Read only on LitRes

The book cannot be downloaded as a file, but can be read in our app or online on the website.

Read the book: «Ağ zanbaqlar ölkəsi»

Font:

Vətən üçün yaşamaq da, ölkənin inkişafı və yüksəlməsi üçün çalışmaq da onun yolunda ölmək qədər şərəflidir!

QRİQORİY PETROV

AĞ ZANBAQLAR ÖLKƏSİ

MÜNDƏRİCAT

MENE, TEKEL, PERES.......................................................................................

QƏHRƏMANLAR VƏ MİLLƏT..................................................................

“İKUYNEN TAYSTELU”.................................................................................

SUOMİ...............................................................................................................

SNELMAN..........................................................................................................

KİLSƏ................................................................................................................

TƏLİMÇİ MƏMURLAR.................................................................................

HƏRBİ HİSSƏ..............................................................................................

FUTBOL.............................................................................................................

VALİDEYNLƏR VƏ UŞAQLAR.................................................................

KAROKEP.........................................................................................................

KƏNDLİLƏR, FƏHLƏLƏR VƏ SƏNƏTKARLAR................................

PASTOR MAKDONALD..............................................................................

MENE, TEKEL, PERES

Bundan 30-40 il əvvəl1 Moskvadakı Dövlət Teatrının divarlarında birdən-birə böyük çatlar əmələ gəldi. Bünöv-rədən dama qədər qalxan bu çatlarla bütün binanın qəf-lətən yıxılıb içəridəkilərlə birlikdə çökməsi, ətrafdakılara xəsarət yetirməsi təhlükəsi vardı.

Binaya baxış keçirən mühəndislər çatların səbəbini araşdırmağa başladılar. Bünövrənin bir neçə yerində apa-rılan müayinələrin nəticəsi belə oldu: Moskvanın artıq çü-rüməkdə və çökməkdə olan bu tarixi daş binası, əslində, taxta təməllər üzərində inşa edilib. Və tikilərkən daha möhkəm olması üçün yerə qalın payalar vurulub, üstünə isə qalın daş divarlar hörülüb.

O zamanlar bünövrənin kifayət qədər dayanıqlı oldu-ğu söylənilirdi. Həqiqətən də, teatr binası bu şəkildə uzun illər sağlam qala bilmişdi. Ancaq illər keçdikcə zaman öz təsirini göstərdi, qalın taxta payalar yararsız hala düşdü-yü üçün bünövrə sürüşməyə başladı, nəticədə divarlarda böyük çatlar əmələ gəldi.

Mühəndislər, “Təhlükənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?” – düşüncəsi ilə həll yolları axtar-mağa çalışdılar. Tarixi binanı dağıtmaq kimi bir riskə ge-də bilməzdilər. Ona görə də əvvəlcə künclərdən başla-maqla bünövrə qazıldı. Çürüyən payaların yerinə hissə-hissə möhkəm qranit daşlar yerləşdirildi. Bu işləri görə-görə də yavaş-yavaş bütün bünövrə yeniləndi.

Beləcə, Dövlət Teatrının qədim binası yenidən sağlam bünövrəyə sahib oldu.

Mühəndislərin gördüyü işlər nəticəsində teatr bu gün də təhlükəsiz vəziyyətdədir.

Dövlətlərin tarixi və millətlərin mövcudluğu da Mos-kva Dövlət Teatrının binasına bənzəyir. Dövlət nizamının köhnə təməlləri, xalqı idarə etmək üçün çıxarılan qərarlar qəbul edildiyi zamanlar üçün nə qədər yetərli görünsə də, bu gün böhrana səbəb olur, yetərsiz qalır.

Məşhur bir atalar sözü var: “Yeni cəmiyyətlər özləri ilə birlikdə yeni mahnılar yaradır”. Zaman keçdikcə nəsillər davamlı olaraq dəyişir, yenilənir. Hər nəsil özü ilə birlik-də yeni anlayışlar, yeni ehtiyaclar və tələblər gətirir.

Yeni nəsillərə artıq köhnəlmiş, zamanla dəyişmiş ida-rəçilik üsulları və qanunlar tətbiq edilə bilməz.

Yeni nəsillər üçün daha yeni, daha ağıllı, daha adil, da-ha sağlam təməllərə söykənən idarəetmə anlayışlarının tətbiq edilməsi vacibdir. Ağıl və sağlam düşüncə sahibi olan dövlət adamlarının yaşadığı ölkələrdə artıq bu iş be-lə həyata keçirilir. Bu ölkələrdə böhranlara, qarışıqlıqlara, ictimai sarsıntı və çalxalanmalara səbəb olmadan daha müdrik, daha ədalətli metodlar tətbiq edilir.

Bir çox ölkədə isə dövlət məmurları xalq hakimiyyəti-nin və təhsil sisteminin tənzimlənməsinin vacib olduğunu başa düşmür və ya başa düşmək istəmirlər.

Belə olduqda da dövlət idarəçiliyinin sütunları sıradan çıxır, hissə-hissə çatlar meydana gəlir, amma təəssüf ki, getdikcə dərinləşən və genişlənən bu çatlara əhəmiyyət verilmir. Elə buna görə də zahirən sağlam və güclü görü-nən dövlət idarələrinin ləğv edilməsinə, hətta yıxılmasına belə təəssüflənmək lazım deyil. Məsələn, qədim İran döv-ləti məhz bu şəkildə süquta uğradı. Böyük Osmanlı impe-riyası, Avsrtiya İmperatorluğu da beləcə süqut etdi. Bö-yük Rusiya İmperiyası məhv oldu. Bismarkların2 və Vil-helmlərin3 Almaniyası da heç olub getdi.

Müqəddəs kitablarda qeyd olunur: Bir vaxtlar qüdrətli və zalım bir hökmdar sarayının divarlarında bu cür təsirli sözlər yazılıbmış: “Mene, tekel4, peres!5

Bu sözlərin mənasını kimsə başa düşməsə də, müdrik Danyal6 bu sözləri belə şərh etmişdir: “Atəşdən yaranan bu yazılar nə isə möhtəşəm bir hadisənin baş verəcəyin-dən xəbər verir. Bunun mənası odur ki, artıq dövlət var olma gücünü itirib. Danılmaz bir müsibət nəticəsində məhv olmağa məhkumdur. Qədim Roma imperatorluğu, Filippin7 və Alba Dükasın8 İspaniya səltənəti, XV Luisin9 Fransada hökmranlığı, Romanovların10 Rusiyası, Hohen-zollernlərin11 Almaniyası, Habsburqların12 Avstriyasının da sonluğu eyni cür faciəvi oldu. Tarix onlarla bağlı lazım olan hökmü verdi: Mene, tekel, peres!”

Bütün bu məsələləri ciddi düşünün! Həşəratlar kimi önəmsiz olan şəxsi məşğuliyyətləriniz və dərdlərinizin bataqlığında qıvranmayın. Bunun qarşılığında dövlətin əsaslarının necə möhkəmlənəcəyini və cəmiyyətin bun-dan sonra alacağı təhsili düşünün.

Tarix bəzi millətlərin və dövlətlərin faciəvi sonluğunu yazdığı kimi, bəzi dövlətlərin və millətlərin də irəliyə doğru addımlaması və yüksəlməsini yazmaq üçün parlaq səhifələr də açır.

Tarix xalqın hər hansı heyvan sürüsü halından və ya çalışqan qarışqa koloniyası (Ameisenvölker) şəklindən çı-xaraq, ağıllı və xoş həyat tərzi keçirən milyonlarla sənət-kara, istehsalçıya çevrilmə yollarını, dövlətin necə güclən-dirilməsini, cəmiyyətə necə təhsil verməyi göstərən bir elmdir.

QƏHRƏMANLAR VƏ MİLLƏT

Bəzi dövlətlərdə ciddi böhranlar baş verir və ya onlar bütünlüklə məhv olurlar. Bəzi millətlər isə həyatlarını müdrik bir şəkildə xüsusi gözəlliklə nizamlayırlar. Bu nü-munələr yalnız dövlət adamları, millət vəkilləri, senator-lar və çarlara aid deyil, cəmiyyətin hər bir üzvünün ma-raqlanmalı olduğu məsələlərdir.

Kişi və ya qadın, qoca və ya gənc, kəndli və ya şəhərli, zehni və ya fiziki iş görməsindən asılı olmayaraq hər kəs bu məsələlərlə bağlı düşünməlidir.

Dövlətlərin güclü və zəif məqamları, millətlərin irəlilə-məsi və ya dayanması yalnız dövlət məmurlarından, on-ların idarəçilik qabiliyyətlərindən və ya bacarıqsızlıqların-dan qaynaqlanmır. İdarəçilər yaxşı və ya pis, qəhrəman və ya zalım ola bilərlər, lakin onlar öz millətlərinin nüma-yəndələridirlər və onu təcəssüm etdirirlər. Onlar birbaşa milli ruhun surətləridir, xalqın içində doğulublar. Bir mil-lət necədirsə, dövlət adamları da onlar kimidir. Elə bu sə-bəbdəndir ki, qədimdən “Hər millət layiq olduğu idarə-çilik sisteminə və dövlət adamlarına sahibdir” düşüncəsi aktualdır.

Təəssüf ki, çox yaxşı başa düşülməyən bu həqiqəti da-ha dəqiq açıqlamaq üçün yüzillər boyu müzakirə edilən fəlsəfi və tarixi bir məsələ üzərində dayanmaq istərdim:

Millətlərin tarixini kim yaradır? Dövlətlərin və bütün insanlığın həyatındakı ən böyük hadisələr kimlər tərəfin-dən yönəldilir və idarə olunur? Müstəqil fərdlər tərəfin-dənmi? Yəni yalnızca bəzi böyük şəxsiyyətlər tərəfindən-mi? Təkbaşınamı? Yoxsa, məşhur ingilis mütəfəkkiri Kar-lilin13 dediyi kimi qəhrəmanlar tərəfindənmi? Millətin sə-yi və xalq ruhunun dirçəlməsi, güclənməsi sayəsindəmi? Karlil ilk fikri müdafiə etmiş və sübuta da yetirmişdir. İkinci fikir isə Lev Tolstoy tərəfindən dəstəklənmişdir.

Karlil “Qəhrəmanlar və tarixdə qəhrəmanlıq” adlı əsə-rində qəhrəmanları meydana gətirən “culte/kült”14“culture/mədəniyyət”15 anlayışları üzərində dayanır. Karlilə görə, millət cansız gil təbəqəsindən ibarətdir. Əgər ona bir sənətkarın əli dəyməsə sonsuza qədər şəkilsiz və hərəkət-siz də qalacaq.

Lakin Sezar16, Napaleon17, Böyük Pyotr18, Sokrat19, Mə-həmməd20 kimi bir sənətkar, böyük bir şəxsiyyət, qəhrə-man, öndər irəliyə çıxıb bu gili əlinə alarsa, onu istədiyi formaya sala bilər.

Çingiz xan21 Asiyada milyonlarla insanı birləşdirib öz hakimiyyəti altına aldı. Çini, Hindistanı, İranı, qədim Ru-siyanı fəth etdi, Peder Pierre d`Amiyen22 Qüdsü müsəl-manlardan geri almaq üçün bütün Katolik Avropasını ayağa qaldırdı, Martin Lüter23 islahatlar həyata keçirdi. Neronlar24, Kaliqulalar25 Romanı dağıtdılar. Bismarkların, Hohenzollernlərin siyasəti Almaniyada ciddi sarsıntılara səbəb oldu.

Qısası, Karlilin düşüncəsinə görə, millətlərin, hətta bü-tün insanlığın tarixini yaradan ruhən güclülər, ağıl və ba-carıq sahibi olan fərdlərdir, yəni qəhrəmanlardır. Elə Ramzeslər26, Romuluslar27, Femistokllar28, Lüterlər, Bis-marklar və s. belə insanlardır.

Lev Tolstoy isə bunun tamamilə əksini irəli sürərək deyir: “Həyatı yaradan, hadisələrin gedişatını, xüsusiyyət və formasını təyin edən tək-tək insanlar – Napaleonlar deyil, xalqın özüdür”.

Digər tərəfdən isə Tomas Karlil iddia edir: “Xalq küt-ləsi yerdə hərəkətsiz yatan və çürüyən saman çöpü kimi-dir. Böyük adamlar və qəhrəmanlar isə göydən düşən il-dırım kimidir – bu samanı alovlandırır, kütlələri canlan-dırır, hərəkətə gətirir”.

Lev Tolstoy başqa bir misal gətirərək belə söyləyir: “Dənizlərdə böyük, həm də çox böyük bir gəminin Trans-atlantikə doğru istiqamət aldığını düşünün. Hərəkət za-manı sular onun önündən lent kimi keçib gedir. Həmin su şırnağının gəmini sürüdüyünü kim iddia edə bilər? Mə-lumdur ki, bu su axınını gəminin özü yaradır və özü qar-şısında qovub aparır. Güc, əslində, gəminin özündədir. Axan su isə sadəcə bunun nəticəsidir”.

Bəli, Tolstoy belə deyir. Bir millətə hərəkət gücü gə-libsə və o, irəliləyirsə, deməli, öz-özlüyündən hərəkətə keçmiş olur, önündəki suları qovur. Öz həyat tərzini, ma-raq və həssaslığını ifadə edən bir nəfəri özünə lider olaraq seçir.

“Hərb və Sülh” romanının müəllifi olan Lev Tolstoy əgər Tomas Karlilin “qəhrəman-ildırım” bənzətməsini qə-bul etsəydi, hər halda belə deyərdi: “Bəli, böyük şəxsiyyət qəhrəmandır, ildırımdır. Amma xalq kütləsi nə gil təbəqə-si, nə də saman tayasıdır. O ildırımı yaradan millətin özü-dür. Bulud topası elektrik yaratdığı vaxt ildırım da öz-özlüyündən yaranır. Əgər buludlar elektriklə yüklənmə-yiblərsə, heç bir zaman şimşək və ya ildırım yaranmaz, bulud elə nəm buxar halında qalar. Millətlər də belədir. Əgər bir millət böyüklük və qəhrəmanlıq xüsusiyyətlərini özündə daşıyırsa, ondan ildırımlar yaranar, qəhrəmanlar çıxar. Əgər xalq kütləsi nəm bir buxar halındadırsa, heç bir güc ondan ildırım çıxara bilməz”.

İlk baxışdan bu iki yanaşma bir-birinə zidd və bir-birinə uyğunsuz görünür. Bunlardan birini seçmək lazım gəlir. Karlil haqlıdır, yoxsa Tolstoy? Ancaq Karlillə Tols-toy arasında ziddiyyət əslində, səthidir. Həqiqətdə onlar bir-birilərinə qarşı deyillər. Əksinə, bir-birilərini tamam-layırlar. Yəni ikisindən birini seçmək lazım deyil. Onlara “Karlil və Tolstoy” deyilməliydi. Çünki Karlil də, Tolstoy da haqlıdır. Bir medalyonun iki üzü kimi. Hər biri hə-qiqətin bir yarısıdır.

Qəhrəmanlar xalqı həyəcanlandırır və alovlandırır. Ancaq onu həm də yalnız millətindən aldığı alov və hə-yəcanla yandıra bilər.

Misal üçün əlimizə bir linza götürək. O, geniş sahəyə dağılmış günəş şüalarını bir nöqtədə toplama xüsusiyyə-tinə malikdir. Milyonlarla günəş şüasının bir yerə toplan-masından parlaq bir nöqtə yaranır. Bu güclü enerjili nöqtə kağız, saman kimi yanıcı maddələri bir andaca alışdırır; daşı, şüşəni, dəmiri isə qızdırır.

Millətin böyük insanları da elə linza kimidirlər. Onlar millətin gücünü və özəl xüsusiyyətlərini özlərində cəm-ləşdirir, bununla da milyonlarla insanın ruhunu alovlan-dırırlar. Ancaq günəş işığının olmadığı buludlu hava şə-raitində heç bir linzanın qar dənəsini əritməyə, su damla-sını isitməyə gücü çatmaz.

İsveçrə pendiri yalnız yüksək dağlarda otlayan inəklə-rin südündən hazırlanır. Müxtəlif vaxtlarda və müxtəlif millətlərin içində yetişən böyük şəxsiyyətlər də belədir. Onlar çiçək açmağa başlayan millətin incə qoxusudur. Napaleon qədim sülhsevər Çində deyil, Fransada yetişib. İngiltərə Darvini29 formalaşdırıb, o da “Növlərin mübari-zəsi”30 qaydasını ortaya qoyub. Rusiya isə müqavimətsiz-liyin31 carçısı olan Tolstoyu yetişdirib. Hər şey məhz bu cür olub. Əksi baş verməyib.

Hər zaman və hər yerdə eyni hadisələr olur. Almani-yanı I Dünya Müharibəsinə qatan II Vilhelm deyildi. Am-ma almanların döyüşkən ruhu Bismarklarda, Vilhelmlər-də, Hindenburqlarda32 və Rohrbachlarda33 öz əksini tapıb. Qədim Romanı Neronlar, Caracallalar34 və Commodlar35 məhv etməyib. Ancaq hər işdə ehtiraslı olan İspaniya dünyaya Loyolanı36 və inkvizisiyanı verib, Almaniya isə bir tərəfdə Kantı37, digər tərəfdə isə Kruppu38 yetişdirib.

Hər bir millət iqtidara ya qüdrətli, ya da əhəmiyyətsiz birini gətirir. Onlardan hansının hakimiyyətə gəlməsi isə millətin əxlaqi səviyyəsi və həyatı ilə çox bağlıdır.

Millətdə cəmləşmiş yaxşı nə isə var, yoxsa yox? Millə-tin ağlı, iradəsi, vicdanı yüksəlir, yoxsa korlanıb zəhərlə-nir? Bayağı və səfil bir həyat içində yox olub gedirmi?

Bu məqamda hər birimizin həyatının ən vacib xüsu-siyyətləri və fəaliyyət forması önə çıxır. Biz öz ölkəmizdə hansı işləri görürük? Millətimizin gələcəyində hansı rolu oynayırıq?

Cənub dənizlərində beş-on mərcan adası var. Mərcan-lar gil kimi xüsusi quruluşa malikdirlər.

Kiçik poliplər öz bədənlərindən xüsusi orqanik maddə ifraz edirlər, amma bunların fərqini görmək xüsusi diqqət tələb edir. Ancaq bu ifrazatların toplanması ilə zaman-zaman “mərcan adaları” adlı kiçik adalar meydana gəlir. Hətta bu adalarda insanlar belə yaşaya bilir.

Cənub ölkələrində xüsusi növ balaca qarışqalar var ki, bölgə əhalisi üçün tam bir fəlakət hesab edilirlər. Onlar əhalinin sığındığı qamış və taxta evləri, içində olan mebel tipli əşyaları yeməklə qidalanırlar. Onların peyda olduğu yerlərdə insanlar evlərini tərk edib, başqa bölgələrə köç-mək məcburiyyətində qalırlar.

İndi də öz ölkəmizin vəziyyətinə nəzər salaq.

Ölkədə necə bir istehsalat həyata keçiririk? Nə isə ya-ratmaq, yoxsa məhv etmək istiqamətində fəaliyyət göstə-ririk? Gördüyümüz iş müsbət, yoxsa mənfi keyfiyyətlidir?

Ölkələrin rifahı və xoşbəxtliyinin, cəmiyyətin qürur və şərəfinin xalqın iradəsinə bağlı olduğunu sübut edən nü-munə kimi kiçik və yoxsul ölkələr göstərə bilərik. Bura isə iki milyon əhalisi olan Finlandiyadır.

Avropanın ən şimalında yerləşən Finlandiyanın sərt iqlimi var39. Havası əksər vaxtlarda dumanlı olur. Baharın ilk günlərində belə şaxta olur. Avqust ayından etibarən soyuqlar başlayır. Ərazisi olduqca səmərəsiz torpaqlar-dan ibarətdir. Ölkənin əsas hissəsi sərt qranit qayalıqlarla örtülüb. Qalan hissəsini isə çuxur və bataqlıqlar təşkil edir. Finlandiyada mədən təsərrüfatı adında demək olar ki, heç nə yoxdur. Kənd təsərrüfatı ilə məşğul olmaq çox çətindir. Xalq isə heç vaxt tam müstəqillik əldə edə bil-məyib. Hər zaman gah bir, gah da digər qonşusunun ha-kimiyyəti altında olub. Finlər özlərini “Suomi” adlandırır-lar və çox sevdikləri ölkələrini də “Suomi” kimi təqdim edirlər ki, bu da “bataqlıq ərazi” mənasını verir.

“İKUYNEN TAYSTELU”

Bir neçə il ərzində Finlandiyanın xeyli yerində oldum. Yay-qış, yaz-payız demədən gəzirdim. Varlı ticarət şəhər-lərində oldum. Eləcə də, göl və meşələr arasında itib-ba-tan ucqar kəndlərə baş çəkdim. Fin həyatının bütün tərəf-lərini gördüm. Onların məişətini, bayramlarını, əyləncələ-rini müşahidə etdim. Finlərin musiqisini, ədəbiyyatını, rəssamlığını, teatrını, memarlığını öyrəndim. Və açıq de-yim ki, hamısına heyran oldum. Hər yeni Finlandiya səfə-rimdə oranı daha yüksək qiymətləndirir, bu susqun, qəm-li görünən, zəhmətkeş, azsaylı şimal xalqını daha çox se-vib, hörmət edirdim.

Xatirimdədir, bir dəfə Helsinqforsda olanda oxudum ki, dövlət teatrında dördpərdəli “İkuynen Taystelu” (“Əbədi mübarizə”) tamaşası nümayiş olunur. Afişada aparıcı simalar kimi Adəm, Həvva, Habil, Qabil, onların arvadları, Lüsifer və yüzlərlə şeytan əks olunmuşdu. Doğrusu, öz yerimdə oturanda düşündüm ki, darıxdırıcı dini-pastorsayağı uydurmaya tamaşa edəcəm. Amma ta-mamilə əksi imiş. Bu, dərin fəlsəfi və yüksək kultroloji də-yəri olan pyes idi.

“İkuynen Taystelu”nun müəllifi istedadlı fin yazıçısı Linnankoski40 özünü güclü və orijinal mütəfəkkir olaraq göstərmişdi. O, Qabili adi, hər kəsin tanıdığı kimi təqdim etməmişdi: axı Qabil – yarımheyvan, kobud, əzazil, yırtıcı və qardaş qatilidir. Linnankoskinin əsərindəki Qabil özü-nəməxsus Prometeydir – istənilən təzyiqə qarşı əbədi üs-yankar, sarsıdıcı gerçəkliklə barışmaz mövqeli çılğın qəh-rəman. Onun Qabili həyatın bütün zərbələri qarşısında yanıqlı-yanıqlı mələyən və öz başını mütiliklə bıçaq altına qoyan yazıq keçi olmağı bacarmır.

Qabil özündə böyük yaradıcı qüvvə hiss edir, özünə inanır, var gücüylə insanın və dünyanın nikbin gələcəyi uğrunda mübarizə aparmağa hazırdır. Yeri titrədən şim-şək çaxanda və ildırımın parıltısından, sanki göy üzü ya-nanda hamı qorxu və təlaş içində dizini yerə atır. Təkcə Qabil meydan oxuyurmuş kimi başını qaldırıb möhkəm dayanır.

Habilə, bacılarına, hətta atasıyla anasına da Qabil əminliklə söz atır:

– Balaca və qorxaq soxulcanlar, siz ancaq sürünməyi, titrəməyi və yaltaqlanmağı bacarırsınız. Siz qorxunun övladlarısınız, siz dini də əbədi təlaş, sonsuz titrəyiş, bi-tib-tükənməyən ah-nalə və fasiləsiz yalvarış kimi anlayır-sınız. Əgər siz, həqiqətən də, ruhən Yaradanın övladları olsaydınız, onda həyat yaradar, əkib-becərər, yerlə sürün-məkdənsə, başınızı torpağa qoymaqdansa, yuxarı can atardınız.

Və yalnız yaxınlarının anlamadığı, onlardan qorxub çəkinən Qabil sarsılır, iztirab çəkir, öz şübhələriylə, uğur-suzluqları ilə, məhrumiyyətləri ilə mübarizə aparır. Bu məqamlarda onun cənnətdən qovulmuş yaxınları parlaq keçmişlə nəfəs alır, Qabil isə işıqlı gələcək haqqında dü-şünür. O, alov əldə edir və bu kəşfinə görə uşaq kimi se-vinib xoşbəxt olur. Tullanıb-düşür, qaçır, mahnı oxuyur. Alov himnini bəstələyir:

– İndi tək deyiləm. İndi yanımda sən varsan, ilahi qüv-və! Sən bizimçün gecənin zülmətini nurlandıracaq, soyu-ğu qovacaq, möhkəm filizi əridəcəksən!

Və Qabil arzulayır, gələcək haqda şirin xəyala dalır. Gözünə mədəniyyətin təntənəli rəsmləri görünür. O, artıq qürurlu, möhkəm, güclü və yenilməzdir. Hər şeyə hazır-dır. Bütün təbiət qüvvələrinə meydan oxuyur. O, həyatı əbədi mədəni mübarizə kimi anlayıb, qəbul edir. Həm sərt təbiət qüvvələri, həm də öz ehtiraslarına qarşı mü-barizə!

Habillə ”Tanrı və dinin dərk edilməsi qorxu və qul tə-fəkkürlülükdür, yoxsa parlaq yaradıcılıq qüvvəsi?” möv-zusunda etdiyi çılğın mübahisə vaxtı Qabil özünü saxlaya bilməyib, qardaşını öldürür. Bu qətldən özü də dəhşətə gəlir. Amma bu ölüm ona yalnız mədəni mübarizənin ne-cə çoxşaxəli (həm daxili, həm zahiri) ola bildiyini göstərir. Mübarizə sonsuzdur! Mədəniyyət nuruyla həm zahiri, həm də daxili mədəniyyəti olmayan zülmətin minlərlə tutqun cəhəti arasındakı əbədi mübarizə!

* * *

Linnankoskinin “İkuynen Taystelu” əsərindəki Qabil obrazının ədəbi dəyərini vermək nə mənim vəzifəmdir, nə də indi bunun yeridir. Məhz Qabilin bütün bəşər mə-dəniyyətinin və əbədi mədəni mübarizənin atası olduğu təsəvvürünün həqiqətə uyğun gəldiyini demək indi bizim üçün olduqca çətindir. Vacib olan pyesin əsas ideyasıdır, Qabil və başqa – ya tarixi, ya da uydurma surətlərlə də ifadə edilə bilər. Fikir ondan ibarətdir ki, insan gərək heç kimin qarşısında heç vaxt yıxılmasın, alçalmasın. Bu fikir deyir ki, insan həyatı – elə fasiləsiz mədəni yaradıcılığın özüdür; insan həyatı – sərt qüvvələrlə, özüylə, özündən kənardakılarla əbədi mübarizədən ibarətdir.

“Əbədi mübarizə” ideyası da, Yohannes Linnankoski-nin qəhrəmanı Qabil də yalnız finlərin mövcudluğunun həyat şərtlərinə diqqətlə baxanda sizə daha anlamlı gələr. Y.Linnankoski öz pyesində məhz Finlandiyanın ruhunu təsvir edib. İşıqlı gələcəyin hər bir şəfəqi, uzaq diyarlarda-kı mədəniyyətin hər bir zirvəsi uğrunda mədəni mübari-zəylə bərkimiş, inadkar ruhunu.

Aboda41 – Finlandiyanın ciddi görkəmli və xudmani sahilyanı şəhərciyində xalis qalın qranitdən divarları olan şəhər mərkəzini yeni Rəssamlıq Muzeyi bəzəyir. Möhtə-şəm memarlıq gözəlliyi olan bina içi kimi çölündə də hər bir xətti, hər bir daşı, pilləkənlərin məhəccəri, pəncərə çər-çivələri ilə adamın diqqətini cəlb edərək göz oxşayır.42

Muzeydə istisnasız olaraq finland rəssamlarının əsərlə-ri toplanıb. Çox deyil, amma əsərlərin bədii sanbalı fin incəsənətinə, şübhəsiz, şərəf gətirir. Əl işləri kimi heykəl-təraşlıq nümunələri də finland sənətkarlarının yüksək za-hiri texnikasından və dərin daxili ustalığından xəbər ve-rir. Və burada, müxtəlif heykəltəraşlıq nümunələrinin arasında Vikstremin “Finlandiya” adlı böyük heykəli xü-susilə seçilir.43 Obraz çox sadədir: gənc, güclü, boy-bu-xunlu fin qadını. Amma bu obrazda oxşar heykəllərdə rast gəlinməyən bir şey var: sənətkar ona müxtəlif daxili məna və hislər yerləşdirib. “Finlandiya” fiquru başdan-ayağa nəsə vacib, böyük və uzaq, dərin-dərin və ciddi düşüncələrlə doludur. Sol əli yanındadır. Digər əli pırpız saçının içindədir və sanki fikirlərin ağırlığından sinəsinə əyilməyə hazır olan başına dirək tutub. “Finlandiya”nın simasında nə iztirab, nə hüzn, nə də qüssə var, amma elə bil, artıq yaşanmış kədərin kölgəsini daşıyır.