Read only on Litres

This book cannot be downloaded as a file but can be read in our app or online on the website.

Основной контент книги Kitab oğrusu
Text

Volume 450 pages

16+

Kitab oğrusu

Read only on Litres

This book cannot be downloaded as a file but can be read in our app or online on the website.

$9.02

About the book

Müharibə mövzusu nə qədər ağır olsa da, dünya ədəbiy­ya­tında ən çox işlənmiş mövzulardan biridir. İnsan həyatının dəyəri bir güllənin qiymətinə düşəndən sonra bütün digər dəyərlərin məhv olması labüddür, çünki bütün dəyərlərin başında ilk öncə İNSAN dayanır. Markus Zusak “Kitab oğrusu”nu ölümün dilindən səslən­dirir. Hamının qəbul etdiyi yeganə gerçəklik – ölüm insanlara mənəvi dəyərləri aşılamağa çalışır. “Mən onları qucağıma alıb daşıdığım zaman göylər qırmızı rəngə boyanmışdı…” Bütün əsər boyu biz ölümün rənglər vasitəsilə fikrini izah etməyə çalışdığının şahidi oluruq. Cansıxıcı mənzərələr müharibə ovqatını əsərin sonuna qədər bizim içimizdə saxlayır. Bütün bu dağıdıcı qüvvənin qarşısında cılız bir alman qızcığazı – Lizel dayanıb. O, kitab oğrusudur. İnsan maskası taxmış vəhşilər insan həyatını oğurlayan zaman bu qızcığaz onların evindən kitab oğurlayır. Müəllifin nə söyləmək istədiyini anlamaq o qədər də çətin deyil. Qlobal cinayətin qarşısını almaq üçün “söz”ə ehtiyac var. Söz olan yerdə əməl də olacaqdır. Bəlkə də, çox gec olacaq, ancaq mütləq olacaqdır. Qaranlıq əzab tunelinin sonunda hər zaman bir işıq var. Müəllif bu işığa çatmaq üçün cəhalət tonqalından oğurlanmış kitabı uşağın qucağına sıxır. Nəticədə Lizel, cılız bədənli kitab oğrusu əsərin ortasından qırmızı xətt kimi keçərək ölümün oğrusuna çevrilir.

Log in, to rate the book and leave a review
Kitab oğrusu book by Маркуса Зусака – read online on the website. Leave comments and reviews, vote for your favorites.
Age restriction:
16+
Release date on Litres:
24 April 2023
Volume:
450 p.
ISBN:
9789952364651
Copyright Holder::
Qanun