Слушайте только на Литрес

The book cannot be downloaded as a file, but can be listened to in our app or online on the website.

Основной контент книги Balıq gülüşü
Audio

Book duration 1 h. 04 min.

0+

Balıq gülüşü

Слушайте только на Литрес

The book cannot be downloaded as a file, but can be listened to in our app or online on the website.

$1.14

About the book

Mübariz Örənin «„Qazanılmış günün siestası və ya Balıq gülüşü“» hekayəsi bütün psixoloji-fizioloji aksiomatikliyi ilə özündə insanın şüuraltı dərinlərini, yuxu ilə gerçək, realla irreal dünyaların vahid məkanda çulğaşma anını ehtiva edir. Şüuraltı məqamlara diqqət çəkən psixoloji meyillərin yaranması, erkən uşaqlıq illərinin yaşantıları bədii dərkin predmetinə çevrilir. Bu hekayə qəhrəmanın öz uşaqlığından qopmasının bir anını görüntüləyir. Mübariz Örən mövzunu yuxunun irreal qatında təşbihinə çalışmaqla onu bir növ «„yabanı“» hiss və yanaşmaların ağuşundan xilas edir. Hekayədə zaman ünsüründən yararlanma ən uğurlu amildir. Hər şey

bir anın içinə yığılıb orda təzahür edir. Göz açıb-yummaq qədər ani olan bu kəsimdə müəllif hekayə qəhrəmanının içində olan gizli seksual motivi, qorxunu, həyat gerçəklərini üzə çıxarır. Lakin M.Örən bu yaşantını cinsi istəyin çərçivəsindən psixoloji müstəviyə keçirir, fizioloji səviyyədən mənəvi qata adlama ilə hadisələrin çoxqatlılığını poetik mənaya çökdürməyə nail olur.

Hekayə «„yaşını soruşanda bir əlini tam, o birinin bir barmağını açan“» uşağın kənardan heç kimin

görmədiyi iç dünyasına işıq salır. Uşağın anası dişi-dırnağı ilə dolanma, çörək savaşı aparır, canı yanında qalsa da, onu evdə məcburyyət üzündən tək qoymalı olur. Atasının hara getdiyi uşağa bəlli deyil, lakin atasının gələcəyi günü gözləyə-gözləyə həsrətini çəkir. İkitəkərli velosipedlə belədən-belə səkən qonşu oğlanın isə həsədi içini göynədir, özünə də ikitəkərli velosiped arzulayır. Qonşuluqda müvəqqəti yerləşmiş qaraçı qızından zəhləsi gedir.

Hekayədə ata ortalıqda olmadığına görə rəqib dəyişir, balıqsatan atanı əvəz edir. Ananın davranışı uşaqda özünün qorxu zənn etdiyi qısqanclıq duyğusuna təkan verir: ""bir də anasının havalı gülüşü qorxutmuşdu onu. Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış, – suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar, – əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və… Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən «„balıq bədəninə“», azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə necə hərisliklə baxdığını «„tutdu“»…

Genres and tags

Log in, to rate the book and leave a review
Audiobook «Balıq gülüşü» — listen online on the website. Leave comments and reviews, vote for your favorites.
Age restriction:
0+
Release date on Litres:
22 February 2023
Duration:
1 h. 04 min. 16 sec.
Copyright holder:
Аудиокитаб ООО
Text, audio format available
Average rating 4,7 based on 363 ratings
Audio
Average rating 4,2 based on 752 ratings
Text, audio format available
Average rating 4,9 based on 126 ratings
Text, audio format available
Average rating 4,7 based on 28 ratings
Text
Average rating 5 based on 72 ratings
Text, audio format available
Average rating 4,7 based on 826 ratings
Audio
Average rating 0 based on 0 ratings
1x