This book cannot be downloaded as a file but can be read in our app or online on the website.
Volume 360 pages
16+
This book cannot be downloaded as a file but can be read in our app or online on the website.
About the book
Amerika yazıçısı, şairi, XIX əsr detektiv və psixoloji nəsr janrının yaradıcısı Edqar Allan Po əsasən irrassional, mistik, anomal vəziyyətlərə məhkum olunmuş insanlardan və hadisələrdən bəhs edən yazıları ilə məşhurdur. Hekayələrindəki bir-birindən maraqlı və həyəcan doğuran süjet xətti ilə oxucunu arxasınca aparan müəllif iki yüz il ərzində yaradıcılığına olan marağı itirməyib, əksinə, zaman keçdikcə daha çox oxunub və müxtəlif dillərə tərcümə edilərək, dünyanın sərhədlərini aşıb. Gerçəklə uydurmanın, yalanla doğrunun, reallıqla fantaziyanın vəhdəti Allan Po yaradıcılığı üçün əsas xətt sayılır. Oxucu bir anlıq gerçək yaşantılarını unudaraq, müəllifin uydurduğu aləmə düşür və o aləmin bir parçasına çevrilir.
