This book cannot be downloaded as a file but can be read in our app or online on the website.
Volume 730 pages
16+
This book cannot be downloaded as a file but can be read in our app or online on the website.
About the book
“İran hizbullah zindanında” romanı “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar” adlı dörd kitabdan ibarətdir. Roman tarixi, ictimai, siyasi baxımdan İran İslam inqilabının təsadüf, yoxsa zərurət olması suallarını cavablandırır. İnqilab və insan anlayışlarını üz-üzə qoyan müəllif, inqilabın antihumanist mahiyyət daşıdığını və insanı yediyini isbat edir.
1978–1988-ci illəri əhatə edən əsərdə hadisələr əsasən Paris, Qum və Urmiya şəhərlərində baş verir.
Əsərdə azad düşüncəsinə görə şərlənib zindana atılmış yüzlərlə insanın taleyi ilə tanış oluruq. Eyni zamanda, digər maraqlı nüanslarla da qarşılaşırıq. Məsələn, İmam Xomeyninin Bakı planı, “Azadlıq” meydanında Leninlə qarşılaşması, hər iki liderin Quzey Azərbaycanda mövqe tutmaq uğurunda mübarizəsi və s.
