Основной контент книги Əziz bəy hadisəsi
−50%
Text

Volume 170 pages

0+

Əziz bəy hadisəsi

$1.33
$2.67
−50%

About the book

Populyar türk yazıçısı Ayfer Tunçun «Əziz bəy hadisəsi» romanı və digər hekayələri bizim kədərli dünyamızın reallıqlarını əks etdirən hekayətlərdir. Ədəbiyyatda, kinematoqrafiyada belə əsərlərə «həyati əsərlər» deyilir.

Müəllif heç nəyi uydurmur, lirik, epik ricətlərə yer vermir, fantaziya qanadlarında uçmur, real hadisələri real boyalarla canlandırır, sadəcə çoxlarının fikir vermədiyi detalları qabardır, çoxlarının görmədiyi məqamları tutur, yazır. Və bunlarлa əsərə dad, duz, kolorit verir.

«Əziz bəy hadisəsi» romanı o cür əsərlərdəndir. Əsər gənc musiqiçi Əzizin bir nazlı-qəmzəli erməni qızının sevdasına düşərək ana vətənini tərk edib Beyruta yerləşən, üç gün vüsal şirinliyi dadıb, altı ay boyunca iztirab çəkən Əzizin kədərli həyatından bəhs edir.

Müəllif Əziz bəyin faciəsini oxunaqlı bir dillə təsvir edir.

Ümumiyyətlə, Ayfer Tunçun digər əsərlərində də kiçik adamların böyük faciləri, eləcə də adekvat kədərləri qələmə alınır.

«Qar yolçusu» əsərində sevginin manyaka çevirdiyi insanın eşqindən və faciəsindən söhbət gedirsə, «Mikayılın ürəyi dayandı» novellasında dəli bir sevdanın, qısqanclığın sonda Məcnuna çevirdiyi Mikayılın ürəyini necə dayandırdığı təsvir olunur.

Müəllifin dili şirin və kədərlidir, hekayətləri orijinaldır və gerçəkdən də insanı ağıl-kamala, eyni zamanda saflığa çağırır.

Log in, to rate the book and leave a review
Book Айфера Тунча «Əziz bəy hadisəsi» — read a free excerpt of the book online. Leave comments and reviews, vote for your favorites.
Age restriction:
0+
Release date on Litres:
23 September 2022
Volume:
170 p.
ISBN:
9789952263275
Copyright Holder::
Qanun
Download format: