyə

The free sample has ended.

Collective work
Text
4,0
2 ratings
$0.76
$1.53
−50%
Age restriction:
0+
Release date on Litres:
16 November 2022
Volume:
100 p. 1 illustration
Copyright Holder::
Hədəf nəşrləri
Download format:

Similar books