Read the book: «Brilyant məsələsi»
C Ə M Ş İ D Ə M İ R O V
BRİLYANT
MƏSƏLƏSİ
POVEST
1
YUMŞAQ VAQONDA
əhər yenicə açılmışdı. Şərqdə, sanki mavi göylə
S də
nizin birləşdiyi yerdən yavaş-yavaş boylanmağa başlayan isti yaz günəşini qocaman Xəzərin yaşım-tıl-göy sularını xüsusi bir gözəlliklə işıqlandırırdı. Günəş
mis kimi qızarmış dairəvi bir lövhəyə, ləpəsiz dəniz isə
gümüş pul kimi parıldayan ucsuz-bucaqsız bir səhraya bənzəyirdi.
Bir dəqiqə bundan əvvəl Ələt stansiyasına gələn 59
nömrəli Astara-Bakı qatarı Xəzər sahili boyuncu salınmış
dəmir yolu ilə irəliləyərək neft şəhərinə yaxınlaşırdı.
Yumşaq vaqonun bələdçisi pəncərədən boylanıb günəşi ayna kimi özündə əks etdirən dənizə ötəri nəzər saldı, sonra birinci kupeyə yaxınlaşdı, yumruğu ilə qapını döyərək, sərnişinləri yuxudan oyatdı:
– Yoldaş sərnişinlər, qalxın, Bakıya az qalıb. Tez olun, yorğan-döşəyi təhvil verin.
Bələdçi daha burada dayanmayıb, ikinci kupenin qapısına tərəf getdi, o biri sərnişinləri də oyatmağa tələsdi.
Tez oyanmağa öyrəşməyən sərnişinlərdən bəziləri narazılıq edərək, dəmiryol qaydalarından şikayətləndilər.
Digərləri əl-üzlərini yumaq üçün kupedən dəhlizə çıxdılar. Başqaları isə yavaş-yavaş şeylərini yığışdırıb sahmana salmağa başladılar.
Yeddinci kupedə də şikayətlənən vardı. Bu, ucaboylu, arıqbədənli, gözlərinə eynək taxmış bir kişi idi. Onun daz başı, quş dimdiyinə oxşayan nazik və uzun burnu, çoxdan bəri dəllək üzü görməyən qırmızı saqqalı, qədim qoçular kimi uzun, burma bığları və sarımsaq yeməkdən saralmış çürük xırda dişləri vardı. O, yuxudan doymadığı 2
üçün deyinə-deyinə döşəkağını və balışüzünü büküb yol bələdçisinə təhvil verdi, döşəklə balışı bürmələyib, yuxarı taxçaya qoydu. Başqa sərnişinlər kimi o da əl-üzünü yumaq üçün dəsmalını çiyninə atdı, diş fırçasını və sabunu-nu götürüb bayıra çıxdı. Lakin tezliklə geri qayıtdı. Özünə bəraət qazandırmaq istəyən adamlar kimi and içən tərzdə yol yoldaşlarına dedi:
– Əlüzyuyanın qarşısında adam çoxdur. Mənim də
yamanca xasiyyətim var, kəmhövsələyəm, növbəyə durmağı sevmirəm, sonra yuyunaram.
Eynəkli kişi sərnişinlərin ona əhəmiyyət vermədiklə-rini görüb çamadanını açdı, paltarlarının arasından na-rıncı cildli qəşəng bir kitab çıxartdı. Kişi kitabı açaraq özünü pəncərəyə tərəf verdi. Bir papiros yandırıb dama-ğına aldı və arxasını yol yoldaşlarına çevirib mızıldaya-mızıldaya kitabı böyük maraqla oxumağa başladı.
Kupenin digər sərnişinləri – ortaboylu, qarabəniz ki-şi, başına ağ haşiyəli kəlağayı örtən qız və həddindən ziyadə kök qadın əl-üzlərini yuduqdan sonra şirin-şirin söhbət edirdilər.
Bu zaman dəhlizdən keçən sarışınsaçlı bir qız kupenin qapısını açdı. O, ağ milis forması geymişdi. Çiyinlərinə də milis leytenantı paqonları taxmışdı. Qız ədəblə salam verib, sərnişinlərə ötəri nəzər saldı. Qarabəniz kişiyə
bir az artıq diqqət yetirdi. Sonra hamıya müraciətlə soruşdu:
– Bağışlayın, saat neçədir?
Hamının əvəzinə qarabəniz kişi cavab verdi:
– Altıya on dəqiqə… xeyr səhv edirəm, on iki dəqiqə
qalıb.
3
– Çox sağ olun. Yatıb yuxuya qalmışam, – deyə sarışınsaçlı qız qapını örtdü.
– Xeyir ola, görəsən, bu milis zabiti nə üçün gəlmişdi?
– deyə eynəkli kişi heç kimə müraciət etmədən soruşdu.
– Yəqin vaqonda oğurluq-zad olub, indi oğrunu axtarırlar, – deyə dolu qadın eynəkli kişinin sualına cavab verdi.
– O öz vəzifəsini yerinə yetirir.
Eynəkli kişi milis işçilərindən şikayətləndi:
– Məgər vəzifəni bu cür yerinə yetirirlər? Bu qız nə
bilir ki biz kimik? Bəlkə elə gecə siz yatanda vaqonda oğurluğu mən eləmişəm? Axı, nə üçün bu milis leytenantı kupemizi yaxşı yoxlamadı. Qapını açıb içəri girməsi ilə çıxıb getməsi bir oldu. Milis belə işləyəndə, əlbəttə, oğru tapılmaz, xuliqan tutulmaz, əliəyri adamlar da istədiklərini edərlər.
Bu an qarabəniz kişinin dodaqaltı istehza ilə gülüm-sədiyindən heç kim xəbər tutmadı.
Eynəkli kişi bununla kifayətlənmədi, ürəyi dolu adamlar kimi yenə də milis işçiləri və oğrular haqqında söhbəti davam etdirdi:
– Bu andıra qalmış Astara yolu yaman korlanıb. Dələ-duzların əlindən tərpənmək olmur. Bilmirəm, milis zabitləri nə ilə məşğuldular. Elə ortada yeyib qıraqda gəzməyi bilirlər. Havayı yerə maaş alırlar. İki həftə bundan əvvəl mən Astaraya gedəndə vaqonumuzda bir hadisə baş verdi. Gecə kimsə bir kolxozçunun xurcununu oğurladı. Bir haray qopdu ki, gəl görəsən.
– Nə oldu, xurcun tapılmadı? – deyə dolu qadın soruşdu.
4
– Yox əşi. Haradan tapılacaq. Milisə xəbər verdik, gəlib sorğu-sual etdilər. Bayaq bura gələn milis leytenantı kimi başdansovdu o yan-bu yanı axtardılar, bir-iki nəfəri dindirdilər, uzun-uzadı protokol yazdılar, kiminin də-də-nənəsinin nə dərdlə öldüklərini də soruşdular. Ancaq heç bir şey çıxmadı. Oğru tapılmadı – deyə kişi sanki elə
bu dəqiqə onun da şeylərini oğurlayacaqlarmış kimi bərk-bərk çamadanının dəstəyindən yapışdı.
Dolu qadın onun sözünü təsdiq etdi:
– Siz düz buyurursunuz, qardaş, milis yaxşı işləmir.
Bir ay bundan əvvəl qonşumuzun evini yarmışdılar. Milis işçilərini çağırdılar. Onlar nə qədər çalışdılarsa da heç bir şey edə bilmədilər. Çox adam dindirdilər, iz axtaran it gətirdilər, qonşularla söhbət etdilər. Ancaq onlar oğurlanan mallar əvəzinə bilirsiniz nə tapdılar?
– Nə – deyə kişi soruşdu.
– Oğrunun barmaq izlərini.
– Bəs oğrunun özü?
– Rəhmətliyin oğlu, nə qoyub nə axtarırsınız? İndiki zamanda oğurlanan mal, arabadan düşən qovun-qarpız kimidir. Düşdü, deməli, sənin deyil…
Özünə həmsöhbət tapan eynəkli kişi sevindi. Yenə
milis orqanlarını pisləməyə cəhd etdi:
– Bilirsiniz, milis nə üçün pis işləyir?
– Nə üçün?
– Çünki onlar təcrübəsizdirlər. Adam gərək öz sənətinin, öz ixtisasının mahir ustası olsun. Milislər isə hələ
yaxşını pisdən ayıra bilmirlər. Çox zaman əliəyriləri bir tərəfdə qoyub, düz adamlardan yapışırlar. Bəli, bəli, təəc-cüblənməyin. Buna görə heç də təsadüfi deyildir ki, bir 5
çox cinayət işləri aylarla süründürülür, iş uzanır, qovluqlar kağızla dolur, cinayət işi açılmamış qalır.
Eynəkli kişi yol yoldaşlarının etiraz etmədən onu din-lədiklərini görüb sözünə davam etdi:
– Bacı, mən bu yaşadək çox kitab oxumuşam. Qabaqlar Amerikada Nat Pinkerton adlı məşhur bir xəfiyyə yaşayırdı. Bütün dünyada onun kimi bacarıqlı, bilikli xəfiyyə yox imiş. Çətinliyə düşən hər kəs Pinkertonun yanına gəlirmiş. O da böyük ustalıqla hər hansı bir cinayətin üstünü açırmış. Buna görə də hamı onu çox sevirdi.
– Yəni oğrular da onu sevirdilər? – deyə bu söhbəti diqqətlə dinləyən qarabəniz kişi istehza ilə soruşdu.
Eynəkli kişi qarabəniz kişinin sözlərindəki istehzanı hiss etmədi. Ciddi cavab verdi:
– Xeyir, Pinkerton oğruların, quldurların, yolkəsən-lərin düşməni idi.
Elə bu zaman qapı yenidən açıldı. Sarışınsaçlı milis leytenantı heç kimə müraciət etmədən gülə-gülə soruşdu:
– Bağışlayın, oxumağa bir şeyiniz yoxdur? Bekarçılıqdan darıxıram.
– Xeyir, yoxdur, – deyə eynəkli kişi hamının əvəzinə
cavab verdi. Bu zaman qarabəniz kişi xoş təbəssümlə gülümsündü. Milis leytenantı çıxıb gedəndən sonra eynəkli kişi sözünə davam etdi.
– Mən hələ ingilis xəfiyyəsi Şerlok Holmsu demirəm.
Nat Pinkerton kimi Şerlok Holms da böyük mütəxəssis imiş. Adama baxan kimi onun xasiyyətini, sənətini, cinayətkar olub-olmadığını müəyyən edə bilirmiş. İndi belə-ləri tapılmaz.
Bayaqdan bəri heç bir söz demədən bütün bu söhbəti diqqətlə dinləyən qarabəniz kişi yerindən qalxaraq pəncə-6
rəyə yaxınlaşdı. Qatarın qabağında tez-tez görünən rabitə
şalbanlarına, sonra Xəzərin mavi sularına ötəri nəzər saldı. Birdən geri dönüb eynəkli kişiyə etiraz etdi:
– Nə üçün tapılmaz, əmi can? Tapılar, həm də çox tapılar. O, eynəkli kişinin etiraz etmək istədiyini görüb on-un danışmasına imkan vermədi. Dərhal əlavə etdi:
– Mən isə elə zənn edirəm ki, milis orqanlarında təcrübəli və bilikli zabitlər çoxdur. Onlar gecə və gündüz yorulmaq bilmədən işləyirlər. Bizim həyatımızı, əmlakımızı, dinc əməyimizi, ictimai asayişi göz bəbəyi kimi qoruyurlar.
– Sözdə, yaxud işdə? – deyə eynəkli kişi soruşdu.
– İşdə, əmican, işdə.
Eynəkli kişi yenə danışmaq istədi. Ancaq qarabəniz kişi bu dəfə də onun sözünü yarımçıq qoydu.
– Görürəm, siz etiraz etmək, yenə də Pinkertonu, Şerlok Holmsu misal gətirmək, milis işçilərini pisləmək istəyirsiniz. Ancaq mən demək istəyirəm ki, siz milis orqanlarının işi ilə yaxından tanış deyilsiniz. Ona görə də onların qüvvə və bacarığına inanmırsınız. Özünüz də birdəfəlik qət etmisiniz ki, milis orqanları pis işləyir. Hər yerdə
də bunu təkrar edirsiniz. Halbuki milis işçiləri cəmiyyəti-mizə zidd olan bəzi tüfeyli ünsürlərlə ölüm-dirim müba-rizəsi aparırlar. Dinc həyatımızı qorumaq uğrunda həyat-larını belə əsirgəmirlər. Milis orqanlarında da ilk nəzərdə
adamın sənətini, xasiyyətini, düz adam olub-olmamasını asanlıqla təyin edə bilən zabitlər vardır. Bağışlayın, mən demək istəyirəm ki, nəinki vardır, həm də çoxdur.
– Siz bunu nə ilə sübut edə bilərsiniz? – deyə eynəkli kişi soruşdu.
7
Qarabəniz kişi onu ötərgi nəzərdən keçirib güclə se-zilə biləcək istehza ilə gülümsündü, pencəyinin cibindən
“Kazbek” qutusunu çıxararaq bir papiros götürdü. Sonra papirosunu yandırıb eynəkli kişiyə müraciət etdi:
– Mən sizi birinci dəfədir ki, görürəm, elə deyilmi?
– Bəli, elədir ki, var.
– İcazə versəniz haqqınızda bəzi şeylər deyə bilərəm.
Eynəkli kişi etinasızlıqla çiyinlərini çəkib dedi:
– Eh, siz mənim haqqımda nə deyə bilərsiniz? Allaha şükür nə Şerlok Holmssunuz, nə də ki, milis işçisi.
– Bunun əhəmiyyəti yoxdur. Mən sizin xasiyyətinizin üç-dörd cəhətini təyin edə bilərəm.
– Məsələn, hansı cəhətlərini?
– Hər şeydən əvvəl onu deyə bilərəm ki, siz tez-tez araq içirsiniz.
– Eh, bayaqdan mən də düşünürəm ki, bu kişi nə deyəcək. Bunu təyin etməkdən asan nə var? Dünən axşam mən xörək yeyəndə araq içdim. Bunu hamı gördü. Belə
şeyi mənim qoca nənəm də təyin edə bilər də, – deyə eynəkli kişi qəh-qəh çəkib güldü.
Qarabəniz kişi eynəkli kişinin etirazını qulaqardına vuraraq dedi:
– Xeyr, əmi can, elə deyil, dünən axşam mən sizin araq içdiyinizi görməsəydim də bunu asanlıqla təyin edə
bilərdim. İş orasındadır ki, sizin burnunuz və yanaqla-rınız araq içənlərə xas olan tərzdə qırmızımtıl-badımcanı rəngə çalır.
– Yaxşı, qoy siz deyən olsun. Bəs sonra?
– Sonra sizə baxarkən ilk nəzərdə demək olar ki, mədəniz xəstədir, sarımsağı çox yeyirsiniz, hərdən böyrəklə-8
rinizdən şikayətlənirsiniz, yanılmıramsa, uzun müddət-dir hesabdar vəzifəsində çalışırsınız, həm də subaysınız.
Eynəkli kişinin bayaqkı istehzalı baxışından əsər-əlamət qalmadı. O təəccübləndi. Lakin yenə də etiraz etmək istədi.
– Bütün bunlar doğrudur. Ancaq mən inanmıram ki, siz bunları ilk nəzərdən təyin etdiniz. Yəqin siz məni tanıyırsınız.
– Xeyir, inanın ki, qabaqlar mən heç yerdə sizə rast gəlməmişəm. Nə adınızı, nə də familyanızı bilirəm.
– Əgər belədirsə, onda izah edin görək, siz bunları necə təyin etdiniz?
– Bundan asan nə var? Belə şeyləri təyin etmək üçün yaxşı müşahidəçi və diqqətli olmaq lazımdır. Bayaq danı-şarkən mən sizin dilinizi gördüm. Dilinizin üstündə ağ ləkələr var. Bu onu göstərir ki, mədəniz xəstədir, gözlərini-zin altının şiş olması isə böyrəklərinizin xəstə olduğunu sübut edir.
– Heç bilmirdim, – deyə eynəkli kişi ayağa qalxıb kupenin qapısına vurulmuş aynaya yaxınlaşdı. Dilini çıxardıb diqqətlə baxdı. Şad bir xəbər almış adamlar kimi sevinə-sevinə qadına müraciət etdi:
– Doğru deyir, həqiqətən, dilimin üstündə ağ ləkələr var. Gözlərimin altı da şişdir.
– Sonra qarabəniz kişiyə tərəf dönüb soruşdu:
– Yəqin siz həkimsiniz, ona görə də xəstəliyimi təyin edə bildiniz, eləmi?
– Xeyir, siz səhv edirsiniz. Mən həkim deyiləm, xüsusi tibbi təhsilim də yoxdur. Ancaq mən qətiyyətlə deyə bilərəm ki, bizim kupedə həkim var, baxın, əsl həkim qarşı-mızda oturandır, – deyib qızı göstərdi.
9
– Düz tapmısınız, qardaş, – deyə bayaqdan bəri sakit oturub söhbətə qarışmayan qız sanki həkim olmaq qəbahət imiş kimi rəng verib rəng aldı. Sonra soruşdu:
– Siz bunu necə bildiniz?
– Bunu sonra deyərəm. İndi isə icazə verin bu əmi Leyla ilə söhbətimizi qurtaraq, – deyə qarabəniz kişi yenə
də eynəkli kişiyə müraciət etdi: – İndi gəlin sizin subaylı-ğınız haqqında danışaq. Xahiş edirəm pencəyinizə diqqət yetirin. Yuxarıdan ikinci düymə ağ sapla tikilmişdir. Pen-cəyinizin rəngi isə qaradır, yəqin düymə qopduqdan sonra siz onu özünüz tikmisiniz. Belə məsələlərdə kişilər çox zaman səliqəsiz olurlar. Əgər siz evli olsaydınız…
– Aydındır, qardaş, – deyə qarabəniz kişi ilə fəxr etməyə başlayan eynəkli kişi hörmətlə soruşdu: – deyin görək bəs hesabdar olmağımı haradan bildiniz?
– Bayaq siz oxuduğunuz kitabın səhifələrini vərəqlər-kən, mən sizə baxdım. Gördüm ki, siz kitabın səhifələrini qəribə bir tərzdə, hesabdarlar çötkəyə salan kimi vərəqlə-yirsiniz. Sonra mən sağ əlinizə diqqətlə baxıb barmaqları-nızın iç tərəfinin qabar olduğunu gördüm. O saat sizin uzun müddət hesabdar vəzifəsində çalışdığınızı müəyyən etdim.
– Afərin, qardaş, daha mənim sizə sözüm yoxdur.
Atam-atam, mən təslim.
– Nə tez təslim oldunuz? – deyə həkim qız dilləndi. –
Qoy indi də mənim həkim olduğumu necə təyin etdiyini desin.
– Bu da çətin iş deyil, bacı. Sağ əlinizin barmaqları yoda batmışdır. Bu sizin tibb işçisi olduğunuzu sübut ed-ir. Divardan asılmış jaketinizin cibindən isə statoskopun ucu görünür. Bu onu göstərir ki, siz felşer deyil, həkimsi-10
niz. Çünki, statoskopla xəstələrə yalnız həkimlər qulaq asırlar.
– Bəs, bu bacı haqqında nə deyə bilərsiniz? – deyə eynəkli kişi yanındakı dolu qadını göstərdi.
– Ümumiyyətlə, çox şey. Ancaq bacı icazə versə, mən onun bir sirrini açaram.
– Maraqlıdır. Deyin görək, mənim nə sirrim var?
– Siz, üç faizli istiqrazla min manat pul udmusunuz.
Belə zənn edirəm ki, indi pul almaq üçün Bakıya gedirsiniz.
– Tamamilə düzdür, qardaş, qınamasaydınız deyərdim ki, yəqin siz falçısınız.
– Falçılıq fırıldaqçıların işidir, bacı. Burada isə heç bir çətin iş yoxdur. Mən bunu sizə diqqət yetirməklə öyrənə
bildim. Cibinizdə “Kommunist” qəzeti görünür. Qəzetdə
üç faizli istiqrazın uduş cədvəli dərc olunmuşdur. Bayaq siz bir neçə dəfə həmin cədvələ baxıb sevinə-sevinə gül-dünüz. Mən də ötərgi cədvələ baxdım. Min manat udmuş
istiqraz nömrəsinin altından qırmızı karandaşla cızdığını gördüm. Buradan belə nəticəyə gəldim ki, siz istiqrazla pul udmusunuz. Əgər siz istəyirsinizsə, mən sizə istiqraz vərəqəsinin nömrəsini də deyə bilərəm. Biletin nömrəsi 01226, seriyası isə 19-dur.
– Dayanın, bir yoxlayım, – deyə qadın ayağa qalxdı.
jaketinin cibindən qəzeti çıxardıb istiqraz vərəqəsinin nömrəsini yoxladı, sonra əlavə etdi:
– Əcəb yaxşı hafizəniz var. Pulu mən udmuşam, dü-nəndən bəri neçə dəfə qəzetə baxmışam. Ancaq istiqraz vərəqəsinin nömrəsini əzbərləyə bilməmişəm. Siz isə bir baxışda bunu yadda saxladınız. Afərin!
11
– Mən bunu sadəcə olaraq vərdiş etmişəm. Hər şeyi yadımda saxlamağa, diqqətli olmağa alışmışam. Mən belə
hesab edirəm ki, adam yaxşı müşahidəçi və diqqətli olsa, həm də ən kiçik şeyləri yadda saxlamağa çalışsa, başqaları haqqında çox şeyi müəyyən edə bilər, – deyə qarabəniz kişi ayağa qalxdı. Pəncərəyə yaxınlaşdı. Qatarın hələ də
Ələt stansiyasında dayandığını görüb əlavə etdi:
– Dostlar, Bakıya hələ üç saat yolumuz qalıb. Əgər istəyirsinizsə mən sizə milis orqanlarının işinə dair bir hadisə danışa bilərəm. Bu hadisəni mənə qonşuluğumuzda yaşayan bir milis mayoru danışmışdır. O, Bakı şəhər milis idarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir.
Hamı ucadan dedi:
– Buyurun, danışın.
12
BİRİNCİ FƏSİL
CİBGİR RANTİK
Adi günlərdən birində axşamçağı Hüsü Hacıyev küçəsindəki Mərkəzi univermağa son moda ilə geyinmiş qarabəniz bir gənc gəldi. Gəncin qara bostondan kostyumu, yaxası açıq ağ köynəyi, burnu uzun qara ayaqqabısı vardı. Başına həsir şlyapa qoymuşdu. Üzünü təmiz qırxdır-mış, qaşlarını aldırmışdı, dırnaqlarını manikür etdirmiş-di. Müxtəlif rəngli qalstukuna qızıl sancaq vurmuş, döşü-nə idman çempionlarına məxsus medal taxmışdı.
Gənc bir şey almaq istəyən adamlar kimi mağazanın şöbələrini bir-bir gəzdi. Hazır paltar satılan şöbədə adamların növbəyə durduğunu görüb sevindi. Ağzındakı siqa-reti yerə atıb, ayağıyla tapdaladı. Dərhal özünü adamların arasına verdi.
Bir neçə dəqiqə keçdi. Birdən hazır paltar satılan yerdə hay-küy qopdu. Bir kişi mağazaya təzə gəlmiş bu gəncin qolundan möhkəm tutaraq onu növbədən dartıb çıxartdı. Ucadan dilləndi:
– Axmağın biri axmaq, heç bir vid-fasonundan, geyimindən utanmırsan? Xalq alın təri ilə qazandığı pula özü 13
üçün paltar almağa gəlib, sənsə cibimə girib oğurluq edirsən? Məgər ölkə dərəbəylikdir?
Gənc onun əlindən qurtarmağa çalışaraq dedi:
– Ay əmi, sənin başın xarab olub, nədir? Mən də kostyum almağa gəlmişəm. Bax gör, heç mən cibgirə oxşayı-ram. Ayıb deyilmi? Mən mühəndisəm, özü də boks üzrə
çempionam. Sən məni təhqir edirsən. Qolumu burax, yoxsa şikayət edərəm. Böhtan üstündə səni məsuliyyətə cəlb edərlər.
Deyəsən, kişi gəncin sözlərinə inandı. Onun qolunu buraxaraq təəccüblə soruşdu:
– Bəs mənim pullarımı kim cibimdən çıxartdı?
– Mən nə bilim, axtar, oğrunu tap.
Kişi nəyi isə fikirləşib təzədən gəncin qolundan tutdu. Gənc hirsləndi:
– Sənə deyirəm qolumu burax, yoxsa peşman olarsan, – deyə qolunu dartıb kişinin əlindən çıxartdı. Aradan çıxıb getmək istədi. Ancaq mümkün olmadı. Hay-küy qopdu. Buraya gələn drujinaçılar gənci tutub univerma-ğın birinci mərtəbəsində yerləşən ştaba gətirdilər.
Bu gənc cibgir Qrant Nalbandyan idi. Dostları arasında “Qızılbarmaq Rantik” ləqəbi ilə tanınan Nalbandyan həyatında ilk dəfə belə ələ keçdi.
Rantik mağazada kişinin cibinə girən zaman bilmədi ki, onu diqqətlə izləyən, bütün hərəkətlərinə göz qoyan vardı. Bu, üz-gözündən dələduzluq yağan ortaboylu, çənəsi çapıq, üzü bir az çopur kişiydi. Bu kişinin otuz beş-otuz altı yaşı olardı. Cinayətkarlar aləmində “tapança Yədulla” ləqəbi ilə məşhurdu. Bu da səbəbsiz deyildi. O
həmişə cibində tapança gəzdirər, çox zaman lazım olsa 14
da, olmasa da silahını işə salıb hay-küy qaldırar, əlaltılarını qorxudardı.
Cavan olmasına baxmayaraq Yədulla indiyədək üst-üstdə otuz doqquz il iş almışdı. Axırıncı dəfə Yədulla adam soymaq üstündə məsuliyyətə cəlb edilmiş, üç il bundan əvvəl amnistiya nəticəsində həbsdən azad olunmuşdu. Yədulla əmək-islah koloniyasını tərk edərkən koloniya rəisinə söz vermişdi ki, cinayətkarlığın daşını birdəfəlik atacaq və namuslu həyata qayıdacaq.
Ancaq Yədulla öz əməllərindən əl çəkən adamlardan deyildi. Bakıya qayıtdıqdan və gözdən pərdə asmaq üçün bir mədəndə müvəqqəti işə girdikdən sonra Yədulla bir qədər “ağıllı” tərpənməyi, daha ələ keçməmək üçün hiylə
işlətməyi qərara aldı. Demək olar ki, Yədulla öz qərarına bacarıqla əməl etdi. O, cinayət işlərində şəxsən iştirak etmədi. Yədulla inanılmış, dəfələrlə sınaqdan çıxarılmış əliəyri adamları ətrafına topladı. Onları ölümlə hədələyərək özünə tabe etdi. Yalnız bundan sonra Yədulla müxtəlif cinayət planları tərtib etməyə, bu planları həyata keçirmək üçün adamlar ayırmağa başladı. Bu cinayətlərdən əl-də edilən gəlirin çoxu Yədullaya çatırdı. Çox zaman bu cinayətlər işləyənlər milis orqanlarının məharəti nəticəsində ifşa olunurdu. Lakin onların heç biri istintaq zamanı Yədullanın adını çəkmir, bütün təqsirləri öz üzərlərinə
götürürdülər.
Rantik Yədullanın dəstəsində deyildi. O, ayrıca,
“Zorba Səftər” ləqəbi daşıyan bir dostu ilə “işləyirdi”. Yədulla Rantikin mahir cibgir olduğunu əlaltılarından öyrənmişdi. Buna görə də o, Rantiki öz dəstəsinə cəlb etmək istəyirdi. Həmin gün Yədulla məhz elə buna görə Rantikin arxasına düşərək onu izləmiş və Mərkəzi univermağa 15
gəlmişdi. O, Rantikin tutulduğunu görcək dərhal mağazanı tərk etdi. Əvvəlcə Yədulla dava salıb aranı qarışdırmaq və beləliklə də Rantikin aradan çıxıb qaçması üçün şərait yaratmaq istədi. Lakin bunun mümkün olmadığını görüb yavaş-yavaş mağazanı tərk etdi. Hüsü Hacıyev küçəsi ilə
beşmərtəbə binaya tərəf addımlayarkən Rantiki həbsdən qurtarmaq, sonra da özünə tabe etmək üçün planlar qur-mağa başladı.
Yədulla çox fikirləşdikdən sonra şahidləri nəyin bahasına olursa-olsun satın almaq, pulu oğurlanan kişinin pulunu qaytarmaq və ona hədə-qorxu gələrək, məhkəmədə ifadəsini dəyişdirməyə məcbur etməyi qərara aldı.
Yədulla öz planını həyata keçirmək üçün saysız-hesabsız məşuqələrindən biri olan Klaragilə gəldi. Məsələni ona danışıb dedi:
– Gərək mənə bu işdə kömək edəsən. Dediyim cibgir Rantiki mütləq qurtarmaq lazımdır. O mənim xoşuma gəlib. Şahidlərin və pulu oğurlanan kişinin kim olduqla-rını və harada yaşadıqlarını öyrən. Gözdən pərdə asmaq üçün özünü Rantikin nişanlısı kimi qələmə ver. Puldan qorxma. Nə qədər lazım olsa xərclə. Sənə beş gün vaxt verirəm.
Rantiki cibgirlik yoluna gətirib çıxardan yalançılığı və gop edib özünü öyməsi olmuşdu. Rantik lap uşaq yaşlarından yalan danışmağa adət etmişdi. O, gözlərini açıb anasının hər addımda qonşulara yalan satdığını, tez-tez tanışlarını, qohum-qardaşlarını aldatdığını görmüşdü.
Rantikin atası da arvadından geri qalan deyildi. O da arvadı kimi yalançı və lovğa idi. Kişi tez-tez Rantikin yanında utanıb çəkinmədən yalan satır, evdə soğan-çörək yeyib, bayırda toyuq-plovdan dəm vurur, böyük vəzifəli 16
şəxslərlə oturub-durduğundan, onlarla dostluq etdiyindən danışırdı. Rantikin atası çox zaman tanışları yanında öyünmək üçün yalandan rəhbər işçilərə telefonla zəng vurub, onların kefini soruşur, bu və ya başqa məsələ haqqında məsləhətləşir, bundan həzz alırdı. Rantik də tezliklə həm məhəllədə, həm də məktəbdə yalançı və gopçu kimi tanındı. Yoldaşları Rantikin gopçu olduğunu, nəfəsi-nin yalanla gedib-gəldiyini bildiklərindən onu tez-tez ələ
salırdılar.
Bir gün Rantik məktəbdən evə gələrkən bir tanış oğlana rast gəldi. Rantik bilirdi ki, bu oğlan oğrudur. Nədənsə oğurluqdan, cibgirlikdən söz düşdü. Adəti üzrə
Rantik yenə gop etdi:
– Eh, cibə girməkdən asan nə var. Bu, su içmək kimi asan bir şeydir. Mən özüm də elə cibgirəm.
Yoldaşı Rantiki ələ salıb dedi:
– Ay Rantik, öz aramızdır, yenə məni xamlamaq istəyirsən. Sən hara, cibgirlik hara?
Rantik, yalan danışmadığına and içdi. Yoldaşı isə de-di:
– Mən sənə inanmıram. Əgər sən, doğrudan da, cibə
girməyi bacarırsansa, nə üçün pulsuz olursan? Ondan-bundan qəpik-quruş borc alırsan? İnanmıram.
– Kilsə haqqı düz deyirəm, – deyə Rantik and içdi.
– Sübut elə.
– Nə təhər sübut edim?
– Mənim yanımda cibə gir, baxaq görək, düz deyirsən, ya yalan.
Dilindən bəlaya düşən Rantik qorxdu. Zarafata salıb işdən əl çəkməyə çalışdı. Ancaq yalançını evinə qədər 17
qovmağı qət edən tanışı ondan əl çəkmədi. Rantik əlacsız qalıb cibə girməyi qərara aldı.
Onlar Dzerjinski adına parkın yanında 8 nömrəli tramvaya mindilər. İş gününün sonu olduğundan tramvay tünlükdü. Rantik o yan-bu yana baxdı, tər tökdü, yoldaşının yanında xəcalətli olmamaq üçün özü də hiss etmədən qeyrətə gəldi və bir qadının sumkasını açıb pulunu çıxartdı.
Rantikin məharətinə heyran qalan oğlan onu təbrik etdi. Rantik tanışını restorana aparıb qonaq elədi. Elə həmin gündən başlayaraq, pula şirnikləşib cibgirliyə başladı.
Beş il sonra şəhərdə Rantik məşhur cibgir oldu. O, tramvayda, trolleybusda və ya alıcılarla dolu olan mağazalarda böyük məharətlə hərəkət edərək, sol əli ilə ehmal-ca cibləri yoxlayıb özü üçün “ov” axtarırdı. Kimin cibinə
girəcəyini müəyyən etdikdən sonra Rantik həmin adamı bir tərəfə sıxışdırır, sağ əlinin iki nazik barmağını işə salardı. Barmaqlarının cibə girməsi ilə bayıra çıxması bir olardı. Bu zaman Rantik o qədər ustalıqla hərəkət edərdi ki, “ov” cibinə girdiyini hiss etməz, hətta qəsdən bir tərəf sıxışdırıldığını belə başa düşməzdi. İstədiyinə nail olan kimi Rantik başqa cibgirlər kimi dərhal çıxıb getməyə tə-ləsməz, bir az sakitcə gözləyər və ilk dayanacaqda təm-kinlə vaqondan düşərdi. Çox zaman Rantikin yanında köməkçi “Zorba Səftər” də olardı. Həmişə səliqə ilə geyinmiş və qoltuğuna portfel tutmuş olan Səftərin bütün işi Rantikin gözlərinə baxmaqdan ibarət idi. Rantik sol gözünü qırpdıqda Səftər “ovu” sağ tərəfə sıxışdırır, sağ gözünü qıydıqda isə əksinə hərəkət edərdi. Bir qayda olaraq 18
onlar tramvaydan düşdükdən sonra dərhal taksiyə minir və buranı tərk edirdilər.
Rantikin cibgirlikdə bəxti də gətirirdi. Bu beş il ərzində Rantik bir dəfə də olsun cibgirlik üstündə tutulma-mışdı. Doğrudur ki, iki dəfə onu əyrilik üstündə tutub möhkəmcə əzişdirmişdilər. Ancaq Qrant Nalbandyan hə-lə oğurluq üstündə həbsxanaya düşməmişdi. O, həbsxana haqqında ancaq oğru yoldaşlarından eşitmişdi. Bu dəfə
isə Rantik möhkəm ələ keçmişdi. Doğrudur, Rantik milis şöbəsində də, prokurorluqda da cibgirliyini danışmış, ona böhtan deyildiyini bildirmişdi.
Ancaq Rantik yaxşı başa düşürdü ki, bütün bunlar faydasızdır. Axı pulu oğurlanan kişi də, şahidlər də Rantikin üzünə durmuşdular. Buna görə də Rantik azı beş il iş alacağına əmin idi.
Rantik həmişə yaxşı yeyib-içməyə alışmışdı. Həbsxana çörəyi isə onun boğazından keçmirdi. Rantiki hər şeydən çox təəccübləndirən dostu və şəriki “Zorba Səftər”
idi. Bu günlər ərzində Səftər bir dəfə də olsun həbsxanaya gəlməmiş, ona yemək göndərməmişdi. Qəribə burasıdır ki, Rantikin doğma anası belə oğlunu yaddan çıxarmışdı.
Bunun da təqsiri Rantikin özündə idi. Axı, adətən o, tez-tez şəhərdə itib-batır, həftələrlə evə gəlməzdi. Anası onun tutulduğunu bilmirdi. Buna görə də Rantik həbsxanaya düşəndən bir neçə gün sonra arıqladı, rəngi soldu, gözlərinin altı qaraldı. Doqquzuncu gün Bayıl həbsxanasında istintaqda olan Rantik, gözlənilmədən bir yemək bağlaması aldı. Yeməyi Klara adlı bir qız göndərmişdi.
Rantik belə bir adamı tanımadığını nəzarətçiyə bildirmək istədi. Lakin dərhal fikrini dəyişdi. Yeməyin kimin tərə-19
findən göndərildiyinin fərqinə varmadan acgözlüklə xö-rəyin üstünə düşdü.
O gündən başlayaraq, naməlum Klaradan tez-tez müxtəlif yemək bağlamaları gəlirdi. Rantik fərqinə varmadan bu bağlamaları qəbul edir, hərdənbir Klaranın kim olması haqqında düşünür, heç kimi ağlına gətirə bilmirdi.
“Yəqin, dövlətli qızdır. Mənə vurulmuşdur” deyə öz-özünə düşünürdü. Buna görə də o, qab-qacağı həbsxanadan qaytararkən Klaraya məhəbbətlə dolu məktublar yazır, bu qızı çox sevdiyini, hədsiz dərəcədə ona minnətdar olduğunu bildirirdi.
Məhkəmədən bir neçə gün əvvəl Rantik dustaq yoldaşlarının məsləhti ilə öz işini yüngüllətmək üçün hər şe-yi boynuna almaq, özünü yazıq adam kimi qələmə vermək qərarına gəldi. Ancaq məhkəmə gününün axşamı fikrini dəyişdi. Bu da səbəbsiz deyildi. Həmin axşam o, Klaradan təzə kostyum, ipək köynək, modalı ayaqqabı, xörək və iri bir təndir çörəyi aldı. Çörəyi kəsdikdə içindən bir kağız çıxdı. Kağızda yazılmışdı: “Heç nəyi boynuna alma, hər şeyi inkar et. Allah qoysa sabah görüşə-rik”.
Rantikin kefi duruldu. O şənlik edir, fit çalır, tez-tez mahnı oxuyurdu. Rantik məhkəməyə təzə bəylər kimi geyimli-kecimli gəldi. Özünü darta-darta müttəhimlər kür-süsündə əyləşdi.
Bir neçə dəfə adamla dolu salona nəzər saldı. Buradakı qızları bir-bir nəzərdən keçirdi. Tanımadığı Klaranı axtarıb tapmağa çalışdı.
Əvvəlcə şahidlər dindirildi. Rantik özünü elə aparırdı ki, sanki bütün bu söhbətlər onun haqqında getmir. Şahidlərin ifadəsi Rantiki təəccübləndirmişdi. Cibinə girdi-20
yi kişi səhv etdiyini, cibgirin qısaboylu, arıq bir oğlan olduğunu, bu gəncə qətiyyən oxşamadığını bildirdi. Rantikin üzünə duran iki şahidin biri “xəstələndiyi” üçün məhkəməyə gəlməmişdi. İkincisi isə məhkəmə sədrinin suallarına mənfi cavablar verirdi.
Artıq bəraət qazanacağına əmin olan Rantik sevindi.
Son sözündə özünü düz adam, böhtan qurbanı kimi qələmə verdi. Rantik səhv etmədi. Deyəsən, onu doğrudan da buraxacaqdılar. Ancaq məhkəmə sədri də, prokuror da Rantikin heç bir ictimai-faydalı əməklə məşğul olmamasını ona irad tutdular. Məhkəmə sədri dedi: “Nalbandyan, ayıb deyilmi? Şəhərimizdə hamı çalışır, xalqımız dinc quruculuq əməyi ilə məşğul olur. Sən və sənin kimi avara tüfeylilər isə camaatın əl-ayağına dolaşır, işimizə
mane olursunuz? Belə həyatın axırı yoxdur. Bu həyat gec-tez səni məhkəməyə gətirib çıxaracaq. O zaman biz sənə aman verməyəcəyik, tüfeyli həyatdan əl çək, adam ol, işləməyən dişləməz. İşə gir, sənət sahibi ol. Oxu, həm xalqa xeyir ver, həm də öz həyatını qur. Özün işə düzələ
bilməsən bizim yanımıza gəl. Biz sənə iş taparıq.
Məhkəmə sədrinin bütün bu sözlərini qulaqardına vuran Rantik “baş üstə” deyib, yerində əyləşdi. Yarım sa-at sonra məhkəmənin hökmü ilə Rantik Nalbandyan bəraət qazandı. Rantik elə düşünürdü ki, onu elə buradaca azad edəcəklər. Ancaq bu belə olmadı. Nalbaldyanı təzədən Bayıl həbsxanasına apardılar. Bir neçə saat burada saxlayıb, müxtəlif sənədləri tərtib etdikdən sonra buraxdılar.
Rantik köhnə paltarlarını dustaq yoldaşlarına bağışlayıb, kameranı tərk etdi. Həbsxananın qapıları onun ardınca bağlanan kimi dərindən nəfəs aldı. Bir papiros yan-21
dırıb ətrafına göz gəzdirdi. Qarşıdakı səkidə səliqə ilə geyinmiş hündürboylu qız dayanmışdı. Qızın şabalıd rən-gində qıvrım, saçı ağ, girdə üzünə yaraşmayan uzun burnu vardı. Əlində sarı çanta tutmuşdu. Qız Rantikə baxıb gülürdü. Rantik qızı tanıdı. O, məhkəmədə lap arxadakı skamyada, küncdə əyləşmişdi. “Yəqin Klaradır” – deyə
öz-özlüyündə fikirləşən Rantik qıza yaxınlaşıb ədəblə salam verdi. Qız əlini uzadıb dedi:
– Tanış olaq, Klara mənəm.
– Siz ermənisiniz?
– Xeyir, azərbaycanlı.
– Bəs adınız nə üçün Klaradır?
– A…a… Gülarədir də. Padruqalarım məni belə çağırır.
– Çox şadam, Klaracan. Məni beş illik bir əziyyətdən qurtardınız. Mən sizdən yerdən-göyə qədər razıyam. Mən sizin kim və nəçi olduğunuzu bilmirəm. Bu məni qətiyyən maraqlandırmır. Bircə onu deyə bilərəm ki, siz mənim bütün qohumlarımdan, tanış və dostlarımdan qeyrət-li çıxdınız. Heç bilmirəm ki, sizin bu yaxşılığınızın əvəzini nə ilə çıxacağam. Əmr edin, qulluğunuzda olum. Sizə hər nə lazımdırsa edim. Canımı sizə qurban verim.
Klara şıltaqlıqla soruşdu:
– Sən mənim üçün hər nə istəsəm edə bilərsən?
– Lap göydən ulduzu da qopararam. Lazım gəlsə yo-lunuzda qurban kəsərəm.
– Qurbanın qoyun olsun, Rantik. Mənə heç nə lazım deyil. Bil ki, mən də səni tanımıram. Ala gözlərinə də aşiq olmamışam. Bircə onu bilirəm ki, sən cibgirsən. Özü də
bilməlisən ki, bu yaxşılığı sənə mən etməmişəm. Sənin ala gözlərinə başqa bir adam aşiq olub. Ona görə də səni azad 22
etməyi mənə tapşırıbdır. Mən də bu tapşırığı yerinə yetirmişəm, vəssalam. Daha bu barədə danışmaq lazım deyil.
Gedək, bizi gözləyirlər.
– Kim gözləyir? Mənə kim aşiq olub?
– Tələsmə. Yerimizə gəlib çıxanda özün də o adamla tanış olarsan. Səni həbsxanadan o qurtarıb.
Rantik daha danışmadı. Onlar gəzə-gəzə Krasin küçəsinə gəldilər. Klara küçədən keçən ilk taksini saxlatdırdı. Onlar dal oturacaqda əyləşdilər. Yolda Rantik bir dəfə
Klaranın əlini tutub tumarlamaq istədi. Ancaq qız onu itələdi. Rantik araya çökən sakitliyi pozmaq üçün zarafat edib, bir-iki lətifə söylədi. Klara isə onun söhbətini cavabsız buraxdı.
Az sonra taksi onları Sovet Ordusu parkının yanına gətirib çıxartdı. Klara taksinin pulunu verib. Göy məscidə
tərəf yollandı. Rantikə də ardınca gəlməsini tapşırdı. Qız məscidin yanındakı birmərtəbəli evlərdən birinə girdi.
Rantiki boş otaqda qoyub bayıra çıxdı. Rantik hara və nə
üçün gəldiyini dərk etməmiş dal qapı açıldı. Bir kişi otağa girdi. Bu, Yədulla idi.
Yədullanın at sifətinə bənzər üzü sərt idi. Çənəsində-ki bıçaq yarası tünd-qəhvəyi rəngə çalırdı. Başına sarı Bu-xara dərisindən papaq qoymuşdu. Yədulla həmsöh-bəti-nin üzünə baxmırdı. O, şüşə kimi hərəkətsiz dayanmış
gözlərini Rantikin başı üstündən divara zilləmişdi. Sanki o, arxada kimin və nəyin olduğunu müəyyən etmək istəyirdi. Sonra Yədulla Rantiki yuxarıdan aşağı diqqətlə nəzərdən keçirdi. Onun üzündə iyrənc bir təbəssüm oyandı.
O, yaxın gəlib kürsüdə əyləşdi. Sağ ayağını sol qıçının üstünə aşıraraq gülə-gülə dedi:
23
– Xoş gəlmisən, cibgir ağa. Necə deyərlər: var o, gül ol, bülbül ol, ancaq qəfəsdə olma.
Rantik həbsxanada ləzzətli xörəklər üçün, məhkəmədə şahidlərin öz ifadələrini dəyişdirmələri üçün kimə
minnətdar olduğunu dərhal başa düşdü. Buna görə də başını itaətlə əyərək dedi:
– Xoş gününüz olsun. Çox sağ olun, mən sizdən çox razıyam.
– İndi ki, razısan, onda əyləş söhbət edək. Mənim adım Yədulladır, ləqəbim “tapança”. Kim və nəçi olduğumu sonra başa düşərsən…
O gündən başlayaraq Rantik sözün əsl mənasında Yədullanın qulu oldu, onun bir sözünü iki eləmədi. Həmişə itaətində durdu.
Artıq iki il idi ki, Yədulla ilə Rantik dostluq edirdilər.
Həbsxanadan azad olunması nəzərə alınmazsa, bu iki il ərzində Rantik Yədulladan heç bir yaxşılıq görməmişdi. O
daima Yədullanın qarşısında alçalmış, onun bütün cina-yətlərinin fəal iştirakçılarından biri olmuşdur. Əgər Yədullanın əvəzinə başqa bir adam ona bu qədər pislik etsəydi, Rantik həmin adamla çoxdan əlaqəsini kəsərdi. Yədulla ilə isə əlaqəni kəsmək mümkün deyildi. Çünki Rantik bütün varlığı ilə Yədullaya bağlı idi. Bu da səbəbsiz deyildi. Çünki o, Yədulladan bərk qorxurdu. Rantik yaxşı bilirdi ki, Yədulla istədiyi adamı yerin deşiyindən axtarıb tapmaq və intiqam almaq iqtidarına malikdir. Adam öldürmək Yədulla üçün toyuq başı kəsmək kimi asan bir şey olmuşdu. Rantik Yədulla ilə ikiillik əlaqəsində “tapança”nın sözünə baxmayan və özlərini şübhəli aparan, yəni cinayətkarlarla əlaqəni birdəfəlik kəsib, namuslu həyata qayıtmaq istəyənlərin aqibətlərinin necə olduğunu 24
öz gözləri ilə görmüşdü. Onlar Yədullanın intiqamı nəticəsində həlak olurdular. Həmin adamlar ya dənizdə bo-ğulur, ya avtomobil altında qalır, ya qayadan yıxılıb həlak olur, ya da sadəcə naməlum şəxslər tərəfindən bıçaqlanıb öldürülürdülər.
Məhz elə buna görə də Yədullanın itaətində olan cinayətkarlar istədikləri cinayət üstündə milis orqanları tərəfindən məsuliyyətə cəlb edildikdə “tapança”nın dəhşətli üzünü yadlarına salıb qorxudan tir-tir əsir, bütün təqsiri öz üzərlərinə götürür, qulduru ələ verməyə cürət etmirdilər. Buna görə bir çox tüfeyli ünsürlər kimi qorxu hissi Rantikin də iradəsini qırmış, onu ömürlük Yədulladan asılı etmişdi.
BAĞ DƏFİNƏSİ
Ağəli Möhtacov lap uşaq yaşlarından təzə bəylər ki-mi bəzənməyi, axşamlar boş vaxtlarını Nizami, “28 Aprel” və Çaparidze küçələrində, gecələr isə “İnturist”,
“Göygöl” və “Dostluq” restoranlarında keçirməyə alışmışdı. Ağəli qubalı çəkməçi: Mehbalı Möhtacovun yeganə
oğlu idi. Ata-ana həmişə Ağəlini əzizləyir, onun hər bir istək və arzusunu dərhal yerinə yetirər, asqıranda və ya ös-kürəndə onu taksiyə mindirib şəhərin ən yaxşı həkimlə-rinin yanına aparırdılar. Buna görə də Ağəlinin əlindən heç bir iş gəlmir, orta məktəbdə güc-bəla ilə oxuyur, yaz aylarında imtahanlarını “mən ölümlə” verirdi. Bəzi avara gənclər kimi tüfeyli həyata alışan Ağəli də işləməyi özü üçün Azərbaycan Respublikası bilir, pul lazım olanda
“atamın canı sağ olsun” deyib, özünü anasının yanına verirdi. Səkinə xanım da oğlu beş manat istəyəndə nəticə-25
sinə varmadan sandıqdan bir onluq çıxarıb ona uzadır, on manat istəyəndə isə cibinə otuz manat qoyub “özünə
korluq vermə” deyirdi.
Bir dəfə Ağəli kostyum tikdirmək üçün anasından tə-zə parça istəmişdi. Səkinə xanım da sevimli oğlunun arzusunu yerinə yetirərək ona üç metr yaxşı yun parça almışdı. Lakin parça Ağəlinin xoşuna gəlməmişdi. O hay-küy qaldırıb, evdəki qab-qacağı sındırmış, ailəsindən kü-sərək evdən qaçmış və özünü dənizə atıb boğacağını bildirmişdi. Qorxuya düşən ata-ana Ağəlini tezliklə axtarıb tapmış, ona bir kostyumluq əvəzinə üç parça almışdı. O
vaxtdan başlayaraq, Ağəli bəzi modabaz qadınlar kimi, boş vaxtlarını dərzilərin yanında keçirər, gecələr yuxusuz qalıb müxtəlif fasonlu modalar fikirləşər, tez-tez özünə
cürbəcür paltar tikdirərdi. Ağəli həmişə Bakıda Nizami küçəsinə çıxdıqda iynədən təzə çıxmış təzə kostyumlar geyməklə yoldaşları, dostları arasında lovğalanardı. Axşam Səkinə xanım Ağəlidən hara getdiyini soruşduqda o deyərdi: “Anacan, gedirəm bulvara, həm adamlara tamaşa edəcəyəm, həm də özümü göstərəcəyəm”. Səkinə
xanım da boylu-buxunlu oğluna fərəhlə baxaraq: “Get oğlum, yüz dostumuz varsa, on nəfər də düşmənimiz var.
Paxıllıqdan alışıb yanırlar. Gəz, kef elə, qoy düşmənləri-mizin gözünə iynə batsın” deyə oğlunun cibinə bir iyir-mibeşlik qoyub onu yola salardı. Ağəli də bu pulları çox sevdiyi “Kəmşirin” və “Ağstafa” çaxırlarına verib gah Dağüstü parkda, gah da dəniz sahilindəki müxtəlif restoranlarda kef edərdi. Ağəli çaxıra o qədər alışmışdı ki, bir oturumda dalbadal beş-altı butulka şərab içə bilirdi.
Bu qayda ilə 19 yaşına çatan Ağəli güc-bəla ilə orta məktəbi bitirdi. Ağəli universitetə daxil olmaq üçün çox 26
çalışdı, çox əlləşdi. Səkinə xanım sevimli oğlu ilə o yan-bu yana qaçdı, xeyli tər tökdü. Xərc çəkib tanış axtardı. Ancaq bütün bunlardan nəticə hasil olmadı. Elə ilk imtahanda “iki” qiyməti alan Ağəlini ali məktəbə qəbul etmədilər.
Yağışlı sentyabrın ilk günlərindən birində Ağəlinin atası qəflətən vəfat etdi. O, atasının dəfnindən sonra xeyli vaxt yas saxladı. Sonra qeyrətə gəlib iş axtarmağa başladı.
Hər yanda, “Sənətin yoxdur, qardaş, sən bizə lazım deyilsən” deyə onu geri qaytardılar. Sənət əldə etmək üçün çalışmaq, tər tökmək lazımdı. Ağəli isə belə şeylərə alış-mamışdı. Adi fəhlə işləməyi isə özü üçün əskiklik sayırdı.
Bir axşam Ağəli dərdini dağıtmaq üçün Dağüstü parkdakı “Dostluq” restoranına gəldi. Həmişə dost-aşna ilə kef etməyə alışmış Ağəli bu dəfə bir küncə çəkilərək, altı butulka “Kəmşirin”i qatar düzdü, qəlyanaltı etmədən şərabı vurmağa başladı. Elə bu zaman o biri salondan bir dəstə gəncin şən mahnısı, qəhqəhəsi eşidildi. Şənlikdəki-lər arasında bir nəfərin səsi Ağəliyə tanış gəldi. O durub qonşu salona keçdikdə şərab dostlarından birinin – ka-babçı Həsənin ziyafət təşkil etdiyini gördü. Həmişə belə
hallarda olduğu kimi, dostlar Ağəlini də ümumi stola dəvət etdilər. Ağəli qəmgin halda badəni badə ardınca vurur, ümumi şənliyə qoşulub mahnı oxumur, hərdənbir kədərli nəzərlə Həsənə baxırdı.
Gecədən xeyli keçmiş ziyafət dağıldı. Dostlar bir-bir, iki-iki dağıldılar. Axıra bir Ağəli, bir də Həsən qaldı. Həsən dostunun çox qəmgin olduğunu görüb soruşdu:
– Ağəli, sənə nə olub, nə üçün belə kədərlisən?
– Heç, elə-belə.
– Yəqin yenə rəhmətlik atanın fikrini çəkirsən, düz-dürmü?
27
– Xeyir, dostum, mən tamamilə başqa şey haqqında düşünürəm.
– Məsələn, nə haqqında?
– Qazanc haqqında, Həsən, pul haqqında.
– Eh, sən nə axmaq adam imişsən. Pul nədir ki, onun fikrini çəkirsən. Pul əl çirkidir, yudun, qurtardı, getdi. Sənin kimi sağlam, vidli-fasonlu oğlan da pul haqqında dü-şünərmi?
– Həsən, əzizim, bəs mən yazıq nə edim? Sənətim yoxdur, heç yerdə işə götürmürlər. Fəhləliyə isə özüm getmək istəmirəm. Zavodda, yaxud tikintidə nə qazana-cağam ki, onunla həm bu boçka qarnımı şərabla doldu-rum, həm də bədbəxt anamı saxlayım…
– Sən pul qazana bilmirsən? – deyə Həsən təəccüblə
soruşdu.
– Bəs indiyədək restoranlarda dost-aşnaya, dodağı qırmızı qızlara xərclədiyin pulları haradan alırdın?
Ağəli utancaqlıqla başını aşağı salıb dedi:
– Onları mənə atam-anam verirdi.
– Hey, hey, əcəb maymaq adam imişsən. Mən isə səni indiyədək ağıllı-kamallı bir cayıl bilirdim. Yox, yox, qardaş, mən səhv edirəm. Səni kişi adlandırmaq olmaz. Sən hələ saqqallı-bığlı bir uşaqsan. Kişi adını daşıyan gərək qaz vurub qazan doldurmağı, daşdan qızıl çıxarmağı ba-carsın.
– Nə edim, oğurluğa gedim?
– Qardaş, mən sənə belə bir axmaq məsləhət verə bilmərəm. Papağını qabağına qoy, fikirləş, pul qazanmaq yolu axtarıb tap.
28
– Əzizim, bəs dost dosta nə gündə lazım olar? Əgər sən belə bir yol bilirsənsə, məni də başa sal, xəcalətli qal-maram.
– Xəcalətli düşmənin olsun. Yaxşısı budur ki, mənim bir sualıma cavab ver.
– Buyur, qoy sualın iki olsun.
– Yadındadırmı, Ağəli, iki il bundan əvvəl sən bizi Qubanın Nüğədi kəndindəki bir alma bağına qonaq aparmışdın.
– Bəli, çox yaxşı yadımdadır.
– O zaman sən dedin ki, həmin bağ bizə ulu babala-rımızdan qalıb, eləmi?
– Bəli, demişdim.
– İndi de görüm, bağ doğrudanda sizindir?
– Əlbəttə, bizimdir. Bağ babamdan qalıb. Atamın idi.
İndi anamın adına keçirmək istəyirik. Bunları niyə soru-şursan?
– Elə belə maraqlanıram.
– Doğrusu, mən bu başı bəlalı bağı satmaq istəyirəm.
Azı beş min verərlər. Mən o pulu xərcləyib bir sənət öyrənmək istəyirəm.
– Adə, sənin başına at təpib? Adam da bağ satar?
Axmaqlama, de görüm ildə bağınız nə qədər alma verir?
– Ağaclara yaxşı qulluq edəndə beş-altı ton, etməyən-də üç-dörd ton.
– Yaxşı, bəs siz almaları nə edirsiniz?
– Bir hissəsini yeyirik, bir qədərini quruduruq. Qalanını isə satmaq üçün kooperativ ticarəti idarəsinə veririk.
– Soruşmaq ayıb olmasın, kiloqramını neçəyə verirsiniz?
29
– Doğrusunu bilmək istəsən, mən bu işə qarışmıram.
Ancaq evdə ucundan-qulağından eşitmişəm ki, anam hər il payızda həmin ticarət idarəsi ilə müqavilə bağlayır. Gah almanın kiloqramını 30 qəpikdən, gah da 35 qəpikdən təhvil verir.
– Daha bir sualım var. De görüm bu il necə, bağın almalarını təhvil vermisiniz?
– Xeyr, bu ayın axırında gəlib aparacaqlar. Müqavi-lədə göstərilmişdir ki, almaları onların özləri dərməli və
yeşiklərə yığıb aparmalıdırlar. Anam elə bu gün-sabah Qubaya getmək istəyir.
– Hə, bax indi gəldik əsl mətləb üstünə. Əgər sən adam olmaq, insan kimi dolanmaq istəyirsənsə, həmin almaları kooperativ ticarət idarəsinə satmamalısan. Kasıb-lıqdan çıxmaq üçün bu sənin əsl qurtuluş yolundur, həqiqi qazanc yolundur.
– Heç nə başa düşmürəm. Belə mənə açıq de ey, almaları nə üçün satmayım?
Həsən istehza ilə gülümsünüb dedi:
– Çünki sizin alma bağınızda çoxlu mal-dövlət basdı-rılıb.
– Mal-dövlət? Nə deyirsən, Həsən! Səni qara basmır ki?
– Xeyr, qardaş, mən hələ huşumu itirməmişəm.
– Bəlkə… bəlkə keflisən. Ona görə də hətərən-pətərən danışırsan?
– Ağlını başına yığ, Ağəli! Mən sərxoş deyiləm. Sən özün yaxşı bilirsən ki, mən heç bir zaman sərxoş olmu-ram, şərab mənə təsir etmir. Mənə inan. Bağınızda həqiqətən çoxlu mal-dövlət basdırılmışdır. Orada böyük bir dəfinə vardır.
30
Sevincindən özünə yer tapa bilməyən Ağəlinin üzü güldü. Təəccüblə soruşdu:
– Bəs belə isə nə üçün indiyədək susurdun? Nə üçün bağımızda dəfinə olmasını mənə demirdin?
Həsənin üzündəki istehzalı təbəssüm hələ də yox olmamışdı. O, gülə-gülə dedi:
– Mən belə hesab edirəm ki, sən bunu bilirsən. Restoranda xərclədiyin pulları da həmin dəfinədən götürürsən.
Ağəlinin gözləri yağlı ətə baxan pişik gözləri kimi parıldadı. Onun səbri tükəndi. Tələsik dedi:
– Həsən, qadan alım, bəs onda nə üçün biz burada oturmuşuq.
Tez ol dur, maşın tap, Qubaya gedək. Bağımızdakı dəfinəni çıxardaq. Yarısı sənin, yarısı mənim.
– Sağ ol, dostum, mənə sənin bir qəpiyin də lazım deyil. Öz mal-dövlətim mənə bəsdir. Dəfinənin yerini isə
mən sənə sabah deyərəm.
– Sabah nə üçün, elə indi de, qurtarsın getsin.
– Çünki mən görürəm ki, sən xam adamsan. Dəfinənin yerini sənə indi desəm, gecə ilə başına adam yığıb ba-ğa hücum çəkəcəksən. Hər yanı qazıyıb alma ağaclarının kötüklərini açacaqsan, onları qurudacaqsan.
– Vallah, Həsən, and içirəm, heç nə etmərəm, sabaha qədər gözləsəm ürəyim partlar.
– Yaxşı, Ağəli, indi bu saat mən sənə dəfinənin harada basdırıldığını deyərəm. Ancaq sözümü kəsmə, dedik-lərimə diqqətlə qulaq as, yadında möhkəm saxla. Bil və
agah ol. Dünyada iki cür adamlar olur: ağıllılar və axmaqlar. Ağıllılar mənim kimi olurlar. Alver edib çoxlu pul qa-zanırlar. Axmaqlar isə sənin kimi qəpik-quruş əldə etmək 31
üçün özlərini ora-bura vurur, ayda yetmiş-səksən manata işə girməyə çalışırlar.
– Yəni deyirsən mən də gedim alver edim?
– Alver edəndə nə olar.
– Bazarda durub tuman-köynək satmaqdan nə çıxar?
– Kim sənə deyir ki, gedib bazarda tuman-köynək sa-tasan.
– Bəs sən hansı alverdən danışırsan?
– Mən, Ağəli, hər dəfə azı on min manat gəlir verən alver haqqında danışıram.
– O necə alverdir, qardaş?
– O dəfinə alveridir, Ağəli, dəfinə. Allah sənə böyük bir dövlət verib, sən isə ondan istifadə etməyi bacarmır-san? Bəli. Sənin dəfinənin bir ucu Nüğədi kəndindəki al-ma bağında, ikinci ucu isə Sverdlovsk, Çelyabinsk və
Çkalov şəhərlərindədir, başa düşdün?
– Dostluğumuz haqqı heç nə anlamıram. Bayaq deyirdin ki, dəfinə bağdadır, indi isə Sverdlovskidən, Çel-yabinskdən dəm vurursan.
Bilirsən, Ağəli, sənin alma bağın mənim əlimdə olsaydı, indi milyonerdim. Ağıllı adamlar sizin kimi hərəkət etmirlər. Onlar bağdan yığdıqları almanın kiloq-ramını otuz qəpiyə kooperativ ticarət idarəsinə satmırlar.
Onlar bağda, dərinliyi üç-dörd metr olan zirzəmi qazıyır-lar. Ora saman döşəyirlər. Almaları payızda dərib səliqə
ilə buraya yığırlar, qışa kimi saxlayırlar. Dekabr-yanvar aylarında isə kiloqramına 40 qəpik verib, təyyarə ilə Ural şəhərlərindən birinə daşıyırlar. Ayrı-ayrılıqda kiloqramını üç manat 50 qəpiyə, bir yerdən isə üç manatdan satıb ciblərini pulla doldururlar. Hər il azı on min manat təmiz qazanc əldə edirlər. Onda anladın ay axmaq, yoxsa…
32
Ağəli yerindən qalxıb dostunun boynunu qucaqladı, bir neçə dəfə üz-gözündən öpdü. Fındıqça çalıb oynadı.
Sonra dedi:
– Sağ ol, dostum, çox sağ ol. Sən ölümü yerdən götür-dün. Məni o dünyadan qaytardın. Adam etdin, dəfinənin yerini göstərdin. Mən bütün ömürboyu sənə minnətdar olacağam. Sən məni bir o qədər də axmaq sayma. İnan-dırıram ki, sənin layiqli şagirdin olacağam. Bağı bir az da genişləndirəcəyəm. Yeni alma ağacları əkdirəcəyəm.
– Baxaq görək, Ağəli, axırı necə olacaq?
– Arxayın ol, dostum. Görərsən analar necə oğullar doğub. Ancaq sən mənə özün haqqında heç nə demədin, sənin də alma bağın var?
– Xeyir əşi, mənim alma bağım olsaydı, özümü dünyada ən xoşbəxt adam sayardım. Mən alma-armudu kol-xozlardan satın alıram. Hərdən bir imkan düşəndə Mərdəkandan Moskvaya gül də aparıram. Şüvələn bağlarında gülün birini üç qəpiyə almaq olar. Moskvada isə biri ot-uz-qırx qəpiyə göydə fırlanır.
Dostlar səmimi görüşüb ayrıldılar. Ağəli dərhal qızğın fəaliyyətə başladı, anası ilə Qubaya getdi. Kooperativ ticarət idarəsi ilə müqaviləni pozdu. Gözəl bir anbar tik-dirib bağın almalarını səliqə ilə ora yığdı. Tanış tapıb kolxozçu olduğu haqqında arayış düzəltdi. Yanvar ayında bir-iki ton da yandan alma alıb, özünü verdi Maqnito-qorsk şəhərinə. Almaları üst-üstə kiloqramını üç manatdan satıb, yol xərcini çıxmaqla birdən-birə on iki min manat təmiz qazanc əldə etdi.
Beləliklə “haqqın yolunu tapan” Ağəli hər il qışda Ural şəhərlərindən birinə səyahət edir, sonra bir dəfə ya Novosibirsk, ya da Omsk şəhərlərinə gül aparır, ilin qalan 33
aylarını isə eyş-işrətdə keçirirdi. Adətən, hər dəfə Sibir şəhərlərinə gül səyahətindən sonra, yəni may aylarında Ağəli bir-iki ay Kislovodsk şəhərində istirahət edir, daha doğrusu qumar oynayıb Bakıya qayıdırdı.
QUMAR MƏCLİSİ
İndi də belə idi. Özünü günəşli Azərbaycanın ən xoşbəxt adamlarından biri sayan Ağəli Möhtacov Kislovodsk şəhərində təzə tanış olduğu sarışın bir qızla dağda yerləşən “Xram Vozduxa” restoranında oturub kef edirdi.
Ağəlinin dərdi-qəmi yox idi. Bu günlər Ağəlini hərdən az-çox düşündürən bir şey vardısa, o da qızıl alveri üstündə Həsənin məsuliyyətə cəlb olunması idi. Ancaq Bakıdan şad bir xəbərin gəlməsi müvəqqəti olaraq Həsənin unudulmasına səbəb olmuşdu. Bəli, bu günlər Ağəlinin bəxti bərk gətirmişdi. Tanışlarından biri birinci pul-şey lo-toreyasının cədvəlini Bakıdan Ağəliyə gön-dərmiş, o da cədvəli yoxlayarkən “Volqa” avtomobili udduğunu aşkar etmişdi. Bu münasibətlə Ağəli üç gün-üç gecə Kislovodsk şəhərinin mərkəzindəki “Çayka” restoranında ziyafət təşkil etdi. Araq-çaxır sel kimi axırdı. Dördüncü gün isə Ağəli vaxtını təzə tanış olduğu Lyudmila adlı qıza sərf etmək qərarına gəldi. Dağın başında “Xram Vozduxa” restoranında kef edən Ağəli naharı tez başa çatdırmaq, yaşıllıqlar içərisində qərq olmuş dağda Lyudmila ilə gəzmək istəyirdi. Buna görə də Ağəli xörəkpaylayan qadını çağırıb haqq-hesab istədi. Qadın gülə-gülə dedi:
– Cavan oğlan, təəssüf ki, mən sizdən pul ala bilməyəcəyəm.
– O nə üçün?
34
– Çünki, yediyinizin pulu verilib, özü də artıqlaması ilə.
– Kim? Stolun pulunu kim verib?
– Üzr istəyirəm, cavan oğlan. Onu mən sizə deyə bilməyəcəyəm.
Ağəli ötəri salona nəzər salıb, heç yerdə tanış adam görmədi. Təəccüblə xörəkpaylayan qadına baxdı. Bu zaman lap küncdəki stolun arxasında iki nəfər qafqazlı gəncin oturduğunu gördü. Onlar diqqətlə Ağəliyə baxır, gü-lürdülər. Ağəli Bakı qumarbazlarından “Qızılbarmaq” ləqəbi daşıyan və daim heç bir səbəb olmadan gülən Rantiki dərhal tanıdı. Ağəli sevincindən nə edəcəyini bilmədi.
Meşəli dağda gəzmək də, Lyudmila da yaddan çıxdı. Axı, keçən il Ağəli elə burada, Kislovoskda “Qızılbarmaq Ran-tikdən” iki min manat pul udmuşdu. Ağəli o zaman ali-cənablıq etmişdi. O, Rantikin şərəfinə “Çayka” restoranında böyük ziyafət təşkil etmiş, Bakıya qayıtmaq üçün yumşaq vaqonda ona bilet almış və cibinə yüz manat pul qoymuşdu.
Ağəli dərhal stola yaxınlaşıb, Rantikin əlini sıxdı:
– Xoş gəlmisən, Rantik, nə xoş görüşdür?
– Mən də çox şadam, çox şadam, Ağəli.
– Keçən il iyul ayında görüşmüşdük. İndi isə iyulun əvvəlidir. Deməli, bir ildir ki, ayrılmışıq. Belədir?
– Belədir, dostum, belədir.
– Tanış ol, Ağəli, bu kişi mənim dostumdur, özü də
canlara dəyən oğlandır, – deyə Rantik Yədullanı Ağəliyə
təqdim etdi.
Az sonra Ağəli Lyudmilanı da stola dəvət etdi. Yenidən kef məclisi düzəldi. Bu zaman Rantik üzünü döndərib xörəkpaylayan qadına göz vurdu. O da on şərab bu-35
tulkasını gətirib stolun üstündə qatar düzdü. Butulkala-rın heç birinin üstündə şərabın adı yoxdu. Rantik çaxırı badələrə doldurub dedi:
– Görüşümüz uğurlu olsun!
O dəqiqə stolun ətrafındakılar öz badələrini boşalt-dılar. Ağəli çaxırı böyük məmnuniyyətlə, ləzzət ala-ala iç-di. Onun sevincinin həddi-hüdudu yox idi. O, Rantikə
müraciət etdi.
– Bura bax, dostum, bu ki xalis “kəmşirin”dir.
– Bəli, dostum, düz tapmısan.
– Bəs bayaq mən xörəkpaylayandan “Kəmşirin” istədim. O dedi ki, bizdə belə şərab olmur. Gör sizin burada nə qədər hörmətiniz var ki, sizin üçün “kəmşirin” də gəti-rirlər.
– Səhv edirsən, Ağəli, sənin keçən il mənə etdiyin yaxşılığı unutmamışam. Məni hörmətlə Bakıya yola saldı-ğına görə bir daha minnətdaram. Mən bu şərabları Bakıdan şəxsən sənə hədiyyə gətirmişəm.
– Afərin oğlan. Səndə belə fərasət?
– Görürsən də.
Bu zaman Yədulla gizlincə Rantikin ayağını basdı.
Oğurluq və cibgirlik yolunda həmişə Yədulla ilə birgə addımlayan Rantik quldurun hər bir işarəsini sözsüz başa düşməyə alışmışdı. Ancaq bu dəfə o, Yədullanın nə demək istədiyini anlamadı… Təəccüblə quldurun üzünə
baxdı. Yədulla işarə ilə sarışın qızı göstərdi. Rantik quldurun Lyudmila ilə təklikdə qalmaq istədiyini başa düşüb Ağəliyə tərəf döndü, ağzını onun qulağına yaxınlaşdırıb pıçıldadı:
– Bura bax, dostum, iki dəqiqəliyə bayıra çıx, səninlə
söhbətim var.
36
– Bu dəqiqə.
Onlar üzr istəyib qarşıdakı çəmənliyə getdilər. Yədulla ilə Lyudmila tək qaldı. Yədulla mülayim səslə soruşdu:
– Xanım qız, nə üçün mənə əyri-əyri baxırsınız?
Dünyada qorxu nə olduğunu bilməyən Lyudmila cə-sarətlə dedi:
– Çünki sənin üzündən dələduzluq yağır.
– Yox əşi, heç bilmirdim. Sizdə təqsir yoxdur, xanım qız. Həmişə gözəl qızlar kifir kişilər haqqında bu cür dü-şünürlər. Sizi inandırıram ki, bütün Bakıda mənim kimi mülayim xasiyyətli, dostluqda sədaqətli kişi tək-tük tapılar.
– Yura, deyəsən, özünü öyməyi çox sevirsiniz.
– Yurə nə üçün? Mənim öz adım var.
– Adınız nədir?
– Yədulla.
– Necə-necə? Yatullax.
– Xeyir, Yədulla.
– Əzizim, bu çox çətin addır. Mən bu adı yadımda saxlaya bilmirəm. Gəlin sizin adınızı dəyişib Yura qoyaq.
Bu çox yaxşı addır. Həm də yaxşı səslənir.
– Mən razı deyiləm, xanım qız. Mənim öz adım özümə xoşdur. Lyudmila nə isə fikirləşib əlini stola uzatdı.
Kağız solfetlərdən birini götürüb Yədullanın qabağına qoydu. Onu bir gözü ilə diqqətlə süzərək dedi:
– İndi ki, belədir, adınızı bu kağızda aydın yazın.
Mən də əzbərləyib öyrənim.
Həmişə ehtiyatlı tərpənməyi sevən Yədulla zarafata salıb, adını kağıza yazmaq istəmədi. Ancaq Lyudmila çox israr etdiyindən tezliklə təslim oldu. İri hərflərlə adını yazdı. Bununla iş bitmədi. Lyudmila Yədullaya familyası-37
nı da kağıza yazmağı xahiş etdi. Yədulla təəccüblə soruşdu:
– Xanım qız, deyəsən, üz verəndə astar istəyirsiniz.
Deyin görüm mənim familyamı nə edirsiniz?
– Nə bilim. Mənə belə gəlir ki, bizim bu tanışlığımız təsadüfi deyildir. Siz çox qüvvətli, eyni zamanda cürətli adama oxşayırsınız. Nədənsə düşünürəm ki, siz mənim həyatımda böyük rol oynayacaqsınız. Ona görə də sizinlə
daha yaxından tanış olmaq istəyirəm.
Yədulla daha bir söz demədən salfet kağızında, adının yanında “Balaqardaş oğlu” sözlərini də yazdı.
İyirmi iki yaşlı Lyudmila Kiyevin maşınqayırma zavodunda, kommunist əməyi briqadasında işləyirdi. O buraya üç həftə bundan əvvəl istirahətə gəlmişdi. Hər şeylə
dərindən maraqlanan Lyudmila Ağəli ilə iki gün əvvəl mərkəzi parkdakı rəqs meydançasında tanış olmuşdu. Sa-də fəhlə ailəsində böyüyüb boy-buxuna dolan, gözəl tərbiyə alan Lyudmila yaxşını pisdən ayırmağı bacarırdı. O, Ağəlinin əliəyri adam olduğunu ilk tanışlıqdan hiss etmişdi. Əslində bunu təyin etmək bir o qədər də çətin deyildi. Ağəli Kislovodsk şəhərinə gələn gündən fərqinə
varmadan pulunu sağa-sola xərcləyirdi. Lyudmilanı da maraqlandıran elə işin bu cəhəti idi. O heç bir zaman gecənin bu vaxtı tanımadığı bir kişi ilə dağdakı restoranda əyləşib stəkan-stəkana vurmazdı. Ancaq indi, gecənin yarısı Lyudmilanı “Xram Vozduxa” restoranına gətirib çıxa-ran onun vətənpərvərliyi idi. Axı, Lyudmila Yasenko za-vodda sex komsomol təşkilatının katibi, həm də drujinaçı idi. Lyudmila elə drujinaçı olduğu üçün də indi buraya gəlmişdi. Bəli, bəli, o, Ağəlinin əliəyri adam olduğuna əmin idi. Çünki bu Ağəlinin hər bir hərəkətindən məlum 38
idi. Buna görə də Lyudmila bir drujinaçı kimi Ağəlinin gəlir mənbəyini aşkara çıxarmağı qərara almışdı. Doğrudur, Lyudmilaya heç kim belə bir tapşırıq verməmişdi. O
özü bu işlə maraqlanmış, sayıqlıq göstərmişdi. Doğrusunu bilmək istəsəniz, Lyudmila oğru və quldurlarla gecə
qaranlığında tək qalmaqdan belə qorxmurdu. Bu da səbəbsiz deyildi. Axı, drujinaçılıq etdiyi dövrdə Lyudmila əliəyrilik və xuliqanlıq edən şəxslərlə mübarizədə mətin-ləşmiş və mərd olmuşdu.
İndi Yədullanı diqqətlə nəzərdən keçirən Lyudmila bu kişinin də, onun dostu Rantikin də Ağəli kimi əliəyri adam olduqlarını özlüyündə yəqin etdi. Buna görə də bu adamlarla ehtiyatlı tərpənməyi, onların hər bir hərəkətinə
göz qoymağı qərara aldı.
Lyudmila özünü şən göstərməyə çalışaraq gülə-gülə
soruşdu:
– Yura, deyəsən, özünü öyməyi çox sevirsiniz?
– Yenə məni Yura deyə çağırırsınız? Nə olsun, xanım qız, qoy siz deyən olsun. Ancaq bilin ki, mən öyünmü-rəm, olanı danışıram. Mən qazma ustasıyam. Neft mədə-nindən qabaqcıl qazma briqadasının başçısıyam. Həmişə
mədəndə ən çətin və dərin neft quyularını qazmağı mənə
tapşırırlar. Hər ay azı beş min manat maaş alıram.
– Başa düşmürəm, bütün bunları mənə nə üçün deyirsiniz?
– Çünki siz mənim çox xoşuma gəlirsiniz.
Lyudmila özünü yüngül aparan qızların roluna girməyi qərara alıb əzilə-əzilə dedi:
– Mən çoxlarının xoşuna gəlirəm. Ancaq nə fayda, onların hamısı quru məhəbbətdən dəm vurur.
– Bəs siz hansı məhəbbəti xoşlayırsınız?
39
– Pullu məhəbbəti.
– Ağəli pulludur?
– Bilmirəm, cəmi iki gündür ki, tanış olmuşuq. Bu birinci görüşümüzdür.
– Xanım qız, siz daha nəyi xoşlayırsınız?
– Heç nə. Mən dünyada bir pulu, bir də nəvazişi sevirəm.
– Bunların hamısı məndə var, – deyə Yədulla lovğa-lıqla cavab verdi.
Lyudmila dodaqlarını büzərək həqiqətən artistlik etməyə başladı. İşvə-nazla dedi:
– İnanmıram. Mən, ümumiyyətlə, kişilərə inanmıram.
Onların hamısı dil pəhləvanıdır, – deyə Lyudmila mavi gözləri ilə Yədullanı bir daha diqqətlə süzdü. Sonra əlavə
etdi.
– Köynəyiniz yaxşıdır, ancaq əminəm ki, cibiniz boş-dur.
– Kimin? mənim cibim boşdu? – deyə Yədulla çox ciddi soruşdu.
– Bəli, mənə elə gəlir.
– Heç bilirsiniz mən kiməm?
– Dediniz ki, qazma ustasısınız.
– Onu demirəm.
– Bəs nəyi deyirsiniz?
– Pulluluq məsələsini. Mən, Lyudmila, sizin üçün ağırlığınız qədər xərc çəkə bilən oğlanlardanam.
– Bütün bunlar boş sözdür, Yura. Bəli, bəli, boş sözdür. Həqiqi kişilər sözlə deyil, işlə özlərini göstərirlər.
Yədulla heç bir söz demədən əlini cibinə saldı. Bir brilyant qaşlı üzük çıxardıb Lyudmilanın barmağına tax-40
dı. Bu qədər səxavətli olmasına özü də heyran qala-qala soruşdu:
– Xoşunuza gəlirmi?
– Nə qədər də qəşəngdir, – deyə Lyudmila sevinə-sevinə bir neçə saniyə üzüyə baxdı. Birdən onun qaşları çatıldı. Yədullaya şübhəli baxıb soruşdu:
– Oğurluq mal deyil ki? Birdən məni tutarlar.
Yədulla özünü təhqir edilmiş adam kimi göstərərək inciyən tərzdə dedi:
– Ayıb deyilmi, xanım qız, siz məni təhqir edirsiniz.
– İnciməyin. Yura, bunu mən sizi sınamaq üçün soruşdum. Yədulla səxavətlilikdə bununla kifayətlənmədi.
O cibindən bir dəstə onluq çıxarıb on dənəsini ayırdı. Əs-kinazları Lyudmilanın ovcuna basıb dedi:
– Bura bax, xanım qız, mən istəmirəm ki, siz burda Ağəli ilə qalasınız. Onlar qayıdan kimi bir şeyi bəhanə
edib gedərsiniz.
Lyudmila özünü itirdi. Öz-özünə dedi: “Bu nə kələk-dir mən düşdüm. İndi mən nə edim? Bu pul, bu üzük mənim nəyimə lazımdır. Gərək qaytaram. Deyəsən, bu quldur məni satın almaq istəyir”. Təhqir olunduğunu başa düşən Lyudmila dərhal ayağa qalxıb üzüyü də, pulları da Yədullanın başına çırpmaq, dərhal buranı tərk etmək istədi. Lakin bu zaman ürəyində ikinci bir səs ona dedi. “Yox, yox. Lyudmila, sən səhv hərəkət edirsən. Axı sən komso-molçusan. Bu o deməkdir ki, öz vəzifəni axıra qədər yerinə yetirməlisən. Deməli, müvəqqəti olaraq hər şeyə döz-məlisən. Buna görə də oynadığın rolu davam etdir. Özünü bu əliəyri adamlarla dost kimi göstər, sirlərini öyrən.
Sonra pulu da, üzüyü də milis orqanlarına təhvil verərsən”.
41
Bütün bunları özlüyündə qət edən Lyudmila özünü elə göstərdi ki, guya bir könüldən min könülə bu əliaçıq kişiyə vurulmuşdur. O gülə-gülə Yədulladan soruşdu:
– Əzizim, bəs sonra mən sizi harada görüm?
Artıq qızı özünə məftun etdiyinə əmin olan Yədulla əmredici tərzdə dedi:
– Sabah saat doqquzda “Çayka” restoranının qabağında gözləyəcəyəm. Gəlməsəniz…
– Bu nədir, Yura, siz mənə hərbə-qadağa gəlirsiniz?
– Bəli, gəlirəm.
– Nahaq yerə, sizə bildirmək istəyirəm ki, mən heç nədən və heç kimdən qorxmuram. Yədulla acıqlandı:
– Bunun mətləbə dəxli yoxdur. Dedim ki, sabah səhər körpünün üstündə gözləyəcəyəm.
– Mən də dedim ki, gəlməyəcəyəm. Axı, siz sözünü-zü qurtarmadınız, deyin görək gəlməsəm nə olar?
– Bilmirsən, nə olar? – deyə özündən çıxan Yədulla sağ əlini uzadıb kəlbətin kimi Lyudmilanın qolundan tutaraq sıxmağa başladı.
Yədullanın üzündə iyrənc bir təbəssüm əmələ gəldi.
quldurun gözləri od saçıb vəhşiyanə bir qəzəblə Lyudmilaya baxırdı. Lyudmila əvvəlcə qışqırıb hay-küy salmaq, Yədullaya bir sillə ilişdirib ətrafdakıları köməyə çağırmaq istədi. Lakin buraya hansı məqsədlə gəldiyini yadına salıb yumşaldı. Süni gülüşlə dedi:
– Yaxşı, gələrəm, daha qolumu sıxmaq nə üçün?
– Gücümü sınamaq istədim, – deyə hirsi soyumağa başlayan Yədulla cavab verdi.
– Gücünü sınamağa adam tapmadın, – deyə Lyudmila özü də hiss etmədən Yədulla ilə köhnə tanış kimi “sən”
42
ilə danışmağa başladı – elə gərək öz qüvvətini zəif qızlara göstərəsən.
Lyudmilanın mülayim gülüşü Yədullanı da yumşalt-dı. O, qızın qolunu buraxıb dedi:
– İncimə, Lyuda, bir az hirsləndim. Xasiyyətim tünd-dür. Mən bir sözümü iki edənləri sevmirəm. Dərhal acığım tutur. Mənimlə dostluq etmək istəyirsənsə, sözümə
qulaq as.
– Yaxşı, sözünə qulaq asaram. Ancaq, Yura, məni bir şey çox maraqlandırır.
– Nə?
– Sizin kimi mən də bura kef məclisinə gəlmişəm.
Mən də yeyib-içmək, çalıb-oynamaq istəyirəm. Bəs nə üç-ün məclisin ən şirin vaxtında məni buradan qovursan?
– Çünki Lyuda, biz başqa bir yerə gedəcəyik.
– Hara?
– Sənə nə var?
– Yura, məni də özünlə apar.
– Olmaz. Bizim gedəcəyimiz yer qızlar məclisi deyil.
Lyudmila Yədullagilin gedəcəyi yeri öyrənmək üçün hiylə işlətməyi qərara aldı. Yədullanın üzünə baxıb gü-lə-gülə dedi:
– Bilirsən, Yura, qızlar hər şeylə çox maraqlanırlar.
İndi sənin bu söhbətin məni daha çox maraqlandırdı. Dedim məni də apar, razı olmadın. Aparmırsan, bu sənin öz işindir. Heç olmasa hara gedəcəyini de, nigaran qalma-yım.
– Fikir eləmə, Lyuda. Biz sadəcə olaraq başqa bir yerdə məclis qurmaq istəyirik.
– Harda?
– Dedim sənə dəxli yoxdur.
43
Lyudmila küsəyən qızlar kimi dodaqlarını büzdü.
– Hə, bildim. Məni gecənin bu vaxtı dağdan evə tək yola salırsan. Heç demirsən ki, yolda sataşarlar. Nəzərinə
çatdırıram ki, bu kişilikdən deyil. Özün isə başqa qızlarla kefə gedirsən. Afərin. Belə də dostluq olar?
Yədulla ələ gəldi. O da gülümsəyib soruşdu:
– Lyuda, sən ağzıyırtıq adam deyilsən ki?
– Bu nə sözdür. Mən sirr dağarcığıyam. Mənə inana bilərsən.
– Lyuda məni nahaq yerə başqa qızlara qısqanma. Biz bu gecə kef məclisi deyil, qumar məclisi qurmaq istəyirik.
Lyudmila uşaq kimi sevinə-sevinə dedi:
– Yura, bu çox maraqlıdır, mən ömrümdə bir dəfə də
olsun qumar məclisi görməmişəm, məni də özünlə apar.
– Ay qız, nə üçün tərslik edirsən, dedim ki, yaramaz.
Sən bizə mane olacaqsan.
– Sənin əziz canın üçün mane olmaram. Bir küncdə
sakit oturub qumara tamaşa edərəm.
– Daha bəsdir, Lyuda, səbrim tükəndi. Bir daha bu haqda danışmağa dəyməz. Allah qoysa, başqa bir vaxt səni qumar məclisinə apararam.
Lyudmila israr etməyin yaxşı nəticə verməyəcəyini başa düşüb taktikanı dəyişdi. Yədullanın gözlərinin içinə
baxaraq, gülə-gülə dedi:
– Yaxşı, nə deyirəm, aparmırsan, aparma. Ancaq onu bil ki, mən vədimə xilaf çıxan adam deyiləm. Sən sabah səhər sevgilini restoranın qabağında görəcəksən.
Bu zaman Rantiklə Ağəli iki yaxın dost kimi çəmən-likdə səmimi söhbət edirdilər. Rantikin köhnə dostuna ilk sualı bu oldu:
44
– Yaxşı, Ağəli, nə deyirsən, iclası1 bu gün başlayaq, ya sabaha qalsın?
– Düzünü bilmək istəsən, Rantik, mən bu gecəni Lyudmila ilə keçirmək istəyirəm.
– Lyudmilanı sabaha saxlamaq olmaz?
– Necə məgər, tələsirsiniz?
– Mən heç bir yerə tələsmirəm. Ancaq Yədulla sabah qayıtmaq fikrindədir.
– Hərifdir?
– Hərifliyini bilmirəm, ancaq kalandır.
– Ağəli sualedici nəzərlə dostuna baxdı. Rantik çiyinlərini çəkdi.
– Pulunun qədərini bilmirəm. Saymamışam. Ancaq bilirəm ki, bir çamadandır.
– Afərin! Sənin neçə, siçanın2 var?
– Siçansız sənin düşmənin olsun. Hansı axmaq Kislo-vodskiyə pulsuz gələr. Üç dənə gətirmişəm.
– Qoy sən deyən olsun, Rantik. Mən qıza deyərəm çıxıb gedər. Ancaq bir məsələ məni çox maraqlandırır.
– Hansı məsələ?
– Harada oynayacayıq?
– Əlbəttə, bizim evdə.
– Sizin evdə? Hara düşmüsünüz?
– Şəhərin lap mərkəzində, parkın düz qabağındakı 3
nömrəli evdə mənzil tutmuşuq. Sahibi tək bir qadındır.
Otağı beş günlüyə kirayə götürmüşük.
– Yox, Rantik, bu mənə əl verməz.
– Nə üçün? Mənə inanmırsan?
1 Qumar məclisində işlədilir.
2 Qumar var?
45
– Bu nə sözdür, əzizim, inanıram. Ancaq dost arası pak gərək. Siz ikisiniz, mən tək, ehtiyat igidin yaraşığıdır.
– Bəs sən nə təklif edirsən?
– Bizim evdə oynayaq. Mən də mərkəzdə oluram.
Ancaq qoy bir nəfər də şahid olsun.
– Məsələn, kim?
– Lyudmila. O bizə mane olmaz.
– Yox, Ağəli, qumar hara, arvad hara? Lyudmila orada olsa, nəşəmiz pozular. Mənim belə bir təklifim var, nə
sən deyən olsun, nə də mən. Gəl neytral bir yerdə oynayaq.
– Harada?
– Mehmanxanada. Bir-iki günlüyə nömrə tutaq.
– Razıyam, ancaq iki şərtlə.
– Buyur.
– Birincisi odur ki, gərək, oyun zamanı “Kəmşirin”imiz əskik olmasın.
– Şərabsız oyun olmaz ki, Ağəli. Bəs ikinci şərt?
– Təzə kart lazımdır. Mən köhnə kartla oynamayaca-ğam…
Bu məsələ barəsində də arxayın ola bilərsən, dostum.
Mən dörd dəst təzə kart almışam, çatmasa sabah yenə alarıq.
– Oldu, Rantik, ya sizə verər Allah, ya də mənə.
– Bura bax, Ağəli, nə çox siz-siz salmısan. Mən Yədulla ilə şərik deyiləm. O özü üçün oynayacaq, mən də
özüm üçün.
– Doğru deyirsən? Bu çox yaxşı oldu, – deyə Ağəli ətrafına baxdı, yaxınlıqda adam olmadığını görüb dostunun qulağına pıçıldadı.
– Bura bax, Rantik, gəlsənə bir şey eyləyək.
46
– Nə eyləyək?
– Birləşək.
– Necə yəni birləşək?
– Oyunda birləşək. Lazımı yerdə sən kartını mənə aç, sən çətinə düşəndə isə mən sənin imdadına çataram.
– Yox, Ağəli, bu sözü bir dəfə dedin, daha təkrar et-mə. Mən qumarda düzlük sevirəm. Kimin bəxti gətirsə, o aparar. Qoy bu söhbət öz aramızda qalsın. Mən belə hesab edirəm ki, sən bu sözü mənə deməmisən.
Beş dəqiqə keçdikdən sonra Rantiklə Ağəli geri qayıtdılar. Yədulla ilə Lyudmilanın hərəsi bir küncə çəkilib danışmır, sakit-sakit şərab içirdilər. Onlar stola yaxınlaşan kimi Lyudmila dodaqlarını büzüb Ağəliyə hücuma keçdi.
– İndiyə kimi harda qalmısan? Bu qədər gözləmək olar, daha səbrim tükəndi. Mən gedirəm.
Ağəlinin cavabı Lyudmilanı təəccübləndirdi. Lyudmila elə düşünürdü ki, Ağəli onu buraxmayacaq, güclə
burada saxlayacaq. Ancaq əksinə oldu. Ağəli qızın təklifi ilə dərhal razılaşdı:
– Özün bilən yaxşıdır. Gedirsən, get, mən səni saxla-mıram.
– Yox, Ağəli, qızı tək buraxmaq olmaz, – deyə Rantik etiraz etdi.
– Gəlin hamımız bir yerdə gedək. Əvvəlcə Lyudmilanı yola salarıq, sonra isə bir az gəzərik.
Lyudmila elə düşünürdü ki, restorandan çıxdıqdan sonra bu əliəyri adamları güdəcək, onların hara gedəcək-lərini öyrənə biləcək. Ancaq bu baş tutmadı. Onlar taksiyə
əyləşib şəhərə gəldilər. Lyudmilanın yaşadığı evin qarşı-47
sında maşını saxladılar, Lyudmilanı maşından düşürüb mehmanxanaya getdilər.
Əgər yaxınlıqda bir taksi, yaxud başqa bir avtomobil olsaydı, Lyudmila Yasenko düşünmədən maşına əyləşib, Yədullagili güdər, onların harada qumar məclisi qurduq-larını öyrənərdi. Ancaq gecənin bu vaxtı Kislovodsk şəhərinin dağlıq hissəsində taksi tapmağın çox çətin bir məsələ olduğunu başa düşən Lyudmila xəyala daldı. Əvvəlcə
elə buradan birbaşa milis idarəsinə gedib məsələni danışmaq istədi. Lakin yorulduğunu və bu əliəyri adamlar haqqında hələ heç nə bilmədiyini nəzərə alıb bu işi təxirə
saldı.
…Yarım saat sonra mehmanxanada oyun qızışdı. Əvvəlcə “Poker” və “Vura” oynadılar, xeyli şərab içdilər.
Sonra isə “iyirmi birə” keçdilər. Səhərə yaxın oyun qızışdı. Bank get-gedə artdı. Rantikin əli gətirməmişdi. O, iki saat ərzində bütün pullarını uduzmuş və artıq oyunun ta-maşaçısına çevrilmişdi.
Ağəli isə doğrudan da, deyəsən, bəxtli adam idi. O
əvvəlcə Rantikin pullarını uddu, sonra yavaş-yavaş Yədullanın ciblərini boşaltmağa başladı.
Yədullanın oyununa göz qoyan Rantik onun qəsdən uduzduğunu dərhal hiss etdi. Bu qumarda Yədullanın taktikası idi. “Tapança” həmişə rəqibini şirnikləşdirmək üçün əvvəlcə qəsdən uduzur, oyun qızışandan sonra isə
böyük uduşlu bank düzəldərək, bir-iki gedişə nəinki uduzduğu pulları geri qaytarır, hətta rəqibini lüt də edirdi.
İndi də belə idi. Axı Rantikin özü də bu gecə məhz Yədullanın tapşırığı ilə qəsdən uduzmuş, beləliklə, Ağəlini bərk şirnikləşdirmiş və oyunu qızışdırmışdı. Yədullaya 48
bələd olmayan Ağəli kiçik bankları bir-birinin ardınca ud-duqca sevinir, Yədullanın kobud səhvlərinə heyran qala-raq daha ehtiyat etmir və risklə oynayırdı. Rantik açıq-aydın görürdü ki, Yədullanın Ağəli üçün qazdığı uçurum get-gedə dərinləşir. İndi bircə Ağəlini təpənin başına çıxardıb uçuruma yuvarlamaq qalmışdı.
Axı Yədullanı Kislovodsk şəhərinə, Ağəli Möhtacov ilə qumar oynamağa Rantikin özü gətirmişdi. İş belə olmuşdu.
Xeyli vaxt idi. ki, Yədulla “Volqa” almaq istəyirdi.
Ancaq bu mümkün deyildi. Çünki Yədulla heç bir yerdə
işləmirdi. Maşın almaq üçünsə idarənin xahişnaməsi lazımdı. Birinci pul-şey lotereyasında hansı uduşların oyna-nılacağı haqqında qəzetlərdə elan verildikdə Yədulla sevindi. O, Rantiki yanına çağırıb dedi:
– Bura bax, cibgir ağa, bu lotereyada oynanılan “Volqa” mütləq mənim olacaq.
– Yədulla, nədən bilirsən ki, sənin lotereya biletlərin mütləq “Volqa” udacaq?
– Axmağın biri axmaq. Kim sənə dedi ki, mən lotereya bileti almaq istəyirəm?
– Bilet olmasa, “Volqa”nı nə təhər udacaqsan?
– Biz “Volqa”nı udan adamı axtarıb tapmalı, onun biletini satın almalıyıq.
– Bəlkə o adam lotereya biletini satmaq istəmədi, on-da nə edəcəksən?
– Avam olma, Rantik, artıq pul təklif edərik. Razı olmasa məcbur edərik. O da baş tutmasa başını əyərik.
– Bu bir o qədər çətin iş deyildir. Yədulla, sən bu işi mənə həvalə et. Mən “Volqa”nı kimin udduğunu öyrənərəm. Sonra birlikdə həmin adamın üstünə düşərik.
49
– Razıyam, Rantik. Sən bu işi düzəltsən, peşman olmazsan.
– Arxayın ol, “Tapança”, düzəldərəm.
Rantik vaxtını boş keçirmədi. Bakıda Mərkəzi əmanət kassasında tanış tapdı. Gəncə, Lənkəran, Naxçıvan və Ağ-daş şəhərlərinə məktublar yazdı. Bakıda da bir çox dostlarına müraciət etdi. Ancaq bir şey çıxmadı. Lotereya oy-unlarından on gün keçmişdi. Ancaq “Volqa”nı kimin udduğu hələ də bəlli deyildi. Hər gün səhər Rantik Mərkəzi Əmanət kassasına gəlir, tanış qızdan mənfi cavab alaraq geri qayıdırdı. Hələki, “Volqa” udan şəxs lotereya biletini əmanət kassasına təhvil verməmişdi. Rantik hirsindən dodaqlarını gəmirir, Yədullanın gözünə görünməkdən belə qorxurdu.
İki həftə sonra Kislovodsk şəhərində Rantikə teleqram gəldi. Yaxın dostlarından biri onu telefona çağırdı.
Axşam Rantik telefona gəldi. Kislovodsk şəhəri ilə
danışdı. Zəng vuran Rantikin alverçi dostlarından biri idi.
Rantik soruşdu:
– Axşamın xeyir, barıqa3, səndən nə əcəb.
– Muştuluğumu ver, sənə şad xəbər verəcəyəm.
– Muştuluğun borc olsun, buyur.
– Keçən ilki “Kəmşirin” zəlili yadındadır?
– Qumarbaz Ağəlini deyirsən?
– Həri.
– Əlbəttə. Onu yaddan çıxarmaq olar? Keçən il mənim iki min manatımı aparıb.
– Hə, Rantik, indi əvəzini çıxmağa imkan var.
– Ordadır?
3 Barıqa – oğrular dilində alverçi deməkdir?
50
– Həri. Özü də kalandır. Sağa-sola səpələyir.
– Vaxtım yoxdur. Gələ bilmərəm. “Tapança” burax-maz.
– Vaxt tapmalısan, Rantik, “Tapança” da gəlməlidir.
Axtardığınız Ağəlidir.
– Heç nə başa düşmürəm.
– Son vaxtlar nə axtardığınız, yadından çıxıb?
Rantik sevindiyindən özünü saxlaya bilmədi. Sevincindən soruşdu:
– Mən ölüm, doğru deyirsən?
– Bu boyda zarafat olar? Uduş cədvəlini və Ağəlinin biletini öz gözlərimlə görmüşəm. Dünən gecə restoranda həmin münasibətlə ziyafət verirdi.
– Çox sağ ol, dostum, belə gələrik də, xəcalətindən çıxarıq da. Rantik dərhal “Tapança”nı axtarıb tapdı. Elə
həmin gecə bir yeşik “kəmşirin” şərabı götürüb təyyarə
ilə Mineralnıye Vodı stansiyasına, oradan da elektrik qatarı ilə Kislovodsk şəhərinə gəldilər.
… Oyunu get-gedə qızışdıran Yədulla səhərə yaxın qəti hücuma keçdi. Dörd dəfə Ağəlinin kartını yandırdı, üç dəfə tuz, bir dəfə onluq çıxartdı. Bütün bunların nəticəsində Ağəli pullarını son qəpiyinə qədər uduzdu.
Hirsindən dodaqlarını gəmirən Ağəli nə edəcəyini bilmirdi. Qarşıda yay və payız vardı. O isə bütün pullarını qumara qoymuşdu. Nə etməli? Ağəli yalvarıcı nəzərlə
Rantikə baxdı. Rantik alma alverçisinin nə demək istədiyini başa düşüb “Tapança”ya müraciət etdi:
– Yədulla, bəlkə Ağəliyə borc verəsən?
– Qoy desin görək, nə qədər istəyir? Ağəli sevincək dedi:
51
– Beş dənə. 4
– Girov qoy.
– Bir şeyim yoxdur.
Otaqda gəzişən Rantik Ağəlinin dalına keçdi. Yədullanın diqqətini cəlb etməyə çalışdı. Bayaq qumar oynayan zaman Rantik gizlincə Ağəlinin ciblərini axtarmış, lotereya biletinin pencəyinin cibində saxladığını öyrənmişdi.
Rantik çox çalışdısa da Yədulla ona baxmadı. Axırda öskürdü. Yədulla başını qaldıranda Rantik ona Ağəlinin pencəyini göstərdi. Yədulla dərhal:
– Eybi yoxdur, mən sənin pencəyini beş yüz manata girov götürməyə hazıram.
Ağəli “Volqa” udan lotereya biletinin pencəyinin cibində olduğunu unutmuşdu. Buna görə də təəccüblə soruşdu:
– Necə? Sən səksən manatlıq pencəyi beş yüz manata girov götürürsən?
–Həri, Ağəli, mən alicənab adamam.
Az sonra Ağəli, borc aldığı beş yüz manatı da uduzdu. Onun qaşları çatılmış, rəngi ağarmışdı. Hirsindən bo-ğulan Ağəli güclə ayaq üstə dururdu. Ürəyində Yədullanı da, onu buraya gətirən Rantiki də söyürdü.
Rantik keçən ilin hayıfını Ağəlidən çıxmaq üçün onu elə bu vəziyyətdə qoyub getmək istəyirdi. Lakin “Tapança”nın gələcək üçün böyük planları vardı. O həmişə öz planlarını hamıdan gizli saxlayırdı. Yədulla özünə daim tabe olan, həmişə itaətdə duran “öl desən ölən, qal desən qalan” dostlar qazanmaq istəyirdi. Ağəli tez-tez başqa-başqa şəhərləri gəzən adamlardan biriydi. Buna görə
4 Beş min manat.
52
Ağəlini də özünə tabe etmək istəyirdi. Yədulla Rantiklə
razılaşmadı. Ona acıqlanıb dedi:
– Sən çıx get. Sabah səhər “Çayka”nın qabağına gəl.
İndiyədək heç bir zaman Yədullanın bir sözünü iki etməyən Rantik “baş üstə” deyib dəhlizə çıxdı. “Tapança”
hələ də ayaq üstündə duran Ağəlinin qolundan tutub divanın üstündə əyləşirdi. Cibindən bir bıçaq, pistolet və bir beşbarmaq çıxardıb dedi:
– Qulaq as, bacı oğlu, pul üçün darıxma. Mən sənə
kefin istədiyi qədər pul verə bilərəm. Ancaq mənə Rantik kimi sözə baxan həmişə itaətdə olan sədaqətli dostlar lazımdır. Sən mənim xoşuma gəlirsən, səni də dostluğa qəbul etmək istəyirəm. Mən sənin kim olduğunu, heç bir yerdə işləmədiyini, qışda alma satdığını, cibində saxta sənəd gəzdirib, özünü kolxoz mühasibi kimi qələmə verdiyini, bu günlərdə lotereya bileti ilə “Volqa” udduğunu yaxşı bilirəm. Mən səni tutdura da bilərəm. Ancaq sənin mal-dövlətində tamahım yoxdur. Əgər mən sənin pulla-rına yiyələnmək istəsəydim, gecə ikən dağda səni də, Lyudmilanı da öldürərdim. Ancaq gördüyün kimi mən belə etmədim. Səninlə düzənqulu qumar oynadım. Bu dəfə sənin bəxtin gətirmədi. Buna mən təqsirkar deyiləm.
Allah səndən alıb mənə verdi. Pullarının yarısını geri qay-tararam. Pencəyinin cibindəki lotereya biletini də verərəm. Ancaq “Volqa” mənim olacaqdır. Avtomobili sən alacaqsan, sən saxlayacaqsan. Sən sürəcəksən. Bu şərtlə
ki, istədiyim vaxt sən maşınla mənim qulluğumda hazır olasan. Əgər razısansa, əlini mənə ver, razı deyilsənsə, xudahafiz. Biz çıxıb gedirik, sən isə burada lüt qal.
Pullarının yarısının qaytarılacağını eşidən Ağəli özünə gəldi. Yədullanın əlini bərk-bərk sıxıb dedi: 53
– Razıyam, razıyam.
– Ürəkdən?
– Canla-başla.
– Bu sözlərin əsl mənasını bilirsən?
– Həri. Necə məgər?
– Bu o deməkdir ki, sən mənim hər bir tapşırığıma etiraz etmədən əməl etməlisən.
– Edərəm.
– Ağəli, bil və agah ol. Mən yaman gündə dosta yardım əlini uzatmağı bacarıram. Mən istəyirəm ki, sən mə-nə itaətkar dost olasan. Elə et ki, mənim bir sözüm iki olmasın. Əks-təqdirdə… – deyə Yədulla sözlərinin daha tə-sirli olması üçün stolun üstündəki pistoleti götürüb Möhtacovun gözləri qarşısında atıb-tutdu – nəticəsi sənin üçün çox pis ola bilər. Mən zarafat-zad sevən adamlardan deyiləm. Heç kimin də təqsirindən keçmirəm. Məni satan adamlarla bir şeylə – doqquz qramlıq güllə ilə hesablaşı-ram. Mənim hər yerdə adamlarım var. Hara getsən səni taparlar. İndi yaxşı-yaxşı fikirləş. Bax, gör mən deyən dostluğa hazırsanmı?
– Hazıram.
***
Qabaqcadan şərtləşdikləri kimi Rantik səhər “Nar-zan” mehmanxanasından çıxıb saat 9-da “Çayka” restoranının qabağına gəldi. O, Lyudmilanın da burada olduğunu, iri elektrik saatının altında gəzişdiyini görüb təəccübləndi. Ona yaxınlaşıb soruşdu:
– Lyudmilacan, salam. Burada kimi gözləyirsən? Qız suala sual ilə cavab verdi:
– Bəs siz burada nə edirsiniz?
54
– Mən Yədullanı gözləyirəm.
– Mən isə görüşə çıxmışam, cavan oğlan.
– Kiminlə, Ağəli də bura gələcək?
– Xeyir, səhv edirsiniz, mənə görüşü Yura təyin edib.
Kiyevin cazibədar Peçorsk məhəlləsindən Kislovodsk şəhərinə istirahətə gələn Lyudmila Yasenko ucaboylu, qamətli, cazibədar bir qız idi. Onun incə beli, iri ala gözləri, sarışın saçı vardı. Qulaqlarına taxdığı mavi rəngli şüşə
sırğalar və ağ uzun boynuna saldığı yaşıl boyunbağı onu daha gözəl, daha məlahətli edirdi.
Dünən gecə “Xram Vozduxa” restoranında Yədullanın qorxusundan Lyudmilaya heç bir əhəmiyyət vermə-yən Rantik indi gözləri ilə qızı yeyir, onu tərifləyir, bir könüldən min könülə bu qıza aşiq olduğunu bildirirdi.
– Lyudmilacan, dediyiniz Yura kimdirsə, xoşbəxt adamdır.
– Nə üçün?
– Çünki onun sizin kimi məlahətli, gözəl bir tanışı vardır.
– Rantik, dedikləriniz komplimentdir, yaxud həqiqət?
– Həqiqətdir, can, həqiqət. Mən düz danışan adamam. Mən həyatda ancaq gördüyümü deyirəm. Yaxşı bilirəm ki, həsəd aparmaq yaxşı şey deyil. Ancaq buna baxmayaraq, bir daha açıq-aydın təkrar edirəm. Mən sizin Yuriyə həsəd aparıram.
– Həsəd aparmaq nə üçün? İstəsəniz, siz də mənim yaxın tanışım, dostum ola bilərsiniz.
– Lyudmilacan, dedikləriniz həqiqət olsa, mən özümü dünyanın ən xoşbəxt adamlarından biri sayaram. Öm-rümün yarısını sizə qurban verərəm.
55
– Sizin ömrünüz mənim nəyimə gərəkdir. Belə şeydən danışın ki, maraqlı olsun. Adam istəsə, həyatda hər bir arzusuna çata bilər. Bunun üçün çox çalışmaq, yaxşıca tər tökmək lazımdır.
– Yaxşı, deyin görək sizin məhəbbətinizi qazanmaq, sevgiliniz olmaq üçün mən nə etməliyəm?
– Birinci növbədə qadına hörmət etməyi bacarmalı-san.
– Mən hazır.
– Söz ilə Rantik, yaxud iş ilə?
– İş ilə. Nə əmriniz varsa, yerinə yetirməyə hazıram.
– Mənim əmr etməyə ixtiyarım yoxdur, Rantik, mən ancaq xahiş edə bilərəm.
– Lyudmilacan, sizin hər bir xahişiniz mənim üçün əmrdir. Buyurun, nə istəyirsiniz edərəm.
– Mən heç nə buyurmuram. Qadının könlünü almaq istəyən kişinin özü gərək hərəkət etsin, papağını qabağına qoyub fikirləşsin, sevgilisinə yaxşı-yaxşı hədiyyələr alsın.
– Aydındır, Lyudmilacan, aydındır. Mən hər şeyi başa düşdüm. Mən elə lap bu gün sizə qiymətli hədiyyə
alaram.
– Sağ ol, Rantik, mən sənə minnətdaram. Ancaq mən səndən hədiyyəni bir şərtlə qəbul edərəm.
– O hansı şərtdir?
– Gərək ağzın yırtıq olmasın. Bu sirdən heç kim xəbər tutmasın. Bir sən biləsən, bir də mən.
– Söz verirəm ki, bizim sirrimizi sizdən, məndən, bir də ki, allahdan başqa heç kim bilməyəcək.
Lyudmila ilk görüşdən Yədulla ilə Rantikin də düz olmadıqlarını yəqin etmişdi. Buna baxmayaraq dünən ge-cə, “Xram Vozduxa” restoranında Yədullanın özünü ma-56
hir bir qazma ustası kimi qələmə verməsi Lyudmilanın zənnini yanıltmışdı. Lyudmila şübhədən çıxmaq, həm Yədullanın, həm də Rantikin sənətini öyrənmək üçün kiçik bir hiylə işlətməyi qərara aldı. O, Rantikin geyimini aşağıdan yuxarı süzüb dedi:
– Rantik, sizin qadınlara eşqnamə oxumağınız məni təəccübləndirir. Gözəl qızı özünün məşuqəsi etmək istəyən kişinin gərək çoxlu pulu olsun. Siz isə geyiminizdən adi bir mühasibə oxşayırsınız.
Özünü öyməyi Yədulladan da çox sevən, hər bir yerdə özünü başqa bir sənətin sahibi kimi qələmə verməyi bacaran Rantik də yalan danışmağı qərara alıb özünü təriflədi:
– Siz nə danışırsınız, Lyudmilacan, mənim pulum yoxdur? Siz məni mühasibə oxşadırsınız, ha…ha…ha…
Çox gülməlidir. Mən diş həkimiyəm, Lyudmilacan, diş
həkimi. Bakıda mənim kimi məşhur stomotoloq tapılmaz.
Mənim öz müştərilərim var. Respublikamızın bütün rayonlarından diş saldırmaq üçün həkim Nalbaldyanın yanına gəlirlər.
Lyudmila Rantikin yalan danışdığını dərhal başa düşdü. Ancaq məsələnin üstünü açmadı. O, Yədullanın da yalan satdığını aydınlaşdırmaq üçün Rantiklə razılaşdı:
– Çox şadam, Rantik. Diş həkimi yaxşı, gəlirli sənətdir, heç olmasa, gələcəkdə mənim dişlərim xarab olsa, kömək edərsiniz. Deyin görək bəs Yuranın sənəti nədir?
– Yura kimdir, mən onu tanıyıram?
– Lap yaxşı tanıyırsan, o, sizin ən yaxşı dostunuzdur.
– Siz səhv edirsiniz, can, mənim Yura adlı nəinki dostum, heç tanışım belə yoxdur.
57
Lyudmila qəhqəhə çəkib güldü.
– İndi gələr, baxıb tanıyarsınız, mən əminəm ki, elə
sizi də buraya Yura göndərib.
Rantik şaşqınlıqla Lyudmilaya baxdı.
– Mən heç nə başa düşmürəm.
– Nahaq yerə. Mən Yədullanı gözləyirəm.
– Belə deyin, deməli, dünən biz bağda Ağəliylə dərd-ləşən zaman Yədulla sizi bişirib?
– Fu, bu nə qədər kobud sözdür. Yura sadəcə olaraq mənə dostluq təklif edib. O, qüvvətli və cəsur kişiyə oxşayır. Mənim belə adamlardan xoşum gəlir.
Yədulladan qorxan Rantik özünü itirdi. O, Yədullanın kəmhövsələolduğunu yaxşı bilirdi. Lyudmilaya sa-taşması xəbəri Yədullaya çatsa, böyük cəza alacağını başa düşən Rantik bayaqdan bəri bu sarışın qıza dediklərini bir zarafat kimi qələmə verməyə çalışdı:
– Siz məni səhv başa düşürsünüz, Lyudacan, bayaqdan mən sizinlə zarafat edirdim. Axı, mən bilirdim ki, siz Yədullanın tanışısınız. Düz buyurursunuz. Elə məni də
buraya Yuranın özü göndərib. Bir azdan özü də gəlib çıxar. Məhəbbət söhbətini isə darıxmamaq üçün danışmağa başladım. Yoxsa mənim başqa qadınlarla nə işim? Öz ailəm var. Arvadımı, uşağımı çox sevirəm. Onları başqa heç bir qadına dəyişmərəm. Bunlardan başqa mən qadınları sevmirəm, araq-çaxırı daha çox xoşlayıram.
Lyudmila Rantikin Yədulladan çox qorxduğunu başa düşüb dedi:
– Rantik, belə sözlər nəyə lazım, mən cavanlığıma baxmayaraq dünyagörmüş adamam. Hər şeyi anlayıram.
Qorxmayın, mən Yuraya heç nə deməyəcəyəm. Sirr saxlamağı bacarıram. Siz isə mənim yaxşı dostum olarsınız.
58
– Çox sağ olun, Lyudacan.
– Rantik, sizə bir sualım var.
– Buyurun, mən sizin bütün suallarınıza cavab verməyə hazıram.
– Yura mənə yaxşı təsir bağışlayıb. İstəyirəm biləm ki, onun sənəti nədir?
Rantik bir anlığa çaşdı. Nə cavab verəcəyini bilmədi.
Buna görə də ağlına gələn ilk sənətin adını çəkdi:
– Ticarət işçisidir. Mağaza müdiridir.
Lyudmila hiylə işlətməyi qərara adıb təəccüblə soruşdu:
– Mağaza müdiri? Bəs o deyirdi ki, zərgərdir.
Rantik axmaqlığını başa düşüb dərhal sözünü dəyişdirməyə çalışdı:
– Qabaqlar mağaza müdiri idi. Zərgərliyə isə təzə
başlayıb. Lyudmila bunların hər ikisinin düz adam olmadığına yəqinlik hasil etdi.
Elə bu zaman Kislovodsk şəhərini tən ortasından ya-rıya bölən Olxovka çayı üzərindəki körpüdə bir taksi dayandı. Yədulla taksidən düşüb onlara yaxınlaşdı. Rantikin Lyudmila ilə şirin söhbət etdiyini görüb qaşqabağını salladı. Dişini qıcıda-qıcıda dedi:
– Bura bax, Rantik, yolunu azma ha, sonra peşman olarsan.
– Bu nə sözdür, qədəş, adam da dostunun məşuqəsi-nə xəyanətlə baxar?
– Mən bunu deyə bilmərəm. Ancaq yadında möhkəm saxla: bir şey hiss etsəm, özünü ölmüş bil.
– Arxayın ol, qədəş, mən Lyudmilanı bir ana-bacı ki-mi mühafizə edəcəyəm.
– And iç.
59
– “Tapança”nın canı üçün.
– Yaxşı, inandım. İndi bu qızı sənə tapşırıram.
– Mən bu qızı nə etməliyəm?
– Mənə belə gəlir ki, dünən mən bu axmaq qızının yanında artıq-əskik danışmışam. Hətta gərək ki, onun vü-cuduna aludə olub, adımı, atamın adını da ona demişəm.
Özün bilirsən ki, mən adam tanımaqda ustayam. İndiyədək çox adamlar görmüşəm. Ancaq bu qızın nə yuvanın quşu olduğunu başa düşə bilmirəm. Qorxuram satqın adam olsun. Onda başını əkmək lazım gələcək. Rantik diksindi. Rəngi qar kimi ağardı. İndiyədək Yədulla ona bir sıra mühüm tapşırıqlar vermişdi. Bu tapşırıqlar bir-birindən qorxulu və dəhşətli idi. Rantik bu tapşırıqları həmişə canla-başla yerinə yetirmişdi. İndi isə ilk dəfə ona adam öldürmək tapşırığı verildi. Çox qorxaq bir adam olan Rantik Lyudmilanın həyatını mühafizə etmək xatirinə deyil, özünü bu bəladan qurtarmaq xatirinə Yədullanı sakitləşdirməyə can atdı:
– Qədəş, nə danışırsan? Bu yazıq qız heç də satqın adama oxşamır. Bayaqdan bəri səni tərifləyir. Elə hey sə-nə vurulduğundan danışırdı. Sən isə onu itirmək istəyirsən. Bu ki, insafsızlıq olar.
Həmişəki kimi yenə də Yədullanın üzündə iyrənc təbəssüm oyandı. O, Rantiki ələ salaraq dedi:
– Hə, cibgir ağa, ey dövşan ürəkli adam. Yenə rəngin nə üçün ağardı, qorxursan?
– Mən səninlə, qədəş, heç nədən qorxmuram.
– Bəs mənsiz?
– Qədəş, Allah eləməsin sənsiz mənim bir günüm olsun.
– Yalan deyirsən, məlun.
60
– “Tapança” canı doğru deyirəm.
– Rantik, de görüm mənə tabesən, ya yox?
– Bu nə sözdür, qədəş, mən sənin yolunda ölümə gedərəm.
– Bəs onda nə üçün bu qızın başını itirməyə qorxursan?
– Qədəş canı mən heç nədən qorxmuram. Bu qızın başını itirməyə nə var. Heç onu bıçaqla da vurmaq lazım gəlməz. Axşam şərabla dəm edib, çıxararam Qırmızı dağın başına, oradan da itələyərəm uçuruma, qurtarar gedər. Mən başqa şeyə heyfslənirəm.
– Nəyə, ay cibgir ağa?
– Deyirəm ki, yazıq qızdır. Cavan, özü də göyçək, həm də sənə vurulub. Heç bir təqsiri olmayan yerdə ad-am istəmir ki, bu qız ömrünü bizə bağışlasın.
– Axır mən ona inanmıram.
– Mən isə inanıram. İstəyirsən, qədəş, qoy onu əvvəlcə bir yoxlayım, bəlkə bir şey öyrənə bildim, əgər o, doğrudan da satqındırsa,.. – deyə dişlərini qıcırdan Rantik danışığını xüsusi məna ilə başa çatdırdı.
– Yaxşı, Rantik, yoxla, mən sənə inanıram. Əgər o doğrudan da bizim adam olmaq istəyirsə, onu aparıb lap Kiyevə qədər yola salarsan. Əsas iş odur ki, qızı burada gözdən qoymayasan. Bizi sata bilər.
Lyudmila ilə birlikdə Kiyevə gedəcəyindən sevinən Rantik ürəyində şadlandı. Xaricdə isə özünü ciddi saxlayıb soruşdu:
– Bəs sən özün nə üçün onu yola salmaq istəmirsən?
– Mən Ağəli ilə Bakıya qayıdıram. “Volqa”nı tez almaq lazımdır.
– Qədəş, sənə yaxşı yol.
61
– Sağ ol. Kiyevə getməli olsan, orada bir-iki gün qa-larsan, Lyudmilagilin evinə bələd olarsan. Çalış bir mənzil tap. Üç-dörd ayın pulunu qabaqcadan ver, lazım olar.
Bacarsan, Kiyevdəki yaxşı oğlanlarla da tanış olarsan.
Bəlkə yaxınlarda oraya gəzməyə getdik. Əgər Kiyevə getməli olmasan, sabah təyyarə ilə Bakıya qayıt.
– Baş üstə.
Yədulla Rantiklə söhbətini qurtarıb Lyudmilaya müraciət etdi:
– Qəşəng qız, təəssüf ki, mən çox tələsirəm. Səninlə
görüşməyə, oturub söhbət etməyə vaxtım yoxdur. Mən Ağəli ilə Bakıya qayıdıram. Vacib işimiz var. Mənə neft mədənində təcili olaraq yeni bir quyu qazmaq tapşırıblar.
Sənin də burada qalmağını məsləhət bilmirəm. Rantik sə-ni Kiyevə aparar, evinin yerini öyrənər. Sonra mən vaxt tapıb sənə dəyərəm. Sənə bir şey-zad lazım olsa, utanma-dan Rantikə de. O mənim dostum və vəkilimdir. Ancaq qabaqcadan xəbərdarlıq edirəm: yadında möhkəm saxla, bir-birinizlə əlaqəniz bacı-qardaş kimi olmalıdır. Əks-təqdirdə hər ikinizi ölmüş bilin.
Lyudmila şıltaqlıqla dedi:
– Yura, bu necə olan işdir? Məni ömründə ikinci dəfədir ki, görürsən. Biz cəmi-cümlətanı on beş dəqiqə
söhbət etmişik, indi nə ixtiyarnan mənə ağalıq edirsən.
Sən bir üzük və yüz manat verməklə məni özünə qul etmək istəyirsən? Belə şey olmaz, heç məni tərbiyə edib bö-yüdən valideyinlərim belə əmrlər vermirlər. Sən isə ilk gündən at kimi mənim boynuma xamut salmaq və cilovu-mu əlinə almaq istəyirsən. Mən heç bir vaxt belə şeylərə
razı ola bilmərəm. Alın, bu da sizin hədiyyəniz, – deyə
62
Lyudmila barmağındakı üzüyü çıxardıb Yədullaya uzatdı, pulunuzu isə bu dəqiqə verərəm.
Yədulla ilan sancmış adam kimi durduğu yerdən sıçrayıb, qüvvətli əli ilə kəlbətin kimi Lyudmilanın qolundan yapışdı, hirslə dedi:
– Qəşəng qız, bu dünyada hələ indiyədək heç kim mənim bir sözümü iki eləməyib, eləyə də bilməz. Mən bu-na yol vermərəm.
Lyudmila Yədullanın dəhşətli sifətini, üzündəki kin və qəzəbi görüb qorxuya düşdü. Qolunu dartıb onun əlindən çıxarmaq istədi. Lakin buna müvafiq ola bilmədi. Bir az yumşalıb yalvardı.
– Yura, axı mən bura istirahətə gəlmişəm. Hələ heç Kislovodsk şəhərinin üzünü əməlli-başlı görməmişəm.
Hələ də Lyudmilanın qolunu buraxmayan Yədulla əmrverici tərzdə dedi:
– Bunun mənə dəxli yoxdur. Sən bu gün mütləq Rantiklə Kiyevə qayıtmalısan.
– Axı, mən istəmirəm.
– Yox, Lyuda, istəyirsən. Yoxsa…
– Yaxşı, heç olmasa qolumu burax. Ağrıyır.
Yədulla qızın qolunu buraxdı. Lyudmila qolunu ovuşdura-ovuşdura dedi:
– Sən lap heyvərəsən. Məgər sizlərdə qızla bu cür rəftar edirlər? – deyə ağ qolunda Yədullanın barmaqlarının buraxmış olduğu zolaqları ona göstərdi.
– İndi barmaqlarının yerində göy ləkə qalacaq.
– Eybi yoxdur, keçib-gedər.
– Sənə nə var, indi çıxıb gedəcəksən. Mən isə qolumu bintlə bağlamalı olacağam. Xalq da deyəcək ki, görəsən bu qızın qoluna nə olub? Bir də sən bir şeyi başa düşmək 63
istəmirsən. Axı, mənim evdə atam-anam, qohum-qardaşım var. Bu tezliklə Kiyevə qayıtsam səbəbini soruşmazlar?
Bir şeyi bəhanə edərsən. Deyərsən ki, Kislovodsk şəhərinin havası mənə düşmədi. Xəstələndim. Daha mənim səninlə çənə-boğaz olmağa vaxtım yoxdur. De görüm, gedirsən, ya yox?
Lyudmila tələsik cavab verdi:
– Hirslənmə, dedim ki, gedirəm.
– Bax, belə. Sağlıqla qal, – deyə Yədulla Lyudmilanın əlini sıxdı.
Hələ də qolunu ovuşdurmaqda olan Lyudmila küsəyən tərzdə cavab verdi:
– Yaxşı, Yura, salamat get, ancaq de görüm sonralar mən səni harada tapım? Axı, sən mənə hədiyyə vermisən, xəcalətindən çıxmaq istəyirəm.
– Zəhmət çəkib məni axtarma, xanım qız. Ünvanını Rantikə ver, mən özüm gəlib səni taparam.
Yədulla dönüb bayaqdan bəri onu körpünün üstündə
gözləyən taksiyə tərəf addımladı. Ağəli avtomobildən boylanıb həsrətlə Lyudmilaya baxdığını görüb qaşqabağını salladı. Sürücünün yanında əyləşib hirslə dedi:
– Mineralnıye Vodıya sür.
Taksi gedən kimi Lyudmila Rantikə müraciət etdi:
– Bura bax, oğlan, mən, doğrudan, Kiyevə qayıtmalıyam?
– Bəli.
– Bəlkə mən getmədim. Axı mənim burada işim var.
– Belə olmaz. Lyudmilacan. Sən getməsən, o mənim dədəmi dalıma sarıyar.
– Sən Yuradan qorxursan?
64
– Bəli, qorxuram.
– Axı nə üçün? O zərgər, sən isə diş həkimi.
– Aramızda haqq-hesab var. O qızıl verir, mən də diş
salıram. Mən Yuranın sözünə baxmasam, məni sata bilər.
Lyudmilanın üzü dəyişdi. Bayaqkı artistlikdən əsər-əlamət qalmadı. O, ciddi surətdə dedi:
– Yalan deyirsən. Nə o zərgərdir, nə də sən diş həkimi. Hər ikiniz yalançı və fırıldaqçısınız. Elə Ağəli də sizin tayınızdır. Tez ol de görüm nə sənətin sahibisiniz? Yoxsa buradan bir addım belə atmaram. Mən əvvəl-axır, kiminlə
oturub-durduğumu bilməliyəm, ya yox? Yədulla mənə
demişdi ki, qazma ustasıdır. Sən isə gah mağaza müdiri, gah da zərgər kimi qələmə verirsən. Bunların hansı düzdür? Sənin özün də heç diş həkiminə oxşamırsan. Əminəm ki, sənin stomotologiya elmindən xəbərin belə yoxdur. De görüm sənətin nədir?
Lyudmilanın qəflətən hücumu Rantiki çaşdırdı. O nə
cavab verəcəyini bilmədi. Dili pəltək vura-vura dedi:
– Yaxşı, mən sənətimi sonra deyərəm.
– Bilirsən, Rantik, axı mən özüm də düz yuvanın qu-şu deyiləm. Düzünü bilmək istəsən, elə mən də oğru-fason adamam. Odur ki, mən sizin sənətinizi indi bilmək istəyirəm.
– Lyudmilacan, biz hər ikimiz…
– Hə, dayanma, de görüm siz hər ikiniz nə edirsiniz?
A…a… boğazın nə üçün qurudu. İstəyirsən dalısını mən deyim, elə hər ikiniz oğru, quldur və qumarbazsınız, eləmi?
Rantik başını aşağı salıb dinmədi. Lyudmila onun qoluna girdi. Daha sorğu-sual etmədən şəhərə tərəf addımladı. Onlar “Çayka” restoranında birgə nahar etdilər. Ran-65
tik Lyudmilanın ünvanını soruşub öyrəndi. Özü isə qızı azdırmaq üçün həm familyasını, həm də ünvanını yalan dedi.
Az sonra Rantik sərxoş oldu. Lyudmila isə beş dəqiqəliyə bayıra çıxdı. Qız restorandan birbaşa Kislovodsk şəhər milis idarəsinin cinayət-axtarış şöbəsinə gəldi. Bütün əhvalatı milis mayoruna danışdı. Yədulladan hədiyyə
olaraq aldığı qızıl üzüyü və yüz manatı da rəisə təhvil verdi. Fərəhlə dedi:
– Görürsünüz, yoldaş mayor, deyəsən, mən böyük bir quldur dəstəsini ifşa etmişəm. Bu hədiyyələrdən görünür ki, onlar yolkəsəndirlər.
Milis mayoru üzüyə diqqətlə baxıb dedi:
– Yoldaş Yesenko, bu üzük nə qızıl, nə də qaşı brilyantdır, saxtadır. Belə üzüklərin biri təzə pulla üç manata satılır. Yüz manat pul isə ciddi məsələdir. Gedək restorana, dediyiniz Rantiklə tanış olaq.
Otuz dəqiqə keçəndən sonra milis mayoru ilə Lyudmila restorana gəldilər. Ancaq Rantiki burada tapa bilmədilər. Görünür, Lyudmilanın itməsi cibgir Rantiki şübhəyə salmışdı. O, tez naharın pulunu verib buranı tərk etmişdi.
Ancaq vətənpərvər ukraynalı qız Lyudmila Yesenko-nun əməyi hədər getməmişdi. İki gün sonra bu quldur haqqında məlumat Bakı şəhər milis idarəsinə çatdırılmış-dı.
CƏSUR GÖZƏTÇİ
Yədullanın Bakıya gəlməsi münasibətilə Ağəli Dağüstü parkdakı “Dostluq” restoranında böyük bir ziyafət 66
təşkil etdi. Yədulla Ağəlinin dostlarına bir mühəndis ki-mi təqdim olundu. Onun Mahaçqaladan Bakıya ezamiyyətə gəldiyi elan edildi. Yədulla da borclu qalmadı. Ağəlinin dostlarını bir axşai “İnturist” də, bir dəfə isə Suraxa-nıdakı məşhur fabrik-mətbəxdə qonaq etdi. Dağıstanlı gənclərin də səxavətli olduğunu sübut etmək üçün araq-çaxırı sel kimi axıtdı.
Dördüncü gün onlar Ağəlinin lotereya biletinə düşmüş “Volqa” avtomobilini heç bir əziyyət çəkmədən Bakı sənaye malları ticarəti idarəsindən aldılar. Daha iki gün avtomobilin sənədlərini hazırlamağa sərf etdilər. Kislo-vodskidən qayıtdıqlarının yeddinci günü isə təzə maşina əyləşib şəhər bağlarını gəzməyə başladılar.
“Volqa” avtomobilini ələ keçirməkdə Yədullanın bir məqsədi vardı. O da Mərdəkanda yaşayan tələbə Aliyə
Heybətova idi. Aliyə Yədullanın çox xoşuna gəlirdi. Bu çatmaqaş, qaragöz, hündürboy, incəbel qız tez-tez Yədullanın yuxusuna girir, onu yerindən oynadırdı. Quldur bu qəşəng qızla evlənmək istəyirdi. Aliyənin isə Yədulladan zəhləsi gedirdi. Doğrusunu desək, o, Yədulladan bərk qorxurdu. Aliyə yaxşı bilirdi ki, Yədulla heç bir ictimai-faydalı əməklə məşğul olmur, vaxtını avaraçılıqla, ona-buna sataşmaqla keçirir, şübhəli adamlarla oturub-durur.
Yədulla Aliyəyə bir il bundan əvvəl Mərdəkan bağlarında rast gəlmişdi. O zaman Yədulla törətdiyi növbəti bir cinayətin izini itirmək üçün Mərdəkanda gizlənirdi. Aşıq-lar demişkən, bir könüldən min könülə Aliyəyə vurulan Yədulla qızı ələ keçirmək qərarına gəldi. O dərhal qızın dalına düşüb onu addım-addım izlədi, Lyudmila, Şmidt 67
adına maşınqayırma zavodu pioner düşərgəsinin yanındakı balaca evdə yaşadığını öyrəndi.
Aliyə Böyük Vətən müharibəsində İtkin düşmüş qazma ustası Səlim Heybətovun yeganə qızı idi. Onun anası Safurə xala isə Mərdəkandakı istirahət evində tibb bacısı vəzifəsində çalışırdı.
Yədulla ilk dəfə Mərdəkan bağlarında Aliyəyə rast gəldiyi vaxtdan başlayaraq, gah neft və kimya institutunun qabağında, gah şəhər elektrik qatarı stansiyasında, gah da Mərdəkanda qızın qabağını kəsib onu sevdiyini bildirirdi. Bir dəfə axşam Aliyə yenə institutdan evə qayıdarkən Mərdəkandakı elektrik qatarı stansiyasında Yədullaya rast gəldi. Yədulla irəli yeriyib salam verdi. Qız Yədullanın salamına cavab vermədən, ötüb keçmək istədi. Ancaq bu mümkün olmadı. Yədulla qızın qabağına keçib dedi:
– Aliyə xanım, dayan, sənə iki kəlmə sözüm var.
– Sənin mənə nə sözün ola bilər, – deyə Aliyə Yədullanı kənara itələyib yoluna davam etdi.
Yədulla da onun yanınca addımlamağa başladı. Bir qədər getdikdən sonra Yədulla dedi:
– Bilirsən, ay qız, mən səni sevirəm.
– Nə olsun ki?
– O olsun ki, biz gərək evlənək. Mən doğrudan səni istəyirəm.
– Mənim isə səni görməyə gözüm yoxdur.
– Axı nə üçün? Məgər mən pisəm? Aliyə istehza ilə
soruşdu:
– Nəyin yaxşıdır?
– Hər şeyim, evim, bağım, xasiyyətim, var-dövlətim.
Aliyə söhbətə birdəfəlik son qoymaq istədi: 68
– Mən hələ cavanam, ərə getmək haqqında düşünmü-rəm.
– Mən isə səndən əl çəkən deyiləm.
– Öz işindir, xahiş edirəm mənim qabağımı kəsmə.
Onsuz da kəmhövsələ olan Yədullanın səbri tükəndi.
O, Aliyənin sağ biləyindən yapışaraq onu özünə tərəf dartdı. Qolunu burub, hirslə dedi:
– Bura bax, nə artıq-əskik danışırsan. Mənə gəlirsən, yox? Yədullanın əlindən qurtarmağa can atan Aliyə nifrətlə üç dəfə təkrar etdi:
– Yox, yox, yox!
Hələ də Aliyənin əlini buraxmayan Yədulla qızın o biri qolunu da tutdu. Ağzını onun lap qulağına yaxınlaşdırıb hirslə dedi:
– Aliyə, qulaqlarını yaxşı-yaxşı aç, dediklərimi eşit.
Yadında saxla. Sən ancaq mənim olacaqsan. Ya mənim, ya da heç kimin. Bil ki, küçədə, ya başqa yerdə səni bir oğlanla görsəm, taleyindən küs. Səni də, oğlanı da öldürə-cəyəm.
Sonra Yədulla rəngi qar kimi ağarmış Aliyənin qollarını buraxıb geri qayıtdı.
Bu hadisədən sonra Aliyə qorxusundan xəstələnib yorğan-döşəyə düşdü və yalnız bir həftə yatdıqdan sonra özünə gəldi.
İndi həmin söhbətdən on bir ay keçirdi. Bir daha Yədullaya rast gəlməyən Aliyə yavaş-yavaş özünə gəlmiş, quldurun dəhşətli üzünü unutmuşdu. Aliyə yalnız hərdənbir təsadüfi Yədullanı yada salır, o dəqiqə qorxusundan tir-tir əsməyə başlayırdı. Aliyəni hər şeydən çox qorxudan tələbə yoldaşı Ramiz İbrahimov idi. Ramiz də neft və kimya institutunda oxuyurdu. İki gənc institutun bi-69
rinci kursunda bir-birinə məhəbbət bağlamış, özləri belə
hiss etmədən yaxın dost olmuşdular. Ramiz çox istiqanlı gənc idi. Ancaq bir az qısqancdı. Bu da Aliyəni çox istə-məsindən irəli gəlirdi. Aliyə yaxşı bilirdi ki, Ramiz bu məsələdən xəbər tutsa, mütləq Yədulla ilə dalaşacaq, ya ölə-cək, ya da qulduru öldürəcək. Buna görə də Aliyə Yədulla ilə olan söhbəti nə anasına, nə də Ramizə danışmışdı.
Ancaq Aliyə bilmirdi ki, bütün bu on bir ay ərzində
daim onu güdən, hər bir hərəkətinə göz qoyan adamlar vardır. Axı, Yədulla öz dediyindən əl çəkməmiş, Aliyəyə
sahib olmaq məqsədi üçün müxtəlif hiylələr işlətməyə
başlamışdı. Əgər bütün bu on bir ay ərzində bir nəfər Aliyəyə yaxınlaşıb küçədəki dilənçinin, yaxud Mərdəkan stansiyasında duran qəşəng qadının (yəni Klaranın) Yədullanın tapşırığı ilə onu güddüklərini desəydi, qız ona inanmazdı. Halbuki bu doğrudan da belə idi.
Son günlər nədənsə Yədulla yenə tez-tez Aliyənin yadına düşürdü. Tələbə qız hiss edirdi ki, gec-tez Yədulla ilə
rastlaşacaq və bu görüş yaxşı nəticə verməyəcək. Aliyənin anası bir ay idi ki, xəstəxanada yatırdı, Ramiz isə “Bure-vestnik” Könüllü İdman Cəmiyyəti Mərkəzi Şurasının birinciliyi uğrunda keçirilən voleybol yarışlarında iştirak etmək üçün bir həftəliyə Krasnodar şəhərinə getmişdi.
Evdə tək qalan Aliyə bərk qorxuya düşmüşdü. Gecələr Aliyə qapıları bərk-bərk bağlayır, paltarını soyunmadan çarpayıya uzanır, gecədən xeyli keçmişə qədər gözlərini bir nöqtəyə zilləyərək düşünür, yalnız səhərə yaxın onu yuxu aparırdı.
Aliyənin təşvişə düşməsi səbəbsiz deyildi. Son günlər o hiss etmişdi ki, kimsə onu addım-addım izləyir. Lakin onu izləyənin qadın olduğunu görüb, bir az sakitləşmişdi.
70
Ancaq o bilmirdi ki, bir gün bundan əvvəl Ağəli ilə birlikdə Kislovodsk şəhərindən Bakıya qayıdan Yədulla Aliyəni qaçırmaq üçün xüsusi plan cızmış, hətta şəhərin kənarında, Şüvəlan bağlarında qızı saxlamaq üçün gizlin bir yer də hazırlamışdır. Buna görə də Bakıya gələn gündən bəri Yədulla Aliyənin üzərində nəzarəti daha da güclən-dirmişdi. İndi Yədullanın adamları Aliyəni bir dəqiqə
belə gözdən qoymur, onun hər bir addımını izləyir, qızın hara getməsi, kiminlə oturub-durması haqqında daim yaxınlıqda olan quldura məlumat verirdilər. Yədullanın özü isə Aliyənin gözlərinə görünmür, onu qaçırmaq üçün fürsət axtarırdı. Yədullaya elə gəlirdi ki, Aliyəni qaçır-dıqdan və namusuna təcavüz etdikdən sonra qız, məcburiyyət qarşısında qalıb quldurun arvadı olacaq.
Xeyli fikirləşəndən sonra bir gün Yədulla Ağəliyə
tapşırdı ki, gecə saat üçdə avtomobili Mərdəkana, Ağəli-gilin dalanına sürsün. Özü isə axşamdan buraya gəlib, yaxınlıqdakı bağda gizləndi. Gecə qaranlığında Yədulla almazla pəncərənin şüşəsini kəsib, pişik kimi pusa-pusa otağa girdi. Arxası üstə çarpayıda uzanan və şirin yuxuya gedən Aliyəyə yaxınlaşdı. Qəflətən onun ağzını tutdu, ip-lə əl-ayağını sarıdı, qışqırmaması üçün ağzına əski sarıdı.
Sonra Yədulla qonşular duyuq düşməsin deyə yorğan-döşəyi yığışdırdı, pəncərəni bağladı. Qapını səliqə ilə
qıfıllayıb qızı çiyninə aldı. Yədullanın əlaltıları hər şeyin öz qaydasında olduğunu görüb dərhal buranı tərk etdilər.
Yədulla qızı Ağəlinin “Volqa”sına mindirib Şüvəlana –
Əndarli stansiyasındakı bağlara gətirdi. Yədulla Aliyəni qucağına alıb maşından düşürdü, tikanlı məftillə hasar-lanmış bağın içindəki birmərtəbəli evə apardı, sonra bayıra çıxıb Ağəliyə dedi:
71
– Sən get. Şestoylar 5 avtomobilin izini tutub buraya gələ bilərlər. Mən istəmirəm ki, bu qəşənglikdə maşın əlimizdən çıxsın. Sənin kimi yaxşı bir dostu da itirmək istəmirəm. Sən arxayın get. Yədulla adam satan deyil. Məni dar ağacından assalar belə qızı səninlə qaçırdığımı heç ki-mə deməyəcəyəm.
Yədulla əlini uzadıb Ağəli ilə xudahafizləşdi. Alma alverçisi dostunun əlini bir qədər saxlayıb soruşdu:
– “Tapança”, bu qızı nə etmək fikrindəsən? Yədulla suala-sual ilə cavab verdi:
– Bu səni nə üçün maraqlandırır?
– Acıqlanma, Yədulla? Mən səni özümə dost bilirəm.
Bir yerdə olduğumuz günlər sənin xasiyyətinə bələd olmuşam. Sənin tündməcaz, kəmhövsələ adam olduğunu öyrənmişəm. Çalış ki, əlindən xata çıxmasın.
– Sən nə danışırsan, Ağəli, mən bu tərs qızı tərsi sevirəm. Mən onunla evlənmək fikrindəyəm.
– Bəlkə qız sənə gəlmədi?
– Gələr, Ağəli, gələr. Ən çətini onunla yaxın olmaq-dır. Sonra biabır olmamaq üçün özü mənə yalvaracaq.
– Hər halda ehtiyatlı ol.
– Xoş getdin, maşından muğayat ol…
– Xatircəm ol, Yədulla. Mən “Volqa”nı göz bəbəyi ki-mi qoruyacağam.
– Dayan, daha bir sözüm var, – deyə Yədulla Ağəlinin qarşısını saxladı.
– Əgər işdir tutulsam, yaxud başıma bir qəza gəlsə, mənim adımdan Rantik sənin yanına gələcək. Yadından 5 Milis işçilərinə işarədir.
72
çıxarma ki, onun hər bir sözü mənim əmrim deməkdir.
canla-başla yerinə yetirərsən. Əks-təqdirdə…
– Gözlərim üstə.
– Gözlərin var olsun.
Ağəli gedəndən sonra Yədulla otağa qayıtdı, Aliyənin əl-qolunu açdı. Ağzından dəsmalı çıxartdı. İstehza ilə
soruşdu:
– Hə, necəsən Aliyə xanım, indi de görüm mənə gə-ləcəksənmi?
– Heç bir vaxt, alçaq, – deyə Aliyə ayağa qalxıb Yədullanın üzünə tüpürdü. Sağ əli ilə ona bir sillə vurdu.
Hirs Yədullanın başına vurdu. O papağını yerə çır-pıb, alıcı quş kimi Aliyənin üstünə cumdu. Yazıq qız ucadan qışqırdı.
***
Bakı bağ təsərrüfatı trestinin qocaman işçilərindən biri olan Mirzə Məlik bağların gözətçisi vəzifəsini çox gözəl yerinə yetirirdi. Mirzə Məlik bağ gözətçiliyinə Vətən müharibəsindən sonra başlamışdı. O, müharibədə bir gözünü itirmiş və sağ qıçından şikəst olmuşdu. Yay aylarında Mirzə Məlik adi zəhmətkeşlər kimi işləyir, normal istirahət edirdi. Payız, qış və yaz fəsillərində isə o, gündüzlər yatır, gecələr bağlara göz olurdu.
Bu gün də belə idi. Gecəyarısından xeyli keçməsinə
baxmayaraq Mirzə Məlik hələ bağlardan evə qayıtmamışdı. Gecə sakit və qaranlıqdı. Göz-gözü görmürdü. Birdən gecə qaranlığını “Volqa” avtomobilinin işıqları yardı. Avtomobil gözətçinin lap yaxınlığından ötüb keçdi.
– Xeyir ola? Görəsən, gecənin bu qaranlığında bağlara gələn kimdir? – deyə Mirzə Məlik çiynindəki ov tü-fəngini düzəldib maşının dalına düşdü. Evlərinin yanın-73
dan keçərkən oğlu Mirzə Qalibi yatağından qaldırdı, –
tez ol geyin, ardımca gəl, – dedi.
Avtomobil yaxınlıqda, professor Cəbrayılovun bağı-nın qarşısında dayandı. Mirzə Məlik yaxşı blirdi ki, bəzən gənclər bağların boş olmasından istifadə edərək, belə yerlərdə kef məclisi düzəltmək üçün tez-tez buralara gəlirlər.
Ancaq bu təzə avtomobilin gecə qaranlığında buraya gəlməsi Mirzə Məliki çox şübhələndirmişdi. Qoca gözətçi bir az gecikdiyindən Aliyənin avtomobildən çıxarılıb içəri aparılmasını görmədi. Ancaq Yədulla ilə Ağəlinin söhbətini eşitdi. Buna görə də o, tezliklə yanına gələn Mirzə Qa-libə dedi: “Oğlum, tez ol, uşaq bağçasına qaç. Telefonla milisə zəng et, qoy tez gəlsinlər”.
Oğlu getdikdən sonra Mirzə Məlik daha bir qədər irəliləyib, bağın qabağındakı iri əncir ağacının dalında gizləndi. Gözətçi bu tərəflərdə yaşayanların hamısını yaxşı tanıyırdı. Professorun oğlu Əjdərin də “Volqa” maşını vardı. Ancaq bu iki nəfərin heç biri Əjdərə oxşamırdı. Bu zaman gözətçi Yədulla ilə Ağəlinin son söhbətini aydın eşitdi. Az sonra gənclərdən biri “Volqa”ya əyləşib getdi.
Mirzə Məlik isə Yədullanın evə girməsindən istifadə edib bağa gəldi, qapının yanında durub gözlədi. Elə bu zaman içəridən Aliyənin qışqırtısı eşidildi. Mirzə Məlik ayağı ilə
qapıya bir təpik vurdu. Qapılar taybatay açıldı. Qoca bağban içəri girib qoşalülə ilə Yədullanı nişan aldı. Ucadan hirslə dedi:
Köpək oğlu, əllərini qaldır, yoxsa qarnını odlaram.
Bir sıçrayışla Aliyənin üstündən qalxan Yədulla qoca gözətçini hirslə süzdü. Əlini cibinə salıb tapançasını çıxarmaq istədi. O dəqiqə güllə səsi eşidildi. Mirzə Məlik qoşa-74
lülədəki güllələrdən birini quldurun başı üstündə havaya buraxıb əmredici tərzdə dedi:
– Adə, sənə demirəm əllərini qaldır?
Bu dəlisov qocanın onu öldürəcəyindən qorxan Yədulla itaətlə hər iki əlini yuxarı qaldırdı. Mirzə Məlik quldurun iyrənc və dəhşətli üzünü görüb bir az qorxuya düşdü. Dərhal tədbir görməyi qərara aldı. Üzünü qıza tutub dedi:
– Ay qız, bekar dayanma, tez ol, onun cibindəki tapançanı çıxart.
Hünərinə özü də heyran qalan Aliyə dərhal əlini Yədullanın cibinə saldı, tapançanı çıxardıb Mirzə Məlikə
uzatdı:
– Qoy səndə qalsın. Əgər bu köpək oğlu hiylə işlətsə, gülləni başına çax.
Sonra Mirzə Məlik Yədullaya əmr etdi:
– Haydı, düş qabağıma, yadından çıxartma ki, Mirzə
Məlik zarafat-zad sevən adam deyil, qaçmaq istəsən özünü ölmüş bil.
Beləliklə, Mirzə Məliklə Aliyə Yədullanı qabaqlarına salaraq stansiyaya tərəf addımlamağa başladılar. Yədulla qapıdan çıxarkən öz-özünə dedi: “Kül başına “Tapança”, gör səni kim tutdu”.
Bu sözləri eşidən Mirzə Məlik ucadan soruşdu:
– Adə, axmağın biri axmaq, nə mızıldayırsan? Yədulla nə isə fikirləşib cavab verdi:
– Deyirəm ki, dayı, gəl sən məni balalarının başına çevir, burax çıxım gedim, bir də belə qələt eləmərəm.
– Artıq-əskik danışma. Yolunla get. Yədulla yalvar-mağa başladı:
75
– Dayı, gəl sən məni burax, peşman olmazsan. Mirzə
Məlik hiylə işlətməyi qərara alıb soruşdu:
– Buraxsam nə edərsən?
– Mən səni dövlətləndirərəm.
– Necə?
– Məni burax, elə bu dəqiqə sənə min manat verim.
– Adə səndə min manat nə gəzir?
– Düz deyirsən, dayı, yanımda pul yoxdur, ancaq qızıl verərəm.
– Qızıl?! Hanı, göstər görüm.
– Ağacın altında basdırmışam.
– Hansı ağacın altında?
Onu demərəm, əvvəlcə qızı yola sal, qoy getsin, sonra mən basdırdığım qızılı çıxardıb on dənəsini sənin ovcuna sayaram.
Mirzə Məlik elə düşündü ki, Yədulla hiylə işlədib onu təkləmək istəyir. Buna görə ucadan dedi:
– Adə, mənə rüşvət təklif edirsən? Vay, sənin zatuva lənət, nə haramzadə adam imişsən. Daha danışma, yoxsa hirs başıma vurar, əlimdən xata çıxar.
Bu zaman Aliyə irəli yeriyib, qətiyyətlə dedi:
– Əmi, görürəm ki, namuslu adamsınız. Əgər siz bu qulduru buraxsaydınız, mən mütləq onu vuracaqdım.
Bir neçə dəqiqə keçdikdən sonra, Mirzə Qalibin mü-şayiəti ilə bura milis işçiləri gəldilər. Onlara Bakı milis idarəsi cinayət-axtarış şöbəsinin baş müvəkkili kapitan Əli Rəsulov başçılıq edirdi. O Yədullanı görcək tanıdı. İstehza ilə dedi:
– Necəsən, “Tapança”, axır ki, ələ keçdin, hə? Yədulla dişlərini qıcırdıb hirslə cavab verdi:
76
– Çox sevinmə, kapitan. Dəfələrlə qaçmışam. Yenə də
qaçacağam.
– Baxaq görək, sən bunu necə edəcəksən?
– Görərik.
Kapitan Rəsulov daha quldura əhəmiyyət vermədən Mirzə Məlikə müraciət etdi:
– Sağ olun dayı, bizə yaxşı kömək etdiniz!
– Bu mənim vətəndaşlıq borcumdur, yoldaş kapitan, axı mən drujinaçıyam.
– Belə deyin. Afərin!
– Dəyməz.
– Sağlıqla qalın. Sabah səhər milis idarəsinə gəlin, söhbət edərik.
– Baş üstə, gələrəm.
Kapitan Rəsulov milis işçilərinə Yədullanı aparmağı tapşırdı. Özü isə Aliyəni maşına mindirib evlərinə gətirdi.
YƏDULLA QAÇIR
Son günlər Rantikin sevincinin həddi-hüdudu yox idi. Yədulla tutulan gündən bəri asudə nəfəs almağa başlayan Rantik vaxtını restoranlarda, kef məclislərində keçirirdi. Axı, son vaxtlar Yədulla onu bir gün belə rahat buraxmır, bir-birindən daha çətin və qorxulu tapşırıqlar verirdi. Rantik yaxşı bilirdi ki, iştirakçısı olduğu bu cinayətlərin hər biri üçün o, ağır cəza ala bilər. Buna baxmayaraq Rantik qorxudan Yədullanın hər bir tapşırığını dürüst yerinə yetirməyə çalışırdı. İndi Yədullanın tutulması onu bir növ sərbəst etmişdi. Elə bil ki, Rantikin çiyinləri üzərindən böyük bir yük götürülmüşdü.
77
Kislovodsk şəhərindən Bakıya qayıdandan sonra Yədullanın Rantikdə altı min manata qədər pulu qalmışdı.
Yədulla tutulan günün sabahı Rantik bu pulların sayını daha da artırdı. O, Yədullanın kölgəsində dolanaraq bir sıra kiçik cinayətlərlə məşğul olan oğru, fırıldaqçı və cib-girləri bir-bir gəzdi. O hamıya deyirdi ki, pulları Yədullanı qurtarmaq üçün yığırdı. Rantik bu pulları götürüb, təzədən Kislovodsk şəhərinə kefə getmək istəyirdi.
Bu günlər hərdənbir Rantik Klaranı da yadına salırdı. İş burasındadır ki, qız Rantikə böyük təsir bağışlamışdı. Nədənsə o, Klaranı yaddan çıxara bilmir, tez-tez onun cazibədar üzünü, iri qara gözlərini və incə belini xatırlayırdı. Doğrudur, Rantik özlüyündə Klaranı neçə dəfə təh-qiredici, ağır sözlərlə söymüşdü. Axı, Rantiki Yədulla ilə
tanış edən, onu bu quldurun toruna salan Klara olmuşdu.
Buna baxmayaraq o, Klara ilə görüşmək, bu qaragözlü qızın məşuqu olmaq istəyirdi.
Dustaqxanadan gələndən bəri Rantik Klaranı cəmi-cümlətanı iki dəfə görmüşdü. Lakin hər iki dəfə Yədulla yaxınlıqda olduğundan Rantik qızla danışa bilməmiş, ona yalnız salam verməklə kifayətlənmişdi. İndi isə o, mütləq Klaranı axtarıb tapmaq fikrində idi. Ancaq iş əksinə oldu.
Bir axşam Rantik deyil, Klaranın özü onu axtarıb tapdı.
Rantik iki qızla vağzaldakı restorandan küçəyə çıxarkən Klaranın səkidə durub nifrətlə ona baxdığını gördü.
Əvvəlcə Rantik özünü itirdi, nə edəcəyini bilmədi. Lakin Klaranın özü Rantiki bu vəziyyətdən çıxartdı. O, Rantikin yanına gəlib üzünün ifadəsini dəyişdi. Gülə-gülə salam verib ədəblə dedi:
– Cavan oğlan, sizi iki dəqiqəliyə narahat etmək olarmı?
78
Rantik qızlardan üzr istəyib aralandı. Onlar bir kənara çəkilən kimi Klaranın üzü yenə də ciddiləşdi. O, kinayə
ilə soruşdu:
– Bura bax, Rantik, deyəsən, xoşbəxt bir hadisə üz verib, gecə-gündüz kef edirsən.
– Kim deyir ki, mən kef edirəm?
– Mən! Məgər sən hər gün sərxoşluq etmirsən?
– Mən dərddən, fikirdən içirəm, Klara.
– Bəh-bəh, özü də cavan qızlarla, hə?
– Bunun mətləbə dəxli yoxdur. Mən doğrudan da, Yədullanın dərdindən içirəm.
– Yalan deyirsən, məlun.
– Yalan danışdığımı nədən bilirsən?
– Hərəkətlərindən.
– Hansı hərəkətlərimdən?
– Yədullanın adına camaatdan pul yığmağından.
Sonra bu pulları restoranlarda xərcləməyindən. Yədullanı isə yadından çıxarmağından.
– Mən onu yaddan çıxarmamışam. Həmişə onu düşünürəm.
– Əcəb düşünürsən? Onun adına azı altı min pul yığ-mısan, ancaq bir dəfə də ona xörək göndərməmisən.
– Mən onu qurtarmağa çalışıram.
– Restoranlarda gəzməkləmi?
– Mən restoranlarda milis işçilərindən dost axtarıram.
– Yenə yalan deyirsən, Rantik. Bu saat qızları rədd et.
Səninlə işim var.
Yədullanın uzaqda olduğunu, Klaranın harayına gəl-məyəcəyini bilən Rantik hücuma keçdi:
– Əgər düzünü bilmək istəyirsən, mən sənin dərdindən içirəm.
79
– Mənim dərdimdən niyə içirsən?
– Çünki mən səni sevirəm. Sən isə mənə məhəl qoy-mursan.
– Allah səni vurmuşdu, axmaq. Sənin kimilərn mini qurban olsun Yədullanın bir atılan dırnağına. Sən mənə iş
üçün lazımsan. Bu dəqiqə qızları rədd et, məni cin atına mindirmə.
Yədullanın intiqamından qorxan Rantik dərhal yumşaldı. Qızları elə oradaca qoyub Klaranın yanına gəldi.
Onlar gəzə-gəzə dənizkənarı parka gəlib çıxdılar. Bir skamya seçib əyləşdilər. Klara dedi:
– Rantik, Yədulla salam göndərib. Sənin hərəkətlərindən də bərk narazıdır. O qaçmaq istəyir. Kömək lazımdır.
– Mən ona necə kömək edə bilərəm?
– Bilmirsən?
– Xeyr.
– Qulaq as, Rantik, mən səni başa salaram. Yədulla istəyir ki, – deyə Klara ətrafını diqqətlə nəzərdən keçirdi, yaxınlıqda adam olmadığını görüb pıçıltı ilə danışmağa başladı…
***
Milis orqanlarında təsadüfi işə götürülən Salman Niftəliyev belə bir çürük fikir yürüdür ki, vəzifələr mü-vəqqətidir. Buna görə də hər bir adam öz məqsədləri üçün vəzifəsindən mümkün qədər çox istifadə etməli, varlanmağa çalışmalıdır. Salman Niftəliyev dediyi kimi də edirdi. O, restoranlara getdikdə xörəkpaylayan qadınlara hərbə-qadağa gələrək yediyinin pulunu vermir, kolxoz bazarlarına gəldikdə alverçiləri qorxudaraq pulsuz azuqə alıb evinə daşıyırdı. Bir cümlə ilə desək, serjant Nif-80
təliyev milis işçisi adını hər yerdə, hər addımda ləkələ-yirdi.
Salman vəzifəsindən çox razı idi. O, Bayıl həbsxana-sından dustaqları məhkəməyə gətirir, işlərinə baxılana-dək onlara gözətçi olur, sonra isə dustaqxanaya aparırdı.
Qanuna görə məsuliyyətə cəlb olunanların heç kimlə görüşməyə ixtiyarı yox idi. Axı, onlar şahidlərlə görüşüb dil tapar, özlərini necə aparmaq lazım gəldiyini öyrənər və
beləliklə, məhkəmədə öz ifadələrini dəyişib prokurorluğun bütün əməyini heçə çıxara bilərdilər. Bu qaydanı Salman Niftəliyev yaxşı bilirdi. Buna baxmayaraq, o, bu qaydanın pozulmasına yol verirdi. Salman tez-tez dustaqların qohumları, tanışları ilə görüşlərini təşkil edir, gizlincə onlara müxtəlif məktublar ötürür, bəzən bunlar mümkün olmadıqda, ona tapşırılan sözləri gedib dustaqlara xəbər verir, “belə etmə, elə et” deyirdi. Bunların əvə-zində Salmanı tez-tez qonaq edir, sərxoş olana qədər içi-rirdilər.
Yədulla mühakimə olunacaq günün axşamı evdə
oturub pivə içən zaman Niftəliyevi kimsə küçədən səslədi:
– Salman əmi, ay Salman əmi. Niftəliyev pəncərədən boylanıb soruşdu:
– Ə, kimdir o?
– Salman əmi, bayıra çıx, səninlə işimiz var. Niftəliyev “Sovet” küçəsində təzə hamamın qabağında olurdu.
O, pencəyini çiyninə salıb küçə qapısına çıxdı. Qapıda Niftəliyevin tanımadığı bir gənc durmuşdu. Bu, Rantik Nalbaldyan idi. O, ətrafına baxaraq, yaxınlıqda heç kimin olmadığını görüb Niftəliyevin qulağına pıçıldadı: 81
– Salman əmi, qadan alım, qapına gəlmişəm, qovma.
Sənə bir işim düşüb.
– Oğlan, sən kimsən? Mən tanımadığım adamla alış-veriş etməyə öyrənməmişəm.
– Salman əmi, gəl küçədə danışmayaq, qonağam, icazə ver, evinə girim, peşman olmazsan.
“Peşman olmazsan” sözlərini eşidən Salman qulaqlarını şəklədi:
– Qonaq allah qonağıdır. Gəl görək nə işin var? – de-yə Rantiki evinə dəvət etdi.
Onlar içəri otağa keçib əyləşdilər. Salman arvadına çay qoymağı tapşırıb qapını örtdü, sualedici nəzərlə Rantikə baxdı.
– Kimsən, nə istəyirsən?
– Adım Surendir, Salman əmi, dostumu tutublar.
– Əcəb eləyiblər, özünü düz aparsın.
– Nə edim, bir xatadır, əlindən çıxıb.
– Axı, nə edib, ey?
–Heç.
– Yenə də olsun?
– Bir qızla gəzməyə gedib.
– Deməli, zorlama məsələsidir?
– Xeyr, əşi, elə şey-zad olmayıb. Prosto qız qaçırdıb.
– Yaxşı, bunun mənə nə dəxli.
– Deyirdim, bəlkə kömək edəsən.
– Dostun kimdir?
– Yədulla Balaqardaş oğlu. Mənimçün doğma qardaş-dan da artıqdır.
– Mən neyləyim, ay allahın yazığı, prokuror deyiləm ki, qardaşını buraxım.
82
– Elə demə, Salman əmi, əgər sən istəsən, dostuma yaxşı kömək edərsən, elə bil ki, ölmüşəm, yerdən götür.
– Mən ona necə kömək edə bilərəm?
– Sabah onun məhkəməsidir. Biz ona xörək vermək istəyirik.
– Yox, qardaş, bu cinayətdir, mənim balalarım var.
Mən belə işə girişə bilmərəm.
– Salman əmi, mən tavan altında qalan oğlanlardan deyiləm.
– Yox, qardaş. Xahiş edirəm mənim balalarımın çörə-yinə bais olma. Bu işin üstü açılsa, məni nəinki işdən bayıra atarlar, hətta özümü tutub, dustaqxanaya salarlar.
Onda mənim balalarımı kim saxlar?
– Eh, rəhmətliyin oğlu, kim biləcək.
– Baxma, bizə də göz qoyurlar.
– Qorxma, Salman əmi, xəcalətindən yaxşıca çıxaram.
– Sən mənim xəcalətimdən necə çıxa bilərsən?
– Sizə bir yaxşı qonaqlıq verərəm.
– Əgər təmiz xörək olacaqsa, mən razıyam.
– Xörəkdən başqa daha nə ola bilər?
– Nə bilim, müxtəlif zir-zibil.
– Salman dayı, sən zir-zibil nəyi deyirsən?
– Bəzi adamlar dustaqlara xörəklə birlikdə başqa şeylər də vermək istəyirlər. Məsələn, araq, çaxır, anaşa, məktub, adını da qoyurlar zir-zibil.
– Xeyir, Salman əmi, bizim xörəkdə zir-zibil olmaya-caq. Biz Yədullaya iri bir təndir çörəyi vermək istəyirik.
– Bəs çörəyin içində nə olacaq?
– Heç nə.
– Yalan deyirsən.
– Kilsə haqqı düz deyirəm.
83
– Atam-atam, mən razı. Mən həmin çörəyi parça-parça kəsərəm. İçində heç nə olmasa verərəm.
– Çörəyi bütöv vermək lazımdır, Salman əmi.
– Yox, qardaş, məni bu işdən çıx.
Rantik milis serjantını şirnikləşdirmək istəyib dedi:
– Salman əmi, bir qonaqlıq da sabah məhkəmə zamanı verərəm.
– Sən nə danışırsan? Axı mənim köməkçilərim də
var. Onları da qonaq etmək lazımdır.
– Mən razı.
– Allah xeyr versin, – deyə Salman razılıq verib Rantiki yola saldı.
Rantik küçə qapısına çıxanda dedi:
– Bir xahişim də var, Salman əmi.
– Buyur.
– Gərək bu məsələni heç kim bilməsin.
– Arxayın ol. Mən özüm səndən çox ehtiyat edirəm.
Ertəsi gün məhkəmədən əvvəl Rantik Salman Niftəliyevi qonaq elədi. Araq düşgünü olan Salman bilmədi ki, bu zaman Klara pəncərədən Yədullaya bir təndir çörəyi və üç yüz manat pul vermişdir. O, çörəyi kəsib dustaq yoldaşları ilə yedi, çörəyin içindəki fin bıçağını isə qoltu-ğunda gizlətdi.
Yədullanı Bayıl həbsxanasında çox saxlamadılar.
Məhkəmədən on gün sonra onu Keşlə həbsxanasına gön-dərdilər. Daha bir həftə sonra Arxangelsk vilayətinə yola saldılar. Bakı həbsxanalarında olan zaman Yədulla bıçağı gizlətmək üçün çox hiylə işlətdi, bir sıra fırıldaqlara əl atdı. Bütün bunların nəticəsində o, bıçağı dustaq vaqonu-na gətirib çıxara bildi. Vaqonda Yədulladan başqa daha iyirmi doqquz dustaq var idi. Dəstə düzəltməyi, hə-84
də-qorxu ilə hamının gözünün odunu alıb, dəstəbaşı olmağı bacaran Yədulla burada da dustaqların hökmranı ol-du. Yolun ikinci gününün axşamı o, bıçağı işə salıb döşəmənin iki taxtasını çıxartdı. Axşam qatar Rostov vilayə-tinin Kuşşovka stansiyasında dayanarkən vaqondan sürü-şüb düşdü. O dəqiqə Yədullanı tanıyan dustaqlardan biri taxtaları yerinə qoydu. Yədulla dərhal şpalların üstünə
uzandı.
Yədulla yalnız qatar yola düşəndən sonra ayağa qalxdı və özünü yaxınlıqdakı meşəyə verdi. Yədulla Rostov yolu ilə çox gedib gəlmişdi. Bu tərəflərdə hər bir kolu, hər bir cığırı tanıyırdı. Kuşşovkadan Rostova çatmaq üçün ya qatar minmək, ya da Novo-Bataysk, Samarskoye və Alek-sandrovna kəndlərini, habelə Bataysk şəhərini keçəmək lazımdı. Bu çox qorxulu və təhlükəli yol idi. Yədullanı hər addımda saxlayıb pasport tələb edə bilərdilər. Ən çətini Rostova çatmaq idi. Yədullanın Rostovda tanış-bilişi çox idi. O, dostlarından birinin evində daldalanmağı, sonra kəndlərin birində qalmağı qərara almışdı. Əlbəttə, Yədullanın pulu olmasaydı, bəlkə də o, sağ-salamat Rostova gəlib çıxa bilməzdi. Məhkəmədən sonra Klara Salman Niftəliyevin köməyi ilə ona üç yüz manat ötürə bilmişdi. Yədulla bu pulları sağ ayaq-qabısının içində gizlətmişdi. O, çəkməsini çıxardıb pulları götürdü, pencəyinin cibinə
qoydu. Yədulla Rostova qədər olan altmış kilometrlik yo-lu da hiylə ilə keçməyi qət edib meşədən çıxdı. Kuşşovka qəsəbəsinə gəlib avtobus stan-siyasına çatdı, qarşısına çıxan ilk taksiyə əyləşdi. Sürücü soruşdu:
– Hara gedəcəyik?
– Əzizim, sən Qrişa Dosenkonk tanıyırsanmı?
– Xeyir, o kimdir?
85
– Novo-Bataysk kəndində olur.
Sürücü Yədullanın geyimini şübhə ilə nəzərdən ke-çirdib dedi:
– Qardaş, maşından düş, şəhərdə səni hara istəsən apararam. Mən gecə vaxtı tanımadığım adamla kənd yoluna çıxa bilmərəm.
– Qorxma, dostum, mən soyğunçu deyiləm, inşaatçı-yam, tələsməsəydim, gecə vaxtı mən özüm belə avtomobilə minməzdim. Al, bu da sənin yol xərcin, – deyə Yədulla, sürücüyə bir onluq uzatdı. – Ancaq xahiş edirəm, mə-ni yubandırma, atam ağır xəstədir.
Yədulla yolda sürücü ilə danışmamaq və sorğu-suallarına cavab verməmək üçün bir küncə qısıldı və dərhal xoruldamağa başladı. Ancaq bu hiylə idi. Yədulla kiprik-lərinin altından sürücüyə baxır, onun hər hərəkətinə göz qoyur, hərdən cibindəki fin bıçağının dəstəyini əli ilə
bərk-bərk sıxırdı. Darıxdığı üçün sürücü yolda iki-üç dəfə
Yədullanı səslədi. Ancaq sərnişinin şirin yuxuda olduğunu görüb onu rahat buraxdı.
Sürücü Yədullanı bir də Novo-Bataysk kəndinə çatanda çağırdı.
– Ay qardaş, dur, çatdıq. De görüm hara sürüm? Qri-qorii Dosenko harada olur?
Yədulla yuxudan təzə duran adamlar kimi gərnəşdi.
Əlləri ilə gözlərini sildi. Gözdən pərdə asmaq üçün üç-dörd dəfə sürücüyə gah “sağa” sür, gah da “sola dön” de-yə əmr verdi. Sonra avtomobili tindəki evin qarşısında saxlatdırdı. Yədulla maşından düşüb çəpərə yaxınlaşdı.
İki dəfə dalbadal ucadan qışqırdı: “Qrişa, ay Qrişa!”.
86
Sürücü xudahafizləşib getdi. Yədulla onun kənddən uzaqlaşdığını yəqin edəndən sonra qaranlığa tərəf addımladı.
Bu qayda ilə Yədulla Novo-Bataysk kəndindən Samarskoye kəndinə keçdi, oradan Aleksandrovska qəsəbəsinə, daha sonra Bataysk şəhərinə, nəhayət, Rostovu Batayskdan ayıran Don çayının sahilinə gəlib çıxdı. Burada Yədullanın bədəninə üşütmə düşdü. Uzunluğu bir ki-lometrdən artıq olan körpünün qabağında milis işçiləri dayanmışdılar. O, qorxuya düşüb yolunu dəyişdi. Sağa dönərək, sahil boyunca uzanan cığırla addımlamağa başladı. İki-üç kilometr getdikdən sonra, bir oğlanın sahilə
yaxın qayıqda əyləşərək ay işığında balıq tutduğunu gördü.
Yədulla əvvəlcə oğlanı öldürüb qayığa yiyələnməyi qərara aldı. Sonra “Bu ehtiyatsızlıq olar” deyə özünü sərxoşluğa vurdu, ağlına gələn ilk rus xalq mahnısını oxuya-oxuya balıqçıya yaxınlaşdı, dili pəltək vura-vura dedi:
– Uğur olsun, oğlan.
– Sağ ol, əmican.
– Ovun çoxdurmu?
– Həmişə yaxşı olurdu. Bu gün isə cəmi iki balıq tutmuşam.
– Oğlan, mən adaxlıbazlıqdan gəlirəm, qorxuram səhər işə gecikəm, məni o taya apar.
– Əvəzinə nə verərsən?
– Nə istəsən.
– İki yüz qramın pulunu verərsən?
– Lap yarım litrin pulunu verərəm. Al, bu da sənin pulun, – deyə Yədulla oğlana bir göy üçlük uzatdı.
87
Oğlan dinməz-söyləməz qayığı sahilə tərəf sürdü.
Pulu alıb cibinə qoydu. Yədulla qayığa minən kimi avar-ları işə saldı. Yədulla sakit Donun axar sularına tamaşa edə-edə öz-özündən soruşdu: “Görəsən vaqondan qaçma-ğımdan xəbər tutublarmı? İnanmıram, hələ tezdir. Hər ehtimala qarşı ehtiyatlı olmalıyam. Gecəyarısı qayıqla Rostova yaxınlaşmaq şübhəli görünməzmi? Sahildə qabağıma milis çıxıb, kim olduğumu soruşsa, nə cavab verərəm? Yox, yox, Rostova getmək olmaz. Oğlanı bişirib qayığı başqa yerə sürdürmək lazımdır. Sözümə baxmasa mən onu öldürüb çaya atmalı və mütləq qayığa yiyələn-məliyəm. Çünki dala qayıtmaq olmaz. Bu hamını şübhə-ləndirər. Dala yol yoxdur. İrəli, ancaq irəli!”.
Belə mülahizədən sonra Yədulla yenə şirin dilini işə
saldı:
– Oğlan, allahdan gizli deyil, bəndədən nə gizli. Sən özün yaxşı bilirsən ki, səhərə yaxın mən bu kökdə evə qayıtsam, arvad məni evdən mütləq qovacaq. Yaxşısı budur ki, sən məni anamgilə aparasan, yıxılıb orada qalaram. Səhər də arvada deyərəm ki, anamgildə idim. Yoxsa o mənim saçlarımı yolar, yaman qaraçı arvaddır.
– Əmican, bəs arvadınız ola-ola adaxlıbazlığa nə
üçün gedirsiniz? – deyə oğlan soruşdu.
– Sən hələ uşaqsan, bacıoğlu. Həyatda belə şeylər çox olur. İnşallah böyüyəndə başa düşərsən. Mən sənə bir üçlük də verərəm.
– Ananız harada olur?
– Naxçıvanda.
– Uzaqdır. Mən yorula bilərəm. Qayıqla üzüyuxarı avar çəkmək asan iş deyildir.
– Yaxşı, beş manat verərəm.
88
– Məsələ pulda deyil. Qorxuram, yorulam.
– Mən də sənə kömək edərəm.
– Nə deyirəm, aparım da.
Bir saat sonra qayıq onları Naxçıvana gətirib çıxartdı.
Yədulla qayıqdan düşərkən oğlana bir beşlik də uzatdı və
The free sample has ended.