Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları

Text
Author:
Read preview
Mark as finished
How to read the book after purchase
  • Read only on LitRes Read
Book description

Eduard Daues Dekker (12 mart 1820 – 19 fevral 1887) daha çox “Multatuli” (latın dilindən tərcümədə “mən çox əziyyət çəkmişəm”) ləqəbi ilə yazan Niderlandlı yazardır. Yazara məşhurluğu daha çox onun 1860-cı ildə satirik üslubda yazdığı “Maks Havelaar” gətirmişdir. “Maks Havelaar”la Niderlandın Şərqi Hindistandakı (bu günün İndoneziyası) müstəmləkə siyasəti, yeri əhaliyə zülmləri, torpaqlarını zəbt edib onları səfil duruma salmaları, usta bir qələmlə təsvir edilib.

Multatuli Niderlandın ən böyük yazarlarından biri hesab edilir. 1838-ci ildə İndoneziyaya yola düşən Multatuli orada bir çox hökümət vəzifələrində çalışmışdır. 1856-cı ildə Lebakın komendant köməkçisi postundan özü könüllü istefa verərək Avropaya qayıtmışdır.

İstefasına səbəb yerli əhalinin zülmə məruz qalması, mal-qarasının talanması, ödənişsiz işlərə cəlb edilməsi ilə bağlı hazırlayıb Niderland hökümətinə təqdim etdiyi raporta istədiyi reaksiyanı görməməsi olmuşdur.

Niderlandın müstəmləkə siyasəti ilə bağlı şahidlik etdiyi qanunsuzluqları və qalmaqallı olayları geniş ictimaiyyətə çatdırmaqda qərarlı olan Multatuli Avropaya döndükdən sonra da gördüyü, vəzifədə olarkən şahidlik etdiyi iyrənc qanunsuzluqlarla bağlı qəzetlərdə və jurnallarda məqalələrlə çıxış etmişdir.

Maks Havelaar İndoneziyanın Yava adasında çalışan niderlandlı dövlət qulluqçusudur. O, Niderlandın müstəmləkəsi olan İndoneziyada baş alıb gedən zülmlərə, qəsblərə, talanlara qarşı mübarizə aparıb haqqı bərqərar etmək üçün alışıb-yanır. Müəllif müstəmləkə siyasətini bütün çılpaqlığı ilə, iyrəncliyi ilə açaraq oxucuya çatdırır.

Əksər ədəbi tənqidçilər əsəri avtobioqrafik hesab edir və kitabdakı hadisələrin XIX əsrin ikinci yarısı Niderlandın müstəmləkəsi olan İndoneziyadakı zülm və ədalətsiz olaylarından götürüldüyünü bildirir.

İkiüzlü məmurlara, onların yerli, satılmış, öz xalqına zülm edən əlaltılarına qarşı bu şəxsin mübarizəsi nə ilə nəticələnəcək? Ədalət zəfər çalacaqmı?

Detailed info
Age restriction:
0+
Date added to LitRes:
20 October 2022
Size:
320 pp. 1 illustration
Translator:
Anar Rəhimov
Copyright:
Alatoran yayınları / Алаторан
Table of contents
Maks Havelaar: yaxud Niderland ticarət şirkətinin qəhvə auksionları — read a free preview online. Leave comments and reviews, vote for your favorite.

Отзывы

Сначала популярные

Оставьте отзыв