Book duration 5 ч. 08 мин.
Yaxınlıq
About the book
Əgər sən yaxın olmağa hazırsansa, qarşındakının da yaxın olmasına yol aça bilərsən.
Sənin açıqlığın onun açıq olmağını asanlaşdırar.
Sənin təbiiliyin, onun təbiiliyinə, məsumluğuna, güvəninə, sevgisinə, açıqlığına izn verir.
Sən olmasan, bu bəşəriyyətin şeirində, gözəlliyində bir şey əskik qalar.
Bir musiqi, bir not əskik qalar, bir boşluq olar; heç kim bunu sənə söyləmədi
Kitabın adı oxucunu çaşdıra bilər. Ancaq bu, yalnız qadınlar üçün nəzərdə tutulan kitab deyil. İstənilən oxucu əsərdə özünü, dünyasını, onu maraqlandıran sualların cavabını tapa bilər. Bu kitab böyük hind filosofu Oshonun mühazirələri əsasında hazırlanıb. Cinslərarası münasibətlərin – məişətdən siyasətə qədər, bütün çalarlarını fundamental şəkildə izah edərək problemdən çıxış yollarını göstərib.
Osho çap olunan kitablarının heç birini özü yazmayıb. O, yalnız sağlığında yüzlərlə insanın axışıb gəldiyi təlimlərində çıxışlar edib və bu çıxışlar toplanaraq zaman-zaman müxtəlif mövzularda Oshonun zəngin və maraqlı fikirlərindən, verdiyi örnəklərdən, elmi və mədəni biliklərindən ibarət, tamamilə yeni bir fəlsəfi kitabların üzə çıxmasına səbəb olub.
“Qadınların kitabı” insanlar və cinslərarası münasibətləri dünya siyasəti səviyyəsində çözür və elmi uğurların üstünlüyünü insanlığı aparıb çıxardığı böhrana qədər təhlil edərək, bu mövzuda detallı şəkildə oxucuya informasiya və düşünmək üçün imkanlar verir.
Genres and tags
Leave a review