Read only on LitRes

The book cannot be downloaded as a file, but can be read in our app or online on the website.

Read the book: «Dərinlik»

Font:

Ceyms Rollins

Dərinlik

fantastic roman

3

Proloq

Günəş tutulması.

Çərşənbə axşamı, 24 iyul

1. Əvvəl

Günəş tutulmasının baş verəcəyi gün Dorin Makklaud bir əlində "Cronicle"ın təzə nömrəsi, digərində isə bir fincan tünd mokko1 ilə "Starbucks" kafesindən çıxdı. Tələsmək lazım idi: onun saat 10-a şəhərdə görüşü təyin olunmuşdu və

“Embarkagero”nun yaxınlığında yerləşən ofisinə çatmaq üçün bir saatdan az vaxtı qalmışdı. Səhərin soyuq küləyindən büzüşərək, o tələskənliklə "Bazaar" və "Castro" küçələrinin kəsişməsində yerləşən metro stan-siyasına tərəf yollandı.

Dorin göyə baxdı və üzünü tur-şutdu. Gecə şəhəri bürümüş

duman örtüyu hələ dağılmamışdı və günəş bu tüstü arasından üzünə tül çəkilmiş gəlini xatırladırdı. Çoxdan gözlənilən hadisə – yeni minilliyin ilk günəş tutulması 4 saatdan sonra baş verəcəkdi və lənətəgəlmiş duman uc-batından onu görməmək pis olardı. O, qəzetlər və televiziya xə-bərlərindən bilirdi ki, bu nadir astronomik fenomeni qeyd etmək üçün bütün şəhər toplanacaq. Hətta bu vəziyyətdə

belə, San-Fransisko təmtəraqsız keçinə bilmirdi.

"Bu nə səfehlikdir!” – deyə Dorin təəssüflə başını yelləyərək fikirləşdi. Onsuz da ilboyu San-Fransisko üzərində

dumanlı hava olur və bir neçə dəqiqəlik çökəcək qaranlıga nəyə görə sevinilir? Özü də ki, bütöv yox, yarım günəş tutulması gözlənilirdi.

1 Qəhvə.

4

Dorin dərindən nəfəs alıb, boynundakı şərfi düzəltdi və yersiz fikirləri başından atdı. İndi onun daha vacib qaygıları var idi. Əgər o Delta bankın tələblərini yerinə yetirə

bilsə, firmadakı yolu onun üçün açılacaq. Bu fikir onu qa-nadlandırıb "Bazar” küçəsindən keçirtdi və o metro stansiyasının girişinə çatdı. O, metroya daxil olan anda tuneldə

növbəti qatar göründü.

Təyin olunmuş vaxta gecikmədiyinə görə razı halda əlindəki qəhvədən bir qurtum almaq istəyirdi ki, birdən kimsə

möhkəm zərbə ilə onun dirsəyinə toxundu. Vurulan bu zərbədən əlindəki stəkan düşdü və qəhvə perrona dağıldı.

Dorin ona vurulan zərbənin kim tərəfindən gəldiyini görmək üçün arxaya baxdı və cır-cındır geyimli yaşlı qadını gördü. Bu qadın Dorinə sanki bu dünyadan olmayan insanın ba-xışları ilə baxırdı. Bir anlıq Dorinin fikrində vaxtilə xəstə yatan anasının obrazı canlandı: üzünün kəskinləşmiş cizgiləri, ölüvay baxışları və dərmanlarla sidiyin qarışmış kəskin qoxusu. Bütün bunlar Alseygeymer xəstəliyinin əlamətləri idi.

Dorin qeyri-iradi bir addım geriyə çəkilərək çantasını özünə

sıxdı. Amma çox güman ki, bu evsiz qadın təmamilə zə-rərsiz idi. Yəqin ki, belə hallarda sonrakı ifadə olaraq bu sözlər səs-lənəcəkdi: "Nə ilə bacarırsınızsa kömək edin!"Dorin bir addım da geri çəkildi. Qorxu və qəzəb, mərhəmət hissi ilə əvəz edildi.

Yazılmamış

şəhər

qanunlarına

əsas-lanaraq,

perrondakı digər sərnişinlər baxışlarını yana çevirdilər. Dorin də bu cür etmək istədi, amma bacarmadı. Yəqin ki, bunun səbəbi çoxdan vəfat etmiş anasının yadına düşməsi, yaxud o zavallı qadına duyduğu mərhəmət hissi idi. Bu vaxt o qeyri-ixtiyari soruşdu:

– Sizə necə kömək edə bilərəm?

5

Qadıntərpəndi və Dorin acından qadının dizlərinə

büzüşmüş qəhvəyi rəngli küçüyü gördü. Yazıq küçük o qədər arıq idi ki, batmış böyürlərindəki bütün qabırğaları saymaq olardı. Qadın Dorinin küçüyə baxdığını görüb dedi :

– Dopsik bilir! – Yaşlılıq və evsizlik ucbatından qadının səsi xırıltılı idi. Qadın yenə təkrarladı:

– O hər şeyi bilir!

Dorin sanki başa düşürmüş kimi qadının dediklərini başının hərəkəti ilə bildirdi. O zavallı anası ilə ünsiyyəti zamanı əldə etdiyi təcrübəsinə əsasən bilirdi ki, psixi xəstələrin qıcıqlandırılması düzgün deyil.

– Əlbəttə bilir, – deyə Dorin təkrarladı.

– Və o, bu haqda mənə danışır!

Bəli-bəli danışır! Dorin özünü axmaq kimi hiss etməsinə

baxmayaraq, yenidən razılıq əlaməti olaraq başını tərpətdi.

Qatarın qapıları açıldı. O, gecikməmək üçün tələsməli idi.

Qatara girdikdən sonra üzünü çevirmək istəyirdi ki, birdən arıq, qupquru bir əl onun biləyindən yapışdı,Dorin qeyri-iradi olaraq kənara dartındı, lakin qadın onu bərk-bərk tutmuşdu. Sərsəri qadın Dorinə yaxınlaşdı.

– Dopsik yaxşı itdir, deyə qadın sayıqlayırmış kimi donquldandı.

Qadın danışarkən ağzının qırağında qatı, turşumuş

mayonezə oxşar tüpürcəyi köpüklənirdi. O, hər şeyi bilir. O, ağıllıdır.

Dorin cəldliklə əlini qadının əlindən azad etdi. Mən......

mən getməliyəm. Qarı onu saxlamağa cəhd etmədi və dərhal əlini cır-cındır kökündə olan paltarının cibində gizlətdi. Dorin vaqonun qapılarına çatana qədər, qadın baxışlarını ondan ayırmadı. Tək qalaraq, qadın heş kəsə bilinməyən fikirlərinə

6

qərq oldu. Dorin, küçüyün ona yönəlmiş baxışları ilə qarşılaşdı. Vaqonun qapıları bağlanana qədər, Dorin qadının öz-özünə donquldanmasını eşidirdi:

– Dopsik… O, bilir… O, bilir ki, biz bu gün öləcəyik.

* * *

Sakit okean qurşağı vaxtı ilə saat 13:55 (yerli vaxtla

11:55) Aleut adaları, Alyaska.

Günəş tutulmasının baş verəcəyi gün, Cimmi Pamatuk adət etdiyi ehtiyatlığı ilə üzü yuxarı buzla örtülmüş yamaca doğru yol açırdı. Namuk adlı iti ondan bir neçə addım qabaqda idi. Bu nəhəng malamut2 yaxşı bildiyinə görə son məntəqəyə özü sərbəst lap tez çata bilərdi, lakin sadiq yoldaşı olaraq sahibini tək buraxmaq istəmirdi. O, özü ilə 3 nəfər aparırıdı: iki kişi və bir qadın. Onların yolu buzlu zirvəyə -

hər tərəfdən dənizlə əhatə olunmuş kiçik Tülkü ada-sının ən hündür zirvəsinə idi.

Adanın əcdadları sayılan inuitlər3 dahi Orkiyə səcdə etmək üçün buraya gəlir, ağacdan bütlər düzəldir və müqəddəs daşları qayadan dənizə atırdılar. Onu ilk dəfə bu müqəddəs yerə ulu babası gə-tirmişdi. Bu hardasa 30 il bundan qabaq baş vermişdi.

Hal-hazırda bu yerlər, adanın digər görməli yerləri ilə

bərabər bütün turist xəritələrində qeyd olunmuşdur. “Zo-diak” şirkətinin kiçik gəmiləri, sürətli okean gəmilərindən turistləri alır və onları Port-Roy-Son qəsəbəsinin mənzərəli sahilinə çatdırırdılar. Bundan başqa qəsəbənin qədimliyi və

ekzotikliyi ilə bərabər, adanın daha bir görməli yeri olan 2 Alyaskada minik arabasına qoşulan itlər.

3 (eskimosların özlərinə verdiyi ad)

7

“Buzlu zirvə” adlanan hissəsi də insanları cəlb edirdi. O günü aydınlığında cərgə ilə düzülmüş bütün Alleut adaları üfüqün arxasında gizlənən sonsuz qövs kimi görünürdü.

Cimminin ulu babalarının çox qiymətli hesab etdikləri bu mənzərələri seyr etmək üçün, indi turist sezonunun bu qızğın vaxtında 60$, adi günlərdə isə 40$ idi.

Birdən turistlərdən biri narazı halda soruşdu:

– Lənət şeytana, hələ çox sürünəcəyik? Artıq tamamilə

donmuşam.

Cimmi bu üçlüyə əvvəlcədən xəbərdarlıq etmişdir ki, yuxarı zirvəyə doğru qalxdıqca daha soyuq olacaq. Turistlər başdan-ayağa Eddi Branerin istehsalı olan gödəkçə, əlcək və

çəkmələrlə təmin olunmaqlarına baxmayaraq, indi həmin geyimlərin olması belə, tamamilə faydasız idi.

Cimmi əli ilə yan tərəfdəki təpəni göstərərək dedi: Cəmi bir yoxuşumuz qalıb. Beş dəqiqəlik yolumuz var, orada isə sizi isti daxma gözləyir.

Narazı turist saatına baxdı və dodaqaltı nə isə geyindi.

Cimmi gözlərini süzdürərərək yoluna davam etdi. Əgər turun sonunda alacağı xidmət haqqı olmasaydı, böyük sevinclə bu üç turisti qayadan aşağı atardı.

Əcdadlarının sitayiş etdiyi okean Allahlarına gözəl qurbanlar ola bilərdi bu turistlər! Həmişəki kimi, bunlar yalnız Cimminin arzuları ola biərdi.

Tezliklə onlar zirvəyə çatdılar. Cimmi bu yerlərin gözəlliyi haqda əvvəlcədən əzbərləmiş nitqini söyləmək üçün üzünü turistlərə çevirdi. Lakin turistlər heç bu gözəlliyə fikir vermirdilər. Onlar əyinlərindəki geyimə daha sıx bürünərək, soyuq küləkdən qorunmağa çalışırdılar.

Bura necə soyuqdur! – deyə turistlərdən ikincisi dilləndi.

Ümid edirəm ki, fotokameranın şurgsu donmayacaq. Bu 8

qədər yol qət etdikdən sonra heç bir şəkil çəkmədən qayıtmaq adama çox ağır gələr.

Cimmi hirsindən yumruqlarını möhkəm sıxdı, lakin çalışdı ki, bu hirs səsində biruzə olunmasın.

Dediyim koma irəlidəki şam ağaclarının arxasında yerləşir, istəyirsinizsə siz oraya yollanın və bir qədər qızışın.

Onsuz da Günəş tutulmasını izləmək üçün çox vaxt var.

– Şükür sənə ay, Allah! – deyə turist qadın birinci deyinən kişiyə baxaraq dedi: – Gedək Recci.

Nəhayət, axırda gəlmək növbəsi Cimmiyə çatdı. İngilis turistlər şam ağacına tərəf yollandılar. Nanuk sahibinin yanında qaldı. O, öz soyuq burnunu sahibini əlinə sürtərək əzizləməsini istəyirdi.

Nanuk, yaxşı oğlan, – deyə Cimmi iti tərifləməyə başladı.

Günəş tutulmasını dostları ilə bayram etmək üçün, əvvəlcədən adaya gələn Cimminin oğlu, atasının verdiyi tapşırığa əsasən daxmadakı sobanı qalamalı idi. Göyə qalxan tüs-tünü görən Cimmi, oğlunun verdiyi tapşırığı yerinə yetirdiyini ba-şa düşdü.

Birdən-birə, özü də bilmədən Cimminin üzərinə qəm dalğası çökdü. Bu yerlər həmişə ona belə təsir bağışlayırdı. O

sanki hansısa gözəgörünməz varlığın olduğunu hiss ediridi.

Yəqin ki, bu mənim ulu babalarımın Tanrısıdır – deyə özü-özünə yarızarafat, yarıgerçək fikirləşdi, xilasedici istiyə doğru yoluna davam etdi. İndi o, qorunmağı ingilis turist-lərindən daha çox istəyirdi. Cimmi cənub tərəfdən üfüqün üzərindən Günəşə doğru qalxan tüstünü nəzərləri ilə iz-ləyirdi. Günəşin tutulması… Bu hadisə baş verəndə Cimminin əcdadları fikirləşirdilər ki, nəhəng bir balina Günəşi udur. Həmin o hadisə bir neçə saatdan sonra baş verməli idi.

9

Sahibinin yanınca gedən it birdən nərildəməyə başladı.

Cimmi itə baxdı. Malamut cənuba baxırdı. Cimmi alnını qırış-dırıraraq itin baxışlarını izlədi.

Ağacdan düzəldilmiş bütdən başqa, qayanın təpəsində

heç nə yox idi. Məlum məsələdi ki, büt də doğurçu deyildi. O

sadəcə olaraq, İndoneziyada xarrat dəzgahında yonulmuş və

dəniz vasitəsilə gətirilərək, turistlərin diqqətini cəlb etmək üçün ucuz bir maketdir.

Nanuk çox da ucadan olmadan, nərildəməyə davam edirdi. Cimmi itin nəyə görə əsəbiləşdiyini başa düşə bilmirdi.

Sakit ol, oğlan – deyə itin üstünə yavaşdan qışqırdı.

Həmişəki kimi, sözəbaxan Namuk arxa pəncələri üstə

oturdu, lakin onun bədənində kiçik bir titrətmə var idi.

Cimmi nəzərlərini dənizə yönəltdi. Birdən onun yadına babasının öyrətdiyi qədim bir dua düşdü. O, duanın nəyə

görə məhz bu an yadına düşdüyünə təəcübləndi. Alyaskada sağ qalmaq üçün təbiətə və öz instinktlərinə hörmət etmək çox vacib idi. Cimmi isə buna inanmırdı.

O bir anlıq sanki babasının qarşısında canlandığını və

onunla birgə sonsuz dənizi seyr etdiklərini fikirləşdi. Belə

hallarda babası həmişə deyərdi: küləkdən fırtına ətri gəlir.

Sakit Okean qurşağı ilə 16:05 (yerli vaxtla 10:05)

Alaniya, Quam malikanəsi

Günəş tutulmasının baş verəcəyi gün Cefri Xessmayer hökumət evinin dəhlizində tələskənliklə addımlayaraq, öz uğursuzluğunu lənətləyirdi. ABŞ və Çin Respublikasından müqavilənin bağlanması üçün gələn tərəflər danışıq stolu arxasında yalnız Günəşin tutulmasından sonra duracaqdılar.

10

Təbiət bu nadir hadisənin birgə seyr edilməsi də gündəliyə

daxil edilmişdi.

Kiçik köməkçi olaraq, Cefriyə bu fasilədən səmərəli şəkildə istifadə etmək tapşırığı verilmişdi. Bu vaxt ərzində o amerikalı nümayəndələrə səhər iclasında hökumət katibi tərəfindən yazılmış qeydləri paylamalı idi. Həyat necə də

ədalətsizdir!

Yüksəkvəzifəli nümayəndələr yeməkxanada əyləşib, Günəş tutulmasını gözləyən vaxt Cefri gah stenoqraf, gah da makinaçılıq etməli idi.

O, yenidən öz bəxtsizliyini lənətlədi. Axı burda, Okeanın ortasında onlara nə lazım ola bilər? Bu iki dövlət nüvə si-lahlarına dair müqaviləni bağlayana qədər hətta cəhənnəm belə tamamilə sönüb qurtarar. Gündəlikdə verilən iki bənd daha vacib olduğuna görə heç bir ölkə güzəştə getmək istəmirdi. Çinin tələbinə görə ABŞ öz məşhur raketdən müdafiə

sistemini Tayvan ərazisində tətbiq etməməliydi. Prezident isə

qəti surətdə Çinin bu tələbini rədd edirdi. Bir həftə ərzindəki qızğın iş prosesində sammit iştirakçıları, yalnız ikitərəfli münasibətlərdə gərginliyin daha da artmasına nail olmuşdular.

Həmin gün prezident Bişop hədiyyə olaraq Çin nazirindən atlı döyüşçünün kiçik heykəlini qəbul etmişdi.

Jurnalistlər bu tarixi hadisəni, iki dövlət başçısının həmin o qeyri-adi heykəlin fonunda çəkməkdən məmnunluq hissi keçirirdilər. O gün çoxlarının qəlbində baş tutması mümkün olmayan ümidlər cücərmişdi.

Cefri onların nümayəndələri üçün ayrılmış bölməyə

keçdi. Gözətçiyə buraxılış vərəqəsini göstərib içəri daxil oldu.

O, öz stoluna yaxınlaşıb, dəridən olan fırlanan kresloya 11

əyləşdi. Ona verilən tapşırığın təhqiredici hesab etməsinə baxmayaraq, o bunu qüsursuz yerinə yetirmək fikrində idi.

O, əllə yazılmış bir topa kağızı bilgisayarın yanına qoydu və işə başladı. Onun əlləri bilgisayarın toxmaqcıqları üzərində

pərvaz edərək, hökumət katibi Elliotun əyri-üyrü yazılarını bilgisayar mətninin səliqəli, düz sətirlərinə köçürdü. İşin içinə

vardıqca qəzəb və təhqir hisləri onu tərk edirdi. Özünü böyük siyasətin kulis arxasında hiss etmək və daha yaxından tarixin necə əmələ gəlməsini izləmək onun üçün çox maraqlı idi.

Deyəsən, prezident Tayvana dair məsələlərdə güzəştə getməyə hazır idi. Lakin ABŞ bunu Çin nüvə ar-senalını genişləndirməklə, ÇXR-nin raket texnologiyaları üzərində

nəzarəti daxil etməklə və Çin tərəfdən özü üçün daha çox faydalanmağı qazanmaq istəyirdi. Elliot hesab edirdi ki, əldə

olan kartlar düzgün oynanılsa, qoyulan mövqeyə çatmaq daha asan ola bilər.

Cefri dövlət katibinin əlyazmalarına necə aludə ol-muşdursa, arxadan ona yaxınlaşan adamı belə hiss etmədi. O, öskürək səsi eşitdi və başını qaldırıb baxanda, hündür, ağbaşlı bir kişi gördü. Kişinin əynində səliqəli kğynək və qalstuk var idi, pencəyi isə əlində tutumuşdu.

– Belə ki, cənab Hessmayer, bütün bu barədə nə dü-şünürsüz?

Cefri yerindən elə dik atıldı ki, altındakı təkərli kreslo arxadakı masaya dəydi.

– C..... Cənab prezident, – hıqqınaraq, dili dolaşaraq dedi.

– Boş verin, cənab Hessmayer – ABŞ prezidenti Daniel P.

Bişop yazı masasına söykənərək bilgisayarın monitorundakı mətni oxumağa başladı.

12

– Tomun mülahizılıri barədə nə düşünürsünüz? Dövlət katibi? Cənab Elliot? Prezident qalxdı və yorğun-yorğun gülümsündü.

– Bəli. Siz ki, Corcstaunda beynəlxalq hüququ öyrənir-siniz?

Cefri gözünü qırpdı. Prezidentin ona Ağ Evin məmurları və kargüzarları içərisindən xüsusi olaraq diqqət yetirməsi inanılmaz görünürdü.

Bəli, cənab prezident, mən unversiteti gələn il bitiririəm.

Eşitdiyimə görə, siz kursun ən yaxşı tələbəsisiniz və

Asiya üzrə ixtisaslaşırsınız. Necə fikirləşirsiniz, bu müqaviləni imzalamaq üçün çinliləri yola gətirə biləcəyikmi?

Cefri dodaqlarını çeynədi. Dövlət xadimi və lider D.Bişopun baxışlarına tab gətirmək onun üçün çətin idi.

Cavab verin, çəkinməyin, mən ki, adamyeyən deyiləm, sadəcə olaraq düzgün və qərəssiz rəyinizi bilmək istiyirəm.

Əks halda niyə Torndan bu işi məhz sizə həvalə etməsini xahiş etdim ki?

Prezidentin bu etirafına heyran qalan Cefri ağzınaçıb bir söz belə deyə bilmədi.

– Dərindən nəfəs alın – deyə prezident əmr etdi.

Cefri prezidentin məsləhətinə əməl etdi və bu ona kömək oldu. Cefri öskürərək səsini qaydaya saldı və fikrini cəmləyib dedi:

– Mənə elə gəlir ki, dövlət katibi Elliotun, Çinin Tayvan iqtisadiyyatına dair qəribə cəhdləri haqqında söylədiyi fikri ağılabatandır, – Cefri bir neçə saniyəlik nəfəsini dərdi və yenidən davam etdi. – Mən Honq-Konq və Makaonun ye-nidən Pekin hakimiyyəti altına qayıtmasını diqqətlə tədqiq etmişəm. Görünür, çinlilər bu əraziləri demokratik iqtisadiyyatın kommunist strukturlarına inteqrasiyası üçün 13

təcrübə meydanı kimi istifadə edirlər. Çox güman ki, bu eksperimentlər Tayvanın yenidən Çin tabeliyinə qaytarılması üçün danışıqlar ərəfəsində keçirilir. Bununla da bu ittifaqdan marağı olan tərəflərin əldə edəcəkləri qazanc nümayiş et-dirilir.

Bəs Çinin artan nüvə arsenalını nə edək?

Birdən Cefri ürəklənərək daha tez cavab verdi: Onlar nüvə və raket texnologiyalarını bizdən oğur-layıblar. Ancaq Çinin indiki infrastrukturası o qədər inkiçaf etməyib ki, onlardan tam surətdə istifadə edə bilsinlər. Bir çox hallarda Çin hələ də raket texnologiyasının inkişafı üçün pis uyğunlaşdırılmış aqrar ölkə olaraq qalmaqdadır.

– Demək, hansı nəticəyə gəldiniz?

Çinlilər şahid oldular ki, Sovet İttifaqı qızğın silahlanma yarışında necə müflis oldu.

Əgər Çin, dünya balansında özündən sonra indiki vəziyyəti saxlamaq istəyirsə ən əvvəl öz texnoloji inkişafını sü-rətləndirməlidir. Onlar ABŞ ilə nüvə arsenalına dair mənasız disskusiyalara baş qoşmamalıdırlar.

– Boş disskusiyalar? – deyə prezident gülümsündü. Cefri qıpqırmızı olfu.

– Yox, yox – prezident əlini qaldırdı – sizin ifadəniz mənim xoşuma gəldi.

Birdən-birə Cefri özünü axmaq kimi hiss etdi. Nə

boşboğazlıq edirəm. Prezident Bişopun mənim bu boş fikir-lərimə maraq göstərməsini necə fikirləşə bilərəm?

Prezident qalxdı və pencəyini geyindi. Düşünürəm ki, siz düz deyirsiniz, cənab Hessmayer. Heç bir ölkə bu soyuq müharibəni maliyyələşdirmək istəməz.

Doğru buyurursunuz, əfəndim – Cefri mızıldandı.

14

Ölkələrimiz arasında münasibətlər daha da gər-ginləşməmiş, bu problemin həlli yollarına bəlkə də ümid etmək olar, ancaq bunu üçün daha çevik olmaq lazımdır –

prezident qapıya tərəf getdi. – İşinizi tamamlayın, cənab Hessmayer.

Yeni minilliyin Günəş tutulmasını qaçırmaq olmaz.

Hökumət başçısı otaqdan çıxdı. Cefri taqətsiz halda kresloya oturdu və gözlərini yumdu. Prezidentin özü ona qulaq asmış və onunla razılaşmışdı.

Cefri bu uğura görə qismətinə təşəkkür etdi. O, dikəldi və

ikiqat enerji ilə yenidən işinə davam etdi. Yəqin ki, bu gün uzun müddət onun yaddaşında qalacaqdı.

15

II O VAXT

Sakit Okean qurşağı vaxtı ilə 16:44

San Fransisko, Kaliforniya

Ofis binasının eyvanından San-Fransisko körfəzinə gözəl mənzərə açılırdı. Buradan Günəş tutulmasını izləmək üçün Jirardelli meydanına toplaşan insanlar görünürdü. Lakin Dorini cəlb edən bu deyildi. Onu, ömründə yalnız bir dəfə görə

biləcəyi mənzərə maraqlandırırdı.

Göyün tən ortasında körfəzin göy suları üzərində qara Günəş asılmışdı.

Məhz bu gün üçün Dorin optikadan tünd şüşəli eynək almışdı. Göydə qara dairə şəklində görünən Günəş parlaq, uzun dilləri ilə insanları heyrətə gətirirdi. Astronomiya sahəsindən olan ekspertlərin CNN kanalına verdiyi məlumata görə, həmin gün Günəşin qeyri-adi yüksək aktivliyi tutulmanı daha da mənzərəli edəcək. Və onlar yanılmamışdılar.

Dorinin ətraflında dayanan hüquq firmasının katibləri və

digər işçiləri bu gözəl mənzərəni seyr edərkən, heyranlıqlarını müxtəlif səs ifadələrilə bildirirdilər. Radio vasitəsi ilə astronomların növbəti məlumatı verildi. CNN xəbərdarlıq edir ki, atmosferin üst qatının yüklü zərrəciklər tərəfindən topa tutulması nəticəsində efirdə bəzi nöqsanlar baş verə bilər.

Körfəzin sularında qara Günəşin əksi o qədər gözəl görünürdü ki, Dorin bu mənzərədən gözlərini ayıra bilmirdi.

Bu gözəl zamanda yaşamaq onun üçün bir şans idi.

– Ey, hiss etdiniz? – deyə xanım katiblərdən biri təlaşla soruşdu.

16

Ayaqları altında zəif titrətmə hiss edən Dorin, qızın nə

demək istədiyini başa düşdü. Artıq dibçəklər də tərpənməyə

başladı və radiodan yalnız fısıltı səsləri eşidilirdi.

Zəlzələ! – deyə kimsə qışqırdı.

San-Fransiskoda yaşayan bəzi insanlar üçün bu titrəyiş

çaxnaşma yaratmaq üçün səbəb deyildi. Amma yenə də

şüurun dərinliyində bir xoşagəlməz fikir oyanırdı: “Bəlkə bu dəfə güclü olacaq?”

Firmanın böyüyü hamıya içəri keçməyi əmr etdi. Eyvan-da toplaşanlar, bir-birini itəliyərək içəri keçməyə can atırdılar.

Dorin sonuncu dəfə göyə baxdı. Buradan elə görünürdü ki, sanki hansısa nəhəng göydə böyük qara dəlik açıb. Elə bu an Dorin cır-cındır geyimli evsiz qadını və onun dediklərini xatırladı: “Bu gün biz hamımız öləcəyik”.

Dorin otağa getdi. Eyvan ayaqları altında titrəməyə

başladı. Bəli, bu adi zəlzələyə oxşamırdı.

– Tez olun! Qurtulmaq lazımdır! – deyə bosssəsələndi.

Dorin içəri otağa atıldı, lakin ürəyinin dərinliyində o başa düşürdü ki, qurtuluş tapmaq çətin olacaq və onlar öləcəklər.

Okean qurşağı vaxtı ilə 16: 44 (yerli vaxtla 1444)

Alleut adaları. Alyaska

Qayanın buzlu zirvəsində dayanan Cimmi yavaş-yavaş

yoxa çıxan Günəşə baxırdı. Küçüyü Nanuk isə təlaşlı halda onun yanında fırlanırdı Həyəcandan soyuğu da unudan üç ingilis turisti görüntüdən zövq alırdılar. Bu tarixi an foto-apparat və kameraların yaddaşına köçürülürdü.

Cimmi dərindən ah çəkdi və soyuq daşın üstünə oturdu.

Ağacdan düzəldilmiş bütə söykənərək, o Sakit Okean üzərində vüsət almış qara günəşə baxırdı. Bu qeyri-adi təbii 17

işıqlandırmada adalar sanki donub qalmış və qeyri-real görünürdü. Hətta dənizin gümüşü-parıltılı rəngə çalan üzü də

donuq görünürdü.

Səhər açılandan bəri küçük Nanuk narahat idi və elə hey mırıldanırdı. Yəqin ki, o Günəşlə nə baş verdiyini başa düş-mədiyindən belə idi.

– Narahat olma, balaca, – deyə sahibi onu pıçıltılı səslə sakitləşdirdi – Bu sadəcə günəşi udmaq istəyən ac balinadır.

Cimmi əlini uzadıb küçüyü sığallamaq istədi, amma onu yanında görmədi. O, qaşqabaqlı halda arxaya boylandı, küçük isə Günəşə deyil, şimala doğru baxırdı. Cimmi itin baxışlarını izləyərək, təəcüblü halda ah çəkdi.

– Aman Tanrım!

Şimalda Günəşin tutulmasından qaralan göy üzü dal-ğavari və dövriyyələrlə göy rəngin bütün çalarlarını alırdı.

Cimmi o dəqiqə anladı ki, onun izlədiyi şimal şəfəqidir.

Ancaq o heç vaxt onun belə intensivliyini görməmişdi, həm də indi zaman da uyğun deyildi.

Şüalar yel kimi fırlanıb qalxır və sanki səmada daha bir parıltı, dəniz əmələ gəlirdi.

– Mən elə bilirdim ilin bu vaxtı şimal şəfəqi olmur – deyə, ingilislərdən biri çığırdı.

Elədir – deyə, Cimmi cavab verdi.

Eylin adlı ingilis xanımı əlindəki kamera ilə Cimmiyə tərəf addımladı.

Necə də gözəldir! Bu Günəş tutulmasından daha da yaxşıdır.

Cimmi cavab vermədi. İnuitlər üçün şəfəqinin baş

verməsi müxtəlif əlamətlər və sirlərlə əlaqəli idi. Yayda, şimal şəfəqinin əmələ gəlməsini onlar hansısa bəlanın baş verməsi kimi qəbul edirdilər.

18

–Bu nədir? – deyə, Eylin soruşdu. Torpaq doğrudan da titrəyir, yoxsa bu mənə elə gəlir?

–Eylinə cavab olaraq möhkəm yeraltı təkan baş verdi.

Ada öz iri daş bədənilə lərzəyə gəldi. Eylin qışqıraraq qorxu içində yerə yıxıldı və digər iki turist onun köməyinə atıldılar.

Cimmi ağacdan olan bütdən yapışdığına görə yıxılmadı.

– Nə edək? – Eylin qışqırdı.

– Narahat olma, bir-bir buradan qurtulacayıq – deyə ingilislərdən biri cavab verdi.

– Aman Tanrım! – deyə Cimmi bir anlıq fikirləşdi. Yaxşı ki, hal-hazırda oğlum buralardan uzaqlaşdı.

Alleut adalarının ən uzaq torpaqları sanki yavaş-yavaş

Sakit Okean sularında itirdi. Bu gün sanki okean Tanrıları o torpaqlar uğrunda öz hüquqlarını müdafiə etmək üçün gəlmişdilər.

Sakit Okean qurşağı ilə 16:44 (yerli vaxtla 10:44)

Alanya, Quam torpağı

Quberniya valisinin qış bağında dayanan Cefri Günəş

tutulmasını seyr edirdi. 26 yaşına qədər, bir neçə dəfə cüzi Günəş tutulmasını izləsə də, tam Günəş tutulmasını birinci dəfə görürdü. Quam adası Yer səthinin ensiz zolağında yer-ləşdiyinə görə, Günəş tutulması buradan daha aydın görünürdü. Elə buna görə də, sammitin keçirilməsi üçün məhz bu ada seçilmişdi.

Cefri dövlət katibi Elliotun qeydlərini bilgisayarda yazıb qurtarandan sonra, inanılmaz tamaşanı izləmək üçün də vaxtı qalmışdı O, ucuz eynəyi gözünə taxıb, digər amerikalı nümayəndələr ilə birlikdə bağın qərb tərəfdə yerləşən qapısının yanında dayanmışdı. Çinlilər isə həyətin qarşı tərəfində top-19

lanmışdılar. Adama elə gəlirdi ki, bu iki qrupu da Sakit Okean ayırır.

Cefri bu iki qrup arasında hiss olunan gərginliyə məhəl qoymadan, Günəşin möhtəşəm görüntüsündən zövq alırdı.

Bu an o bir səs eşitdi:

– Çox gözəldir, deyilmi?

Cefri üzünü çevirdi və yenidən, artıq ikinci dəfə, prezident Bişopu gördü.

– Cənab prezident! – Cefri eynəyini çıxarmaq istəyirdi ki, prezident ona mane oldu.

– Lazım deyil, çıxarmayın. Seyrinizə davam edin. Belə bir gözəlliyi yəqin ki, bir də iyirmi ildən sonra görə biləcəyik.

– Bəli, cənab.

Hər ikisi göyə baxmağa davam etdilər. Prezident elə göyə

baxa-baxa dedi:

– Çin inanclarına görə, Günəş tutulması həyatda baş verən əsas dəyişikliklər müjdəçisidir – ya yaxşıya doğru, ya da əksinə.

– Əminəm ki, yaxşıya doğru dəyişər, həm də hər iki xalq üçün, – deyə Cefri dilləndi.

Prezident Bişop əlini Cefrinin çiyninə qoyaraq dedi:

– Ax, budur gənclik optimizmi! Siz vitse-prezidentlə söh-bətləşsəniz, yaxşı olar. Siz onunla həyat sevgisini paylaşa bilərsiniz və o da sizinlə həyata real baxışlarını, – deyə öz zarafatından məmnun olub, istehza ilə gülümsündü.

Cefri bu sözlərin mənasını başa düşdü. Vitse-prezident Lorens Neyfin kommunizmin son istinadgahlarından biri ilə

əlaqələrin hansı tərzdə qurulmasına dair xüsusi fikirləri var idi. Lorens Neyf aşkarda Bişopun diplomatik vasitələrin köməyilə Çinlə aralarında olan qarışıqlığı həll etmək niyyətini dəstəklədi. Lakin buna baxmayaraq, o özünü teleka-20

meralardan uzaq tutaraq, daha aqressiv mübarizəyə üstünlük verirdi.

– Siz hökmən bu ziddiyətləri aradan qaldırmağı baca-racaqsınız, mənim buna heç şübhəm yoxdur, – Cefri dedi.

–Yenə də sizin optimizminiz.

Dövlət katibi jestlərlə prezidenti səslədi və otağa keçməsini rica etdi. Prezident yenidən əlini Cefrinin çiyninə

qoyub, gülümsünərək dedi:

– Deyəsən, yenidən Amerika-Çin münasibətlərini yoluna qoymaq məqamı yetişib.

Prezident sözünü ağzında tamamlamışdır ki, möhkəm titrəyiş hiss olundu. Hələ də əli Cefrinin çiynində olan prezident onu sıxdı. Hər ikisi ayaqda möhkəm dayanmağa çalışdılar.

– Zəlzələ! – deyə Cefri qışqırdı.

Ətrafda pəncərələrin şüşələri qırıldı. Cefri şüşə

qırıntılarından qorunmaq üçün özünü ovucları ilə tutdu.

Quberniya valisinin bütün pəncərələri eyni anda qırılıb yerə

töküldü. Pəncərənin yanında duran bir neçə adam bu şüşə

qırıntılarından yaralanaraq, qan içində yerdə uzanmışdılar.

Cefri kömək məqsədilə irəli atılmaq istəsə də, prezidenti tək buraxa bilmədi. Digər tərəfdə ola Çin nümayəndələri sığınacaq məqsədilə evin içərisinə atıldılar.

Cefri ayaqları altında dəhşətli uğultu hiss etdi. Dövlət katibi bir qrup məxfi agentin əhatəsində izdihamı yararaq irəli addımlayırdı. Nəhayət, prezidentin yanına çataraq, onun əlindən yapışdı və dedi:

– Tez ol, Den, bir nömrəli borta qayıtmaq lazımdır! Bu ada yerlə-yeksan olmamış, mən sənin təhlükısiz bir yerdə

olmağını istəyirəm! Prezident onun əlini itələdi.

21

– Yox, mən bacarmaram.... – lakin sözünü sona çatdıra bilmədi. Haradasa, cənub tərəfdə möhkəm partlayış səsi eşidildi.

Cefri birinci olaraq dedi:

– Cənab prezident, siz getməlisiniz!

Prezident Bişopun üzərində gərginlik və təşviş hiss olunurdu. Cefri bu insanın Vyetnamda qulluq etdiyini bilirdi və bilirdi ki, onu yolundan döndərmək o qədər də asan deyil.

Sən bacarmalısan! Sənin özünü riskə atmağa haqqın yoxdur, Den!

Nəhayət, prezident razılaşdı.

– Yaxşı, gedək – deyə razılaşdı. Amma mən özümü qorxaq kimi hiss edirəm.

Prezident iki cangüdənin əhatəsində çıxış qapısına tərəf addımladı, dövlət katibi isə Cefriyə baxıb dedi:

– İndi limuzini gətirəcəklər. Sən prezidentin yanında qal və nəzarət et ki, o mütləq təyyarəyə minsin.

– Bəs..... bəs siz?

– Mən çalışacam ki, nümayəndələrimizdən bacardığım qədər toplayıb aeroporta çatdırım. Getməmişdən əvvəl Elliot Cefriyə sərt baxışlarla baxıb əlavə etdi: – Nəzarət et ki, vaxtında qalxsın və prezident burada tələyə düşməsin. Bizi gözləməyin.

Cefri razılıq etdi və çıxışa doğru tələsdi.

Prezidentə çatan Cefri, onun dodaqaltı nə isə öz-özünə

danışdığını gördü.

Deyəsən, çinlilər haqlıydırlar.

22

III

Və sonra

Sakit Okean qurşağı vaxtı ilə 18:45

San Fransisko, Kaliforniya

Gecə yaxınlaşırdı. Dorin Makklaud əyri-üyrü asfalt ilə

Rusiya təpələrinə doğru istiqamətlənir. Dorin sağ qalanardan eşidib ki, xilasetmə dəstəsinin könüllüləri orada bir düşərgə

dü-zəldiblər.

Dorin son dərəcə ac və susuz idi və hava da get-gedə so-yuyurdu. Nəhayət ki, yeraltı təkanlar sakitləşdi, lakin onlar artıq öz işini görmüşdülər.

Belə ki, San-Fransisko tamamilə dağılmışdı.

Dorinin ayaqları yorğunluqdan əsirdi. Dorin arxaya boylandı və okean sahilindəki o gözəl şəhərin yerlə-yeksan olduğunu gördü. Bu mənzərə duman tüstüsündə alovlanan şəfəq şölələrini sanki cəhənnəm təsvirinə bənzədirdi. Şəhər elə bil üstündən nəhəng çəkiclə vurulmuş kimi görünürdi.

Təcili yardım maşınları gəlməkdə davam edirdi, ancaq xilas etməyə daha adam qalmamışdı. Salamat qalan binaları barmaqla saymaq olardı. Dorin qarşısına çıxan meyitləri gör-dükcə nitqi tutulurdu. Dorin özü də yaralanmışdı və

başından qan axırdı, lakin yaranın ağrısından daha çox ətrafdakı insanların dağılmıç evləri qarşısında dayanmaları onun ürəyini ağrıdırdı. Bütün bu insanların baxışları demək olar ki, eyni idi – ölü və boş.

Növbəti təpənin başında bir parıltı göründü. Bu yanğın alovu deyildi. Bu düz işıq Dorinin qəlbində sönmüş olan ümidi, sanki bərpa etmiş oldu. Bu, yəqin ki, xilasetmə

23

düşərgəsi idi! O, addımlarını yeyinləşdirərək, sürətini bir az da artırdı.

Nəhayət, Dorin işıq gələn tərəfə çatdı. Təsərrüfat dü-kanının qarşısında xeyli kişi toplanmışdı. Orada olan ye-şiklərin içərisindən fənərləri götürüb, bir-birlərinə payladılar.

Bu fənərlər qaranlıq vaxtı onlara çox lazım olacaqdı.

Dorin bir az daha toplaşanlara yaxınlaşdı. Bəlkə ona da bir fənər verəcəklər deyə öz-özünə düşündü.

Dorin iki kişinin ona tərəf baxdığını görüb, kömək is-təmək məqsədilə onlara yaxınlaşmaq istədi. Lakin bu baxışlar ona xoş gəlmədi. O, ayaq saxladı və qəribə bir şey onun nəzərini cəlb etdi. Bütün kişilərin geyimləri eyni idi. Daha diqqətlə baxdıqda geyimlərin üzərində belə bir yazı oxudu:

“Kaliforniya bələdiyyə həbsxanası, məhkum”. Onlar gülümsünərək Dorinə baxırdılar.

Dorin üzünü çevirib tələsik oradan uzaqlaşmaq istədi, lakin cinayətkarlardan biri ilə toqquşdu. Dorin onu itələmək istədi, ancaq cani onun üzərinə bir şillə vurdu və Dorin yerə

yıxıldı. Digər məhkumlar da ona yaxınlaşdı.

– Yox, yox – büzüşmüş halda inildəyərək dedi.

Buraxın onu, vaxtımlız yoxdur – deyə cinayətkar lardan biri kobudcasına səsələndi. Milli qvardiya gəlməmiş, bu zəhrimara qalməş şəhərdən canımızı qurtarmalıyıq.

Dorin bu qorxulu insanların getdiyini görüb bir qədər arxayınlaşdı və elə bu arxayınlıqdan da möhkəm hönkürüb ağlamağa başladı.

Dorin başını qaldırıb onu xilas edən məhkuma təşəkkürünü bildirmək istəyirdi ki, üzünə tərəf istiqamət almış tapança lüləyini gördü.

– Daha çox patron götürün, qaz balonları da yaddan çıxmasın! – deyə kişi digər məhkumlara əmr etdi.

24

Daha sonra heç qadının üzünə baxmayıb tətiyi çəkdi.

Dorinin bədəni atəşdən bir kənara atıldı, bütün dünya gözündə qaraldı və yox oldu.

Sakit Okean qurşağı vaxtı ilə 20:15, yerli vaxtla 18:15

Age restriction:
0+
Release date on Litres:
16 November 2022
Volume:
512 p. 4 illustrations
Translator:
Copyright holder:
Hədəf nəşrləri

People read this with this book