Book duration 10 ч. 51 мин.
Qadınlar
About the book
Amerikalı məşhur yazıçı Çarlz Bukovskinin ən çox oxunan və tənqidə məruz qalan romanı, bioqrafiq janrda qələmə aldığı “Qadınlar” əsəridir. Bir sıra əsərlərində Henry Chinaski adından və obrazından istifadə edən Bukovski, bu romanda da obraz olaraq Henry Chinaski adından istifadə etmişdir. Əsər Bukovskinin həyatında yer almış, aşiq olduğu və arxalarından qaçdığı qadınlardan bəhs edir. Henri Çinaskinin həyatı, normal bir insan, normal bir amerikalı həyatı deyil. Amma sevilən və çoxlu oxucu auditoriyasına malik sənət əsərlərini yaradan müəllif kimi, bu obraz çox maraqlıdır. Əsərin digər qəhrəmanları – qadınlar zərif cinsin müxtəlif baxış bucaqlı, müxtəlif taleli təmsilçiləridir. Çinaskinin aləmində onların hamısı cinsi ehtirasın söndürülməsində əsas vasitədirlər. Fərqləri cüzi istisnalardan o tərəfə keçməyib. Lidiya, Katrin, Di Di… uzun bir qadın sıralanması… Əsərlərində ümumiyyətlə cəmiyyət, xarici insanları və depressiyasını mövzu götürməsi və alkoqolizm yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur. Pərəstişkarlarının bir qisimi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı yasamağının onsuz da təbii olduğu fikirini müdafiə etməkdədir.
“Qadınlar”, Bukovskinin qadınlarla olan münasibətlərini və cinsi münasibətlərini ola bildiyi qədər açıq şəkildə qələmə aldığı ən yaxşı əsəri hesab olunur. Əsəri yazmaq üçün rahat və sərbəst cümlələrdən istifadə etməsi ilə diqqətləri öz üzərinə çəkən Bukovski, qısa-qısa hissələrdən ibarət formalaşdırdığı və dialoqların həddən artıq çox olduğu əsərdə, ən az Heminquey və Fante qədər uğurlu olduğu deyilir. Çarlz Bukovskinin digər romanlarında olduğu kimi bu romanında da alkoqol mövzusuna geniş yer verilmiş və dərin depressiya hissləri əks olunmuşdur. Bukovskinin şəxsi həyat macəralarından bəhs etdiyindən əsəri bioqrafik janrla yanaşı avtobioqrafik janrın nümunəsi də hesab etmək olar.
Bu tip bir həyat yaşadığı üçün bir çox dəfə həbs olunmuş, döyülmüş hətta bəzi kitablarında adam öldürdüyünü də söyləmiş olan Bukovski həyatı, xüsusi dili və tərzi ilə Amerikan ədəbiyyatına damğasını vurmuşdur.
Genres and tags
Leave a review