Read the book: «Təpəgözün nağılı»

Folk art
Font::

Təpəgözün nağılı

Azərbaycan nağılları

TƏPƏGÖZÜN NAĞILI

Biri var idi, biri yox idi, keçmiş zamanlarda Nəbi adlı varlı kişi vardı. Bu kişinin dövləti, varı, malı, qoyunu başından aşırdı, ancaq övladı yox idi ki, öləndən sonra dövlətinə sahib dursun. Bu kişi həmişə övlad həsrətilə yaşayırdı. Onun ağıllı bir çobanı var idi.

Günlərin bir günü Nəbi kişinin çobanı sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin hər tərəfi bürüdü, ətraf gecə kimi qaranlıq oldu. Çoban qoyunların içində dayandı. Bir az sonra duman çəkildi, hava işıqlaşdı, ancaq elə bir tufan qopdu ki, çoban üzüqoylu yerə uzandı, qoyunlar bir yerə toplandılar. Tufan kəsildi. Çoban gördü ki, sürünün içində təzə anadan olmuş bir uşaq var, uşağın təpəsində bircə gözü var. Çoban qoyunların birini sağıb uşağa içizdirdi. Axşam oldu. Çoban uşağı keçəyə büküb evə gətirdi, ağasının arvadına verdi. Ağası və arvadı çox şad oldular. Arvad uşağı öz uşağı kimi saxlamağa başladı.

Bir gün arvad Təpəgözü yedizdirib beşiyə qoydu, qollarını çırmayıb bir tabaq xəmir yoğurdu. Xəmiri evdə qoyub ocaq qalamağa getdi. Arvad bayıra çıxan kimi Təpəgöz sıçrayıb beşikdən yerə düşdü, bir göz qırpımında xəmirin hamısını yeyib, yenə beşiyə çıxdı. Arvad ocağı qaladı, sacı ocağın üstünə qoydu, evə gəldi ki, xəmiri aparıb bişirsin. Tabağı boş gördü. Evdə uşaqdan başqa heç kəs yox idi. Beşgünlük uşaq da xəmir yeyərmi? Bu, ağıla batası iş deyildi. Arvad güman etdi ki, xəmiri cin-şeytan aparıb. Təzədən bir tabaq xəmir yoğurdu. Yenə bayıra çıxan kimi Təpəgöz beşikdən sıçrayıb xəmiri yedi, beşiyə çıxdı. Arvad gəlib gördü ki, yenə xəmir yoxdur. Üçüncü dəfə də yoğurub bişirdi. Bu əhvalatın üstündən bir neçə gün keçdi.

Bir gün ağa iki toğlu ayırıb evə saldı ki, səhər kəssin. Arvad yenə Təpəgözü yedirib bayıra çıxdı. O, qapıdan çıxan kimi Təpəgöz beşikdən sıçrayıb yerə düşdü, toğluların ikisini də yedi, yenə beşiyə çıxdı. Ağa və xanım içəri girib gördülər ki, toğlular yeyilib, sür-sümüyü qalıb. Bu dəfə də onlar cin-şeytandan şübhələndilər. Sözü bir yerə qoydular ki, bir başqa yerdə ev tikib köçsünlər. Durub qonşuya məsləhətə getdilər. Bu zaman qonşu uşağı onlara gəldi. Təpəgöz onu tək görüb, beşikdən sıçradı, uşağı parçalayıb yedi. Bu əhvalatdan sonra ağa ilə arvadı qorxudan gecəni qonşuda yatdılar. Ancaq gündüzlər evə qayıtdılar. Bir neçə gün keçdi. Təpəgöz bərk acdı. Anasına dedi:

– Ana, mənə bir az çörək ver, bərk acam.

Anası gətirib onun qabağına bir az çörək qoydu. Təpəgöz bu çörəyi bir loxmada yeyib dedi:

– Ana, belə çörəklə aclığım sönməz, evdə nə qədər çörək varsa, gətir.

Anası təəccübləndi, evdə nə qədər çörək vardısa, hamısını gətirdi. Təpəgöz yeyib qurtardı, yenə doymadı. Bu vaxt qapıya bir camış gəldi. Təpəgöz onu da basıb yedi, yenə doymadı. Sonra anasının əlindən öpüb dedi:

– Ana, mən sizin bütün var-dövlətinizi yesəm, yenə də doymaram. Mənə Təpəgöz deyərlər. Mənə halallıq ver, gedib özümə bir mağara düzəldəcəyəm.

Təpəgöz anasının əlindən öpüb ayrıldı, gedib bir qalaçaya çıxdı. Buranı özünə məkan elədi. Təpəgöz çapdı, taladı, özünə çoxlu qoyun topladı. Onun qoyunları at, camış böyüklüyündə idi. Qoyunu həmişə özü otarardı. Bir böyük çinarı kökündən çıxarıb özünə çomaq eləmişdi. Bir oturanda üç qoyunu parçalayıb yeyərdi. Dişinin acısını almaq üçün üstündən bir adam da yeyərdi. Onun qalaçasının həndəvərinə nə bir insan, nə də bir heyvan yaxınlaşardı.

Təpəgözün əməlləri bununla bitmirdi. Gecələr kəndlərinə girib adamları parçalayıb yeyərdi. Çoxunu da tutub sağ-salamat mağarasına aparardı. Bu minvalla əhali tamam ac qaldı, anaların südü qurudu. Adamlar belə qərara gəldilər ki, Təpəgözün əlindən qaçıb başqa ölkələrə getsinlər. Belə bir vaxtda İmran adlı bir kişinin qızı Qəmər də hamilə idi. Qəmər qaçarkən meşədə ağrısı tutdu, uşağı oldu. O uşağın adını İsgəndər qoydu. Qoluna bir bazubənd bağladı, meşədə bir kahaya atdı. Bu vaxt kol körpənin alnını cızdı, uşağın alnı qanadı. Anası yaylığını cırdı, balasının başını sarıyıb gözlərindən öpdü, ağlaya-ağlaya ondan ayrıldı.

Sən demə, bu kaha bir şirin yuvası imiş. Bəli, axşam oldu, şir ovlayıb, quşlayıb kahasına qayıtdı. İçəri girəndə gördü ki, kahasında bir uşaq ağlayır. Əvvəlcə istədi onu yesin, sonra yazığı gəlib ona yaxınlaşdı, uşağın ac olduğunu görüb öz südü ilə yedizdirdi. Uşaq şirin südünü içib ağlamağını kəsdi. Şir uşaq üçün otlardan yumşaq yer düzəldib orada yatırtdı. Şir hər gün uşağı doyunca əmizdirib ova gedirdi. Axşam qayıdıb yenə əmizdirirdi. Beləcə uşaq böyüyüb on yaşına çatdı. Uşağın bütün xasiyyətləri və hərəkətləri şirə oxşayırdı. Özü də o qədər qüvvətli idi ki, dağa əl atsaydı, yerindən tərpədərdi.

İndi sizə xəbəri Təpəgözdən verim. Təpəgöz yaşadığı qalaçanın ətrafına bir quş da qona bilmirdi. Onun üstünə nə qədər qoşun, pəhləvan göndərirdilərsə, bacara bilmirdilər. Çünki Təpəgözə qılınc, nizə, ox batmırdı. Bunun əhvalatını şir İsgəndərə nağıl elədi. İsgəndər dedi:

– Ana, izn ver, mən səfərə çıxım. Təpəgözün məkanını öyrənim, görüm, o nə cür canlıdır?

Şir dedi:

– Ey oğul, o tilsimlidir, gedib tələsinə düşərsən, səni yeyər. Getmə.

İsgəndər dedi:

– Ana, mən onun mağarasına getməyəcəyəm, arxayın ol.

Şir çox dedi, oğlu sözündən dönmədi, axırda razı olub dedi:

– Get, ancaq Təpəgözün mağarasının ətrafına hərlənmə, bilib səni parçalar. Ehtiyat üçün al, tükümü də götür. Dara düşsən, məni çağırarsan, gələrəm.

İsgəndər şirlə görüşüb yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, bir biyabana çıxdı. Baxdı ki, bir dəstə adam harasa gedir. İsgəndər onlara yaxınlaşıb soruşdu:

– Yolçu qardaşlar, hara gedirsiniz?

Dedilər:

– Təpəgözün əlindən baş alıb gedirik.

İsgəndər soruşdu:

– Təpəgöz sizə nə edib ki?

Dedilər:

– Daha nə eləyəcək? Bütün uşaqları yedi. Kəndlərimizi xaraba qoydu.

İsgəndər soruşdu:

– Onun qalaçasını mənə göstərə bilərsinizmi?

Dedilər:

– Bax, o görünən dağın təpəsindədir.

İsgəndər soruşdu:

– Həmişə o qalaçada olur?

Yolçulardan biri dedi:

– Gündüzlər qoyun otarır, gecələr qalaçada yatır. Qardaş, söhbət dananı qurda verər. Təpəgöz gəlib bizi yeyər. Tez buradan qaçıb uzaqlaşaq.

İsgəndər dedi:

– Bura gəlib çıxa bilməz.

Bu danışıqda bir gurultu eşidildi, biyabanın bir tərəfindən Təpəgöz, qabağında qoyun sürüsü göründü. Təpəgöz bunları görəndə ley kimi başlarının üstünü aldı. Çomağını çəkdi, haraylayıb hər üçünü sürüyə qatdı. Axşama kimi heyvanları gəzdirdi. Qaranlıq düşəndə sürünü qalaçasına apardı, adamları da heyvanlarla birlikdə kahaya doldurdu. Təpəgözün kahasının qapısı dağ böyüklükdə bir qaya idi. Təpəgöz qoyunu kahaya yığanda, örüşə çıxaranda kahanın ağzını örtürdü.

İsgəndərgilin yanına gəldi. Əli ilə adamların ikisini yoxlayıb dedi:

– Sizin heç yeməli ətiniz yoxdur, çox arıqsınız, gərək sizi bir az kökəldim.

Sonra İsgəndərə tərəf getdi, ona əl atmaq istəyəndə İsgəndər ona elə bir yumruq vurdu ki, Təpəgöz ovxalana-ovxalana qaldı. Elə bil gözünə işıq gəldi, dedi:

– Əhsən sənə, doğrudan da, qüvvətli pəhləvansan. Çoxdandır könlümə pəhləvan əti düşüb.

İsgəndər dedi:

– Məgər mən toyuq-zadam ki, məni yeyəsən?

Təpəgöz dedi:

– Mənim əlimdə toyuqdan da balacasan.

Təpəgözün bu sözü İsgəndərə toxundu. Qılıncını çəkib Təpəgözün başına bir qılınc vurdu. Təpəgöz bərkdən gülüb dedi:

– Ey pəhləvan, qolunu yorma, sənin qılıncın məni kəsməz.

İsgəndər gördü ki, doğrudan da, Təpəgözə qılınc batmır. Çəkilib bir kənarda durdu. Təpəgözün əlindən qurtarmaq üçün bir tədbir aradı. Harayı hara çatacaq? Öz ayağı ilə Təpəgözə yem gəlmişdi. Təpəgöz İsgəndərə diqqətlə baxıb dedi:

– Görürəm çox fikir edirsən, ona görə də səni bu gün yemirəm, sabaha saxlayıram. İndi bu arıqları yeyəcəyəm.

Təpəgöz sözünü tamam edib İsgəndərin yoldaşlarını şişə taxdı. Bir ocaq qaladı. Adamları qıpqırmızı qızardıb yedi. İsgəndər gördü ki, Təpəgöz yoldaşlarının hərəsini bircə tikə eləyib uddu, sonra başının altına yastıq əvəzinə bir qoyunu qoyub yatdı.

Təpəgöz yatan kimi İsgəndər cəld yerindən qalxdı. Qoyunun birini öldürdü, ətindən kabab çəkib yedi, dərisini də başına çəkib qoyunların içinə girdi. Bir müddət keçdi. Təpəgöz yuxudan oyandı, ha baxdısa da İsgəndəri görmədi, kahanı axtardı, İsgəndəri tapa bilmədi. Təpəgöz lap məəttəl qalmışdı. Kahadan çıxmağa yol yox idi. Bəs bu necə oldu? Kahanın ağzını açdı, qoyunları haraylayıb kahadan çıxartdı. İsgəndər də qoyunlarla çıxmışdı. O, qoyunlardan seçilmirdi, qaçmağa fürsət axtarırdı. Təpəgöz qoyunları bir dağın ətəyində göy otlağa yaydı, özü başını bir daşın üstünə qoyub yuxuya getdi. İsgəndər bunu görən kimi dərini başından çıxarıb kənara tulladı, düz şir anasının yanına gəldi, bütün əhvalatı ona nağıl elədi. Şir anası dedi:

– Afərin, oğlum, onun əlindən yaxşı qurtarmısan.

İsgəndər dedi:

– Ana, bəs Təpəgözü nə cür öldürmək olar?

Şir dedi:

– Oğul, onun kahasında bir ox var. O oxa hər kəs əlini vursa, atılıb onu öldürər. O oxla onun gözündən vursan, ölər. Başqa heç bir şeylə ölməz. O oxu da ki, götürmək müşkül məsələdir.

İsgəndər dedi:

– Ana, o zalım mənim gözümün qabağında adamları şişə taxıb yedi. Mənə kömək elə, gedim onu öldürüm.

Şir dedi:

– Oğul, bu sevdadan əl çək, onu öldürə bilməzsən, səni yeyər.

İsgəndər dedi:

– Ana, mən gedəcəyəm. Ya mənə verər Allah, ya da ona.

Şir dedi:

– Oğul, sən şir oğlusan, şir südü ilə böyüyənə sehr, əfsun kar eləməz. Ancaq bu Təpəgöz başqa bəladır.

Şir çox dedi, oğlu az eşitdi, axırda şir dedi:

– Oğul, indi ki gedirsən, onda sözümə yaxşı qulaq as. Mənim dediklərimə əməl edə bilsən, onu öldürə bilərsən. Yenə həmin biyabana gedərsən. Bir qoyun dərisinə girib, Təpəgözün qoyunlarına qarışarsan. Kahada gözlərsən. Təpəgöz yatar. Al bu qılıncı. Bunun poladı mənim döşümün südündən yoğrulub. Qılıncı çəkib oxa vurarsan. Ox atılıb səni vurmaz, tilsimdən düşər. Onu götürərsən. Oğul, elə etməlisən ki, bir oxla onun gözündən vurasan. Əgər vura bilməsən, qaranlıq dünyaya düşəcəksən. Elə ki gözündən vurub kor elədin, yenə onun əlinə düşmə, səni parçalayar. Kahanın ortasında bir quyu var. Onu itələyib, quyuya salarsan, quyunun da ağzına kahanın ağzındakı qayanı yıxarsan. Təpəgöz ancaq o quyuda ölə bilər. İndi söylə, görüm, dediklərimə əməl edə bilərsənmi?

İsgəndər dedi:

– Ana, əməl edərəm.

Şir dedi:

– Dara düşəndə tükümü oda tutarsan, gələrəm.

İsgəndər anası ilə halal-hümmət eləyib yola düşdü. Dərələrdən sel kimi, təpələrdən yel kimi, badeyi-sərasər kimi gedib yenə həmin biyabana çıxdı. Bir qoyun dərisinə girib Təpəgözün qalaçasına gedən yolda yatdı.

Axşam oldu, bir də gördü ki, budur, Təpəgöz qoyunları gətirir. İsgəndər Təpəgözün qoyun sürüsünə qarışıb onun kahasına getdi. Təpəgöz bir neçə qoyunu parçalayıb yedi, üstündən bir adam da qızardıb, dişinin acısını aldı, sonra başını bir qoyunun üstünə qoyub yatdı. İsgəndər fürsəti fövtə vermədi. O saat qoyun dərisindən çıxıb hər tərəfə baxdı, gördü ki, Təpəgözün oxu kahanın qapısının ağzından asılıb. Düz oxa tərəf getdi, qılıncı sıyırıb oxa tərəf tutdu, ox tilsimdən düşdü, atılmadı. İsgəndər oxu götürəndə qoyunlar hürkdülər. Təpəgöz yerindən qalxdı, İsgəndəri görəndə bərkdən nərə çəkib dedi:

– Ey pəhləvan, sən nə cür bu kahaya girdin? Tez söylə, yoxsa and içirəm anamın südünə, səni parça-parça edəcəyəm.

İsgəndər dedi:

– Daşı götürüb, içəri girdim, yenə də örtdüm.

Təpəgöz oxunu İsgəndərin əlində gördü, canına bərk qorxu düşdü, dedi:

– Ey pəhləvan, sən iki dəfə mənim kahama gəlib sağ qurtarmısan. Mənim səninlə daha işim yoxdur. Gəl, qardaş olaq.

İsgəndər dedi:

– Səninlə mənimki tutmaz.

Təpəgöz dedi:

– Onda, yaxın gəl, sənə o oxu atmağı öyrədim. O, başqa adamın əlində atılmaz.

The free sample has ended.

$0.38
$0.76
−50%