Read only on LitRes

The book cannot be downloaded as a file, but can be read in our app or online on the website.

Read the book: «Rübailər»

Font:

«Bir sübh xitab etdi bizim meyxanә…»

 
Bir sübh xitab etdi bizim meyxanә:
Ey rindi-xәrabәtimiz, ey divanә!
Dur dolduraq al şәrabla peymanәmizi,
“Ey vay” ilә dolmadan bizim peymanә.
 

«Ey xacә, inandırma bizi boş sözünә…»

 
Ey xacә, inandırma bizi boş sözünә,
Get, allaha bax, nәsihәti ver özünә.
Biz düz gedirik, sәnin gözün әyri görür,
Bizdәn uzaq ol, çarә elә öz gözünә.
 

«Beş gün bu cahan oldu bizim mәnzilimiz…»

 
Beş gün bu cahan oldu bizim mәnzilimiz,
Tәk dәrdü-bәla oldu fәqәt hasilimiz.
Getdik buradan ürәkdә min həsrәt ilә,
Әfsus ki, hәll olmadı bir müşkilimiz.
 

«Qalx, ey büt, dur qәlbi sevindir, bәri gәl…»

 
Qalx, ey büt, dur qәlbi sevindir, bәri gәl,
Gәl eylә bu gün dәrdimizә çarә, gözəl.
Bir kuzә şәrab gәtir içәk, lәzzәt alaq,
Torpaqlarımız kuzәyә dönmәkdәn әzәl.
 

«Heç kim verә bilmir sabaha vәdә bizә…»

 
Heç kim verә bilmir sabaha vәdә bizә,
Gәl biz bu günü xoş elәyәk könlümüzә.
Mey iç Ayın altında, Ay üzlüm, ki bu Ay
Çox-çox doğacaq, rast gәlәcәkdirmi bizә?
 

«Öldükdә mәnim cismimi badəylә yuyun…»

 
Öldükdә mәnim cismimi badəylә yuyun,
Tәlqinimi dә mey şüşәsindәn oxuyun,
Mәhşәr günü tapmaq mәni siz istәsәniz,
Meyxanәdә axtarın mәni, orda duyun!
 

«İstәr mәni hicranla zavalda saxla…»

 
İstәr mәni hicranla zavalda saxla,
İstәr şad elә, zövqü vüsalda saxla,
Mәn söylәmirәm sәnә nә cür saxla mәni,
Könlün necә istәyir o halda saxla!
 

«Eşq әhli gәrәk hәmişә rüsva olsun…»

 
Eşq әhli gәrәk hәmişә rüsva olsun,
Divanәliyilә mәstü şeyda olsun,
Huşyarlıqda dәrd çәkirik hәr şeyә biz,
Mәstkәn deyirik: qoy nә olursa olsun.
 

«Quran ki böyük, gözəl kәlamdır deyilir…»

 
Quran ki böyük, gözəl kәlamdır deyilir,
Az-az oxuyan olur onu hәrdәnbir.
Böyründә piyalәnin bir ayәt var ki,
Hәr yerdә, hәmişә dillәrin әzbәridir.
 

«İçmirsәn әgәr mәstlәri töhmәtlәmә sәn…»

 
İçmirsәn әgәr mәstlәri töhmәtlәmә sәn,
Yüz qәlbi qәmә, dәrdә salır hәr fitnәn,
Sәn içmәmәyinlә fәxr edirsәn, lakin
Yüz iş törәdirsәn daha pis içmәkdәn.
 

«Mey cismimә qüvvәt gətirir, canә qida…»

 
Mey cismimә qüvvәt gətirir, canә qida,
Çox sirlәrin üstünü mey açmaqda,
Yox bir tәlәbim nә bu, nә o dünyadan,
Yeydir mәnә mey hәr iki dünyadan da.
 

«Könlüm, bu zәmanәdәn sәn ehsan dilәmә…»

 
Könlüm, bu zәmanәdәn sәn ehsan dilәmә!
Dövrandan aman gözlәmә, sahman dilәmә.
Dәrman dilәsәn, bir az da artar dәrdin,
Dәrdinlә barış, sәbr elә, dәrman dilәmә.
 

«Öpsәm ayağından sәnin, ey şux dilbәr…»

 
Öpsәm ayağından sәnin, ey şux dilbәr,
Varkәn ayağın, özgә lәbindәn kim öpər?!
Әl mәndәn, әtәk xәyalın olsun hәr gün,
Gәzsәm, arasam vüsalın olsun gecәlәr.
 

«İçsәm o qәdәr şәrab ki, qәbrimdәn onun…»

 
İçsәm o qәdәr şәrab ki, qәbrimdәn onun,
Çıxsın qoxusu mәzarımı doldursun,
Bir kefli gәlib torpağıma çatsa әgәr,
Ordan saçılan qoxuyla tam mәst olsun.
 

«Meyxanә diyarında gedib qәlb axtar…»

 
Meyxanә diyarında gedib qәlb axtar,
Kamillәri tap, onlar ilә ol hәmkar,
Yüz Kәbәdәn artıqdı bir insan qәlbi,
Sәn Kәbәyә getmә, get tәmiz qәlblәrә var1.
 

«Bir gün ki əlimdə parlayır cami-şәrab…»

 
Bir gün ki əlimdə parlayır cami-şәrab,
Şadlıq mәni eylәyir o gün mәstü xәrab.
Yüz möcüzә icad edirәm sәnәtdә
Tәbim o zaman atәş olur, söz dә gülab.
 

«Mәşuqә vә meylә bu xarab guşәdә şad…»

 
Mәşuqә vә meylә bu xarab guşәdә şad,
Rәhmәt vә әzab ümidi, fikri, bizә yad,
Hәr bir şeyi qoyduq girova badә üçün,
Oddan, havadan, sudan vә torpaqdan azad.
 

«Meyxanәni abad mey içәnlәrdir edәn…»

 
Meyxanәni abad mey içәnlәrdir edәn,
Min tövbә-günah qanın sorurlar bizdәn.
Mәn işlәmәsәm günah, edilmәz rәhmәt,
Rәhmәt şәrәfin günahımızdır bәzәyәn.
 

«Dostluq az elə, hər kәsә dil vermә, saqın…»

 
Dostluq az elə, hər kәsә dil vermә, saqın!
Olma bu zәmanә әhlinә çox da yaxın.
Bir kәs ki onu arxa bilirsәn özünə,
Diqqәt elәsәn, odur hәqiqәtdә yağın.
 

«O qәsrdә ki verәrdilәr Bәhrama cam…»

 
O qәsrdә ki verәrdilәr Bәhrama cam,
Ahuya olub doğum yeri, aslana dam.2
Bәhram ki, ömür boyunca gur ovlardı,
Gördün necә birdәn gora girdi Bәhram.
 

«Dilbәrlәrә kim, gülәr dodaqlar vermiş…»

 
Dilbәrlәrә kim, gülәr dodaqlar vermiş,
Dәrd әhlinin o, bağrına dağlar vermiş.
Qismәt bizә şadlıq etmәmişdirsә, nә qәm?
Yüz minlәrini gözlәri ağlar vermiş.
 

«Gәlmiş bulud, ağlayır çәmәn üstünә, bax…»

 
Gәlmiş bulud, ağlayır çәmәn üstünә, bax,
Gülrәngli şәrabsız nәyә lazım yaşamaq.
İndi çәmәnin otlarına biz baxırıq,
Bәs qәbrimizin otlarına kim baxacaq.
 

«Üsyanım ilә heç kәsi yandırmır odum…»

 
Üsyanım ilә heç kәsi yandırmır odum,
Bir kimsәnәdәn yaxşılığa yox umudum,
Xalqın sitәmindәn göyә qalxan әl ilә,
Xeyir olmadı heç, hansı әtәkdәn tutdum.
 

«Çərxin dönüşündə görmürəm bir məfhum…»

 
Çərxin dönüşündə görmürəm bir məfhum,
Dünya әzabından özgә hәr şey mövhum,
Öz işlәrimә diqqәt edib mәn görürәm
Ömrümdә mәnә olmadı bir şey mәlum.
 

«Mәndә bu nәfәs saqiyә sadiq qalmış…»

 
Mәndә bu nәfәs saqiyә sadiq qalmış,
Xalqdansa mәnә bu bivәfalıq qalmış;
Axşamkı şәrabdan bir udum qalmışsa,
Söylә, nә qәdәr ömrdәn artıq qalmış?
 

«Kafirlik ilә din arası bir andır…»

 
Kafirlik ilә din arası bir andır,
Şәkk ilә yәqinin arası bir andır.
Xoşluqla keçir sәn bu әziz ömrü bu gün,
Sağlıqla ölüm fasilәsi bir andır.
 

«Bihudә yerә hәr tәrәfә cummamalı…»

 
Bihudә yerә hәr tәrәfә cummamalı,
Әsr ilә ayaqlaşmalı, rәhm ummamalı,
Zәrlәr nә verirsә fәlәyin nәrdindә,
Yalnız o naxışlara baxıb oynamalı.
 

«Çatmır ki әlin sәnin bu gündәn sabaha…»

 
Çatmır ki әlin sәnin bu gündәn sabaha,
Çәkmәk sabahın dәrdini boş bir sövda.
Qәlbin ayıq isә bu günü zay etmә,
Yoxdur bu qalan ömrümüzә çünki vәfa.
 

«Növbәtlә bu gün ömür cavanlıqdı mәnә…»

 
Növbәtlә bu gün ömür cavanlıqdı mәnә,
Badә içirәm, bu kamranlıqdı mәnә.
Eyb eylәmәyin ki, acıdır mey, xoşdur,
Ondan da acı bu zindәganlıqdı mәnә.
 

«Alәm dediyin vücud şәkildir, heçdir…»

 
Alәm dediyin vücud şәkildir, heçdir,
Doqquz tәbәqә bu göy sәma, bil, heçdir,
Sәn xoş yaşa, bu ölüm-dirim keşmәkeşi
Bir lәhzәyә bağlıdır, o da bir heçdir.
 

«Ey çәrxi-fәlәk, bu kin, әdavәt sәndәn…»

 
Ey çәrxi-fәlәk, bu kin, әdavәt sәndәn!
Hәr zülm doğub sәnin qәdim şivәndәn!
Ey torpaq, әgәr döşün yarılsa, şәksiz
Min dürrü cavahirat çıxar sinәndәn!
 

«Ey qәlb, zәmanәdәn ki sәn qüssәdәsәn…»

 
Ey qәlb, zәmanәdәn ki sәn qüssәdәsәn,
Ruhun birdәn çıxıb gedәndir, bil sәn.
Әylәş bu çәmәndә, xoş yaşa bir neçә gün,
Az sonra çәmәnlik bitәcәk türbәndәn.
 

«Bir sirli vücuddan törәmişdir bu cahan…»

 
Bir sirli vücuddan törәmişdir bu cahan,
Mahiyyәtini bu cövhәrin yoxdur açan.
Hәr kәs nә gәlib ağlına bir sözdü deyib,
Әslindә nәdir, dәrk elәmir bir insan.
 

«Bu kuzә mәnim günümdә bir dilxun olub…»

 
Bu kuzә mәnim günümdә bir dilxun olub,
Bir şux gözəlin saçlarına vurğun olub.
Boynundakı qulp o aşiqin bir qoludur,
Yarın sarılıb boynuna bir mәcnun olub.
 

«Dünya deyilәn alәmimiz bir qoca dam…»

 
Dünya deyilәn alәmimiz bir qoca dam,
Onda otarır öz atını sübh ilә şam,
Yüz Cәmşidi yormuş, yola salmış bu saray,
Bir kordur ki, onda yatıb yüz Bәhram.
 

«Zәr tәştinә bәnzәr bu sәma zümrüdrәng…»

 
Zәr tәştinә bәnzәr bu sәma zümrüdrәng,
Çox dövr elәmişdir, yenә dә dövr edәcәk.
Bir vaxt bu çәrxi-fәlәyin hökmü ilә
Gәldik biz dә, getmәdәyik hәr kәs tәk.
 

«Üç-beş gün ömür növbәtimiz böylә keçib…»

 
Üç-beş gün ömür növbәtimiz böylә keçib,
Çöldә necә yel әsib keçir, öylә keçib,
Mәn çәkmәrәm әsla iki gün dәrdini heç:
Biri hәlә gәlmәyib, biri dünlә keçib.
 

«Eyvay ola bir qәlbә ki, od yox onda…»

 
Eyvay ola bir qәlbә ki, od yox onda,
Bir dilbәr üçün yanmayır onda sevda,
Bir gün ki şәrabsız keçirirsәn onu sәn
Heç bir günün olmaz daha bәdtәr ondan.
 

«Badәylә yaşa, ki, mülki-Mahmud budur…»

 
Badәylә yaşa, ki, mülki-Mahmud budur,
Çәngә qulaq as, ki lәhni-Davud budur,
Keçmiş-gәlәcәk söhbәtini salma yada,
Hal ilә yaşa ki, әsl mәqsud budur.
 
1.Var – çat, yetiş.
2.Dam – tor.
$1.21

Genres and tags

Age restriction:
16+
Release date on Litres:
29 October 2022
ISBN:
978-9952-8452-1-3
Copyright holder:
JekaPrint

People read this with this book