Read only on LitRes

The book cannot be downloaded as a file, but can be read in our app or online on the website.

Основной контент книги Yaşamaq haqqı
Text

Volume 1150 pages

0+

Yaşamaq haqqı

author
ANAR
Read only on LitRes

The book cannot be downloaded as a file, but can be read in our app or online on the website.

Not for sale

About the book

Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatı Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixini əhatə edir. Əsərdə bütövlükdə ümumtürk tarixinə ekskursiya olunur. Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mühüm yazılı mənbəyə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür.

Xalqımızın millət olaraq formalaşması, özünüdərk prosesi hansı çətin mərhələlərdən keçib?

Dil problemi, işğalçıların ana dilimizə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri, Azərbaycanın ikiyə parçalanması, Şərqdə ilk demokratik cümhuriyyətin yaranışı, Sovet imperiyasının qurulması və Azərbaycanın İttifaqa qoşulması, Stalin hakimiyyəti, repressiyalar, kütləvi qırğınlar tariximizdə nə kimi izlər buraxıb?

Əsrlər boyu Azərbaycanın başına gətirilmiş bəlalar ədəbiyyatımıza, incəsənətimizə necə sirayət edib?

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra ermənilərin torpaqlarımıza təcavüzü və Qarabağın işğalı, 20 Yanvar, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlər gizlənirdi?

Vətəndaş müharibəsi təhlükəsi və ölkədə vəziyyətin kritik həddə çatması, hakimiyyət çəkişmələri, belə bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü, bundan sonra respublikanın mədəni, iqtisadi, ictimai həyatında baş verən dəyişikliklər Azərbaycanı hansı təhlükələrdən xilas etdi?

Anar uzun illərin həyat təcrübəsinə və dərin mütaliəyə dayanan yazıçı baxışı ilə əsərdə bütün bu suallara cavab axtarır, Azərbaycan tarixinə müxtəlif rakurslardan işıq salır.

Əsərdə Azərbaycanın tarixində, xalqın taleyində bu və ya digər şəkildə rol oynamış ayrı-ayrı şəxsiyyətlərin həyat və fəaliyyəti də ön plana çəkilir. Cavad xan-Sisyanov qarşıdurması, Məhəmməd Əmin Rəsulzadənin millət qarşısında xidmətləri, ilk maarifçilərimiz Mirzə Kazımbəyin, Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Həsənbəy Zərdabinin Azərbaycan mədəniyyəti üçün gördüyü böyük işlər, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlarımızın milli musiqimizin inkişafındakı rolu barədə mülahizələr traktatda önəmli yer tutur. Təzadlı tarixi şəxsiyyətlərdən olan Mir Cəfər Bağırovun fəaliyyətinin bütöv, hərtərəfli əksi xüsusi maraq doğurur.

Azərbaycandan kənarda baş verən hadisələrin tariximizə, millətimizin taleyinə təsirindən də söz açan müəllif əsərdə Avqust Putçası, SSRİ-nin dağılması, ölkəmizin müstəqillik qazanması, gənc suveren respublikaya kənardan təzyiqlər barədə fikirlərini bölüşür, məsələlərə tam yeni, fərqli aspektlərdən yanaşır.

Log in, to rate the book and leave a review
Book «Yaşamaq haqqı» — read online on the website. Leave comments and reviews, vote for your favorites.
Age restriction:
0+
Release date on Litres:
12 October 2022
Volume:
1150 p.
ISBN:
9789952367904
Copyright holder:
Аудиокитаб ООО
Text, audio format available
Average rating 4,6 based on 90 ratings
Audio
Average rating 4,2 based on 502 ratings
Draft
Average rating 4,9 based on 149 ratings
Text, audio format available
Average rating 4,3 based on 562 ratings
Text
Average rating 4,8 based on 302 ratings
Audio
Average rating 4,8 based on 4890 ratings
Text
Average rating 5 based on 17 ratings
Text
Average rating 0 based on 0 ratings
Text
Average rating 0 based on 0 ratings
Audio
Average rating 5 based on 1 ratings
Audio
Average rating 5 based on 2 ratings
Audio
Average rating 5 based on 3 ratings
Text
Average rating 0 based on 0 ratings
Text
Average rating 0 based on 0 ratings