Слушайте только на Литрес

The book cannot be downloaded as a file, but can be listened to in our app or online on the website.

Основной контент книги Satiralar
Audio

Book duration 19 min.

0+

Satiralar

Слушайте только на Литрес

The book cannot be downloaded as a file, but can be listened to in our app or online on the website.

$0.56

About the book

""Molla Nəsrəddin"" ədəbi məktəbinin görkəmli nümayəndəsi Əliqulu Qəmküsar (1880-1919) XX əsr Azərbaycan ictimai-bədii fikir və mədəniyyət tarixinə istedadlı satirik şair, jurnalist və aktyor kimi daxil olan məşhur şəxsiyyətlərdən biridir. Əliqulu Qəmküsar Azərbaycan mollanəsrəddinçi satirik ədəbiyyatının tanınmış nümayəndəsidir. Onun yaradıcılığı Mirzə Ələkbər Sabirin satirik şeir məktəbi istiqamətində yaranan ədəbiyyatda xüsusi yer tutur. O, XX əsrin əvvəlləri Azərbaycan realist-satirik şeirinin və publisistikasının böyük vətəndaşlıq cəsarətinə malik olan mübariz təmsilçisidir. Əliqulu Qəmküsar dövrün, hakim təbəqələrin təzyiqlərindən heç vaxt çəkinməmiş, ciddi satirik ədəbi sözü şax deməyi bacarmışdır. Pristavın simasında hakim təbəqələrin, ictimai quruluşun, müstəmləkəçilik siyasətinin tənqidinə həsr edilmiş satirası ədəbiyyatda sənətkarın vətəndaşlıq cəsarətinə nümunə sayıla bilər: Satirik şairin yaradıcılığında adlı-ünvanlı satirik şeirlərin çox olması onun böyük vətəndaşlıq cəsarətinin konkret ifadəsidir. Ədəbiyyatşünaslıq elmində müşahidə olunduğu kimi, “onun şeirləri çox zaman adi, gündəlik həyati hadisə və vaqiələrin təsvirindən ibarət olmuşdur”. Məsələnin bu cəhəti Əliqulu Qəmküsarı müasirlərindən fərqləndirir. O, satirik şeirləri və publisistikası ilə cəmiyyətin gündəlik həyatıyla üz-üzə idi. Vətəndaş satirikin Molla Mahmud Çakərə, Xalid Xürrəm Səbibəyzadəyə, “şipyon axundlara”, “müxəmməsçilərə”… kimi ünvanlı şeirlərində müraciət olunan hadisə və faktlar açıq və ümumiləşmiş şəkildə ifadə olunur. Əliqulu Qəmküsar

bu satiralarında cəmiyyət həyatının ən müxtəlif dairələrinə nüfuz edib, gerilik və fanatizmi şiddətlə tənqid atəşinə tutmuşdur.

Genres and tags

Log in, to rate the book and leave a review
Audiobook «Satiralar» — listen online on the website. Leave comments and reviews, vote for your favorites.
Age restriction:
0+
Release date on Litres:
22 February 2023
Duration:
19 min. 00 sec.
Copyright holder:
Аудиокитаб ООО
Text, audio format available
Average rating 4,6 based on 114 ratings
Audio
Average rating 4,2 based on 710 ratings
Text, audio format available
Average rating 4,5 based on 15 ratings
Audio
Average rating 4,6 based on 23 ratings
Audio
Average rating 4 based on 15 ratings
Text, audio format available
Average rating 4,7 based on 99 ratings
Audio
Average rating 0 based on 0 ratings
1x