Read the book: «Sis və gecə»
Əhməd Ümid
Sis və gecə
roman
3
Ənvər Qurdun xatirəsinə
4
Birinci fəsil
Bura haradan və necə gəldim, bilmirəm! Şüşələri qalın bir toz təbəqəsinə qərq olmuş, pəncərə çərçivələri qaralıb içindən çürümüş, köhnə divarları tünd yaşıl yosunlarla örtülmüş və qanadlı dəmir qapısı sanki sonsuza qədər bağlanmış kimi dayanan bu evin qarşısında məqsədsiz olaraq gəzərkən tapdım özümü! Baxımsız bir qəbiristanlığı xatırladan bu böyük bağçada, artıq ürküdücü bir xatirəyə çevrilmiş bu zavallı binanın qarşısında nə işim var, hələ də anlaya bilmirəm.
Bu qədər səylərimə baxmayaraq, yaddaşım keçmişimə qapı açmır. Zehnimdə bəzi naməlum şəkillər hərəkətə gəlir, amma görünüşləri dəqiq deyil. Zaman sanki yaşadıqlarımı əridib bir-birinə qarışdırıb…
Yavaş-yavaş içinə gömüldüyüm bu qəribə tapmacanı çözə bilmirəm. Necə çözəcəyimi də bilmirəm. Eynilə çölün ortasında günəşin, yağışın insafına atılan bu rütubətli evin tarixçə-sini bilmədiyim kimi.
Heç memarlıqdan başım çıxmır, amma uzun qüllələri, soyuq divarları və kiçik pəncərələriylə bu tikilinin bizim mali-kənələrə qətiyyən bənzəmədiyini rahatlıqla deyə bilərəm. Almaniyada gördüyüm malikanələri xatırladır. İndi Minə olsaydı,
"Bu qüllələr orta əsrin memarlığına uyğun olaraq tikilib, pəncərələrdə isə alman intibahının təsiri var… " – deyə analizə başlamışdı.
Minə!..Bəli, Minəni axtarırdım. Beş gündür ortadan qeyb olub. Evinə getdim. Beş gündür kimsə ondan xəbər gətirə bilmirdi. Amma bu işdə bir qəribəlik yoxdur sizcə?! Qeyb olan Mi-nədirsə, mənim bu kimsəsiz,çöllü – biyabanda, bu vahiməli evin qarşısında nə işim var?
5
Nəzərlərimi malikanəyə yönəldirəm.Görənlərdə qorxu və ürpərti oyandıracaq bu bina mənə kədər bəxş edir. Onu da-ha əvvəl heç görməməyimə baxmayaraq, aramızda anlamadığım bir bağlılıq olduğunu hiss edirəm. Bağçadakı çürümüş yarpaqların üstündən keçib malikanənin qapısına doğru gedirəm.
Qanadlı dəmir qapının üstündə, müxtəlif yerlərdən çayları olan mərmər altındakı qabartma diqqətimi çəkir.Qabartmada ilk seç-diyim bir ulduz olur. Ulduzun altında lüləyə bənzər bir başqa şəkil var, bunun bir tapança olduğunu anlamaqda gecikmirəm.
Tapança qəbzəsinin altında aypara işarəsi oyulub. Ən yuxarıda ulduz, altında bir tapança və qəbzəsinin lap ucunda bir aypara.
Bu emblemi hardansa xatırlayıram, amma yadıma salmaqda çətinlik çəkirəm.
Qapıya yaxınlaşıram.Üstündə paslı asma bir qıfıl var.
Kilidi çəkişdirsəm də faydası yoxdur.Köhnə görünüşünə baxmayaraq, möhkəm qıfıldır. Kilidi buraxıb qapını itələyirəm. Dəmir dəstəkləri toz içində, sanki illərdir əl dəyməyib. Yerindən belə tərpənmir. Əllərimə tünd sarı zərrəciklər bulaşır.
Vaz keçə bilmirəm. Geri çəkilmirəm, iki əlimlə vururam qapıya. İçəridən səs-səda gəlmir. Daha güclü vururam. Əllərimi incitmir, canım yanmır, amma hey tərləyirəm. Üstəlik yalnız sağ tərəfim tərləyir. Dayanmadan qapını döyürəm, heç kim mə-nə cavab vermir, amma tərim axmağa davam edir. Bədənimdə
axan istiliyi hiss edə bilirəm. Niyə görəsən məhz ancaq sağ çiy-nimdən və qarnımdan tər axıb gedir?
Anlaya bilmirəm. Anlamadıqca da qorxmağa başlayıram.Keçmişdən, ağlımdan, bədənimdən, bu köhnə evdən qorxuram.Öz-özümə qorxmamalı olduğumu deyirəm.Necə olsa bəziləri gəlib tapar, təşkilat yalnız buraxmaz məni buralarda.
Hər kəs unutsa belə İldırım unutmaz, məni, İldırım!..İldırım öl-mədimi?
6
Tər bürüdü məni. Çiynimdən, qarnımdan ilıq damcılar süzülür. Köynəyimin ağırlaşdığını, şalvarımın islanmağa başladığını hiss edirəm. Tərim daha da artır.
Bir zəng səsi gəlir qulağıma.Əvvəl qurumuş ağac bu-daqlarında gəzişən küləyin səsinə oxşatsam da, ikinci dəfə çalı-nanda telefon zəngi olduğunu anlayıram. Dönüb köhnə malikanəyə baxıram. Bağlı bir qutu kimi sirr vermir. Zəng yenidən ça-lır; bu dəfə israrlı.Telefonu tapmalıyam.Təlaşla yenidən qapıya qaçıram.Mütləq İldırımdır zəng edən. Sonunda tapdı izimi. Qapını zorla itələməyə çalışıram, çiynimlə güc gəlirəm, amma o qədər möhkəmdir ki, yenə də tərpədə bilmirəm. Yenə zəng gəlir.Diqqətlə dinləyirəm, səs sanki evin arxasından gəlir. O
istiqamətə qaçıram. Tini dönər-dönməz küçələrdə görməyə vərdiş etdiyimiz növdən bir telefon kabinəsi qarşıma çıxır. Telefon susmadan cavab verməliyəm. Sürətlə gedirəm kabinəyə. Zəngi yarıda kəsib dəstəyi qaldırıram.
–Alo?
Qarşıdan səs gəlmir.
–Alo?
Bədənimi od bürüyüb, yenə tər içindəyəm.
– Alo?
Soyuq bir səs başlayır danışmağa:
– İldırım minbaşını vurdular. Evinin yaxınlığında…
Nəsə soruşmaq istəyirəm.Ağzımın içi quruyub,dodaqlarımı qu-caqlayan incə dərinin gərildiyini,hissə-hissə çatladığını hiss edirəm.Dilimlə dodaqlarımı yalamağa çalışıram.Dilim ağzımda can üstdə olan kərtənkələ kimi alışıb-yanır.
Xəttin o başından gələn səsin sahibi sualımı gözləmədən dəstəyi qoyur.Əlimdə telefonun dəstəyini eləcə hərləyirəm.Telefonun dəstəyindən qırmızı palçığa bənzər bir maye süzülür, kordonu asaraq kabinədən kənara qədər süzülür. Baxıram, bu 7
ki, mənim tərimdir.Kabinədə bir az da qalsam, bu tər məni bo-ğacaq.
Kabinədən çıxar-çıxmaz qarşımda izdiham yaranır. Bu, bir cənazə mərasimidir. Hər kəs qara geyinib. Deyəsən, rəsmi bir mərasimdir…Ağır bir matəm havası içində asta addımlarla yaxınlaşırlar. Mərasimə qatılanların çoxu kişidir; ancaq tabutun qarşısında bir qadın var. Qucağında yağlı boya ilə çəkilmiş bir portret tutub; ölənin şəklidir deyəsən. Qadın saçlarını qara çad-ranın altında gizlədib. Yaxınlaşan kimi tanıyıram: Gülsərən – İldırımın arvadı. Utanıram. Səbəbini bilmədən, bir uşaq kimi əzi-lirəm.Gülsərən gəlib qarşımda dayanır. Başımı önə əyirəm.
– Bəs siz onu tək buraxmayacaqdınız? – deyir, – O, axı sizə güvə-nirdi.
Səsində nə hirs, nə hüzn var, mexaniki bir tonla danışır..Nə deyəcəyəmi bilmirəm, ancaq bir-iki addım geriləyi-rəm. O iki addım daha yaxınlaşır. Yaxınlaşanda, mən geriyə
doğru bir neçə addım daha atıram. Atdığım hər addımın əvə-zində o da bir addım atır. Narahat oluram. Nə etmək istəyir axı bu qadın?
Başımı qaldırıram.Mühakimə edən, günahlandıran, “sən qorxaqsan” deyən baxışlar gözləyirəm. Halbuki, Gülsərən ifadəsiz bir üzlə dayanıb durub qarşımda. Məni görmür belə, gözləri bədənimi də keçərək uzaqlarda bir nöqtəyə ilişib qalır.
Normal bir insanın baxışları deyil bunlar. Bəlkə kömək edərlər deyə insanlara baxıram. Amma onların baxışları da eynilə
Gülsərəninki kimidir … Qorxuram.
Tez burdan qaçmaq, bu qəribə insanlardan uzaqlaşmaq istəyirəm. Dönüb qaçmağa hazırlaşarkən ayaqlarım bir-birinə
ilişir, üzüqoyulu yerə çırpılıram. Sürətlə kütləyə dönürəm. Gül-sərənlə kütlə üstümə gəlir. Ayağa durmağa vaxtım yoxdur. Nə-sə etməliyəm, yoxsa məni tapdalayacaqlar.
8
Tapançama əl atıram. Mən hərəkət edənə kimi izdiham daha da sürətlənir.Əlim qobura dəyir, amma silahım yerində
yoxdur. Yaxınlaşırlar, Gülsərənin qucağındakı şəkillə aramızda bir metr ya olar, ya olmaz…
Şəkildəki adamı az qala tanıyam, amma yaxınlaşdıqca boyalar uçmağa, fırça zərbələri yox olmağa başlayır. Artıq dəli olduğumu düşünürəm. Başımı qaldırıb, son bir ümidlə Gülsə-rənə baxıram. Gözləri həmişə eyni nöqtədə, üzündə bir dəyişiklik belə yoxdur; arxasındakı izdihamla birgə yavaş-yavaş mənə
yaxınlaşır."Durun!"-deyə qışqırmaq, etdiklərinin səhv olduğunu demək istəyirəm, amma ağzımı aça bilmirəm. Çaşmışam, çənəm, dodaqlarım, dilim sanki artıq məni dinləmir. Bütün məcburiyyətimə qarşı bir "ah" sözü belə çıxmır ağzımdan.
Qorxuram.Qorxduqca tərləməm daha da artır. Çiynimdə, qarnımda dayanmadan tər boşalır. Şəkil sürətlə yaxınlaşır, az qala üzümə dəyəcək… başımı yana çevirərək yerə sərilirəm. Üzüm torpağa sərili halda, qorxuyla, döyülmək və hətta ölüm cəzası belə gözləyirəm. Qəlbim irəli gedən xarab bir saat kimi sürətlə
atmağa başlayır.
Tərimin torpağa damladığını duyuram.Tər damlalarının torpağa düşərkən çıxardığı səs ürəyimin çırpıntısını xatırladır.
Ayağa qalxanda yerdə palçıqlı bir iz qalacaq deyə düşünürəm.
Amma saniyələr keçir heç kim məni döymür, bir təpik belə
dəymir. Narahatlıq içində gözləməyi davam etdirirəm. Heç bir dəyişiklik yoxdur.“Başımın üstündə, ürküdücü baxışlarıyla, ölüm səssizliyi içində durublar”,-deyə düşünürəm.Gözləməkdən bezib, ehtiyatla başımı qaldırıram.Qəribədir, kimsə yoxdur.
Çaşqınlıqla ətrafı müşahidə edirəm. Xeyr, heç kim yoxdur.
Gediblər. "Həqiqətən də gediblər" – deyə sevinclə mızıldanıram.
Bu qədər insan bir anda hara itə bilər? Əvvəl əllərimin, sonra isə dizlərimin üstə qalxarkən, Gülsərənin qucağındakı o 9
şəkli görürəm. Düz qarşımda, az qala yıxılacaqmış kimi dayanan qoca bir çinar altında, yeni bir rəsm ştativinin üstündədir.
Deməli, onu burda tərk etdilər. Bəlkə də bu bir işarədir, mənə
nəsə demək istəyirlər. Diqqətlə şəklə baxıram. Deyəsən torpağa uzanmış bir adam var. Uzaqdan yaxşı seçə bilmirəm. Şəklə doğru gedirəm. Bu dəfə boyalar uçmur.
Onu artıq çox dəqiq görə bilirəm, iki əli ilə qarnını tutub, yerdə alışıb-yanır.Barmaqlarının arasından qırmızı bir bulaq qaynayır, çiynindən sağ qoluna yayılan tünd bir ləkə var. Yaralı olmalıdır. Üzü sıxılmış, alnında muncuq-muncuq tər damlaları; elə diqqətə çarpandır ki, sanki həqiqidir. Barmaqlarının arasından daşan qırmızılıq, rəsmin üzəriylə incə bir şərit halında axır. Onu hardansa tanıyıram. Yaman tanış gəlir …
10
İkinci fəsil Bənövşə qoxuları gəlir. İlıq bir meh günəşli eyvanımız-dan süzülərək tül pərdələri ehmalca dalğalandırır. Bağçadakı şabalıd ağacının tünd yaşıllığını görürəm sanki. Atamın evidir bura? Qəribədir, biz bu malikanəni çoxdan satmamışdıq mı?
Yanımda bəziləri danışır, səslər boğuq-boğuqdur, anal-mağa çalışıram;Bənövşə qoxuları uzaqlaşır, şabalıd ağaclarını itirirəm, meh birdən kəsilir.
– Bax tərpəndi, ayılır.
Səs çox uzaqdan gəldiyi üçün yaxşı eşidə bilmirəm. Göz qapaqlarımın üstündə sanki tonlarla ağırlıq var, çətinliklə açıram. Bərq vuran işıqlar gözümü qamaşdırır.
Başımın üstündə iki qaraltı dayanır. Bir an harada olduğumu anlaya bilmirəm.Parlaqlıq gözlərimi yandırır. İşıq istəmirəm, səs istəmirəm, harada olduğumu düşünmək istəmirəm.
Malikanənin kölgəli bağçası məni çağırır.
Anam ilə əmim arvadı Nəriman talvarda oturub, əllərində bir qadın jurnalı, dəb və geyimlər haqqında danışırlar.
Atamla İsmət əmi, həmişəki yerlərində, şabalıd ağacının altındakı masada rakı içirlər. Mən kişilərin masasına sarı gedirəm.
Əmimin boşqabındakı basdırmadan yeyirəm. Dadı çox gözəldir. Əmim qadınlar tərəfə bir nəzər salıb, qədəhi uzadır.
– Bir bunun da dadına bax.
Rakının dadını əvvəldən bilmirəm, amma özümü sın-dırmıram. Verdiyi qədəhdən bir qurtum alıram.Qırtlağımdan mədəmə doğru bir yanğın başlayır.Üzümün necə bir hala düşdüyünü görmürəm.Amma gülməli olmalıdır!Əmim qəhqəhə
çəkir Atam qaşları çatılmış, başını yelləyərək bizi izləyir.
11
– Özünə gəlir! Həkimi çağırın, həkim....
Ağzımda rakının acı dadı itir. Amma mədəmdə bir bu-lanma var.
–Baxın oyanır! Tibb bacısı, tez olun, həkimi çağırın … həkim …
həkim hardadır?
Səsi artıq çox dəqiq eşidirəm.Təlaşlı bir sevinc içində, qulaqlarımda cingildəyir.Gözlərimi açıram.Başımın üstündəki qaraltılar sürətlə dəqiqləşir. Əvvəl arvadım Məlikə, sonra əmim İsmətin üzünü seçirəm. Məlikə mənə sarı əyilmişdi, şəfqətli ki-çilən gözləri yaşla dolu idi.
–Necəsən,canım?..Yaxşılaşacaqsan…yaxşılaşacaqsan,fikir eləmə!
Mənə ümid verməyə çalışır, amma onun özünün təskin-liyə ehtiyacı var. Əmim İsmət soyuqqanlı görünür. Ona baxdı-ğımızı görüncə gülümsünür. Gözlərində hələ itməmiş bir narahatlığın izləri var.Yaxınlaşır.
– Yaxşı görünürsən, – deyir.
Səsində inciklik var? Vecimə belə deyil. Minəni soruşmaq istəyirəm.
– Onu sağ-salamat gördünüzmü?
Səsim o qədər gücsüzdür ki, üşüyürəm. Əmim sanki re-aksiyamı ölçmək istəyərcəsinə gözlərini üzümə dikərək cavablayır sualımı:
– Qarşıdurmanı seçdi, ölü olaraq ələ keçirə bildik, – deyir .– O birini də sən həll eləmişdin biz gələnə kimi.
Kimi həll etmişəm?.. Fəxri… Fəxridən danışır yəqin. Bəli, onu vurdum. Yerə yıxıldığını gördüm. Yəqin o da məni yarala-dı. Xeyr, Fəxri atəş aça bilmədi axı. Məni vuran o biri idi. Simitçi qiyafəli hərif. Onu da vurdular? Ölüb görəsən?
Əmim sanki düşüncələrimi oxuyur, ya da dediklərini necə qar-şılayacağımı öyrənmək istəyir:
12
– Qaçmaq istəyirdi, təşkilat evində dirəşdik. Atəş açdı… Kaş, sağ
tuta biləydik.
Məlikə maraqla bizi dinləyir.
–Üstündən Polşa istehsalı avtomat çıxıb. Bu sənə atəş açdığı silah deyil.
Silahı tapa bilməyiblər, vecimə də deyil. Əsas mənim üçün əhəmiyyətli olan Minədir, ona nə oldu? Fəxri öldü, yoldaşını da vurublarsa Minəni necə tapacağam? Əmimdən açıqca soruşsam,bilirəm, heç cavab da verməyəcək. Onsuz da ki, Məlikə də başımın üstündən heç ayrılmır, əmimi bir az daha yaxı-na çağırmalıyam. Ayağa durmaq istəyirəm.
Bacarmıram. Sağ çiynim sarıqlıdır, sol əlimin üstündə
isə damarıma bərkidilmiş nazik bir boru var. Başımı qaldıranda borunun o biri ucundakı plastik qan torbasını görürəm. Torbanın içindəki tünd qırmızı maye yavaş-yavaş damarlarma axır yəqin…Amma qan sanki heç azalmırmış kimi durğundur, hətta rəngi tündləşərək elə torbanın içində qalıb. Birdən qulaqlarım cingildəməyə başlayır. Qan tutmasıdırmı? Yox, canım! Mən qan görməyə alışmışam. Bəs onda niyə başım gicəllənir?
Əmimin üzü qaralır. "-Həkim! Təcili həkim çağırın!" -de-yə yalvaran həyat yoldaşımın səsi gedərək uzaqlaşır. Gözlərimi yumuram. İldırım bəy qarşımda dayanıb bığaltı qımışıb mənə
siqaret uzadır.
– Kimi gözləyirsən?– siqareti alanda soruşuram.
– Səncə,kimi gözləyə bilərəm burada? -deyə ətrafa boylanaraq istehza ilə cavab verir.
Mən də yan-yörəmə baxıram, yaşadığım binanın önündə durduğumuzu anlayıram.
– Bura mənim evimdir, – deyə çaşqınlıqla dillənirəm.
– Mən də səni gözləyirdim elə.
–Yaxşı, bəs sən ölməmişdin?– deyə soruşuram.
13
Yanıma yaxınlaşır, bir sirr verirmiş kimi pıçıltıyla danışır:
– Bir tapşırıqla gəlmişəm.
–Tapşırıqla? – Ağlıma gələn şeyə sevinirəm, -Yoxsa qatillərini…?
–Qatillərimi tapmaq sizin işinizdir, – sözümü yarıda kəsir – Mən sənin üçün gəlmişəm.
– Mənim üçün?
– Bəli, bir imtahandan keçəcəksən. Mən də imtahanın rəhbəri təyin edilmişəm.
Anlaya bilmirəm, səfeh – səfeh suallar verirəm:
– İldırım bəy, sən ölmədinmi?"
– Düzdür, mən ölmüşəm, – deyir, sonra acı bir təbəssümlə əlavə
edir: -Amma ölümün məni vəzifəmdən alacağını düşünürsənsə, yanılırsan.
Anlamaq istəyirmişcəsinə bir qədər onu süzürəm:
–Yaxşı, necə imtahandır bu?
– Necə bir imtahan olduğunu deyə bilmərəm. Sənə öyrədilən-ləri tətbiq eləsən, bacarmamaq üçün heç bir səbəb yoxdur. İllər öncə mən də Panamada buna bənzər bir imtahandan keçmişdim. Əminəm, sən də bacaracaqsan.
Gülümsəyir. Mən də ona gülümsünürəm. Heç də ölmüş
birinə bənzəmir.
–Birlikdə bir səfərə çıxacağıq.Bu səfər ərzində səhv etmək olmaz..
Lap köhnə günlərdə olduğu kimi, bir anda özümü hadisənin içində təsəvvür edirəm. Sanki İldırım bəy heç ölməyib.
Elə bil ki, birlikdə böyük bir əməliyyata hazırlaşırıq. İllərin verdiyi alışqanlıqla özümdən əmin danışıram.
– Oldu, mən hazıram
–Onda başlayaq,-deyir, başı ilə bir neçə metr irəlidəki avto-mobilimi göstərir, – Maşına gedək.
14
Maşına yaxınlaşırıq. Açarı çıxarıb qapını açıram. İçəri girəndə İldırım bəyin artıq yanımda oturduğunu görürəm. Hey-rətləndiyimi görəndə,
– Burax bu səfehliyi, – deyə gülümsünür, -Haydı, maşını işə sal.
Açarı burub heç çətinlik çəkmədən mühərriki işə salıram. Üzünə baxıram, amma bir şey soruşmuram. Yeni vəziyyətə alışmaq lazımdır.Ayağımı muftadan çəkib qaza basıram, avtomobil hərəkət edir. Binanın həyətindən çıxırıq.Beynimdə içinə düşdü-yüm bu qəribə imtahanın ipuclarını axtararkən:
– Qızı tapdın?– İldırım bəy qəfildən soruşur.
Dönürəm, göz-gözə gəlirik. Günahlandırır, yoxsa haqlı sayır, anlamaq çətindir. Başımı çevirib yola baxıram.
– Mən öldükdən sonra başladı bu əlaqə? – deyə təzədən soruşur.
Səsində qınaq yoxdur, alçaltma da…Dərdləşmək istəyən bir dostun səmimiyyətini hiss edirəm.Yenə də təmkinli davranı-ram.İldırım bəyin evlilik, uşaq, eşq kimi mövzuları çox önəm-səmədiyini bilirəm.Əksinə, peşəmizdən daha vacib ola biləcək romantik münasibətlərin işimizə maneə törətməsindən qorxardı. Buna görə də, qadınlarla bağlılıqdan yox, güvənməkdən doğan müvəqqəti münasibətlər qurmağın tərəfdarı idi.
– Haradan bilirsən?
– Unutmusan, biz hər şeyi bilirik, bilməliyik. Bildikdən sonra isə
həll etmək çox asandır.
Dərs verən bir müəllimi təqlid edirmiş kimi istehzalı bir tonla danışır.Gərilirəm. Amma özümə hakim olmalıyam. Mühiti yumşaltmaq istəyirəm. Onunkuna yaxın istehza ilə:
– Mövzu, “kəşfiyyat və əks-kəşfiyyat”dır, – deyirəm, sonra bir az ciddiləşib soruşuram. – Allah eşqinə, kimdən eşitmisən Minə
haqqında?
–Heç kimdən, özüm araşdırdım."
15
-Yaxşı, oldu, daha “Sən ölməmisənmi?” – deyə soruşmayacağa-m. Amma heç olmasa, niyə araşdırdığını de!
– Sən qatillərimi axtarmaqdan əl çəkincə, düşündüm ki, bunun üçün yaxşı bir səbəbin olmalıdır. Söhbətin bura çatacağını təxmin etməliydim. Bir müddət susuram. O sözlərini davam etdirir:
–Səni günahlandırdığımı düşünmə, qatillərimi tapmağa məcbur deyilsən. Araşdırmağımın səbəbi yalnız maraqdır.
Özümü toparlayıram.
– Qatilin tapıldığını bilmirsənmi? O terrorçu …
–Etmə Sedat! Heç olmasa, bunu etmə. Az əvvəl “qatillərini tapmaq üçünmü gəldin” deyə soruşan sən deyildin? "
–Mən sözgəlişi…
– Ayıbdır, Sedat. Öz ağlını da, mənimkini də təhqir edirsən.
Danışdıqca daha çox batdığımı hiss edirəm, çarxı dəyiş-dirib avtomobilə sürət verirəm. İldırım da susur.Yolun kənarındakı nəhəng elan lövhələrində bir cins firmasının reklamları.
var. Yarıçılpaq, cazibədar, qumral bir qız göbəkdən aşağı bədəninin bütün əzalarını büruzə verən bir mavi cins şalvar geyinib, xumarlı baxışlarla bizə gülümsünür. Lövhənin qarşısından keçərkən İldırım abi soruşur.
– Qız səni rahat edirdi. Deyil mi?"
Dərhal etiraz edirəm:
– Xeyr, düşündüyün kimi deyil. Onu sevdim.
–Mən də onu deyirəm.Qız ayaqlarını yerdən kəsdi, çoxdan unutduğun bir dünyaya apardı səni…“Halbuki mən öldüm"
deməsini gözləyirəm,demir. Sözlərinin ağırlığından xilas olmaq üçün soruşuram:
– Yoxsa imtahan bununla əlaqədardır?
– Ola bilər. Qəti bir şey deyə bilmərəm.
16
-Əslində əmimə danışacaqdım hər şeyi, -deyərək səhvimi qəbul edirmiş kimi görünürəm.
–Məsləhət bilmirəm, – deyir, – Səni anlamazlar. Ərizə işindən bəri, güvəniləsi biri deyilsən.
Belə bir cavabı heç gözləmirəm. Nə etmək istəyir bu adam?
– Sən nə düşünürsən? Bu əlaqə səhv idi?
– Səhv olduğunu bilsəydin, bunu etməyəcəkdin?"
– Bəlkə…Məncə edərdin. Aşiq olmusan. Sənin yaşında eşq çox təhlükəlidir.
– Yaşla nə əlaqəsi var bunun?
– Çox əlaqəsi var. Amma indi bunu danışmağın vaxtı deyil.
– Həmişə qırıq-qırıq danışırsan. Açıq danış, yardım et.
–Mənə güvənmə. Təkbaşınasan, nə etməlisənsə, özün edəcəksən.
Artıq danışmaq istəmədiyini demək istəyirmiş kimi, başını çevirib yola baxır.Amma sonra yenidən mənə sarı dönür:
– Sənə edə biləcəyim tək kömək odur ki, diqqətli olmağı tap-şırım.Diqqətli ol.""Diqqətli ol!" Bu iki söz cingildəyir qulaqlarımda. İldırım bəy, bu xəbərdarlığı harda gəldi etməz, əməliyyat əsnasında, əməliyyata girəcəyimiz anlarda belə deyərdi.
Mənə işarə verir? Bəlkə yanılıram, bəlkə elə-belə dedi. Amma imtahanda uğursuz olmaqdansa,səhv etməyi üstün tuturam."Diqqətli ol." Bu sözü hər eşidəndə istər – istəməz əlimi silaha aparıram. Bu dəfə o cür eləmirəm, ətrafıma nəzar salmaqla kifayətlənirəm. Şübhə oyandıracaq heç nə yoxdur.
Getdiyimiz yol az sonra dərin bir döngə ilə ana yola bağlanacaq.Yol sakitdir, bir az irəlidə, yolun burulduğu yerdə, səkidə bir adam dayanıb. Tam seçə bilmirəm, deyəsən qarşısında səyyar bir dəzgah var. Bir az yaxınlaşınca onun simitçi olduğunu anlayıram. Simitçidirmi? Amma bu yoldan elə də piyada keçmir axı! Maşındakılara satır?Diqqətlə süzürəm onu… Onu 17
daha əvvəl buralarda heç görməmişdim. Kənddən yeni gələn çərçilərə oxşayır. Əmin olmalıyam. İldırıma sarı dönürəm.Məni izlədiyini görürəm. İmtahan tapşırığıdır axı, gözlərimi qırpma-ğımdan nəfəs almağıma qədər heç bir hərəkətimi oğurlamaq istəmir. Kömək etmək istəyən baxışlarıma "Sual vermə!" deyi-rəmmiş kimi başını yelləyib qarşılıq verir.
“Hərəkətləri çox sürətldir, məndən yardım istəyərək vaxt itirmə” – demək istəyir yoxsa? Maşını yavaşladıram. Silahımı qoburdan çıxarmaq çətin olmur. Lüləyə patron tapança tutan sağ əlimi aşağıya qucağıma endirirəm. Simitçiylə aramızdakı məsafə qısalır. Onun bizə baxdığını görürəm. Bir az həyə-canlıdır, ya nədir? Birdən baxışlarını yolun qarşısına çevirir.
Sanki o da bir işarə izindədir. Baxdığı tərəfə dönürəm, Fəxriylə
göz-gözə gəlirik. Fəxrinin üzü gərgindir, sağ əlini cibindən çıxardır, tabançanı görürəm. Qaza basıb qaçmağa çalışsam, çox gec olacaq. Arxa tərəfdən isə çox yaxşı hədəf ola bilərəm. Yavaşca əyləcə basıram. Fəxri mənə sarı nişan almağa çalışır. Ondan tez davranmalıyam. Silahımı ona sarı yönəldirəm. Amma hələ tətiyi çəkməmiş atəş səsi eşidilir. Sonra mənim silahım atəş
açır. Fəxrinin atəş aça bilmədən yıxıldığını görürəm. Eyni anda qarnımda bir istilik hiss edirəm. Simitçiyə doğru sürətlə dönər-kən, avtomobilin sağ şüşəsini deşib keçən güllələrin səsini eşidirəm. Adam neçə metr irəlidə, iki əliylə tutduğu tapançasından mənə atəş açır. Əllərinin titrədiyini görürəm. Allahdan təcrübəli biri kimi yox, yoxsa indiyə kimi çoxdan torpaq şöbə müdiri vəzifəsinə götürmüşdü məni.
Avtomobilin küncündə, sanki məni gizləyə bilirmiş kimi sükanın arxasına doğru sığınıb ona qarşılıq verməyə çalışıram.
Lakin diksinərək əlimin sözə baxmadığını duyuram. Sağ çiy-nimi ağrı bürüyüb. Onun nişançılığı haqqında erkən fikir bildir-mişəm deyəsən. Atəş aça bilməsəm işim bitdi. Silahı sol əlimə
18
keçirirəm. Necə gəldi atəş açmağa başlayıram. Ən az onun kimi əldən kəməm. Amma işə yarayır. Düşmənim çatışmanın gər-ginliyinə dayana bilməyib qaçmağa başlayır. Qaçanda dəzgaha dəyir, simitlər səpələnməyə başlayır. Səndələyir, az qalır yıxıl-sın, amma yıxılmır, yenidən qamətini düzəldir. Tapançanı qaldırıram, nişan almağa çalışıram, amma birdən onun boyu uzanmağa başlayır.
Bir neçə saniyə içində, hər bir addımı neçə metri keçəcək kimi böyüdüyünü görürəm. Az öncə dəzgahdan düşən bir simit adamın arxasına düşür. Ona yaxınlaşdıqca simit də böyüyür. Yanına gələndə simitin üzərinə atlayır, tək təkərli bir velo-siped kimi sürüb sürətlə uzaqlaşır.
– Özünü itirdin? – deyə soruşur İldırım. Onu tamamilə unutmuşdum.
– Sən də gördün?
– Ürəyin getməsin. – deyir.
– Harada idin?
– Burdaydım, yanında.
– Səni vurmadı?
– Güldürmə məni, ruhları vurmaq olmur.
– Haqlısan, – gülümsünərək deyirəm. Gülümsəmək belə incidir məni. Pis haldayam yəqin.
– Səni xəstəxanaya aparacaq adam tapmalısan, – deyir..
– Sən yardım eləməzsən?
– Dedim axı, bu sənin imtahanındır.
– Qazandımmı? – deyə soruşuram.
– İmtahan bitməyib axı.
– Bitməyib?
– Yox, hələ yeni başlayır, – başını yelləyərək deyir.
Onun bu sirli danışması ağlımı qarışdırır.Fikirlərim qopuq-qopuq olub, hər parça sanki başqa ölçüdədir, zehnimin gü-19
cü çatmır ki, onları birləşdirsin. Heç nə anlamıram, anlayacaq halda da deyiləm. Bu maşından çıxmaq, xəstəxanaya getmək istəyirəm. Amma tərpənə bilmirəm. Hər kəsi, hər şeyi söymək keçir içimdən. Sükan qarnıma yaxınlaşır, qorunmaq üçün geri çəkilirəm. Kürəyim qoltuğa dəyir. Oturacaq nə qədər də sərt-ləşib. Sükan üstümə gəlməyi davam etdirir. Yana qaçmağa çalışıram, alınmır. Sükan ilə oturacaq arasında sıxışıb qalıram; sanki aralarında sözləşiblər, damarlarımdakı qanı boşaltmaq üçün bir məngənə kimi sıxırlar bədənimi. Nəfəs almaqda çətinlik çəkirəm. Ağzımı quruya düşən bir balıq kimi sonuna kimi açıram, amma nəfəs ala bilmirəm. Başım dönməyə, qulaqlarım cingildəməyə başlayır, üşüdüyümü hiss edirəm. Dişlərim bir-birinə dəyəcək qədər çox üşüyürəm. Büzülmək istəyirəm. Hərəkət edincə çiynimdə və qarnımda sancılar başlayır.İldırımın əmr edən səsini eşidirəm:
– Sakit ol, sakit ol, keçdi.
Gözlərimi açıram… Amma bu İldırım yox; ağxalatlı, solğun sifətli bir adam nəbzimi tutub, saatına baxıb sayır, sonra əlini alnıma qoyaraq soyuq bir rəftarla soruşur:
– Ağrı varmı?
– Üşüyürəm.
– Normal, – deyir. – Çox qan itirmisən.
Əmimlə Məlikə qayğı dolu gözlərlə bizi izləyirlər. Həkim ayağa qalxır.
– Narahat olmağa ehtiyac yoxdur, – deyir.– Vəziyyəti yaxşıya gedir.
–Titrəyir, – Məlikə sanki özü üşüyürmüş kimi. Həkim yanındakı qısaboylu tibb bacısına dönür: -Bir ədyal örtün xəstənin üstünə.
Tibb bacısı divarın qarşısındakı şkafdan bir ədyal çıxarır. Məlikə ədyalı götürüb incitməkdən qorxurmuş kimi yavaşca üstümə örtür. Amma hələ də üşüyürəm, heç cür qızına bilmirəm.
20
Üçüncü fəsil Üşüyürəm. Meyitxananın parlaq, mərmər divarlarında dağılan kölgəmin kədərli bir görünüşü var.Çiyinləri çökmüş, donqar bir dilənçiyə bənzədirəm özümü.
– Şef, yaxşısan?– deyə Mustafa hörmətli bir rəftarla soruşur:
– Bir balaca nasazlığım var, idarə edərəm, – deyirəm.
Xəstəxanadan iki gün əvvəl ayrıldım. Əslinə qalsa, küçəyə çıxacaq kimi sağalmadım hələ. Amma vaxt qızıldır, məni vuran adamı tanımalıyam.
Cəsədlərin olduğu hissəyə keçirik, içim titrəyir. Meyitxana işçisi istehza ilə üzümə baxır. Ölülərdən qorxduğumu düşünürlər yəqin. Mülki geyimliyəm axı, məni şahid zənn edir.
Vecimə almıram, çox da haqsız sayılmaz. Amma nədənsə Mustafa narahat olur:
– Nə gülürsən ? – deyə çımxırır.
–Heç…– deyərək işçi özünü yığışdırır adam. Eninə on-on düzülmüş parlaq metal qapaqlı kabinetlərdən soldan ikincisinə sa-rı gedir. Kabinetin qapağını açır. İçəridən çölə sərin bir hava dalğası yayılır. Üşüyürəm. İşçi üstü ağ bir mələfəylə örtülü xə-rəyi çölə çıxarır. Xərək relslərin üzərində sürüşərək, Mustafa ilə
aramıza girir. Meyitxana işçisi cəsədin ayağına bağlanmış və-rəqəyə baxır.
– Özer Yılkı, axtardığınız cəsəd bu deyil ki?
–Odur- deyərək mənə baxır Mustafa. Sonra yavasça mələfəni qaldırır. Əvvəl qapqara saçlarını görürəm ölünün. İnanılmaz-dır, sanki canlı kimidir, saçları nə qədər parlaqdır. Sonra üzünü görürəm. Otuz yaslarında, dar alınlı, incə əzələli; gözlərini qa-payıblar, almacıq sümüyünün üstündə qara bir dəlik var,9 millimetrlik bir güllənin dəliyidir. Amma mən bu adamı tanı-21
mıram. Bu mənə atəş açan simitçi deyil ki! Diqqətlə baxıram, xeyr, qətiyyən, bu o deyil. Simitçi qumral idi, saçları tökülmüş-dü, bəli, əməlli başlı idi. Bir an ağlıma cəsədin saçlarının parik ola biləcəyi gəlir.
– Saçlarını yoxlaya bilərsən?, – deyirəm.
Mustafa təəccüblə üzümə baxır.
– Saçları deyirəm, parikmi, deyilmi, bir baxa bilərsən?
Mustafa yenə anlamır. Meyitxana işçisi ondan çevik davranır, danışıq tonumdan şef olduğumu anlayıb, az əvvəl etdiyi səhvi düzəltmək, bəlkə də Mustafadan qisas almaq istəyir.
Önə keçib cəsədin saçını kobud bir şəkildə ovuclayıb dartır.
– Yox, – deyir sonra, – Onun öz saçıdır.
Cəsədin ağarmış üzünə diqqətlə baxıram. Xeyr, bu mənə
atəş açan adam deyil. Qətiyyən o deyil. Demək ölməyib deyə, sevinclə öz-özümə düşünürəm.
– O, deyil?
Başımı qaldıranda Mustafanın maraq dolu gözləri ilə
qarşılaşıram. Cəsədi tanımağım onun üçün nə qədər məna daşıyır, anlamıram.
– Əməliyyatda sən də var idin?
– Bəli, şef, – gözləri işıldayaraq deyir.
– Onu sən vurmusan? – deyə soruşmuram; bu, o qədər aydındır ki…
– Mənə atəş açan adam bu deyil, – deyərək yalnız bir terrorçunu yox, şefini vuran adamı vurmaq qürurunun zövqündən məh-rum edirəm onu.
İki ildir birlikdəyik Mustafa ilə. Çalışdım ki, aramızda İldırımla olana bənzər bir münasibət qurulsun, amma olmadı.
Əvvəl qabiliyyətləri məhduddur deyib Mustafanı günahlan-dırdım, sonra anladım ki, mən də İldırım deyiləm. İndi hörmətli, amma soyuq bir işgüzar münasibət var aramızda. Haq-22
qımda mənfi düşüncələri olduğunu zənn etmirəm, amma mənim İldırıma bəslədiyim heyranlığı o, heç bir zaman mənə qarşı duymayıb və duymayacaq da. Onsuz da, buna layiq biri deyiləm.
– Evə gedəcəksiniz, şef?,– deyə, meyitxanadan çıxıb avtomobilə
minəndə soruşur.
– Əvvəl bu qızdırıcıları işə sal, dondum, – deyirəm.
– Təəssüf, şef , – deyir, mənə doğru dönərək üzgün görkəm alır -
Qızdırıcı yenə xarab olub.
Mustafa açarı burur mən də paltoma bürünürəm. Bir başa evə gedib isti nəsə içərək istirahət etmək istəyirəm. Amma Minəni tapmalıyam. Keçən hər dəqiqə onu məndən bir az daha uzaqlaşdırır. Qəribə bir şəkildə bunu hiss edirəm. Aradan iyirmi gün keçdi, hələ də sağ ola bilərmi? Cəsədi tapılana qədər ümid var. Məni vuran simitçi..! Onu tapmalıyam. Bütün düyün ondadır. Kimdir bu adam? Fəxrinin təşkilat yoldaşlarından biridir yəqin; başqa kim ola bilər axı? Halbuki Fəxri haqqında yazılan hesabatlar, təşkilatdan ayrıldığını ifadə edirdi. Deməli, bizi aldatdı. Bir buna bax, məni öldürməyə cəsarət etdiyinə gö-rə, elə çox da çölə atılacaq biri deyilmiş. Minə boşuna heyran olmayıb ona. Heyranmı? “Aşiqdir də” -desənə buna....
– Evə gedirik, rəis?
Mustafanın sualıyla düşüncələrdən uzaqlaşıram.
– Xeyr, Qurtuluşa.
– İtkin qızın evinə?
Minə haqqında “itkin qız” – deyə bəhs etməyini yadırğayıram, amma başqa nə deyə bilər ki, o şəxsi işlərimizdəki minlərlə
itkin insandan biridir.
–Bəli, – deyirəm Mustafaya.– Bəli, itkin qızın evinə.
–Amma şef.., – deyib qarşı çıxır köməkçim, – Sizi evə aparmaq tapşırılıb.
23
Tapşıran da əmim, şefimiz İsmət Bəy.
–Sən boşla tapşırığı. Məni Qurtuluşa apar, sən də komissar Nacinin yanına get. Fəxri ilə eyni ittihamdan həbs olunan yoldaşlarının şəxsi işini götür, mənim evimə apar.
–Rəsmi təlimat olmasa şöbədə çətinlik yaradırlar.
Nəyi var bu oğlanın bu gün, yoxsa qulağınımı dartıb kimsə?
–Mənim adımı ver, Naci birlikdə işlədiyimizi bilir. Nəm-nüm et-sə, arayışın sonra gələcəyini deyərsən.
İstəklərim Mustafanı narahat edir. Şəxsi işinə pis bir şey yazılar deyə qorxur yəqin. Mənə qarsı gələcək qədər cəsarəti də
yoxdur.Nə etsin indi bu uşaq? Birdən gedib olanları İsmətə izah etsə?Yox canım, şefini şikayət edəcək ürəyi yoxdur. Üstəlik, İsmətin əmim olduğunu da bilir.Mustafanı süzürəm, fikirli gözlərlə maşın sürür.Bəlkə də haqqında yanlış düşünürəm. Bəlkə
də həqiqətən yaxşı insandır. Amma yaxşı da olsa, pis də olsa, nəticə dəyişməyəcək. Qaydaların arasında boğulub qalmış bir kəşfiyyatçı, gördüyü işdə nəyin əhəmiyyətli, nəyin əhəmiyyətsiz olduğuna necə qərar verə bilər? Avtomobil Aksarayda, işıq-forda dayananda soruşuram:
–Minənin Romada bir rəfiqəsi vardı, adı Selin idi deyəsən, qayı-dıbmı?
Ağlı başqa yerdədir, dediklərimi anlamaqda çətinlik çəkir, Allahdan o anda yanan yaşıl işıq köməyinə yetişir, avtomobili hərəkət etdirərkən cavablayır sualımı.
–Selin Orhun hələ qayıtmayıb. Bilirsiniz, qızın atası İtaliya səfir-liyində işləyir. Bir neçə dəfə zəng etdik, Selinlə danışdıq. Qız iş-in ciddiliyini qavraya bilmədi.
– Nə dedi?
–Rəfiqəsini İtaliyaya uçmazdan əvvəl görüb.“Tətilə-filana gedib, yaxında gələr”– dedi. Qaçırılmış ola biləcəyini bildirdik. “Müm-24
kün deyil, Minəni niyə qaçırsınlar ki” – dedi. Anlaşılan budur ki, qız heç nə bilmir.
– Fəxrini soruşdunuz?
–Soruşduq. “Yaxşı oğlandır” – dedi. Fəxridən Minəyə zərər gəl-məyəcəyinə əmindir.
– Oğlanın öldüyünü bilmir, biz də demədik.
– Nə vaxt qayıdır Türkiyəyə?
– Yaxında qayıtmalıdır. Semestr tətili sona çatır.
– Üz-üzə görüşməliyik, – deyirəm.
– Gələn kimi əlaqəyə keçərik, şef, – deyir.
Mustafa bir anlıq susur, sonra mənə sarı dönərək soruşur:
– Bu itən qız sizin əlaltınız idi, şef?
Yəqin ki, bu uzun zamandır onun beynini məşğul edir. Bəlkə də
hirslənməliyəm, amma cəsarəti xoşuma gəlir.
– Elə bilirlər.
– Elə deyildi?
– Eyni binada yaşayırdıq. Anası, bizim xanımın rəfiqəsi idi. Bir gün məktəbdə xüsusi əməliyyat olmuşdu, bütün şagirdləri top-lamışdılar. Anası kömək etməyimi istədi, mən də gedib onu polisin əlindən aldım.
– Yəni qızın hadisə ilə əlaqəsi yox idi?
–Vardı, solçulara simpatiya duyurdu. Gözəl xasiyyəti var idi əslində.Haqsızlıqları, axsayan şeyləri görəndə reaksiya verirdi.
Bilirsən, belə gənclər terrorçu qruplar üçün yaxşı vasitəyə çevrilə bilər. Ona gerçəkləri izah etdim. Dost olduq. Bu vaxt məktəbdə nə baş verirdi, onlardan da danışırdıq təbii ki…
– Fəxri deyilən hərif də onu əlaltınız zənn etdi.
– Qızı onların qaçırdığını düşünürsən?
– Başqa kim ola bilər ki?
…Bəli, başqa kim ola bilər ki?
25
– Sizi cəzalandırmaq istədilər hərhalda, – Mustafa deyir.-İlk dəfə
saxlanılanda Fəxrini niyə buraxdılar ki?
– Edəcək heç nə yox idi, – deyirəm, – Sorğuda mən də vardım.
Fəxri Minə itməzdən üç gün əvvəl Antaliyaya gedib. Bütün həftə ailəsinin yanında qalıb. Şahidlər var, atası da polkovnikmiş, keçən il ölüb.
– Polkovnik idisə, şef, polkovnik əvvəl oğlunu tərbiyə etməli idi. O şərəfsizin sizə atəş açdığı silah belə ordu malıdır.
– Ciddisən? – deyə dönüb soruşuram.
–Bəli,-deyir Mustafa-Atasının zabit vaxtından qalma “Kırıkkale” tapançası.
Ağlım qarışdı. Təşkilat suiqəsddə öz silahlarından yox, təqaüdçü bir polkovnikin “Kırıkkale” tapançasından istifadə
edir! Qəribədir!
– Bəs o birinin istifadə etdiyi silah?
– Sizə atəş açdıqları silahı hələ tapa bilməmişik. Amma güllələri araşdıran ekspertlər əsgərlərin istifadə etdiyi “Kolt” markalı tapança olduğunu deyirlər.
Simitçi gözlərimin önünə gəlir. Əlində ağır bir silah, bəlkə də elə “Kolt” idi, tapançanı iki əli ilə tuturdu. Silah titrə-yəndə, müvazinəti pozulmasın deyə ayaqlarını açaraq taraz-lığını saxlayıb elə atəş açırdı.
– Yəni o da polkovnikin silahıdır? – deyə soruşuram.
– Ola bilər, İsmət bəy araşdırır.
Demək, İsmət bəy araşdırır. Əmim Minə ilə olan münasibətimi sezib deyəsən. Hadisəyə əl qoyub. Bəlkə bu oğlanı da alıb yanına. Yox, canım, o, həmişə tək çalışır. Nə də olsa bir ailədənik.
Ətlə dırnağı ayırmaq mümkün deyil.
– İsmət bəy bunları sizə niyə danışmayıb ki?-Mustafa da şüb-hələnməyə başlayıb. Yoxsa bu uşaq göründüyündən də ağıl-lıdır?
26
– Yaxşılaşmağımı gözləyir, yəqin.
Cavabımı dinləyəndən sonra gözucu məni süzür.
– Bu işi bizmi görəcəyik, şef?
– Sənin qulağına nəsə çatıb? -deyə soruşuram. Səs tonum sərt deyil, amma güclüdür.
– Tam olaraq bilmirəm, amma işə siyasi polisin sahib çıxacağını eşitdim.
İş yaxşıca budaqlanıb-şaxələnməmiş gərək əmiylə danışım bunu. Qoy görək, tələsməyək, əvvəl nələr baş verdiyini öyrənmək lazımdır.
– Bu səlahiyyət məsələsidir, demək – gülümsünürəm. Rahatlığım Mustafanın şübhələrini yüngülləşdirir. Amma üzündə bir narahatlıq var. Panqaltıdan Qurtuluşa girərkən anlayıram səbəbini.
– Şef, – sanki yalvaran bir səslə deyir. – Evə qayıdanda mənimlə
geri qayıtdığınızı deyin heç olmasa.
– Yaxşı, sən narahat olma.
Avtomobilimiz Qurtuluş prospektinin tıxacında bir müddət güc-bəla ilə irəlilədikdən sonra sağa dönən küçəyə yö-nəlir. Küçədən xeyli aşağıya, Feriköy qəbiristanlığına qədər eni-rik. Qəbiristanlığa paralel uzanan tənha küçəyə gəlib çatanda:
– Mən burda enəcəyəm, – deyirəm, – Ev bir az qabaqdadır onsuz da.
– İstəsəniz gözləyim sizi, – son bir ümidlə deyir, – Hava çox pisdir, ola bilər ki, maşın tapmayasınız.
Tək qalmağa ehtiyacım var, o yanımda ikən yaxşı düşünə bilmirəm.
– Sağ ol Mustafa, mən başımın çarəsinə baxaram.
Narahatlığı artır.
– Nə vaxt qayıdarsınız?
27
– Bir neçə saat sonra evdəyəm. Fəxri ilə təşkilat yoldaşlarının şəxsi işlərini unutma.Bir tərslik olsa “mənə zəng elə”-avtomobildən enərkən deyirəm.
– Olar, zəng edərəm, – deyir Mustafa. – Nə olar, özünüzə diqqət yetirin.
Bu diləyində səmimidir, çünki mənə bir şey olsa öz başının da ağrıyacağını çox yaxşı bilir.
– Narahat olma, Mustafa, acı badımcanı qarğalar yeməz, – deyirəm. -Xoş gəldin!
– Görüşərik, şef, – mən qapını bağlayanda sağollaşır.
28
Dördüncü fəsil
Qar dənələriylə qarışıq güclü bir külək sürüməyə çalışır məni. Yüngülcə ağaran yerlərdə ayaq izlərim qalır. Tənha küçə
qarın altında olduğundan daha da yalqız görünür. Titrəyirəm.
Möhkəm-möhkəm paltoma bürünürəm.Yəqin başım gicəllənir.
Önümdəki paslı elektrik dirəyinə söykənib bir az da olsa nəfəsimi dərmək istəyirəm. Üşüməm artır; istirahət fikrimi dəyişirəm, bir neçə metrdən sonra onsuz da Minənin evinin olduğu dar dalanın başlanğıcında olacağam. Özümü yenidən küləyə təslim edirəm. Dar dalanın girəcəyinə gəlib çatmışam artıq, baş dön-məmi və əsməmi unutduran o görünüşlə qarşılaşıram; Minənin yaşadığı mənzilin qarşısında bir qız arxası mənə sarı, qapının açılmasını gözləyir.Əynində Minənin mavi gödəkçəsi var. Mustafa haqlı idi, bura heç gəlməməliydim. Yaxşı deyiləm. İşə bax, günün günorta çağı qarabasmalarım tutub. Amma qəribədir, Minənin qarabasması itmir. Ona doğru gedirəm. Başında qara bir şlyapa var, üstəlik Minənin belə bir şlyapasının olub olmadığını da xatırlamıram. Bunun nə əhəmiyyəti var, artıq əməlli başlı korşalan yaddaşım ona ancaq bu cür şlyapanı yaraşdıra bilərdi. Amma həmişə ona "Sənə qara çox yaraşır" demirdim mi?Aramızda on-on beş addım ya olar, ya olmaz…
Günlərdir narahatlıq içində qıvrıla -qıvrıla həsrətini çəkdiyim gənc qızın, bu dar dalanda rast gəldiyim xəyalına incitməkdən qorxarcasına yaxınlaşıram. Boynu içəri doğru çəkir, ayaqlarını yavaş – yavaş tərpədir. Üşüyür deyəsən.
Çox üşüyürdü Minə, onunla keçirdiyim gecələrdə meh-riban bir pişik kimi qoynuma qısılardı. Yaxınlaşanda baxıram ki, əlində qara bir paket var, sanki bazarlıqdan qayıdır. Paketi tutan əlcəksiz əlini görürəm, soyuqdan qıpqırmızı olub. Necə
29
də gerçəkmiş kimi görünür! Çiyininə yüngülcə toxunsam, hər zamanki kimi dönüb xəfifcə gülümsəyərmi mənə görəsən? İnsan bu qədər detallı xəyal görə bilərmi? Niyə də yox? CENTO
kursları üçün İngiltərəyə gedəndə, ictimai psixologiya mövzusunda mühazirə verən qadın professor beynin gizli güclərindən danışmışdı bizə.
Deyəsən, nəzərdə tutduğu belə bir duyğu idi. Xoş bir yanılmadır bu. Xəyalımla aramızda bir neçə metrlik bir məsafə
qalmışkən, qulaqlarıma metal səsi gəlir. Bu, qapını açan mexa-nizmin çıxardığı səsdir. Daha əvvəllər kim bilir neçə dəfə zəngi basıb, səbirsizliklə bu səsin qapını açmasını gözləmişdim. Gənc qız açılan dəmir qapını əliylə itələyərək içəriyə süzülür. Qapı bağlanmadan mən də gedib çatmalıyam. Sürətlənirəm, qəfil ayağım sürüşür, güclə özümü saxlayıram. Qapı bağlanacaq bir neçə saniyəyə, özümü bir təhər çatdırıb tuturam soyuq dəmirdən. Nəsə naməlum bir ürpərti hiss edirəm, amma bu qarabas-manı itirməməliyəm; mən də içəri girirəm. Gənc qız binanın işığını yandırıb yuxarı çıxır. Qəribədir, axı qarabasmaların işıq nəyinə lazımdır?! Bəlkə, bu həqiqətən də elə Minədir? Ümidlə
təkrarlayıram öz-özümə, ola bilər? Bəlkə yenə o dəliliklərindən birini etmək istəyib, heç kimin tanımadığı bir yoldaşının yanına gedib. Belə bir məsuliyyətsizlik edərmi?
“Kaş ki, belə olaydı” – deyə düşünərək, mən də pilləkənləri çıxmağa başlayıram. Bir az sürətlənsəm, onu tutacağam.
Səbəbini bilmədiyim bir ürkəklik mane olur mənə. Yenə də aramızdakı məsafə gedərək qısalır. Gənc qız üçüncü mərtəbədə, ev sahibi Madamın mənzilinin qarşısında dayanır, qapını döyür.
Niyə yuxarı, öz evinə çıxmadı, bu evin qapısında dayandı. Ge-cikdirdiyi kirayəni ödəyəcək, ya da hər zamankı kimi onlar üçün də nəsə alıb marketdən. Minənın, üzünü hələ görə bilmirəm. O da dönüb mənə baxmır, halbuki ayaq səslərimi eşit-30
məməyi qeyri-mümkündür. Ona xeyli yaxınlaşıram, amma qəribədir ki, aramızdakı məsafə qısaldıqca sanki bir az əvvəlki hə-yəcanım itir. İçimdən getdikcə güclənən bir səs “Bu qız Minə
ola bilməz” – deyir. Artıq arxasında dayanmışam, əlimlə yavaşca gödəkçəsinə toxunub, "Minə" deyə səslənirəm. Dönüb mənə
baxır, bir an Minənin üzünü görən kimi oluram, amma sonra Madamın əqli qüsurlu qızı Mariyanın boşluqda yellənən baxışlarıyla qarşılaşıram.
– Demək Minə zənn etdiyim sən idin, – deyirəm.
Qız ciddi-ciddi üzümə baxır, sonra əlini dodaqlarına apararaq:
–Şşt yatır, – deyir.
– Kim yatır? – deyə soruşuram.
Dodaqlarına apardığı əliylə aşağını göstərir, baxıram, bir şey görə bilmirəm. Gülümsəyir, əlindəki paketi açaraq içindən bez bir körpə kuklası çıxarır.
– Bax, Florisdir, – deyərək mənə uzadır. Mən nə edəcəyimi bilmədən kuklanı alanda evin qapısı açılır, əlil arabasında Madam Eleninin narahat üzü görünür. Qadın məni görəndə bir balaca rahatlayır.
– Ah Sədat bəy, siz idiniz? Mən də kimdir Mariya ilə danışan deyə narahat oldum.
Hər zamanki kimi ağ saçlarını arxada topalamışdı. Qırışlarla dolu üzündə dərin bir mətanət oxunur, ancaq gözlərində na-rahatlıqla dolu bir parıltı var. Aydındır ki, son günlərdə baş verənlər onu əməlli başlı çaşdırıb.
– Salam, necəsiniz, Madam?
– Təşəkkür edirəm, çoxdandır görünmürsünüz.
Uzun müddət gəlməməyim diqqətini çəkib, qəzetlərdəki suiqəsd xəbərində adım keçmədiyi üçün nələr olduğunu da bilmir… Yaxşı ki, bilmir.
31
– İşlərim vardı, – deyirəm. – Bir istinaq üçün İstanbuldan kənara çıxmışdım.
– Minə üçünmü?
– Demək olar ki, hə…
Madamın marağı get gedə artır.
– İçəri buyurun, zəhmət deyilsə? -deyib qapını göstərir.
Qısa bir tərəddüddən sonra təklifi qəbul edirəm, bəlkə yeni nə-sə öyrənə bilərəm. Mariya qapının ağzında durub hələ də.
Əlimdəki kuklanı ona uzadıram. Səssizcə götürür.
– Gəlsənə, quzum, – deyir Madam Eleni. Səsi şəfqət doludur.
Mariya anasının sözündən sonra içəri girir. Madam xaç çevir-dikdən sonra pıçıldıyır:
– Tanrı kömək eləsin, bunun da tez – tez ağlı başından çıxır.
Mariyaya baxıram, qalın kirpiklərinin altındakı iki iri zeytun dənəsi kimi quru gözləri mənasız bir şəkildə işıldayır. Diqqətlə
baxanda, onun Minədən daha uzun, daha boylu-buxunlu olduğunu görürəm. Niyə onu Minəyə bənzədirəm? Xəstəliyin təsirindən bu detalları qaçırmışam deyəsən. Yaxşı, bəs əynindəki gödəkçə? O Minəninki deyil? Dar dəhlizdən keçəndə soruşuram:
– Qızınızı Minəyə bənzətdim, – deyirəm, – Arxadan gördüm, gö-dəkçəni.
Ağrıyla gülümsəyir qadın,
– İki ay əvvəl idi, Maryia iki ayağını bir başmağa dirədi ki, bəs mütləq Minənin gödəkçəsindən istəyirəm. “Minə gənc qızdır, eyni gödəkçədən almağınız yaxşı olmaz” – deyərək başını qat-dım. Amma bir gün onun yanında “Mən sənin gödəkçəndən istəyirəm”-dedi. Qorxduğum kimi olmadı.Minə də “gedib alaq” – dedi. Bilirsiniz, çox istiqanlı idi. Çox yaxşı qız idi, çox....
Madamı dinləyə – dinləyə sol tərəfdə qapısı açıq bir otağa gözüm sataşır; kənarları qar kimi ağappaq mələfələri olan geniş
32
bir yataq ilə tam qarşımdakı divarda qara lövhənin üstündə
qırmızı və yaşıl rənglərlə bəzənmiş bir ikona var otaqda.
Salona keçəndə dəhliz birdən birə genişlənir. Burada gu-rultuyla yanan dəmirdən bir soba var. Sobanın üstündəki çay-danda qaynayan cökənin qoxusu bütün evi bürüyüb …
–Bu il qış şiddətli oldu, – Madam deyir.
– Bəli, – deyə cavab verirəm, – Yenə qar yağır.
–Tanrı kasıb-kusubun köməyi olsun, – deyir, – Kömür də od qiy-mətinədir.
Salona girəndə, hər zamankı kimi muzey duyğusuna qapılıram. Sanki bu daş evdə zaman dayanmışdı, içindəki insanlar da uzun illər əvvəlki həyat tərzi ilə yaşayırdılar. Yoxsa, köhnə əşyaları qorumaq, dəyişikliyə getməmək azlıqlara məxsus bir müdafiə üslubudur? Yox canım, yalnız azlıqlara məxsus bir mövqe deyil bu. Yaşlı insanlar ümumiyyətlə belə davranırlar. Və hər əşyanın bir xatirəsi olur adətən. Atmağa qıymaz-lar. Gözlərim divarlarda, taxtaları çürümüş çərçivələr içində, artıq xeyli saralmış şəkillərə zillənir. Zərli metal çərçivəsi olan bir şəkildə lopa bığlı bir adam ilə Madamın gəncliyi yan-yana dayanıb. O, Madamın iki il əvvəl ölən əri Müsyö Koço idi; orta boylu, yaraşıqlı bir kişi. Pəncərənin qarşısında tarixi ötən əsrin əvvəllərinə aid qoz ağacından düzəldilən dolabdaki kristal qə-dəhlər köhnə ziyafətlərin bulanıq parıltısını əks etdirməyi hələ
də inadla davam etdirirlər. Dolabın yanındakı divarda gümüş
çərçivəli böyük bir ayna, artıq bir çox kimsənin baş çəkmədiyi bu evdə, tilsimli görünüşünə yeni similar əlavə etmək üçün ümidlə yeni qonaqların gəlməyini gözləyir. Salonda günümüzü xatırladan tək cihaz sol küncdəki kiçik televizordur. Televizorun arxasındakı divarda, tavana yaxın bir yerdə maral başı asılıb. Bu, rəhmətlik Koçonun mahir bir ovçu olduğunun nişa-nəsidir. Madam bu maral başının hekayəsini eyni sözlərlə də
33
izah etmişdi. Koço Qumqapıda meyxanəçilik edirmiş, amma müsyönün bir marağı da ovçuluqmuş.
Dovşandan kəkliyə kimi yüzlərlə heyvan vurmuşdu, amma ən çox öyündüyü, Toroslara kimi gedib bu maralın başıyla döndüyü ov imiş.
–Bu tərəfə buyurun, – deyə Madam Eleni televizorun qarşısındakı kreslonu göstərir.
Oturanda Mariyaya gözüm sataşır. Paketi Masaya qoyub əlindəki kuklasıyla salonun xəlvət bir küncünə çəkilib.
Kuklaya nəsə izah edir, pıçıltısı bizə kimi gəlib çatır.
–Belə öz-özünə oynayır axşama kimi. Əslində küçəyə göndər-məyə qorxuram. Köməkçi qadın iyirmi gündür yoxdur, qızı uşaq doğub, kənddədir. İki aylıq yeməyi alıb aşağıdakı böyük soyuducuya yerləşdirdik. Yenə də çörək filan lazım olur arada.
Məcbur qalıb dükana göndərirəm onu.
Yaşlı qadının üzündən çarəsizlik oxunur.
– Evi tapa bilməyəcəyindən qorxursunuz?
– Nə bilim ey. Unutqanlığı var. Dükana göndərirəm adicə, nə
edəcəyini yazmasam dükanda durub-durub geri qayıdır. Əşyalarını hara qoyduğunu xatırlamır.
– Hər zaman belə unutqan mı?
–Ümumiyyətlə belədir. Amma bəzən də hər şeyi xatırlayır. Nəyi hara qoyubsa, əliylə tapıb çıxarır.
– Həkimlər nə deyir?
–Tanrının etdiyinə nə deyilə bilər? Doğulandan bəri belədir uşaq.
Qarşılıqlı susuruq. Madam fikrə dalır. Bəlkə də, özü öldükdən sonra qızının təkbaşına necə yaşayacağını düşünür. Böyük qardaşı yanına aparar bəlkə. Böyük oğlu illər əvvəl Sela-nikə köçüb. Koço ilə Madam isə getməyiblər. Atası öləndən sonra oğlu "Ana, yanımıza gəl" deyə çox israr etmişdi. Madam 34
isə "Koçonun məzarı burda, onu tək qoya bilmərəm" demişdi.
İşin iç üzünü bilməsəydim, “nə böyük eşqdir” deyərdim. Halbuki Müsyö Koço əlli yaşında olarkən, kimsəsi olmayan gənc bir yunan qızına aşiq olmuşdu. Qıza ev tutmuş, pullar xərclə-mişdi. Əlaqələri bir neçə il davam etmişdi, amma qız sonra bizim Koçonu atıb bir yunan dəliqanlı ilə qaçmışdı. Bu hadisədən sonra yazıq Koço xeyli içinə qapanıbmış. Meyxanəni bağlayaraq, bütün əşyaları, içkiləri aşağıya zirzəmiyə daşıyıb. O məşhur içkilərini də yalnız mühüm günlərdə qonşularına,qohum-larına hədiyyə edirdi.
Həmişə düşünürdüm; Madam bu işin fərqində idimi görəsən? Fərqindəydisə, necə tab gətirdi? Məlikə necə dözdüsə, o da elə dözür. Yox, canım, Məlikə fərqli. Niyə fərqli olsun, onun da əri başqasına aşiq olmadımı? O da eynilə Madam kimi olanları sezib özünü bilməzliyə vurmadımı? Niyə? İldırım"-
Başqa çarələri yoxdur, ona görə – deyərdi: – Əlində bir peşəsi, bir gəliri yoxdur, ayrılıb nə edəcək? "
Həqiqətən, bunu mən də düşündüm. Məlikə zəngin bir ailənin qızı olsaydı, bu vəziyyətə dözərdimi? Ərini başqa qadınla kim paylaşmaq istər? Amma həyata davam etmək üçün bu vəziyyəti qəbul etmək də qürursuzluq deyilmi? Allahım, nələr düşünürəm! Xeyr, xeyr, Məlikənin olanlara bu səbəbdən göz yumduğunu zənn etmirəm, o məni, uşaqlarını sevir, yuvasının dağılmasını istəmir. Buna görə də, bir xəstəliyə tutulduğumu düşünsəydi, bir gün bunun keçəcəyinə ümid edərək səbirlə
gözləyərdi.Madama baxıram, gözləri dizlərini örtən köhnə əd-yalın naxışına zillənib, sanki mənim varlığımı unutmuş kimi köks ötürərək susur.Bir an onun ərini və yunan qızını düşündüyünü sanıram. Susqunluq gedərək ağırlaşır, mənim üçün dözülməz bir hal alır.
– Bura daha sərinmiş, – deyirəm.
35
-Üşüdünüzmü?, – deyə, uzun bir yuxudan oyanmış kimi soruşur.
– Sağ olun, bura kifayət qədər istidir.
Üşümədiyimdən əmin olunca:
– Hələ də bir xəbər yoxdur Minədən?
– Təəssüf ki, yox, – deyirəm.
– Çox yaxşı bir qız idi, çox, – deyə, təkrarlayır.
Gözlərinin dolduğunu hiss edirəm, səsi titrəyir.
– Onun üçün çox darıxırıq. Minə mənimçün ikinci qızım kimiydi.
Qadının halı mənə də təsir edir, xəstəxanada keçirdiyim günlər sinirlərimi xeyli zəiflədib deyəsən. Bu evi tutmaq üçün Minəylə gəldiyimiz ilk günü xatırlayıram.
Minə mənim indi oturduğum kresloda oturmuşdu, mən isə bu an yanımda olan kresloda idim Madam böyük bir maraqla bizi süzürdü. Minə "Üst mərtəbəni kirayə verirsniz, eləmi?” – deyə soruşanda Madam ona qısaca "Bəli" demiş, sonra mənə dönmüşdü:
– Siz gənc xanımın nəyisiz?
– Belə bir suala hazır idim.
– Ailə dostuyam, – qəti bir ifadəylə cavab verdim. Verdiyim cavab doyurucu gəlməmişdi adama, amma kübarlığını da pozma-mışdı. Yenidən üzünü Minəyə çevirmişdi:
– Tələbəsiz?
– Bəli, İncəsənətdə oxuyuram. Rəssamlıq ixtisasında.
– Ailəniz harda qalır?
Qadının sualları məni narahat etməyə başlamışdı, amma Minə
o inanılmaz səbriylə qadınla söhbətə davam etmişdi.
–Anamla atam ayrılıblar. Atam Almaniyada işləyir. Anam yenidən evlənib. İstanbulda yaşayır. Artıq onların yanında qalmaq istəmirəm.
36
– Səbəbi soruşa bilərəmmi?
–İki kiçik uşaqları var.Ev kifayət qədər geniş deyil. Mənim rəsm işlərim üçün özümə aid bir yerə ehtiyac var.
– Yaxşı, – Madam bir ara məni də süzərək demişdi, – Başa düş-düyüm qədər bir gəliriniz yoxdur, bəs kirayə pulunu necə ödə-yəcəksiniz?
– Almaniyadan atam göndərəcək.
Madam sualların cavabını almışdı, amma razı olduğunu zənn etmirdim. Ona Aridən danışmağın tam zamanı idi. Ari zaman zaman İstanbuldakı yunan icması ilə əlaqədar məlumatlar sızdıran bir agent idi. Yunan icmasında onu tanımayan yox idi.
Çünki hər kəsin köməyinə çatırdı. Əslində bizə verdiyi məlu-matlarda öz camaatını gözə aldığını da deməliyəm. Arinin adını eşidəndə, qadının siması dəyişdi:
–Arini tanıyırsınız? Yaxın dostumdur. Bizi ondan soruşa bilərsiz.
Madam rahatlamışdı, tünd rəngli gözlərinin dərinli-yində gizlənən şübhələr itdi. Dünyanın pis olduğunu, iki gün əvvəl kimlərinsə Feridköyde yaşlı bir qadının biləklərini kəsib bilərziklərini oğurlamasından bəhs etdi. Azlıqlara xas o etibar-sızlığı sezirdim qadında. Gözlərindəki ürkəklik, gizlidən gizliyə
özünü hiss etdirən utancaqlıq hər davranışında müəyyən edirdi özünü.
Madam sonunda evini Minəyə kirayə verdi. Bundan heç vaxt da peşmanlıq duymadı. Hətta Minəni tanıdıqca doğru bir qərar verdiyini düşündü. Bunda Minənin Mariaya olan səmimi davranışlarının təsirli olduğunu söyləməyə ehtiyac yoxdur.
–Tanrı günahlarını bağışlasın, – deyə Madam məni fikirdən ayırır.
Bir an bunu kimin üçün dediyini anlamıram.
37
– Fəxri deyilən o uşağı da burda tanıdım. Son zamanlar tez-tez gəlib-gedərdi. Eşitməmisiniz, deyirlər bir polisi vurub, atışmada öldürülüb. Nə baş verir Sədat bəy, əvvəl Minə itdi, sonra Fəxri öldü? Susur, dediklərinin üzərimdəki təsirini ölçmək istəyirmiş kimi məni süzür.
Nəmli qara gözləri suallarla dolub; sanki “bir ara siz də
çox tez-tez gəlirdiz, “ailə dostuyam-filan” dediniz, amma gerçək əlaqələriniz nə idi”, deyər kimi zillənib üzümə.
– Bilirəm, – özümdən əmin bir rəftarla deyirəm. Minə tez-tez danışardı onun haqqında.Yaxşı tanıya bilməyibmiş görünür. Çünki o cavan məhkum olub. İki il bundan əvvəl çıxıb həbsdən.Sözlərim Madam'ın marağına səbəb olur, ona görə də məni araşdırmaqdan vaz keçib maraqla soruşur.
– Fəxri törədib bu zibili?
– Deyəsən elədir.
–Terrorçu olduğunu yazırdı qəzetlər. Amma heç də elə bir insana oxşamırdı axı.
– Çox təəssüf ki, düzdür. Fəxri terrorçu idi.
– Haradan tapıb Minə bu uşağı?
– Fəxri onu tapmışdı. Aldatmaq istəyiblər. Görüblər alınmır…
– Qaçırıblar? … Ata – anası, yazıqlar məhv olublar yəqin…
– Atası? Ögey atası?
– O yox, öz atası, Sədat bəy. Almaniyadan gəldi. Gəzmədyi xəstəxana qalmadı İstanbulda.
– Faydası yoxdur, biz də axtardıq. Xəstəxanalar hadisədən mə-lumatlıdır, bir xəbər olsa, mütləq bildirəcəklər.
– Bilmirəm nə oldu bu qızcığaza, nə ölüsü var ortada, nə də dirisi?
–Tapacağıq, narahat olmayın, -dediklərimə özüm də inanmadan cavab verirəm, – Mən qalxım artıq.
38
– Durun, bir qədəh likyor içməmiş dünyasında buraxmaram si-zi.
– Sağ olun, üstünüzə sağlıq, bir az soyuqlamışam. Antibiotik atıram. İçməsəm daha yaxşı olar.
– Canım, likyor içkidir ki? Mösyö Koço dərman kimi hər axşam bir qədəh içərdi.
– Başqa vaxt, Minəni sağ-salamat tapdığımızda, – deyərək ayağa qalxıram.
–Ah, ah kaş ki, – deyir. Sonra əlil arabasını hərəkət etdirərək mə-ni qapıya kimi ötürür.
– Açarı var sizdə? Dünən bir polis gəlib bizdəkini aldı.
Səsi niyə şübhə doludur axı? “Minə sənə də açar vermişdi, eləmi?” – deyə soruşmaq istəyir elə bil.
Halbuki Minə heç vaxt açar verməmişdi mənə. Evi onun azadlıq meydanıydı, "Buranın yalnız özümə aid olduğunu hiss etmək istəyirəm" – demişdi.
– Var, – deyirəm, – Anasından almışdım.
– Çıxarkən qapını bağlamağı unutmazsınız yəqin?
– Unutmaram, narahat olmayın. – deyərək qapını açıram. Əlil arabasını hərəkət etdirərək arxamca gəlir.
– Mən yerimdən tərpənə bilmirən, Mariyanı da özünüz görür-sünüz, – çarəsizliklə deyir.
– Narahat olmayın, çıxanda qapını açarla bağlayaram.
– Sağ olun, ümid edirəm bu dəfə nəsə taparsınız yuxarıda.
Əslində bu sözlərlə “nəsə tapsanız mənə də deyin” demək istəyir. Özümü anlamazlığa vururam, təşəkkür edərək ayrılıram mənzildən.
39
Beşinci fəsil
Lampaların sarı işığı, daş pilləkənlərin soyuqluğunu itirmir. Bina boşluğunda qəti bir səssizlik hakimdir. Sanki küçədəki qarın tənhalığı içəri sızıb. Üşüyürəm, paltomun yaxasını qaldırıb pillələri qalxmağa başlayıram. Pillələrin az qala hamısı çatlayıb, havada naməlum bir kif qoxusu var. Ağ
divarlarda çiçək qalıqlarını xatırladan sarı ləkələr peyda olub.
Binanın yavaş-yavaş ölməkdə olduğunu ilk dəfə fərqinə varı-ram. Dəfələrlə bu pilləkənləri çıxmağıma baxmayaraq, daha əvvəl bunu anlaya bilməmiş olmaq məni çaşdırır.
İldırımın sözləri düşür yadıma:"-O qız ayaqlarını yerdən kəsdi, çoxdan unutduğun bir dünyaya apardı səni…"Amma birdən İldırıma bu məsələni danışmağımızın qeyri-mümkün olduğunu anlayıram. O, öləndən sonra tanış oldum Minəylə. Ağlım qarışır. Sonra İldırımla bir yuxuda danışdığımı xatırlayıram.
Bu, o qədər dəqiqdir ki, gördüklərim bütün detallarıyla gözümün qarşısında canlanıb; İldırımın "İmtahan bitməyib ki, daha yeni başlayır" sözləri qulaqlarımda cingildəyir.
Minənin mənzilinin olduğu mərtəbəyə çatanda artıq yo-rulduğumu hiss etdim. Bədənimdəki tikiş yerləri sızıldayır. Divara söykənib bir müddət dincəlirəm. Mənzilin qapısı çarəsiz bir uşaq kimi üzümə baxır. Qapının bu atılmış halı hüzn verir mənə. İçimdən, çox dərinlərdən gələn o tanış sancıdan diksinirəm. Dəfələrlə mübarizə apardığım, qalib gəldiyimi hesab etdiyim, amma hadisələr durularkən özümlə başbaşa qalanda, üzə
çıxan o hiyləgər acı mənliyimi ələ keçirir.
Eyni burulğan, eyni çarəsizlik, eyni qaçılmaz həsrətlə
qıvrılıram. Ağla, məntiqə sığdıra bilmədiyim, həll edə bilmədiyim, həll etdiyim zaman da işin içindən çıxa bilmədiyim bir 40
vəziyyətdir bu. Niyə bu qədər çox istəyirəm Minəni? Yaşan-mamış heç bir şey qalmadı ki, aramızda! Niyə, hələ onu düşünürəm. Nəyim çatışmır? Arvadım Məlikə ondan da yaxşı insandır; fədakar, şəfqətli, sadiq və bəlkə ondan daha gözəl, üstəlik uşaqlarımın anası…Amma bütün bunlar bəs eləmir. Məni atmasına, hətta alçaltmasına baxmayaraq yenə də Minə üçün darı-xıram. Qapını açışını, gülümsərkən dodaqlarının yüngülcə yuxarı qaçmasını, yanağında ara-sıra çuxurlaşan qəmzəni, sol qa-şının bitdiyi yerdəki kiçik yara izini, açıq qəhvəyi gözlərini, göz bəbəyinin dərinliklərində birdən qarşıma çıxan yaşıl xallar, bəzən qızılı tellərin parladığı uzun qumral saçlarını, başını çiyninə
əyib itaətlə məni dinləməsini, mənə baxarkən üzünü örtən sevinc dalğasını, səsindəki yumşaqlığı, ovuclarımın arasında itən ağ əllərini, kiçik və diri döşlərini, bir az toppuş, amma düz ayaqlarını, qıçlarının arasındakı nəmli, cəsur istiliyini; onu, hər şeyi ilə onu, Minəni istəyirəm. onun üçün darıxmışam…Yoxluğu rəngsiz, dadsız, bir boşluq kimi damarlarımda axaraq, hə-yatımdan əhəmiyyətli-əhəmiyyətsiz nə varsa hamısını mənasız-laşdırır. "-Hardasan?” – deyə səslənirəm. Sanki sözlərimi cavab-layırmış kimi bir taqqıltı gəlir mənzildən. Diqqət kəsilirəm. Ya-nıldımmı? Xeyr, səs o qədər aydındır ki, əminəm, içəridə nəsə
tərpəndi. Qulağımı qapıya yaxınlaşdırıb dinləyirəm. Sanki biri səs çıxarmamaq üçün yavaş hərəkətlərlə gəzir içəridə. Əlimi ta-pançama uzatmaq istəyəndə yadıma Van Qoq düşür. Van Qoq?
Van Qoq, Minənin pişiyi. Təxmin ediləcəyi kimi iri sarı tükləri var, lakin adını sarışınlığına görə yox, soyuq bir mart gecəsi, sevgilisi üçün girdiyi döyüşdə haradasa sol qulağının yarısını itirdiyinə görə alıb. O gecədən sonra Minə pişiyin adını Van Qoq qoydu. Biz qısaca ona Qoq deyirdik. Qoq necə girəcək içəriyə, təbii ki, evin bacasından. Təxminimdən az da olsa ra-hatlaşıram. Amma yenə də diqqətli olmalıyam. Silahımı qobur-41
dan çıxarıram. İçəridən duyulmaması üçün qapıdan bir az uzaqlaşıb çaxmağı çəkirəm. Sonra tapançanı paltomun cibinə
qoyaraq, açarı çıxarıb kilidə salıram. Qapını aça – aça bir qulağım qapıdadır. Yalnız kilidin çıxardığı mexaniki tıqqıltı səsi eşidilir. Açılan qapını sağ ayağımla yavaşca itələyirəm. Mənzilin içinə sızmış o tanış boya qoxusu qarşılayır məni. Van Qoq görünmür. Halbuki qapı açılan kimi sanki “xoş gəldin” deyir-mişcəsinə, yanıma gəlib ayaqlarıma sürtünür, bu yolla yemək istəyərdi. Qapının üzərindəki açarı cibimə atıb silahımı çıxarıram. Yavaşca içəri süzülərək, yenə ayağımla qapını bağlayıram.
Madamınkıyla eyni memarlıq üslubunda olan mənzilin kiçik dəhlizindən salona doğru irəliləyirəm. Soldakı yataq otağının qapısı açıqdır, divara söykənib yavaşca içəri göz atıram. Dağınıq bir yataq, qarşı-qarşıya iki divara asılan iki yağlıboya “Nu-de”… başqa heç nə görə bilmirəm. Minənin emalatxana kimi istifadə etdiyi salona doğru irəliləyirəm.. Salonun qapısına yaxınlaşanda yanmış tütün qoxusu alıram. Bir neçə addım sonra yanılmadığımı anlayıram, içəridə biri siqaret çəkir. Qapıya gəlincə yenə divara söykənirəm. Diqqətimi hərəkət edən hədəfi vurmağa cəmləyərək, silahımı istiqamətləndirib sürətlə içəri atılıram və salondakı geniş divanın önündəki köhnə berjer kresloda, üzündə soyuqqanlı bir üz ifadəsiylə oturan əmimlə
qarşılaşıram.
– Əmi! Burda nə işin var?, – deyə diksinirəm.
Danışmağa tələsmir, siqaretindən dərin bir nəfəs çəkir ciyər-lərinə, tüstüsünü dişlərinin arasından çölə üfürərkən:
– Səni gözləyirdim, – deyir.
– Bura gələcəyimi necə bildin?
Gözlərindəki əsəbi gizlətməyə ehtiyac duymadan üzümə baxıb:
– Təxmin elədim, – deyir, – Amma yanılmaq istərdim.
42
“Minəylə əlaqəmizi anladı deyəsən” – deyə düşünürəm.
Anlamaması axmaqlıq olardı onsuz da. Hər şey o qədər aydındır ki… Bəlkə də meyitxanadan bəri məni izləyirmiş. Mən Aşağıda Madamın yanında olanda yuxarı çıxıb yəqin. Canım sıxılır. Amma yenə də bildiklərindən o qədər əmin olduğunu sanmıram. Boş atıb dolu tutmaq istəyir.Bura gəlməyim çox pis oldu, yaxşı bir sübut vermiş oldum ona.
– Qızla bağlı bir xəbər varmı? deyə baş çəkdim.
– Qız niyə bu qədər maraqlandırır səni?
– Necə maraqlandırmasın, mənim vurulmamla onun itməsi arasında yaxın əlaqə var.
– Burax bu nağılları, – deyir əmim. Gözlərindəki qəzəbin get ge-də dərinləşdiyini hiss edirəm.
– Nə baş verir, ondan danış.
– Heç nə…– Ancaq bunu deməyə gücüm çatır. Siqaretini kreslonun kənarına qoyduğu metal külqabıda əzir və heç gözləmədiyim bir şey edir – birdən ayağa durub yaxamdan yapışır:
– Mənə yalan danışma, – deyərək silkələyir məni.
– Sənə yalan demirəm, – deyirəm, onu özümdən kənarlaşdırma-ğa çalışarkən. Baxışlarım əlimdəki tapançaya sataşır, eyni anda onun da silaha baxdığını fərq edirəm. Sanki əlimdə bir od parçası varmış kimi tələsik silahı qoburuna qoyuram. O da yaxamı buraxır. Amma burnundan nəfəs almağa davam edir.
– Hər şeyi danış mənə, – deyir, – Nələr baş verir, hamısını, hamısını öyrənmək istəyirəm!
– Sakit ol əmi, – deyirəm, bəlkə də bu sözlər ondan çox özümə
aiddir. Amma o da özünü yığışdırır:
– Yaxşı, yaxşı, -məndən bir neçə addım uzaqlaşaraq deyir,– Mən sakitəm, sən danış, izah etməyə başla.
– Bura çox soyuqdur, – deyirəm, – Dayan, buralarda elektrik sobası olacaqdı.
43
– Elektrik sobasının varlığından xəbərdar olacaq qədər yaxşı tanıyırsan bu evi, elə deyil?
Sualına cavab vermirəm. Yasaq bir eşq macərasını niyə bu qədər böyüdür, anlamıram Təşkilatdan buna bənzər əlaqələr daha əvvəl də olmuşdu. Bir iki xəbərdarlıq ya da intizam cəzasıyla hadisələri ötürmüşdük.
– Bəli, səni dinləyirəm, – deyir.
– Heç olmasa icazə ver stulda oturum. – deyərək əlimlə pəncərənin qarşısında dayanan, Minənin rəngarəng çiçək naxışlarıyla örtdüyü taxta stulu göstərirəm. Dönüb stula baxır, sonra başıyla təsdiqləyir. Stulu götürüb əmimin qarşısında otururam.
–Niyə bu qədər hirslisən? – deyə var gücümlə səmimi görün-məyə çalışaraq soruşuram …
“Hələ bir soruşursan da” – demək istəyirmiş kimi, çatma qaşlarının altından mavi gözlərini üzümə zilləyir.
– Bunun səbəbini sən izah edəcəksən, – deyir.
– Bilmədiyim bir şeyi necə danışa bilərəm? – deyə, sakit bir səs tonuyla soruşuram. Beləcə üstünlüyü ələ keçirdiyimi düşünürəm. O, əsəbiləşib səhvlər edəcək, mən də bu vəziyyətdən istifadə edib danışmaq istədiyim kimi yönləndirəcəyəm. Gözlədiyim kimi əmim daha da qeyzlənir, sağ əlinin işarə barmağını üzümə
doğru uzadaraq:
– Bəsdir oyun oynadın, – deyir, – Gizlətdiyin nə varsa, hamısını eşitmək istəyirəm.
– Nəyi gizlədə bilərəm axı? -yenə ən saf halımla deyirəm, – Hadisə gözlər qarşısındadır, qız qonşumuz idi. Hərdən-bir görü-şürdük. Təşkilat onu agent bildi…
– Bunları mən də bilirəm, sən əməliyyatı kim təşkil edir, onu de mənə!
– Əməliyyat?
– Elə qəribə baxma üzümə. Nə demək istədiyimi yaxşı bilirsən.
44
– İnan ki, nədən danışdığını bilmirəm. Nə əməliyyatı imiş bu?
Bir an, bu “əməliyyat” sözünün məni danışdırmaq üçün ortaya atılmış bir yem olduğunu düşünürəm. Guya ortada daha dəhşətli bir vəziyyət varmış kimi göstərərək, Minəylə aramızdakı əlaqəni açmağımı təmin edəcək. Həqiqətən də elədirmi? Əmimin gərgin üzündə bu sualın cavabını axtarıram. Nömrə gəlmir ən azından üzündən belə birinə heç bənzəmir. Qapana qısılmış
bir heyvanın çarəsizliyi içində sanki ona kömək edə biləcək tək adam mənəmmiş kimi, bütün diqqətini üzərimdə cəmləyib, düşdüyü pusquda bir çıxış yolu axtarır.
– Oyunları bir qırağa qoy – qəti bir ifadəylə deyir. – Bu dəfə vəziyyət çox ciddidir.
– Minəni təşkilatın oğurlaya biləcəyinə inanmırsan? – deyirəm.
– Təbii ki, inanmıram, – deyir hiddətlə; “Necə bu qədər axmaq ola bilərsən”, deməsini gözləyirəm, demir. Mənə qarşı yumşal-mağa başladı yəqin.
– Əgər dediyin kimi olsaydı – deyə davam edir. – Səni öldürməyə təşəbbüs etməzdilər. Bu fərdi bir şey deyil ki!
– Bəlkə təşkilata göz dağı vermək istəyiblər?
– Belə olduğunu qəbul etsək belə, qızı sorğuya çəkdikdən sonra bu qədər uzun müddət niyə əllərində tutsunlar? Onu çoxdan öldürüb “xəbərçini cəzalandırdıq” – deyə mətbuata məlumat yaymaları düzgün olmazdı?
Bir müddət susub üzümə baxır. Dedikləri məntiqə uyğundur, mən etiraz etmirəm və o, sözlərinə davam edir:
– Amma bunlardan əvvəl işıqlandırılmalı olan məqam sənin bu qızla olan münasibətindir. Bu əlaqənin mahiyyəti nədir? Niyə
bizim bu münasibətdən xəbərimiz yoxdur? Ümumiyyətlə, kimdir bu Minə?
– Minəylə aramızdakı bir cür dostluq münasibəti idi – deyirəm.
Səsim inandırıcılıqdan çox uzaqdır.
45
Əmim hirsini cilovlamağa çalışaraq dərin bir nəfəs alır.-
Bax, oğlum, – deyir, – Sənin üçün əhəmiyyətli olmaya bilər am-ma, mənim atam, yəni sənin baban bu ölkənin yetişdirdiyi ən yaxşı, ən cəsur kəşfiyyatçılardan biriydi. Ömrü boyunca bu Vətən üçün, bu dövlətin ayaqda qala bilməsi üçün çalışdı. Dersim dağlarında, Kürd üsyançıların güllələriylə öldürüləndə də bu ölkənin bölünməməsi üçün orada idi. Mən peşə həyatım boyunca ona layiq olmağa çalışdım. Eyni şeyi səndən də gözlə-mişəm. Amma gözləntilərimizi həmişə boşa çıxartdın. Heç olmasa, indi yalan danışma, ailənə layiq bir insan ol ..
Bu sözləri o qədər tez-tez eşitmişəm ki, artıq mənə təsir etmir. Hətta canımı sıxır. Gözlərim ani olaraq əmimin arxasındakı divarda asılı tabloya cədvələ zillənir. Minə bu rəsmi Pikassonun ilk dövrlərdə çəkdiyi “Matador” adlı tablodan rep-roduksiya etmişdi.
Tabloda solğun rənglər var, şəklin ən diqqətə çarpan yeri matadorun gözləridir. Adamın uşaq üzündəki gözlər hüzn, dayanıqlılıq qarışığı bir məna qatır şəkilə. Yenidən əmimi din-ləməyə başlayanda, onunla ciddi mövzuları həmişə şəkillərin qarşısında danışdığımızı fərq edirəm. Təşkilat binasındakı otağında danışarkən arxasında həmişə böyük xilaskarın rəsmi olardı. Bəzən onun evində danışdığımız da olardı, bu dəfə də
arxasına, gənc bir yüzbaşının, yəni babam Rəhmətliyin formalar içindəki böyük boy fotoşəklini alaraq danışardı. Hətta mənə
təşkilata girməmi təklif etdiyi ilk gün-o zamanlar hələ hüquq fakültəsinin ikinci kursunda oxuyurdum yenə arxasına böyük xilaskarın şəklini asmışdı. Bu bəlkə də bir təsadüf idi. Amma böyük qurtarıcının, babam rəhmətliyin və Picassonun şəklin-dəki matadorun baxışlarından eyni hüznlü dözümlülük var idi.
Yox canım, bu bir təsadüf idi hərhalda. Çünki dünyanın ən qabiliyyətli rəssamı belə olsa Pikasso kimi "siyasi görüşləri 46
qeyri – müəyyən" olan bir adamın şəklindən güc alaraq danışmağı özünə yaraşdırmazdı əmim.
– İşin ciddiliyini hələ də anlamırsan -deyərək davam etdirir nit-qini, – Əgər bildiklərini deməsən, bu dəfə səni heç mən də xilas edə bilməyəcəyəm.
– Nə demək istədiyini anlamıram, – deyirəm, -Mən də ən az sənin kimi babama hörmət edirəm, peşəmi də çox sevirəm.
– Sevirdin, amma artıq sevmirsən. İldırım sənin beynini qarışdırıb.
Əmim İldırımın adını ağzına alan kimi, soyuqqanlılığımı itirirəm. Daha soyuqqanlı ola bilmirəm. İndiyədək əmim izah etdikləri, məni izləməsi, hap-gop əməliyyat nəzəriyyələrindən sonra indi də İldırım. Artıq dözə bilmirəm.
– İldırım da ən az babam qədər yaxşı bir kəşfiyyatçıydı, – deyirəm, – O başımı arıştırmadı, yalnız gerçəkləri görməyimi təmin etdi yalnız.
– Ona görəmi qatıldın əməliyyata?– deyir.
Yenə əməliyyat, bu adam dəlimi? Hövsələdən çıxmaq üzrəyəm.
– Əməliyyat filan yoxdur! – deyə çımxırıram – O oğlan Minəni oğurladı, məni də öldürmək istədi. Hamısı bu qədər.
– Sənə atəş etdikləri silahlar onun atasının tapançalarıdır. Daha əvvəl də sui-qəsdlər təşkil edən təcrübəli bir terrorçu qeydiy-yatı dərhal tapıla biləcək silahları istifadə edir!
– Bəlkə Fəxri özbaşına hərəkət etmişdi?
– Belə deyirsən?, – səsində istehza var.
Rolları dəyişdirdiyimizi anlayıram, amma artıq çox gecdir, indi soyuqqanlı olan əmimdir, mənim isə sinirlərim boşalmaq üz-rədir.
– Bax əmi, məni günahlandırmaqdan əl çək, -hirslə deyirəm, -
Necə yəni, əməliyyata görə özümü vurdurtmuşam? Bunu demək istəyirsən?
47
Cavab vermədən bir müddət məni süzür. Sanki əmin olmaq istəyir. Sonra başını yelləyir.
– Xeyr…Xeyr, o qədərini düşünmürəm. Amma kimlərinsə usta-lıqla planlaşdırdığı bir kələyə düşmüsən.
– Şişirdirsən; bu hadisədə yalnız iki ehtimal var: birincisi, işi təşkilatın görməsi, ikincisi isə Fəxrinin Minəni agent, hətta polis bilərək bu işi təkbaşına etməsi.
–Birinci ehtimalın niyə etibarsız olduğunu izah etdim. İkincisinə
gəlincə, Fəxrinin işini oxudum. Fəxri içəri girəndən sonra təşkilatla anlaşa bilməyib. Münaqişənin təməlində terror məsələsi var. Fəxri təşkilatın fəaliyyətini tənqid edib. Terrorun çıxılmaz yol olduğunu deyib. Təşkilat da Fəxri ilə "onun kimi düşünən-ləri passivləşdirmək” ittihamı ilə sıralarından çıxarıb. İndi sən de,, terrora qarşı çıxdığı üçün təşkilatdan atılan biri, necə olur ki, sevdiyi qızın agent olmasından şübhələnərək onu və bir təhlükəsizlik işçisini öldürmək istəsin?
– Amma işin içinə qısqanclığın da qarışdığını düşün.
– Qısqanclıqmı? Bax bu maraqlıdır! Niyə qısqansın Fəxri səni?
Minəylə aranızda bir eşq macərası var idi?
– O elə düşünə bilərdi.
– Burax artıq bu oyunu, Sedat. Lütfən, özünə gəl. Fərqindəsən-mi bilmirəm, təşkilatın altı-üstünə çevrilməkdədir. Dünyadakı bütün tarazlıqlar dəyişdi. Artıq nə SSRİ var, nə kommunizm təhlükəsi. Amma ölkəmizin üzərindəki oyunlar bitmədi. Tor-paqlarımızı bölmək, dövlətimizi zəiflətmək istəyirlər. Bu cəhd-lərə qarşı çıxacaq bütün rəsmi və qeyri-rəsmi təşkilatları ney-trallaşdırmaq niyyətləri var. Hədəflərindəki ilk quruluşlardan biri də bizim təşkilatdır, içimizdə adamları var. Məsuliyyətsiz siyasətçilər yatıb qalxıb yenidən təşkilatlanma haqqında dəm vururlar. Bütün bunlar heç təəccübləndirmir səni?
48
– Niyə təəcübləndirsin? Həm bunların Minənin oğurlanmasıyla nə əlaqəsi var?"
– Çox əlaqəsi var. Bizi təmizləmək üçün onlara yaxşı bir səbəb lazımdır. Sənin hadisən isə bu iş üçün biçilmiş xalatdır.
Əmimin təhlili ağlımı qarışdırır. Qurduğu əlaqələr çox məntiqlidir. Gizli xidmətlərin bir-birlərinin içində fəaliyyət qurma həvəsləri heç bitməz. Belə əməliyyatları eşitdik, yaşadım da.Amma Minənin itməsi belə bir əməliyyatla bağlı ola bilərmi?
İlk dəfə bu ehtimal üzərində ciddiliklə düşünürəm. Minəni ta-nımasaydım, bütün bu hadisələri yaşamamış olsam və önümə
belə bir problem çıxsa, bəlkə mən də əmimkinə bənzər bir nəticəyə gələ bilərdim. Amma mən Minəni tanıyıram!
–Xeyr, – deyirəm əmimə, – Bu qeyri-mümkündür Acı-acı gülümsəyir,
– Yaxşı, Minə hardadır onda?
–Yəni Minədən şübhələnirsən?
– Oğlum, – deyir, – Eşq sənin gözünü kor edib. Hadisəyə kənardan baxa bilsəydin, gerçəyi dərhal görərdin. Fəxri öldü, sən də
ölə bilərdin. Və bütün bunların səbəbi olan qız ortalıqda yoxdur. Sizi bir-birinizə vurdu, ortalıqdan itdi. O uşaqla sən iki piyadaydınız, əsl hədəf isə təşkilat idi. İşin qarşısını almasaq, təşkilatı dağıdacaqlar. Məqsədləri təhlükəsizlik təşkilatı zəif-ləmiş bir Türkiyə. Bunu bacarmaq üçün hər yola əl atarlar.
Yaxında qəzetlərdə palaz-palaz boy göstərsək, təəccüblənmə-rəm. Təbii ki, baş rolda sən olacaqsan. Dedikləri doğru ola bilər mi? Minə bir agent ha? Hadi canım sən də…Nələr düşünürəm.
Belə bir şey ola bilməz. Bu əmimin qarabasmasıdır … Yoxsa …
yoxsa əmim mənə bir oyun oynayır? Xeyr, bunu etməz. İldırım hadisəsində də olduğu kimi, o məni həmişə qorudu. Həm buna heç ehtiyac yoxdur, istədikləri an istefamı tələb edə bilərlər.
Mən də quzu kimi itaətlə verərəm.
49
– Həqiqətən, hadisəni bu yönü ilə heç düşünməmişdim, – deyirəm əmimə,-Amma buna inanmağını istəyirəm. Belə bir əməliyyat varsa belə, mən qətiyyən içində deyiləm.
– İçindəsən, amma fərqində deyilsən.
– Hesab etmirəm, amma mənə bir az vaxt versəniz bunu həll edərəm, – deyərək, nəzərlərimlə əmimin üzünə yazıram “Bu də-fə inan mənə”.
Əmim baxışlarını məndən qaçırır, sağ əliylə qırçınlaşmış
olmasına baxmayaraq, öz gurluğunu qoruyan saçlarını geriyə
doğru darayır. Köynəyinin qolundakı qızıldan olan qol düymələri görünür. Əmim arvadının toy hədiyəsi imiş, hələ də
taxır.
– Mənim heç bir qrupda olmadığımı bilirsən – deyə, əlavə edirəm.
Səmimiliyimi ölçmək istəyərcəsinə gözləriylə məni süzürdü. İldırım hadisəsini hələ unutmadım, deməyini gözləyirəm, amma bir şey demir, sanki sualına cavab tapacaqmış kimi çətinliklə üzümə baxmağa davam edir. Ani olaraq bütün bunları mənə təsir etmək üçün etdiyini düşünürəm. Çünki təklifim onun da işinə gəlir. Beləcə hadisə çox budaqlanmamış, işi mənə
verəcəyini başa düşürəm. Amma uzadır:
– Çoxdandır tapşırıqları gecikdirirsən. İşlərin ümidlərimizi doğ-rultmur.
–Yadlaşmışdım, -deyirəm, – İldırımın ölümü mənə pis təsir etdi.
– O işdə təşkilatın barmağı yox idi, – deyir, – Boş yerə günahlan-dırdın bizi.
– Bu başqa bir mövzudur" deyirəm. "Mən Minəni tapacağam."
–Bir şərtlə qəbul edərəm" deyir, – Bütün baş verənlərdən xəbərdar olacam. Ən kiçik bir detalı belə mənə deyəcəksən”
– Razılaşdıq. Amma polisi uzaq tut bu işdən.
– Yaxşı. Yanında ancaq Mustafa olacaq."
50
– O niyə?
– Birinin kömək etməsi lazımdır. Tək bunu bacara bilməzsən.
Mustafa intizamlı uşaqdır, hər şeyə elə də maraqlı deyil. İstə-diyin kimi istiqamətləndirə bilərsən. Mustafa ilə mənə nəzarət etməyi planlaşdırır. Bu növdən kiçik hesabatlara itirəcək vaxtım yoxdur. Əmimin Minə haqqında dedikləri həqiqətən ürəkbu-landırıcıdır. Onun bir agent, yaşadıqlarımızın isə yalan olduğunu düşünmək …
– Fərqindəsən? – deyir əmim. Qızla əlaqənin nə olduğunu hələ
demədin.
– Necə olduğunu təxmin edirsənmi?
– Sənin bu qədər romantik olduğunu bilməzdim, – deyir, – Bir kəşfiyyatçı üçün pis xüsusiyyətdir.
Heçnə demədən ayağa qalxıram, baxışlarım yenə Mata-dora ilişir; gözlərindəki hüzn sanki daha da artıb, amma qəti-liyində heç azalma yoxdur.
51
Altıncı fəsil
Əsənköydəki bizim şəhər işıqlarla deşik-deşik edilmiş
böyük bir kütləyə bənzəyir. Tanımadığım qonşuların çoxu axşam yeməyinə başlayıblar yəqin. Yuxarılara, evimizin olduğu yeddinci mərtəbəyə baxıram. Bizim pəncərədə biri var.
Məlikə… Hər kritik hadisədə belə pəncərələrdə gözləyər məni.
Ona necə görünürəm, görəsən? Üzləşdiyi xəyal qırıqlığı addımlarında əks olunan törmə-töküş bir adam kimi …
Yox, canım, Məlikənin gözündə mən həmişə güclü bir kişi olmuşam. Amma bəlkə də bu gücsüz, əldən düşmüş halımı sevir. Beləcə, mənə daha yaxın olur, kömək etmək fürsəti tapır.
Məlikəni hər zaman şəfqət, fədakarlıq hissləri bürümüşdü…
Bəlkə onunda silahı yaxşılığı, fədakarlığı ilə qarşısındakını təzyiq altında tutmaqdır. Onu tərk etməməmdə bu xüsusiyyət-lərinin təsiri olmadı mı? Bəlkə də hiyləgərcə davranır,bütün bu fədakarlıq, bu anlayış kişisini itirməmək üçün etdiyi bir nüma-yişdir. Yoxcanım, bu qadın məni sevir. Həmişə də sevdi. Ya mən? Mən də sevmişdim. İndi bəs?
İndi də sevirəm. Yaxşı Minə? Ona qarşı nə var? Sanki sevgi deyil də, nifrətlə istəyin iç-içə keçdiyi bir duyğu. Qarışıq bir şey … Bir növ dəlilikdir, insan sevdiyinə nifrət edər? Məlikəyə qarşı belə bir hiss keçirməmişdim. Hətta Minənin arvadımdan ayrılmadığım üçün məni atdığını düşündüyüm vaxtlarda belə Məlikəyə qarşı qəzəb hissi keçirmədim. Halbuki Minəyə
nifrət etdim. Həm nifrət etdim, həm də ölümünə istədim onu.
Ölümünə? Yalnız ölümünə deyil, dəyər verdiyim nə varsa hamısından imtina etmə bahasına. Ailəmi, peşəmi, qürurumu tap-dalasam da. Yaxşı Minə sevdimi məni? Əvvəllər sevirdi, bəlkə
mənim kimi aşiq olmamışdı, amma sevirdi.Bəlkə uşaq yaşda 52
Almaniyada qoyub gəldiyi atasını xatırlatdım ona. Bu Elektra Kompleksi haqqında da ilk dəfə Minədən eşitmişdim. Bəlkə
məktəbdəki gənclərdə olmayan bir şeyi tapdı məndə. Qızlar oğ-lanlardan daha tez böyüyür. Bəlkə evli olmağım cəlb etdi onu, gənc bir qız olaraq orta yaşlı bir qadının kişisini əldə etməsinin zəfəri. Qəribədir, yenə eyni səbəblə, yəni evli olduğum üçün tərk etdi məni. Yaxşı Fəxri? O oğlanın heç təsiri yoxdur ayrıl-mamızda? Əlbəttə yox, əgər boşanmağı gözə alsaydım Minə
məni tərk etməzdi.
Amma ayrılarkən elə deməmişdi "Ailəli ya da subay olmağın fərq etmir. Hər münasibətin müddəti var. Bizimki bitdi"
demişdi. Qürurlu qızdır. Mənə boşan deyə bilməzdi, bu işin öz-özlüyündə həll olunmasını yəni boşanmağımı istəyərdi. Yaxşı canım şişirtmə, qürurlu idi, amma eyni zamanda eqoist idi.
Əgər mənimlə birlikdə olmağa qərar versəydi, boşanmağımı da istəyərdi. Elə izah edərdi ki, onun qarşısında heçnə edə bilməzdim. Onsuz da qarşı çıxmağa da haqqım yox idi …
Mənzilim olan mərtəbəyə çıxana qədər bu düşüncələrlə
özümü yeyirəm. Qapının qarşısında çatanda özü açılır. Məlikənin narahat üzü görünür. "Narahat oldum” deyir. "Çox gecik-din.""Əmimlə birlikdə idim, söhbətimiz uzun çəkdi” deyirəm içəri girərkən, əkizlər ortalıqda yoxdur.Yatmaq üçün də hələ
çox tezdir. Sual dolu baxışlarla qarşılaşan Məlikə açıqlayır:
"Müəllimləri tapşırıq verib, dərsləri ilə məşğuldurlar."İbtidai məktəbə bu il başlayıblar. Aralarında yarışma var, oxumağı kim əvvəl öyrənəcək? Otaqlarının qapısı bağlıdır, qapını döyürəm. Soyuq şüşənin arxasından kiçik bir qız silueti meydana çıxır, Ayça mı, Gökçe mi? Onun yaşından gözləmədiyim ciddi bir üz ifadəsi ilə Gökçe qarşımda dayanır.
– Ataya salam yoxdur?
– Çoxlu ev tapşırıqlarımız var ata – deyə, cavab verir.
53
Səsimi eşidən Ayça da yanıma gəlir, bacısının əksinə mənə qayğı ilə yanaşır.
–Necəsən Atacan?" deyə böyük yanağımdan öpür. Həmişə belədir onlar, birinin ağ dediyinə o biri qara deyir. Analarını, xüsusilə də məni paylaşa bilmirlər. Amma bəzən də elə yaxşı razıla-şarlar ki çaşıb qalırıq.
– Yeməyinizi yediniz?" deyə soruşuram.
– Çoxdan, – Gökçə deyir.
– Sən niyə gəlmədin ata?– deyə soruşur Ayça.
– Atamın işləri var? – deyə, müdafiəyə qalxır Gökçe.
Köməyimə Məlikə yetişir,
– Hə, uşaqlar, atanızı çox yormayın.
Yavaşca qollarımın arasından çıxırlar, onları kiçik stollarının başında, açıq kitablarının arasında buraxıb çıxırıq.
– Tomatlı sup bişirdim, sən sevirsən? – deyir.
Canım yemək-filan istəmir, amma onu qıra bilmirəm,
– Sağ ol, – deyirəm.
Məlikə mətbəxə gedərkən soruşuram:
– Mustafa gəlmişdi?
– Hə, bir neçə saat əvvəl gəlmişdi. Səni soruşdu. Yaxşı uşaqdır, sənin üçün narahat olur.
– Nəsə qoymayıb mənim üçün?
–Qoydu, qalın bir zərf.
– Zərf haradadır?
– Əvvəl bir az dincəlsəydin…
– Oxuyarkən da dincələrəm.
Birlikdə salona keçirik. Vitrinin ən altdakı siyirtməsindən çıxarır və bir zərfi mənə uzadır.
– Mustafa gecə evdə olacaq, “lazım olsam, zəng etsin” dedi.
– Yaxşı, – zərfi alarkən deyirəm.
Zərfi açaraq iş otağıma gedirəm.Məlikə arxamdan səslənir: 54
-Yeməyi isidirəm!
– Sənədlərə baxacam
– Yeməyini yedikdən sonra baxarsan.
– Yarım saat sonra.
Mənimlə razılaşmasa da, Məlikə çox inad etmir. İş otağımın işığını yandırıb, atadan qalma qoz masanın başına keçirəm. Zərfdə Fəxri və təşkilat yoldaşları haqqında hazırlanmış
hesabatlar var. Əslində bu raporların bir qismini Minə itdikdən sonra Fəxrini istintaqa çağıranda oxumuşdum. Yenidən bir göz atıram.
Fəxri 1958-ci ildə İzmirdə hərbi xəstəxananın doğum klinikasında dünyaya gəlib. İbtidai məktəbi İzmirdə oxuyub.
Sonra atası vəzifəsi üçün İstanbula gəlib. İstanbul'da St. Cozef Liseyinə girib. Olduqca çalışqan bir şagird imiş, qiymətləri yüksəkdir. Fəxri həm də şeir yazırmış. Kollec tələbəsı ikinci sinifdə məktəbin ədəbiyyat klubunda işə başlayıb. Solçuluqla da buradan tanış olub. Təxmin edilir ki, liseyi bitirdiyi il terror təşkilatına üzv olur. Fəxri Boğaziçi Universiteti ingilis dili və
ədəbiyyatı fakültəsinə daxil olur. Amma məktəbə bir il gedə bilir. O il Fəxrinin bir neçə dəfə icazəsiz aksiyalarda, üç dəfə də
qeyri-qanuni afişa asmaqdan nəzarətə alındığını görürük. İkinci il məktəbə heç baş çəkmir. Təşkilatın aşağı qatlarında idarəçilik etməyə başlayıb. İstanbul Universitetinin qarşısındakı bir mü-naqişədə silahı ilə həbs olunub. Silah təmiz çıxdığı üçün iki aya qədər yatıb çıxır. Bu iki aylıq həbs cəzası Fəxrinin təşkilatdakı karyerasının yüksəlməsinə səbəb olur. O illərdə solçu terrorist qruplar arasında hərəkatlar artır.Fəxrinin təşkilatı da bu rəqa-bətdə geri qalmamaq üçün bir polis bölməsinə hücum etmək qərarı alır. Fəxrinin əmrinə beş adam verilir. Hücum nəticəsinə
bir polis, iki terrorist öldürülür, üç polis ilə bir terrorist də yara-lanır. Yaralanan terroristin danışması Fəxri və yoldaşı Sinan 55
evlərində ağır yaralı olaraq ələ keçirilir, iki aya qədər xəstəxanada yatırlar.Sonra edam cəzasıyla mühakimə üzrə həbsxanaya göndərirlər.Sinan ilə Fəxrinin yoldaşlığı St. Cozef Liseyində başlayıb. Ədəbiyyat klubunda birlikdə vaxt keçirirlər, məktəbi eyni ildə bitirirlər. Sinan, Ədəbiyyat Fakültəsinin Fəlsəfə bölməsinə girir, amma o da Fəxri kimi təhsilinə çox davam edə bilmir. Sonra polis bölməsinə hücum və həbsxana…Yoxsa mənə atəş açan simitçi paltarındakı adam Sinandırmı?
Onların içində olan müxbirimizin yazdığı hesabata görə, Fəxrinin təşkilatı qaçma planı hazırlayarkən hərbi zərbə real-laşır və həbsxana rəhbərliyinin dəyişməsi nəticəsində plan suya düşür. Eyni dövrdə polis bölməsinə hücum edən terrorçular edamla cəzalandırılırkən Fəxri ilə Sinanın ipdən xilas olmaları maraqlıdır. Sonunda Fəxri və Sinan ömürlük həbsə məhkum olurlar. 1991-ci ildəki əfvə qədər də içəridə qalırlar.
–Sədat, yeməyi isidirəm, – deyən Məlikənin səsiylə diqqətim dağılır.
– Yaxşı, – deyirəm, amma narahat olduğum sualın cavabını hələ
tapa bilməmişəm
Onsuzda bura qədər oxuduqlarımın çoxunu bilirdim.
Yenə eyni müxbirin hesabatına görə, Fəxri təşkilatla razılığa gə-lə bilmir, Sinanla birlikdə bölmədən atılır. Görəsən Sinanın fotoşəkli var? Faylları sürətlə qarışdırıram, budur şəkillər, yox, bu Fəxridir, ilk dəfə tutulanda çəkilən şəkillərdir, nə qədər də
gəncdir, nə isə, bunu keçək. Bu kimdir, xeyr, bu da deyil. Hə
budur, Sinan Budağa. Amma mənə atəş açan adama oxşamır.
Bəlkə də yanılıram. Bəlkə də fotoşəkil köhnə və çox pis çəkilmiş
olduğu üçün onu tanıya bilmirəm. Hərçənd bu fotoşəkildə Sinanın olduqca gur saçları var, bizim simitçi kimi keçəl deyil.
Saçları sonradan tökülmüş ola bilməz?Bəlkə başqa bir fotoşəklini tapa bilərəm. Faylları qarışdırmağa davam edirəm.
56
Sonda Sinanın rəngli bir fotoşəklini tapıram. 1987-ci ildə
Çanaqqala Həbxsanasına aparılanda çəkilən şəkildir. Xoş bir uşaq, iri qara gözlərində istehzalı bir ifadə var. Bu qətiliklə bizim simitçi deyil. Yaxşı, Sinan deyilsə bu simitçi kimdir? Həbsxanadan biri ola bilər mi? Ya da çölə çıxdığında Sinanın tanış
olduğu biri? Bir az da araşdırmaq lazımdır. Həbsdən çıxdıqdan sonra nə etdi görəsən? Sinan haqqında yazılmış hesabatı alıb oxumağa başlayıram.
– Yemək buz kimi oldu.
Başımı qaldıranda Məlikənin otağımın qapısında giley dolu bir ifadə ilə baxdığını görürəm. Sənədi bağlayıram.
– Sən yaxşılaşmalısan, özünü yormamalısan- deyir.
–Narahat olma, – ayağa qalxaraq narahat olma deyirəm. -Mən yaxşıyam.
Əslində nə yemək istəyirəm, nə də Məlikəylə danışmaq, tezcə qarşımdakı hesabatı qurtarmalıyam Amma Məlikənin elə
içdən bir halı var ki, onu qıra bilmirəm.Məcbur arxasınca gedirəm. Mətbəxdə xoş bir iylə qarşılaşıram. Yox, bu yeməyin iyisi deyil, bu gül ətridir. Stolun üstündə böyük, ağ güldandan gülümsəyən frezyalan gülünün ətrinin gəldiyini başa düşürəm.
Həmişəki kimi Məlikə yenə də gözək bir süfrə hazırlayıb.
Stolun üstündə iki boşqab var. Yemək stolunun yanındakı stula yaxınlaşarkən soruşdum:
– Sən uşaqlarla yemədin?
– Tez idi, acmamışdım, – boşqabıma pomidor şorbası qoyarkən deyir. Qaşığın ucu ilə şorbadan içirəm, əla. Acdığımı indi hiss edirəm. Məlikə öz boşqabını alarkən ona baxıram. Gözünün qı-rağında qırışıqlar tək-tük də olsa, saçında ağ tüklər var, amma onları rəngləməklə gizlədir.Amma hələ də gözəldir.Məlikə Çər-kəz qızıdır, gözəllik genlərində var. Onunla ilk dəfə bizim evdə
57
qarşılaşmışdıq. Əmimin arvadı Nəriman yengənin qohumudur.
Gözəlliyi mənə təsir etmişdi.
Əslində evlənmək vaxtım da çatmışdı. Hüququ beş il əvvəl qurtarmışdım. Atamın ölümündən iki il keçmişdi və
anam da xəstə idi. Ən böyük qorxusu da mən evlənmədən ölməyi idi. Məlikənin heç kimi yox idi. Müəlliməlikdə, son kursda oxuyurdu. Anam “ bu qız almazdır, əlindən qaçırma, oğlum” dedi. Sevgili olduq. Yumşaq xasiyyətli, utancaq bir insan idi. Onu tanıdıqca daha çox sevdim, üç ay sonra nişanlandıq. O
il Məlikə məzun olan kimi evləndik. Yaxşı həyat yoldaşı oldu.
Bizim peşə əziyyətlidir. Birdə görürsən ki, gecə yarısında zəng gəlir, küçələrə çıxırıq. Bəzən elə olur ki, günlərlə evə gəlmirik.
O bütün bunlara dözdü, həmişə mənə dəstək oldu, bəlkə də elə
buna görə boşana bilmədim ondan, mənə göstərdiyi dostluğa, fədakarlığa xəyanət edə bilmədim.
– Sən evdə olmayanda Minənin anası Sevim xanım gəldi" , Məlikə boşqabıma tomatlı bamya qoyarkən deyir., – Onsuzda hər gün bizə baş çəkir. Yazıq qadın pərişandır. 'Kaş ki, öldüyünü bilsəydim. Bu qədər üzülməzdim” deyir. Səninlə görüşmək istəyir. Məlikənin gözləri sualla doludur. Sanki “məndən nəsə
gizlədirsən” deyirmiş kimi üzümə baxır. Heç nə demədən ye-məyimi yeyirəm.
– Bir xəbər yoxdur? – deyə, Məlikə soruşur.
– Yox, – deyirəm, – Heç bir xəbər yoxdur."
– Qızı sizin əməkdaşınız biliblər eləmi?"
– Kim dedi bunu?"
– Sevim xanım. Səni də buna görə vurmaq istəyiblər.
– Elə bildilər.
– Onlar canidir. Yazıq qızcığaz, nə qədər gənc idi.
Yeməyin dadı qaçır, loxmaları udmaqda çətinlik çəkirəm, kömək olar deyə, qarşımdakı su dolu stəkanı götürmək istəyirəm.
58
-Yemək acı olub?”– deyə, Məlikə soruşur.
– Yox, gözəl olub, əllərinə sağlıq, – deyirəm.
Ağır-ağır suyu içirəm. Kömək edir. Məlikə yenidən boşqabımı götürmək istəyərkən:
– Daha yeməyəcəm, – deyirəm.
– Yeməlisən, – deyir , – Başqa cür özünə gələ bilməzsən”
Əlimi boşqabın üstünə tuturam.
– Canım istəmir.
Bundan artıq üstümə gəlmir, amma siqaret qutusunu çıxar-dığımı görəndə, susa bilmir.
– Bu siqaretə də bir az ara ver."
– Çox çəkmirəm onsuz da. Başqa nəsə dedimi Sevim xanım?
– Ay Allah, az qala unutmuşdum. Minənin atası Mətin bəy Almaniyadan gəlib.
O da səninlə görüşmək istəyir. Qaldığı otelin nömrəsini qoyub…Bu xəbər məni sıxır. Demək Minənin atası ilə qarşıla-şacam. Qızını axtaran əzabkeş bir ata. Madam evə girib çıxdığımı ona deyib görəsən? Bu adama indi nə deyəcəm? Görüşə getməsəm olmaz, yaxamdan əl çəkməz. Asan deyil, qızı itib kişi-nin. Mustafanı yollasam bəs? Yox, yox. Bu işi özüm həll etməliyəm.
Fikirli qalxıram yeməyin üstündən.
– Qəhvəni otağında içəcəksən?deyə soruşur Məlikə süfrəni yı-ğışdırarkən.
– İndi istəmirəm, bəlkə daha sonra.
– Yaxşı, – Məlikə itaətlə deyir, sonra yığdığı qabları qabyuyan maşına qoymağa başlayır. Mən də otağımın yolunu tuturam, bir an əvvəl Sinanın şəxsi işinə baxmaq istəyirəm. Amma olmur, qızların otağının qapısı açılır.
Ayça ağlayaraq çölə atılır.
– Nə oldu qızım?, – deyərək durdururam onu.
59
– Gökçə pozanımı aldı – göz yaşları qırmızı yanaqlarından süzülə-süzlə deyir.
Birlikdə otağına gedirik. Gökçə günahkar-günahkar üzümə baxır.
– Bacının pozanını almısan, – deyirəm.
– Mənimkini o itirdi, – deyir.
Ayçaya sarı dönürəm. Daha mən soruşmadan:
– Mən itirmədim, o sinifdə unudub, – deyir.
– Etdiyiniz çox eyibdir, – deyirəm, – Həm də bacısız. Bir pozanı belə paylaşmağı bilmirsiniz.
– Amma ata … – deyə Ayça qarşı çıxır.
– Tək bir söz belə eşitmək istəmirəm, – deyərək kəsirəm sözlərini.
– Pozanı birlikdə istifadə edin. Gökçə, sən də özünə bir pozan al.
İkisi də susub önlərinə baxırlar. Asayişi bərpa etdiyimdən əmin olunca, könül rahatlığı içində yenidən otağıma, hesabatın başına qayıdıram. Sinan haqqında yazılan hesabat biçim olaraq Fəxrininkinə bənzəyir. Sinan haqqında yazılan hesabat formaca Fəxrininkinə bənzəyir. Eyni başlıqlar, eyni sətir inter-valları.. Əminəm, yazıldıqları makina da eyni olub.
Sinan varlı bir ailənin övladıdır. Bir zamanlar Osmanlı sarayının yağ ehtiyacını qarşılayan Rövnəq Əfəndi ticarət yolu ilə Taxtaqalada bir düjindən yaxın dükan, Beyoğlunda köhnə
bir malikanə və Nişantaşında bir bina satın almışdı. Amma oğullar və nəvələr ticarətdə o qədər də fərasətli ola bilməyiblər.
Yenə də, babalarının qoyduğu miras hamısına bəs edib. Sinanın atası Əzmi bəy isə bədxərcin yekəsiydi. St. Benoit Liseyini bitirən kimi Parisə gedib, müğənnilərlə yatıb-durub, avaralıqdan bezincə isə ölkəyə qayıdıb, Taxtaqalada öz payına düşən dörd dükandan birini sataraq ticarətə girişib. Oğullarının artıq nor-60
mal bir həyat sürəcəyini düşünən ana -ata ona gözəl də bir qız taparaq baş-göz ediblər. Sinan da bu nikahın birinci ilində
dünyaya gəlib. Oğlunun doğulmasından xeyli həvəslənən adamcığaz özünü tam diqqətlə işə verib. Lakin bir az bəxtsizlik, bir az da ticari qabiliyyət qıtlığı üzündən qabağa gedə bilməyib.
Bir neçə il də gözlədikdən sonra dükanı bağlayıb, kirayə
gəlirləriylə Parisdəki həyatını təkrar sürməyə başlayıb.
Hesabı da həmişə o verdiyindən, dövrünün bütün ünlü-ünsüz rəssamları, şairləri, yazar və tənqidçiləri başına yığışıb-lar. Əzmi bəy artıq yetykinlik yaşına çatan Sinanı da getdiyi məclislərə aparmaqda bir qüsur görməmişdi. Hesabatda deyilir ki, Sinan məhz bu içki məclislərindən birində solçuya çevrilib.
İncəsənətə olan marağı da o günlərdə başlayıb yəqin. Fəxriyə
ilk təsir edən adam da Sinandır hər halda. Çünki Fəxri bir hərbçi övladıdır, solçuluqdan uzaq olmalıydı. Amma Sinan hər gün bu mövzunun danışıldığı bir mühitdən gəlirdi. Sinan ona insanlığı daha yaxşı bir gələcəyə aparacaq ideyadan bəhs edib, alovlu bir şəxsiyyəti olan Fəxri də gənclik həyəcanıyla bu fikirləri mənimsəyib. Sonra da təşkilata giriblər. Bəlkə də, Sinan lap əvvəldən təşkilatın içində idi. Yox, canım, düşünmürəm ki, o avara sənətçi dəstəsi fəal təşkilati fəaliyyət göstərirdi. Onlar qorxaq olarlar, buzlu rakılarından, gözəl qadınların qarşısnda təsirli niqtlər etmə azadlıqlarından asanlıqla imtina etməzlər. O
dövrün siyasi mühiti onsuz da qızışmışdı. Sol təşkilatların az qala hər məktəbdə şöbələrivar idi.Bunların da solçu fikirlərə
simpatiya bəslədiklərini bilər-bilməz əlaqə qurublarmış. Böyük ehtimalla da ədəbiyyat klubundakı görüşlər ərəfəsində olub bu.
Sinan ilə Fəxri eyni ildə məzun olurlar. Sinan istədiyi ali məktəbə, Ədəbiyyat Fakültəsi Fəlsəfə ixtisasına daxil olur, am-ma çox davam etmir. Vaxtını təşkilatın yedək istifadə etdiyi bir gənclik dərnəyində keçirir. Solçu bir jurnala təbliğat məqsədli 61
yazılar yazır. Fransada yayımlanan dərgilərdən Afrikada müstəqilik uğrunda döyüşən partizan dəstələrinin fəaliy-yətlərini əks etdirən məqalələri tərcümə edir. Amma özünü təsdiqləmək üçün bunlar kifayət deyil, təşkilat onu da Fəxrinin məsul olduğu polis bölməsinə basqın işinə
qoşur. Sonrası… 1991-dəki əfvə qədər həbsxanada qalır. Sinan içəridə təşkilatla yola getmir və Fəxriylə birlikdə şöbədən ayrı-lırlar. Səbəbləri sosializmdən imtina etmək deyil, inqilabı real-laşdırma müddətində "proletariat hegemoniyası" yerinə "mədəni hegemoniya" tezisini müdafiə etmələridir. Qramski adlı bir italiyalı kommunistin tezisiymiş bu. "Mədəni hegemoniya"
tezisi, silahlı mübarizəyə təhrik edən təşkilatın ideyalarıyla uyğunlaşmır. Fəxri ilə Sinanın şöbələri ləğv edilir. İşin ən maraq-lısı isə odur ki, bir il sonra təşkilatın özü də dağılıq. Amma silahlı mübarizə fikrini davam etdirən on nəfərlik bir qrup öz komunnasını yaşadır. Bu qrupdakı adamların arasında birinin adı diqqətimi çəkir: "Özər Yılkı" Mən bu adı hardasa eşitmişəm.
Özər Yılkı…Özər Yılkı… kim idi bu? Birdən xatırlayıram. Meyitxanada gördüyümüz adam. Mustafanın sui-qəsd edən adam bilərək vurduğu terrorçu. Demək ki, bu Özər Yılkı ilə Fəxrinin əlaqəsi yox idi. Həbsxanadakı agentimizin dediyinə görə, bir dəfə hətta dalaşıblar da. O biri məhbuslar araya girməsəydi, Fəxri ilə Sinan yaxşı kötək yeyəcəkdilər. Qəribədir, deməli, Fəxrinin o vaxtdan təşkilatla heç bir əlaqəsi qalmır.Bu vəziyyətdə Minəni agentlikdə ittiham edib cəzalandırmaq istəmə-sinin bir mənası da qalmır. Əxlaqi bir məsələ olaraq düşünmüş
ola bilməzmi? Aşiq olduğu qızı agent zənn edir… On bir ilini həbsdə keçirən, ömrünün alt-üst olmasında polisi günahkar bilən biri üçün bu çox ağır zərbədir. Gözləri qaralır, Minəni, məni və hətta özünü yox etmək istəyir.
62
Deyək ki bu cür oldu, yaxşı yanındakı adam kim idi?
Pulla tutulmuş bir muzdlu qatilmi? Ola bilməz. Fəxridə qatil tutacaq pul yoxdur. Üstəlik, muzdlu qatillər bir təhlükəsizlik işçisini öldürmək kimi axmaq bir işə bulaşmaq istəməzlər.Yaxşı kimdir bu adam? Yenidən hesabata qayıdıram. Sinan içəridə
hekayə yazır və jurnallara göndərir. Amma sol mövqeli bir jurnal xaric heç bir yerdə yazıları yayımlanmır. Yəqin o da atası kimi bacarıqsızdır. Bəlkə də ədəbiyyatda qabiliyyətli olmadığını anlayınca yenidən təşkilata qayıdıb. Hərçənd hesabatda heç bir siyasi təşkilatla əlaqə qurmadığı yazılıb. Təqibçilərini aldadıb bəlkə? Bax bu qəribədir. Həbsdən çıxdıqdan sonra atasından qalan mirasla "Hürufat" adında bir kitab mağazasını açır. Sonra eyni adla bir jurnal çıxartmağa başlayır. Yaxında bir də mətbəə açsa təəcüb etmərəm. Babası Rövnəq bəy ticarət zə-kasından istifadə edərək böyük sərvət qazandı … Sərvətinin qa-biliyyətsiz nəvələri tərəfindən sənət həvəsini boşaltmaq üçün xərcləndiyini görsəydi nə düşünərdi görəsən? Adı da qəribədir jurnalın: “Hürufat”.
İlk təşkilati fəaliyyətə də liseydə teatrla başlamışdı bu Sinan, indi də “Hürufat”la bir hoqqa çıxarmasın? Sinan bu dü-yünün açılmasında yardımçı olacaq tək adam kimi görünür.
Amma onu necə danışdıracam? Hesabatda yazıldığına görə, olduqca sağlam biriymiş.İki dəfə istintaqa çəkilmiş, işə faydalı olan bir məlumat verməmişdi. Yenidən sorğu etmək də nəticə
verməyə bilər. “Hürufat” qanuni bir jurnaldımı? Hmm… Bəli, budur lazımlı sənədlər. Hər şey yerindədir, amma dur bir dəqiqə. Bu bildiriş də nədir? Bir xəbərdarlıq yazısı.. Hər sayından on ədəd polis vermələri lazımdır, amma son üç nömrəni gön-dərməyiblər.
– Bax, bu çox yaxşı oldu, – öz- özümə deyirəm.
63
Artıq Sinanla necə əlaqə quracağımı bilirəm. Qalxıb telefona gedirəm. Məlikə qonaq otağındadır, televiziyadakı qanlı "Reality show" lardan birini izləməklə məşğul. Çox həvəslidir bu proqramlara.Qəribədir, bu qədər sakit bir qadın, bu proqram-larda nə tapır anlamıram..Telefonun dəstəyini qaldırarkən gülüşmə səsləri gəlir, dərs çalışması səngidi demək ki…
The free sample has ended.